Məhkəmə qərarları › İş №1(014)-75/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-75/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-75/2025 03.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Ağdaş rayonunun Yuxarı Zeynəddin kəndində anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib idarə etdiyi avtomobildə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 24,36 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib etibarnamə ilə idarə etdiyi “Mitsubishi L200” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanıldıqdan sonra həmin tarixdə saat 15:23-dən saat 15:36-dək idarə etdiyi qeyd olunan avtomobilə baxış zamanı avtomobilin sol ön qapısının iç hissəsindən sellofan paketdə təmiz çəkisi 24,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış və o, ibtidai istintaq zamanı ifadəsində göstəmişdir ki, o, təxminən 15 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. Həmçinin, əvvəllər Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhərində yerləşən “Maşad qəbristanlığı” adlanan yerin yaxınlığından keçən zaman-yerdə 01 ədəd sellofan paket görüb götürmüş və açıb baxdıqda içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. Həmin paketi gələcəkdə istifadə etmək üçün özündə saxlamış, daha sonra isə etibarnamə və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mitsubishi L200” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının iç hissəsindən sol ön qapısının iç hissəsində gizlətmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:20 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində avtomobilinin yanında olan zaman sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman polis əməkdaşları ona özlərində narkotik vasitələri üzərində və idarə etdiyi avtomobildə saxlamağı barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O, da buna heç bir etiraz etməmişdir. O, qərarla tanış olunmuş, hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim edilmişdir. Ondan üzərində narkotik vasitələr saxlayıb-saxlamamağı soruşulmuş, o, da üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra üzərinə baxış keçirilmiş, baxış zamanı qara rəngli şalvarın sağ yan cibində Samsung markalı mobil telefon, sol yan cibində içərisində siqaret dənəcikləri olan siqaret qutusu, sağ və sol yan cibindən isə ümumilikdə 93 manat pul aşkar edilmişdir. Mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız qablaşdırılmaqla üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmiş, siqaret qutusu və pul geri ona geri qaytarılmışdır. Daha sonra ondan idarə etdiyi avtomobildə narkotik vasitələr saxlayıbsaxlamamağı soruşulmuş, o, da avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra avtomobilin ön sağ qapısının iç hissəsində gizlətdiyi içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan paketi təqdim etmiş, bundan sonra avtomobilin digər hissələrinə də baxış keçirilmiş, baxış zamanı hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 24,87 qram olması müəyyən edilmiş, 01 ədəd sellofan paket 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada onun ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni Ağdaş şəhərində yerləşən “Maşad qəbristanlığı” adlanan yerin yaxınlığından-yerdən tapdığını bildirmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə və mobil telefon olan 02 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Heç vaxt narkotik vasitələrin və ya psixiatrop maddələrin satışı ilə məşğul olmamış, ifadəsinin alınmasında heç bir güc və ya psixoloji təzyiq tətbiq edilməmişdir. O, özünə məxsus “Samsung A14” markalı mobil telefonu olmaqla həmin mobil telefonun üzərində özünə məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 11 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində və idarə etdiyi “Mitsubishi L200” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 11 iyul 2025ci il tarixdə saat 15:23-də Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılmış, özlərini təqdim etdikdən sonra o, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, ona hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung A14” markalı mobil telefon və 1 manat pul, sol yan cibindən 01 ədəd içərisində siqaret dənəcikləri olan “Prima” markalı siqaret qutusu və 92 manat pul aşkar edilmişdir. Daha sonra 01 ədəd “Prima” markalı siqaret qutusu və ümumilikdə 93 manat pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Sonra 01 ədəd “Samsung A14” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılıb iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi L200” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının iç hissəsində olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan paketi təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 24,87 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman avtomobilindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, Ağdaş şəhərində yerləşən “Maşad qəbirstanlığı” adlanan ərazidə-yerdə tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd paketin və 01 ədəd mobil telefonun qablaşdırıldığı 02 ədəd kağız zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman sellofan paketdə olan narkotik vasitə özünə məxsus olmasını, həmin narkotik vasitəni 11 iyul 2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhərində yerləşən “Maşad qəbirstanlığı” adlanan ərazidə-yerdə tapmasını və istifadə etmək üçün idarə etdiyi avtomobildə saxlamasını və ona qarşı heç bir fiziki zorakılıq olmamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunu, sol yan cibindən 01 ədəd hüquq və vəzilərin əks olunduğu bildirişi, üç ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq pul əskinasını təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar olunmamışdır. Daha sonra 01 ədəd bildiriş, 01 ədəd siqaret qutusu və ümumilikdə 93 manat pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin CAB-in əməliyyat müvəkilli Şahid2 Xəyal Suleymanovla eyni məzmunlu ifadə verərək göstərdiklərini təsdiq etdi. İş materiallarında olan 11 iyul 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və diskdən görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:23-də Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung A14” markalı mobil telefon və 1 manat pul, sol yan cibindən 01 ədəd içərisində siqaret dənəcikləri olan “Prima” markalı siqaret qutusu və 92 manat pul aşkar edilmişdir. Daha sonra 01 ədəd “Prima” markalı siqaret qutusu və ümumilikdə 93 manat pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Sonra 01 ədəd “Samsung A14” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi L200” markalı **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının iç hissəsində olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan paketi təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 24,87 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobilindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, Ağdaş şəhərində yerləşən “Maşad qəbirstanlığı” adlanan ərazidə-yerdə tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. İş materiallarında olan 11 iyul 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:23-dən saat 15:36-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd paketin və 01 ədəd mobil telefonun qablaşdırıldığı 02 ədəd kağız zərf təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, sellofan paketdə olan narkotik vasitə özünə məxsusdur, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhərində yerləşən “Maşad qəbirstanlığı” adlanan ərazidə-yerdə tapmışdır və istifadə etmək üçün idarə etdiyi avtomobildə saxlamışdır. Ona qarşı heç bir fiziki zorakılıq olmamışdır. İş materiallarında olan 11 iyul 2025-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video görüntüdən ibarət 1 ədəd DVD disk “HP” markalı kompüterə qoşularaq və sonra «My computer» pəncərəsində açıldıqda bir ədəd diskdə bir kadrda çəkilmiş video fayllar vardır. DVD diskə baxış zamanı «Windows-10» əməliyyat sisteminin «X14» proqramı vasitəsi ilə açılmışdır. İlkin olaraq DVD disk “HP” markalı kompyuterin DVD-Romuna yerləşdirilmiş, daha sonra «My computer» pəncərəsində açıldıqda “00560” adlı video görüntü açılmışdır. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung A14” markalı mobil telefon və 1 manat pul, sol yan cibindən 01 ədəd içərisində siqaret dənəcikləri olan “Prima” markalı siqaret qutusu və 92 manat pul aşkar edilmişdir. Daha sonra 01 ədəd “Prima” markalı siqaret qutusu və ümumilikdə 93 manat pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Sonra 01 ədəd “Samsung A14” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi L200” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının iç hissəsində olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan paketi təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 24,87 qram olmuş, sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobilindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, Ağdaş şəhərində yerləşən “Maşad qəbirstanlığı” adlanan ərazidə-yerdə tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 iyul 2025-ci il tarixli 17/517 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi - 24,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2025-ci il tarixli 1157 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Natkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 18 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMXnin poliklinika şöbəsində “Opioidlərin epizodik qəbulu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərarına əsasən cəzadan 01 il 01 ay 23 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 7(075)-244/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək 01 il 01 ay 23 gün müddətində vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Şəki Rayon Məhkəməsinin 7(075)- 244/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarı üzrə Təqsirləndirilən şəxs cəzasını 23 dekabr 2024-cü il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya Şöbəsində heç bir öhdəlik qalmamışdır. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il tarixdə saat 15:23-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 iyul 2025-cü il tarixli “Qətimkan tədbiri seçilməsi və MSYdən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən həmin gün saat 17:00-da azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: anası 1941-ci il təvəllüdlü X5, arvadı 16 sentyabr 1986-cı il təvəllüdlü X11, oğlu 1998-ci il təvəllüdlü X8, oğlu 11 oktyabr 2011-ci il təvəllüdlü X12 və qızı 20 fevral 2013-cü il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-R-1683/2025 nömrəli 01 avqust 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 oktyabr 2011-ci il təvəllüdlü X12 və 20 fevral 2013-cü il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 il 6 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, 30 oktyabr 2023-cü ildə cəzadan 1 il 1 ay 23 gün müddətə vaxtından əvvəl şərti azad olunmasını və həmin tarixdən 2 il müddət keçmədən yenidən qəsdən hazırki cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 11 iyul 2025ci il tarixdə saat 15:23-dən 12 iyul 2025-ci il tarixdə saat 17:00-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli, həbsə alındığı gündən, yəni 03 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 24,34 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 29 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 319 (üç yüz on doqquz) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il tarixdə saat 15:23-dən 12 iyul 2025-ci il tarixdə saat 17:00-dək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 03 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 24,34 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 29 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 319 (üç yüz on doqquz) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar