Məhkəmə qərarları › İş №1(014)-75/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-75/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-75/2024 13.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri X4 və X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 12,19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, 24 fevral 2024-cü il tarixdə saat 21:05 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Bayraq Meydanı” yaxınlığında saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 21:41-dən 22:00-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ ön cibindən 02 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 5,05 qram və 7,14 qram, ümumi təmiz çəkisi 12,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır və subaydır. Narkotik vasitəni təxminən 5-6 aydır ki, ara-bir istifadə edir. 23 fevral 2024-cü il tarixdə Ağdaş şəhəri, Məşəd küçəsində hərəkətdə olarkən, orada yerləşən qəbirstanlığın yanından keçən zaman yerdə iki ədəd kibrit qutusu olduğunu görmüş, əyilib yerdən həmin iki ədəd kibrit qutusunu götürmüş, açıb içərisinə baxan zaman içərisində yaşıl rəngli narkotik vasitə olan marixuana olmasını görmüşdür. Daha sonra istifadə etmək üçün həmin iki ədəd kibrit qutusunu cibinə qoymuş və yaşadığı evə getmişdir. 24 fevral 2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Bayraq Meydanı” adlanan əraziyə narkotik vasitə istifadə etmək üçün getmişdir. “Bayraq Meydanı” yaxınlığında olan zaman saat 21:05-də polis əməkdaşları ona yaxınlaşaraq, onlara narkotik vasitələrdən istifadə etməyi barədə məlumat daxil olduğunu bildirmişlər. Üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində ona vəkil təyin edilmiş və şübhəli şəxs qismində tutdulmuşdur. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli qolsuz gödəkçənin sağ ön cibində olan iki ədəd kibrit qutusunu çıxararaq polis əməkdaşına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparılmış, əynindəki cins şalvarın sağ ön cibindən bir ədəd “Samsung” markalı mobil telefon, boz rəngli gödəkçənin sağ tərəfindəki cibindən isə plastik bank kartı aşkar olunmudur. Bundan başqa üzərindən hər hansı əşya aşkar olunmamışdır. Sonra isə üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutuları polis əməkdaşı tərəfindən açılmış, içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Həmin kibrit qutularındakı bitki kütləsinin narkotik vasitə marixuana olmasını demişdir. Kibrit qutuları içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 10,02 və 8,24 qram olmuşdur. Bundan sonra həmin kibrit qutuları içərisindəki narkotik vasitə ilə birlikdə içərisi boş olan zərfə qablaşdırılmış, üzərinə möhür olan kağız parçaları vurulmuş, özü və digər iştirakçılar zərfə imza etmişlər. Üzərindən aşkar olunmuş mobil telefon və plastik bank kartı da ayrı-ayrılıqda kağız zərfə qablaşdırılmışdır. Sonra polis əməkdaşı ondan üzərində aşkar olunmuş bitki kütləsinin nə olduğunu və onu haradan əldə etdiyini soruşmuş, həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu demişdir. Onu 23 fevral 2024-cü il tarixdə Ağdaş şəhəri, Maşad küçəsində yerləşən qəbirstanlığın yanında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərində şəxsi axtarışın keçirilməsi ilə bağlı hər hansı etirazı olmamış və daha sonra şəxsi axtarış başa çatmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, hərbi xidmətdən gəldikdən 5-6 ay sonra bir dəfə narkotik vasitələrdən istifadə etmişdir. Üzərində aşkar edilmiş iki qutu narkotik vasitəni Maşad qəbirstanlığının yaxınlığından tapmışdır. Hazırda əməlindən səmimi peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahid ifadəsi, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı işləyir. ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 24 fevral 2024-cü il tarixdə, saat 21:05 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Bayraq Meydanı” yaxınlığında saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təmin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin altından geyinmiş olduğu qara rəngli qolsuz gödəkçəsinin sağ ön cibindən 02 ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Həmin əşyalar masanın üzərinə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən axtarış aparılmışdır. Üzərində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd “Samsung” markalı smartfon tipli mobil telefon, əynindəki boz rəngli gödəkçəsinin sağ tərəfindəki cibindən isə bir ədəd bank kartı aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusu açılmışdır. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmuşdur. Daha sonra həmin kibrit qutuları təhqiqtaçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 10,02 və 8,24 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan kibrit qutuları kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon və plastik bank kartı da iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin marixuana olduğunu, onları xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən qəbirstanlığın yaxınlığında yerdən tapdığını, ara-bir əsəblərini sakitləşdirmək üçün narkotik vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid qismində Şahid2 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs saxlayarkən üzərində olan narkotik vasitəsi şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onu polis şöbəsinə dəvət edərkən tərəfindən etiraz olunmamış və onlarla birlikdə Polis şöbəsinə gəlməyə razı olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona heç bir təzyiq, təsir olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:05 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin altından geyinmiş olduğu qara rəngli qolsuz gödəkçəsinin sağ ön cibindən 02 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd “Samsung” markalı smartfon tipli mobil telefon, əynindəki boz rəngli gödəkçəsinin sağ tərəfindəki cibindən isə bir ədəd bank kartı aşkar olunaraq götürülmüşüzərindən aşkar olunmuş, daha sonra aşkar olunmuş 02 ədəd kibrit qutusu açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olduğu üəyyən edilmiş, həmin kibrit qutuları təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 10,02 və 8,24 qram olmuş, bundan sonra içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan kibrit qutuları kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon və plastik bank kartı da iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 25 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/201 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd siqaret qutusu.” Yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri – 5,05 qram və 7,14 qram, ümumi çəkiləri – 12,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 mart 2024-cü il tarixli, 410 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 11 mart 2024-cü il tarixli, 18-1-22/2-363/2024 məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 13 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli, 62 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – X7, X8 və X5 ibarətdir. İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli, 35 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan“Şübhəli şəxsin tutulması haqqında” 24 fevral 2024-cü il tarixli qərardan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə saat 21:05-də şübhəli şəxs qismində tutulmuş, 25 fevral 2024-cü il tarixdə saat 22:10-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana-kannabis 5 qramdan (təmiz halda) artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə saat 21:05-dən 25 fevral 2024-cü il tarixdə saat 22:10-dək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 12,09 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 84 (səksən dörd) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdən saat 21:05-dən 25 fevral 2024-cü il tarixədək saat 22:10-dək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 12,09 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aparılmış video çəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxsə göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 84 (səksən dörd) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar