Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-77/2024 21.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Ağdaş şəhəri ünvanında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, qanunsuz olaraq ümumi təmiz çəkisi 10,26 qram, yəni xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2024-cü il tarixdə saat 21:09 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “İrşad Electronics” mağazasının yaxınlığında saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda, həmin tarixdə saat 21:39-dan 22:08-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən 2 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkisi 5,05 qram və 5,21 qram, ümumi təmiz çəkisi 10,26 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilmədiyini, əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, əvvələr məhkum olunmadığını, üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş bükümün içərisində olan narkotik vasitənin ona məxsus olmadığını, polis şöbəsinə gətrilən zaman onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulduğunu, ona döyəcəklərini bildirərək hədə-qorxu gəlindiyini, lakin polislər tərəfindən döyülmədiyini, üzərinə baxış zamanı narkotik vasitə aşkar edildiyini, qorxduğu üçün sorğu zamanı narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini, bu barədə protokol tərtib olunduğunu, o və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, hal-hazırda da, istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə konkret olaraq saatını unutduğu vaxtda konkret ərazini unutduğu yerdən 2 ədəd kibrit qutusu tapdığını bildirmişdir. Həmin kibrit qutularını açıb içərisinə baxan zaman, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan “nəşə” olmasını bildiyini və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir.Bundan sonra saat 21:09 radələrində o Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “İrşad telecom”un yaxınlığında piyada şəkildə hərəkətdə olarkən Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞ-yə gətirdiklərini, Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu və seçdiyi müdafiəçi ilə təmin olunduğunu bildirmişdir. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olubolmaması soruşulduğunu və əgər varsa təqdim etməyini təklif edildiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən üzərinə “West” sözü yazılmış 1 ədəd siqaret qutusunu və 2 ədəd kibrit qutularını, əynində olan qara rəngli şalvarın sol yan cibindən alışqanı, əynində olan həmin gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu və əynində olan qara rəngli şalvarın arxa kəmər hissəsinə yerləşdirdiyi 1 ədəd üzərinə “Boda statncess” sözləri yazılmış bıçağı təqdim edərək həmin əşyaları masanın üzərinə qoyduğunu, bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən heç bir əşya aşkar olunmadığını bildirmişdir.Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu açıldığını, içərisində siqaret dənələri aşkar edildiyini, sonra üzərindən aşkar olunmuş 2 ədəd kibrit qutuları açıldığını,içərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olduğunu, daha sonra həmin kibrit qutularının narkotik vasitəyə bənzər bitki kütləsi ilə birgə polis əməkdaşı tərəfindən elektron tərəzidə ayrı-ayrılıqda çəkildiyini və çəkiləri müvafiq olaraq 8,35 qram və 8,44 qram olduğunu bildirmişdir.Daha sonra içərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olan kibrit qutuları kağız zərfə qablaşdırıldığını, zərf özü, müdafiəçisi və digər proses iştirakçılar tərəfindən imzalandığını bildirmişdir.Bundan başqa üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, ekspertizaya təqdim olunacağı bildirildiyini, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırıldığını, zərf özü, müdafiəçisi və digər proses iştirakçıları tərəfindən imzalandığını, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, daha sonra üzərindən aşkar edilmiş üzərinə “Boda statncess” sözləri yazılmış bıçağa baxış keçirildiyini bildirmişdir. Həmçinin o,bıçağın ümumi uzunluğunun 25 sm, kəsici hissəsinin eni 2,5 sm, tutacaq hissəsinin uzunluğunun 10 sm, kəsici hissəsinin uzunluğunun 15 sm olması müəyyən edildiyini, həmin bıçaq da iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, zərf özü, müdafiəçisi və digər proses iştirakçıları tərəfindən imzalandığını, bundan sonra polis əməkdaşı tərəfindən üzərindən aşkar olunmuş digər əşyalar, yəni 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıdığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə etdiyini və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 21:09 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “İrşad Electronics” mağazasının yaxınlığında piyada şəkildə olarkən tərəflərindən saxlanılaraq Ağdaş RPŞ-yə gətirildiyini bildirmişdir. Daha sonra Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunduğunu, Ağdaş RPŞ-nin təhqiqatçısının Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah etdiyini, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlandığını bildirmişdir.Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən üzərinə “West” sözü yazılmış 1 ədəd siqaret qutusunu və 2 ədəd kibrit qutularını, əynində olan qara rəngli şalvarın sol yan cibindən alışqanı, əynində olan həmin gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu və əynində olan qara rəngli şalvarın arxa kəmər hissəsinə yerləşdirdiyi 1 ədəd üzərinə “Boda statncess” sözləri yazılmış bıçağı təqdim edərək həmin əşyaları masanın üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra ondan üzərində başqa qanunsuz əşya və ya ümumiyyətlə hər hansı bir əşyanın olub-olmaması soruşulduğunu, vardırsa təqdim etməsi bildirildiyini, o, üzərində təqdim etdiklərindən başqa əşya olmadığını bildirdiyini, bundan sonra onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarda göstərilənlərdən başqa hər hansı əşya aşkar olunmadığını, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd kibrit qutularının təxmini çəkisinin birinin 8.35 qram, digərinin isə 8,44 qram olması müəyyən edildiyini, kütləyə baxış zamanı xüsusi iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsinin narkotik vasitəyə bənzəməsi müəyyən edildiyini bildirmişdir. Daha sonra içərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olan kibrit qutuları kağız zərfə qablaşdırıldığını, zərf Təqsirləndirilən şəxs, müdafiəçisi və digər proses iştirakçıları tərəfindən imzalandığını,üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, ekspertizaya təqdim olunacağı bildirildiyini, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırıldığını, zərf Təqsirləndirilən şəxs müdafiəçisi və digər proses iştirakçıları tərəfindən imzalandığını, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu qeyd etmişdir. Daha sonra şəxsin üzərindən aşkar edilmiş üzərinə “Boda statncess” sözləri yazılmış bıçağa baxış keçirildiyini, bıçağın ümumi uzunluğunun 25 sm, kəsici hissəsinin eni 2,5 sm, tutacaq hissəsinin uzunluğunun 10 sm, kəsici hissəsinin uzunluğunun 15 sm olması müəyyən edildiyini, həmin bıçaq da iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, zərf Təqsirləndirilən şəxs, müdafiəçisi və digər proses iştirakçıları tərəfindən imzalandığını, qeyd etmişdir.Şəxsi axtarış zamanı bundan sonra polis əməkdaşı tərəfindənşəxsin üzərindən aşkar olunmuş digər əşyalar, yəni 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin “nəşə” olduğunu, onları xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, konkret olaraq saatını unutduğu vaxtda konkret ərazini unutduğu yerdən 2 ədəd kibrit qutularını tapdığını, həmin kibrit qutularını açıb içərisinə baxdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan “nəşə” olmasını bildiyini və istifadə etməyi üçün üzərində saxladığını bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 11:57-də Ağdaş RPŞ-nin inzibati binasında müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılmış, ona hüquq və vəzifələri izah edilmiş, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah etmiş həmçinin onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən üzərinə “West” sözü yazılmış 1 ədəd siqaret qutusu və 2 ədəd kibrit qutusu, əynində olan qara rəngli şalvarın sol yan cibindən alışqan, əynində olan həmin gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefon və əynində olan qara rəngli şalvarın arxa kəmər hissəsinə yerləşdirdiyi 1 ədəd üzərinə “Boda statncess” sözləri yazılmış bıçağı təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamışdır.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu açılmış, içərisində siqaret dənələri aşkar edilmiş, sonra üzərindən aşkar olunmuş 2 ədəd kibrit qutuları açımış, içərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri aşkar edilmiş, daha sonra həmin kibrit qutularının narkotik vasitəyə bənzər bitki kütləsi ilə birgə təhqiqatçı tərəfindən elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş və çəkiləri müvafiq olaraq 8,35 qram və 8,44 qram olmuşdur. İçərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olan kibrit qutuları kağız zərfə qablaşdırılmış, zərf şübhəli şəxs, onun müdafiəçisi və digər proses iştirakçılar tərəfindən imzalanmışdır. Üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış, zərf şübhəli şəxs, onun müdafiəçisi və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərinə “Boda statncess” sözləri yazılmış bıçağa baxış keçirilmişdir. Bıçağın ümumi uzunluğunun 25sm, kəsici hissəsinin eni 2,5sm, tutacaq hissəsinin uzunluğunun 10sm, kəsici hissəsinin uzunluğunun 15sm olması müəyyən edilmiş, həmin bıçaqda iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuş, zərf şübhəli şəxs, onun müdafiəçisi və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 24 fevral 2024-cü il tarixli HK/-1/317 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...bitki kütləsi..” sözləri, adlar və imzalar zərfin içərisindəki 2 (iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkisi - 5,05 qr, 5,21 qr, ümumi təmiz çəkisi 10,26 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 04 mart 2024-cü il tarixli, 367 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyndən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X5 12 mart 2024-cü il tarixli 18-1-22/2-370/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX X5in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-in 128-ci maddədsilə 20% dövlət nəfinə pul tutulmaqla 1 il islah işləri cəzasına məhkum olmuşdur. Cəzasını tam olaraq çəkib qurtarmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 mart 2024-cü il tarixli, 37 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 mart 2024-cü il tarixli, 63 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayan və ailə tərkibi – 1959-cu il təvəllüdlü X2, 1985-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:25də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlaması ilə bağlı təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə məhkəmə istintaq zamanı dindirilmiş şahidlərin hər biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəyə uyğun ifadə vermişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müsbət və mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 fevral 2024-cü il tarixdən 25 fevral 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi dörd gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 10,16 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 66 manat 57 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 fevral 2024-cü il tarixdən 25 fevral 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 10,16 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 66,57 (altmış altı manat əlli yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-77/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-77/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver