Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-74/2025 18.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 31 ünvaında qeydiyyatda olmaqla, Ağdaş şəhəri, Zeynəddin küçəsi, ev 27 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin aprel ayında ünvan 1 ünvanın həyətində olan yarımtikilidə əkmiş, həmin toxumlardan inkişaf etmiş 09 (doqquz) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin kollarını yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerə saat 18:28-dən saat 19:20-dək keçirilmiş baxış zamanı torpağa əkilmiş 09 ədəd, uzunluqları 67 sm-dən 270 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 13 kq 490 qram qram əkilibbecərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadələri ilə yanaşı, şahid ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilərək göstərdi ki, 2025-ci ilin aprel ayının əvvəllərində Ağdaş şəhər ərazisində yerdən 01 ədəd kağız bükümdə tərkibində narkotik maddələr olan bitki kollarının toxumlarını tapmış, onları əkmək üçün özündə saxlamış, bir neçə gün sonra qurudub şəxsi istifadə etməyi üçün Ağdaş şəhəri, Zeynəddin küçəsi, ev 27 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində yerləşən yarım tikilidə 09 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əkmiş, yerdə qalan toxumları saxlamaq üçün 03 dədə kibrit qutularına hissə-hissə bölmüş, 01 ədəd kibrit qutusunda olan toxumları kağız bükümlərə, 02 ədəd kibrit qutusunda olan toxumları isə açıq halda saxlamışdır. Əkdiyi bitkilərə mütəmadi olaraq aqro-texniki qaydada qulluq edib, sulamış və diblərini yumşaltmış və nəticədə 09 ədəd təkibində narkotik maddələr olan çətənə bitkisinin hər biri bitmişdir. Çətənə bitkilərinə arvadı X3 işdə olan zaman əkib-qulluq etdiyindən arvadının onun bu işlərlə məşğul olmağından xəbəri olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında olan zaman polis əməkdaşlarının sorğu-sualı əsasında yaşadığı evin həyətyanı sahəsində olan yarımtikildə özünün istifadə etməyi üçün çətənə bitkisi əkdiyini bildirmiş, həmin yerdə bitkiləri təqdim etmiş, həmin bitkilər polis əməkdaşları tərəfindən çıxarılmış, sayıldıqda 09 ədəd olması müəyyən edilmişdir. Bundan sonra yaşadığı evin yataq otağında olan dolabın rəfində gizlətdiyi 01 ədəd dəmir siqaret qutusunun içərisində gizlətdiyi və içərisində narkotik tərkibli bitkinin toxumları olan 03 ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür, hazırda əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin NMQ-un əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə əməliyyat axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:28-də ünvan 1 evin qarşısında saxlanılmış, narkotik tərkibli bitkilər əkib-əkməməsi, əkibsə təqdim etməsi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan yarımtikildə narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmiş, həmin bitki kollarını təqdim etmiş, aqronom tərəfindən həmin bitkilərə baxış keçirilmiş, ilkin baxış zamanı bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmiş, cəmi 9 ədəd kol kök hissədən çıxarılaraq metrə ilə ölçülmüş və 03 ədəd sintetik kisəyə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ünvan 1 mənzilə baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağında olan dolabın rəfində 01 ədəd dəmir siqaret qutusunun içərisində narkotik tərkibli bitki olan çətənə bitkisinin toxumuna bənzər kütlələr olan 03 (üç) ədəd kibrit qutuları aşkarlanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş bitkilərin narkotik vasitə sayılan çətənə bitkiləri olduğunu, həmin bitkiləri öz istifadəsi üçün 2025-ci ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsində əkərək qulluq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşı Şahid4, Şahid3 və Şahid5 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmək” haqqında qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - xx.xx.2025-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:55-də Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, saat 18:28-dən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin gün saat 16:30-da saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. - xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün və mənzilinin yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:28-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 1 evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib- əkməməsi, əkibsə təqdim etməsi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində olan yarımtikildə narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yolla yaşadığı evin həyətyanı sahəsində yerləşən yarım tikiliyə daxil olunmuşdur. Həmin yerdə Təqsirləndirilən şəxs əkib-becərmiş olduğu tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kollarını təqdim etmiş, bundan sonra Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş rayon Mərkəzinin rəisi, X2 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları kök hissədən çıxarılaraq metrə ilə ölçülmüş və uzunluqlarının müvafiq olaraq 67 sm, 235 sm, 231 sm, 254 sm, 216 sm, 221 sm, 223 sm, 270 sm və 197 sm olması müəyyən edilmiş, həmin bitki kolları 03 ədəd sintetik kisəyə qablaşdırılaraq götürülmüşdür.Daha sonra Təqsirləndirilən şəxs ünvan 1 mənzilə baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağında olan dolabın rəfində 01 ədəd dəmir siqaret qutusunun içərisində narkotik tərkibli bitki olan çətənə bitkisinin toxumuna bənzər kütlələr olan 03(üç) ədəd kibrit qutuları aşkarlanmış və götürümüşdür. Protokola görüntüləri əks etdirən DVD-R disk əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı aşkar edilməklə götürülmüş, 09 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmçinin 01 ədəd zərfə qablaşdırılmış içərisində çətənə bitkisinin toxumuna bənzər kütlələr olan 3 ədəd kibrit qutusunda olan kütlələrə yenidən baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin bitkilərin özünə məxsus olmasını, özü istifadə etmək üçün 2025-ci ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsində əkərək qulluq etdiyini bildirmişdir. Protokola görüntüləri əks etdirən DVD-R disk əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Protokola görüntüləri əks etdirən DVD-R disk əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli, 17/512 nömrəli məhkəmə-bioloji ekspertinin rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunmuş...” yazısı, adlar və imzalar olan 03(üç) ədəd sintetik kisənin içərisində 02 (iki) ədəd, 04(dörd) ədəd, 03(üç) ədəd olmaqla ümumilikdə 09(doqquz) ədəd, uzunluqları 67 sm-dən 270 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri - 13 kq 490,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X6 xx.xx.2025-ci il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, 09(doqquz) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş...bitki toxumuna bənzər kütlə....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisində 01 (bir) ədəd metal qutudakı: 02(iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 1,41 qr., 2,05 qr., ümumi təmiz çəkisi - 3,46 qram olan bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır, digər 01 (bir) ədəd kibrit qutusunun içərisindəki 01 (bir) ədəd kağız bükümdə, ümumi təmiz çəkisi - 0,04 qram olan bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır, həmçinin həmin kibrit qutusundakı digər 01 (bir) ədəd kağız bükümün içərisində cüzi miqdarda bitki hissəcikləri çətənə (kannabis) bitkisinin hissəcikləridir, çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə adi deyil. Həmin bitki hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 35,97 manat (otuz beş manat doxsan yeddi qəpik) təşkil edir. - xx.xx.2025-ci il tarixli “maddi sübutun tanınması və təhvil verilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13 kq 489,82 qram olmaqla 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 02 ədəd kibrit qutusunda 3,46 qram çətənə bitkilərinin toxumları, 01 ədəd kibrit qutusunda 0,04 qram çətənə bitkilərinin toxumları və çətənə bitkilərinin hissəcikləri maddi sübut kimi tanınmaqla saxlanması üçün Ağdaş RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli, 1188 saylı məhkəmə-narkoloji ekspertinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələ olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - xx.xx.2025-ci il tarixli, “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. - xx.xx.2025-ci il tarixli, Ağdaş RİHB-nin Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) —üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Tərkibində narkotik maddələr olan bitkilər” adlı Siyahının 1.2-ci qrafasına əsasən 3-15 ədəd çətənə növlü bitkilər xeyli miqdar hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsində ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın məqsədini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə etmə halları olduğunu nəzərə alaraq hesab edir ki, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra -Cinayət Prosessual Məcəllə) 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınmaqla Ağdaş Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13 kq 489,82 qram olmaqla 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 02 ədəd kibrit qutusunda 3,46 qram çətənə bitkilərinin toxumları, 01 ədəd kibrit qutusunda 0,04 qram çətənə bitkilərinin toxumları və çətənə bitkilərinin hissəcikləri məhv edilməli, iş üzrə protokollara əlavə edilmiş 04 (dörd) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə xərci qismində ekspertiza tədqiqatının 35,97 manat (otuz beş manat doxsan yeddi qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardıma görə pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmaqla Ağdaş Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13 kq 489,82 qram olmaqla 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 02 ədəd kibrit qutusunda 3,46 qram çətənə bitkilərinin toxumları, 01 ədəd kibrit qutusunda 0,04 qram çətənə bitkilərinin toxumları və çətənə bitkilərinin hissəcikləri məhv edilsin. İş üzrə protokollara əlavə edilmiş 04 (dörd) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci qismində ekspertiza tədqiqatının 35,97 manat (otuz beş manat doxsan yeddi qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən cəmi 14 saat hüquqi yardıma görə 154 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №1(014)-74/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-74/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver