Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-75/2022 19.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1991-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 3ndə qeydiyyatda olan və yaşayan, barəsində 07 may 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 28 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən 2022-ci ilin may ayının əvvəllərində naməlum mənbədən və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0.353 qram olan narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə 06 may 2022-ci il tarixdə, saat 14:58-də ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində narkotik vasitələrin istifadəçisi olduğunu, 06 may 2022-ci il tarixdə, təxminən saat 14:15 radələrində ünvan 3ndə olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan üzərində ağ xəttləri olan qara rəngli şalvarının sağ yan cibindən “Samsung A10” markalı mobil telefon, əynində olan boz rəngli üzərində ağ nöqtələri olan pencəyin sağ yan iç cibindən siqaret qutusunun içərisində 01 ədəd şpris, 01 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm açılarkən içərisində ağ rəngli kristal halında olan maddə və 01 ədəd kağız bükümün içərisindən qəhvəyi rəngli toz və kristal halında olan narkotik vasitəyə bənzər maddə aşkar olunduğunu, həmin vaxt 01 ədəd sellofan bükümün içərisində olan ağ rəngli kristal halında olan maddə limon duzu olduğunu bildirdiyini, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd kağız büküm elektron tərəzidə çəkidiyini, həmçinin 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm, 01 ədəd kağız büküm və 01 ədəd şpris kağız zərfə qablaşdırıldığını, həmçinin şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd arxa hissəsi göy rəngli “Samsung A10” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, həmin 01 ədəd kağız bükümdə olan qəhvəyi rəngli narkotik vasitə olan maddəni tutulmamışdan təxminən 4-5 gün öncə Bakı şəhərində olan zaman yerdən tapdığını, 01 ədəd sellofan bükümdə olan ağ rəngli kristal halında olan limon duzunu Bakı şəhərində tanımadığı mağazadan aldığını, ancaq üzərindən aşkar edilmiş narkotik vasitəni dəqiq olaraq haradan tapmağını xatırlamadığını, üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə olan narkotik maddəni özü istifadə etmək üçün üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, mobil telefondan istifadə etmədiyini, üzərindən aşkar edilmiş mobil telefonun atası Xanbalaya məxsus olduğunu bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işlədiyini, 06 may 2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə Ağdaş RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Fərman Məmədli tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:15 radələrində Şahid1 ilə birlikdə Allahşükürü ünvan 3ndə piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Allahşükürün üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Allahşükürün əynində olan üzərində ağ xətləri olan qara rəngli şalvarının sağ yan cibindən “Samsung A10” markalı mobil telefon, əynində olan boz rəngli üzərində ağ nöqtələri olan pencəyin sağ yan iç cibindən siqaret qutusunun içərisində 01 ədəd şpris, 01 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm açılarkən içərisində ağ rəngli kristal halında olan maddə və 01 ədəd kağız bükümün içərisindən qəhvəyi rəngli toz və kristal halında olan narkotik vasitəyə bənzər maddə aşkar olunduğunu, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd kağız büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0.61 qram olduğunu, həmçinin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisinin 4.46 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm, 01 ədəd kağız büküm və 01 ədəd şpris kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd arxa hissəsi göy rəngli “Samsung A10” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını və təxminən tutulmamışdan 4-5 gün öncə Bakı şəhərində olan zaman yerdən tapdığını bildirdiyini göstərdi. İş üzrə şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Ağdaş RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 06 may 2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:15 radələrində Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ilə birlikdə Allahşükürü ünvan 3ndə piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Allahşükürün üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Allahşükürün əynində olan üzərində ağ xətləri olan qara rəngli şalvarının sağ yan cibindən “Samsung A10” markalı mobil telefon, əynində olan boz rəngli üzərində ağ nöqtələri olan pencəyin sağ yan iç cibindən siqaret qutusunun içərisində 01 ədəd şpris, 01 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm açılarkən içərisində ağ rəngli kristal halında olan maddə və 01 ədəd kağız bükümün içərisindən qəhvəyi rəngli toz və kristal halında olan narkotik vasitəyə bənzər maddə aşkar olunduğunu, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd kağız büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0.61 qram olduğunu, həmçinin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisinin 4.46 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm, 01 ədəd kağız büküm və 01 ədəd şpris kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd arxa hissəsi göy rəngli “Samsung A10” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını və təxminən tutulmamışdan 4-5 gün öncə Bakı şəhərində olan zaman yerdən tapdığını bildirdiyini göstərmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/388 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0.353 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd sellofan paketdə, təmiz çəkisi 4.161 qram olan maddə narkotik vasitələrə və psiotrop maddələrə aid deyi, 01 ədəd şprisdən aşkar edilmiş cüzi miqdar maddə hissəcikləri, narkotik vasitə heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 752 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞnin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan üzərində ağ xətləri olan qara rəngli şalvarının sağ yan cibindən “Samsung A10” markalı mobil telefon, əynində olan boz rəngli üzərində ağ nöqtələri olan pencəyin sağ yan iç cibindən siqaret qutusunun içərisində 01 ədəd şpris, 01 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar olunmuş, həmin 01 ədəd sellofan büküm açılarkən içərisində ağ rəngli kristal halında olan maddə və 01 ədəd kağız bükümün içərisindən qəhvəyi rəngli toz və kristal halında olan narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd kağız büküm elektron tərəzidə çəkilərkən çəkisi 0.61 qram olmuş, həmçinin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisinin 4.46 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm, 01 ədəd kağız büküm və 01 ədəd şpris kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulmuş, həmçinin aşkar edilmiş 01 ədəd arxa hissəsi göy rəngli “Samsung A10” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 28 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhmum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin sadə residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırki cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 06 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 12 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə 0.343 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 12 qəpik (yüz iki manat on iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0.343 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-75/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-75/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver