Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-78/2020 02.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən X6, Müdafiəçi X2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1973-ci ildə Ağdaş rayonu, Ləki Qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan respublikasının cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinən, Ağdaş rayonu Ləki Qəsəbə qeydiyyatda olan və Ağdaş rayon, Ləki Qəsəbəsi məhəllə ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə şəxsi münasibətlər zəminində döyərək ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X14 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək və ifadəsində Elnurə ilə təxminən 2002-ci il tarixdə ailə həyatı qurduğunu, onların aralarında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, xx.xx.2020-ci il tarixdə günorta yeməyi zamanı spirtli içki qəbul etdiyini, həmçinin axşam yeməyi zamanı da, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində yenə də, spirtli içki qəbul etdiyini, həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs ona spirtli içki qəbul etməsinə görə irad tutmağa başladığını, onun da, Elnurəyə işinə qarışmamasını, nə istəyirə edəcəyini söylədiyini, lakin Elnurənin onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlədərək yenə irad tutmağa davam etdiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə onun bir neçə dəfə qəsdən Elnurənin sifət nahiyəsindən, qollarından və bədəninin digər nahiyələrindən sillə və yumruqla vurduğunu, daha sonra isə oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 20:00 radələrində yaşadıqları evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanıZərərçəkmiş şəxs məni vurmadığını, mənə heç bir xəsarət yetirmədiyini, davadalaş zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı bir neçə dəfə sillə və yumruqla qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən, qollarından və bədəninin müxtəlif nahiyələrindən vurduğunu göstərmişdir. Məhkəmədən etdiyi əməldən səmimi olaraq peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə təxminən 2002-ci il tarixdə ailə həyatı qurduğunu, onların aralarında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, xx.xx.2020-ci il tarixdə günorta yeməyi zamanı Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyini, həmçinin axşam yeməyi zamanı da, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində də, Təqsirləndirilən şəxs yenə spirtli içki qəbul etdiyini, həmin vaxt onun Babəkə spirtli içki qəbul etməsinə görə irad tutmağa başladığını, Babəkin də, ona işinə qarışmamasını, nə istəyirsə edəcəyini söylədiyini, onun isə Babəkə yenə spirtli içki qəbul etməsinə görə irad tutmağa davam etdiyini, bu zəmin də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Babəkin sillə və yumruqla bir neçə dəfə onun sifət nahiyəsindən, qollarından və bədəninin digər nahiyələrindən vurduğunu, daha sonra isə Babəkin çıxıb getdiyini bildirmişdir. X1 izahatında Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 20:00 radələrində yaşadıqları evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə sillə və yumruqla onun sifət nahiyəsindən, qollarından və bədəninin müxtəlif nahiyələrindən vurduğunu, həmin vaxt orada ondan və Təqsirləndirilən şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də heç kimin gəlmədiyini, Təqsirləndirilən şəxs onu armaturla vurmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ondan heç bir şikayət və tələbinin olmadıqlarını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etməyən, lakin ifadəsi elan edilib tədqiq edilən Şahid ifadəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıdığını, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşuları olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evin həyətində olarkən qonşuları Babək və Elnurənin mübahisə etmələrini eşitdiyini, səhəri günü isə, yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında yaşadığı evin qarşısındakı küçəyə çıxarkən yolda Elnurə ilə rastlaşdığını, həmin vaxt aralarındakı söhbət əsnasında Elnurədən bir gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə axşam saatlarında nə üçün Babək ilə mübahisə etmələrini soruşduğunu, Elnurənin də, ona həmin vaxt Babəkin spirtli içki qəbul etməsinə irad tutması səbəbindən Babək ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı isə Babəkin onu sillə və yumruqla döyməsini söylədiyini bildirmişdir. Həmçinin Şahid izahatında Babək ilə Elnurə arasındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində onların yaşadığı evdə baş verdiyini, lakin dava-dalaş zamanı orada olmadığından dava-dalaşın digər təfərrüatları barədə konkret olaraq heç nə söyləyə bilməyəciyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin Araşdırma zamanı Zərərçəkmiş şəxs Ağdaş MTE və PA şöbəsində məhkəmə tibbi müayinəsindən keçirilmiş həmin şöbənin rəisi N.İsgəndovun vermiş olduğu xx.xx.2020-ci il tarixli, 436 saylı rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – sağ bazu oynağının əzilməsi, sağ saidin orta vvə aşağı 1/3-nin bayır səthinin sıyrıqları, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin Araşdırma zamanı Təqsirləndirilən şəxs Ağdaş MTE və PA şöbəsində məhkəmə tibbi müayinəsindən keçirilmiş həmin şöbənin rəisi N.İsgəndovun vermiş olduğu xx.xx.2020-ci il tarixli, 463 saylı rəyindən görünür ki, X7 bədənində hər hansı bir xəsarət aşakr olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(014)-55/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Ağdaş rayon Məhkəməsi tərəfindən AR CM-nin 73.2-ci maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB X24 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, X24 ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 112 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki Qəsəbəsində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir:X18-yoldaşı; xx.xx.2003-cü il təvəllüdlü X11; xx.xx.2005-ci il təvəllüdlü X4; xx.xx.2008-ci il təvəllüdlü X12; xx.xx.2013-cü il X13; xx.xx.2014-cü il təvəllüdlü X15; xx.xx.2017-ci il təvəllüdlü X5r. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinin 1-ci bəndinə əsasən Şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs qanunvericiliyin verdiyi imkandan bir dəfə yararlandığından, barəsində cinayət işi üzrə icraata xitam verilə və o, cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslə barışmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun faktiki icraya yönəldiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərci yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 ( üç yüz ) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm faktiki icraya yönəldiyi gündən hesablansın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-78/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-78/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver