Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-76/2022 20.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1978-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində 25 aprel 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş cəmi 11 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 2.39 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştillərini torpaqda qanunsuz olaraq 2022-ci ilin mart ayının axırlarında əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 23 aprel 2022-ci il tarixdə, saat 19:21 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 11 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində narkotik vasitə olan marixuanadan istifadə etdiyini, 2022-ci ilin mart ayının sonlarında Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evinin həyətyanı sahəsində 12 ədəd torpağa narkotik tərkibli bitkilərin toxumlarını əkdiyini, əkdiyi narkotik tərkibli çətənə toxumlarından 11 ədədinin bitdiyini, yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə şitillərini əkdiyi vaxtdan bu vaxta kimi, 5-6 dəfə suvardığını, diblərini yumşaltmadığını, 23 aprel 2022-ci il tarixdə, təxminən saat 19:15 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edib onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli şitillər əkdiyini və əməlindən peşman olduğunu söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində yerləşən 11 ədəd torpağa əkib-becərdiyi narkotik tərkibli şitilləri polis əməkdaşlarına göstərdiyini, daha sonra yaşadığı evin həyətindən aşkar edilmiş narkotik tərkibli şitillərin kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 5 sm, ən böyüyünün isə hündürlüyünün 13 sm olduğunu, daha sonra həmin bitkilərin kağız zərfə qablaşdırıldığını, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, daha sonra onu Ağdaş RPŞ-ə dəvət etdiklərini və Ağdaş RPŞ-də onun dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edildiyini, daha sonra şübhəli şəxs kimi tutulduğunu, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 11 ədəd torpağa əkdiyi narkotik tərkibli çətənə bitkilərinin şitillərini şəxsi istifadəsi üçün əkdiyini, özünün istifadə etməyi üçün əkdiyi 11 ədəd narkotik tərkibli şitillərin toxumlarını əvvəllər çəkdiyi qurudulmuş marixuananın toxumlarından götürdüyünü, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 23 aprel 2022-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeyiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, həmin zaman saat 19:15 radələri olduğunu, həyət qapısından Eldənizi çağırdıqlarını, Eldəniz qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Eldənizin də buna heç bir etiraz etmədiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə aqranom Şahid2 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Eldənizin yaşadığı evin həyətyanı sahəsindən 11 ədəd torpağa əkib becərdiyi narkotik tərkibli ştillər aşkar edildiyini, aşkar edilmiş narkotik tərkibli ştillərin kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik ştilin hündürlüyünün 5sm, ən böyüyünün isə hündürlüyünün 13 sm olduğunu, daha sonra həmin bitkilərin 01 ədəd zərfə qablaşdırıldığını, baxış zamanı video çəkilişdən istifadə edildiyini, protokol tərtib olunduğunu bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində X1 sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işlədiyini, 23 aprel 2022-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeyiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini, daha sonra Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onların iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Eldənizin yaşadığı evin həyətyanı sahəsində yerləşən 11 ədəd torpağa əkilib becərilmiş narkotik tərkibli şitillər aşkar edildiyini, həmin bitkilərə özü tərəfindən baxış keçirilərək bitkilərin aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumuşaldıldığını və suvarıdığını bildirdiyini, həmçinin bu barədə rəy də tərtib etdiyini, bundan sonra aşkar edilmiş narkotik tərkibli şitillərin kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 5 sm, ən böyüyünün isə hündürlüyünün 13 sm olduğunu, daha sonra həmin bitkilərin kağız zərfə qablaşdırıldığını, baxış zamanı video çəkilişdən istifadə edildiyini, protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən cəmi 11 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarına aqrotexnikli qulluq olunduğunu, onun dibinin yumşaldıldığını, yanlarının alaqdan təmizləndiyini, daimi suvarıldığını bildirmdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/359 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki uzunluqları 5 sm-dən 13 sm-dək, ümumi təmiz çəkiləri 2.39 qram olan 11 ədəd bitki ştilləri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronom mütəxəssis Şahid2 xx.xx.2022-ci il tarixli rəyinə əsasən 11 ədəd çətənə (kannabis) bitkisinin şttillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 818 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə aqronmoun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 11 ədəd torpağa əkib becərdiyi narkotik tərkibli ştillər aşkar edilmiş, aşkar edilmiş narkotik tərkibli ştillər kökündən çıxardılmış və hündürlükləri ölçülmüş, ən kiçik ştilin hündürlüyü 5 sm, ən böyüyünün isə hündürlüyü 13 sm olmuş, daha sonra həmin bitkilər 01 ədəd zərfə qablaşdırılaraq, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Tələbnamədən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 23 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 2.39 qram olan 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməli, bir ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 2.39 qram olan on bir ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-76/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-76/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver