Məhkəmə qərarları › İş №1(014)-73/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-73/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-73/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ağdaş rayonu, Binələr kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdaş rayonu Binələr kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Gecəqondu qəsəbəsində yaşayan, 3 may 2023cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində 12 may 2023-cü il tarixdə saat 11:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, cavabdeh kimi ondan, 03 iyul 2017-ci il tarixdən hesablanmaqla 04 oktyabr 2012-ci il təvəllüdlü X1 və 31 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 90,00 manat, cəmi 180,00 manat sabit pul məbləğində aliment tutularaq Hüseynova (Şıxəliyeva) Əsginaz Asif qızına verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(014)-55/2018 saylı, 15 fevral 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 3(014)-276/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 22 dekabr 2021-ci il tarixli, 3(014)-544/2021 saylı qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 11 yanvar 2022-ci il və 02 mart 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 11 avqust 2022-ci il tarixinə kimi 5763,39 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Hüseynova (Şıxəliyeva) Əsginaz Asif qızına qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Orta Ləki kənd sakini kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2011-ci il tarixdə ailə qurmuşlar. Evliliklərindən 04 oktyabr 2012-ci il təvəllüdlü X6 və 31 dekabr 2013-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra valideynləri ilə birlikdə Ləki qəsəbəsində yaşamışlar. Həmin vaxtlar Rusiya Federasiyasında işləmişdir. Əsginaz ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Əsginazın atası Asif evlərində tez-tez dava-dalaş saldığından və yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Əsginaz himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(014)- 55/2018 saylı, 15 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən ondan 03 iyul 2017-ci il tarixdən hesablanmaqla 04 oktyabr 2012-ci il təvəllüdlü X1 və 31 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 90,00 manat, cəmi 180,00 manat sabit pul məbləğində aliment tutularaq Hüseynova (Şıxəliyeva) Əsginaz Asif verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə ödənişlər etsə də, səhhəti ilə bağlı olaraq və imkanının kifayət qədər olmadığından alimenti tam ödəməmişdir. Borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarına əsasən 10 gün müddətinə, 22 dekabr 2021-ci il tarixli qərarına əsasən 20 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Əvvəllər fərqli işlərdə işləmiş, 2019-cu ilədək “Nənəmin Təndiri” adlanan restoranlar şəbəkəsində administrator, 2020-ci ilədək isə tikinti şirkətində çalışmışdır. Hazırda fərdi əmək fəaliyyəti ilə məşğuldur. Aylıq 400,00-450,00 manat qazanc əldə edir. Daim işlədiyindən və təklif olunan işlərin əmək haqqları qane etmədiyindən Məşğulluq mərkəzinə müraciət etməmişdir. Hüseynova (Şıxəliyeva) Əsginaz Asif qızına təqdimat verilən günə, yəni 11 avqust 2022-ci il tarixə ödənməmiş aliment borcu 5763,39 manat təşkil etmişdir. Təqdimat verilən gündən sonra ittiham üzrə Zərərçəkmiş şəxs olan 5763,39 manat aliment borcunu tam ödəmişdir. Törətdiyi əməldən peşmandır. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmiş şəxsin dəymiş ziyanı ödəməsi barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ləki qəsəbəsinin sakini kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2011-ci il tarixdə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 04 oktyabr 2012-ci il təvəllüdlü X6 və 31 dekabr 2013-cü il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Valehin valideynləri ilə birlikdə yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs Ağdaş şəhərində müxtəlif yerlərdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş və yetərli qazanc əldə etmişdir. Əvvələr Valeh ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, təxminən 2013-2014cü ildə Valeh işləmək məqsədi ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına getmiş, geri döndükdən sonra əsassız söz-söhbətlər yaratdığından, uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Ağdaş Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(014)-55/2018 saylı, 15 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 03 iyul 2017-ci il tarixdən hesablanmaqla 04 oktyabr 2012-ci il təvəllüdlü X1 və 31 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 90,00 manat, cəmi 180,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 19 iyul 2018-ci il tarixli inzibati qərarına əsasən 10 gün müddətinə, 22 dekabr 2021-ci il tarixli qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 11 avqust 2022-ci il tarixə ödənməmiş aliment borcu 5763,39 manat təşkil etmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs hazırda Bakı şəhərində “Nənəmin Təndiri” adlı ictimai iaşə obyektində kassir kimi fəaliyyət göstərir və aylıq 500,00 manat qazanc əldə edir. Təqsirləndirilən şəxs istəsə hər ay alimenti ödəyə biləcəyini, lakin ödəmək niyyəti olmadığını, bundan əlavə öz övladları ilə maraqlanmadığını, mənəvi dəstək durmadığını etmişdir bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs atası Vahid tərəfindən ittiham üzrə ona olan aliment borcu tam ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ona olan borcunu ödədiyini nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Ağdaş rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 55/2018 saylı 15 fevral 2018-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyul 2017-ci il tarixdən başlayaraq 04 oktyabr 2012-ci ildə anadan olmuş X6 və 31 dekabr 2013-cü ildə anadan olmuş X7 18 yaşına çatana qədər onların saxlanılması üçün Hüseynova (Şıxəliyeva) Əsginaz Asif qızının xeyrinə hər ay hər uşaq üçün 90,00 manat, cəmi 180,00 manat aliment tutulmalıdır. Göstərilən icra vərəqəsi 16 mart 2018-ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Bildiriş borcluya təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon icra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Ancaq o, üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. İcra şöbəsində 07 yanvar 2020ci il tarixdə “Borclunun axtarılmasına dair” qərar qəbul edilmiş və icra olunması üçün Ağdaş Rayon Polis Şöbəsinə göndərlmişdir. 22 dekabr 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş rayon icra və probasiya şöbəsinə gətirilmiş, onun icra şöbəsində izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 3(014)-544/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün ona yeni müddət verilsə də borclu tələbi icra etməmişdir. Tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 2(014)-55/2018 saylı 15 fevral 2018-ci il tarixli icra sənədi üzrə tələbkar Hüseynova (Şıxəliyeva) Əsginaz Asif qızının xeyrinə 16 mart 2018-ci il tarixdən başlayaraq cəmi 5216.61 aliment pulu ödəmiş, borclunun tələbkara 11 avqust 2022-ci il tarixə 5763.39 manat ödənilməmiş aliment borcu yaranmışdır. Tələbkar Hüseynova (Şıxəliyeva) Əsginaz Asif qızı 02 fevral 2022-ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinə ərizəylə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 2(014)-55/2018 saylı 15 fevral 2018-ci il tarixli icra vərəqəsini inzibati tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etmişdir. O həm də tələbi icra etməsi üçün ona yaradılmış faktiki imkanlarından istifadə etməmişdir. Onun əməllərində qərəzlilik elementləri müşahidə edilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 2(014)-55/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat məbləğində alment alınaraq Hüseynova (Şıxəliyeva) Əsginaz Asif qızının xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Təqsirləndirilən şəxs hər uşaq üçün 90 manat, cəmi 180 manat məbləğində alment alınaraq Hüseynova (Şıxəliyeva) Əsginaz Asif qızına ödənilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-55/2018 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2018-ci il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cü il və xx.xx.2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə və xx.xx.2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 20 gün müddətinə həbs olunmasına baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham üzrə borclu olduğu pulu tam ödəmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-55/2018 nömrəli xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 5063,39 manat məbləğində borclu olduğu pulu tam ödədiyini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CM-nin 306-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 35 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 35 saat hüquqi xidmətə görə 210 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs göstərilmiş 35 saat hüquqi xidmətə görə 210 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar