Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-75/2021 20.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxx 1996-cı ildə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Abad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində Ağdaş rayonu Abad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlu ilə onunla eyni ünvanda yaşayan arvadı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaşadıqları evin içərisində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs baş və üz nahiyələrinə bir neçə dəfə əlləri ilə qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən alnın sol nahiyəsinin şişkinliyi (dərialtı hematoması) sağ gözaltı nahiyənin burun yəhərinə keçən qançırı, sağ dirsək oynağının əzilməsi, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sol budun yuxarı 1/3-nin ön səthinin qançırları xəsarətlərini yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun arvadı olduğunu, 2018-ci ildə ailə qurduqlarını, birgə nikahlarından 1 azyaşlı övladlarının olduğunu, ailə qurandan valideynləri ilə birlikdə yaşadıqlarını, Günelin isə onun valideynləri ilə dolanmadığını, bu səbəbdən dəfələrlə aralarında mübahisələrin baş verdiyini, Günelin valideynlərinə bir neçə dəfə xəbərdarlıq etsələr də, Günelin yenə də öz hərəkətlərinə davam etdiyini, bir müddətdir ki, Bakı şəhərində restoranların birində kuryer işlədiyini, 19.04.2021-ci il tarixdə yoldaşı Günelin ona zəng edərək qonaq gedəcəklərini söylədiyini və ona da getməyə icazə verib-vermədiyini soruşduğunu, Günelə qonaq getməyə icazə verdiyini, sonra qonaq gedən zaman anası Ruhiyyənin Günelin geyiminə irad tutduğunu, Günelin də Ruhiyyəyə nalayiq ifadələr işlətdiyini, həmin vaxt Günelin ona zəng edərək ona nalayiq tərzdə “sənin anan kimdir ki, mənim işlərimə qarışır” dediyini və gəlib onu aparmasını söylədiyini, Günelin onun anasına qarşı nalayiq ifadələr işlətməsini görüb həmin sözləri qaytarıb Günelə dediyini, telefon danışığı zamanı aralarında mübahisə baş verdiyini, ona görə də işdən icazə alıb rayona, yaşadığı evə qayıtdığını, axşam saatlarında yaşadığı evə çatdığını, Günelin olduğu otağa keçəndə Günelin yenə ona nalayiq ifadələr deməyə başladığını, ona görə yenə aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı əli ilə Günelin üz nahiyəsindən bir dəfə vurduğunu, Günelin də səs-küy salmağa başladığını, Günelə sakit dayanmasını, səsinin qonşulara getdiyini, qonşulardan ayıb olduğunu dediyini, lakin Günelin ona qulaq asmadığını və yenə ona nalayiq ifadələr deməyə başladığını, Günelin bu hərəkətinə çox əsəbləşdiyini və əli ilə Günelin baş nahiyəsinə vurduğunu, sonra qohumu Günayın aralığa keçdiyini və onları aralaşdırdığını, bundan sonra Günelin atasına zəng edərək gəlib qızını aparmasını söylədiyini bildirmişdir. Həmçinin, o, izahatında arvadı Günelin üz və baş nahiyəsindən bir neçə dəfə əli ilə vurub xəsarət yetirdiyini, aralarındakı mübahisə və davadalaşın yaşadıqları evdə baş verdiyini, həmin vaxt orada onlardan başqa ailə üzvlərinin olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu, 2018-ci ildə ailə qurduqlarını, birgə nikahlarından 1 azyaşlı övladlarının olduğunu, ailə qurandan sonra qayınanası və qayınatası ilə birlikdə yaşamağa başladıqlarını, lakin qayınanası və qayınatasının həmişə onun işlərinə qarışdıqlarını, buna görə də, dəfələrlə aralarında mübahisə baş verdiyini, əri Ehtibarın Bakı şəhərində işlədiyini, bir neçə dəfə əri Ehtibara onu öz yanına aparmasını desə də, qayınanasının Ehtibarla danışdığını və Ehtibara onu Bakıya aparmağa imkan vermədiyini, 19.04.2021-ci il tarixdə qayınanası ilə birlikdə qonaq getməli olduğunu, həmin vaxt qayınanası Ruhiyyənin ona onun geyiminə baxanda utanmasını söylədiyini, qayınanası Ruhiyyəyə geyiminin normal olduğunu və bunda utanmalı heçnə olmadığını, əri Ehtibarın ona belə geyinməyə icazə verdiyini söylədiyini, həmin vaxt Ehtibara zəng edib ona gəlib onu öz yanına aparmasını, artıq burada qala bilmədiyini söylədiyini, bundan sonra qayınanası Ruhiyyə ilə getmədiyini və evdə Ehtibarı gözlədiyini, həmin gün axşam saat təxminən 19:00 radələrində əri Ehtibarın gəlib evə çatdığını, Ehtibarın ona niyə anasının sözündən çıxdığını, niyə anasının sözünə qulaq asmadığını söylədiyini, Ehtibara artıq onlarla qalmaq istəmədiyini, onu da özü ilə Bakı şəhərinə aparmasını söylədiyini, Ehtibarın isə ona axıradək bu evdə qalacağını söylədiyini, həmin vaxt aralarında mübahisə yarandığını, mübahisə vaxtı Ehtibarın əlləri ilə onu döyməyə başladığını, həmin vaxt Ehtibarın əlləri ilə onun baş, alın və üz nahiyəsinə vuraraq xəsarət yetirdiyini, həmin vaxt qonşuluqda yaşayan qohumları Günayın tez gələrək onları aralaşdırdığını, bundan sonra isə Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edib Ehtibar barəsində şikayət etdiyini bildirmişdir. Həmçinin, o, ifadəsində Təqsirləndirilən şəxs əlləri ilə bir neçə dəfə onun baş, alın, üz nahiyələrinə vuraraq xəsarət yetirdiyini, aralarındakı mübahisə və dava-dalaşın yaşadıqları evdə baş verdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, qayınatası Elşənin həmin vaxt evin həyətində olduğunu, sonradan isə səsinə qohumları Günayın gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxsla barışmamışdır, ona qanunvericiliyə uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Rasul oğlu ifadəsində yuxarıda göstərilən xüsusatları təsdiq edərək 19.04.2021-ci il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında dava-dalaş olmasını, dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadıqları evin içərisində qəsdən döyərək xəsarət yetirdiyini bildirmişlər. Məhkəmə istinaqında ifadəsi elan edilmiş, təhqiqatda şahid qismində dindirilmiş Şahid1 iş üzrə şahid qismində dindirilmiş Şahid2 Rasul oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Ağdaş rayon şöbəsinin 20.04.2021-ci il tarixli, 223 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – alnın sol nahiyəsinin şişkinliyi (dərialtı hematoması) sağ gözaltı nahiyənin burun yəhərinə keçən qançırı, sağ dirsək oynağının əzilməsi, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sol budun yuxarı 1/3-nin ön səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 19.04.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 aprel 2021-ci il tarixli, 126 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Abad kəndinə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Şahid2 Rasul oğlu; X1; Zərərçəkmiş şəxs; X3. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 128-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. 13.4cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-in 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-in 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-in 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-in Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-in cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-in cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçün isə CM-in ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-in Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-in Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ailəli olması, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində təhqiqat zamanı qətimkan tədbiri seçilməmişdir və hazırda da qətimkan tədbirinin seçilməsi üçün zərurət yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-75/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-75/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver