Məhkəmə qərarları › İş №1(014)-76/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-76/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-76/2023 29.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Söhrab oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs3 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə 01 avqust 1981-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, S.Məmmədov küçəsi dalan 11/19-da qeydiyyatda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xx xxxx 2002-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, S.Məmmədov küçəsi dalan 11/19-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xx xxxxxxx 2008-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, S.Məmmədov küçəsi dalan 11/19-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərməklə silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə edərək qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində sərxoş vəziyyətdə idarə etdiyi Vaz 21703 markalı B612HC95 Rusiya Federasiyasına aid dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki yolundan Ağdaş rayonu Nehrəxəlil kəndi ərazisində yerləşən “Safoil” yanacaqdoldurma məntəqəsinə daxil olmağa az məsafə qalarkən Zərərçəkmiş şəxs1 Söhrab oğlunun idarə etdiyi «Vaz 21074» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə işıqlarını gec yandırmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan əvvəlcə avtomobilini sonuncunun idarə etdiyi avtomobilə yaxınlaşdıraraq övladı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətdikdən sonra Təqsirləndirilən şəxs2lə avtomobildən enərək sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini nümayiş etdirərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə Zərərçəkmiş şəxs1 ünvanına yenidən nalayiq ifadələr işlədib ona qarşı zor tətbiq edərək yumruq və təpik zərbələri vuraraq fiziki ağrı vermiş, daha sonra o və Təqsirləndirilən şəxs2 ictimai qaydanın pozulmasının qarşısını alan YDMnin işçiləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə mübahisə edib müqavimət göstərərək həmin YDM-nin ərazisindəki su hovuzunun yaxınlığında Zərərçəkmiş şəxs2 yaxasından tutaraq kəllə və təpiklə zərbələr endirmiş, həmin vaxt onlara yaxınlaşan övladı Təqsirləndirilən şəxs3 əlindəki yerdən götürdüyü istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya olan dəmir parçası ilə, o və Təqsirləndirilən şəxs2 isə əllərində olan istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya olan taxta parçaları ilə Zərərçəkmiş şəxs2 baş və bədən nahiyələrindən vuraraq xəsarət yetirmiş, daha sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə su hovuzunun yaxınlığında Zərərçəkmiş şəxs3 əllərində olan taxta və dəmir parçası ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmiş, cinayətkar niyyətlərinin davamı olaraq o, Zərərçəkmiş şəxs3 yumruqla üz nahiyəsindən vuraraq xəsarət yetirdikdən sonra yenidən Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1la mübahisə edərkən Təqsirləndirilən şəxs2 əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən vurmuş, o isə avtomobilinin yük yerindən dəmir açarı götürərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkmiş, əlindəki dəmir açarla, habelə, təpik və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 avtomobilini vuraraq əmlakını zədələmiş, nəticədə, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərərək qeyd olunan xuliqanlıq hərəkətlərini etməklə Zərərçəkmiş şəxs3 “sol gicgah nahiyəsinin yarası, sağ gicgah nahiyəsinin yumşaq toxumasının əzilməsi, sol gözətrafı nahiyənin qançırı, burun yəhərinin sıyrığı, burun çəpərinin sola doğru əyilməsi, sol burun dəliyindən tənəffüsün cüzi pozulması” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər, Zərərçəkmiş şəxs2 “ənsə nahiyəsinin və burun yəhərinin səthi yaraları, burun sümüyünün minimal yerdəyişməli xətti sınığı, sol burun dəliyindən nəfəsalma və nəfəsvermənin cüzi pozulması, alın nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı, üzün sağ almcıq nahiyəsinin, sağ çənə qanadı proyeksiyasının şişkinliyi (dərialtı hematoması), alt çənədə sol İV sağ İİ dişlərin laxlaması, sağ çiyin nahiyəsinin qançırı, sağ kürəkaltı nahiyənin sıyrıqları, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları, sağ bel nahiyəsinin sıyrıqları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 Söhrab oğluna 500 manat dəyərində əmlak ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərməklə silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə edərək qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində atası Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 21703 markalı B612HC95 Rusiya Federasiyasına aid dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki yolundan Ağdaş rayonu Nehrəxəlil kəndi ərazisində yerləşən “Safoil” yanacaqdoldurma məntəqəsinə daxil olmağa az məsafə qalarkən Zərərçəkmiş şəxs1 Söhrab oğlunun idarə etdiyi «Vaz 21074» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə işıqlarını gec yandırmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan əvvəlcə avtomobili sonuncunun idarə etdiyi avtomobilə yaxınlaşdırmasından və atası Təqsirləndirilən şəxs1 ilə birlikdə sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətdikdən sonra Təqsirləndirilən şəxs1lə avtomobildən enərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini nümayiş etdirərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə Zərərçəkmiş şəxs1 ünvanına yenidən nalayiq ifadələr işlədib ona qarşı Təqsirləndirilən şəxs1 tərəfindən zor tətbiq edilərək yumruq və təpik zərbələri vurularaq fiziki ağrı verdikdən sonra o və Təqsirləndirilən şəxs1 ictimai qaydanın pozulmasının qarşısını alan YDM-nin işçiləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə mübahisə edib müqavimət göstərərək həmin YDM-nin ərazisindəki su hovuzunun yaxınlığında Zərərçəkmiş şəxs2 yaxasından tutaraq kəllə və təpiklə zərbələr endirmiş, həmin vaxt onlara yaxınlaşan qardaşı Təqsirləndirilən şəxs3 əlindəki yerdən götürdüyü istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya olan dəmir parçası ilə, o və Təqsirləndirilən şəxs1 isə əllərində olan istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya olan taxta parçaları ilə Zərərçəkmiş şəxs2 baş və bədən nahiyələrindən vuraraq xəsarət yetirmiş, daha sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə su hovuzunun yaxınlığında Zərərçəkmiş şəxs3 əllərində olan taxta və dəmir parçası ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmiş, cinayətkar niyyətlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 yumruqla üz nahiyəsindən vuraraq xəsarət yetirdikdən sonra yenidən Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1la mübahisə edərkən o, əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən vurmuş, Təqsirləndirilən şəxs1 isə avtomobilinin yük yerindən dəmir açarı götürərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkmiş, əlindəki dəmir açarla, habelə, təpik və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 avtomobilini vuraraq əmlakını zədələmiş, nəticədə, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısım alan digər şəxslərə müqavimət göstərərək qeyd olunan xuliqanlıq hərəkətlərini etməklə Zərərçəkmiş şəxs3 “sol gicgah nahiyəsinin yarası, sağ gicgah nahiyəsinin yumşaq toxumasının əzilməsi, sol gözətrafı nahiyənin qançırı, burun yəhərinin sıyrığı, burun çəpərinin sola doğru əyilməsi, sol burun dəliyindən tənəffüsün cüzi pozulması” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər, Zərərçəkmiş şəxs2 “ənsə nahiyəsinin və burun yəhərinin səthi yaraları, burun sümüyünün minimal yerdəyişməli xətti sınığı, sol burun dəliyindən nəfəsalma və nəfəsvermənin cüzi pozulması, alın nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı, üzün sağ almcıq nahiyəsinin, sağ çənə qanadı proyeksiyasının şişkinliyi (dərialtı hematoması), alt çənədə sol İV sağ İİ dişlərin laxlaması, sağ çiyin nahiyəsinin qançırı, sağ kürəkaltı nahiyənin sıyrıqları, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları, sağ bel nahiyəsinin sıyrıqları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 Söhrab oğluna 500 manat dəyərində əmlak ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərməklə silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə edərək qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində atası Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə idarə etdiyi Vaz 21703 markalı B612HC95 Rusiya Federasiyasına aid dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki yolundan Ağdaş rayonu Nehrəxəlil kəndi ərazisində yerləşən “Safoil” yanacaqdoldurma məntəqəsinə daxil olmağa az məsafə qalarkən Zərərçəkmiş şəxs1 Söhrab oğlunun idarə etdiyi «Vaz 21074» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə işıqlarını gec yandırmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan əvvəlcə avtomobili sonuncunun idarə etdiyi avtomobilə yaxınlaşdırmış, atası Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 tərəfindən sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədildikdən, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 avtomobildən enərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini nümayiş etdirərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə Zərərçəkmiş şəxs1 ünvanına yenidən nalayiq ifadələr işlədib ona qarşı Təqsirləndirilən şəxs1 zor tətbiq edərək yumruq və təpik zərbələri vuraraq fiziki ağrı verdikdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ictimai qaydanın pozulmasının qarşısını alan YDM-nin işçiləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə mübahisə edib müqavimət göstərərək həmin YDM-nin ərazisindəki su hovuzunun yaxınlığında Zərərçəkmiş şəxs2 yaxasından tutaraq kəllə və təpiklə zərbələr endirdikdən sonra həmin vaxt onlara yaxınlaşaraq o, əlindəki yerdən götürdüyü istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya olan dəmir parçası ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə əllərində olan istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya olan taxta parçaları ilə Zərərçəkmiş şəxs2 baş və bədən nahiyələrindən vuraraq xəsarət yetirmiş, daha sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə su hovuzunun yaxınlığında Zərərçəkmiş şəxs3 əllərində olan taxta və dəmir parçası ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmiş, cinayətkar niyyətlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 yumruqla üz nahiyəsindən vuraraq xəsarət yetirdikdən sonra yenidən Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1la mübahisə edərkən Təqsirləndirilən şəxs2 əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən vurmuş, Təqsirləndirilən şəxs1 isə avtomobilinin yük yerindən dəmir açarı götürərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkmiş, əlindəki dəmir açarla, habelə, təpik və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 avtomobilini vuraraq əmlakını zədələmiş, nəticədə, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərərək qeyd olunan xuliqanlıq hərəkətlərini etməklə Zərərçəkmiş şəxs3 “sol gicgah nahiyəsinin yarası, sağ gicgah nahiyəsinin yumşaq toxumasının əzilməsi, sol gözətrafı nahiyənin qançırı, burun yəhərinin sıyrığı, burun çəpərinin sola doğru əyilməsi, sol burun dəliyindən tənəffüsün cüzi pozulması” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər, Zərərçəkmiş şəxs2 “ənsə nahiyəsinin və burun yəhərinin səthi yaraları, burun sümüyünün minimal yerdəyişməli xətti sınığı, sol burun dəliyindən nəfəsalma və nəfəsvermənin cüzi pozulması, alın nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı, üzün sağ almcıq nahiyəsinin, sağ çənə qanadı proyeksiyasının şişkinliyi (dərialtı hematoması), alt çənədə sol İV sağ İİ dişlərin laxlaması, sağ çiyin nahiyəsinin qançırı, sağ kürəkaltı nahiyənin sıyrıqları, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları, sağ bel nahiyəsinin sıyrıqları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 Söhrab oğluna 500 manat dəyərində əmlak ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qohum toyunda iştirak etdikdən sonra ailə üzvləri ilə birlikdə etibarnamə əsasında idarə etdiyi rus nömrəli Priora markalı avtomobil ilə Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində Ağdaş-Ləki istiqamətində hərəkət etdiyini, toyda olan zaman özünün və oğlu Valehin spirtli içki qəbul etdiyini, avtomobili özünün idarə etdiyini, ön sağ sərnişin oturacağında oğlu Valehin, arxa oturacaqda isə oğlu Bəxtiyarın, arvadı Xanımın, xalası Güllü və gəlini Nərminin əyləşdiyini, Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən “Safoil” YDM-ə girmək istədiyini, həmin vaxt qarşısında hərəkət edən «VAZ 2107» markalı avtomobilin anidən yanacaqdoldurma məntəqsinə girməsi üçün qısa məsafədə dönmə işıqlarını yandırdığını və YDM-ə daxil olduğunu, bu zaman özünün bundan narahat olduğunu, YDMnin həyətində Vaqifin idarə etdiyi «VAZ 2107» markalı avtomobilin solunda avtomobilini saxladığını və avtomobildə olduğu yerdən oğlu Valeh ilə birlikdə Vaqiflə sözlə mübahisə etməyə başladığını, Valehə YDM-ə çatan zaman qəfildən dönmə işıqlarını yandırmasını irad bildirdiyini və bununla bağlı mübahisənin yarandığını, Vaqifin hərəkətindən əsəbləşib avtomobildən enmiş və Vaqifin üzərinə gəldiyini, həmin vaxt özünün və Valehin spirtli içkinin təsiri altında olduqlarından bir qədər sərt reaksiya verərək Vaqiflə dalaşmağa başladıqlarının, özü və Valehin Vaqifi avtomobilinin yanında yumruq və təpiklərlə vuraraq, ünvanına nalayiq ifadələrlə söyüşlər söydüklərini bildirdiyini, YDM-nin işçiləri Nüsrət və Vüsal onları ayırmağa çalışdıqlarını, mübahisə zamanı özü və Valehin Vaqifi yumruq və təpiklərlə vurduqlarını, Vaqifin aralaşıb su hovuzunun yanına getdiyini, həmin vaxt su hovuzunun yanında Vüsalın əlində telefonla harasa zəng etmək istədiyini görüb əsəbləşdiyini və polisə zəng edərək məlumat verdiyini düşündüyünü, Valeh və Bəxtiyar ilə birlikdə Zərərçəkmiş şəxs2 üzərinə doğru gəldiyini, özünün və Valehin Vüsalı nalayiq ifadələrlə təhqir etməyə başladığını və özünün qəfildən Vüsalın yaxasından tutub təpiklə qarın nahiyəsindən vurduğunu, ardınca kəllə ilə baş nahiyəsindən vurduqdan sonra tutaşdıqlarını, Valehin də Vüsalın üzərinə getmək istəyən zaman Nüsrətin onu tutub saxlayaraq Vüsalı vurmasının qarşını almağa çalışdığını, Vüsalı döyən zaman oğlu Bəxtiyarın da yanına gəldiyini və yerdən götürdüyü dəmir parçası ilə Vüsalı vurmağa başladığını, Nüsrətin Valehi buraxdıqdan sonra Valehin süpürgənin üzərində olan dəmir borunu götürərək Vüsalın üzərinə doğru gəldiyini və əlindəki dəmir parçası ilə Vüsalın üz, baş və bədən nahiyələrindən vurmağa başladığını, həmçinin özünün də yerdən götürdüyü taxta parçası ilə Vüsalı vurmağa başladığını, Vüsalı vuran zaman, həmçinin söyüb təhqir etdiklərini, Nüsrətin onu Vüsaldan aralaşdırmağa çalışan zaman Valehin əlindəki ağacla Nüsrətin baş nahiyəsindən vurduğunu və Nüsrətin yerə yıxıldığını, ardıncada özünün yerdə olan zaman Nüsrətin boğaz nahiyəsindən tutduğunu, özünün və Valehin əllərindəki taxta parçası ilə, Bəxtiyarın isə əlindəki qırmızı rəngli dəmir parçası ilə Nüsrətin baş və bədən nahiyələrindən vurmağa başladığını, Nüsrətdən aralandıqdan sonra yenidən Vüsalın üzərinə gedərək təhqir etməyə başladıqlarını, Vaqifin su hovuzunun yanında əllərini yuyan zaman yenidən yanına gələrək özünün və Valehin mübahisə etməyə və Vaqifi söyməyə başladıqlarını, həmin vaxt özünün yenidən Vaqifə yumruq atmağa çalışdığını, Talehin və özünün Vaqifdən aralanan zaman Nüsrətin üz nahiyəsindən bir dəfə yumruqla vurub avtmobilinə tərəf getdiyini, özünün sərxoş halda Vaqifin avtomobilinin yanına gəlib qapısını açıb avtomobilinin açarını götürmək üçün oturduğunu, həmin vaxt Vaqifin qaçaraq yanına gəldiyini və onu avtomobildən çıxardığını, özünün və Valehin Vaqiflə yenidən mübahisə etməyə və nalayiq söyüşlər söyməyə başladıqlarını, avtomobilin qapısının yanında olan zaman Valehin Vaqifin boyun nahiyəsindən tutub saxladığını və həmin vaxt özünün də əynindən çıxardığı ağ köynəklə Vaqifin üz nahiyəsindən tutaraq sıxdığını, Vaqifin onları özündən aralaşdırmağa çalışdığını, Vaqifdən aralandıqdan sonra özünün avtomobilinin arxa yük yerindən dəmir açar götürüb Vaqifin üzərinə doğru hücüm etdiyini və həmin anda övladları Bəxtiyar və Valehin onu tutub saxladıqlarını, özünün əlindəki dəmir açarla Vaqifi vurmağa çalışdığını və Valehin də əlindəki ağac parçası ilə Vaqifin üzərinə doğru gələrək söyüb təhqir etməklə qarın nahiyəsindən taxta ilə vurduğunu, ardınca da özünün əlindəki dəmir açarla, həmçinin yumruq və təpik zərbələri ilə Vaqifin «VAZ 2107» markalı avtomobilini ön, sol və sağ tərəfdən və arxa tərəflərdən vuraraq ziyan yetirməyə başladığını, daha sonra avtomobildən uzaqlaşdıqlarını bildirmişdir. Məhkəmədən ona cəza verilərkən, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasının nəzrə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qohum toyunda iştirak etdikdən sonra ailə üzvləri ilə birlikdə atası Talehin etibarnamə əsasında idarə etdiyi rus nömrəli Priora markalı avtomobil ilə Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində Ağdaş-Ləki istiqamətində hərəkət etdiklərini, toyda olan zaman özünün və Talehin spirtli içki qəbul etdiklərini, avtomobili Talehin idarə etdiyini və ön sağ sərnişin oturacağında özünün, arxa oturacaqda isə Bəxtiyarın, anası Xanımın, atasının xalası Güllü və arvadı Nərminin əyləşdiyini, Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən “Safoil” YDM-ə girmək istədiklərini, həmin vaxt qarşılarında hərəkət edən «VAZ 2107» markalı avtomobil anidən yanacaqdoldurma məntəqəsinə girməsi üçün qısa məsafədə dönmə işıqlarını yandırdığını və YDM-ə daxil olduğunu, bu zaman onların bundan narahat olduqlarını, YDM-nin həyətində Vaqifin idarə etdiyi «VAZ 2107» markalı avtomobilin solunda avtomobili saxladıqlarını və avtomobildə olduqları yerdən Talehlə birlikdə Vaqiflə sözlə mübahisə etməyə başladıqlarını, Vaqifə YDM-ə çatan zaman qəfildən dönmə işıqlarını yandırmasını irad bildirdiklərini və bununla bağlı mübahisələrinin yarandığını. Talehin Vaqifin hərəkətindən əsəbləşib avtomobildən enmiş və Vaqifin üzərinə gəlmişdir. Həmin vaxt özünün və Talehin spirtli içkinin təsiri altında olduqlarından bir qədər sərt reaksiya verərək Vaqiflə dalaşmağa başladıqlarını, özünün və Talehin Vaqifi avtomobilinin yanında yumruq və təpiklərlə vuraraq, ünvanına nalayiq ifadələrlə söyüşlər söydüklərini, YDM-nin işçiləri Nüsrət və Vüsalın onları ayırmağa çalışdıqlarını, mübahisə zamanı özünün və Talehin Vaqifi yumruq və təpiklərlə vurduqlarını, Vaqifin aralaşıb su hovuzunun yanına getdiyini, həmin vaxt su hovuzunun yanında Vüsalın əlində telefonla harasa zəng etmək istədiyini görüb əsəbləşdiyini və polisə zəng edərək məlumat verdiyini düşündüyünü, Taleh və Bəxtiyar ilə birlikdə Zərərçəkmiş şəxs2 üzərinə doğru gəldiklərini, özünün və Talehin Vüsalı nalayiq ifadələrlə təhqir etməyə başladıqlarını, Talehin qəfildən Vüsalın yaxasından tutub təpiklə qarın nahiyəsindən vurduqlarını və ardınca kəllə ilə baş nahiyəsindən vurduqdan sonra tutaşdıqlarını, özünün də Vüsalın üzərinə getmək istəyən zaman Nüsrətin onu tutub saxladığını, Talehin Vüsalı döyən zaman Bəxtiyarın da yanlarına gəldiyini və yerdən götürdüyü dəmir parçası ilə Vüsalı vurmağa başladığını, Nüsrətin onu buraxdıqdan sonra özünün süpürgənin üzərində olan dəmir borunu götürərək Vüsalın üzərinə doğru gəldiyini və əlindəki dəmir parçası ilə Vüsalın üz, baş və bədən nahiyələrindən vurmağa başladığını, həmçinin Talehin də yerdən götürdüyü taxta parçası ilə Vüsalı vurmağa başladığını, Vüsalı vuran zaman həmçinin söyüb təhqir etdiklərini, X6 aralaşdırmağa çalışan zaman əlindəki ağacla Nüsrətin baş nahiyəsindən vurduğunu və Nüsrətin yerə yıxıldığını, ardıncada Talehin yerdə olan zaman Nüsrətin boğaz nahiyəsindən tutduğunu, özünün və Talehin əllərindəki taxta parçası ilə, Bəxtiyarın isə əlindəki qırmızı rəngli dəmir parçası ilə Nüsrətin baş və bədən nahiyələrindən vurmağa başladıqlarını, Nüsrətdən aralandıqdan sonra yenidən Vüsalın üzərinə gələrək təhqir etməyə başladıqlarını, Vaqifin su hovuzunun yanında əllərini yuyan zaman yenidən yanına gələrək onun və Talehin mübahisə etməyə və Vaqifi söyməyə başladıqlarını, həmin vaxt Talehin yenidən Vaqifə yumruq atmağa çalışdığını, Talehin və özünün Vaqifdən aralanan zaman Talehin Nüsrətin üz nahiyəsindən bir dəfə yumruqla vurub avtmobilinə tərəf getdiyini, Taleh sərxoş halda Vaqifin avtomobilinin yanına gəlib qapısını açıb oturduğunu və avtomobilin açarını götürmək istədiyini, həmin vaxt Vaqifin qaçaraq yanına gəldiyini və Talehi avtomobildən çıxardığını, özünün və Talehin Vaqiflə yenidən mübahisə etməyə və nalayiq söyüşlər söyməyə başladığını, avtomobilin qapısının yanında olan zaman onun Vaqifin boyun nahiyəsindən tutub saxladığını və Talehin də əynindən çıxardığı ağ köynəklə Vaqifin üz nahiyəsindən tutaraq sıxdığını, Vaqifin onları özündən aralaşdırmağa çalışdığını, Vaqifdən aralandıqdan sonra Talehin avtomobilin arxa yük yerindən dəmir açar götürüb Vaqifin üzərinə doğru hücum etdiyini və həmin anda Bəxtiyar və O özünün Talehi tutub saxladıqlarını, Talehin əlindəki dəmir açarla Vaqifi vurmağa çalışdığını və özünün də əlindəki ağac parçası ilə Vaqifin üzərinə doğru gələrək söyüb təhqir etməklə qarın nahiyəsindən taxta ilə vurduğunu, ardınca da Taleh əlindəki dəmir açarla, həmçinin yumruq və təpik zərbələri ilə Vaqifin «VAZ 2107» markalı avtomobilini ön, sol və sağ tərəfdən və arxa tərəflərdən vuraraq ziyan yetirməyə başladığını, daha sonra avtomobildən uzaqlaşdıqlarını bildirmişdir. Məhkəmədən ona cəza verilərkən, əməlindən səmimi peşman olmasını, İİ vətən müharibəsi iştirakçısı olmasını, himayəsində bir azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində hazırda Ağdaş şəhərində yerləşən 3 nömrəli tam orta məktəbin 8-ci sinfində oxuduğunu, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qohum toyunda iştirak etdikdən sonra ailə üzvləri ilə birlikdə atası Talehin etibarnamə əsasında idarə etdiyi rus nömrəli Priora markalı avtomobil ilə Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində Ağdaş-Ləki istiqamətində hərəkət etdiklərini, Toyda olan zaman Valeh və Talehin spirtli içki qəbul etdiklərini, avtomobili Talehin idarə etdiyini və ön sağ sərnişin oturacağında Valehin, arxa oturacaqda isə özünün, anası Xanımın, atasının xalası Güllünün və qardaşı arvadı Nərminin əyləşdiyini, Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən “Safoil” YDM-ə girmək istəyən zaman qarşılarında hərəkət edən «VAZ 2107» markalı avtomobil anidən yanacaqdoldurma məntəqəsinə girməsi üçün qısa məsafədə dönmə işıqlarını yandırdığını və YDM-ə daxil olduqlarını, YDM-nin həyətində Vaqifin idarə etdiyi «VAZ 2107» markalı avtomobilin solunda avtomobili saxladığını və avtomobildən Taleh və Valeh birlikdə Vaqiflə sözlə mübahisəsi etməyə başladıqlarını, Valehə YDM-ə çatan zaman qəfildən dönmə işıqlarını yandırmasını irad bildirdiklərini və bununla bağlı mübahisələrinin yarandığını, Talehin Vaqifin hərəkətindən əsəbləşib avtmobildən endiyini və Vaqifin üzərinə gəldiyini, həmin vaxt Valeh və Talehin spirtli içkinin təsiri altında olduqlarından bir qədər sərt reaksiya verərək Vaqiflə dalaşmağa başladıqlarını, özünün də avtomobildən endiyini, Valeh və Talehin Vaqifi avtomobilinin yanında yumruq və təpiklərlə vuraraq, ünvanına nalayiq ifadələrlə söyüşlər söydüklərini, YDM-nin işçiləri Nüsrət və Vüsalin onları ayırmağa çalışdıqlarını, mübahisə zamanı Valeh və Talehin Vaqifi yumruq və təpiklərlə vurduğunu, Vaqifin aralaşıb su hovuzunun yanına getdiyini, həmin vaxt su hovuzunun yanında Vüsalın əlində telefonla harasa zəng etmək istədiyini görüb Valeh və Talehin əsəbləşib Zərərçəkmiş şəxs2 üzərinə doğru getdiklərini, Valeh və Talehin Vüsalı nalayiq ifadələrlə təhqir etməyə başladıqlarını və Talehin qəfildən Vüsalın yaxasından tutub təpiklə qarın nahiyəsindən vurduğunu və ardınca kəllə ilə baş nahiyəsindən vurduqdan sonra dalaşıb yerə yıxıldıqlarını, Valehin də Vüsalın üzərinə getmək istəyən zaman Nüsrətin tutub saxladığını, Talehin Vüsalı döyən zaman özünün də yanlarına gəldiyini və yerdən götürdüyü dəmir parçası ilə Vüsalı vurmağa başladığını, Nüsrətin Valehi buraxdıqdan sonra Valehin süpürgənin üzərində olan dəmir borunu götürərək Vüsalın üzərinə doğru gəldiyini və əlindəki dəmir parçası ilə Vüsalın üz, baş və bədən nahiyələrindən vurmağa başladığını, həmçinin Talehin də yerdən götürdüyü taxta parçası ilə Vüsalı vurmağa başladığını, Vüsalı vuran zaman, həmçinin söyüb təhqir etdiklərini, X6 aralaşdırmağa çalışan zaman Valehin əlindəki ağacla Nüsrətin baş nahiyəsindən vurduğunu və Nüsrətin yerə yıxıldığını, ardıncada Talehin yerdə olan zaman Nüsrətin boğaz nahiyəsindən tutduğunu, Valeh və Talehin əllərindəki taxta parçası ilə, özünün isə əlindəki qırmızı rəngli dəmir parçası ilə Nüsrətin baş və bədən nahiyələrindən vurmağa başladıqlarını, Nüsrətdən aralandıqdan sonra Valeh və Talehin yenidən Vüsalın üzərinə getdiyini və təhqir etməyə başladıqlarını, Vaqifin su hovuzunun yanında əllərini yuyan zaman Valeh və Talehin yenidən yanına gələrək mübahisə etməyə və söyməyə başladıqlarını. həmin vaxt Talehin yenidən Vaqifə yumruq atmağa çalışdığını, Taleh və Valehin Vaqifdən aralanan zaman Talehin Nüsrətin üz nahiyəsindən bir dəfə yumruqla vurub avtmobilinə tərəf getdiyini, Talehin sərxoş halda Vaqifin avtomobilinin yanına gəlib qapısını açıb oturaraq avtomobilin açarını götürmək istədiyini, həmin vaxt Vaqifin qaçaraq yanına gəldiyini və Talehi avtomobildən çıxardığını, Valeh və Talehin Vaqiflə yenidən mübahisə etməyə və ona nalayiq söyüşlər söyməyə başladıqlarını, avtomobilin qapısının yanında olan zaman Valehin Vaqifin boyun nahiyəsindən tutub saxladığını və həmin vaxt Talehin də əynindən çıxardığı ağ köynəklə Vaqifin üz nahiyəsindən tutaraq sıxdığını, Vaqifin onları özündən aralaşdırmağa çalışdığını, Vaqifdən aralandıqdan sonra Talehin avtomobilin arxa yük yerindən dəmir açar götürüb Vaqifin üzərinə doğru hücüm etdiyini və həmin anda özünün və Valehin Talehi tutub saxladıqlarını, Talehin əlindəki dəmir açarla Vaqifi vurmağa çalışdığını və Talehin də əlindəki ağac parçası ilə Vaqifin üzərinə doğru gələrək söyüb təhqir etməklə qarın nahiyəsindən taxta ilə vurduğunu, ardınca da Talehin əlindəki dəmir açarla, həmçinin yumruq və təpik zərbələri ilə Vaqifin «VAZ 2107» markalı avtomobilini ön, sol və sağ tərəfdən və arxa tərəflərdən vuraraq ziyan yetirməyə başladığını, daha sonra avtomobildən uzaqlaşdıqlarını bildirmişdir. Məhkəmədən ona cəza verilərkən, əməlindən səmimi peşman olmasını, azyaşlı və orta məktəb şagirdi olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Söhrab oğlu ifadəsində xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində özünə məxsus «VAZ 21074» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhərindən yaşadığı Ağdaş rayonu, Binələr kəndinə gedən zaman Ağdaş Ləki avtomobil yolu ilə hərəkətdə olarkən Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yolun sağ tərəfində yerləşən “SafoiL” yanacaq doldurma məntəqəsinə daxil olmaq üçün dönmə işıqlarını yandırdıqlarını, onun arxası ilə «BMW» və «VAZ 2106» markalı avtomobillərin də hərəkət etdiyini, yanacaqdoldurma məntəqəsinə daxil olaraq avtomobilini saxladığını, YDM-ə daxil olan zaman sol tərəfində qara rəngli Priora markalı avtomobilin saxladığını, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 və ön sağ oturacaqda isə oğlu Təqsirləndirilən şəxs2 əyləşdiyini, Talehin və ailə üzvləri ilə əvvəllər heç bir tanışlığı olmadığını, Taleh və Valehin avtomobilin sağ şüşəsini açaraq üzərinə qışqıraraq “sən pavarotniqi nəyə görə yaxın məsafədən yandırdın, sən onu əvvəllcədən yanıdrmalı idin” dediyini və onunla mübahisə etməyə başladığını, özünün də həmin şəxsə dönmə işıqlarını təxminən 50 metr məsafədən yandırdığını söylədiyini, Taleh və Valehin avtomobildən enib üzərinə gələn zaman özünün də avtomobildən endiyini, Talehin üzərinə gələrək onu söyməyə başladığını və təpiklə qarın nahiyəsindən vurduğunu, daha sonra Taleh və Valehin ikisinin birlikdə onun baş və bədən nahiyələrindən yumruqla zərbələr vurmağa başladığını, bu zaman Valeh və Talehi YDM-nin işçilərinin ondan aralaşdırmağa çalışdıqlarını, Taleh və Valehin ondan aralaşdıqlarını, lakin mübahisə zamanı ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdiklərini, onun da avtomobilin yanından aralaşdıqlarını və sağ tərəfdə olan su hovuzuna tərəf əl-üzünü yumaq üçün getdiyini, həmin vaxt Taleh və Valehin YDM-nin işçisi Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə təhqir edərək üzərinə doğru gəldiklərini, Valeh və Talehin Vüsal ilə mübahisə etməyə başladıqlarını və Talehin qəfildən Vüsalı yaxasından tutaraq təpiklə qarın nahiyəsindən vurduğunu və ardınca kəllə ilə baş nahiyəsindən vurduqdan sonra dalaşdıqlarını, Talehin də Vüsalın üzərinə getmək istəyən zaman Nüsrətin onu Vüsalı vurmaması üçün tutub saxladığını, Talehin Vüsalı döyən zaman oğlu Bəxtiyarın da yanına getdiyini və yerdən götürdüyü dəmir parçası ilə Vüsalı vurmağa başladığını, Nüsrətin Valehi buraxdıqdan sonra Valehin süpürgənin üzərində olan dəmir borunu götürərək Vüsalın üzərinə doğru getdiyini və əlindəki dəmir parçası ilə onu üz, baş və bədən nahiyələrindən vurmağa başladığını, həmçinin Valehin də əlində olan taxta parçası ilə Vüsalı vurduğunu, onların Vüsalı vuran zaman, həmçinin söyüb təhqir etdiklərini, X6 aralaşdırmağa çalışan zaman Valehin əlindəki ağacla baş nahiyəsindən vurduğunu və Nüsrətin yerə yıxıldığını, ardıncada Talehin yerdə olan zaman Nüsrətin boğaz nahiyəsindən tutduğunu, Taleh və oğlu Valehin əllərindəki taxta parçası ilə, Bəxtiyarın isə əlindəki qırmızı rəngli dəmir parçası ilə Nüsrətin baş və bədən nahiyələrindən vurmağa başladıqlarını, onların Nüsrətdən aralandıqdan sonra yenidən Vüsalın üzərinə getdiklərini və təhqir etməyə başladıqlarını, özünün su hovuzunun yanında əllərini yuyan zaman yenidən onun yanına gələrək Taleh və Valehin mübahisə etməyə və onu söyməyə başladığını, həmin vaxt Talehin yenidən ona yumruq atmağa çalışdığını, Taleh və Valehin ondan aralanan zaman Talehin Nüsrətin üz nahiyəsindən bir dəfə yumruqla vurub avtmobilinə tərəf getdiyini, Talehin onun avtomobilinə yaxınlaşıb qapısını açaraq sürücü oturacağında əyləşdiyini və avtomobilin açarını çıxarmaq istədiyini görüb qaçaraq yanına gəldiyini, həmin vaxt Talehi avtomobildən çıxardığını, Taleh və Valehin onunla yenidən mübahisə etməyə və ona nalayiq söyüşlər söyməyə başladıqlarını, avtomobilin qapısının yanında olan zaman Valehin boyun nahiyəsindən tutub onu saxladığını və həmin vaxt Talehin də əynindən çıxardığı ağ köynəklə üz nahiyəsindən tutaraq sıxdığını, özünün də Taleh və Valehi özündən aralaşdırmağa çalışdığını, Talehin ondan aralandıqdan sonra avtomobilinin arxa yük yerindən dəmir açar götürüb üzərinə doğru hücum etdiyini və həmin anda övladları Bəxtiyar və Valehin onu tutub saxladıqlarını, Talehin əlindəki dəmir açarla onu vurmağa çalışdığını və Valehin də əlindəki ağac parçası ilə üzərinə doğru gələrək onu söyüb təhqir etməklə qarın nahiyəsindən taxta ilə vurduğunu, ardınca da Talehin əlindəki dəmir açarla, həmçinin yumruq və təpik zərbələri ilə avtomobilini ön, sol və sağ tərəfdən və arxa tərəflərdən vuraraq ziyan yetirməyə başladığını, daha sonra onların avtomobildən uzaqlaşdıqlarını, baş vermiş hadisə zamanı Taleh və Valehin onu yumruq və təpik zərbələri ilə baş və bədən nahiyəsindən vurduqlarını, həmçinin Talehin əlində olan dəmir açarla üzərinə doğru gələrək onu vurmağa çalışdığını və əlindəki dəmir açarla, yumruq və təpiklə avtomobilini döyəcləyərək maddi ziyan vurduğunu, Valehin isə əlində olan taxta parçası ilə qarın nahiyəsindən onu vurduğunu, hadisə zamanı ona vurulan zərbələrdən ağrılarının olduğunu və avtomobilinə də maddi ziyanın dəydiyini, baş vermiş hadisə zamanı özünün, Nüsrət və Vüsalın Valehə, Talehə və Bəxtiyara heç bir xəsarət yetirmədiklərini bildirmişdir. Zərərçəkmiş şəxs1 Söhrab oğlu məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində Ağdaş-Ləki avtomobil yolunun sağ kənarında yerləşən “Safoil” YDM-də işlədiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində “Safoil” YDM-də işdə olan zaman Zərərçəkmiş şəxs1 «VAZ 21074» markalı 10-NR- 446 dövlət qeydiyyat nişanlı avtomobili ilə YDM-ə daxil olduğunu və həmin vaxt onun ardınca da Təqsirləndirilən şəxs1 rus nömrəli Priora markalı avtomobili ilə YDM-nin ərazisinə daxil olduğunu və Vaqifin yanında avtomobili saxladığını, Talehin yanında ön sərnişin oturacağında Valehin əyləşdiyini, Taleh və Valehin Vaqiflə avtomobildə əyləşdikləri yerdən mübahisə etməyə başladıqlarını və Talehin avtomobildən enib Vaqifin üzərinə doğru gəldiyini, həmin vaxt Valehin də avtomobildən enib Vaqifin üzərinə gəldiyini, Taleh və Valehin Vaqifi söyüb təhqir edərək baş və bədən nahiyələrindən yumruq və təpiklə vurmağa başladıqlarını, Nüsrət və özünün Valeh və Talehin yanına gəldiklərini və aralaşdırmağa çalışdıqlarını, onların sakitləşməyə və mübahisə etməməyə çağırdıqlarını, lakin Taleh və Valehin Vaqifin ünvanına nalayiq söyüşlər söyməyə davam etdiklərini, Vaqifin YDM-nin yanındakı su hovuzuna tərəf getdiyini, özünün də həmin vaxt su hovuzu istiqamətinə gəldiyini və baş vermiş hadisə barəsində müdiriyyətə məlumat vermək istədiyini, Valeh və Talehin ucadan qışqıraraq onun üzərinə doğru gəldiklərini, özünün də Valeh və Talehi sakitləşdirməyə çalışdıqlarını, lakin Talehin köynəyinin yaxasından tutuaraq üz nahiyəndən kəllə ilə vurduqdan sonra təpik və yumruq zərbələri ilə onu döyməyə başladıqlarını, Talehin bir neçə dəfə onun üz nahiyəsindən kəllə ilə vurduğunu və həmin vaxt aldığı zərbələrdən yerə yıxıldığını, yerdə olan zaman Talehin onu yumruq və təpiklə vurmağa davam etdiyini, Valehin də üzərinə gəlmək istəyən zaman Nüsrətin Valehi onu vurmaması üçün saxladığını, Talehin onu döyən zaman oğlu Bəxtiyarın da yanlarına gəldiyini və yerdən götürdüyü dəmir parçası ilə onu vurmağa başladığını, Nüsrətin Valehi buraxdıqdan sonra Valehin süpürgənin üzərində olan dəmir borunu götürərək üzərinə doğru gəldiyini və əlindəki dəmir parçası ilə onu üz, baş və bədən nahiyələrindən vurmağa başladığını, həmçinin Talehin də əlində olan taxta parçası ilə onu vurduğunu, Valeh və Talehin onu vuran zaman, həmçinin söyüb təhqir etdiklərini, Nüsrətin Talehi ondan aralaşdırmağa çalışan zaman Valehin əlindəki ağacla Nüsrətin baş nahiyəsindən vurduğunu və Nüsrətin yerə yıxıldığını, ardınca da Taleh yerdə olan zaman Nüsrətin boğaz nahiyəsindən tutduğunu, Taleh və oğlunun Valehin əllərindəki taxta parçası ilə, Bəxtiyarın isə əlindəki qırmızı rəngli dəmir parçası ilə Nüsrətin baş və bədən nahiyələrindən vurmağa başladıqlarını, onların Nüsrətdən aralandıqdan sonra yenidən onun üzərinə gəldiklərini və onu təhqir etməyə başladıqlarını, Vaqifin su hovuzunun yanında əllərini yuyan zaman yenidən onun yanına gələrək Taleh və Valehin mübahisə etməyə və onu söyməyə başladıqlarını, özünün aldığı zərbələrdən yerdə uzanıqlı vəziyyətdə qaldığını, baş vermiş mübahisə zamanı özünün Talehi, Valehi və Bəxtiyarı vurmadığını və heç bir xəsarət yetirmədiyini, mübahisə zamanı Talehin kəllə, yumruq və təpiklə vurduğunu və övladları Valeh və Bəxtiyarın isə əllərində olan taxta və dəmir parçaları ilə onu döyərək xəsarət yetirdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində Ağdaş-Ləki avtomobil yolunun sağ kənarında yerləşən “Safoil” YDM-də işləmiş, xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində “Safoil” YDM-də işdə olan zaman Zərərçəkmiş şəxs1 «VAZ 21074» markalı 10- NR-446 dövlət qeydiyyat nişanlı avtomobili ilə YDM-ə daxil olduğunu və həmin vaxt Vaqifin ardınca da Təqsirləndirilən şəxs1 rus nömrəli Priora markalı avtomobili ilə YDM-nin ərazisinə daxil olduğunu və Vaqifin yanında avtomobili saxladığını, Talehin yanında ön sərnişin oturacağında Valehin əyləşdiyini, Taleh və Valehin Vaqiflə avtomobildə əyləşdikləri yerdən mübahisə etməyə başladıqlarını və Talehin avtomobildən enib Vaqifin üzərinə doğru gəldiyini, həmin vaxt Valehin də avtomobildən enib Vaqifin üzərinə gəldiyini, Taleh və Valehin Vaqifi söyüb təhqir edərək baş və bədən nahiyələrindən yumruq və təpiklə vurmağa başladıqlarını, Vüsalın onların yanına gəldiklərini və aralaşdırmağa çalışdıqlarını, onları sakitləşməyə və mübahisə etməməyə çağırdıqlarını, lakin Taleh və Valehin Vaqifin ünvanına nalayiq söyüşlər söyməyə davam etdiklərini, Vaqifin YDM-nin yanındakı su hovuzuna tərəf getdiyini, Vüsalın da həmin vaxt su hovuzu istiqamətinə getdiyini, Valeh və Talehin ucadan qışqıraraq Vüsalın üzərinə doğru getdiklərini, Vüsalın onları sakitləşdirməyə çalışdığını, lakin Talehin Vüsalın köynəyinin yaxasından tutaraq üz nahiyəsindən kəllə ilə vurduqdan sonra təpik və yumruq zərbələri ilə Vüsalı döyməyə başladığını, Valehin də Vüsalı vurmaq üçün üzərinə hücum etdiyini görüb tutub saxladığını, Talehin bir neçə dəfə Vüsalın üz nahiyəsindən kəllə ilə vurduğunu və həmin vaxt Vüsalın aldığı zərbələrdən yerə yıxıldığını, yerdə olan zaman Talehin yumruq və təpiklə Vüsalı vurmağa davam etdiyini, Talehin Vüsalı döyən zaman oğlu Bəxtiyarın da yanlarına gəldiyini və yerdən götürdüyü dəmir parçası ilə Vüsalın baş nahiyəsindən vurmağa başladıqlarını, özünün də Valehi buraxdıqdan sonra Valehin süpürgənin üzərində olan dəmir borunu götürərək üzərinə doğru getdiyini və əlindəki dəmir parçası ilə Vüsalın üz, baş və bədən nahiyələrindən vurmağa başladığını, həmçinin Talehin də əlində olan taxta parçası ilə Vüsalı vurduğunu, onların Vüsalı vuran zaman, həmçinin söyüb təhqir etdiklərini, X6 aralaşdırmağa çalışan zaman Valehin əlindəki ağacla onun baş nahiyəsindən vurduğunu və yerə yıxıldığını, ardınca da Talehin yerdə olan zaman onu boğaz nahiyəsindən tutub saxladığını, Talehin və oğlu Valehin əllərindəki taxta parçası ilə, Bəxtiyarın isə əlindəki qırmızı rəngli dəmir parçası ilə onun baş və bədən nahiyələrindən vurmağa başladıqlarını, Taleh və Valehin ondan aralandıqdan sonra yenidən Vüsalın üzərinə gedib söyüb təhqir etməyə başladıqlarını, Vaqifin su hovuzunun yanında əllərini yuyan zaman yenidən yanına gələrək Taleh və Valehin mübahisə etməyə və onu söyməyə başladıqlarını, Vüsalın aldığı zərbələrdən yerdə uzanıqlı vəziyyətdə qaldığını, özünün də yerdən qalxıb su hovuzunun yanına gəldiyini və əl-üzünü yuduğunu, baş vermiş mübahisə zamanı özünün Talehi, Valehi və Bəxtiyarı vurmadığını və heç bir xəsarət yetirmədiyini, mübahisə zamanı Talehin övladları Valeh və Bəxtiyar ilə birlikdə isə əllərində olan taxta və dəmir parçaları ilə onu döyərək xəsarət yetirdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qohum toyunda iştirak etdikdən sonra ailə üzvləri ilə birlikdə əri Talehin etibarnamə əsasında idarə etdiyi rus nömrəli Priora markalı avtomobil ilə Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində Ağdaş-Ləki istiqamətində hərəkət etdiklərini, toyda olan zaman Valeh və Talehin spirtli içki qəbul etdiklərini, avtomobili Talehin idarə etdiyini və ön sağ sərnişin oturacağında Valehin, arxa oturacaqda isə özünün, oğlu Bəxtiyarın, ərinin xalası Güllünün və oğlu Valehin arvadı Nərminin əyləşdiyini, Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən “Safoil” YDM-ə girmək istədiklərini, həmin vaxt qarşılarında hərəkət edən «VAZ 2107» markalı avtomobilin anidən yanacaqdoldurma məntəqəsinə girməsi üçün qısa məsafədə dönmə işıqlarını yandırdığını və YDM-ə daxil olduğunu, YDMnin həyətində Vaqifin idarə etdiyi «VAZ 2107» markalı avtomobilin solunda avtomobili saxladığını və avtomobildə olduğu yerdən Taleh və Valehin birlikdə Vaqiflə sözlə mübahisə etməyə başladıqlarını, Valehə YDM-ə çatan zaman qəfildən dönmə işıqlarını yandırmasını irad bildirdiklərini və bununla bağlı mübahisələrinin yarandığını, Talehin Vaqifin hərəkətindən əsəbləşib avtomobildən endiyini və Vaqifin üzərinə gəldiyini, həmin vaxt Valeh və Talehin spirtli içkinin təsiri altında olduqlarından bir qədər sərt reaksiya verərək Vaqiflə dalaşmağa başladıqlarının, Bəxtiyarın da avtomobildən endiyini, Valeh və Talehin Vaqifi avtomobilinin yanında yumruq və təpiklərlə vuraraq, ünvanına nalayiq ifadələrlə söyüşlər söydüklərini, YDM-nin işçiləri Nüsrət və Vüsalın onları ayırmağa çalışdıqlarını, mübahisə zamanı Valeh və Talehin Vaqifi yumruq və təpiklərlə vurduqlarını, Vaqifin aralaşıb su hovuzunun yanına getdiyini, həmin vaxt su hovuzunun yanında Vüsalın əlində telefonla harasa zəng etmək istədiyini görüb Valeh və Talehin əsəbləşdikərini, Valeh, Taleh və Bəxtiyarın birlikdə su hovuzu tərəfə getdiklərini və həmin yerdə mübahisə olduğunu, su hovuzundan bir qədər içəriyə tərəf gedərək mübahisə etdiklərindən, özünün də avtomobilin yanında dayandığından onların necə mübahisə və dava-dalaş etmələrini görmədiyini, təxminən 5-10 dəqiqə sonra Taleh və övladları Valeh və Bəxtiyarın yanına qayıtdıqlarını və Vaqiflə aralarında yenidən mübahisə yarandığını, orada olan şəxslərin onları aralaşdırmağa çalışdıqlarını, avtomobilin qapısının yanında olan zaman Valehin Vaqifin boyun nahiyəsindən tutub saxladığını və həmin vaxt Talehin də əynindən çıxardığı ağ köynəklə Vaqifin üz nahiyəsindən tutaraq sıxdığını, Vaqifin onları özündən aralaşdırmağa çalışdığını, Vaqifdən aralandıqdan sonra Talehin avtomobilin arxa yük yerindən dəmir açar götürüb Vaqifin üzərinə doğru hücum etdiyini və həmin anda Bəxtiyar və Valehin Talehi tutub saxladıqlarını, Talehin əlindəki dəmir açarla Vaqifi vurmağa çalışdığını və Talehin də əlindəki ağac parçası ilə Vaqifin üzərinə doğru gələrək onu söyüb təhqir etməklə qarın nahiyəsindən taxta ilə vurduğunu, ardınca da Talehin əlindəki dəmir açarla, həmçinin yumruq və təpik zərbələri ilə Vaqifin «VAZ 2107» markalı avtomobilini ön, sol və sağ tərəfdən və arxa tərəflərdən vuraraq ziyan yetirməyə başladıqlarını, daha sonra avtomobildən uzaqlaşdıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində Ağdaş-Ləki avtomobil yolunun sağ kənarında yerləşən “Safoil” YDM-də işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində “Safoil” YDMdə işdə olan zaman Zərərçəkmiş şəxs1 «VAZ 21074» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə YDM-ə daxil olduğunu və həmin vaxt ardınca da Təqsirləndirilən şəxs1 rus nömrəli Priora markalı avtomobili ilə YDM-nin ərazisinə daxil olduğunu və Vaqifin yanında avtomobili saxladığını, Talehin yanında ön sərnişin oturacağında Valehin əyləşdiyini, Taleh və Valehin Vaqiflə avtomobildə əyləşdikləri yerdən mübahisə etməyə başladıqlarını və Talehin avtomobildən enib Vaqifin üzərinə doğru gəldiyini, həmin vaxt Valehin də avtomobildən enib Vaqifin üzərinə gəldiyini, Taleh və Valehin Vaqifi söyüb təhqir edərək baş və bədən nahiyələrindən yumruq və təpiklə vurmağa başladıqlarını, Nüsrət və Vüsalın onların yanına gəldiklərini və aralaşdırmağa çalışdıqlarını, onları sakitləşməyə və mübahisə etməməyə çağırdıqlarını, lakin Taleh və Valehin Vaqifin ünvanına nalayiq söyüşlər söyməyə davam etdiklərini, Vaqifin YDM-nin yanındakı su hovuzuna tərəf getdiyini, Vüsalın da həmin vaxt su hovuzu istiqamətinə gəldiyini və baş vermiş hadisə barəsində müdiriyyətə məlumat vermək istədiyini, Valeh və Talehin ucadan qışqıraraq Vüsalın üzərinə doğru gəldiklərini, onları sakitləşdirməyə çalışdıqlarını, lakin Talehin Vüsalın köynəyinin yaxasından tutaraq üz nahiyəsindən kəllə ilə vurduqdan sonra təpik və yumruq zərbələri ilə Vüsalı döyməyə başladığını, Talehin bir neçə dəfə Vüsalın üz nahiyəsindən kəllə ilə vurduğunu və həmin vaxt Vüsalın aldığı zərbələrdən yerə yıxıldığını, yerdə olan zaman Talehin Vüsalı yumruq və təpiklə vurmağa davam etdiyini, Valehin də Vüsalın üzərinə gəlmək istəyən zaman Nüsrəti tutub saxladığını, Talehin Vüsalı döyən zaman oğlu Bəxtiyarın da yanına gəldiyini və yerdən götürdüyü dəmir parçası ilə Vüsalı vurmağa başladığını, Nüsrətin Valehi buraxdıqdan sonra Valehin süpürgənin üzərində olan dəmir borunu götürərək Vüsalın üzərinə doğru gəldiyini, əlindəki dəmir parçası ilə Vüsalın üz, baş və bədən nahiyələrindən vurmağa başladığını, həmçinin Talehin də əlində olan taxta parçası ilə Vüsalı vurduğunu, onların Vüsalı vuran zaman, həmçinin söyüb təhqir etdiklərini, X6 aralaşdırmağa çalışan zaman Valehin əlindəki ağacla Nüsrətin baş nahiyəsindən vurduğunu və Nüsrətin yerə yıxıldığını, ardıncada Talehin yerdə olan zaman Nüsrətin boğaz nahiyəsindən tutduğunu, Taleh və oğlu Valehin əllərindəki taxta parçası ilə, Bəxtiyarın isə əlindəki qırmızı rəngli dəmir parçası ilə Nüsrətin baş və bədən nahiyələrindən vurmağa başladıqlarını, onların Nüsrətdən aralandıqdan sonra yenidən Vüsalın üzərinə gəldiklərini və təhqir etməyə başladıqlarını, Vaqifin su hovuzunun yanında əllərini yuyan zaman yenidən yanına gələrək Taleh və Valehin mübahisə etməyə və söyməyə başladıqlarını, həmin vaxt Talehin yenidən Vaqifə yumruq atmağa çalışdığını, Taleh və Valehin Vaqifdən aralanan zaman Talehin Nüsrətin üz nahiyəsindən bir dəfə yumruqla vurub avtmobilinə tərəf getdiyini, Talehin Vaqifin avtomobilinə yaxınlaşıb qapısını açaraq sürücü oturacağında əyləşdiyini Vaqifin görüb qaçaraq yanına gəldiyini, həmin vaxt Talehi avtomobildən çıxardığını, Taleh və Valehin Vaqiflə yenidən mübahisə etməyə və ona nalayiq söyüşlər söyməyə başladıqlarını, avtomobilin qapısının yanında olan zaman Valehin Vaqifin boyun nahiyəsindən tutub saxladığını və həmin vaxt Talehin də əynindən çıxardığı ağ köynəklə üz nahiyəsindən tutaraq sıxdığını, Vaqifin onları özündən aralaşdırmağa çalışdığını, Talehin aralandıqdan sonra avtomobilinin arxa yük yerindən dəmir açar götürüb Vaqifin üzərinə doğru hücum etdiyini və həmin anda övladları Bəxtiyar və Valehin Talehi tutub saxladıqlarını, Talehin əlindəki dəmir açarla Vaqifi vurmağa çalışdığını və Valehin də əlindəki ağac parçası ilə Vaqifin üzərinə doğru gələrək söyüb təhqir etməklə qarın nahiyəsindən taxta ilə vurduğunu, ardınca da Talehin əlindəki dəmir açarla, həmçinin yumruq və təpik zərbələri ilə Vaqifin avtomobilini ön, sol və sağ tərəfdən və arxa tərəflərdən vuraraq ziyan yetirməyə başladıqlarını, daha sonra avtomobildən uzaqlaşdıqlarını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qohum toyunda iştirak etdikdən sonra bacısı oğlu Talehin etibarnamə əsasında idarə etdiyi rus nömrəli Priora markalı avtomobil ilə Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində Ağdaş-Ləki istiqamətində hərəkət etiklərini, toyda olan zaman Valeh və Talehin spirtli içki qəbul etdiklərini, avtomobili Talehin idarə etdiyini və ön sağ sərnişin oturacağında Valehin, arxa oturacaqda isə özünün, Bəxtiyarın, Xanımın və Nərminin əyləşdiyini, Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən “Safoil” YDM-ə girmək istədiklərini, həmin vaxt qarşıda hərəkət edən «VAZ 2107» markalı avtomobilin anidən yanacaqdoldurma məntəqəsinə girməsi üçün qısa məsafədə dönmə işıqlarını yandırmadığını və YDM-ə daxil olduğunu, YDM-nin həyətində Vaqifin idarə etdiyi «VAZ 2107» markalı avtomobilin solunda Talehin avtomobili saxladığını və avtomobildən Talehin və Valehin birlikdə Vaqiflə sözlə mübahisə etməyə başladıqlarını, Vaqifə YDM-ə çatan zaman qəfildən dönmə işıqlarını yandırmasını irad bildirdiklərini və bununla bağlı mübahisələrinin yarandığını, Talehin Vaqifin hərəkətindən əsəbləşib avtomobildən endiyini və Vaqifin üzərinə gəldiyini, həmin vaxt Valehin və Talehin spirtli içkinin təsiri altında olduqlarından bir qədər sərt reaksiya verərək Vaqiflə dalaşmağa başladığını, Bəxtiyarın da avtomobildən endiyini, Valeh və Talehin Vaqifi avtomobilinin yanında yumruq və təpiklərlə vurduqlarını, ünvanına nalayiq ifadələrlə söyüşlər söydükləriniu, YDM-nin işçiləri Nüsrət və Vüsalın onları ayırmağa çalışdıqlarını, mübahisə zamanı Valehin və Talehin Vaqifi yumruq və təpiklərlə vurduqlarını, Vaqifin aralaşıb su hovuzunun yanına getdiyini, həmin vaxt su hovuzunun yanında Vüsalın əlində telefonla harasa zəng etmək istədiyini görüb Valeh və Talehin əsəbləşdiklərini, Valeh, Taleh və Bəxtiyarın birlikdə su hovuzu tərəfə getdiklərini və həmin yerdə mübahisə olduğunu, su hovuzunun yaxınlığında baş vermiş mübahisə yerinə yaxınlaşan zaman onların bir-birlərindən aralandıqlarını, Talehin avtomobilə qayıtmağı bildirdiyindən avtomobilin yanına qayıtdığını, təxminən 5-10 dəqiqə sonra Talehin və övladları Valeh və Bəxtiyarin yanlarına qayıtdıqlarını və Vaqiflə aralarında yenidən mübahisə yarandığını, orada olan şəxslərin onları aralaşdırmağa çalışdıqlarını, avtomobilin qapısının yanında olan zaman Valehin Vaqifin boyun nahiyəsindən tutub saxladığını və həmin vaxt Talehin də əynindən çıxardığı ağ köynəklə Vaqifin üz nahiyəsindən tutaraq sıxdığını, Vaqifin onları özündən aralaşdırmağa çalışdığını, Vaqifdən aralandıqdan sonra Talehin avtomobilin arxa yük yerindən dəmir açar götürüb Vaqifin üzərinə doğru hücum etdiyini və həmin anda Bəxtiyar və Valehin Talehi tutub saxladıqlarını, Talehin əlindəki dəmir açarla Vaqifi vurmağa çalışdığını və Valehin də əlindəki ağac parçası ilə Vaqifin üzərinə doğru gələrək söyüb təhqir etməklə qarın nahiyəsindən taxta ilə vurduğunu, ardınca da Talehin əlindəki dəmir açarla, həmçinin yumruq və təpik zərbələri ilə Vaqifin «VAZ 2107» markalı avtomobilini ön, sol və sağ tərəfdən və arxa tərəflərdən vuraraq ziyan yetirməyə başladığını, daha sonra avtomobildən uzaqlaşdıqlarını bildirmişdir. İşin materiallarında olan iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, “Safoil” YDM-nin həyətində Zərərçəkmiş şəxs1 idarə etdiyi «Vaz 21074» markalı avtomobil daxil olaraq yanacaq doldurma yerinə yaxınlaşan zaman sol tərəfində Təqsirləndirilən şəxs1 idarə etdiyi Priora markalı avtomobili saxlayır və aralarında danışırlar. Ardıncada Taleh avtomobildən enib Vaqifin üzərinə doğru gəlir, həmçinin Təqsirləndirilən şəxs2 də avtmobildən enib Vaqiflə dalaşmağa və hər ikisi Vaqifi vurmağa başlayır. Ətrafda olan şəxslər, eləcə də Nüsrət və Vüsal onları ayırmağa çalışır. Vaqif aralanıb su hövzəsinin yanına gəlir. Su hövzəsinin yanında Vüsalın əlində telefon olan zaman Taleh övladları Valeh və Bəxtiyarla ona yaxınlaşırlar. Taleh Vüsalın yaxasından tutub kəllə və təpilə onu vurur. Valeh də Vüsalın üzərinə hücum etmək istəyən zaman Nüsrət Valehui tutub saxlayır. Bəxtiyar da kənardan keçərək Vüsalın üzərinə doğru gedir. Bir qədər sonra Vaqif su hovuzunun yanında olan zaman Nüsrət üzü qanlı halda su hovuzunun yanına gələrək əl-üzünü yuyur. Həmçinin Taleh də su hovuzunun yanına gəlib başım suya salıb çıxarır. Valehin əlində taxta parçası olması görünür. Taleh və Valeh hovuzun yanında Vaqiflə mübahisə etməyə başlayır və Taleh Vaqifə bir dəfə yumruq atır. Taleh geri dönüb avtomobilə tərəf gedən zaman Nüsrətin üz nahiyəsindən bir dəfə yumruqla vurur. Avtomobilin yanına çatan zaman Taleh əynində olan uzunqol ağ köynəyini soyunur və Vaqifin avtmobilinə əyləşir. Həmin vaxt Vaqif qaçaraq avtomobilinin yanına gəlir və Talehi avtomobildən çıxarmağa çalışır. Avtomobilin yanında mübahisə başlanır və Valeh arxa tərəfdən Vaqifi boyun hissəsindən tutur və Talehdə əlindəki köynəklə Vaqifin üz nahiyəsindən tutaraq sıxır. Taleh avtomobilinin arxa yük hissəsinə tərəf gedərək dəmir açar götürərək Vaqifin üzərinə gəlib vurmağa çalışır. Bəxtiyar və Valeh Talehin əlindən tutaraq vurmağa qoymurlar. Valeh əlində olan taxta parçası ilə Vaqifin qarın nahiyəsindən vurur. Taleh əlindəki dəmir açarla Vaqifin avtomobilini döyəcləyir, həmçinin avtmobilin ön mühərrik hissəsinin üzərindəki dəmir qapağın üstünə çıxıb atdanıb düşməyə başlayır, təpiklərlə avtomobili yanlarından vurur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 790 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Söhrab oğlunun bədənində olan hazırda hər hansı bir xəsarət aşkar olunmadı. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 693 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olan xəsarətlər-ənsə nahiyəsinin və burun yəhərinin səthi yaraları, burun sümüyünün minimal yerdəyişməli xətti sınığı, sol burun dəliyindən nəfəsalma və nəfəsvermənin cüzi pozulması, alın nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı, üzün sağ almcıq nahiyəsinin, sağ çənə qanadı proyeksiyasının şişkinliyi (dərialtı hematoması), alt çənədə sol İV sağ İİ dişlərin laxlaması, sağ çiyin nahiyəsinin qançırı, sağ kürəkaltı nahiyənin sıyrıqları, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları, sağ bel nahiyəsinin sıyrıqları küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 694 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər-sol gicgah nahiyəsinin yarası, sağ gicgah nahiyəsinin yumşaq toxumasının əzilməsi, sol gözətrafı nahiyənin qançırı, burun yəhərinin sıyrığı, burun çəpərinin sola doğru əyilməsi, sol burun dəliyindən tənəffüsün cüzi pozulması küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixdə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2015-ci ildə CPM-in 40.2.2 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilib. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 2375 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yaşayır və ailə tərkibi 1981-ci il təvəllüdlü Qanuni nümayəndə, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Valeh oğlu, 2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və 2014-cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:50də Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:35-də tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay şərti sınaq müddəti müəyyən edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 2374 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yaşayır və ailə tərkibi 1981-ci il təvəllüdlü Qanuni nümayəndə, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, 2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və 2014-cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamıilə Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 23:40da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 4(014)-153/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimatın təmin edilməsindən imtina edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 19:20-də tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan bölməsinin 8-ci sinif şagirdidir. Müəllim və şagird kollektivi ilə münasibəti yaxşıdır. Oxuduğu müddət ərzində məktəb və sinif rəhbərliyi tərəfindən heç bir xəbərdarlıq və töhmət almamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 663 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 1 ünvanında yaşayır və ailə tərkibi xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.1981-ci il təvəllüdlü Qanuni nümayəndə, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 2014-cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin Ağdaş filialından alınmış xx.xx.2022-ci il tarixli 74 saylı aktdan göründüyü üzrə, Zərərçəkmiş şəxs1 Söhrab oğluna məxsus olan «Vaz 21074» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 500 manat dəyərində ziyan dəymişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs1. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 nun törətdikləri cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağın olmasını, həmçinin, müharibə iştirakçısı olan oğlunun müalicəsi ilə onun məşğul olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və medallarla təltif edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, səmimi etirafını, oxuduğu məktəbdə müsbət xarakterizə olmasını, Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onların cəmiyyətdən təcrid edilmədən də islah olunmalarının mümkün olması nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 bir vəzifə olaraq tapşırılmalıdır ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 bir vəzifə olaraq tapşırılmalıdır ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 bir vəzifə olaraq tapşırılmalıdır ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar