Məhkəmə qərarları › İş №1(014)-75/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-75/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-75/2020 02.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X6 və onların müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1998-ci ildə Ağstafa rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Socar neft emalı zavodunda “PRAKOM” lahiyəsində rigger işləyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Pirili kəndində qeydiyyatda olan və Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair, xx.xx.1990-ci ildə Gədəbəy rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Bulaqotağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair, xx.xx.1991-ci ildə Ağdaş rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Bulaqotağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 ittiham olunur ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində qardaşı Təqsirləndirilən şəxs1 və qaynı X6 ilə bir qrup şəxs halında birləşərək Ağdaş rayonu Yuxarı Qəsil kəndində yaşayan xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs aralarında baş vermiş şəxsi münasibətlər zəminində sonuncunun yaşadığı Ağdaş rayonu Yuxarı Qəsil kəndində yerləşən evinin həyətində taxta parçası ilə başın sol ənsə nahiyəsindən, əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin yarası, alnın sol nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı və şişkinliyi, sol gözaltı nahiyənin qançır və şişkinliyi, sol gözün ağlı qişasına qansızma, sol dirsək oynağının arxa səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, burun sümüklərinin yerdəyişən sınığı, sol göz divarı sümüyünün sınığı, başın sol ənsə nahiyəsinin yarası ilə nəticələnən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 ittiham olunur ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2 və qohumu X6 ilə bir qrup şəxs halında birləşərək Ağdaş rayonu Yuxarı Qəsil kəndində yaşayan xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində sonuncunu yaşadığı Ağdaş rayonu Yuxarı Qəsil kəndində yerləşən evinin həyətində əl və ayaqları ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin yarası, alnın sol nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı və şişkinliyi, sol gözaltı nahiyənin qançır və şişkinliyi, sol gözün ağlı qişasına qansızma, sol dirsək oynağının arxa səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, burun sümüklərinin yerdəyişən sınığı, sol göz divarı sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X6 ittiham olunur ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində yeznəsi Təqsirləndirilən şəxs2 və onun qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək Ağdaş rayonu Yuxarı Qəsil kəndində yaşayan xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində sonuncunu yaşadığı Ağdaş rayonu Yuxarı Qəsil kəndində yerləşən evinin həyətində əl və ayaqları ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin yarası, alnın sol nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı və şişkinliyi, sol gözaltı nahiyənin qançır və şişkinliyi, sol gözün ağlı qişasına qansızma, sol dirsək oynağının arxa səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, burun sümüklərinin yerdəyişən sınığı, sol göz divarı sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilimiş Təqsirləndirilən şəxs1ifadəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bildiyini, Təqsirləndirilən şəxs2 onun qardaşı olduğunu. X1 isə qardaşının həyat yoldaşı olduğunu, 2013-cü ildə onların ailə qurduqlarını, onların birgə nikahdan 3 övladlarının olduğunu, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində evə gəldiyini. evdə atasının Əlini tutub saxladığını gördüyünü, nə baş verdiyini soruşduqda ailə üzvlərinin qonşu Yuxarı Qəsil kəndində yaşayan Ceyhunun Lamiyənin telefonuna Votsapda mesaj yazdığını bildirdiklərini, Əlini sakitləşdirmək istədiklərini, Əlinin evə keçdiyini, qəflətən ailə üzvlərinin Əli getdi deyə qışqırdığını, Əlinin yatdığı otağın pəncərəsini sındırıb Ceyhunun evinə getdiyini, özü və Məhəmmədin dərhal oraya getdiklərini, Məhəmmədin ondan qabaq qaçdığını, Ceyhunun evinə çatan zaman Əli və Məhəmmədin Ceyhunu döymələrini gördüyümü, əsəbi olduğundan Ceyhunu yumruq və təpiklə vurduğunu, daha sonra atası Seyfəddin və Ceyhunun atası Vahidin onları aralaşdırdıqlarını, çıxıb evə gəldiklərini, konkret olaraq Ceyhunun hansı nahiyəsindən vurmağını bilmədiyini, müxtəlif nahiyələrindən vurduğunu, onu yalnız əl və ayaqla vurduğunu, lakin Əli və Elvinin onu silah və ya silah qismində istifadə edilə bilən əşya ilə vurmasını görmədiyini, Lamiyə ilə Ceyhunun arasında heç bir münasibət olmadığını, Ceyhunun mesaj yazaraq Lamiyə ilə münasibət qurmasını istədiyini bildirdiyini, Lamiyənin ona evli olduğunun və onu narahat etməməsini dediyini, hadisənin təxminən 20 dəqiqə çəkdiyini, kənardan heç kəsin gəlmədiyini, hadisənin Ceyhunun evinin həyətində baş verdiyini, hadisə zamanı orada özü, Əli, Məhəmməd, Seyfəddin, Ceyhunun atası Vahidin olduğunu, Əlinin ifadəsində Ceyhunu taxta parçası ilə vurduğunu bildirməsi barədə Əlinin də ona bu barədə demədiyini, həmçinin onu taxta ilə vurduğunu görmədiyini göstərmişdir. Məhkəmədən Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq ona münasibətdə iş üzrə icraata xitam verilməsini və cinayət məsüliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilimiş X6 ifadəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bildiyini, Təqsirləndirilən şəxs2 onun yeznəsi olduğunu, X1 isə onun bacısı olduğunu, 2013-cü ildə onlar ailə qurduqlarını, birgə nikahdan 3 övladlarının olduğunu, xx.xx.2020-ci il tarixdə anasının ona zəng edərək bacısı Lamiyəyə bir nəfər oğlanın mesaj yazdığını, Əlinin həmin mesajı tutduğunu bildirdiyini, Əliyə zəng edərək səbrli olmasını və Ağdaş şəhərinə gəldiyini bildirdiyini, daha sonra Ağdaş şəhərinə gəldiyini, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində Ağdaş rayonu Bulaqotağı kəndində yaşayan bacısının evinə çatdığını, Əli, özü və Lamiyənin üçlükdə söhbət etdiklərini, Lamiyə ona mesaj yazan oğlanın Ceyhun adlı şəxs olduğunu, əvvəllər Ceyhunu tanımadığını, onunla aralarında heç bir münasibəti olmadığını bildirdiyini, özü və Əlinin Ceyhunun evinə getmək istədiklərini, Ceyhunun qonşu Yuxarı Qəsil kəndində yaşadığını, lakin Əlinin atası Seyfəddinin onları qoymadığını, saat təxminən 23 radələrində Əlinin öz otağına keçdiyini, pəncərəni sındıraraq evdən çıxıb Ceyhunun yaşadığı evə getdiyini, dərhal özü və Əlinin qardaşı Elvinin də Ceyhunun yaşadığı evə getdiklərini, həmin evə çatan zaman Ceyhunun Əliyə var-yox söyüşü söydüyünü gördüyünü, özünün Ceyhunu yumruqla çənəsindən vurduğunu, Ceyhunun yerə yıxıldığını, həmin vaxt özü, Əli və Elvinin Ceyhunun müxtəlif nahiyələrindən yumruq və təpiklə vurduqlarını, orada olan Ceyhunun atası Vahidin və Seyfəddinin onları araladıqlarını, Ceyhunu vurmaqda məqsədinin Ceyhunun onun bacısına mesaj yazdığını, ona görə ondan heyf almaq və etdiyi hərəkətə görə cəza çəkmsini istədiyini, konkret olaraq Ceyhunun çənəsindən vurmağı yadında qaldığını, sonra Ceyhunun bədəninin müxtəlif nahiyələrindən vurduğunu, lakin hansı nahiyəsindən vurmağının yadında qalmadığını, Ceyhunu yalnız əl və ayaqla vurduğunu, lakin Əli və Elvinin onu silah və ya silah qismində istifadə edilə bilən əşya ilə vurmasını görmədiyini, Lamiyə ilə Ceyhunun arasında heç bir münasibət olmadığını, Ceyhunun mesaj yazaraq Lamiyə ilə münasibət qurmasını istədiyini bildirdiyini, Lamiyənin də ona evli olduğunu və onu narahat etməməsini dediyini, hadisənin təxminən 20 dəqiqə çəkdiyini, kənardan heç kəsin gəlmədiyini, hadisənin Ceyhunun evinin həyətində baş verdiyini, hadisə zamanı orada Elvin, Əli, özü, Seyfəddin, Ceyhunun atası Vahidin olduğunu, Əlinin ifadəsində Ceyhunu taxta parçası ilə vurduğunu bildirməsi barədə Əlinin də ona bu barədə demədiyini, heçnə görmədiyini bildirmişdir. Məhkəmədən Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq ona münasibətdə iş üzrə icraata xitam verilməsini və cinayət məsüliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilimiş Təqsirləndirilən şəxs2 ifadəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs tanıdığını, əvvəllər onunla aralarında heç bir söz-söhbət və narazılıq olmadığını, həmişə münasibətlərinin normal olduğunu, 2013-cü il tarixdə X7 ilə ailə qurduğunu, birgə nikahdan 3 övladlarının olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminən 01 radələrində evə gəldiyini, həyətə daxil olduqdan sonra pəncərədən həyat yoldaşı Lamiyənin kiminləsə telefonla yazışmasını gördüyünü, otağa daxil olduğunu, Lamiyədən telefonda ona kimin yazmasını soruşduğunu, Lamiyənin də tanımadığını, 10 gündür ki, kiminsə ona yazdığını, adının Orxan olduğunu bildirdiyini, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində yenə Lamiyədən ona kimin mesaj yazmasını soruşduğunu, Lamiyəni məcbur etdikdən sonra ona mesaj yazanın Ceyhun olduğunu, həmçinin Ceyhuna ona yazmamasını dediyini, lakin Ceyhunun ondan əl çəkmədiyini bildirdiyini, bundan sonra atası və qardaşının onu saxlamağa çalışdıqlarını, öz otağına keçdiyini, saat təxminən 23 radələrində otağının pəncərəsini sındırıb çölə çıxdığını, birbaşa Ceyhunun evinə getdiyini, Ceyhunun həyətinə daxil olduğunu, onu səslədiyini, əvvəlcə Ceyhunun atası Vahidin həyətə düşdüyünü, Vahidə işıqlarının keçdiyini, Ceyhunun çağırmasını, onların işıqlarını yandırmağa kömək etməsini bildirdiyini, Ceyhunun işıq idarəsində işlədiyini, belə olub Ceyhunun həyətə düşdüyünü, Ceyhunun yaşadığı evin həyətində onu yumruqla vurduğunu, Ceyhundan kimə mesaj yazmasını soruşduğunu, Ceyhunun heç kimə yazmadığını bildirdiyini, belə olub Ceyhunun yumruqla yenə vurduğunu, Ceyhunun yerə yıxıldığını, Ceyhunun sinəsində əyləşdiyini, onu yumruqla vurmağa başladığını, təxminən 5-10 dəqiqə sonra qardaşı Elvin və qaynı Məhəmmədin gəldiyini, onların bir neçə dəfə yumruqla və təpiklə Ceyhunu vurduqlarını, əlinə yerdən taxta parçası keçdiyini, həmin taxta parçası ilə Ceyhunun başından bir dəfə vurduğunu, kiminsə taxtanı onun əlindən aldığını, amma kimin almasını bilmədiyini, həmin vaxt orada atası, Ceyhunun atası, anasının olduğunu, həmin orada olan şəxslərin onları aralaşdırdığını, özü, qardaşı və qaynının evlərinə gəldiklərini, Elvin və Məhəmmədin əl və ayaqları ilə Ceyhunu vurduqlarını, ancaq konkret hansı nahiyəsindən vurmaqlarını bilmədiyini, heç özünün konkret Ceyhunun hansı nahiyəsindən vurduğunu bilmədiyini, Ceyhunun harasından gəldi vurduğunu, hadisənin təxminən 20 dəqiqə çəkdiyini, kənardan heç kəsin gəlmədiyini, hadisənin Ceyhunun evinin həyətində baş verdiyini, Ceyhunun onların heç birini vurmadığını, hadisə zamanı orada özü, qardaşı Elvin, qaynı Məhəmməd, atası Seyfəddin, Ceyhunun atası Vahidin olduğunu, Ceyhunla əvvəllər aralarında heç bir söz-söhbət və narazılıq olmadığını göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraqona münasibətdə iş üzrə icraata xitam verilməsini və cinayət məsüliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmişZərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıdığını, X4 isə sonradan tanıdığını, əvvəllər onlarla aralarında heç bir vaxt söz-söhbət və narazılıq olmadığını, Əlinin həyat yoldaşı Lamiyəni gördüyünü, sonra onun mobil telefonunu tapıb ona Votsap proqaramı ilə mesaj yazdığını, təxminən 10 gün idi ki, ona Votsapda mesaj yazdığını, lakin Lamiyənin ona cavab vermədiyini, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Lamiyəyə Votsapda mesaj yazdığını, bir az yazışdıqlarını, sonra Lamiyənin yazmadığını, daha sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində evdə yatdığını, küçədən onu çağırdıqlarını eşitdiyini, həyətə düşən zaman Əli, onun qardaşı Elvin, atası Seyfəddin və qaynı Məhəmmədin orada olduqlarını gördüyünü, Əlidən nə baş verdiyini soruşduğunu, Əlinin onun həyat yoldaşına mesaj yazmağını dediyini, Əliyə artıq saatın gec olmasını, səhər açılan zaman danışmalarını dediyini, həmin vaxt Əlinin onun üzərinə hücum etdiyini, yerə yıxıldığını, bu zaman Əli, Elvin və Məhəmmədin onun üzərinə hücum edərək onu döyməyə başladıqlarını, həmin şəxslərin onu bədəninin müxtəlif yerlərindən vurduqlarını, həmçinin Əlinin əlində balta olduğunu, balta ilə onun başının arxa hissəsindən bir dəfə vurduğunu, sonra isə atası və Seyfəddin onları araladıqlarını, özünün xəstəxanaya müraciət etdiyini, hadisənin xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində Yuxarı Qəsil kəndində yaşadığı evdə baş verdiyini, hadisənin baş verməsinə səbəb onun Əlinin həyat yoldaşı Lamiyəyə mesaj yazması olduğunu, onu konkret olaraq Əli, Elvin və Məhəmmədin bədəninin müxtəlif nahiyələrindən əl və ayaqları ilə vuraraq xəsarət yetirdiklərini, hadisənin təxminən 30 dəqiqə davam etdiyini, səs-küyə kənardan kimlərin gəlməsini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X6 ilə barışdıqlarını və onlardan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 onun doğma oğlanları, X2 isə onun qohumu olduğunu, oğlu Əlinin 2013-cü il tarixdə Lamiyə ilə ailə qurduğunu, birgə nikahdan 3 övladları olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində oğlu Əlinin evdə səs-küy saldığını, Əlidən nə baş verdiyini soruşduğunu, Əlinin də Lamiyənin qonşu Yuxarı qəsil kəndində yaşayan Ceyhun adlı şəxslə telefonla mesajlaşdıqlarını dediyini, Əlini sakitləşdirməyə çalışdığını, Əlinin çölə çıxmaması üçün otağının qapısını bağladığını, Ceyhuna nəsə etməsindən qorxduğunu, bundan sonra Əli otağının pəncərəsini sındırıb qaçıb getdiyini, özü, digər oğlu Elvin və Lamiyənin qardaşı Məhəmmədin dərhal onun arxası ilə Ceyhunun evinə tərəf getdiklərini, oraya çatan zaman Əlinin Ceyhunu döydüyünü gördüyünü, Elvinlə Məhəmmədin də Ceyhunu vurduqlarını, özü və Ceyhunun atası Vahidin onları araladıqlarını, sonra isə evə gəldiklərini, hadisənin konkret olaraq xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində Ceyhunun yaşadığı evin həyətində baş verdiyini, hadisənin baş verməsinə səbəbin Ceyhunun onun gəlininə mesaj yazması olduğunu, Ceyhunu oğlanları Elvin, Əli və Lamiyənin qardaşı Məhəmmədin əl və ayaqları ilə vuraraq xəsarət yetirdiklərini, Əli ifadəsində Ceyhunu döyən zaman əlinə taxta parçası keçməsi və onunla bir dəfə Ceyhunun başından vurmasını bildirməsi barədə Əlinin taxta parçası ilə Ceyhunu vurmasını görmədiyini, hadisə zamanı orada özü, oğlanları Əli və Elvin, Məhəmmədin, Ceyhunun atası Vahidin olduğunu, hadisənin təxminən 5-6 dəqiqə davam etdiyini, səsküyə kənardan qonşulardan heç kəsin gəlmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində Zərərçəkmiş şəxs onun doğma oğlu olduğunu, Əli və Elvinin qonşu kənddə yaşadıqlarını, əvvəllər onlarla aralarında heç bir ədavət və düşmənçiliklərinin olmadığını, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində evdə olduğunu və yatdıqlarını, isti olduğu üçün özünün eyvanda yatdığını, həmin vaxt küçədən kiminsə Ceyhunu çağırdığını eşitdiyini, qapıya çıxanda Ceyhunu çağıranın Ağdaş rayon Bulaqotağı kəndində yaşayan Əli olduğunu gördüyünü, onun yanında da bir neçə şəxsin olduğunu, lakin onları tanımadığını, Əli və Elvini hadisədən sonra tanıdığını, həmin vaxt nə olduğunu soruşduğunu, Əlinin də işığın yanmadığını, Ceyhunun işığı yandırmaq üçün lazım olduğunu, qapını açdığını, onların həyətə daxil olduqlarını, həmin vaxt Ceyhunun da düşüb gəldiyini, nə baş verdiyini soruşduğunu, bu zaman Əlinin Ceyhunu vurduğunu, Ceyhunun yerə yıxıldığını, həmin vaxt Əli, Elvin və sonradan Əlinin qaynı olduğunu bildiyi Məhəmməd adlı şəxsin Ceyhunun üzərinə hücum edərək onu döyməyə başladıqlarını, Ceyhunun yerdə olan zaman onların Ceyhunu yumruqla və təpiklə vurduqlarını, daha sonra özü və Seyfəddinin onları ayırmağa başladıqlarını, Əlinin ifadəsində Ceyhunu balta ilə vurmamasını, əlində ağac parçası keçdiyini və onu ağac parçası ilə vurduğunu bildirməsi ilə bağlı Əlinin yalan dediyini, onun əlində balta olmasını və onu balta ilə vurduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş X8 da təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilənŞahid1 ifadəsində Təqsirləndirilən şəxs2 onun həyat yoldaşı olduğunu, 2013cü ildə ailə qurduqlarını, birgə nikahdan 3 övladlarının olduğunu, təxminən 1 ay əvvəl Ceyhun adında şəxsin ona zəng etdiyini, onunla münasibət qurmaq istədiyini bildirdiyini, ona ailəli olduğunu və onunla münasibət qurmaq istəmədiyini bildirdiyini, daha sonra Ceyhunun ona Votsap vasitəsilə bir neçə dəfə yazdığını, ona yazmamasını bildirdiyini, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Ceyhunun yenə ona mesaj yazdığını, ona cavab yazarkən həyat yoldaşı Təqsirləndirilən şəxs2 otağa daxil olduğunu, ondan kiminlə yazışdığını soruşduğunu, həmçinin də yazışmaları oxuduğunu, həmin vaxt Orxan adında şəxs olmasını, 10 gündür ki, ona yazmasını bildirdiyini, Əlinin də uşaqların xətrinə onu bağışladığını bildirdiyini, otaqdan çıxıb getdiyini, lakin xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində evdə olan zaman Əlinin yenə ondan mesaj yazanın kim olduğunu soruşduğunu, bu dəfə Ceyhunun mesaj yazdığını bildirdiyini, daha sonra isə Əlinin evdən çıxıb getdiyini, onun arxası ilə qaynı Elvinin və qardaşı Məhəmmədin də getdiyini, sonradan onların Ceyhunu döydüklərini bildiyini, onunla Ceyhun arasında heç bir münasibət və əlaqə olmadığını, Ceyhuna mesaj yazmadığını, Ceyhunun ona Votsap proqramında mesajlar yazdığını, ona yazmamasını bildirdiyini, izahatında Əlinin ondan mesaj yazanın kim olmasını soruşduqda demədiyini, bu zaman onu yumruqla sifətindən vurduğunu və boğandan tutub sıxdığını bildirdiyini, lakin Əlidən heç bir şikayət və tələbi olmadığını, Əlinin onun həyat yoldaşı olduğunu, heç bir xəsarəti olmadığını, məhkəmətibbi ekspertizasından keçmək istəmədiyini, Əlidən heç bir şikayət və tələbi olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 297 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən sol qaş nahiyəsinin yarası, alnın sol nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı və şişkinliyi (dərialtı hematoması), sol gözaltı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, sol dirsək oynağının arxa səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, burun sümüklərinin yerdəyişən sınınğı, sol göz divarı sümüyünün sınığı küt alət təsirindən törənmiş, başın sol ənsə nahiyəsinin yarası çapıcı alət (ola bilər baltanın kəsər hissəsi) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, birlikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Ayrı ayrılıqda burun sümüklərinin yerdəyişən sınığı, sol göz divarı sümüyünün sınığı sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Başın sol ənsə nahiyəsinin yarası, sol qaş nahiyəsinin yarası, sol gözaltı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Sağ gözətrafı nahiyənin qançırı və şişkinliyi (dərialtı hematoması), sol dirsək oynağının arxa səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur və o əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur və o əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, X2 məhkumluğu yoxdur və o əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon Bulaqotağı kənd X14 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2, barəsində yaşadığı Bulaqotağı kəndindən icra nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon Bulaqotağı kənd X14 üzrə nümayəndəliyi verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Bulaqotağı kəndində yaşayır. Təqsirləndirilən şəxs1, barəsində yaşadığı Bulaqotağı kəndindən icra nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağstafa rayonu Pirili kənd X14 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki X6 haqqında nümayəndəliyə hec bir şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmələrini, törətdikləri əməldən səmimi peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxslə barışmalarını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X10 cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilsin və onlar cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar