Məhkəmə qərarları › İş №1(014)-75/2019

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-75/2019

17.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-75/2019 17.09.2019 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimov Həsən Ramiz oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1966-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olan və yaşayan, barəsində 18 aprel 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Tovuz rayonu, İbrahim Hacılı kənd sakini, xx.xx.1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun həyat yoldaşına məxsus yaşadıqları kənddə yerləşən çay evinin qarşısındakı 1.5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair, həmçinin Zərərçəkmiş şəxs bacısı Şahid2 həyat yoldaşı ilə aralarında məhkəmədə olan mülklə əlaqədar mübahisəli işin sonuncunun xeyrinə həll olunması ilə bağlı məhkəmədən qətnamələr çıxarılmasına köməklik göstərəcəyi adı ilə 30.08.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 400 manat, 03.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, 03.09.2018-ci il tarixdə Gəncə şəhərində 200 manat, 03.09.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 100 manat, 10.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat,12.09.2018-ci il tarixdə Ağdaş şəhərində 900 manat, 13.09.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 250 manat, 14.09.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 500 manat, 18.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, 21.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, 24.09.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 400 manat, 26.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, 28.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, 30.09.2019-cu il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 447 manat, 04.10.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 320 manat,18.10.2018-ci il tarixdə Ağdaş şəhərində 882 manat,17.11.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 07.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 45 manat, 17.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 16.01.2019-cu il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat pulunu vahid niyyətlə sonuncunun etibarından sui-istifadə edərək aldadıb alaraq, özgənin xeyli miqdarda cəmi 5500 manat nağd pulunu ələ keçirərək dələduzluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində mərhum atası X1 Ağdaş rayonu, Xosrov kəndində yerləşən torpaq sahəsi olduğunu və həmin torpaq sahəsi ilə bağlı məhkəmədə mübahisəli işlərinin olduğunu və bu işlərlə bağlı 2018-ci ilin avqust ayının əvvəllərində Bakı şəhərinə Prezident Aparatına getdiyini, orada Prezidentin baş köməkçisi Fuad Ələsgərovla görüşdüyünü, bundan sonra çölə çıxanda Tahirənin ona yaxınlaşıb onun da Fuad Ələsgərovun qəbuluna girmək istədiyini, lakin mümkün olmadığını və ona köməklik etməsini istədiyini, bundan sonra Fuad Ələsgərovun katibəsinə zəng vurub xahiş etdiyini, daha sonra Tahirə də inzibati binaya daxil olub Fuad Ələsgərovun qəbuluna girdiyini, Tahirə çıxanadək həyətdə onun bacısının yanında gözlədiyini, həmin zaman Tahirənin bacısının ondan mobil nömrəsini aldığını, adını və yaşayış yerini öyrəndiyini, Tahirə çıxdıqdan sonra ona onun yaşadığı kənddə həyat yoldaşına məxsus çay evinin qarşısındakı 1.5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsini istədiyini, həmçinin bacısı İlahənin həyat yoldaşı ilə aralarında məhkəmədə mülklə bağlı mübahisəli işləri olduğunu dediyini, Tovuz rayon məhkəməsnin hakimi və orada olan vəkillərin onların işlərini həll edə bilmədiyini, bunun üçün ondan yaxşı bilən bir vəkil tapmasını xahiş etdiyini, bundan sonra onlara Ağdaş rayonunda tanış vəkillərinin olduğunu bildirdiyini, aradan bir neçə gün keçdikdən sonra Tahirəgilin zəng vurub onu Tovuz rayonuna çağırdıqlarını, bundan sonra Tovuz rayonuna getdiyini və orada Tahirənin atası Sabirin onu qarşılayıb evlərinə apardığını, həmin günü gecə onlarda qaldığını, həmin gecə Sabirgilin ona Bakı şəhərində Prezident Aparatının həyətində Tahirənin ona dediyi mülklə bağlı məsələləri danışdıqlarını, onlara bu məsələlərdən anlayışının olmadığını, onları Ağdaş şəhərində vəkillə tanış edə biləcəyini və həmin vəkilin vasitəsilə işlərini görə biləcəklərini bildirdiyini, səhəri günü Tahirə və Elşənin Ağdaş şəhərinə gəldiklərini, onları Ağdaş şəhərində Fəzli və vəkil Ehtibarla tanış etdiyini, onlar Ehtibar müəllimlə tanış olub onunla müqavilə bağlayıb 200 manat pul verdiklərini, təxminən bir neçə gün keçdikdən sonra Tahirəgilin yenə də ona zəng vurub onu Tovuz rayonuna çağırdıqlarını, orada Tahirənin atası Sabirin ona qızı İlahənin aliment işi ilə bağlı onlara köməklik etməsini xahiş etdiyini, yenə də onlara vəkil Ehtibarla əlaqə saxlamalarını bildirdiyini, Tahirəgilin ona 50 manat yol pulu verdiklərini, təxminən iki üç gün keçdikdən sonra Tahirəgilin Ağdaş şəhərinə gəldiklərini və Ali Məhkəməyə şikayət yazılmalı olduğunu dediklərini, bundan sonra birlikdə Fəzli müəllimə ərizə yazdırdıqlarını, Fəzlinin də onlara gedib vəkil Ehtibarla müavilə bağlamalarını dediyini, Tahirəgilin də Ehtibarla müqavilə bağladıqlarını və ərizə yazdırdıqlarını, bundan sonra onların çıxıb getdiklərini, təxminən bir həftə keçdikdən sonra yenə də Tahirəgilin ona zəng vurub yaşadıqları evə çağırdıqlarını, orada ona rəhmətə gedən yaxınlarının olduğunu, ona görə də kənara çıxa bilmədiklərini və İlahənin əmlak məsələləri ilə bağlı sənədləri, eyni zamanda 400 manat da sənədlərin xərci üçün pul verdiklərini, həmin pulu götürüb onların sənədlərinə xərclədiyini, eyni zamanda sənədləri mütəxəssis Elnura verdiyini və Elnur həmin sənədləri hazırlayıb ona verdiyini, həmi sənədləri də məhkəməyə verdiyini, bundan əlavə məhkəmədən iddia ərizəsi alıb aparıb Tovuz rayonunda Tahirəgilə verdiyini, oradan Tahirəgillə Tovuz rayon poçt şöbəsi vasitəsilə Ali Məhkəməyə həmin sənədləri göndərdiklərini, eyni zamanda Tahirəgilin ona İlahənin boşanması ilə bağlı mülklə əlaqədar iddia ərizəsi yazmaq lazım olduğunu dediklərini, həmin zaman Tahirəgilin ona 300 manat pul verdiklərini, həmin pulları götürüb Ali Məhkəməyə onların adından ərizə yazdırıb göndərdiyini, daha sonra Tovuz rayonunda dövlət reyestr xidmətindən sənədi birlikdə gedib almağı istədiklərini, sonradan Tahirəgilin İlahənin ev tələbilə bağlı sənədləri ona verdiklərini, həmçinin 400 manat pul da verdiklərini, həmin sənədləri gətirib Ağdaş şəhərində Tanrıverdiyə ərizə yazdırıb aparıb kiki gün sonra Tovuz rayonunda özlərinə verdiyini və həmin gecəni orada qaldığını, sonradan Gəncə Apellyasiya Məhkəməsinə gedib İlahənin mülk işi ilə bağlı apellyasiya məhkəməsindən qətnamə alıb verdiyini, bunun üçün Tahirəgilin ona 400 manat pul verdiklərini, bundan sonra qayıdıb Tovuz rayonuna getdiklərini, Tovuz rayonunda ona əziyyət haqqı olaraq 100 manat da pul verdiklərini və oradan çıxıb evlərinə gəldiyini, bundan əlavə Tahirəgilin ona Tovuz rayonundan poçt vasitəsilə müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pullar göndəriklərini, Tahirəgilini ona həmin pulları yuxarıda qeyd etdiyi sənədlərlə bağlı işləri həll etmək üçün göndərdiklərini göstərdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyətdən qaçmaq məqsədi güdür, onun ifadəsi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam sübuta yetirilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs həyat yoldaşına məxsus yaşadıqları kənddə yerləşən çay evinin qarşısındakı 1.5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsin adı ilə, həmçinin bacısı Şahid2 həyat yoldaşı ilə aralarında məhkəmədə olan mülklə əlaqədar mübahisəli işin sonuncunun xeyrinə həll olunması ilə bağlı məhkəmədən qətnamələr çıxarılmasına köməklik göstərəcəyi adı müxtəlif vaxtlarda, yəni 30.08.2018-ci il tarixdə yaşadığı evdə 400 manat, 03.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, 03.09.2018-ci il tarixdə Gəncə şəhərində bacısı İlahənin yanında 200 manat, 03.09.2018-ci il tarixdə yaşadığı evdə ailəsinin yanında 100 manat, 10.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, 12.09.2018-ci il tarixdə Ağdaş şəhərində əri Elşənin yanında 900 manat, 13.09.2018-ci il tarixdə bacısının evində 250 manat, 14.09.2018-ci il tarixdə bacısının evində 500 manat, 18.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, 21.09.2018ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, 24.09.2018-ci il tarixdə yaşadığı evdə 400 manat, 26.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, 28.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, 30.09.2019-cu il tarixdə yaşadığı evdə 447 manat, 04.10.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 320 manat,18.10.2018-ci il tarixdə Ağdaş şəhərində İlahənin yanında 882 manat,17.11.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 07.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 45 manat, 17.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 16.01.2019-cu il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, cəmi 5.500 manat pul almış, lakin aldığı pulların müqabilində heç bir iş görməmiş, aldığı pulları geri qaytarmamışdır, hazırda ona vurulmuş ziyanın ödənilməsini tələb edir, Təqsirləndirilən şəxsla barışmamışdır, ona qarşı qarşı şikayətçidir və cəzalandırılmasını xahiş edir. İş üzrə Şahid1 məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bacısı Tahirənin, özünün, atası Sabirin, bacısının əri Elşənin müxtəlif vaxtlarda poçt vasitəsi ilə, bacısı Tahirənin isə nağd pul verdiyini, həmin pulların hamısının Tahirəyə məxsus olduğunu, Tahirənin İmrana 30.08.2018-ci il tarixdə yaşadığı evdə 400 manat, 03.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, 03.09.2018-ci il tarixdə Gəncə şəhərində onun yanında 200 manat, 03.09.2018-ci il tarixdə yaşadığı evdə ailə üzvülərinin yanında 100 manat, 10.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat,12.09.2018-ci il tarixdə Ağdaş şəhərində Elşənin yanında 900 manat, 13.09.2018-ci il tarixdə evində 250 manat, 14.09.2018-ci il tarixdə evində 500 manat, 18.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat , 21.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, 24.09.2018-ci il tarixdə yaşadığı evdə 400 manat, 26.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, 28.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, 30.09.2019-cu il tarixdə yaşadığı evdə 447 manat, 04.10.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 320 manat,18.10.2018-ci il tarixdə Ağdaş şəhərində onun yanında 882 manat,17.11.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 07.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 45 manat, 17.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 16.01.2019-cu il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat pul verdiyini, İmranın yaşadıqları kənddə yerləşən bacısı ərinə məxsus çay evinin qarşısındakı 1.5 sot torpaq sahəsinin bacısı ərinin mülkiyyətinə verilməsi adı ilə, həmçinin onun həyat yoldaşı ilə arasında mülklə bağlı məhkəmədə olan mübahisəli işin onların xeyrinə həll edilməsinə dair məhkəmələrdən qətnamələr alınmasına köməklik göstərəcəyi adı ilə bacısı Tahirəni aldadaraq ümumilikdə 5500 manat pulunu aldadıb aldığını bildirdi. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş şəhərində "xxxx" MMC-nin müdiri işlədiyini, bu barədə müvafiq sənədlərinin olduğunu, Tovuz rayonu, İbrahim Hacılı kənd sakini Zərərçəkmiş şəxs 2018-ci ilin oktyabr ayında tanıdığını, belə ki, Ağdaş rayonu, Xosrov kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşıb Tovuz rayonundan bir nəfər şəxs olduğunu, onun həyat yoldaşı ilə boşanması ilə bağlı məhkəmədə əmlakla əlaqədar mübahisəli işləri olduğunu və onun əmlakını qiymətləndirməyə köməklik etməsini xahiş etdiyini, bundan sonra həmin şəxsin adresini, soyadını və adını götürüb qiymətləndirmə yazdığını, İmran bununla bağlı ona 170 manat pul verdiyini, həmin qiymətləndirməni İmran özü götürüb apardığını, başqa İmranın onlarla nə danışması və onlara nə söz verməsi, həmçinin onlardan nə qədər hansı adla pul alması barədə heç bir məlumatının olmadığını, İmranın ona verdiyi həmin pulun 1 faizini yəni, 1 manat 70 qəpik pulu millon vasitəsilə dövlət nəfinə keçirdiyini göstərdi. İş üzrə Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində hüquqşünas olduğunu, hazırda rəsmi olaraq heç bir yerdə işləmədiyini, Ağdaş şəhərində onu tanıyan şəxslərin onun təcrübəsindən istifadə edərək ondan müəyyən ərizələr, müraciətlər yazmağını xahiş etdiklərini, onlara texniki yardım göstərdiyini, yəni ərizələr, müraciətlər və s. yazıb verdiyini, Ağdaş rayonu, Xosrov kənd sakini Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayının axırlarında ona yaxınlaşıb Tovuz rayon sakini Şahid2 həyat yoldaşından ayrılması və aralarında olan əmlak məsələləri ilə bağlı, həmçinin Zərərçəkmiş şəxs həyat yoldaşının yaşadıqları kənddə olan çay evinin qarşısındakı 1.5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair məhkəmələrə iddia ərizələri yazdırmağı xahiş etdiyini, təxminən 2-3 dəfə ona bu cür ərizələr yazdığını, İmranın da ona hər dəfə 10-20 manat pul verdiyini, sonradan İmran tutulduqdan sonra onun Tovuz rayon sakini Tahirə adlı qadını aldadıb pulunu dələduzluq yolu ilə aldığını eşitdiyini, lakin əvvəlcədən bu barədə heç bir məlumatının olmadığını göstərdi. İş üzrə Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində hüquqşünas olduğunu, fərdi olaraq hazırda tərcümə etdiyini və hüquqi yardım göstərdiyini, Ağdaş rayonu, Xosrov kənd sakini Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıdığını, Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayının axırlarında ona yaxınlaşıb Şahid2 həyat yoldaşı ilə aralarında olan mülklə bağlı məhkəmədə olan mübahisəli məsələləri ilə əlaqədar ərizə yazmağını xahiş etdiyini, lakin İmranın ona bunun üçün 400 manat deyil, 40 manat pul verdiyini göstərdi. İş üzrə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində Ağdaş rayonunda fərdi qaydada vəkil işlədiyini, Tovuz rayon sakini Tahirənin həyat yoldaşı Elşəni tanıdığını, belə ki, 2018-ci ilin sentyabr ayının əvvəllərində Ağdaş rayonu, Xosrov kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşıb Tovuz rayon sakini Tahirənin bacısı İlahə adlı qadının Gəncə Apellyasiya Məhkəməsində əmlak mübahisəsi olduğunu, onun ziyanına məhkəmə qətnaməsi çıxdığını və həmin işdən Ali Məhkəməyə kassasiya şikayəti vermək lazım olduğunu bildirdiyini, bundan sonra İmrana həmin şəxsləri onun yanına dəvət etməsini bildirdiyini, bu məqsədlə Elşənin Ağdaş şəhərində ona yaxınlaşdığını, onunla Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün müqavilə bağladığını, Elşənin ona müəyyən sənədləri verib çıxıb getdiyini, lakin Tahirə və İlahə adlı qadınları ümumiyyətlə görmədiyini, sonradan kassasiya şikayətini hazırlayıb Gəncə Apellyasiya Məhkəməsinə göndərdiyini, daha sonra isə İmranın ona yaxınlaşıb 210 manat pul verib Elşəngilin göndərdiyini dediyini, həmin pulu banka ödədiyini, sonradan Tahirə, İlahə və Elşənin onun yanına gəlib İmranın onun adından Tahirəgilin mülk işlərini həll etmək adı ilə onlardan ümumilikdə cəmi 5500 manat pul aldığını dediklərini, lakin əvvəlcədən bu barədə heç bir məlumatının olmadığını göstərmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, yəni məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oğlunun cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 16 aprel 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut olan on bir ədəd qəbzlər və üç ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir, vurulmuş ziyan ödənilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 16 aprel 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan on bir ədəd qəbzlər və üç ədəd disk cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir).

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar