Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-76/2020 02.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X1 Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Ağdaş rayonunda anadan olmuş, azərbaycanlı,Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Xosrov kəndində qeydiyyatda olan yaşayan barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində Ağdaş rayonu Xosrov kəndində yaşadıqları küçədə aralarında baş vermiş şəxsi münasibətlər zəminində qardaşı arvadı Ağdaş rayonu Xosrov kənd sakini xx.xx.1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs taxta parçası ilə qəsdən vuraraq sonuncuya sağ mil bilək oynağının, sağ əlin V-İV-İİİ barmaqlarının əzilməsi ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində ittihamla özünü təqsirli bilmədiyini, Şahid1 onun doğma qardaşı olduğunu, təxminən 7 ildir ki, aralarında söz-söhbət və narazılıq olduğundan birbiri ilə ailəliklə danışmadıqlarını, buna səbəb rəhmətlik atasının ölməmişdən əvvəl torpaqlarını bölüb verdiyini, hazırda qonşu olduqlarını, həyətlərinin arasında qarğıdan hasar olduğunu, torpaqlarının bölünməsinə baxmayaraq Mehmanın ondan əlavə torpaq istədiyini, bunun üstündə aralarında mübahisə yarandığını, Mehmanın onun torpaq sahəsində öz kürəkəninə ev tikdirmək istədiyini, öz oğlu olduğunu, öz oğluna ev tikdirmək istədiyini, bu səbəblərdən aralarında münaqişə olduğunu, həmçinin ruhi-xəstə bacılarının olduğunu, bacısı Həqiqətin ruhi-xəstə olduğundan özünün baxdığını, Həqiqətin ruhi-xəstə olduğundan gedib qonşuların həyətinə girdiyini, qonşuların narazılıq etdiklərini, buna görə Həqiqətin küçəyə çıxmamasına çalışdığını. sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat təxminən günorta radələri olduğunu, Həqiqətin küçəyə çıxmaq istədiyini, Həqiqətə küçəyə çıxmamasını dediyini, lakin Həqiqətin küçəyə çıxdığını, onun arxası ilə gedib Həqiqəti geriyə qaytardığını, həqiqəti qaytardığı və onu küçəyə çıxmağa qoymadığı üçün qardaşı Mehmanın ona nalayiq söyüşlər söyməyə başladığını, Mehmana söyüş söyməməsini bildirdiyini, həmin vaxt həyətində iş gördüyünü, bu zaman Mehmanın arvadı Zülfiyyənin onun həyətinə gəldiyini, Zülfiyənin onun həyat yoldaşı Nuriyənin üzərinə hücum etdiyini, Nuriyəni Zülfiyyənin əlindən almağa çalışdığını, həmin vaxt Mehman və qonşusu İbrahimin gəldiyini, İbrahimə kənddə Məlik dediklərini, Mehmanın əlindəki ağac parçası ilə onun kürək nahiyəsindən vurduğunu, İbrahimin isə onun boynundan vurduğunu, həmçinin Mehmanınonun çiynini dişlədiyini, ağzının qırağını cırdığını, həmin səs-küyə kənardan Yamənin gəldiyini, Yamənin Mehmana onun həyətindən çıxmasını dediyini, hadisə zamanı heç kəsi vurmadığını, Zülfiyə Cəfərovanın onu taxta parçası ilə qolundan vuraraq xəsarət yetirməsini bildirməsi, həmçinin də məhkəmə-tibbi ekspertizasının rəyindən Zülfiyə Cəfərovanın sağ mil bilək oynağının, sağ əlin İİİ-İV-V barmaqlarının əziyi xəsarət alması görünməsi ilə bağlı Zülfiyəni vurmadığını, Zülfiyənin necə xəsarət almasını bilmədiyini, Mehman və Zülfiyənin Həqiqətin onlardan yemək istəməsini, Həqiqəti evlərinə dəvət etməsi, Həqiqətin onların evinə getmək istəməsini, lakin bu zaman Mehmana və onun ailəsinə nalayiq söyüşlər söymələrini bildirməsi barədə Mehman və Zülfiyənin yalan danışdığını, Həqiqətin onlardan yemək istəmədiyini, Həqiqətin Mehmanın evinə getməsi, əksinə Mehman onu evindən qovmasının dəfələrlə olduğunu, Yamən və İbrahiminonun taxta parçası ilə Mehmanı vurmasını bildirməsi barədə onların yalan danışdıqlarını, Mehmanı vurmadığını, ümumiyyətlə də küçəyə çıxmadığını, söyüş söymədiyini, Mehmanınona nalayiq söyüşlər söydüyünü, hadisə zamanı orada İbrahim, Yamən və qonşusu Sübhanın oğlu Ömərin olduğunu, hadisənin təxminən 20-30 dəqiqə davam etdiyini, səs-küyə kənardan heç kəsin gəlmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında son sözündə törətdiyi əməli etiraf edib, elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ilk dəfə cinayət əməli törətməsini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Tehranın onun qaynı olduğunu, ailələrinin təxminən 7-8 ildir ki, küsülü olduqlarını, bir-birlərini danışdırmadıqlarını, aralarında əvvəllər də söz-söhbət və narazılıq olduğunu, həyətlərinin qonşu olduğunu, həyətlərin arasında qarğıdan hasar olduğunu, həmçinin də onun ruhi-xəstə baldızı olduğunu, baldızı Tehranın evində yaşadığını, hər gün onların evinə gəlib yemək yediyini, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində yaşadıqları evdə olduqlarını, baldızı Həqiqətin gəlib hasarın yanında əri Mehmandan yemək istədiyini, Mehmanın da Həqiqətə qapıdan gəlib evdə yemək yeməsini dediyini, Həqiqətin gəlmək istəyən zaman Tehran onu qoymadığını, Həqiqətin də qışqıraraq yemək üçün onlara gəlmək istədiyini bildirdiyini, Tehranın da bu zaman Mehmana və onların ailəsinə söyüş söyməyə başladığını, Tehranın söyüşlərinə qonşuları Məlikin çıxdığını, Məlikin əsl adının isə İbrahim olduğunu, İbrahimin Tehrana niyə söyüş söydüyünü, gəlinlərinin həyətində onun söyüşlərini eşitdiyini, özünün həmin vaxt qapıdan küçəyə çıxdığını, Mehman və Tehranın küçədə olduğunu, həmin vaxt Tehrana küçədə niyə söyüş söyməsini dediyini, bu zaman Tehranın taxta parçasını (reyka) götürüb onun üzərinə hücum etdiyini, küçədə onu taxta parçası ilə bir neçə dəfə vurduğunu, sağ qolundan xəsarət aldığını, səs-küyə İbrahimin və Yamənin gəldiyini, Tehranla onu Mehmanın aralamaq istədiyini, taxta parçası ilə Mehmanı bir dəfə vurduğunu, İbrahim və Yaməninonları araladıqlarını, səs-küyə qonşuların hamısının yığıldığını, bütün küçənin bunu gördüyünü, Tehranın izahatında Mehmanın onu ağac parçası ilə vurmasını, ağzını cırmasını bildirməsi barədə Tehranın yalan danışdığını, Mehmanın ona xəsarət yetirmədiyini, orada olan şəxslərin hadisəni gördüklərini, hadisənin təxminən 1 saata yaxın davam etdiyini, səs-küyə qonşuların gəldiklərini göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Təqsirləndirilən şəxsonun doğma qardaşı olduğunu, təxminən 7 ildir ki, aralarında söz-söhbət və narazılıq olduğunu, rəhmətlik atasının ölməmişdən əvvəl onların torpağını bölüb verdiyini, hazırda qonşu olduqlarını, həyətləriarasında qarğıdan hasar olduğunu, bir neçə dəfə işlərinin Ağdaş RPŞ-də araşdırıldığını və rayon məhkəməsinədək gedib çıxdığını, ruhi xəstə olan Haqiqət adlı bacılarının olduğunu, xx.xx.2020-ci il tarixdə təxminən günorta saatlarında Həqiqətinonların yaşadıqları evə yemək yemək üçün gəldiyini, həmin vaxt Tehranın ona hara getməsini, dala qayıtmasını dediyini, bacısı Həqiqətin isə ona yemək yeməyə getdiyini dediyini, bu vaxt Tehranınona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməyə başladığını, ona niyə söyməsini dediyini, bu vaxt Tehranın özünün də onun qapısının qarşısına gəldiyini və onu çölə çağırdığını, nə məsələ olmasını öyrənmək üçün küçəyə çıxdığını, Tehranın yanına gedən zaman onun əlində taxta parçası olduğunu və əlindəki taxta parçasını qaldıraraq onu vurmaq istədiyini, həmin vaxt həyat yoldaşının qabağa keçərək Tehran niyə söyüş söyməsini soruşduğunu, Tehranın Zülfiyyənin qolundan qsədən vuraraq ona xəsarət yetirdiyini, sonra qonşuluqda yaşayan Məlik kimi tanıdıqları İbrahimin gəldiyini, İbrahimi kənd arasında Məlik ləqəbi ilə çağırdıqlarını, İbrahimin həmin vaxt onları aralaşdırmağa çalışdığını, bu vaxt Tehranın əli ilə üzünə xırda xəsarətlər yetirdiyini, orada olan İbrahim və Yamən adlı şəxslərinonları aralaşdırdıqlarını, sonra Zülfiyyənin Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini, hadisə zamanı konkret olaraq heç kəsi vurmadığını, Nuriyyə Cəfərovanın DİN-nin 102 xidmətinə zəng edərək müraciətində Məlik adlı şəxsin mübahisə etməsini, onu döyməsini, arvadının isə onun üzərinə daş atmasını bildirməsi barədə Nuriyənin yalan dediyini, Məlik ləqəbli İbrahiminonları aralaşdırdığını, onu vurmadığını, həmçinin arvadının onun üzərinə daş atmadığını, Nuriyyə Cavadovanın ifadəsində onun Tehran və onun ailəsinin ünvanına nalayiq söyüşlər söyməsini, onu küçəyə çağırmasını, əlində ağac parçası olduğunu, arvadıZülfiyyənin onların həyətə girdiyini, Zülfiyyənin arxası ilə onun, onun arxası ilə qonşu İbrahimin gəldiyini, İbrahimin səs-küyə gəldiyini, həmin vaxt Zülfiyyənin onu itələdiyini, onu sillə ilə vurmağa başladığını, Tehranı onun və İbrahimin vurmasını, İbrahimin Tehranın boynundan tutduğunu, onun Tehranın çiyin nahiyəsindən dişlədiyini, onu və arvadıZülfiyyəni vurmadıqlarını bildirməsi barədə Nuriyyənin özünü və əri Tehranı müdafiə etmək üçün bu cür dediyini, özü və arvadının onlara heç bir xəsarət yetirmədiklərini, əksinə onlara xəsarət yetirdiklərinigöstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsindəCəfərovTehran Mirələm oğlu və Şahid1onun həmkəndliləri olduğunu, əvvəllər onların heç biri ilə aralarında söz-söhbət və narazılıq olmadığını, Tehranla Mehmanın təxminən 7 ildir ki, bir-birilərini danışdırmadıqlarını, onların daima münaqişə etdiklərini, qonşuların hamısının bezdiklərini, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat təxminən 12:30 radələrində evdə olan zaman küçədən səs-küy gəldiyini eşitdiyini, küçəyə çıxan zaman Tehranla Mehmangilin yenə dalaşdıqlarını gördüyünü, Tehranın Mehmanın özünə və ailəsinə söyüşlər söydüyünü, bu zaman da Mehmanın arvadın Zülfiyyənin də Tehrana nə üçün söyüş söydüyünü bildirdiyini, Tehranın evinə getdiyini, Zülfiyyənin Tehranın həyətinə daxil olduğunu, həmin vaxt Tehran Zülfiyyəni qarğı ilə vurduğunu, Mehman və qonşuluqda yaşayan İbrahimin gəldiklərini, onlar Tehranla Zülfiyyəni aralaşdırırdıqlarını, həmçinin də İbrahimin gəlinlərinin həyətdə olduğunu, onun ucadan nalayiq söyüşlər söydüyünü irad tutduğunu, həmin vaxt Tehran Mehmanın və İbrahimin üzərinə hücum etdiyini, Mehmanla yaxalaşdıqlarını, lakin Mehmanın onu vurmasını görmədiyini, sonra isə Mehman və Zülfiyyə küçəyə çıxdıqlarını, küçədə olan zaman Tehranın taxta parçası (reyka) ilə Mehmanı vururduğunu, Zülfiyyənin də onları aralaşdırmağa çalışdığını, bu zaman Tehranın əlindəki taxta parçası ilə Zülfiyyəni sağ qolundan vurduğunu, daha sonra Yamənin gəldiyini, onları aralaşdırdığını, Tehran ifadəsində Mehmanın əlində taxta parçası ilə onun həyətinə gələrək ona hücum etdiyini, Mehman əlindəki ağac parçası ilə onun kürək nahiyəsindən vurduğunu, İbrahimin boynundan vurduğunu, həmçinin Mehmanın onun çiynini dişlədiyini, ağzının qırağını cırdığını bildirməsi barədə Mehmanın Tehranı vurmasını görmədiyini, onlar yaxalaşdıqlarını, lakin Mehmanın Tehranı vurmasını görmədiyini, İbrahimin də ümumiyyətlə Tehrana yaxın getmədiyini, hadisənin təxminən 20 dəqiqə davam etdiyini, səs-küyə kənardan heç kəsin gəlmədiyini, çünki qonşuların heç kəsin onlara yaxın getmədiyini, yalnız Yamənin gəlib onları araladığını gösdərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları Şahid3 təsdiq edərək analoji ifadələr vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2020-ci il tarixli 218 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sağ mil bilək oynağının, sağ əlin V-İV-İİİ barmaqlarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətlərii xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlğın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2020-ci il tarixli 225 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər- sol çiyin nahiyəsinin, sağ bel nahiyəsinin qançırları, sol ağız bucağının sıyrığı küt alət təsirindən törənmiş, törənmə müddətlərii xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RMX-nin xx xxxx 2020-ci il tarixli 678 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Xosrov kəndində yaşayan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX-nı Publik hüquqi şəxsin konsultativ poliklinikasında ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyillər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və o əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon, Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd sakinləri arasında xüsusi nüfuza malik deyil. Onun haqqında nümayəndəliyə dəfələrlə şifahi xarakterli şikayətlər daxil olmuşdurş Xosrov kəndində müsbət xarakterizə olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 279 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Xosrov kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X3-bacısı (ruhi xəstə); X4-yoldaşı; xx.xx.1999-cu il təvəllüdlü X6; xx.xx.2000-ci il təvəllüdlü X5r. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-76/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-76/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver