Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-74/2023 07.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1979-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə ümumi təmiz çəkisi 8,01 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitənin bir hissəsini, yəni 0,17 qramını xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağdaş şəhəri ərazisində 10 (on) manat müqabilində Şahid4 satmış, xx.xx.2023-cü il tarixdə saat 13:10 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Ağdaş şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 13:57-dən saat 14:11-dək üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə ümümi təmiz çəkisi 0,17 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2023-cü il tarixdə saat 14:50 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 15:32-dən 15:49-dək üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qış gödəkçəsinin sol cibindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 4,42 qram və 3,42 qram olmaqla ümumi təmiz çəkisi – 7,84 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. Evlidir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum olunmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə ona aid deyildir. Onun üzərinə Samid adlı polis əməkdaşı tərəfindən narkotik vasitə qoyulmuşdur. “Dakka” ləqəbli şəxsi tanımır. İlk dəfədir ki, belə bir ad eşidir. Cahangirlə də birlikdə və ya tək gedib “Dakka” ləqəbli şəxsdən narkotik vasitə almamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid4 Hüseyn oğluna narkotik vasitə satmamışdır. Cahangiri Ağdaş rayon sakini kimi üzdən tanıyır, ona narkotik vasitə satmamışdır. Şahid5 tanımır, ona narkotik vasitə satmamışdır. Şahid6 Elburus oğlunu tanıyır. Vasifə 10 manat borcu qalmışdır, lakin Vasif ondan narkotik vasitə istəməmişdir. Ona bəraət verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, evli olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitənin istifadəçisi olduğunu, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu, əvvəllər Azərbaycan Respublikasının CM-in 234.1 və 234.2-ci maddələri ilə 4 dəfə məhkum olunduğunu, təxminən 10 gün bundan əvvəl narkotik vasitə almaq məqsədi ilə dostu Cahangirlə birlikdə Yevlax şəhərinə getdiklərini, Yevlax şəhərində “Dakka” kimi tanıdıqları şəxs (adını, soyadını və ata adını bilmir) olduğunu, ondan gedib narkotik vasitə aldığını, həm özlərinin istifadə etdiklərini, həm də onu Ağdaş rayonu ərazisində satdıqlarını, gedib həmin şəxsdən 6 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana alıb gəldiklərini, həmin aldıqları 6 kibrit qutusundan 3-nü özü götürdüyünü, 3-nü isə Cahangirin götürdüyünü, xx.xx.2023-cü il tarixdə əvvəllər tanıdığı və hər hansl bir düşmənçiliyi və ya ədavəti olmayan Ağdaş şəhəri sakini Şahid4 ona zəng edib narkotik vasitə istədiyini, özü də Şahid4 uzaqda olduğunu, gedib Cahangirdən almasını bildirdiyini, bundan sonra həmin gün təxminən saat 14:50 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində olarkən polis əməkdaşlarının ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib ona üzərində narkotik vasitə saxlaması və satması barədə məlumat olduğunu bildirdiklərini, ona görə onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, özü də onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, Ağdaş rayon Polis şöbəsində ona hüquq və vəzifələri izah edildiyini, ərizə ilə müraciət edərək hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi istədiyini və dövlət hesabına müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təyin edildiyini, həmin vaxt RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Əzənmədov tərəfindən şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, üzərində şəxsi axtarış aparılan zamanı onun üzərində saxladığı 2 ədəd kibrit qutusu aşkar olunduğunu, həmin kibrit qutusu açıldıqda içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğunu, özü həmin maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və özü istifadə etmək, həm də satmaq üçün üzərində saxladığını bildirdiyini, sonra həmin kibrit qutularının elektron tərəzidə çəkildiyini, çəkisinin 6.9 qram və 5,8 qram olduğunu, sonra həmin kibrit qutularının zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər iştirakçıların zərfə imza etdiklərini, sonra onun üzərindən aşkar olunmuş mobil telefon da qablaşdırılaraq götürüldüyünü, polis əməkdaşının ona üzərində saxladığı narkotik vasitələri haradan əldə etməyini soruşduqda, özü də ona dostu Cahangirlə birlikdə Yevlax rayonundan “Dakka” kimi tanıdıqları şəxsdən istifadə etmək və satış məqsədi ilə aldıqlarını, şəxsi axtarışın videokamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu, bundan sonra onun razılığı və ərizəsi əsasında onun yaşadığı evə polis əməkdaşlarının baxış keçirdiklərini, baxış zamanı onun yaşadığı evdən hər hansı qanunsuz əşya aşkar olunmadığını və götürülmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman ona polis əməkdaşları tərəfindən hər hansı bir təyziq və ya zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs sonradan ifadəsini dəyişərək, üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını, onun üzərinə Samid adlı polis əməkdaşı tərəfindən qoyulduğunu, “Dakka” ləqəbli şəxsi tanımadığını, ilk dəfədir ki, belə bir ad eşitdiyini, Cahangirlə də birlikdə və ya tək gedib “Dakka” ləqəbli şəxsdən narkotik vasitə almadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Şahid4 narkotik vasitə satmadığını, “Dakka” ləqəbli şəxsin adını bilmədiyini, onu tanımadığını, onun xüsusiyyətlərini və mobil nömrəsini bilmədiyini, Cahangiri Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onunla heç bir münasibəti olmadığını, onun adını Samit adlı polis əməkdaşının ona dediyi üçün dediyini, Şahid8 tanımadığını, ona narkotik vasitə satmadığını, Şahid5 tanımadığını və ona narkotik vasitə satmadığını, Şahid6 Elburus oğlunu tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, Vasifə doğurdanda 10 manat borcu qaldığını, lakin Vasifin ondan narkotik vasitə istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri Sabir küçəsi ev 1-də qeydiyyatda olan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində, yaşadığı ünvanda saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2023-cü il tarixdə 14:50 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olmasını görmüş, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Elşadı RPŞ-yə dəvət etmişlər, Elşad da onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. RPŞ-də Elşada dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında Elşadın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elşadın əynində olan göy rəngli cins şalvarın arxa cibindən 1 ədəd telefon, əynindəki qara rəngli qış gödəkçəsinin sol cibindən siqaret qutusu, 2 ədəd kibrit qutusu, sağ cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan, şalvarının sağ yan cibindən isə pul əskinasları aşkar edilmişdir. Aşkar olunmuş həmin kibrit qutuları açıldıqda içərisindən yaşıl rəngli, kəskin iyli, qurudulmuş bitki kütləsi - qurudulmuş marixuana aşkar olunmuşdur. Elşad həmin maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və özü istifadə etmək, həm də satmaq üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş, çəkiləri 6.9 qram və 5,8 qram olmuş, sonra həmin kibrit qutuları zərfə qablaşdırılaraq üzərində möhür vurulmuş, Elşad və digər iştirakçılar zərfin üzərini imzaları ilə təsdiq etmişlər. Sonra Elşadın üzərindən aşkar olunmuş mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Elşaddan üzərində saxladığı narkotik vasitələri haradan əldə etməyini soruşduqda, Elşadın da dostu Cahangirlə birlikdə Yevlax rayonundan “Dakka” kimi tanıdıqları şəxsdən istifadə etmək və satış məqsədi ilə aldıqlarını bildirmişdir. Şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alınmış, sonra da protokol tərtib olunmuşdur. Bundan sonra Elşadın razılığı və ərizəsi əsasında onun yaşadığı evə özünün, müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Elşadın yaşadığı evdən hər hansı qanunsuz əşya aşkar olunmamış və götürülməmişdir. Elşad Yusifovun narkotik maddələrin satışı ilə məşğul olmasını barədə RPŞ-yə məlumat daxil olmuş, lakin həmin məlumatları realizə etmək mümkün olmamışdır. Şahid4 tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri 20 Yanvar küçəsi ev 7-də qeydiyyatda olan və yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələrin üzərində, yaşadığı evində saxlaması, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2023-cü il tarixdə 13 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Ağdaş şəhəri 20 Yanvar küçəsində hərəkətdə olan zaman Yalçının Ağdaş şəhəri 20 Yanvar küçəsində dayanmasını görmüş, dərhal ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Yalçını RPŞ-yə dəvət etmişlər. Yalçın da onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmiş, RPŞ-də Yalçına dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında Yalçının üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Yalçının əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən alışqan, 1 ədəd “Nokia” markalı mobil telefon və 1 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin kağız büküm açıldıqda içərisindən yaşıl rəngli, xüsusi iyə malik, qurudulmuş bitki kütləsi yəni-qurudulmuş marixuana aşkar olunmuşdur. Yalçın həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,3 qram olmuşdur. Bundan sonra həmin kağız büküm zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuş, Yalçın və digər iştirakçılar zərfin üzərini öz imzaları ilə təsdiqlədiklərini, sonra Yalçının üzərindən aşkar olunmuş “Nokia” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Daha sonra Yalçına həmin narkotik vasitəni haradan əldə etməsi barədə soruşanda Yalçın narkotik vasitəni Elşaddan alacağını, Elşad uzaqda olduğuna görə onun dediyi şəxsdən, yəni Cahangirdən 10 manat pula aldığını bildirdiyini, şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alınmış, sonra da protokol tərtib olunmuşdur. Yalçın üzərindən aşkar edilmiş narkotik vasitəni Cahangir adlı şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün bildirmişdir. Şahid4 narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə əvvəllər məlumat daxil olmamışdır. Şahid4 tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 eyni məzmunlu ifadə verərək həm Şahid1, həm də Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Hüseyn oğlu ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 12-dən sonra narkotik vasitə almaq üçün Təqsirləndirilən şəxs zəng etməmiş, ondan narkotik vasitə almamış, Elşada 10 manat pul verməmiş, Elşadın narkotik vasitə satmasını eşitməmişdir. O, istintaq zamanı polis əməkdaşlarının ona deməsi əsasında qorxusundan əvvəlcə narkotik vasitəni Cahangirdən almasını, 2 ay sonra isə Elşaddan almasını bildirmişdir. Məhkəmədə şahidin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 Hüseyn oğlu ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanıdığını və Təqsirləndirilən şəxs ilə və onun ailə üzvləri ilə onun və ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, narkotik vasitənin istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, xx.xx.2023-cü il tarixdə günorta saatlarında, yəni təxminən saat 12-dən sonra narkotik vasitə almaq üçün Təqsirləndirilən şəxs zəng etdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, əvvəl də bir neçə dəfə Ağdaş rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə aldığını, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə öz adına olmayan, lakin faktiki istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən zəng edib ondan narkotik vasitə istədiyini, Təqsirləndirilən şəxs da ona narkotik vasitə sata biləcəyini bildirdiyini, həmin gün Ağdaş rayonu ərazisində xatırlamadığı yerdə Təqsirləndirilən şəxs ilə görüşdüyünü və Təqsirləndirilən şəxs ona 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, bunun üçün Təqsirləndirilən şəxs 10 (on) manat pul verdiyini, Təqsirləndirilən şəxs ona qurudulmuş marixuananı satdığı zaman səndən həmin narkotik vasitə olan qurudulmuş marixuananı kimdən almağını soruşsalar Ağdaş rayon sakini Cahangir adlı şəxsdən aldığını bildirməsini dediyini, Cahangirin kim olmasını bilmədiyini, ona görə də Təqsirləndirilən şəxs ilə razılaşdığını və oradan uzaqlaşdığını, Təqsirləndirilən şəxs da çıxıb getdiyini, təxminən saat 13 radələrində yaşadığı küçədə, yəni 20 Yanvar küçəsində olarkən polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, onun üzərində narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, özü də onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində ona vəkil təyin olunduğunu və şübhəli şəxs kimi tutulduğunu, şübhəli şəxs kimi tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun üzərində saxladığı 1 ədəd kağız büküm aşkar olunduğunu, həmin kağız büküm açıldıqda içərisində olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, sonra həmin bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 0,3 qram olduğunu, sonra həmin kağız bükümün zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, özü və digər iştirakçıların zərfə imza etdiklərini, sonra onun üzərindən aşkar olunmuş Nokia markalı mobil telefon da qablaşdırılaraq götürüldüyünü, polis əməkdaşının ona üzərində saxladığı narkotik vasitəni haradan əldə etməsi barədə soruşduğunu, özü də narkotik vasitəni Elşaddan alacaqğını, Elşad uzaqda olduğuna görə onun dediyi şəxsdən, yəni Cahangirdən 10 manat pula aldığını bildirdiyini, şəxsi axtarışın videokamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu, narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmadığını, üzərindən aşkar edilmiş həmin narkotik vasitə qurudulmuş marixuananı Ağdaş şəhəri ərazisində 10 manat pul müqabilində şəxsi istifadəsi üçün ünvan 1 ünvanında yaşayan, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs aldığını, həmin vaxt Təqsirləndirilən şəxs ona soruşan zaman Cahangir adlı şəxsdən almağını bildirdiyini, əgər o cür deməsə Təqsirləndirilən şəxs ona bir daha narkotik vasitə satmayacağını, ona görə də Elşadın adını ilkin ifadəsində və tutulan zaman demədiyini, Təqsirləndirilən şəxs adını bir daha ona narkotik vasitə satmaz deyə ilkin öncə bildirmədiyini, üzərindən həmin gün aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 10 manata aldığını, Cahangirin kim olmasını bilmədiyini, ümumiyyətlə Cahangir adlı tanıdığı şəxs olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Əlbala oğlu ifadəsində göstərmişdir ki, heç bir vaxt Elşaddan narkotik vasitə almamışdır. Elşadın narkotik vasitə satmasını eşitməmişdir. İbtidai istimtaq zamanı vermiş oduğu ifadəsini polis şöbəsində təzyiq və hədə-qorxu altında verdiyini bildirmişdir. Məhkəmədə şahidin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 Əlbala oğlu ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Elşad onun qonşusudur. Onunla aralarında heç bir düşmənçilik və ədavəti yoxdur. Elşadla qonşu kimi münasibətlərinin yaxşı olmuşdur. Elşad taksi fəaliyyəti ilə məşğul olur, Elşad həmçinin narkotik vasitlərin həm istifadəsi, həm də satışı ilə məşğul olduğunu sonradan bilmişdir. Özü də bir dəfə Elşaddan narkotik vasitə almış, lakin Elşad həmin narkotik vasitənin müqabilində ondan pul almamışdır. Əvvəllər narkotik vasitədən 1-2 dəfə istifadə etmiş, lakin sonradan müalicə aldıqdan sonra istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Elburus oğlu ifadəsində göstərmişdir ki, heç bir vaxt Elşaddan narkotik vasitə almamışdır. Elşadın narkotik vasitə satmasını eşitməmişdir. İbtidai istimtaq zamanı vermiş oduğu ifadəsini polis şöbəsində təzyiq və hədə-qorxu altında verdiyini bildirmişdir. Məhkəmədə şahidin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 Elburus oğlu ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmadığını, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanıdığını, onunla qonşuluqda yaşadığını və Təqsirləndirilən şəxs uşaqlıq vaxtlarından tanıdığını, Təqsirləndirilən şəxs ilə və onun ailə üzvləri ilə özü və ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayonu ərazisində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, təxminən iki il bundan öncə Ağdaş şəhəri ərazisində yerləşən özlərinə məxsus geyim mağazasında işləyən zaman Təqsirləndirilən şəxs mağazada ona yaxınlaşaraq özünə ayaqqabı almaq istədiyini, lakin pulu olmadığı üçün nisyə verib-verə bilməyəcəyini soruşduqda etiraz etmədiyini və ona ayaqqabını nisyə verəcəyini bildirdiyini, bundan sonra Elşadın mağazadan bir cüt ayaqqabı bəyəndiyini və onu iyirmi manata satdığını və təxminən 20 günə pulu verəcəyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs ona pulu vermədiyindən ona zəng etməli olduğunu, bundan sonra Elşadın 10 manat pulu Ağdaş şəhəri ərazisində mağazada gətirib ona verdiyini, 10 manat isə ona borclu qaldığını, qalan 10 manat pulu da bir neçə günə verəcəyini bildirdiyini, baxmayaraq ki, ona bununla bağlı dəfələrlə zəng etdiyini, bu günədək Elşadın ona qalan pulu vermədiyini, 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng edərək, on manat borcunu geri istədikdə Təqsirləndirilən şəxs pulu olmadığını qısa müddətə verə biləcəyini bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs 10 manatın əvəzinə ona narkotik vasitə verməsini bildirdiyini, Təqsirləndirilən şəxs özündə narkotik vasitə olmadığını bildirdiyini, bir neçə dəfə maraq naminə narkotik vasitələrdən istifadə etdiyini, Təqsirləndirilən şəxs ümumiyyətlə heç vaxt narkotik vasitə almadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə eşitdiyini, lakin kimdən eşitdiyini xatırlamadığını, Təqsirləndirilən şəxs ayaqqabını nisyə verdiyi müddətdən qalan 10 manatın əvəzinə narkotik vasitə istəməyinə qədər təxminən bir il müddət keçdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, heç bir vaxt Elşaddan narkotik vasitə almamışdır. Elşadın narkotik vasitə satmasını eşitməmişdir. İbtidai istimtaq zamanı vermiş oduğu ifadəsini polis şöbəsində təzyiq və hədə qorxu altında verdiyini bildirmişdir. Məhkəmədə şahidin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində əvvəllər Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunduğunu və 2017-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa çıxdığını, ara-sıra bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanıdığını, onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, onunla və onun ailə üzvləri ilə onun və ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayonu ərazisində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu üçün və özü də Yevlax rayonunda yerləşən plastmas sexində fəhlə kimi işlədiyinə görə onun idarə etdiyi avtomobil ilə sərnişin qismində gedib-gəldiyini, 2022-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs məxsus taksi fəaliyyəti göstərdiyi avtomobillə İpək youna Yevlax rayonuna getmək məqsədilə gedərkən Təqsirləndirilən şəxs bədənində ağrı olduğu üçün narkotik vasitə almaq istədiyini bildirdiyini, bu zaman Təqsirləndirilən şəxs narkotik vasitə olduğunu və bir çetini (bükümünü) 5 (beş) manata satdığını bildirdiyini, özü ona hazırda yanında narkotik vasitə olub-olmamasını və əgər varsa ala biləcəyini bildirdiyini, bu zaman Təqsirləndirilən şəxs cibindən təxminən 1-2 qram olan bir büküm narkotik vasitə qurudulmuş marixuana verdiyini, özü də bunun əvəzində Təqsirləndirilən şəxs qabaqcadan razılaşmalarına əsasən 5 (beş) manat pul verdiyini, avtomobildə siqaret qutusunun içərisində kağız olan və rızla adlanan kağız parçasının içərisinə qurudulmuş marixuananı doldurub çəkməklə istifadə etdiyini və rahatlaşdığını, həmin rızlanı da Təqsirləndirilən şəxs özünün ona verdiyini, daha sonra İpək yolunda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşərək Yevlax rayonunda yerləşən iş yerinə getdiyini, Təqsirləndirilən şəxs bir dəfə 2022-ci ilin dekabr ayının ortalarında narkotik vasitə olan qurudulmuş marixuana aldığını və özü istifadə etdiyini, bunun da müqabilində Təqsirləndirilən şəxs 5 (beş) manat pul verdiyini, ondan əvvəl və sonra Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs ona narkotik vasitə satan zaman və onun avtomobilində narkotik vasitə istifadə edən zaman orada başqa heç kim olmadığını, avtomobildə tək olduğunu, Təqsirləndirilən şəxs başqa kimlərəsə narkotik vasitə satması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkənlisidir. O, heç bir vaxt, eləcədə 2022-ci ilin dekabr ayında Elşaddan narkotik vasitə almamış, Elşada 10 manat pul verməmişdir. Elşadın narkotik vasitə satmasını eşitməmişdir. Məhkəmədə şahidin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmadığını, ara-sıra narkotik vasitələrdən istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanıdığını, onunla və onun ailə üzvləri ilə onun və ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayonu ərazisində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, özü də ara-sıra onun sürdüyü avtomobil ilə Ağdaş rayonu ərazisində müxtəlif yerlərə şəxsi işlərini görmək məqsədi ilə getdiyini, 2022-ci ilin dekabr ayının sonlarında Ağdaş şəhərindən Ağdaş rayonu, Ləki qəsəbəsinə şəxsi işi üçün getdiyini, bu zaman avtobusu gözləsə də gəlmədiyi üçün taksi ilə getmək qərarına gəldiyini, bu zaman Ləki dayanacağı adlanan yerdə Təqsirləndirilən şəxs məxsus taksi fəaliyyəti göstərdiyi avtomobilə yaxınlaşdığını və ona Ləki qəsəbəsinə neçəyə apara biləcəyini soruşduqda Təqsirləndirilən şəxs ona tək gedəcəyi halda beş manata apara biləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs ilə razılaşdığını və onun avtomobilində ön sərnişin oturacağına oturduğunu, Təqsirləndirilən şəxs avtomobili idarə edən zaman avtomobilin salonunda maqnitafonun aşağı hissəsində kazbekin (belamur) içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu gördüyünü, Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə edib-edə bilməyəcəyini soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə satdığını, əgər istəyirsə ona sata biləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs neçəyə satdığını soruşduqda Təqsirləndirilən şəxs bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kazbeki 10 manata satdığını bildirdiyini, bu zaman cibindən 10 manat pul çıxarıb Təqsirləndirilən şəxs verdiyini və Təqsirləndirilən şəxs 1 ədəd kazbekin içərisinə narkotik vasitə qurudulmuş marixuana doldurub ona verdiyini, özü də avtomobildə gedən zaman həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, bir qədər sonra Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən “Halal” marketin qarşısında Elşada taksi pulu kimi 5 manat pul verib avtomobildən düşdüyünü, daha sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşdığını və özü də şəxsi işinin dalınca getdiyini, Təqsirləndirilən şəxs bir dəfə 2022-ci ilin dekabr ayının sonlarında şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana aldığını və özü istifadə etdiyini, buna görə də Təqsirləndirilən şəxs 10 (on) manat pul verdiyini, ondan əvvəl və sonra Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, bir neçə dəfə Təqsirləndirilən şəxs xatrılamadığı nömrəsi ilə telefon əlaqəsi saxlayaraq şəxsi istifadəsi üçün narkotik vasitə almaq istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs əvvəlcə ona razılıq versə də, bir neçə gün sonra yenidən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlasa da Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını bildirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs ona narkotik vasitə satan zaman və onun avtomobilində narkotik vasitə istifadə edən zaman Təqsirləndirilən şəxs və özü avtomobildə tək olduqlarını, Təqsirləndirilən şəxs başqa hər hansı bir şəxs(lər)ə narkotik vasitə satması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 isə ifadəsində xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. O, evdə olmadığı üçün anası və həyat yoldaşı bununla əlaqədar polis şöbəsinə getmişlər. Onun Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamışdır. Elşadla Yevlax şəhərinə getməmişdir. “Dakka” ləqəbli şəxsdən narkotik vasitə almamışdır. İşin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-də müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ arxa cibindən telefon, əynində olan qış gödəkçəsinin sol cibindən siqaret qutusu, 2 ədəd kibrit qutusu, sağ cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan, şalvarın sağ cibindən isə pul əskinasları aşkar edilmiş, daha sonra həmin kibrit qutularında olan bitki külələri elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 6,9 qram və 5,8 qram olmuş, sonra həmin kibrit qutuları kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/46 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/47 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda ayrı ayrılıqda təmiz çəkiləri 4,42 qram və 3,42 qram, ümumi təmiz çəkisi 7,84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotikvasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd zərfin içərisindəki 2 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar ilə digər 1 (bir) ədəd zərfin içərisindəki 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 467 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, Ağdaş rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Şəki rayon məhkəməsinin qərarı ilə CPM-in 513, 520, CM-in 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 10 ay 10 gün müddətdən vaxtından əvvəl şərti azad edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ/6-22-2- 238/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Epizodik həşiş qəbulu” diaqnozu ilə profilaktik narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heş bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 mart 2023-cü il arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: anası – 1960-cı il təvəllüdlü X5, arvadı – X1, qardaşı – xx.xx.1980-cı il təvəllüdlü X2, xx.xx.1989-cu il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 4(014)-7/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 11 yanvar 2023-cü tarixdən saat 14:50-dən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 4(014)-33/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 (on beş) gün, 11 aprel 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixə qədər uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə ibtidai istintaq zamanı dindirilmiş 5 nəfər şahidin hər biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Həmçinin, Şahid4 ibtidai istintaq zamanı birbaşa Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, ondan 10 manat müqabilində narkotik vasitə almışdır. Həmçinin, məhkəmə şahidlərin bəzilərinin sonradan məhkəmə iclasında ibtidai istintaq zamanı verdiklərindən fərqli ifadələr verməsi, onların Təqsirləndirilən şəxs və onun ailəsini tanımaları, onların ifadələri əsasında Təqsirləndirilən şəxs mühakimə olunmasını istəməmələri kimi qiymətləndirir və hesab edir ki, həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr daha ağlabatandır və işin digər halları ilə uzlaşır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs ailəsində yeganə qazanc gətirən şəxs olmasını məhkəmə onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövürdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,87 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 70 manat 52 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövürdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 70,52 (yetmiş manat, əlli iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 7,87 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-74/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-74/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver