Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-77/2023 07.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 övladı X17 FHN-nin X15 Xidmətinə yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərməsini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə ondan vahid niyyətlə 2021-ci ilin dekabr ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən kafelərdən birində ilkin olaraq 1200 manat, eyni niyyətlə xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin Bərdə rayon filialından sonuncu tərəfindən 2100 manat pulu ona məxsus bank hesabına köçürülməsinə nail olub, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs12 3300 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 arvadı X5 dayandırılmış əlillik dərəcəsini bərpa etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə ondan vahid niyyətlə 2021-ci ilin dekabr ayında müxtəlif vaxtlarda Bərdə şəhəri, N.Nərimanov küçəsində yerləşən Bərdə RMX PHŞ-nın binasının yaxınlığında 1000 manat və 800 manat, daha sonra Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Bolmart” ticarət mərkəzinin qarşısında 400 manat alıb ümumilikdə Zərərçəkmiş şəxs11 2200 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 övladı X13 C.Naxçıvanski adına Hərbi Liseyə təhsil almaq üçün qəbul etdirəcəyi, arvadı X8 işə düzəldəcəyi və Zərərçəkmiş şəxs13 xəstəliklə bağlı əlillik dərəcəsini təyin etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə sonuncudan vahid niyyətlə 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Prins” restoranında 5000 manat və 1000 manat, 2022-ci ilin may ayı ərzində Bərdə şəhəri, N.Nərimanov küçəsində yerləşən Bərdə RMX PHŞ-nın doğum şöbəsinin qarşısında 740 manat və Bərdə şəhəri, H.Əliyev prospektində 720 manat alıb, ümumilikdə Zərərçəkmiş şəxs13 7460 manat, yəni xeyli miqdarda pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin fevral-mart ayı ərzində müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs9 onun əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə sonuncunun yaşadığı Ağdaş rayonu, Pirəyir kəndində yerləşən evində sonuncudan 900 manat, Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən “Ağdaş” restoranının qarşısında 1400 manat pul alaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 2300 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayının 13-də Zərərçəkmiş şəxs8 onun oğlu Elşad Abdurəhmanovu işə düzəldəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs8 cinayətdən xəbərsiz olan Şahid4 vasitəsilə verdiyi 4000 manat pulu Mingəçevir şəhərində Kür çayının sahilində yerləşən çayxanada alaraq Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 onun əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından suiistifadə etməklə sonuncudan cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs9 vasitəsilə ona verdiyi 2500 manat pulu Mingəçevir şəhərində Kür çayının sahilində yerləşən çayxanada alaraq Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 onun əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək etibarından sui-istifadə etməklə 30 may 2022-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Ağdaş” kafedə 9500 manat pulu alıb, ümumilikdə Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 9500 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onun arvadı X3 əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə 2022-ci ilin iyun ayının əvvəllərində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Ağdaş” kafesində sonuncudan 2500 manat pul alaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs14 onu işə düzədəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə ondan vahid niyyətlə 2022-ci ilin iyun ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən kafedə 2000 manat, 2022-ci ilin iyul ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən kafedə 700 manat alıb, ümumilikdə Zərərçəkmiş şəxs14 2700 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 onun İİ qrup əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə 2022-ci ilin iyun ayının ortalarında Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çayxanada sonuncudan 3000 manat pul alaraq Zərərçəkmiş şəxs15 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sonuncunun oğlu X2 hərbi biletinə hərbi xidmətə yararlı olmasının qeyd etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə 2022-ci ilin iyun ayının ortalarında Ağdaş rayonunda Ləki dördyolu adlanan ərazidə 2000 manat pul alaraq Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 onun təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə 2022-ci ilin iyun ayının sonlarında Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çayxanada 1000 manat pul alaraq Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 onun təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə 2022-ci ilin iyun ayının sonlarında Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Ağdaş” kafesində 2500 manat pul alaraq Zərərçəkmiş şəxs10 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 onun əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə sonuncudan vahid niyyətlə 2022-ci ilin may ayında Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərdən birində 5000 manat pulu alaraq, habelə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Masallı rayon filialından 1500 manat, bundan sonra ardıcıl olaraq 2022-ci ilin oktyabr ayı ərzində isə Masalllı rayonundan yerləşən ödəmə terminalından 1500 manat və 2000 manat pulu Zərərçəkmiş şəxs3 tərəfindən ona məxsus bank hesab nömrəsinə köçürməsinə nail olub ümumlilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs3 10000 manat, yəni xeyli miqdarda pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ona təqaüd düzəltdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə sonuncu tərəfindən 2022-ci il iyul ayının əvvəllərində mobil tətbiq vasitəsilə 800 manat, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalından 1100 manat, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən “Emanat” ödəmə terminalından 700 manat, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalından 1000 manat pulun özünə məxsus bank kartına köçürməsinə nail olub, bundan sonra 2022-ci ilin iyul ayının sonlarından Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Ağdaş RMX-nın köhnə binasının qarşısında 2500 manat, daha sonra 2022-ci ilin avqust ayının əvvəlində cinayətdən xəbərsiz Şahid5 vasitəsilə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən kafelərdən birində 1000 manat, bundan sonra 2022-ci ilin avqust ayında zərərçəkmiş Zərərçəkmiş şəxs5 yaşadığı Ağdaş rayonunun Qaradeyin kəndində yerləşən evində ondan 300 manat, 2022-ci ilin oktyabr ayının sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs5 oğlu X16 rayonu, Qaradeyin kəndində 200 manat pulu alaraq ümumilikdə Zərərçəkmiş şəxs5 7600 manat, yəni xeyli miqdarda pulunu vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək ifadəsində təxminən bir il əvvəl Ağdaş rayonunda bazar ətrafında Tahir adlı bir şəxslə tanış olduğunu, söhbət zamanı həmin şəxsin Kəlbəcər rayon sakini olmasını bildiyini, bundan sonra onunla çay içib söhbət etdiklərini, həmin vaxtdan etibarən dostluq münasibətlərinin yarandığını, təxminən 2022-ci ilin mart ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı vaxtda Tahir ilə Ağdaş şəhərində yerləşən çayxanalardan birində çay içən zaman Tahirin ona əlillik dərəcəsi ilə əlaqədar aldığı pensiyanın kəsildiyini və əlilik dərəcəsinin ləğv edildiyini bildirdiyini, cavabında Tahirə onun pensiyasının düzəlməsində ona köməklik edəcəyini dediyini, bundan sonra bir neçə dəfə onunla görüşüb bu barədə söhbət etdiklərini, söhbət zamanı Tahirə ona hörmət edərsə kömək edəcəyini söylədiyini, təxminən 2022-ci ilin iyun ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı vaxtda Tahirin ona zəng etdiyini və onunla görüşmək istədiyini bildirdiyini, buna görə də özünün Ağdaş rayonuna gəldiyini və Ağdaş rayonunda Ləki dörd yolu deyilən yerdə yerləşən çayxanalardan birində Tahir ilə görüşdüyünü, söhbət edən zaman Tahirin ona 2500 manat pulu verdiyini və onun işini düz-qoş etməyini tapşırdığını, həmçinin Tahirin onunla görüşərəkən onun yanında Haris, Cumalı və Vəfadar adlı şəxslərin də olduğunu, lakin Tahirin ona pul verməyini onlardan heç birinin görmədiyini, söhbət zamanı Haris, Cumalı və Vəfadar adlı şəxslərin onun Tahirin pensiyasını düzəldəcəyini bildiklərini, həmin vaxt adlarını qeyd etdiyi şəxslərin də ona müraciət edərək pensiyalarının kəsilməsini bildirdiklərini və ondan kömək etməyini xahiş etdiklərini, onlarla razılaşaraq onlara kömək edəcəyini bildirdiyini, həmçinin həmin şəxslərin ona “hörmətindən çıxacayıq” deyə söylədiklərini, bundan sonra yenidən yaşadığı Mingəçevir şəhərinə geri qayıtdığını, təxminən bir həftə sonra onların hər üçünün ona zəng edərək görüşmək istədiklərini bildirdiklərini, onlarla razılaşdığını və həmin gün Ağdaş şəhərinə gəldiyini, həmin şəxslərlə əvvəl görüşdükləri çayxanada görüşdüklərini, həmin vaxt orada Vəfadar, Haris, Cumalı və Tahir adlı şəxslərin də olduğunu, çay içən zaman Haris və Cumalının hər birinin ona 2500 manat pul verdiklərini, Vəfadarın isə həmin vaxt ona pul vermədiyini, lakin hissə olmaqla mənə 2500 manat verəcəyini bildirdiyini, onunla razılaşdığını, həmçinin onlara onların pensiyasının düzəlməsində kömək edəcəyini dediyini, daha sonra Gəncə şəhərinə getdiyini, bundan sonra Vəfadarın 2022-ci ilin iyulavqust aylarında ayrı-ayrı vaxtlarda ona ümumilikdə 2500 manat pul verdiyini, təxminən 2022-ci ilin iyun ayı ərzində Haris ilə görüşən zaman onun yanında sonradan adlarının Səyavuş, Nəsib və Sabit olduğunu öyrəndiyi şəxslərin də olduğunu, həmin şəxslərlə söhbət edən zaman onların da pensiyalarının kəsildiyi və əlillik dərəcəsinin ləğv edildiyini öyrəndiyini, həmçinin onların da ondan kömək etməyi xahiş etdiklərini, onlarla razılaşdığını və kömək edəcəyini bildirdiyini, həmçinin onlara da hörmət etməli olduqlarını bildirdiyini, lakin hər hansı bir məbləğ demədiyini, bundan təxminən 3-4 gün sonra Ağdaş şəhərində bazarın qarşısında yerləşən çayxanalardan birində Səyavuş, Nəsib və Sakitlə görüşdüyünü, bundan təxminən 40 dəqiqə sonra Haris, Harisdən 10-15 dəqiqə sonra isə Tahirin də onların yanına gəldiyini, Haris və Tahir gəlməmişdən əvvəl Səyavuşun kənara çəkərək 3000 manat pul verdiyini, bundan iki gün sonra, yenidən Ağdaş şəhərinə gələrək Sabit və Səyavuşla bazarın arxa tərəfində yerləşən çayxanalardan birində görüşdüyünü, həmin vaxt Sabitin Səyavuşun yanında ona 1000 manat pul verdiyini, ondan pulun qalanını, yəni 800 manatını nə vaxt verəcəyini soruşduğunu, Sabitin də ona 800 manatı iş düzəldikdən sonra verəcəyini bildirdiyini, onunla razılaşdığını, bundan sonra təxminən 2022-ci ilin iyul ayının ortalarında Vəfadarın ona zəng edərək pulun müəyyən hissəsini düzəltdiyini bildirdiyini, ona özünə məxsus "xxxx" a aid plastik kartının üzərindəki seriya nömrəsini həmin pulu bu hesaba keçirməsi üçün verdiyini, bundan başlayaraq Vəfadarın 8 dəfəyə olmaqla ona məxsus bank kartına ümumilikdə 2500 manatı 2022-ci ilin avqust ayının sonlarına qədər göndərdiyini, bundan başqa 2022-ci ilin iyul ayının 10-dan sonra Nəsibin ona zəng edərək müəyyən qədər pul topladığını bildirdiyini, Nəsibə də özünə məxsus bank kartının seriya nömrəsini (hesab nömrəsini) verdiyini və pulu həmin hesaba ödəməsini tapşırdığını, Nəsibin bir neçə dəfə olmaqla 2022-ci ilin sentyabr ayının sonlarına müxtəlif məbləğlərdə pul göndərdiyini, lakin Nəsibin ona dəqiq olaraq nə qədər pul göndərdiyini xatırlamadığını, təxminən 4-5 min manat pul ola biləcəyini, həmçinin Bərdə rayon sakinləri Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs13 tanıdığını, onların Bərdə rayon polis şöbəsinə verdikləri ərizə və izahatla tanış olduğunu, onların doğru dediklərini, həmin şəxslərdən müxtəlif məbləğdə pullar aldığını, lakin həmin pullardan bir hissəsini qaytardığını, beləki, X9 600 manat pul aldığını və onun 500 manatını qaytardığını, ona 100 manat verəcəyinin qaldığını, Zaurun ona oğlunun əsgərlikdə olduğunu, onun əsgərlikdən sonra hərbidə qalaraq gizir olmasını istədiyini dediyini, buna görə ondan 600 manat pul aldığını, lakin daha sonra Zaurun oğlunun gizir olmamasını istədiyini, ona görədə pulu ondan istədiyini, daha sonra Mahir adlı şəxslə tanış olduğunu, onun arvadının təqaüdünün bərpa olunmasını istədiyini, ona bu işi həll edəcəyini, lakin işi düzəldən adamlara 3000 manat pul vermək lazım olduğunu dediyini, Mahirin o qədər pulunun olmadığını və 2500 manat pul düzəldə biləcəyini bildirdiyini, onula razılaşdığını və Mahirdən 400 manat, 800 manat və 1000 manat olmaqla 2200 manat pul aldığını, lakin onun işinin düzəlməsi ilə bağlı heç bir iş görmədiyini, ona hər dəfə işin nə yerdə qaldığını soruşduqda narahat olmamasını, yaxın zamanda düzələcəyini dediyini, sonra Mahirin verdiyi pulları istədiyini, ona öz adına olan Kapital bank kartını verdiyini və karta pulları atacağını, verdiyi pullardan çıxmasını dediyini, daha sonra karta 400 manat, 400 manat, 500 manat ümumilikdə 1300 manat yüklədiyini, 200 manatı da əlbəəl özünə verdiyini, Mahirə cəmi 1500 manat pul qaytardığını, ona 700 manat verəcəyinin qaldığını, bundan başqa Zərərçəkmiş şəxs12 ilə Mingəçevir şəhərində yas mərasimində tanış olduqlarını, həmin vaxt ona müharibə əlili olduğunu və əlillər üçün olan maşından istədiyini, ona bu işi həll edəcəyini, lakin işi düzəltmək üçün 1200 manat pul lazım olduğunu dediyini, Bərdə şəhərində görüşərək ondan 1200 manat pul aldığını və yaxın zamanda maşınlar veriləndə ona da maşın düşəcəyini bildirdiyini, daha sonra Nailin oğlunun FHN-nə işə düzəlməsini istədiyini, özünün isə ondan buna görə 2100 manat pul istədiyini, xx.xx.2022-ci il tarixdə Nailin onun adına 2100 manat pul göndərdiyini, həmin pulu Bakı şəhərində nağdlaşdırdığını, bir qədər keçdikdən sonra Nailin maşını və oğlunun işə düzəlməsini istəmədiyini, verdiyi pulları geri istədiyini, ona 1200 manat pul qaytardığını, həmin pulu onun kartına yüklədiyini, 200 manat da özünə verdiyini, hazırda Zərərçəkmiş şəxs12 2100 manat verəcəyinin qaldığını, bundan başqa Zərərçəkmiş şəxs13 ilə tanış olduğunu, Anarın ona arvadını işə düzəlməsini, oğlunun hərbi məktəbə daxil olmasını, özünün isə təqaüd almasını istədiyini dediyini, ona bu işlərlə maraqlanıb xəbər edəcəyini dediyini, daha sonra Anara təqaüd məsələsini danışdığını, buna görə 5000 manat pul istədiklərini bildirdiyini, 2022-ci ilin fevral ayında Bərdə şəhərində Anarla görüşdüyünü və ondan 5000 manmat pul aldığını, daha sonra ondan əlavə 1000 manat və 2 dəfə 700 manat olmaqla 7400 manat pul aldığını, aldığı pullarla bağlı heç bir iş görmədiyini, həmin işləri görməyə heç bir səlahiyyətinin olmadığını və həmin pullardan qeyd olunan işlərin düzəlməsi məqsədi ilə heç kimə pul vermədiyini, əvvəlcədən niyyətinin həmin pulların ələ keçirilməsi olduğunu, həmin pulların hamısını şəxsi ehtiyaclarına xərclədiyini, Zərərçəkmiş şəxs8 tanıdığını, lakin ondan pul almadığını, onun əri Şahid2 hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Ağdaş şəhərində 4000 (dörd min) manat pulu onun oğlu Elşadı hərbidə işlə təmin etmək üçün verdiyini, buna görə də onun verdiyi pulu alaraq ələ keçirdiyini, Ağdaş rayon sakini Zərərçəkmiş şəxs14 təxminən 2022-ci ilin iyun ayının əvvəllərində 2000 (iki min) manat, bundan təxminən bir ay sonra, 2022-ci ilin iyul ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı tarixdə isə 700 (yeddi yüz) manat pulu onu işlə təmin edəcəyi vədini yalandan verərək aldığını, lakin daha sonra həmin puldan 1400 manatını ona geri qaytardığını, Ağdaş rayon sakini Zərərçəkmiş şəxs4 2022ci ilin may ayında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs4 9500 manat pulu onu pensiya ilə təmin edəcəyi vədini yalandan verərək aldığını, qeyd edilən şəxslərdən başqa 2022-ci ilin iyun ayının sonlarında Masallı rayon sakini Seyfəddin adlı şəxsi ona pensiya düzəldəcəyi adı ilə aldadaraq ehtibarından sui istifadə edib əvvəlcə 2022-ci ilin iyun ayının 20-dən sonra ona məxsus bank kartına 1000 manat, 2022-ci ilin sentyabr ayının sonları, oktyabr ayının əvvələrində yenə də ona məxsus bank kartına 1500 manat pulunu ələ keçirdiyini, 1000 manat pulu Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında, 1500 manat pulu isə Mingəçevir şəhərində yerləşən kapital banka məxsus ATM-dən nəğd olaraq çıxardığını, hazırda barəsində hansısa hüquq mühafizə orqanında araşdırma aparılması barədə heç bir məlumatının olmadığını, həmin şəxslərdən pulu almaqda məqsədinin onların pullarını ələ keçirmək olduğunu, ifadəsinin alınmasında ona qarşı hər hansı bir fiziki güc və ya psixoloji təsir tətbiq edilmədiyini bildirmişdir.Əməlindən peşmandır. Məhkəmədən barəsində həpslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs9 ifadəsində Birinci Qarabağ müharibəsində yaralandığını və müharibə veteranı olduğu üçün ona avtomobil verildiyini, həmin avtomobil ilə Mingəçevir şəhərinə hərdən bir bir neçə dəfə tanış şəxsləri aparıb gətirdiyini, lakin taksi fəaliyyəti ilə məşğul olmadığını, 2022-ci ilin fevral ayında, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Mingəçevir şəhərindən Ağdaş rayonuna gələn zaman Mingəçevir şəhər mərkəzi xəstəxanasının yaxınlığında tanış şəxslərlə söhbət edən zaman sonradan adının Vüsal olduğunu bildiyi şəxsin də onların yanına gələrək söhbətə qoşulduğunu, söhbət zaman həmin şəxsin Ağdaş rayonuna getmək istədiyini bildirdiyini, ona Ağdaş rayonundan olduğunu və Ağdaş rayonuna gedəcəyini dediyini, bundan sonra həmin şəxsin onunla birlikdə Ağdaş rayonuna gəldiyini və bazarın qarşısında düşdüyünü, onunla yol boyu söhbət edən zaman ona 2016-cı il aprel döyüşlərində iştirak etdiyini, yaralandığı üçün hərbidən təxris olunduğunu, polkovnik-leytenant rütbəsində olduğunu, həmçinin şəxslərin pensiyaya çıxmasında, pensiyanın bərpasında işlər gördüyünü, tanış adam olsa Ağdaş rayonu Mədəniyyət idarəsinə işə düzəldə biləcəyi kimi sözlər danışdığını, həmin vaxt onun mobil nömrəsini yazaraq götürdüyünü, həmçinin onun da mobil nömrəsini telefonunun yaddaşına yazdığını, bundan sonra pensiyasının bərpası ilə bağlı Bakı şəhərinə getməli olduğunu, Bakı şəhərində Əlillərin bərpa mərkəzində bir qədər çətinlik çəkdiyini, bu zaman Təqsirləndirilən şəxs ona dediyi sözlərin yadına düşdüyünü, buna görə də ona kömək edəcəyini düşündüyü üçün Vüsala zəng etdiyini, bundan sonra baş verənləri Vüsala danışdığını, Vüsalın da ona qayıdıb gəlməyini təklif etdiyini, buna görə də Ağdaş şəhərinə qayıtdığını, təxminən 2022-ci ilin fevral ayının sonlarında mart ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Vüsal ilə Ağdaş rayonu, Ləki dördyolu deyilən ərazidə görüşdüyünü və ona evinə apararaq söhbət etməyi təklif etdiyini, Vüsalın da onunla razılaşdığını, bundan sonra birlikdə onun yaşadığı Ağdaş rayonu, Pirəyir kəndində yerləşən evə getdiklərini, söhbət zamanı Vüsalın ona pensiyasını qısa müddət ərzində bərpa etdirəcəyini dediyini, bunun müqabilində isə ondan ilkin olaraq 2500 manat pul istədiyini, ona həmin pulu tapıb verəcəyini bildirdiyini, həmçinin həmin gün Vüsala yaşadığı evdə 900 manat pul verdiyini, qalan pulu isə 3-4 gün ərzində tapıb verəcəyini dediyini, bundan 3 gün sonra, təxminən 2022-ci ilin mart ayının əvvəllərində Vüsal ilə Ağdaş rayonunda, Ləki dördyolu deyilən ərazidə yerləşən Ağdaş restoranının qarşısında görüşdüyünü və əlavə olaraq ona 1400 manat pul verdiyini, həmin vaxt da Vüsalın ona pensiyanın qısa müddət ərzində bərpa ediləcəyini bildirdiyini, buna sevindiyini və Vüsalın onun pensiyasını həqiqətən də bərpa etdirəcəyinə inandığını, buna görə də pensiyanın bərpa olunacağı ilə bağlı Ağdaş rayon mərkəzi bazarında satıcı işləyən Haris adlı tanışının mağazasında olan zaman dost-tanışlarına danışdığını, həmin vaxt Haris, Cumalı, Səyavuş və Sabitin də orada olduğunu, həmin şəxslərin də bunun necə olacağını soruşduqlarını, onlara Vüsal adlı bir şəxslə tanış olduğunu və həmin şəxsin onun pensiyasının bərpası ilə məşğul olacağını və pensiyasını bərpa etdirəcəyini öz üzərinə götürərək ona söz verdiyini bildirdiyini, bundan sonra tanışlarından Haris və Səyavuşun ondan Vüsal adlı şəxslə onları tanış etməyini xahiş etduiklərini və onlara da pensiya məsələsində kömək lazım olduğunu bildirdiklərini, buna görə də Vüsalın mobil nömərisini onlara verdiyini, həmçinin hazırda dəqiq olaraq yadında qalmayan tarixdə Vüsal ilə Ağdaş rayonunda görüşüb onunla işiylə əlaqədar söhbət etmək istəyən zaman onlara da bildirdiyini, buna görə də onların həmin yerə gəldiklərini və Vüsal ilə tanış olduqlarlarını, bundan sonra onların öz aralarında danışaraq razılaşdıqlarını, daha sonra, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə axşam saatlarında Harisin ona zəng edərək Vüsal ilə görüşmək üçün Mingəçevir şəhərinə getməli olduğunu bildirdiyini və ondan onu Mingəçevir şəhərinə aparmağını xahiş etdiyini, Harislə razılaşdığını və həmin gün Harisi Mingəçevir şəhərinə apardığını, orada Vüsal ilə görüşdüklərini, həmin vaxt Harisin bacısı Rahilə üçün pensiya təyin edilməsi məqsədi ilə onun yanında Vüsala 2500 manat pul verdiyini, Vüsalın da Harisə həmin işin 2 ay ərzində düzələcəyini bildirdiyini, bundan sonra Harislə Ağdaş rayonuna qayıtdıqlarını, özünün Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının sonu mart ayının əvvələrində, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə yaşadığı Ağdaş rayonu Pirəyir kəndində yerləşən evdə 900 manat, bundan 3 gün sonra Ağdaş rayonu Ləki dördyolu deyilən ərazidə yerləşən Ağdaş restoranının qarşısında 1400 manat pul pensiyasını bərpa etdirməsi məqsədilə verdiyini, həmçinin Zərərçəkmiş şəxs3 pul almadığını, həmçinin ona pensiya düzəldəcəyi sözünü vermədiyini, sadəcə olaraq Seyfəddin ilə 2021-ci ilin oktyabr ayının 27-də Bakı şəhərində əlillərin bərpa mərkəzində tanış olduğunu, həmin vaxtlarda Bakı veteranlar xəstəxanasında müalicə aldığını, həmin vaxt onunla eyni palatada yatan şəxslərdən birinin də Masallı rayon sakini olduğunu, həmin şəxsin Seyfəddin adlı həmyerlisi olduğunu və onun gəlini üçün pensiya düzəltdirdiyini, buna görə də Seyfəddin adlı şəxslə görüşüb və onun üçün pensiya bərpa etdirməsini ondan xahiş etmək qərarına gəldiyini, bundan sonra onunla tanış olduğunu, həmin vaxtdan etibarən Seyfəddinlə münasibətlərinin yarandığını, hərdən biri-biriylə zəngləşərək söhbət etdiklərini, bir dəfə Seyfəddinlə mobil telefonda danışan zaman Seyfəddinin tanış bir şəxsin hərbi biləti əsasında ona veteranlıq almaq istədiyini, lakin bunun üçün bir adam tapa bilmədiyini bildirdiyini, daha sonra Seyfəddinin ondan pensiya məsələsini necə etdiyini soruşduğunu, onun da ona Təqsirləndirilən şəxs adlı bir tanışının olduğunu və həmin şəxsin onun pensiyasıyla bağlı məsələləri öz öhdəsinə götürdüyünü bildirdiyini, bu zaman Seyfəddinin Vüsalın mobil nömrəsini ondan istədiyini, özünün də Vüsalın mobil nömrəsini ona verdiyini, bundan sonra baş verənlərdən onun xəbərinin olmadığını, belə ki, bir dəfə Bakı şəhərində olan zaman Seyfəddinin ona zəng edərək harada olduğunu soruşduğunu, ona Bakı şəhərində olduğunu dediyini, bu zaman Seyfəddin ona Vüsalın da Bakı şəhərinə gələcəyini və axşam görüşəcəklərini bildirdiyini, həmçinin onu da dəvət etdiyini, buna görə də həmin gün, lakin hazırda xatırlamadığı tarixdə Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərdən birində görüşdüklərini, söhbət zamanı Vüsalın Seyfəddin üçün sənəd hazırlayacağını başa düşdüyünü, Seyfəddinin də təxminən 10-15 nəfərin sənədlərini Vüsala verdiyini, Vüsalın da həmin sənədlərdən bir neçəsini götürdüyünü qalanlarını isə Seyfəddinə geri qaytardığını, lakin həmin vaxt Seyfəddinin Vüsala pul verib verməməsini görmədiyini, Zərərçəkmiş şəxs3 dediklərinin həqiqəti əks etdirmədiyini, şər və böhtan olduğunu, lakin Seyfəddinin nəyə görə bu cür ifadə verməsini bilmədiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində 2022-ci ilin aprel ayının əvvəllərində, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə yaşadığı evə qonaq gələn Tahir adlı şəxsin Vüsal adlı şəxslə tanış olduğunu, həmin şəxsin bir neçə şəxsə pensiya düzəltməkdə kömək etməsini bildirdiyini, həmçinin özünün xəstəliyə görə əvvəllər pensiya aldığını, lakin 2021-ci ilin oktyabr ayından sonra pensiyasının verilməsinin dayandırıldığını, Tahirlə söhbət edən zaman pensiyasını bərpa etdirməsi üçün Vüsal adlı şəxsə müraciət etməsi qərarına gəldiyini bildiyini, buna görə də Tahirə Vüsal adlı şəxslə danışmasını və onun da pensiyasını düzəltdirməsini bildirdiyini, həmin söhbətdən təxminən 1 həftə sonra Tahirin ona onun pensiyasını bərpa etdirmək üçün Vüsal adlı şəxsin 2500 manat pul istədiyini bildirdiyini, özünün də həmin pul ilə razılaşdığını, buna görə də 2500 manat pulu hazırda yaşadığı evdə Tahirə verdiyini, bundan sonra qardaşı Harislə Tahirin onun verdiyi pulu Vüsala çatdırmaq üçün Mingəçevir şəhərinə getdiklərini, bundan sonra Vüsal adlı şəxsdən heç bir məlumat ala bilmədiyini, belə ki, işiylə əlaqədar qardaşı Harisin Vüsal ilə bir neçə dəfə telefonda danışdığını, lakin Vüsalın hər dəfə bir bəhanə ilə işin düzələcəyini söz verdiyini, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, onun haqqında Tahir adlı şəxs söhbət edərək Vüsalın bir neçə pensiya düzəltməkdə kömək etdiyini bildirdiyini, pulu 14 aprel 2022-ci il tarixdə öz yaşadığı evdə Tahir adlı şəxsə Təqsirləndirilən şəxs çatdırsın deyə verdiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində arvadı Nəzakət Əsədovanın xəstəliyinə görə əvvəllər pensiya aldığını, lakin 2020-ci ilin oktyabr ayından etibarən ona pensiya verilməsinin dayandırıldığını, həmin pensiyanın verilməsini bərpa etdirmək üçün bir neçə dəfə müraciət etsə də bunun mümkün olmadığını, 2022-ci ilin aprel ayında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Harislə söhbət edən zaman Harisin ona Vüsal adlı şəxslə tanış olduğunu və həmin şəxsin onun bacısının pensiyasını bərpa etdirəcəyini bildirdiyini, özünün də Harisə arvadının pensiyasının kəsildiyini bildirdiyini, lakin bir neçə dəfə müraciət etməyinə baxmayaraq pensiyanı bərpa etdirə bilmədiyini dediyini, həmin şəxsi şəxsən tanıyıb və söhbət etmək qərarına gəldiyini, buna görə də 2022-ci ilin may ayının sonlarında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Haris ilə birlikdə Ağdaş rayonunda yerləşən Ağdaş restoranında Vüsal adlı şəxslə görüşüb söhbət etdiyini, həmin vaxt orada Məhəmməd və Tahir adlı şəxslərin də olduğunu, söhbət zamanı Vüsalın ona arvadının pensiyasını 2 ay ərzində bərpa etdirəcəyini söylədiyini, özünün də onunla razılaşdığını və arvadının pensiyasını bərpa etdirməsini ondan xahiş etmək qərarına gəldiyini, buna görə də Vüsaldan arvadı Nəzakət Əsədovanın pensiyasını bərpa etdirməsində ona kömək etməsini xahiş etdiyini, Vüsalın da onunla razılaşdığını və bunda heç bir problemin olmadığını bildirdiyini, Vüsalın ondan bunun müqabilində 2500 manat pul istədiyini, həmçinin Vüsalın onun arvadının sənədlərinə baxaraq əvvəllər pensiyanın olduğunu buna görə də əlavə sənədlərə ehtiyac olmadığını, sadəcə olaraq şəxsiyyət vəsiqəsinin surətinin lazım olduğunu bildirdiyini, buna görə də özünün 2500 manat pulu tapıb düzəltdiyini və 2022-ci ilin may ayının sonu iyun ayının əvvəllərində Ağdaş şəhərində Vüsala verdiyini, Vüsala pulu verən zaman orada Haris, Tahir və Məhəmməd adlı şəxslərin də olduğunu, həmin şəxslərin Vüsala 2500 manat pul verdiyini gördüklərini, həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq pensiya düzəlmədiyi üçün Vüsala zəng etdiyini, Vüsalın ona bir neçə gündən sonra Ağdaş şəhərinə gələcəyini bildirdiyini, bundan təxminən 10-15 gün sonra Vüsal ilə Ağdaş şəhərində görüşdükləriini, söhbət zamanı Vüsaldan işlərin nə vaxt düzələcəyini soruşduğunu, həmin vaxt Vüsalın 3 gün sonra düzələcəyini bildirdiyini, hətta müxtəlif vaxtlarda iki dəfə Vüsalın tapşırığı ilə Bakı şəhərinə komissiyadan keçmək üçün getdiyini, həmin vaxt onun yanında Tahir, Səyavuş və Sabit adlı şəxslərin də getdiklərini, onların əlillərin bərpa mərkəzində bir neçə saat gözlədikdən sonra Vüsalın gəlmədiyini gördüklərini, buna görə də içəri daxil olaraq operatorlara müraciətləri ilə bağlı gəldiklərini bildirdiklərini, operatorların da adları sistemdən yoxladıqdan sonra tərəflərindən yeni müraciət daxil olmadığını bildirdiklərini, bundan sonra Ağdaş rayonuna qayıtdıqlarını, həmin vaxtdan da bir neçə ay keçdikdən sonra Vüsal adlı şəxsin onları aldatdığını başa düşdüklərini, bundan başqa Məhəmməd adlı şəxsin də onun yanında Vüsala 9500 manat pulu verdiyini, maddi ziyanının tam həcmdə ona qaytarılmasından başqa heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs15 ifadəsində birinci Qarabağ döyüşlərində iştirak etdiyini və döyüşlər zamanı yaralandığını, buna görə də 2021-ci ilin noyabr ayının 18-ə qədər İİ qrup müharibə əlili kimi pensiya aldığını, lakin qeyd etdiyi tarixdən sonra pensiyasının kəsildiyini, özünün də pensiyasını bərpa etdirmək istədiyini, bir neçə dəfə tanışı və dostu Tahir ilə söhbət edən zaman Tahirin ona Vüsal adlı şəxslə tanış olub və həmin şəxsin onun kəsilən pensiyasını bərpa etdirəcəyini bildirdiyini, özünün də kəsilmiş pensiyasını həmin şəxsin vasitəsi ilə bərpa etdirmək qərarına gəldiyini, bu məqsədlə də Tahirdən onun da pensiyasını bərpa etdirməsini ona bildirsin deyə xahiş etdiyini, bundan təxminən 10-15 gün sonra Tahirin ona zəng edərək Vüsalın Ağdaş şəhərində olduğunu və görüşmək istədiyini bildirdiyini, buna görə də Ağdaş şəhəri, Ləki dördyolu deyilən yerdə yerləşən Ağdaş restoranında görüşdüyünü, söhbət etdikləri zaman bir daha pensiya ilə bağlı Vüsala məlumat verdiyini, həmin vaxt Vüsalın ona bu işi görəcəyini və onun pensiyasını bərpa etdirəcəyini söylədiyini, həmçinin Vüsalın ona “başqa bir şəxs olsaydı xərci çox edərdi, sən qazisən sənə hörmətlə edəcəm, üç min manat verərsən” deyə söylədiyini, onun da Vüsalla razılaşdığını və pulu düzəldib verəcəyini bildirdiyini, bundan təxminən 10-15 gün sonra, 2022-ci ilin iyun ayının ortalarında Vüsal ilə Ağdaş restoranında görüşdüklərini, həmin vaxt orada özü, Vüsal və Tahir adlı şəxsin olduğunu, özünün Tahirin yanında 3000 (üç min) manat pulu Vüsala verdiyini, Vüsalın da ona pensiyanı tezliklə bərpa etdirəcəyini söylədiyini, lakin Təqsirləndirilən şəxs vədinə əməl etmədiyini, belə ki, bir neçə dəfə ondan işin nə yerdə olmasını və pensiyasının nə vaxt düzələcəyini soruşduğunu, Vüsalın isə hər dəfə ona başqa bir bəhanə gətirdiyini, hətta bir neçə dəfə Vüsalın onu Bakı şəhərinə, Əlillərin bərpa mərkəzinə də göndərdiyini, belə ki, ona həmin mərkəzin qarşısında gözləməyi tapşırdığını və Vüsalın isə mərkəzin özünə daxil olduğunu, bir qədər Vüsalı gözlədiyini, lakin Vüsal təxminən 3 saat sonra geri qayıdaraq ona təxminən 10-15 gün sonra pensiya alacağını və rayona qayıda biləcəyini söylədiyini, özünün yenə də Vüsalın ona dediyi vaxtı gözlədiyini, lakin həmin müddət ərzində də pensiyasının bərpa olunmadığını, yenidən Vüsala zəng etdiyini, Vüsalın bir neçə dəfə telefonu açmadığını, gec cavab verdiyini və yenə də ona narahat olmamasını, pensiyanın düzələcəyini bildirdiyini, lakin 2022-ci ilin noyabr ayına qədər gözlədikdən sonra Vüsalın onları aldatığını başa düşdükləri üçün Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət etdiklərini, özünün Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının ortalarında, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə, Ağdaş rayonunda yerləşən Ağdaş restoranında Tahir adlı tanışının yanında 3000 (üç min) manat pulu onun pensiyasını bərpa etdirəcəyini vəd etdiyi üçün verdiyini, bundan əlavə olaraq Vüsalın bir dəfə ona zəng edərək təcili olaraq 1000 (bir min) manat borc pul lazım olduğunu bildirdiyini, on görə də yenə də Tahirin yanında 1000 ( bir min) manat pulu borc olaraq Vüsala verdiyini, onun yanında Təqsirləndirilən şəxs kimdənsə pul götürməsini görmədiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs10 ifadəsində 2022-ci ilin may ayının sonlarında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə tanışı Haris ilə söhbət edən zaman Harisin ona Vüsal adlı bir şəxslə tanış olduğunu və həmin şəxsin onun bacısının pensiyasını bərpa etdirə biləcəyini söylədiyini bildirdiyini, buna görə də Harisdən həmin şəxslə onu da tanış etməyini xahiş etdiyini, bundan təxminən 20 gün sonra Ağdaş rayonunda yerləşən Ağdaş restoranında Vüsal adlı şəxslə görüşdüyünü, həmin vaxt Haris və Tahirin də orada olduğunu, söhbət zamanı Vüsala əvvəllər əliliyə görə pensiya aldığını, lakin həmin pensiyanın 2020-ci ilin dekabr ayından etibarən dayandırıldığını bildirdiyini, Vüsalın da ona pensiyanı bərpa etdirə biləcəyini dediyini, həmçinin əgər Vüsala 2500 manat pul versə onun pensiyasını bir ay ərzində bərpa olunacağını bildirdiyini, özünün də Vüsal ilə razılaşdığını, buna görə də özünün borc alaraq 2500 manat pul topladığını və 2022-ci ilin iyun ayının sonlarında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxsla Ağdaş rayonunda yerləşən Ağdaş restoranında görüşdüyünü və 2500 manat pulu ona verdiyini, həmin vaxt yanlarında Cumalı, Məhəmməd, Haris və Tahir adlı şəxslərin də olduğunu, həmçinin onların da onun Vüsala pul verdiyini gördüklərini, həmin vaxt Vüsalın bir daha ona bir ay ərzində, yəni 2022-ci ilin iyul ayının sonlarında pensiyasının bərpa olunacağını bildirdiyini, lakin həmin müddət keçdikdən sonra pensiyasının düzəlmədiyi üçün 2022-ci ilin avqust ayının əvvəllərində Vüsala zəng edərərk pensiyasının bərpa olunmadığını bildirdiyini, bu zaman Vüsalın ona sənədlərini göndərdiyini və tezliklə cavab gələcəyini bildirdiyini, özünün də heç bir söz demədən onunla sağollaşdığını, 2022-ci ilin avqust ayının 25-də əvvəlki pensiya kartını bankomata daxil etdiyini, lakin həmin vaxt ona pensiya yüklənmədiyini gördüyünü, bundan sonra yenə də Vüsala zəng etdiyini, bu zaman Vüsalın ona sistemdə problem olduğu üçün gecikdiyini, lakin bir həftə sonra pulun yüklənəcəyini bildirdiyini, ona görə həmin bir həftəni də gözlədiyini, lakin həmin vaxt da pul yüklənmədiyini, buna görə yenidən Vüsala zəng etdiyini, bu zaman Vüsalın ona onu onlayn növbəyə yazıdırıb və gələn həftə Bakı şəhərinə getməli olduqlarını dediyini, buna görə də özünün Bakı şəhərinə Vüsal, Tahir və Səyavuş adlı şəxslərlə birlikdə getdiyini, lakin həmin gün bərpa mərkəzinə gec çatdıqları üçün səhəri gün yenidən gəlməyi planlaşdırdıqlarını, lakin səhəri gün Vüsalın həmin yerə gəlmədiyini və həmçinin onların zənglərinə də cavab vermədiyini, onun öz adını sistemdən yoxlatdırdığını və adının onlayn növbəyə yazılmadığını öyrəndiyini, bundan sonra Vüsalın onu aldatdığını bildiyini, lakin bundan bir neçə gün sonra Vüsal ilə Ağdaş şəhərində söhbət edən zaman onun yenidən Bakı şəhərinə komissiyaya aparacağını bildirdiyini, lakin özünün Vüsalın təklifini qəbul etmədiyini və heç bir yerə getmədiyini, həmçinin Vüsala digər şəxslərin işi düzəlməsə onunla heç bir yerə getməyəcəyini bildirdiyini, həmçinin əlavə olaraq onun yanında Cumalının 2500 manat və Məhəmmədin 9500 manat pulu Təqsirləndirilən şəxs onlara da pensiya bərpa etdirəcəyini söz verdiyi üçün verdiklərini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində təxminən 2022-ci ilin iyun ayının əvvəllərində həmkəndlisi və tanışı olan Haris ilə söhbət edən zaman onun Vüsal adlı şəxslə tanış olduğunu və həmin şəxsin onun bacısının və başqa bir neçə tanışının pensiyasını bərpa etdirəcəyini bildirdiyini söylədiyini, həmçinin Harisin ona həmin şəxsin bu işləri bacara biləcəyini də söylədiyini, özünün Birinci Qarabağ müharibəsində yaralandığını və bununla bağlı xəstəxananın sənədlərinin də olduğunu, lakin bu günədək əlillik ilə bağlı pensiya ala bilmədiyini, bir neçə dəfə pensiya ilə bağlı müraciət etsə də ona pensiya verilməsidən imtina edildiyini, bütün bunlara görə Harisin tanışı olan Vüsal adlı şəxsdən ona pensiya düzəltməkdə kömək etməsini xahiş etmək qərarına gəldiyini, bundan təxminən bir həftə sonra Harisin Vüsala zəng edərək onun durumu barəsində məlumat verdiyini, Vüsalın da əvvəlcə onun sənədlərinə baxmalı və bundan sonra bir söz deməli olduğunu bildirdiyni, bundan təxminən bir həftə sonra Tahir və Haris ilə birlikdə Mingəçevir şəhərinə getdiklərini, Mingəçevir şəhərində Vüsala zəng etdiklərini və Vüsalın onlara yer dediyini, həmin yerə getdiklərini, söhbət zamanı Vüsalın onun sənədlərinə baxaraq həmin sənədlər əsasında pensiya düzəltdirə biləcəyini bildiriyini, həmçinin Vüsalın ona sabah Bakı şəhərinə gedəcəyini bildirdiyini, daha sonra bunun müqabilində ondan 7000 manat pul istədiyini, özünün də ona pulnun olmadığını bildirdiyini, lakin Vüsalın ondan pulu nə vaxt verə biləcəyini soruşduğunu, buna görə də qohumuna zəng edərək ona pul lazım olduğunu bildirdiyini, qayınının da ona 15 gün müddətində pul göndərəcyini bildirdiyini, bu barədə Vüsala bildirdiyini və Vüsalın da onunla razılaşdığını, daha sonra Vüsalın onun sənədlərinin şəkillərini öz mobil telefonuna çəkdiyini, bundan sonra Ağdaş rayonuna qayıtdıqlarını, 2022-ci ilin iyul ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Vüsala 800 manat mobil telefonda olan proqram vasitəsi ilə göndərdiyini, daha sonra təxminən 4-5 gün sonra Vüsalın ona zəng edərək işlə məşğul olduğunu, lakin pul lazım olduğunu bildirdiyini, daha sonra Bankdan ümumilikdə 6000 manat pul kredit götürdüynü, daha sonra əvvəlcə 1100 manat pulu Vüsala məxsus bank kartına xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən Halal marketdən, xx.xx.2022-ci il tarixdə 700 manat Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən “Ləki store” mağazasından, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən Halal marketdən 1000 manat pulu Vüsala məxsus bank hesabına göndərdiyini, daha sonra iyul ayının sonlarında dəqiq olaraq xatırlamadığı tarixdə 2500 manat pulu Harisin yanında Ağdaş rayonunda köhnə xəstəxanın qarşısında verdiyini, həmin vaxt Vüsalın ona əlavə olaraq ona 600 manat pul verməli olduğunu bildirdiyini, belə ki, Vüsalın onun işi ilə əlaqədar olaraq pul xərclədiyini bildirdiyini və pulu olan zaman ona verəcəyini söylədiyini, özünün də onunla razılaşdığını, bundan sonra Vüsalın ona verməli olduğu puldan 1000 manatını Harisə verdiyini, buna görə də hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Harisə 1000 manat verdiyini, bundan sonra 2022-ci ilin avqust ayında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Vüsalın onun yaşadığı Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən evə gələrək ona əlavə olaraq verməli olduğu pulu istədiyini, həmin vaxt onun imkanının olmadığı üçün Vüsala 300 manat pul verdiyini, bundan bir neçə gün sonra Vüsalın yenidən ona zəng edərək ona qalan pulu verməli olduğunu bildirdiyini, buna görə də həmin vaxt Yevlax rayonunda yanacaq doldurma məntəqəsində işləyən oğlu İlqar Məhərrəmovun 2022-ci ilin oktyabr ayının sonlarında Vüsala Ağdaş rayonu ərazisində 200 manat pulu verdiyini, Təqsirləndirilən şəxs konkret olaraq xatırlamadığı vaxtlarda 2022-ci ilin iyul ayının əvvəllərindən oktyabr ayının sonlarına qədər müxtəlif vaxtlarda ümumilikdə 7500 manat pulu ona pensiya düzəltdirəcəyini söz verdiyi üçün Ağdaş rayonunda verdiyini, onun yanında hər hansı bir şəxsin Vüsala pul verməsini görmədiyini, Təqsirləndirilən şəxs pulun bir hissəsini ödəniş terminalından göndərdiyi ödənişlərin çeklərini araşdırma üçün təqdim edə biləcəyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində oğlu X2 əvvəllər müddətdən artıq hərbi qulluqçu kimi xidmət etdiyini, lakin oğlu Süleymanın müqavilənin şərtlərini pozduğu üçün onun hərbi biletində hərbi xidmətə yararsız yazıldığını, özünün də oğlunun hərbi biletini dəyişdirməyi və hərbi xidmətə yarasız deyil hərbi xidmətə yararlı yazılmasını istədiyini, çünki, oğlunun gələcəkdə hər hansı bir dövlət işində işləməsinə maneə yaranmasını istəmədiyini, təxminən 2022-ci ilin iyun ayının əvvəllərində tanışı Haris ilə söhbət edən zaman ona Vüsal adlı bir şəxslə tanış olduğunu və həmin şəxsin onun sənədlərini düzəltdirəcəyini bildirdiyini, özünün də oğlu Süleymanın hərbi biletini Vüsal adlı şəxsin vasitəsi ilə dəyişdirmək qərarına gəldiyini, buna görə də Harisdən Vüsal ilə söhbət edən zaman onun oğlunun məsələsini də ondan xahiş etməsini istədiyini, buna görə də oğlunun hərbi bileti ilə bağlı olan məsələni Harisə Vüsal adlı şəxsi başa salsın deyə danışdığını, Harisin də onunla razılaşdığını və Vüsal ilə söhbət edən zaman bu məsələni də deyəcəyini bildirdiyini, bundan təxminən 2-3 gün sonra Harisin onunla telefonda danışan zaman bu gün Vüsalın Ağdaş rayonunda olduğunu və onunla görüşərək məsələni izah edə biləcəyini bildirdiyini, Harislə razılaşdığını və Ağdaş şəhərində köhnə xəstəxana deyilən yerdə yolun kənarında Vüsal ilə ilk dəfə üz-üzə görüşüb söhbət etdiklərini, söhbət zamanı oğlunun hərbi bileti ilə bağlı məsələni Vüsala danışdığını, Vüsalın da ona bunun ağır iş olduğunu bildirdiyini, həmçinin Vüsalın ondan nə qədər pul düzəldəcəyini soruşduğunu, özünün də ona 2000 (iki min) manat pulunun olduğunu bildirdiyini, Vüsalın da ona 1-2 gün ərzində bir söz deyəcəyini söylədiyini, bundan sonra Vüsaldan sağollaşaraq aralandığını və oradan çıxıb getdiyini, təxminən 1-2 gün ərzində Harisin ona zəng edərək Vüsalın ona zəng edib onun 2000 manat pulu düzəltməyini tapşırdığını və pulu gəlib götürəcəyini söylədiyini, özünün də Harislə razılaşdığını və pulu tapacağını bildirdiyini, həmin gündən 2 gün sonra Vüsalın Ağdaş şəhərinə gəldiyini və Harislə görüşdüyünü, Harisin də ona zəng edərək harada olduğunu soruşduğunu, özünün də ona kənddə olduğumu bildirdiyini, Harisin ona Vüsalın Ağdaşda onun yanında olduğunu və onu gözlədiyini bildiyini, evdən 2000 manat pulu götürüb Ağdaş şəhərinə gəldiyini, Ağdaş şəhəri, Ləki dördyolu deyilən yerdə Vüsal ilə görüşdüyünü və Harisin yanında 2000 (iki min) manat pulu Vüsala verdiyini, bundan sonra Vüsalın uzağı 60 gün ərzində işin düzələcəyini bildirdiyini, həmçinin ondan oğlu Süleyman Süleymanovun hərbi biletini istədiyini, lakin həmin vaxtadan da bir müddət keçməsinə baxmayaraq Vüsalın işi həll etmədiyini, bir neçə dəfə Vüsala zəng edərək işin nə yerdə olmasını soruşduğunu, lakin Vüsalın hər dəfəsində ona başqa bir bəhanə gətirdiyini, belə ki, bir dəfə Vüsalın ona oğlunun avtoqəza keçirməsini bildirdiyini, bundan bir neçə gün sonra Vüsala zəng edərək oğlunun vəziyyətini soruşduğunu, bu zaman Vüsalın bir qədər tərəddüd etdiyini və cavab verə bilmədiyini, həmin vaxt Vüsalın onu aldatdığını anladığını, Vüsalın Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulmazdan bir neçə saat əvvəl oğlunun hərbi biletini qaytardığını, Vüsalın tutulmasını bildikdən sonra onun barəsində ərizə ilə müraciət etdiyini, onun yanında Təqsirləndirilən şəxs kimdənsə pul götürməsini görmədiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində Ağdaş rayon sakini Tahir adlı şəxslə 2021-ci ilin əvvəllərində Bakı şəhərində tanış olduğunu, onun həmyerlisi olan başqa bir şəxsin vasitəsi ilə Tahir adlı şəxslə tanış olduğunu, həmin zaman özü və övladı üçün pensiya düzəltdirməyə çalışdığını, həmçinin Zərərçəkmiş şəxs9 da öz pensiyası üçün Bakı şəhərinə gəlib getdiyini, bundan sonra Tahir ilə arasında dostluq münasibətlərinin yarandığını, Zərərçəkmiş şəxs9 bir neçə dəfə onun yaşadığı Masallı rayonuna gələrək evində qonaq olduğunu, bundan bir müddət keçdikdən sonra Tahir ilə mobil telefonda danışan zaman Tahirin ondan pensiya işinin düzəlib-düzəlmədiyini soruşduğunu, ona hələki düzəlmədiyini bildirdiyini, bu zaman Tahirin ona Təqsirləndirilən şəxs adlı bir şəxslə tanış olduğunu və həmin şəxsin onun pensiyasını düzəltdirməklə məşğul olduğunu, həmçinin istəsə onun da pensiya məsələni Vüsala deyə biləcəyini bildirdiyini, özünün də onunla razılaşdığını, əvvəllər də bir neçə dəfə pensiya düzəltdirmək istədiyini lakin, alınmadığı üçün Tahir ilə razılaşdığını, bundan sonra, 2022-ci ilin may ayında, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərdən birində Tahir və Vüsal adlı şəxslərlə görüşdüyünü, söhbət zamanı Tahirin onu Təqsirləndirilən şəxsla tanış edərək, Vüsalın həll etmədiyi işin olmadığını, hərbi biletini ona verməli olduğunu bildirdiyini, lakin özünün hərbi biletini onlara vermədiyini, həmin zaman ilkin olaraq ona pensiya düzəldilməsi üçün 5000 (beş min) manat pul istədiklərini, həmin vaxt 5000 manatı sayaraq Tahirə verdiyini, Tahirin də həmin pulu Vüsala verdiyini, Vüsalın isə pulu götürüb cibinə qoyduğunu, bundan sonra Vüsalın ona “narahat olma, nə problemin olsa, qohum-əqrabada nə iş olsa mən həll edirəm” deyə söylədiyini, ona heç bir şeyə ehtiyac olmadığını bildirdiyini, bundan sonra onların çıxıb getdiyini, həmin vaxt Tahirin də ona Vüsalın onun üçün də pensiya düzəltdirdiyini bildirdiyini, onlara arxeyin olduğu üçün yaşadığı Masallı rayonuna getdiyini, həmçinin Vüsal və Tahirin ona işinin 3 ay ərzində düzələcəyini bildirdiklərini, bundan 3 ay keçməsinə baxmayaraq pensiyasının düzəlmədiyini, buna görə də əvvəlcə Tahirə zəng edərək pulunun geri qaytarmasını tələb etdiyini, həmin vaxt Tahirin ona “narahat olma, Vüsal ilə danışaraq yoluna qoyacam” deyə söylədiyini, lakin bundan da bir xeyr olmadığını, həmin hadisədən də bir neçə gün keçməsinə baxmayaraq yenə də onlardan bir səs çıxmadığını, təxminən 8-7 gün sonra Tahirə zəng edərək onları Bakı şəhərinə dəvət edərək söhbət etməyi təklif etdiyini, buna görə də əvvəlcə Tahirin Bakı şəhərinə gəldiyini, Tahir ilə Bakı şəhərində Əlilərin bərpa mərkəzinin yaxınlığında gözlədiklərini, təxminən saat 15 radələrində Vüsalın da həmin yerə gəldiyini, bundan sonra Vüsal ilə birlikdə həmin mərkəzə daxil olduqlarını, Tahirin isə onları həyətdə gözlədiyini, lakin həmin vaxt Vüsalın onu aldatdığını müəyyən etdiyini, oradan çıxdıqdan sonra Tahirə pulunun qaytarmasını söylədiyini, bu zaman Vüsal və Tahirin ona yaxın günlərdə ona rəsmi bildiriş gələcəyini bildirdiklərini, buna görədə özünün yaşadığı Masallı rayonuna qayıtdığını, bundan sonra Vüsala zəng edərək nəyə görə bir xəbər gəlmədiyini bildirdiyini, bundan sonra təxminən 10 gün ərzində Vüsalın onun zənglərinə cavab vermədiyini, bu səbəbdən Tahirə zəng etdiyini, həmçinin Tahirə onun yaşadığı rayona gələrək pulunu geri tələb etdəcəyini bildirdiyini, bundan sonra Tahirin ona zəng edərək Vüsalın əlillərin bərpa mərkəzində sistemə baxdığını və onun işinin düzəldiyini bildirdiyini, bundan təxminən bir neçə gün sonra Vüsal ilə mobil telefonda danışan zaman onun övladını maşın vurub və pula ehtiyacı olduğunu bildirdiyini, buna görə də ondan 2000 (iki min) manat borc pul istədiyini, özünün də 1500 (min beş yüz) manat pul taparaq borc olaraq Vüsala məxsus kart hesabına Masallı rayonundan göndərdiyini, Vüsalın da ona həmin puldan bir qədərini də onu işi üçün verəcəyini bildirdiyini, bundan təxminən bir həftə sonra Vüsalın onunla mobil telefonda danışan zaman işinin düzəlməsi üçün əlavə olaraq 1500 (bir min beş yüz) manat pul lazım olduğunu bildirdiyini, buna görə də yenə də Masallı rayonu ərazisindən Vüsala məxsus bank kartına 1500 manat pul köçürdüyünü, lakin bundan da uzun müddət keçməsinə baxmayaraq işinin düzəlmədiyini, hər dəfə Vüsala zəng edəndə bir bəhanə ilə onu aldatdığını, özünün yenə də Tahirə zəng etdiyini, Tahirin də ona yol gəldiyini, evə çatdıqdan sonra əlaqə saxlayacağını bildirdiyini, bundan təxminən bir saat sonra Tahirə zəng etdiyini, Tahirin də ona təcili olaraq Vüsala 2000 (iki min) manat pul göndərməyi, əks halda Vüsalı tutacaqlarını və onların da işlərinin batacağını dediyini, buna görə də dərhal pul taparaq Vüsala məxsus bank kartına 2000 (iki min) manat pul göndərdiyini, lakin bundan sonra Tahirlə əlaqə saxlaya bilmədiyini, belə ki onun zəngələrinə cavab vermədiyini, buna görə də tanışı, Qəbələ rayon sakini Qulu adlı şəxslə əlaqə saxlayaraq Ağdaş rayonuna getməsini və Tahiri taparaq onunla danışdırmasını xahiş etdiyini, buna görə də Qulunun Tahirin yaşadığı ünvana gedərək onun bacısı ilə görüşdüyünü, Qulunun mobil telefonu ilə Tahirin bacısı ilə danışdığını və ondan Tahirin onunla danışmasını xahiş etdiyini, həmin qadının da Tahirin Bakı şəhərində olduğunu bildirdiyini, lakin bundan sonra Tahirin onunla əlaqə saxlamadığını, bundan sonra şikayət ərizəsi yazaraq Yasamal rayon polis idarəsinə göndərdiyini, ümumilikdə əvvəlcə 2022-ci ilin mayı ayında, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərdən birində 5000 manat pulu Tahirə verdiyini, Tahirin də həmin pulu Vüsala verdiyini, Vüsalın isə pulu götürüb cibinə qoyduğunu, bundan sonra müxtəlif vaxtlarda 2022-ci ilin sentaybr-oktyabr aylarında ayrı-ayrı olmaqla ümumilikdə 5000 manat pulu Təqsirləndirilən şəxs verdiyini, ümumilikdə 10000 (on min) manat pul verməkdə məqsədinin Vüsalın Tahir vasitəsi ilə ona pensiya düzəltməyi vəd etməsi olduğunu bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində özünün birinci Qarabağ müharibəsi zamanı yaralandığını və buna dair sənədlərinin də olduğunu, lakin bu günədək müharibə əlili kimi pensiya ala bilmədiyini, təxminən 2022-ci ilin may ayının əvvəllərində Haris və Tahir adlı şəxslərlə söhbət edən zaman həmin şəxslərin ona Vüsal adlı bir şəxsin onlar üçün pensiya düzəldəcəyini bildirdiklərini, bundan təxminən bir həftə sonra Harisin ona zəng edərək sənədlərini ona göndərməyini istədiyini, Harisin ona sənədləri Vüsala göndərəcəyini və əgər pensiya düzəltmək mümkün olarsa bu işi də görməsini bildirdiyini, buna görə də müharibə zamanı yaralanmağına dair sənədlərinin şəkillərini çəkərək “Whatsapp” vasitəsi ilə Harisə göndərdiyini, bundan da bir həftə sonra Haris ilə görüşüb söhbət edən zaman ondan Vüsal adlı şəxsin onun pensiyasını düzəldə biləcəkdirmi deyə soruşduğunu, Harisin də ona Vüsalın ona pensiyanı da düzəldə biləcəyini söylədiyini bildirdiyini, təxminən 2022-ci ilin may ayının 20-25 tarixlərində, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ilə Ağdaş rayonu Ləki dörd yolu deyilən yerdə yerləşən Ağdaş restoranında görüşüb söhbət elədiyini, həmin vaxt orada Haris, Cumalı, Tahir və hazırda adını dəqiq olaraq xatırlamadığı bir şəxsin də olduğunu, söhbət zamanı Vüsalın onun sənədləri əsasında ona pensiya düşdüyünü və bu işin öhdəsindən gələcəyini bildirdiyini, lakin bunun üçün may ayının sonuna qədər 9500 manat pul lazım olduğunu, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Vüsalın ona zəng edərək bir neçə müddət xəstəxanada yatmalı olduğunu bildirdiyini, lakin bunun pulu verdikdən sonra olacağını söylədiyini, buna görə də 30 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla Ağdaş rayonunda yerləşən “Ağdaş” restoranında görüşdüyünü, həmin vaxt yanlarında Cumalı, Tahir və Harisin də olduğunu, həmin şəxslərin yanında 9500 manat pulu Təqsirləndirilən şəxs verdiyini, bu zaman Vüsalın onun bir dəfə komissiya üçün Əlillərin bərpa mərkəzinə getməli olduğunu bildirdiyni, bundan təxminən 2 ay sonra Vüsal ilə birlikdə Bakı şəhərində yerləşən bərpa mərkəzinə komissiyadan keçmək üçün getdiyini, lakin heç bir komissiyadan keçə bilmədiyini, bərpa mərkəzində heç bir həkim yoxlanışından keçəmədiyini, lakin Vüsalın içəri daxil olduğunu və geri qayıdaraq bir dəfə komissiyaya gəlməli olduğunu bildirdiyini, bundan sonra yaşadığı Ağdaş rayonuna gəldiyini, həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq Vüsaldan heç bir xəbər olmadığını, buna görə də bir neçə dəfə Vüsala zəng edərək işin necə olduğunu soruşdurduğunu, Vüsalın isə hər dəfə ona işin 3 ay ərzində düzələcəyini bildirdiyini, 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətdiyi üçün tutulduğunu öyrəndiyini, buna görə də Ağdaş rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etdiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs8 ifadəsində Şahid4 onun qonşusu olduğunu, onunla aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmadığını, əvvəllər söhbət zamanı Rəvana oğlu Elşadı hərbidə işə düzəltmək istədiyini dediyini, bu səbəbdən də 2022-ci ilin aprel ayında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə qonşusu Rəvanla söhbət edən zaman Rəvanın ona yaxşı bir adamla tanış olduğunu və həmin adamın onun oğlunu işlə təmin edə biləcəyini, Rəvandan həmin şəxsin kim olmasını soruşduğunu, Rəvanın da ona həmin şəxsin əvvəllər hərbidə işlədiyini, hazırda qazi olduğunu və adının Vüsal olmasını bildirdiyini, Rəvana əgər mümkündürsə onun oğlunu işə düzəltməkdə ona kömək etməsini bildirdiyini, həmin vaxt Rəvanın ona Vüsalın onun oğlunu hərbidə işə düzəldəcəyi müqabilində ondan 4000 (dörd min) manat pul istəydiyini bildirdiyini, həmçinin Rəvanın pulu nə qədər tez versə yaxşı olacağını, çünki oğlunun may ayının birindən işdə ola biləcəyini bildirdiyini, buna görə də həmin pulu tapmaq qərarına gəldiyini, belə ki, heç bir yerdə işləmədiyi üçün ona kredit verilmədiyini, buna görə də qoh umunun adına kredit götürdüyünü, 13 aprel 2022-ci il tarixdə Ağdaş şəhərində Mədəniyyət evinin yaxınlığında əri Şahid2 yanında 4000 manat pulu Rəvana verdiyini, həmin vaxt Rəvanın ondan aldığı pulu yanında olan Cavanşir adlı şəxslə birlikdə Vüsala aparıb verəcəyini bildirdiyini, bundan sonra onların hər ikisinin Cavanşirin avtomobili ilə çıxıb getdiklərini, lakin Rəvanın ona bildirdiyi tarixdən bir müddət keçməsinə baxmayaraq oğlunun işinin düzəlmədiyini, buna görə də Rəvanla əlaqə saxladığını, həmin vaxt Rəvanın ona işin düzələcəyini bildirdiyini, bundan təxminən 8 ay keçməsinə baxmayaraq oğlunun işinin düzəlmədiyini, buna görə də Ağdaş rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etdiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs14 ifadəsində 2022-ci ilin may ayında qonşuluqda yaşayan Şahid4la söhbət edən zaman onun Təqsirləndirilən şəxs adlı bir şəxslə tanış olmasını və həmin şəxs bir neçə şəxsə işə düzəlməkdə və pensiya təyin edilməsində köməklik etməsini bildirdiyini, həmçinin özünün də həmin vaxt Təqsirləndirilən şəxs dayısı Şahid2 oğlunu işə düzəldəcəyini bildirməsini də bildiyini, həmçinin əvvəllər bir neçə dəfə hazırda dəqiq olaraq xatırlamadığı tarixdə dayısı Elşəni və Rəvanı Ağdaş rayonu Ləki dördyolu deyilən əraziyə apardığını və həmin vaxt da Təqsirləndirilən şəxs gördüyünü, buna görə də Şahid4 Təqsirləndirilən şəxs vasitəsi ilə işə düzəlmək istədiyini bildirdiyini, Rəvanın da ona “müəllimə deyək, görək nə deyir” deyə söylədiyini, elə həmin gün Ağdaş rayonu Maşad kəndində yerləşən çayxanda Təqsirləndirilən şəxsla görüşdüyünü, həmin vaxt Şahid4 da yanında olduğunu, söhbət zamanı Rəvanın Təqsirləndirilən şəxs onun da işə düzəlmək istədiyini bildirdiyini, Vüsalın ona Ağdaş rayonundan bir neçə şəxsi işə düzəltdiyini bildirdiyini, daha sonra ondan harda işləmək istədiyini soruşduğunu, özünün də ona kamxozda işləyə biləcəyini söylədiyini, Təqsirləndirilən şəxsda bunda heç bir problem olmadığını bildirdiyini, həmçinin bunun müqabilində ondan əvvəlcə 5000 (beş min) manat pul istədiyini, ona fikirləşib qərar verəcəyini bildirdiyini, bundan təxminən 5-10 gün sonra Təqsirləndirilən şəxsla Mingəçevir şəhərində görüşüb söhbət etdiklərini, söhbət zamanı Vüsala bu qədər pula gücünün çatmadığını bildirdiyini, Təqsirləndirilən şəxs da ona 2000 (iki min) manat pulu əvvəlcə verə biləcəyini, qalan pulu isə iş düzəldikdən sonra verə biləcəyini söylədiyini, onunla razılaşdığını və əgər iş düzələrsə avtomobilini sataraq qalan pulu verəcəyini bildirdiyini, bundan təxminən 20 gün sonra, 2022-ci ilin iyun ayının əvvəllərində kredit götürərək 2000 (iki min) manat pul əldə etdiyini, bundan sonra Şahid4la birlikdə Mingəçevir şəhərinə gedərək Təqsirləndirilən şəxsla görüşdüklərini, həmin vaxt 2000 (iki min) manat pulu Təqsirləndirilən şəxs verdiyini, Təqsirləndirilən şəxs da ona qalan pulu özünün qoyacağını bildirərək, qalan pulu nə vaxt verə biləcəyini soruşduğunu, cavabında ona təxminən 15 gün ərzində qalan pulu verəcəyimi söylədiyini, Təqsirləndirilən şəxs 15 gün sonra işə başlaya biləcəyini bildirdiyini, bundan təxminən 1 ay keçməsinə baxmayaraq işi düzəlmədiyi üçün Şahid4 pulunu geri almaq istədiyini bildirdiyini, Rəvanın da bunda heç bir problem olmadığını bildirdiyini, buna görə də Mingəçevir şəhərinə gedərək Təqsirləndirilən şəxsla görüşdüyünü, bu zaman Vüsalın ondan işinin düzəlməsi üçün əlavə olaraq 1000 (bir min) manat pul istədiyini, cavabında ona cəmisi 700 (yeddi yüz) manat pul tapa biləcəyini söylədiyini, Vüsalın da onunla razılaşdığını, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs əlavə olaraq 700 manat pul verdiyini, lakin bundan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onu işlə təmin etməkdə köməklik göstərmədiyini, buna görə də bir neçə dəfə Vüsal Hüsenova zəng edərək pulunu geri istədiyini, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək ona verdiyi puldan 1400 (bir min dörd yüz) manat pulu geri qaytardığını, hazırda Təqsirləndirilən şəxs ona 1300 manat pul verəcəyinin qaldığını, sonradan Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətdiyi üçün tutulduğunu bildiyini, bundan sonra Ağdaş RPŞnə gələrək ərizə ilə müraciət etdiyini, ümumilikdə Təqsirləndirilən şəxs konkret olaraq hazırda xatırlamadığı tarixlərdə, təxminən 2022-ci ilin iyun ayının əvvəllərində 2000 (iki min) manat, bundan təxminən bir ay sonra, 2022-ci ilin iyul ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı tarixdə 700 (yeddi yüz) manat pulu onu işlə təmin etməsini vəd etdiyi üçün Mingəçevir şəhərində verdiyini, Təqsirləndirilən şəxs ilk dəfə pulu Şahid4 yanında, ikinci dəfə pul verən zaman isə qardaşı Şahid1 yanında olduğunu və Vüsala pul verməyini gördüyünü, onun özünün yanında isə Təqsirləndirilən şəxs kimdənsə pul götürməsini görmədiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs12 ifadəsində Təqsirləndirilən şəxs tanışı Zaur adlı şəxs vasitəsi ilə tanıdığını, daha sonra onun Vüsal ilə münasibətinin yarandığını, Vüsalın onun müharibə əlili olduğunu bildiyini, ondan nə üçün avtomobili olmadığını soruşduğunu, ona avtomobil verilməsi üçün danışacağını, özünün də onunla razılaşdığını, bir qədər sonra Vüsalın ona danışıb adını siyahıya yazmaq üçün 1200 manat pul istədiklərini dediyini, onunla razılaşdığını və 2021-ci ilin dekabr ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən kafedə olarkən ona 1200 manat pul verdiyini, daha sonra Vüsalın ona narahat olmamasını, adının siyahıya yazdırdığını, əlillərə avtomobil veriləndə ona da veriləcəyini dediyini, daha sonra Vüsala oğlunun əsgərlikdən gəldiyini, onun dövlət işində işləməsini istədiyini dediyini, Vüsalın da ona FHNdə tanışının olduğunu söylədiyini, əgər istəsə danışıb oğlunu yanğın söndürən düzəldəcəyini bildirdiyini, Vüsala çox pulunun olmadığını dediyini, Vüsalın danışacağı adama 4000 manat pul şirinlik verəcəyini, çox pul lazım olmayacağını, ona o qədər pul düzəldə bilməyəcəyini, onun cəmi 2100 manat pulunun olduğunu dediyini, Vüsalın onunla razılaşdığını, 2100 manat pulu xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində Kapital Bank ASC-nin Bərdə rayon filialından Vüsala göndərdiyini, lakin bir qədər sonra Vüsalın onu aldatdığını başa düşdüyünü, ondan pulunu geri istədiyini, lakin onun hər dəfəsində “narahat olma düzələcəkdir” dediyini, ondan verdiyi 3300 manat pulu istəsə də onun müxtəlif bəhanələr gətirərək pulu vermədiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs11 ifadəsində 2011-ci il tarixdə yaşadıqları evdə yanğın baş verdiyini və arvadı X5 əllərinin yandığını, buna görə ona 2-ci qrup əlillik verildiyini, lakin 2021-ci il də arvadının əlilliyinə xitam verildiyini, buna görə aidiyyəti orqanlara müraciət etdiklərini lakin imtina olunması barədə cavab verildiyini, daha sonra, qonşu kənddə yaşayan Zaur adlı şəxsin tanışı olduğunu, onun bu işləri düzəldə bildiyini eşitdiyini, Zaurla əlaqə saxladığını və ona məsələni danışdığını, Zaurun həmin şəxsin adının Vüsal olduğunu onunla danışıb xəbər edəcəyini, bir qədər sonra Zaurun ona zəng etdiyini və Vüsalla birlikdə Bərdə şəhərində Prins restoranında olduqlarını dediyini, onu oraya çağırdığını, arvadı Mirvari ilə birlikdə oraya getdiyini, Zaurun onu qarşıladığını, Vüsal oturan masaya yaxınlaşdıqlarını, həmin vaxt orada Vüsal adlı şəxs, Vüsalın sürücüsü kimi təqdim etdikləri adını bilmədiyi şəxs və bir nəfər adını bilmədiyi qadının olduğunu, onlarla oturduqlarını və məsələni olduğu kimi onlara danışdığını, Vüsalın bu işi həll edəcəyini, Mirvarinin əlilliyini bərpa etdirəcəyini dediyini, Vüsaldan onun nə qədər xərcinin çıxacağını soruşduğunu, Vüsalın da bu işə görə ona 3000 manat pul verməli olduğunu dediyini, o pulu kiməsə işi düzəltməkçün verəcəyini, lakin ona 2500 manata gücünün çatdığını, Vüsalın razılaşdığını və 2500 manat verərsən dediyini, həmin vaxt oradan durduqlarını, onların isə orada qaldığını, həmin gündən 3 gün sonra Zaurun ona zəng edib işin həll olunduğunu və buna görə də pulun çatmalı olduğunu dediyini, özünün Vüsala zəng edib və 1000 manat pulu Bərdə şəhəri, N.Nərimanov küçəsində yerləşən Bərdə rayon mərkəzi xəstəxanasının yanında görüşərək ona verdiyini, daha 3 gün keçdikdən sonra 800 manat xəstəxananın yanında Vüsala verdiyini, sonra isə 400 manat pulu Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Bolmart marketin yanında Vüsala verdiyini, ona iş tam düzələndən sonra 300 manatı da verəcəyini dediyini, Vüsalın onunla razılaşdığını, lakin aradan bir müddət keçməsinə baxmayaraq işini düzəltmədiyini, ona iş düzəlmirsə pulu qaytarmasını dediyini, lakin Vüsalın narahat olmamasını, iş düzələcəyini bildirdiyini, Vüsalın onu aldadaraq 2200 manat pulunu ələ keçirdiyini başa düşdüyünü, ona pulunun tam şəkildə qaytarılmasını dediyini, Vüsalın pulu qaytaracağını dediyini, lakin müxtəlif bəhanələr gətirərək pulu qaytarmadığını, uzun müddət danışıqdan sonra 2022-ci ilin sentyabr ayında Vüsalın ona 3 dəfə olmaqla 1100 manat pul qaytardığını, hazırda Vüsalın ona 1100 manat verəcəyi qaldığını, pulun qalanını vermək istəmədiyini gördüyü üçün polisə ərizə ilə müraciət etdiyini, Vüsal adlı şəxsə 1000 manat və 800 manat pulu verərkən arvadı Mirvarinin, lakin 400 manat verərkən Zaur və qardaşı Hikmətin yanında olduğunu, Vüsal adlı şəxsə həmin pulları 2021-ci ilin dekabr ayının əvvəllərində verdiyini, Vüsalın ondan heç bir sənəd istəmədiyini, lakin bir dəfə Bakı şəhərində olan Travmatologiya institutundan rəy almaq lazım olduğunu dediyini, Vüsalın Mirvari ilə orada görüşərək orada özünü qazi polkovnik leytenant kimi təqdim edib Mirvarini həkim yoxlanışından keçirdərək rəy aldığını bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs13 ifadəsində yaşadığı kənddə mağaza işlətdiyini, tanışı Zaur adlı şəxsin mağazaya gələrək Vüsal adlı tanışının olduğunu, əlinin hər yerə çatdığını, nə işi olsa düzəldə biləcəyini dediyini, özünün də Zaura Vüsalla tanış olub ona köməklik etməsini dediyini, Vüsal adlı şəxslə Zaurun evində görüşdüyünü və ona arvadını işə düzəltmək istədiyini dediyini, Vüsalın o işin asan məsələ olduğunu bildirdiyini, ona həmçinin oğlunu da Naxçıvanski adına hərbi məktəbə düzəlməsini və özünün də təqaüdə çıxmağını istədiyini dediyini, Vüsalın da cavabında maraqlanıb ona xəbər edəcəyini söylədiyini, bir neçə gün sonra Vüsalın ondan 5000 manat pul istədiyini, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən Prins restoranında Vüsal ilə görüşdüyünü və 5000 pulu ona verdiyini, bir müddət sonra Vüsalın 1000 manat da pul istədiyini, onunla pajarni kruqu deyilən yerdə Vüsala verdiyini, Vüsalın ona uşağın sənədlərini yığmağa başla, sentyabrda uşağın məktəbə gedəcəyini söylədiyini, 2022-ci ilin may ayında Vüsalın ondan 740 manat pulu arvadının işə düzəlməsinə görə istədiyini, onunla Bərdə şəhəri, N.Nərimanov küçəsində yerləşən Bərdə RMX-nın doğum şöbəsinin qarşısında görüşdüyünü və 740 manat pulu ona verdiyini, bir qədər sonra onun uşağın hərbi məktəbə düzəlməsinə görə 720 manat pul istədiyini, ona 720 manat pulu Bərdə şəhəri, H.Əliyev prospektində görüşərək verdiyini, ona ümumilikdə 7460 manat pul verdiyini, 2022-ci ilin sentyabr ayında Vüsalın ona oğlunu da götürüb Bakı şəhərinə getməliyik dediyini, özü və oğlunun Bakı şəhərində Vüsal ilə görüşüb və onun oğluyla onu hərbi Hospitala apardığını, özünün çöldə gözlədiyini və Vüsalın onun oğluyla birlikdə içəri girdiyini, bir qədər sonra çıxıb işin hazır olduğunu, uşağın həkim komisiyasından keçdiyini dediyini, Vüsalın yanında kiməsə zəng etdiyini, həmin adamın uşağın 13 sentyabrda saat 9-da məktəbdə olmasını dediyini, daha sonra Bərdə şəhərinə qayıtdıqlarını, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə getdiklərini, Vüsal ilə görüşdüklərini, Vüsalın işin 15 sentyabra qaldığını dediyini, Bərdə şəhərinə gəldiklərini, Vüsalın daha sonra müxtəlif bəhanələrlə işin alınmadığını dediyini, Vüsalın onu aldatdığını başa düşdüyünü və ondan pulları istədiyini, Vüsalın isə ən yaxın vaxtda pulunu qaytacarağını dediyini, lakin onun pulu qaytarmadığını bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində 2021-ci ilə qədər xəstəliyə görə pensiya aldığını, lakin 2021-ci ildən etibarən pensiyasının kəsildiyini, özünün də həmin pensiyanı bərpa etdirmək istədiyini, 2022-ci ilin may ayı ərzində, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə tanışı Zərərçəkmiş şəxs9 ilə birlikdə çay içən zaman onun yanında olan Vüsal adlı şəxsin söhbət əsnasında əvvəllər hərbi qulluqçu, ehtiyyatda olan polkovnik-leytenant olduğunu, həmçinin bir neçə şəxsin pensiyasını bərpa etdirib və bu işlərlə məşğul olduğunu bildirdiyini, özünün də kəsilmiş pensiyasının bərpa edilməsində köməklik göstərməsini ondan xahiş etdiyini və belə də etdiyini, Vüsal adlı şəxsin ona bu işi düzüb qoşacağını bildirdiyini, həmçinin Vüsalın ondan bunun müqabilində 2000 manat pul istədiyini, belə ki, onda Vüsala 1000 (bir min) manat pul verəcəyini, qalan pulu Vüsalın özünün qoyacağını və pensiya düzəldikdən sonra özünün qalan min manatı da ona verəcəyini, Vüsal ilə belə razılaşdığını və bir neçə gün ərzində 1000 manat düzəldib ona verəcəyini bildirdiyini, bundan təxminən 3-4 gün sonra Vüsalın ona zəng edərək pulun hazır olub-olmamasını soruşduğunu, özünün də ona pulun hazır olduğunu bildirdiyini, Vüsalın da axşam üstü Ağdaş rayonuna gələcəyini və harada desə onunla görüşüb pulu götürəcəyini bildirdiyini, ona Ağdaş şəhərinə gəlməsini tapşırdığını və elə həmin gün təxminən saat 19-20 radələrində Vüsal ilə Ağdaş şəhəri, M.İsayev küçəsində, H.Əliyev parkının girişində yerləşən çayxanda görüşdüklərini, həmin vaxt orada özünün, Vüsal və Səyavuşun olduğunu, orada söhbət edib çay içdiklərini, söhbət zamanı 1000 (bir min) manat pulu Səyavuşun yanında Vüsala verdiyini, Vüsalın da ona pensiyasının yaxın müddət ərzində bərpa ediləcəyini bildirdiyini, özünün də onunla razılaşdığını, lakin Təqsirləndirilən şəxs vədinə əməl etmədiyini, belə ki, bir neçə dəfə ondan işin nə yerdə olmasını və pensiyanın nə vaxt düzələcəyini soruşduğunu, Vüsalın isə hər dəfə başqa bir bəhanə gətirdiyini, hətta bir neçə dəfə onu Bakı şəhərinə, Əlillərin bərpa mərkəzinə də göndərdiyini, Vüsalın ona həmin mərkəzin qarşısında gözləməyi tapşırırdığını və özünün isə mərkəzin özünə daxil olduğunu, bir qədər Vüsalı gözlədiyini, lakin Vüsalın təxminən 3 saat sonra geri qayıdaraq ona təxminən 10-15 gün sonra pensiya alacaqsan və rayona qayıda bilərsən dediyini, yenə də Vüsalın ona dediyi vaxtı gözlədiyini, lakin həmin müddət ərzində də pensiyasının bərpa olunmadığını, yenidən Vüsala zəng etdiyini, Vüsalın isə yenə də ona narahat olmamasını, pensiyanın düzələcəyini bildirdiyini, lakin 2022-ci ilin noyabr ayına qədər gözlədikdən sonra Vüsalın onları altadığını başa düşdükləri üçün Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət etdiklərini, Vüsala pul verən zaman orada ondan başqa bacanağı Zərərçəkmiş şəxs15 da olduğunu və onun Vüsala pul verdiyini gördüyünü, özünün yanında Təqsirləndirilən şəxs kimdənsə pul götürməsini görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs14 onun doğma qardaşı olduğunu, onunla bir evdə yaşadıqlarını, qardaşı Zaurun rəsmi olaraq heç bir yerdə işləmədiyini, sadəcə olaraq təsərrüfatla məşğul olaraq öz ailəsinə baxdığını, təxminən 2022-ci ilin may ayı ərzində qardaşı Zaurla söhbət edən zaman qardaşı Zaurun işə girmək üçün kreditə pul götürdüyünü bildiyini, Zaurdan bu barədə soruşan zaman ona Vüsal adlı bir şəxsin onu Kamxozda və ya yaşıllaşdırma idarəsində işlə təmin edəcəyini bildirdiyini, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə qardaşı Zaurun ona Mingəçevir şəhərində Vüsal adlı şəxslə görüşərək ona pul verməli olduğunu və buna görə də Zaurla birlikdə Mingəçevir şəhərinə getdiyini, Mingəçevir şəhərində Kür çayının kənarında yerləşən kafelərdən birində Vüsal adlı şəxslə görüşdüklərini, söhbət zamanı Zaurun cibindən çıxardığı 700 manat pulu Vüsal adlı şəxsə verdiyini, bundan sonra Vüsalın “bir ay ərzində qardaşının işi alınacaq və işləməyə başlayacaq” dediyini, bundan sonra yaşadıqları Ağdaş rayonuna qayıtdıqlarını, həmin vaxtdan bir xeyli müddət keçməsinə baxmayaraq qardaşı Zaurun işinin düzəlmədiyini, buna görə də Vüsala zəng edərək müraciətlər etdiklərini, Vüsalın da bir neçə dəfə söz verərək işin alınmadığı üçün qardaşından aldığı pulu qaytaracağını bildirdiyini, bundan bir müddət sonra Vüsalın telefonuna zəng çatmadığını, bir müddət sonra yenidən Vüsal ilə əlaqə saxlanıldığını, bunun nəticəsində Vüsalın qardaşı Zaurdan dələduzluq yolu ilə aldığı ümumilikdə 2700 manat puldan 1400 manatını gətirib yaşadıqları evdə verərək çıxıb getdiyini, lakin qalan pulu isə qaytarmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində xx.xx.2022-ci il tarixdə Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs6 pensiyasını bərpa etdirəcəyi vədini ona verərək etibarından sui-istifadə edib onun 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsini bildirdiyini, 2022-ci ilin aprel ayının əvvəllərində tanışı Tahir adlı şəxslə söhbət edən zaman Tahirin ona Vüsal adlı şəxslə tanış olduğunu, həmin şəxsin pensiya düzəltmək və pensiya bərpa etdirmək kimi işləri gördüyünü bildirddiyini, özünün də cavab olaraq bacısı Rahilənin də pensiyasının kəsildiyini və onun pensiyasını düzəltdirmək istədiyini bildirdiyini, daha sonra Tahirin elə həmin vaxt onun yanında Vüsala zəng edərək onun bacısı üçün pensiyanı bərpa etdirə bilib-bilməyəcəyini soruşduğunu, Vüsalın da 2500 manat pul müqabilində 2 ay ərzində həmin pensiya məsələsini həll edəcəyini bildirdiyini, bundan sonra yaşadığı evə gələrək bacısı Rahiləyə bu barədə bildirdiyini, bacısının da onunla razılaşdığını, 14 aprel 2022-ci il tarixdə Tahir ilə birlikdə bacısıgilə getdiyini, bacısı Rahilənin onun yanında 2500 manat pulu Tahirə verdiyini, bundan sonra özünün Tahir ilə birlikdə Mingəçevir şəhərinə getdiyini, Mingəçevir şəhərində Kür çayının sahilində yerləşən kafelərdən birində Vüsal ilə görüşdüklərini, həmin vaxt Tahirin bacısının ona verdiyi pulu tam həcmdə Vüsala verdiyini, Vüsalın da 2 ay ərzində pensiya düzələcəyini bildirdiyini, həmin pulu alıb cibinə qoyduğunu, bundan sonra Tahirin onunla birlikdə Ağdaş şəhərinə qayıtdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində X1 onun qonşusu olduğunu, 2022-ci ilin aprel ayında Seylanın ona oğlunu hərbiyə işə düzəltmək istədiyini bildirdiyini, həmçinin ondan bu işdə ona kömək etməyini xahiş etdiyini, bundan təxminən 6-7 gün sonra tanışı Cavanşirlə söhbət edən zaman Cavanşirin ona bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin polkovnik rütbəsində hərbiçi və qazi olduğunu və bütün işləri görə bildiyini bildirdiyini, buna görə də qonşusu Seylanın dediklərini Cavanşirə dediyini, bu zaman Cavanşirin həmin tanışı vasitəsi ilə onlara kömək edəcəyini, daha sonra Cavanşirin onun yanında həmin dediyi hərbiçi olan tanışı Vüsal adlı şəxsə mobil telefondan zəng etdiyini, hətta Cavanşirin onu Mədəniyyət İdarəsinə işə Vüsal adlı həmin tanışının qoyduğunu bildirdiyini, Cavanşirin mobil telefonda onun dediklərini Vüsal adlı şəxsə söylədiyini, bundan bir neçə gün sonra Cavanşirin ona Vüsal adlı şəxslə danışıb və onun dediyi şəxsi hərbidə işə düzəldə biləcəyini bildirdiyini, bunun müqabilində isə 4000 (dörd min) manat pul lazım olduğunu, daha sonra baş verənləri Seylana danışdığını və bu işin düzəlməsi üçün Cavanşirin tanışı olan Vüsal adlı şəxsin 4000 manat pul istədiyini bildirdiyini, Seylanın da ona həmin pulu verəcəyini bildirdiyini, 2022-ci ilin aprel ayının 13də özü, Cavanşir birlikdə Seylanla və onun həyat yoldaşı ilə Ağdaş şəhərində, Mədəniyyət İdarəsinin yaxınlığında görüşdüklərini, həmin vaxt Seylanın 4000 manat pulu ona verdiyini, özünün də həmin pulu Cavanşirə verdiyini, Cavanşirin də həmin pulu ondan götürüb saydığını, daha sonra elə həmin axşam saatlarında Cavanşirlə birlikdə Mingəçevir şəhərinə getdiklərini, burada Vüsal adlı şəxslə görüşdüklərini, söhbət zamanı Cavanşirin 4000 manat pulu Vüsala verdiyini, Vüsalın da 2022-ci ilin aprel ayının sonları, may ayının əvvələrində həmin uşağın işə başlayacağını bildirdiyi, bundan sonra Ağdaş rayonuna geri qayıtdıqlarını, bundan bir neçə gün keçdikdən sonra işin düzəlmədiyini gördüklərini, buna görə də Vüsaldan pulu geri almaq istədiklərini, Cavanşir və özünün Vüsala zəng edərək işin düzəlmədiyi üçün pulu geri qaytarmasını tələb etdiklərini, Vüsalın da onlarla razılaşdığını, daha sonra Seylanın ona zəng edərək onların işinə qarışmamağını, oğlunun işinin düzəlməkdə olduğunu, Vüsal ilə danışdığıını və oğlunun tezliklə işə başlayacağını, Vüsal adlı şəxsə pulu verdikdən sonra sonuncunun ona pul vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində X1 onun arvadı olduğunu, oğlu Elşad üçün iş axtarırdığını, buna görə də Rəvanla söhbət edən zaman bu barədə Rəvana dediyini, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə, təxminən 2022-ci ilin aprel ayının ortalarında qonşusu Şahid4 ona Təqsirləndirilən şəxs adlı bir tanışın olduğunu, həmin şəxsin onun oğlunu işlə təmin edə biləcəyini söylədiyi bildirdiyini, özünün də onunla razılaşdığını, buna görə də həmin günlərdə özü oğlu Elşad, Şahid4 və Cavanşir adlı şəxslə birlikdə Cavanşirin idarə etdiyi avtomobil ilə Mingəçevir şəhərinə getdiklərini, Mingəçevir şəhərində Təqsirləndirilən şəxsla görüşdüklərini, söhbət zamanı Təqsirləndirilən şəxs ona oğlu Elşadı işlə təmin edə biləcəyini söylədiyini, həmçinin oğlunu işlə təmin etmək üçün daha çox pul almalı olduğunu, lakin Şahid4 ilə dost olduğunu, onun qardaşları ilə birlikdə işlədiyini, Cavanşirin isə onun yerlisi olduğunu nəzərə alaraq ondan 4000 (dörd min) manat pul alacağını bildirdiyini, Təqsirləndirilən şəxsla razılaşdığını, daha sonra Təqsirləndirilən şəxs pulu ona verməsi üçün Şahid4 verməli olduğunu bildirdiyini, bundan sonra Ağdaş rayonuna gəldiklərini, yolda Rəvana Təqsirləndirilən şəxs inanmadığını bildirdiyini, Rəvanın isə pulu ona verəcəyini söylədiyini, bundan təxminən bir ay sonra kredit götürərək 4000 (dörd min) manat pul düzəltdiyini, daha sonra həmin pulu Ağdaş şəhərində arvadı X12 Qədirova verdiyini, həmin vaxt Rəvanın yanında Cavanşirin də olduğunu, daha sonra onlar pulu Təqsirləndirilən şəxs vermək üçün Mingəçevir şəhərinə gedəcəklərini bildirdikərini, bundan bir müddət keçməsinə baxmayaraq oğlunun işi düzəlmədiyini, buna görə də Təqsirləndirilən şəxs ilə görüşmək üçün Mingəçevir şəhərinə getdiyini, söhbət zamanı Vüsala nəyə görə oğlunun işini düzəltmədiyini soruşduğunu, Vüsalın isə pulu tam olaraq vermədiyi üçün oğlunun işinin düzəlmədiyini bildirdiyini, Vüsala 4000 (dörd min) manat pulu Rəvana verdiyini bildirdiyini, Təqsirləndirilən şəxs ona Rəvan və Cavanşirin ona cəmisi 2500 manat pul verdiyini, qalan pulu isə ona sonra verəcəyini söylədiklərini bildirdiyini, bundan sonra yaşadığı Ağdaş rayonuna qayıtdığını, Şahid4 zəng edərək nəyə görə ona verdiyi pulun hamısını Vüsala vermədiyini soruşduğunu, Rəvanın da ona pulun hamısını Təqsirləndirilən şəxs verdiyini söylədiyini, bundan bir neçə saat sonra Təqsirləndirilən şəxs ona zəng edərək “ağsaqqal pulun adını çəkmə, mənim onlarda səs yazım var” deyə söylədiyini, bundan bir müddət keçməsinə baxmayaraq oğlunun işinin düzəlmədiyi və Təqsirləndirilən şəxs onu aldatığını başa düşdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində X4yla onu tanışı Şahid4 tanış etdiyini, təxminən 8-9 ay əvvəl Ağdaş rayonunda yaşayan Süleyman adlı taksi sürücüsünün vasitəsi ilə Vüsal adlı şəxslə tanış olduğunu, həmin vaxt Vüsalın hərbi formada olduğunu və xüsusi təyinatlı qüvvələrin qazisi olmasını və aprel döyüşlərindən sonra ehtiyyata buraxıldığını, keçmiş polkovnik olmasını bildirdiyini, Vüsalın hərbi formada olmasını görüb ona inandığını, həmin vaxt söhbət zamanı Süleymanın ona Vüsalın keçmiş hərbiçi olduğunu, əgər hərbi ilə bağlı nəsə bir çətinliyi olarsa ona müraciət edə biləcəyini bildirdiyini, bundan təxminən 2-3 gün sonra tanışı olan Şahid4 ona hərbidə işə düzəlmək istəyən bir tanışının olduğunu, bu zaman onun da yadına keçmiş hərbiçi olduğunu deyən Vüsalın yadına düşdüyünü, buna görə də Süleymana zəng edərək Vüsalın mobil nömrəsini aldığını, daha sonra özünə məxsus mobil nömrədən Vüsalın hazırda dəqiq olaraq xatırlamadığı mobil nömrəsinə zəng etdiyini, Vüsala özü barəsində məlumat verərək tanış olduqlarını və daha sonra tanış bir şəxsin hərbiyə işə düzəlmək istəməsini bildirdiyini, Vüsalın da ona heç bir problemin olmadığını, ona kömək edə biləcəyini bildirdiyini, bundan təxminən 1-2 gün sonra Rəvanın ona dediyi qadının Ağdaş şəhərində yerləşən Mədəniyyət evinin qarşısına gəldiyini, orada həmin qadınla görüşdüklərini, həmin vaxt qadının yanında ərinin də olduqlarını, söhbət zamanı Rəvanın bu qadının oğlunun hərbidə işə düzəlmək istədiyini bildirdiyini, həmçinin həmin qadınla görüşməzdən əvvəl Rəvanın onun yanında Vüsala zəng etdiyini, mobil telefonda danışan zaman Rəvanın Vüsala bu işin düzəlməsi üçün nə qədər pul lazım olacağını soruşduğunu, Vüsalın da bu işin düzəlməsi üçün 4000 (dörd min) pul lazım olmasını və 10 gün ərzində iş düzələcəyini bildirdiyini, buna görə də həmin qadınla görüşən zaman həmin qadının çantasından çıxardığı pulu Rəvana verdiyini, Rəvanın da həmin pulu ona verərək saymağını tapşırdığını, pulu saydığını və 4000 (dörd min) manat olmasını bildirdiyini, daha sonra həmin pulu Rəvana verdiyini, bundan sonra həmin qadından aralandıqlarını, daha sonra Rəvanın ona “birlikdə gedib pulu Vüsala verək” deyə bildirdiyini, buna görə də Rəvanla birlikdə özünə məxsus avtomobil ilə Mingəçevir şəhərinə getdiklərini, Mingəçevir şəhərində Kür çayının kənarında yerləşən çayxanalardan birində Vüsal ilə görüşdüklərini, həmin vaxt Rəvanın pulu Vüsala verdiyini, Vüsalın da pulu aldıqdan sonra sənədlərin də gəlməli olduğunu bildirdiyini, daha sonra Ağdaş rayonuna qayıtdıqlarını, bundan bir neçə gün keçdikdən sonra Rəvandan işin nə yerdə qalmasını soruşduğunu, Rəvan da ona işə düzəlmək istəyən uşaqla birlikdə sənədləri götürüb Bakı şəhərinə getdiyini və işlərin düzələcəyini, bundan bir neçə gün sonra yenidən Rəvandan işin düzəlib-düzəlmədiyini soruşduğunu, həmin vaxt Rəvanın ona işin düzəlmədiyini bildirdiyini, özünü də Rəvana bu işin düzəlməyəcəyini, camaatın pulunu qaytarmaq lazım olduğunu bildirdiyini, buna görə də Vüsala zəng edib işin niyə görə düzəlmədiyini soruşduğunu, Vüsalın da ona işin bir həftəyə düzələcəyini bildirdiyini, Vüsala işi düzəldə bilmirsə camaatın pulunu qaytarmasını tapşırdığını, daha sonra onunla sağollaşdığını, bundan bir gün sonra Rəvanın Seylanın ona zəng edərək işinə mane olmamağı tapşırdığını, həmçinin Vüsalın ona zəng edərək onun Vüsala bir daha zəng etməməyini tapşırdığını, buna görə də bir daha Vüsala zəng etmədiyini, Vüsal adlı şəxsin ona pul vermədiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində X1 onun anası olduğunu, 2022-ci ilin mart ayının sonlarında Şahid4 onlara gəlib gedərək onun işlə təmin olunmalı olduğunu bildirdiyini, buna görə də atası və anasının onu hərbidə, yəni Daxili Qoşunlarda işə düzəltmək qərarına gəldiklərini, bu zaman Şahid4 onlara Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin hərbiçi olduğunu və onu işlə təmin edə biləcəyini söylədiyini bildirdiyini, buna görə də 2022-ci ilin aprel ayının ortalarında özünün atası Elşən, Rəvan və Cavanşir adlı şəxs Cavanşirin idarə etdiyi avtomobil ilə Mingəçevir şəhərinə getdiklərini, orada Təqsirləndirilən şəxsla görüşdüklərini, söhbət zamanı Vüsalın onu işlə təmin edə biləcəyini, həmçinin onu işlə təmin etməsi üçün daha çox pul almalı olduğunu bildirdiyini, lakin Şahid4 onun dostu olması, həmçinin qardaşları ilə bir yerdə işləməsini nəzərə alaraq onun işlə təmin edilməyi üçün onlardan 4000(dörd min) manat pul istədiyini, Atasının da onunla razılaşdığını, bundan sonra Ağdaş rayonuna qayıtdıqlarını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 12 saylı X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 133 saylı arayışdan görünür ki, Hüseynov X10 şəhəri, 20 Yanvar küçəsi, ev 18, mənzil 32 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 12 saylı X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəyə dair məlumat portalından görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli gözdən əlildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddənin qeydinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 4(014)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 4(014)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay uzadılmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin 4(107)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 4(014)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxslərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ikinci dərəcəli gözdən əlil olmasını, dəymiş zərərin bir qismini ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayəti qismən etiraf edərək əməlindən peşman olmasını bildirməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onu mənfi səciyyələndirən hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrumetmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə Zərərçəkmiş şəxs15 tərəfindən verilmiş mülki iddia Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-77/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Hazırda iş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-77/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-77/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver