Məhkəmə qərarları › İş №1(014)-74/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-74/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-74/2020 02.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən X2 Müdafiəçi X1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.1987-ci ildə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan respublikasının cinayət məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinən, ünvan 1ində qeydiyyatda olan və Ağdaş rayon, Xosrov kəndi ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, ünvan 1 sakini Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları kənddə, su arxının kənarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruqla sol göz nahiyəsindən və bir dəfə də, yumruqla baş nahiyəsindən qəsdən vuraraq ona sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, sağ gicgah nahiyəsinin yarası, küt ələt təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, Zaurla əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində mənə məxsus çöl torpaq sahəsini suvardığını, həmin vaxt onun topraq sahəsinə suyun çox gəlməsi üçün suyun həcmini artırdığını, həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs onun tərəfə gəlməsini gördüyünü, Zaurun ondan nə üçün onun torpaq sahəsinə gedən suyun qabağını açmasını soruşduğunu, Zaura onun da, torpaq sahəsini suvarmasını söylədiyini, həmçinin arxın baş hissəsindən gələn suyun həcmin artırdığını, ona görə də, mövcud suyun hər ikisininə də, bəs edəcəyini söylədiyini, Zaurun isə ona “mən bilmirəm, sən neynəmisən, mənimə suyuma dəymə, get işinlə məşğul ol” deyə söylədiyini, onun da, yenə Zaura mövcud suyun ikisinə də, bəs edəcəyini bildirdiyini, lakin Zaurun onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlədərək suya əl vurmamasını söylədiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Zaurun yenə də, ona nalayiq ifadə işlətdiyini, onun da, Zaurun ona nalayiq ifadə işlətməsinə görə əsəbləşdiyini və qəsdən bir dəfə sillə ilə onun baş nahiyəsindən vurduğunu, həmin vaxt Zaurun ona əl-qol atdığını, onun da, Zaurun yaxasından tutduğunu və sakit olmasını söylədiyini, Zaurun isə ona yenə də, nalayiq ifadə işlətdiyini, onun da, həmin vaxt qəsdən bir dəfə də, yumruqla Zaurun sol göz nahiyəsindən vurduğunu, Zaurun da, həmin vaxt yerə yıxıldığını, həmin vaxt zaman isə həmkəndlisi Zamiqin gəlib onları ayırdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı kənddə, su arxının kənarında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, onun Zərərçəkmiş şəxs heç bir şikayət və tələbinin olmadığını, dava-dalaş zamanı onun Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı onun qəsdən bir dəfə sillə ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən və bir dəfə də, yumruqla ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsindən vurduğunu, həmin vaxt orada ondan və Zərərçəkmiş şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, həmkəndliləri Şahid2 və Zamiqin gəldiyini göstərmişdir. Məhkəmədə son sözündə etdiyi əməldən səmimi olaraq peşman olmasını və zərər çəkmiş şəxsə barışmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, Xəyyam ilə əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı evin həyətyanı sahəsini suvardığını, ona görə də, həyətyanı sahəsinə gələn suya nəzarət etmək üçün həyətyanı sahəsinə gələn su arxına baxmaq üçün su arxının yanına getdiyini, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs onun həyətyanı sahəsinə gələn suyun qabağını bağlamasını və suyu öz sahəsinə açmasını gördüyünü, onun da, həmin vaxt Xəyyama suyu kəsməməsini və indi onun sahəsini suvarmasını söylədiyini, Xəyyamın isə ona “çıx get, başımı xarab eləmə, indi sudan mən istifadə edəcəyəm” deyə cavab verdiyini, onun da, Xəyyama “başın xarab olubdusa, get başını divara çırp” deyə cavab verdiyini, Xəyyamın isə həmin vaxt ona kobud formada bir daha çıxıb getməsini söylədiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Xəyyamın bir dəfə yumruqla onun sol göz nahiyəsindən, daha sonra isə yenə də, yumruqla bir dəfə baş nahiyəsindən vurduğunu, həmin vaxt onun zərbələrin təsirindən yerə çökdüyünü, aradan təxminən yarım dəqiqə keçəndən sonra onun qalxaraq oradan uazqlaşdığını gösdərmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığım kənddə, su arxının kənarında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmədiyini, Təqsirləndirilən şəxs də, ona nalayiq ifadələr işlətmədiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs bir dəfə yumruqla onun sol göz nahiyəsindən və daha sonra yenə də, yumruqla bir dəfə baş nahiyəsindən vurduğunu, dava-dalaş zamanı orada ondan və Təqsirləndirilən şəxsdan başqa heç kimin olmadığını, yaranmış səs-küyə də heç kimin gəlmədiyini gösdərmişdir. Məhkəmədən təqsirləndirilən şəxs X8 ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadəğını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində oğlu Zərərçəkmiş şəxs ifadəsində göstədiyi xüsusatları təsdiq edərək xx.xx.2020-ci il tarixdə yaşadığı evə gələn zaman oğlu Zərərçəkmiş şəxs sol gözündə xəsarət olmasını gördüyünü və ondan nə baş verməsini soruşduğunu, Zaurun isə ona xx.xx.2020-ci il tarixdə yaşadıqları kənddə yerləşən su arxının kənarında su üstündə onunla Təqsirləndirilən şəxs arasında mübahisə baş verməsini və mübahisə zamanı isə Xəyyamın onu döyməsni söylədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, Zərərçəkmiş şəxs onun həmkəndilisi olduğunu, həmçinin Təqsirləndirilən şəxs də onun həmkəndlisi olduğunu, onlar arasında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evin həyətinin qarşısındakı küçədə olduğunu, həmin vaxt yaşadığı evin yaxınlığında yerləşən çöl sahəsinin yanındakı su arxından səs-küy gəlməsini eşitdiyini, onun həmin arxın yanına gedən zaman Zaurun üzünü əlləri ilə tutaraq Xəyyama nalayiq ifadələr işlətməsini, Xəyyamın isə Zaura ona nalayiq ifadələr işlətməməsini və sözlərinə fikir verməsni söyləməsini eşitdiyini, onun drəhal onların arasına girdiyini və onları aralaşdırdığını bildirmişdir. Həmçinin Şahid2 izahatında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı mübahisə və davadalaşın bildiyinə görə xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı kənddə, su arxının kənarında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı orada olmadığından dava-dalaşın təfərrüatları barədə konkret olaraq heç nə söyləyə bilməyəcəyini, lakin həmin vaxt onun Təqsirləndirilən şəxs üzərində heç bir xəsarət görmədiyini, Zərərçəkmiş şəxs isə sol göz nahiyəsində xəsarət olduğunu, həmin vaxt orada Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, onun və Zamiqin gəldiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində həmkəndli Şahid2 yaşadığı evin qarşısından keçərkən yaxınlıqda yerləşən çöl sahəsinin yanındakı su arxından səs-küy gəlməsini eşitdiyini, həmin arxın yanına gedən zaman Zaurun Xəyyama nalayiq ifadələr işlətməsini, Xəyyamın isə Zaura ona nalayiq ifadələr işlətməməsini və sözlərinə fikir verməsni söyləməsini eşitdiyini, onun dərhal Zaurun və Xəyyamın arasına girdiyini və onları aralaşdırdığını, həmin vaxt Şahid2 da oraya gəldiyini və Xəyyam və Zauru aralaşdırmağa köməklik etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin Zərərçəkmiş şəxs Ağdaş MTE və PA şöbəsində məhkəmə tibbi müayinəsindən keçirilmiş həmin şöbənin rəisi N.İsgəndovun vermiş olduğu xx.xx.2020-ci il tarixli, 412 saylı rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, sağ gicgah nahiyəsinin yarası, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Təqsirləndirilən şəxs Ağdaş MTE və PA şöbəsində məhkəmə tibbi müayinəsindən keçirilmiş həmin şöbənin rəisi N.İsgəndovun vermiş olduğu xx.xx.2020-ci il tarixli, 456 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşakr olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş, Ağdaş rayon Məhkəməsi tərəfindən AR CPM-nin 40.2.2-ci və AR CM-nin 73.2-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respubilkası İcbari X20 Dövlət X15 Bölmələrinin X9 Hüquqi Şəxs ”Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 817 saylı arayışdan görünür ki, Ağdaş rayon Xosrov kənd sakini Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X21in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon, Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxx 2020-ci il tarixli 300 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Xosrov kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X5-anası; X6yoldaşı; xx.xx.2009-ci il təvəllüdlü X10; xx.xx.2011-ci il təvəllüdlü X4r. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinin 1-ci bəndinə əsasən Şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs qanunvericiliyin verdiyi imkandan bir dəfə yararlandığından, barəsində cinayət işi üzrə icraata xitam verilə və o, cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun faktiki icraya yönəldiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərci yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 (üç yüz ) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxscəzasının əvvəli hökm faktiki icraya yönəldiyi gündən hesablansın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar