Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-77/2020 02.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağdaş şəhəri H.Əliyev prospekti ev 85/43-də qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə 03 aylıq həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 2020-ci ilin mart ayının ortalarında Ağdaş rayonu Dəhnə kəndində kanalın yanından tapıb satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan kisədə təmiz çəkisi 985 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq üzərində saxlayıb daşımış, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş şəhəri H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilən ittihamda özünü təqsirli bilərək ifadəsində xəstə olduğuna görə bədənində ağrılar olduğunu, buna görə də narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər narkotik vasitələri istifadə etməyinə və üzərində saxlamağa görə məhkum olunduğunu, xx.xx.2020-ci il tarixdə təxminən saat 18:30 radələrində Ağdaş şəhər H.Əliyev pr. ilə Ağdaş rayon bazarının yaxınlığında piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini zamanı əynindəki göy rəngli cins gödəkçənin qarın hissəsindən 01 ədəd sellofan kisə və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan kisə açılan zaman içərisindən kəskin iyli, yaşıl rəngli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütləsinin elektron tərəzidə çəkildiyini, çəkisinin 1,013 qram olduğunu, sonra həmin bitki kütləsinin sellofan kisəyə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin və özü qablaşdırılmış sellofan kisəyə imza etdiklərini, sonra həmin kisə DİNnin 111 nömrəli möhürü ilə höhürləndiyini, axtarış zamanı fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni təxminən 3-4 gün əvvəl Ağdaş rayonu Dəhnə kəndində su kanalının kənarından tapdığını, lakin hal-hazırda həmin narkotik vasitəni konkret olaraq haradan tapmağını xatırladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, üzərindən narkotik vasitə aşkar edilmiş gün dəqiq kimlərlə əlaqə saxlamağı yadında qalmadığını, ümumiyyətlə çox adamla əlaqə saxlamadığını, iş tapanda işinə gedib evimə gəldiyini, iş olmayan günlər isə evdən çölə çıxmadığını, mobil telefon istifadə etmədiyini, üzərindən aşkar edilmiş mobil telefonun da ona məxsus olmadığını, həmin mobil telefonu Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “Karvansaray” adlanan yerdə bərbər işləyən İlham adlı şəxsdən aldığını, 2020-ci ilin mart ayının əvvəllərində İlhamın yanına saçını qırxdırmağa getdiyini, həmin vaxt növbə olduğunu, İlhamın ondan mobil telefon nömrəsini istədiyini, boş olan zaman zəng edəcəyini dediyini, İlhama mobil telefonunun olmadığını bildirdiyini, İlhamın həmin vaxt ona qara rəngli “Nokia” markalı mobil telefon verdiyini, həmin telefonun işləmədiyini, təmir etdirib istfiadə etməsini dediyini, həmin telefonu özündə saxladığını, imkanı olan təmir etdirib istifadə etmək niyyətində olduğunu, həmin telefonda mobil nömrə olmadığını, Ağdaş rayonu Dəhnə kəndində bağlarda fəhlə işi tapıb işləmək üçün getdiyini, lakin iş tapa bilmədiyini, həmin vaxt hansı yol ilə getməyi dəqiq yadında qalmadığını, sadəcə yadında qalan odur ki, yoldan keçən bir markasını və nömrəsini bilmədiyi avtomobilə əyləşib getdiyini, həmin yeri hazırda xatırlamadığını, narkotik vasitəni tapdığı yeri göstərə bilməyəcəyini, həmin narkotik vasitəni tapıb gətirib evində gizlətdiyini, 3-4 gün müddətində demək olar ki, evdən küçəyə çıxmadığını, küçəyə çıxan vaxtlarda da evdə ailə üzvlərindən kimsə görüb tullamaması üçün həmin narkotik vasitəni özü ilə götürdüyünü, ara küçələrlə Ağdaş şəhəri H.Əliyev prospketində olan qəbirstalnlığın arxasından keçib Dəhnə kəndində gedən yola çıxdığını, oradan da markasını və nömrəsini bilmədiyi bir yoldan keçən bir avtomobilə əyləşib Dəhnəxəlil kəndinə getdiyini, Dəhnəxəlil kəndində kanalın kənarı ilə bağlara gedən zaman qarşısına sellofan kisə çıxdığını, maraqlı gəldiyi üçün açıb baxdığını, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu gördüyünü, özü istifadə etmək məqsədilə özü ilə götürüb yaşadığı evə gətirib gizlətdiyini, həmin narkotik vasitədən satmadığını, satmaq fikri də olmadığını, sadəcə ondan istifadə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmədən əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsindəəvvəllər məhkum olunmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyini olmadığını,xx.xx.2020-ciil tarixdə saat təxminən 18:50 radələrində Ağdaş rayon polis şöbəsinin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşaraq polis şöbəsində bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılacağını və həmin axtarışda hal şahidi kimi iştirak etməyini təklif etdiklərini, etiraz etmədiyini, bundan sonra polis şöbəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin üzərində axtarış aparıldığını, eyni zamanda ondan başqa bir nəfər hal şahidi kimi dəvət edilmiş tanımadığı şəxs və müdafiəçinin də axtarışda iştirak etdiyini, şəxsi axtarış zamanı Ruslanın əynindəki göy rəngli cins gödəkçənin qarın hissəsindən 01 ədəd sellofan kisə və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon aşkar edildiyini, Ruslan adlı şəxsin üzərindən aşkar edilmiş sellofan kisə açılan zaman içərisindən kəskin iyli, yaşıl rəngli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsinin aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütləsi elektron tərəzidə çəkildiyini, çəkisinin 1013 qram olduğunu, sonra həmin bitki kütləsinin sellofan kisəyə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü, digər hal şahidi və Təqsirləndirilən şəxs qablaşdırılmış sellofan kisəyə imza etdiklərini, sonra həmin kisənin DİN-nin 111 nömrəli möhürü ilə höhürləndiyini, bu barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğuunu, özü, digər hal şahidi və Təqsirləndirilən şəxs heç bir şikayətləri olmadığından tərtib olunmuş protokola imza etdiklərini, bildikləri və gördüklərinin bunlardan ibarət olduğunu,əvvəllər Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını, onunla da heç bir münasibətinin olmadığını, ilk dəfədir ki onu gördüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində xx.xx.2020-ci il tarixdə xidmətdə olan zaman Ağdaş şəhəri H.Əliyev prospketi ev 85/43-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar öz tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət edildiyini, əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini, daha sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1lə birlikdə Ruslanı yaşadığı küçədə gördüklərini, ona yaxınlaşıb özlərini təqdim etdiklərini, Ruslana üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsinin növbətçi hissəsində iki hal şahidi və bir vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoyması təklif olunduğunu, Ruslanın əynində olan paltarın qarın hissəsindən göy rəngli sellofan torbanı və əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoyduğunu, həmin göy rəngli sellofan torba açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsi elektron tərəzidə çəkilən zaman 1013 qram gəldiyini, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu və özü istifadə etmək məqsədilə özündə saxladığını bildirdiyini, şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, bitki kütləsinin qablaşdırıldığını, üzərinə DİN-in 111 saylı möhürü vurulduğunu və iştirakçıların imza etdiklərini, Ruslanı əvvəllər Ağdaş şəhər sakini kimi tanıdığını, onun qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasını və ondan istifadə etməsini bildiyini, lakin onunla heç bir münasibətlərinin olmadığını, Ruslanın narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olmasını eşitmədiyini, yalnız onun narkotik vasitələrin istifadəsi ilə məşğul olmasını eşitdiyini, Ruslanın özünün deməsinə görə narkotik vasitəni Ağdaş rayonu Dəhnə kəndindən tapıb özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid1 da öz ifadəsində təsdiq edərək analoji ifadəgöstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid2 da öz ifadəsində təsdiq edərək analoji ifadə göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx xxxx 2020-ci il tarixli 17/175 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzaları yazılmış sellofan torbanın icərisində, təmiz çəkisi - 985,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 324 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza müddəti AR MM-nin xx.xx.2016-cı il tarixli amnistiya qərarının təsiri altına düşdüyünə görə 06 ay azaldılmış, xx.xx.2017-ci il tarixdə cəzasını çəkib qurtardığına görə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heş bir ərizə, şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxx 2016-ci il tarixli 1236 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospekti 85\83 nömrəli evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1- anası, X4atası. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli Ağdaş RPŞ-nin TQ-nun təhqiqatçısı, Vüsal Əzənmədov tərəfindən tərtib edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “qətimkan tədbirinin seçilməsi, MSY–dən azad edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin tarixdə də saat 12:10 radələrində Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində Ağdaş RPŞ-nin İTB-nin rəisi İkram Abdullayev raportlarla Ağdaş RPŞ-nin rəhbərliyinə müraciət edərək Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə qəti imkan tədbirinin tələblərini pozduğunu, qeydiyyatdan keçmədiyini, onun barəsində daha ciddi qətimkan tədbirinin seçilməsini xahiş etmiş və Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin qərarı ilə 03 aylıq həbs qətimkan tədbiri seçilmişdir Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəlar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 984.95 qram çəkidə marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli, həbsə alındığı vaxtdan xx.xx.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 984.85 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-77/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-77/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver