Məhkəmə qərarları › İş №1(014)-78/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-78/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-78/2022 20.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 16 aprel 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş rayonu Yuxarı Ləki inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən müddət ərzində aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Ağdaş rayonu Yuxarı Ləki kənd sakini xx.xx.1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sonuncuya sosial yardım düzəldəcəyi və ev növbəsinə yazdıracağı vədini verərək 2020-ci ilin yanvar ayı ərzində ayrı-ayrı vaxtlarda vahid niyyətlə ümumilikdə 7600 manat-xeyli miqdarda pulunu sonuncunun Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evində etibarından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək dələduzluq etmiş, sonradan həmin puldan hər ay 200 manat olmaqla ümumilikdə 800 manat pul Təqsirləndirilən şəxs atası Şahid tərəfindən Zərərçəkmiş şəxs2 geri qaytarılmış, Zərərçəkmiş şəxs2 ümumilikdə 6800 manat-xeyli miqdarda pulu Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. Bundan başqa o, təkrarən Ağdaş rayonu Yuxarı Ləki inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə Ağdaş şəhəri, Ləki qəsəbəsi, Ceyhun Məmmədov küçəsində yaşayan xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 həyat yoldaşı Rəna İslamovanı işə düzəltmək vədi verərərk aldadıb 2020-ci ilin yanvar ayında 5000 manat pulunu sonuncunun bibisi Zərərçəkmiş şəxs2 yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evdə etibarından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağdaş rayonu Yuxarı Ləki inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən müddət ərzində Ağdaş rayonu Ləki qəsəbəsi sakini xx.xx.1954-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 övladlarına ev alacağını və sosial yardım düzəlməsində köməklik edəcəyi vədi verərək aldadıb 2020-ci ilin fevral ayında əvvəlcə sonuncunun yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evində, daha sonra 2020-ci ilin mart ayında Bakı şəhərində “Milliön” ödmə terminalından istifadə edilməklə özünə məxsus bank kartına köçürməklə, bundan sonra yenidən Zərərçəkmiş şəxs2 yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evində ayrı-ayrı vaxtlarda vahid niyyətlə ümumilikdə 13000 manat-xeyli miqrdada pulunu etibarından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək dələduzluq etmiş, sonradan həmin pulun 10000 manatı atası Şahid tərəfindən Zərərçəkmiş şəxs4 geri qaytarılmış, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa o, təkrarən Ağdaş rayonu Yuxarı Ləki inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə Ağdaş rayonunun Əmirarx kənd sakini, xx.xx.1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 onu pensiya düzəldəcəyi vədini verərək aldadıb sonuncunun etibarından sui istifadə etmə və aldatma yolu ilə ondan 2020-ci ilin yanvar ayında bacısı Zərərçəkmiş şəxs2 yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evdə 4000 manat, Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən “Yaşıl aptek”-də 300 manat, ümumilikdə 4300 manat pulunu etibarından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağdaş rayonu Yuxarı Ləki inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə Yevlax şəhər sakini xx.xx.1982 təvəllüdlü Zərərçəkmiş şəxs5 sonuncunun həyat yoldaşı Aybəniz Məsimovanı işə düzəldəcəyi vədi verərək 2020-ci ilin iyun ayında Ağdaş rayonu Ləki qəsəbəsi ərazisində 5500 manat-xeyli miqdarda pulunu etibarından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində Zərərçəkmiş şəxs1 tanıdığını, Zərərçəkmiş şəxs1la tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə sonuncunun yaşadığı evdə tanış olduğunu, Şöhrətlə əvəllər heç bir ədavət və düşmənçiliyi olmadığını, təxminən 2020-ci ilin yanvar ayında Şöhrətə taxta sexinin olduğunu, həmin sexin işlətmək üçün material lazım olduğunu bildirdiyini, bunun üçün də Şöhrətdən 5 min manat pul istədiyini, bundan təxminən 4 gün sonra X6 ərazisində ona məxsus “BMW” markalı minik avtomobilində görüşüb ondan 5 min manat pul götürdüyünü, Şöhrətə həmin pullara material alacağını, qazancdan isə ona da verəcəyini bildirdiyini, lakin onu aldadaraq aldığı pulu qaytarmadığını, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıdığını, Zərərçəkmiş şəxs2 ilə heç bir düşmənçiliyi və ya ədavəti olmadığını, 2020-ci ilin iyul ayında kənd təsərrufatı fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Zərərçəkmiş şəxs2 420 manat, 80 manat, 500 manat, 300 manat ümumilikdə isə 1300 manat pul aldığını, əvəzində Zərərçəkmiş şəxs2 ondan götürdüyü pulları və becərdiyi məhsuldan verəcəyini ona söz verdiyini, lakin, pulları götürdükdən sonra işlətdiyi sexə taxta materiallarının alınmasına xərclədiyini, bundan sonra Zərərçəkmiş şəxs2 hər ay 200 manat olmaqla 4 ay ərzində ümumilikdə 800 manat pul qaytardığını, hal-hazırda Zərərçəkmiş şəxs2 500 manat borcu olduğunu, Zərərçəkmiş şəxs4 qəsəbə sakini kimi tanıdığını, həmçinin onun oğlunun onlara məxsus sexdə fəhlə işlədiyini, Zərərçəkmiş şəxs4 ailəsinə məxsus sexdə material almaq məqsədi ilə ondan ümumilikdə 10 min manat pul aldığını, təxminən 5 ay bundan əvvəl anasına məxsus 25 sot torpaq sahəsini satıb ona olan 10 min borcunu qaytardığını, lakin hal-hazırda Zərərçəkmiş şəxs4 10 min manata görə banka faiz ödədəyini, və sələmə götürdüyü üçün ondan əlavə 2800 manat pul tələb etdiyini, Zərərçəkmiş şəxs4 hal-hazırda borcu olmadığını, Zərərçəkmiş şəxs3la tanışı Zərərçəkmiş şəxs2 yaşadığı evdə tanış olduğunu, Zərərçəkmiş şəxs3 ondan icarəyə pay torpağı tapmağını xahiş etdiyini, özünün də təxminən 2 gün telefonla ona zəng edib Yuxarı Ləki ərazisində icarəyə torpağın olmadığını bildirdiyini, bundan sonra Səbirənin ona Zərərçəkmiş şəxs3 imkanının olmadığını, ona 300 manat verəcəyini, həmin pulla kənd təsərrufatı fəaliyyəti ilə məşğul olduğunu, Zərərçəkmiş şəxs3 becərdiyi məhsuldan verib, həmçinin mövsumun sonunda 300 pulu geri qaytarmağını təklif etdiyini, Şöhrət Əlislamov izahatında onun həyat yoldaşı Rəna Əlislamovanı işə düzəltmək adı ilə ondan 5000 manat pul almasını bildirməsi barədə Şöhrətin dediklərinin yalan olduğunu və heç bir halda həqiqəti əks etdirmədiyini, Zərərçəkmiş şəxs3 pensiya düzəltmək adı ilə 4300 manat pul almağının yalan olduğuu və heç bir halda həqiqəti əks etdirmədiyini, Zərərçəkmiş şəxs4 övladlarına ev alacağı və sosial yardım düzəlməsində köməklik edəcəyini vəd verib ondan 13 min manat pul alıb daha sonra 10 min manat pulu geri qaytarmadığını, Zərərçəkmiş şəxs4 dediklərinin tamamilə yalan olduğunu və heç bir halda həqiqəti əks etdirmədiyini, Nailədən işlətdiyi sexə taxta materialı almaq məqsədi ilə 10 min manat pul aldığını, lakin daha sonra həmin pulları geri qaytardığını, hal hazırda Zərərçəkmiş şəxs4 borcu olmadığını, Şöhrətdən aldığı pula taxta materialı aldığını, işlətdiyi sexə taxta materialı almaq məqsədi ilə Zərərçəkmiş şəxs1n 5 min manat, Zərərçəkmiş şəxs2 isə taxıl məhsulu əkmək məqsədi ilə 1300 manat pul aldığını, daha sonra Zərərçəkmiş şəxs2 800 manat pul qaytardığını, Şöhrətdən aldığı pullarla taxta materialı aldığını, həmin pulları heç bir şəxsə vermədiyini, Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazılarında “o adam” deyilən şəxsin kim olmasını bilmədiyini, Şöhrətdən pulu alıb işlətdiyi sexə taxta materialı aldığını, Şöhrətdən aldığı 5 min pulun əvəzinə Şöhrətin ona onun həyat yoldaşı Rəna İslamovanı işə düzəlməyi təklif etdiyini, özünün də maraqlandığını, lakin düzəlmədiyi üçün Şöhrətin təklifini rədd etdiyini, həyat yoldaşı Aybəniz Məsimovanı işə düzəldəcəyinə vəd verərək Zərərçəkmiş şəxs5 2020-ci ilin iyun ayında Ağdaş rayonu Ləki qəsəbəsi ərazisində 5500 manat aldığını, vədinə əməl etmədiyini və aldığı pulu geri qaytarmadığını, onun tərəfindən vurulmuş ziyanın ödənilməsi məqsədi ilə atası Şahid tərəfindən zərərçəkmiş şəxslərin hər birinə hər ay 100 manat, həbsdən çıxdıqdan sonra isə onun tərəfindən də 100 manat, cəmi hər ay 200 manat ödənilməsi təklif edildiyini, lakin onların razılaşmadıqlarını bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 aid hissəsinə, yəni onlarara qarşı cinayət törətməkdə özünü təqsirli bilməməsi hissəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü qismən də olsa müdafiə etmək, məsuliyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsinin həmin hissəsi iş üzrə qeyd olunan zərərçəkmiş şəxslərin ifadələri ilə təkzib edilərək onlara qarşı cinayət törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində Elçin adlı şəxsi Ağdaş rayonu, Ləki qəsəbəsində bacısı Zərərçəkmiş şəxs2 yaşadığı evdə görüb və orada tanış olduğunu, bacısı Səbirənin hazırda dəqiq xatırlamadığı vaxtda, təxminən 2020ci ilin yanvar ayında ona zəng edərək ona Elçin adlı şəxsin olmasını və həmin şəxsin ona pensiya düzəltməkdə köməklik edə biləcəyini bildirdiyini, buna görə də bacısıgilə getdiyini, həmin vaxt Elçin adlı şəxsin də onun bacısı Səbirənin yaşadığı evdə olduğunu, Elçinin onun bacısı Səbirənin əri X1 “Qarabağ əlili” pensiyasını düzəldəcəyini söz verdiyini və buna görə də həmin gün bacısıgilə gəldiyini, 1999-cu ildə vərəm xəstəliyəndən Rusiya Federasiyası Tula şəhərində 9 ay müalicə aldığını, Elçinlə söhbət edən zaman ona “keçirdiyim xəstəliklə əlaqədar mənə pensiya düzəldə bilər” dediyini, bunun üçün 4000 manat lazım olduğunu bildirdiyini, özünün də Elçinin sözünə inanaraq ona dediyi pul məbləğini düzəltmək üçün 2020-ci ilin təxminən yanvar-fevral aylarında özünə məxsus 17 sot torpaq sahəsini 4000 manata satdığını, bundan sonra Elçin ilə əlaqə saxladığını, Elçinin bacısı Səbirənin yaşadığı evdə onunla görüşməyi təklif etdiyini, buna görə də 2020ci ilin fevral ayında hazırda dəqiq xatırlamadığı vaxtda bacısı Zərərçəkmiş şəxs2 yaşadığı evdə Elçinələ görüşüb şəxsiyyət vəsiqəsinin sürətini və 4000 manat pulu bacısı Səbirənin yanında Elçinə verdiyini, bundan təxminən 1 ay sonra Elçinin ona zəng edib əlavə 300 manat da istədiyini və pulu Ləki qəsəbəsində yerləşən “Yaşıl aptek”ə qoymağını tapşırdığını, özünün də 300 manat pulu borca götürüb Elçinin dediyi “Yaşıl aptek”-ə apardığını, Aptekə yaxınlaşıb 300 manatı həmin vaxt aptekdə işləyən, lakin adını bilmədiyi və tanımadığı şəxsə verərərk “Elçin adlı şəxs gəlib 300 manatı burdan götürəcək” dediyini, lakin bundan təxminən 1 il keçməsinə baxmayaraq işlərin alınmadığını görüb Elçin tərəfindən aldadılaraq pulunun ələ keçiriləmsini başa düşdüyünü, buna görə də bacısı Səbirəyə bu barədə məlumat verdiyini, bacısı Səbirənin də Elçinin yaşadığı ünvana getdiyini, Elçinin də həmin vaxt bacısı Səbirəyə əsassız bəhanlər gətirərək ona verdiyi pulları geri qaytaracağını bildirdiyini, lakin bundan da xeyli müddət keçdikdən sonra Elçinin yenə də ona verdiyi pulları geri qaytarmadığını, buna görə də bacısı Səbirənin yenə də Elçinin yaşadığı evə getdiyini, lakin bu dəfə Elçinin pulları qaytarmayacağını və hara istəsələr şikayət edə biləcəklərini söylədiyini, bundan sonra Elçinin istifadəsində olan mobil telefona zəng etdiyini, lakin Elçinin zənglərinə cavab vermədiyini, bu günə kimi Elçinin ona müxtəlif bəhanələr uyduraraq etibarından sui-istifadə edərək və onu aldadaraq mənimsədiyi ümumilikdə 4300 manat pulunu ona geri qaytarmadığını, Təqsirləndirilən şəxs ondan başqa bacısı Səbirənin onlar üçün Bakı şəhərində evlə təmin edəcəyi adı ilə aldatması, həmçinin bacısı Səbirə ilə qonşçuluqda yaşayan Nailə və Şöhrət adlı şəxsləri də aldadaraq onlardan xeyli miqarada pul almasını eşitmədiyini, ona vurulmuş ziyanın ödənilmədiyini ödənilməsini tələb etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində 2020-ci ilin yanvar ayı ərzində həmkəndlisi və onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ilə söhbət edən zaman Səbirənin ona Elçin adlı şəxsin olduğunu və sosial müavinət düzəltdiyini bildirdiyini, özünün də Səbirəyə əgər elə bir şəxs varsa təzəlikcə kreditə pul götürdüyünü, həmin pul ilə Bakı şəhərində yaşayan qızı üçün pensiya düzəltdirmək istədiyini bildirdiyini, Səbirənin də ona Elçinin hazırda onun qardaşı üçün pensiya düzəltdiyini, bundan sonra onun işinə baxacağını bildirdiyini, bundan sonra bir neçə dəfə Səbirənin yaşadığı evə gedərək onunla söhbət etdiyini, söhbət zamanı Səbirənin ona Elçinin onlar üçün dövlət hesabına növbə ilə verilməli olan evi alacağını və qardaşını pensiyaya çıxatrdıracağını bildiyini, bundan təxminən 2-3 gün sonra Elçinin ona zəng edərək pensiya və sosial müavinət düzəltdiyini bildirdiyini, özünün də Elçinə qızı üçün pensiya düzədibdüzəltməyəcəyini soruşduğunu, həmçinin Elçinə qızının 3 dəfə cərrahiyə əməliyyatı keçirdiyini bildirdiyini, həmin vaxt Elçinə bu iş üçün kreditə pul götürüyünü və hazırda 3000 manat pulunun olduğunu bildirdiyini, Elçinin də ona bu iş üçün 3600 manat pul lazım olduğunu bildirdiyini, Elçinə qalan 600 manatı daha sonra verəcəyini bildirdiyini, bu zaman Elçinin də ona qızı üçün pensiyan düşdüyünü bildirdiyini, bundan təxminən 2-3 gün sonra Elçin mənə zəng edərək Səbirəgilə gəldiyini bildirdiyini və özünün də onlara gəlməyini tapşırdığını, buna görə də Səbirəgilə getdiyini, bu zaman Elçinin Səbirəgildə olmasını gördüyünü, həmçinin Elçini orada görən zaman tanıdığını, X7 icra nümayəndəliyində gördüyünü və orada işləməsini düşündüyünü, buna görə də Elçinin onun işlərini düzəldəcəyinə əmin olduğunu, özünün də Elçin ilə söhbət edən zaman Səbirənin yaşadığı evin həyətində Elçinə 3000 manat pul verdiyini, həmin vaxt orada Səbirə, onun həyat yoldaşı Səfərəli və Elçin olduğunu, Elçinin ondan aldığı pulu saydığını və götürdüyünü, həmçinin Elçinin ona “yaxşı ev var, 2-3 nəfərlik yer qalıb, tez bir zamanda növbəyə yazılmaq lazımdı” deyə söylədiyini, özünün də Elçinə bunun üçün pulunun olmadığını bildirdiyini, Elçinin isə ona “ Nailə xala 2-3 gün vaxt qalıb, müəllim ilə danışmışam, pul tap ev əldən çıxmasın” deyə söylədiyini, bunun üçün Elçinin ondan 5000 manat pul istədiyini, özünün də həmin vaxt qızına zəng edərək baş verənləri danışdığını və ev üçün 5000 manat pul lazım olduğunu, iş yerindən həmin pulu tapmasını tapşırdığını, Elçinin ona həmin pulu ona məxsus bank kartına göndəməyini tapşırdığını, qızının pulun hazır olduğunu bildirdikdən sonra qızının yaşadığı Bakı şəhərinə getdiyini, bundan sonra qızından 5000 manat pulu götürdüyünü və Elçinə məxsus bank hesabına göndərdiyini, daha sonra Elçinin ona sosial yardım da düzəltdiyini bildirdiyini və bunun müqabilində ondan 1400 manat pul istədiyini, özünün isə ona həmin məbləğdə pulunun olmadığını bildirdiyini, Elçinin isə ona “Nailə xala əgər sosial yardım istəmirsinizsə, mən sənədləri hazırayım siz qol çəkin, yardımı da mən alım”deyə söylədiyini, daha sonra yenidən 1000 manat kredit götürdüyünü, daha sonra həyat yoldaşının da adın 1000 manat kredit götürdüklərini, bundan sonra 1400 manat pul düzəltdiyini, daha sora Elçinə zəng edərək pulun hazır olduğunu bildirdiyini, Elçinin də ona evə gəlmədiyini, pulu “Platforma” deyilən yerə gətirməyini tapşırdığını, buna görə də həmin yerə getdiyini, bundan təxminən 1-2 dəqiqə sonra Elçinin həmin yerə tək gəldiyini, özünün də Elçinə 1400 manatı orada verdiyini, bundan təxminən 1 həftə sonra Elçinin ona oğlu üçün də pensiya düşdüyünü bildirdiyini, həmçinin Elçinin ona bu barədə heç kimə bir söz deməməyini tapşırdığını, daha sonra bunun üçün yenidən 3000 manat borc pul aldıqlarını, bundan sonra həmin pulun üzərinə 600 manat da əlavə edərək Elçinə 3600 manat pulu verdiyini, bundan təxminən 1 il keçdikdən sonra Elçinin onun üçün sosial yardım düzəltmədiyindən onun yaşadığı ünvana getdiyini, bu zaman Elçinin ona hazırda pandemiya olduğunu işlərin də buna görə dayandırıldığını bildirdiyini, Elçindən pulunu geri istəsələr də Elçinin ona artıq adının sistemə yazıldığını buna görə də pulu geri verə bilməyəcəyini bildirdiyini, bundan 2-3 gün sonra Elçinin yenidən ona zəng edərək təcili “Platforma”ya gəlməyini və onun üçün şad xəbərinin olduğunu söylədiyini, buna görə də tez platformaya getdiyini, bundan bir neçə dəqiqə sonra Elçinin qara rəngli bir avtomobil ilə həmin yerə gəldiyini, Elçinin ona bir neçə kağız göstərdiyini və həmin sənədlərə qol çəkərək adımı yazmağını tapşırdığını və tezlikdə sosial yardımın düzələcəyini bildirdiyini, həmçinin Elçinin ona “Kapital Bank”a gedərək adını yoxlatdırmağı və ona sosial yardımın verildiyini bildirdiyini, buna görə də banka getdiyini, şəxsiyyət vəsiqəsini təqdim edərək ona sosial yardım verildiyini bildirdiyini, bankın əməkdaşının onun adını kompyuterə daxil etdiyini, lakin adına sosial yardım verilmədiyini bildirdiyini, bundan sonra yaşadığı evə gəldiyini, daha sonra Elçinə zəng edərək bu barədə məlumat verdiyini, Elçinin də ona həmin bank işçisinin düzgün baxmadığını onun üçün sosial yardım təyin edildiyini bildirdiyini, bundan sonra Elçinin yaşadığı ünvana getdiyini, həmin vaxt orada Elçinin atası Çingizin də olduğunu, baş verənləri Çingizə danışdığını, həmin vaxt Çingizin Elçinə nəyə görə onu aldatdığını söylədiyini və aralarında mübahisə baş verdiyini, Çingizin ona torpaq sahəsinin olmasını, həmin torpaq sahəsini satmaq üçün alıcı tapmaq lazım olduğunu bildirdiyini, bundan təxminən 1 həftə sonra həmin torpaq sahəsinin satıldığını, həmin puldan 10000 manat pulu Çingizin ona verdiyini, lakin Elçinin bu vaxta kimi ondan aldığı pulun qalan hissəsini geri qaytarmadığını, qızı Mələk Eyvazovanın ondan aldığı pulu Təqsirləndirilən şəxs göndərməyindən xəbəri olmadığını, qızına sadəcə olaraq pensiya düzəltmək istədiklərini bildirdiyini ona vurulmuş ziyanın qalan hissəsinin, yəni 300 manatın ödənilmədiyini ödənilməsini tələb etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində həyat yoldaşı Səfərəli Əliyevin 2-ci qrup əlil olduğunu, 1991-ci ildə 1-cı Qarabağ müharibəsi zamanı maşinist işlədiyini, həmin vaxt müharibədə iştirakı ilə əlaqədar ürək-damar xəstəliyinə düçar olduğunu, hazırda həyat yoldaşı Səfərəli Əliyevin 2-ci qrup əlillik pensiyası aldığını, 2020-ci ilin yanvar ayında özünün yaşayış yeri haqqında arayış almaq üçün Ağdaş RİHBnın Yuxarı Ləki kənd inzibati ərazi nümayəndəliyinə yaxınlaşdığını, orada özünü Ağdaş RİHB-nın Yuxarı Ləki kənd inzibati ərazi nümayəndəliyinin işçisi Təqsirləndirilən şəxs qarşılayaq icra nümayəndəsi Müşviq Hüseynovun orada olmadığını bildirdiyini, daha sonra Elçinin özündən hal-əhval tutduğunu və yoldaşı Səfərəlinin səhhəti barədə soruşduğunu, özüdə Səfərəlinin xəstə və 2-ci qrup əlil olduğunu, lakin 1-ci qrup əllilik dərəcəsində olmasını bildirdiyini, həmçinin özünün Elçinə bir qədər əvvəl Bakı şəhərində həkimlərdən birinin əgər o zaman həyat yoldaşının müharibədə iştirakı ilə əlaqədar kağızları alınmış olsaydı hazırda yoldaşının 1-ci qrup əllilik pensiyasını ala biləcəyini söylədiyini və bir neçə ildir həyat yoldaşının ev növbəsində olduğunu, lakin işinin ardı ilə getmədiyi üçün indiyə qədər həmin evi ala bilmədiklərini bildirdiyini, həmin vaxt Elçin özünə həmin evi ala biləcəyini bildirdiyini, özünün də ona hazırda pullarının olmadığını bildirdiyini, Elçinin də özünə həmin evi onun almağını və həyat yoldaşı Səfərəlinin həmin sənədlərə qol çəkməli olduğunu bildirdiyini, daha sonra özünün bu barədə həyat yoldaşı Səfərəliyə bildirdiyini, yoldaşının ona həmin evi Elçini deyil özlərinin almalı olduqlarını, əgər lazım gələrsə borc pul tapmalı olduğlarını bildirdiyini, bundan təxminən 2-3 saat sonra Elçinin özünə zəng etdiyini və həyat yoldaşının bu məsələ ilə bağlı nə deməsini soruşduğunu, özünün də ona həyat yoldaşı Səfərəlinin bununla razılaşmadığını, həmin evi özlərinin almaq istədiklərini və atasız böyüyən iki azyaşlı nəvələrinə hədiyyə etmək istədiklərini bildirdiyini, Elçin də özünə bu işi həll edəcəyini, yəni evi alaraq özlərinə verəcəyini söylədiyini, bunun müqabilində Elçin əvvəlcə özündən 6000 manat pul istədiyini, buna görə də özünün həmin pulun bir hissəsini bankdan kredit götürdüyünü, qalan pulunu isə özünə məxsus qızl-zinyət əşyalarını satdığını, bundan sonra xx.xx.2022-ci il tarixdə 6000 manatı özünün yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evdə həyat yoldaşı X5 verdiyini, Elçin də həmin məbləğdə olan pulu sayaraq götürdüyünü və həmin evin ən azı bir il müddətində onlara təhvil veriləcəyini bildirdiyini, bundan təxminən 4-5 gün sonra Elçin yenidən özünə zəng edərək evi başqa şəxsin 8000 manata almaq istədiyini, lakin adını bildirmədiyi rəhbər şəxslə danışaraq evi 7000 manata onlara veriləcəyinə razı saldığını bildirdiyini, buna görə də onlardan əlavə olaraq 1000 manat pul istədiyini, buna görə də xx.xx.2022-ci il tarixdə qızı Leyla əlavə olaraq 900 manat kreditə pul götürdüyünü, elə həmin gün Elçin özlərinin yaşadıqları evə gəldiyini, özünün həmin pulun üzərinə də 100 manat əlavə etdiyini və Elçinə 1000 manat pul verdiyini, lakin bundan az sonra pandemiya və 2-ci Qarabağ müharibəsinin olmasını bəhanə gətirən Elçin ev işinin bir qədər də uzanacağını bildirdiyini, özünün hər dəfə Elçindən bu işlərin necə getdiyini soruşduğunda isə Elçinin özünə “bu soğan-kartof deyil, orada iş görürük” deyə söylədiyini, bundan təxminən bir il yarım keçdiyin dən sonra, təxminən 2020-ci ilin oktyabr ayında Elçin onun yaşadığı ünvana gəldiyini və onlara evin hazır olduğunu, lakin evin qeydiyyata alınması üçün VÖEN açılmalı olduğunu bildirdiyini və bunun müqabilində ondan əlavə olaraq 600 manat pul istədiyini, özünün də Elçinə pullarının olmadığını və həmin məbləğdə pul tapa bilmədiyini bildirdiyini, həmçinin özünün ona 600 manat əvəzində 700 manat pul verəcəyini bildirdiyini, lakin həmin pulu evə köçdükdən sonra verəcəyini qeyd etdiyini Elçinin də ona həmin pulun təcili lazım olduğunu bildirdiyini, Elçinin hətta ona bir dəfə ev şəkili göstərdiyini və həmin evin onlar üçün ayrıldığını bildirdiyini, buna görə də Elçinə daha çox inandığını, Elçinə evə köçdükdən sonra pul verəcəyini bildirdiyi üçün Elçin ona həmin pulun evin bir soyuducusunun qiymətində olduğunu bildirdiyini, daha sonra Elçini yaşadığı evin həyətindən bayıra çıxardığını, Elçinin ona xanımların pul vermədiyini söhbətini Səfərəli ilə edəcəyini bildirdiyini, bundan sonra Elçin həyat yoldaşı Səfərəlinin yanına getdiyini və ona evin hazır olduğunu bildirdiyini, bu zaman həyat yoldaşı Səfərəlinin sevincindən kövrəldiyini, bundan istifadə edən Elçinin də ona əlavə olaraq 600 manat pul lazım olduğunu bildirdiyini, həyat yoldaşı Səfərəli də həyətlərində olan qoyunları satmaq üçün qardaşı Əlislama alverçi tapmağı tapşıracağını bildirdiyini, bu zaman Elçin qoyunlar üçün özünün alıcı tapacağını söylədiyini, daha sonra Elçin onların yaşadıqları evdən çıxaraq getdiyini, bundan təxminən 3-4 saat sonra Elçin ilə bir nəfər alverçinin onların yaşadıqları evə gəldiyini, həmin şəxs qoyunlara baxaraq 5 baş qoyun üçün 520 manat pul vercəyini bildirdiyini, Elçinin onlara qoyunları nəyə görə satmağını həmin alverçiyə bildirməməyini tapşırdığını bildirdiyini, daha sonra onların 5 baş qoyunu 520 manata satdıqlarını və həmin pulun üzərinə öz pensiyasından 80 manat da əlavə etdiyini və Elçinə əlavə olaraq 600 manat pul verdiyini, bundan sonra Elçinin onlara tezliklə şad xəbər deyəcəyini bildirərək çıxıb getdiyini, lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq Elçindən və evdən bir səs-soraq olmadığından onlar artıq Elçinin onları aldatdığını başa düşdüklərini, buna görə də Elçindən ona verdikləri pulu geri tələb etməyə başladığını, bir neçə dəfə Elçinə zəng etdiyini, həmin vaxt Elçinin yenə də ona evin veriləcəyini bildirdiyini, lakin daha sonra Elçinin yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən evinə getdiyini, buna səbəb isə həmkəndlisi Zərərçəkmiş şəxs4 Elçindən pulunun çox hissəsini geri almasını eşitməyi olduğunu, Elçinin həmkəndlisi Nailəni də aldatdığını və ondan 13000 (on üç min) manat pulu dələduzluqla ələ keçirdiyini, Elçinin yaşadığı evə getdikdən və pulunu geri tələb etdikdən sonra Elçinin atası Çingizin ona hər ay 200 manat pul verəcəyini bildirdiyini, bundan sonra Çingizin 2021-ci ilin dekabr ayından etibarən hər ay ona 200 manat olmaqla ümumilikdə 800 manat pulunu geri qaytardığını, lakin həmin pulu kredit götürdüklərindən və qızının iki azyaşlı uşaqla tək yaşaması səbəbindən Elçindən pullarını cəm halda geri qaytarmasını tələb etdiklərini, Elçinin atası Çingiz 2022-ci ilin mart ayında onun bütün pulunu geri qaytaracağını söz versə də vədinə əməl etmədiyini, həmçinin Elçinin bu kimi dələduzluq əməllərini tək ona qarşı deyil həmkəndlisi Zərərçəkmiş şəxs4, qayını oğlu Şöhrətə, qardaşı Zərərçəkmiş şəxs3 və Yevlax rayon sakini Aybəniz Məsimovaya qarşı da etdiyini və onlardan xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirərək mənimsədiyini, hal-hazırda Elçinin etibarından sui-istifadə edərək ondan ümumilikdə 7600 manat pulunu mənimsədiyini, lakin Elçinin həmin puldan ona cəmisi 800 manat pul qaytardığını, qalan pulu isə müxtəlif bəhanələr uydurub ona geri qaytarmadığını, ona vurulmuş ziyanın ödənilmədiyini ödənilməsini tələb etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində 2020-ci ilin yanvar ayında əmisinin həyat yoldaşı Zərərçəkmiş şəxs2 qızı Leylanın yoldaşı vəfat etdikdən sonra sosial yardım düzətlmək üçün Ağdaş RİHB-nın Yuxarı Ləki kənd inzibati ərazinin nümayəndəliyinə yaxınlaşdığını, orada özünü Ağdaş RİHB-nın Yuxarı Ləki kənd inzibati ərazi nümayəndəliyinin işçisi kimi tanıdan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sosial yardım həmçinin ev növbəsinə durub ev alacağını söz verdiyini ondan 7600 manat məbləğində pul aldığını, bibisi Səbirənin ona bu barədə danışdıqda özünün də Elçini tanıdığını bildirdiyini, Elçinə zəng edib həyat yoldaşı Rəna İslamovanı işə düzəltməkdə ona kömək etməsini xahiş etdiyini, Elçin də ona bununla bağlı kömək edəcəyini və həyat yoldaşı Rənanı işlə təmin edə biləcəyini söylədiyini, daha sonra onun Elçinlə Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evdə görüşdüyünü və ətraflı söhbət etdiklərini, söhbət zamanı Elçinə həyat yoldaşı Rənanın kollec bitirdiyini və diplomunun olmasını söylədiyini, Elçinin də ona həyat yoldaşı üçün müəlliməlik işini düzəldəcəyini söylədiyini, bunun müqabilində Elçinin ondan 5000 (beş min) manat pul itədiyini, özünün də Elçinlə razılaşdığını və həmin məbləğdə pulu ona verəcəyini söylədiyini, buna görə də Azərbaycan Beynəlxalq Bankından kredit götürdüyünü, daha sonra həmin pulu Zərərçəkmiş şəxs2 yaşadığı evdə olan zaman Elçinə verdiyini, bundan sonra Elçinin ondan həyat yoldaşı Rənanın şəxsiyyət vəsiqəsinin və diplomunun kserokopiyasını istədiyini, buna görə də həmin sənədləri də Elçinə verdiyini, Elçinin də ona hazırda boş yerlərin olmadığını, 2021-ci ilin sentyabr ayında həyat yoldaşını işlə təmin edəcəyini bildirdiyini, bundan sonra Elçinin ona dediyi vaxtı gözlədiyini, bundan bir müddət sonra onun xalası qzının həyat yoldaşı Vasif ilə söhbət edən zaman həyat yoldaşı Rənanı işə qoymaq istədiyini, buna görə də Elçin adlı şəxslə söhbət edərək razılığa gəldiyini, həmçinin işi düzəltməsi üçün Elçinə 5000 manat pul verdiyini bildirdiyini, həmin vaxt Vasifin də özünə həyat yoldaşı Aybənizin Pedaqoci univeristeti bitirdiyini və əgər alınarsa onu da işə qoymaq istədiyini bildirdiyini, özünün də Vasifə bu barədə Elçinlə danışacağını bildirdiyini, bundan sonra dəqiq yadında qalmayan tarixdə Elçinə xalasının qızı Aybəniz də tarix müəlliməsi ixtisası üzrə universitet bitirdiyini və hazırda iş axtardığını bildirdiyini, Elçinin də ona xalası qızı Aybənizi Yevlax şəhərində 7 saylı orta məktəbə işə düzəldə biləcəyini bildirdiyini, 2020-ci ilin iyun ayında onun və xalası qızı Aybənizin həyat yoldaşı Vasif Elçin ilə sonuncunun yaşadığı evin qarşısında küçədə, onun idarə etdiyi avtomobildə görüşdüyünü və Elçinə 5500 manat pulu, xalası qızının şəxsiyyət vəsiqəsini və diplomunu verdiklərini, təxminən 10 gün sonra Elçinin sənədləri qaytararaq, artıq qeydiyyata vurulduğunu və 2021-ci ilin sentyabr ayına qədər yoldaşı Rəna İslamova və xalası qızı Aybəniz işə çıxacaqlarını bildirdiyini, 2021-ci ilin sentyabr ayında Elçinin tərəfindən aldandığını başa düşüb ondan ona verdiyi pulları geri istədiyini, lakin bu günə kimi Elçinin müxtəlif bəhanələr uyduraraq özündən aldığı pulu geri qaytarmadığını, Elçinin onun pulunu qaytaracağı təqdirdə ondan şikayətçi olmayacağını ona vurulmuş ziyanın ödənilmədiyini, ödənilməsini tələb etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verdiyi ifadəsində Şöhrət Məsimovun onun uzaq qohumu olduğunu, 2020-ci ilin iyun ayında Şöhrətlə söhbət edən zaman söhbət əsnasında Şöhrətin ona Elçin adlı şəxsin olduğunu və həmin şəxsin onun həyat yoldaşını işlə təmin edilməsinə köməklik etdiyini bildirdiyini, Şöhrətin həyat yoldaşı peşə məktəbini bitirdiyini, buna görə də Elçin adlı şəxsin də onu işlə təmin edəcəyini bildirdiyini, Şöhrətdən Elçin adlı şəxslə danışmasını və onun həyat yoldaşını da işlə təmin etməsini xahiş etdiyini, Şöhrətin də onunla razılaşdığını və Elçin ilə danışacağını bildirdiyini, bundan təxminən 3-4 gün sonra Şöhrətin ona zəng edərək Elçin adlı şəxslə danışdığını və onun həyat yoldaşını da işlə təmin edilə biləcəyini söylədiyini, həmçinin Şöhrətin ona Elçinin bunun müqabilində onlardan 5500 (beş min beş yüz) manat pul alacağını bildirdiyini, özünün də Şöhrətlə razılaşdığını və həmin məbləğdə pulu Elçin adlı şəxsə verə biləcəyini bildirdiyini, daha sonra Şöhrətin ona Elçin adlı şəxsin həmin məbləğdə pulu, həyat yoldaşının diplomunu və şəxsiyyət vəsiqəsini istədiyini bildirdiyini, buna görə də xx.xx.2022-ci il tarixdə 5500 manat pulu, həyat yoldaşının diplomunu və şəxsiyyət vəsiqəsini götürərək Ağdaş rayonuna gəldiyini, özünün əvvəlcə Şöhrətlə görüşdüyünü, bundan sonra ikisinin birlikdə Elçin adlı şəxsin yaşadığı evə getdiklərini, ora çatan zaman Elçin adlı şəxsin küçəyə çıxdığını və onları qarşıladığını, 5500 manat pulu, həyat yoldaşının diplomunu və şəxsiyyət vəsiqəsini Elçin adlı şəxsə verdiyini, bundan sonra Elçinin ona həyat yoldaşının 2021-ci ilin sentyabr ayında işlə təmin olunacağını bildirdiyini, özünün də Elçindən nəyə görə bu işin gec olacağını soruşduğunu, Elçin də ona artıq boş yerlərin olmadığını və bir ildən sonra boş yerlərin olacağını bildirdiyini, buna görə də onun sözlərinə inandığını və onunla razılaşdığını, daha sonra isə çıxıb gəldiyini, bundan sonra 2021-ci ilin sentyabr ayına qədər gözlədiyini, lakin Elçindən bir xəbər çıxmadığını və işin də düzəlmədiyini, buna görə də Şöhrətlə əlaqə saxladığını, Şöhrətin də ona Elçin adlı şəxsin onu da aldatdığını bildirdiyini, həmçinin Şöhrətin ona Elçinin yaşadığı evə gedərək pullarını tələb edəcəyini bildirdiyini, bundan sonra yenidən Şöhrət ilə əlaqə saxlayan zaman Şöhrətin ona Elçinin onları və başqa bir neçə şəxsi də aldatdığını bildirdiyini, 5500 manat pulun 15 iyun 2020-ci ildə Elçinin yaşadığı evin qarşısında Şöhrətə məxsus avtomobildə Şöhrətin yanında verdiyini, ona vurulmuş ziyanın ödənilmədiyini ödənilməsini tələb etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, oğlu Elçinin ailəli olduğunu və onun bir azyaşlı övladı olduğunu, Elçinin öz ailəsi ilə birlikdə onunla bərabər yaşadığını, aralarında heç bir düşmənçilik və ədavət olmadığını, Elçinin əvvəllər Ağdaş rayon Yuxarı Ləki kəndində İcra Nümayəndəsinin müavini vəzifəsində işlədiyini, lakin sonradan özünün öz ərizəsi ilə işdən çıxdığını, daha sonra isə onun evinin yanında olan özünə məxsus taxta sexini işlətməyə başladığını, təxminən 2021-ci ilin aprel ayında sexində fəhlə kimi işləyən Hüseyn adlı şəxsin anası Nailə adlı qadının onun yaşadığı evə gəldiyini, həmin zaman Nailə adlı qadının ona oğlu Elçinin ondan 10000 min manat pul aldığını və həmin pulu Elçinin ondan sosial yardım, pensiya düzəltmək və onu ev növbəsinə yazaraq ev alacağı ilə aldığını bildirdiyini, həmin zaman oğlundan bu barədə soruşanda isə oğlunun ona Nailədən 10000 manat pul aldığını, həmin pulu taxta sexində material almaq üçün istifadə etdiyini bildirdiyini, həmin zaman oğluna öz iradlarını bildirdiyini, daha sonra isə oğlunun aldığı 10000 manat pulu Nailəyə qaytaracağını bildirdiyini, həmin zaman Nailənin ona əgər bir həftə ərzində onun 10000 manat pulunu qaytarmasa oğlundan şikayət edəcəyini bildirdiyini, özünün də Nailənin onun oğlundan şikayət etməməsi üçün yoldaşının adına almış olduğu 25 sot torpaq sahəsini qiyməti təxminən 25000 manat olan həmin torpaq sahəsini Nailənin qardaşı oğlunun adına sənədləşdirmək məcburiyyətində qaldığını, belə ki, onlara həmin torpaq sahəsini satmaq üçün ona müştəri tapmalarını və torpaq sahəsini satdıqdan sonra Nailənin 10000 manat pulunu geri qaytaracağını bildirdiyini, belə olub ona həmin torpaq sahəsini almaq istəyən olduğunu bildirdiklərini, lakin həmin şəxsin ona torpaq sahəsini almaq üçün 15500 manat pul təklif etdiyini, özünün də məcbur qalaraq həmin 25000 manat dəyərində olan torpaq sahəsini 15500 manat onlara satmalı olduğunu, daha sonra isə həmin torpaq sahəsinin pulunu yəni 15500 manat puldan 5500 manat pulunu ona Nailənin qardaşı Qalibin verdiyini və ona 10000 manat pulu bacısına verdiyini bildirdiyini, lakin aradan bir il keçdikdən sonra Nailənin Ağdaş rayon prokurorluğuna müraciət edərək oğlunun ondan aldığı 10000 manat pula görə 3000 manat faiz ödədiyini və bu səbəblə də ona 3000 manat maddi ziyan dəydiyini və 3000 manat pulu geri istədiyini bildirdiyini, oğlu Elçinin də ondan 10000 manat aldığını və özünün də onun 10000 manat pulunu geri qaytardığını bildirdiyini, daha sonra 2021-ci il aprel ayında yəni Nailənin pulunu qaytardıqdan sonra onun yaşadığı evə əvvəllər üzdən tanıdığı Səbirə adlı qadının gəldiyini, həmin zaman Səbirə adlı qadının ona oğlu Elçinin ondan 7600 manat aldadaraq pul aldığını bildirdiyini, həmin zaman bu barədə oğlundan soruşan zaman oğlunun ona Səbirə adlı qadından 1300 manat pul adlığını və həmin pulu da taxta materialı almaq üçün xərclədiyini, tez bir zamanda qaytaracağını bildirdiyini, belə olub yenə də Elçinə öz iradlarını bildirdiyini və Səbirə adlı qadına onun pulunu aylıq 200 manat olaraq geri qaytaracağını bildirdiyini, ona qaytaracağı pulun 1300 manat olacağını, çünki oğlunun ona Səbirədən 1300 manat aldığını bildirdiyini, belə olub 2022-ci ilin yanvar ayından Səbirə adlı qadına 4 ay 200 manatdan cəmi 800 manat pul geri qaytardığını, lakin sonradan Səbirənin oğlundan şikayət etdiyi üçün artıq ona 200 manat pulu vermədiyini, bundan sonra 2021-ci ilin sentyabr və ya oktyabr ayında xatırlamadığı vaxtda Şöhrət adlı tanışının onun yaşadığı evə gələrək ona “sənin oğlun Elçin mənim yoldaşımı işə düzəltmək adı ilə məndən 5000 manat pul alıb, lakin vədinə əməl etmir” dediyini, özünün də ona “sən mənim oğluma həmin 5000 manat pulu harada vermisən” dediyini, Şöhrətin də ona həmin pulu onun yaşadığı evin qarşısında özünə məxsus avtomobilin içərisində verdiyini bildirdiyini, həmin zaman oğlundan bu barədə soruşanda oğlunun ona Şöhrətdən 5000 manat pul aldığını, lakin həmin pulu ondan borc aldığını bildirdiyini, özünün də həmin zaman Şöhrətə “sən mənə vaxt ver mən həmin pulu sənə 2022-ci ilin mart ayında tam olaraq geri qaytaracam” dediyini, belə ki, həmin pulu mart ayında alacağı qohumu olduğunu, həmin qohumunun Ukraniya Respublikasında yaşadığını, bundan sonra Şöhrətin bu barədə ona heç nə demədiyini, daha sonra isə Şöhrətin 2022-ci ilin mart ayında yaşadığı evə gələrək ondan 5000 manat ona olan borcunu istədiyini, lakin özünün də ona “Ukraniya Respublikasında yaşayan qohumum gələ bilməyib, belə ki, orada müharibə baş verdiyi üçün gələ bilməyib, bu səbəblə də pulu düzəldə bilmədim” dediyini, bundan sonra ona “mən bankdan kredit götürmək istəyirəm, lakin mənə bankda zamin lazımdır, sən mənə zamin tap mən həmin pulu kreditə götürüm sənə verim” dediyini, lakin Şöhrətin bununla razılaşmadığını və onun yaşadığı evdən çıxaraq getdiyini, bundan sonra Şöhrətin onun yaşadığı evə gəldiyini və ona Elçinin evdən çağıraraq avtomobilinə əyləşdirərək apardığını, daha sonra Elçini yaşadığı evə geri gətirdiyini, bundan sonra Şöhrətin ona qapıda “sən istəyirsən ki, mən sənin oğlundan şikayət etməyim, onda sən obyektini mənim adıma keçir” dediyini, özünün də ona “səninlə səhər danışarıq” dediyini, bundan sonra Şöhrətin onun yaşadığı evdən getdiyini, lakin səhəri günü yenə onun yaşadığı evə gəldiyini, Şöhrətə “sənə 5000 manat borcumuz var lakin mənim obyektimin qiyməti 80000 manatdır, qiyməti də sənə görə endirirəm 60000 manat edirəm, ala bilirsənsə gəl sənə satım” dediyini, bundan sonra Şöhrətin ona “mənim 60000 manat pulum yoxdur” dediyini, özünün də ona “obyekti sənin adına keçirim notarial qaydada, sən borcun olan 5000 manatı çıx və mənə notarial qaydada söz ver ki, mənim Çingizə 55000 manat borcum var” dediyini, həmçinin “mən səndən 55000 manat pulu da tez istəmirəm, obyekti satlığa qoyaq və obyekt satılan kimi mənim pulumu geri verərsən” dediyini, lakin Şöhrətin onunla razılaşmadığını, bundan sonra da Şöhrətin Ağdaş rayon prokurorluğuna gələrək oğlumun barəsində şikayət etdiyini, daha sonra Şöhrətə “mən obyekti keçirim sənin adına sən şikayətçi olma, səndən 55000 manat pulu da istəmirəm” dediyini, Şöhrətin əvvəl onunla razılaşdığını, lakin sonradan onunla razılaşmadığını, pulunu ondan istədiyini, özü tərəfindən zərərçəkmiş şəxslərin hər birinə hər ay 100 manat, həbsdən çıxdıqdan sonra isə oğlu Təqsirləndirilən şəxs tərəfindən tərəfindən də 100 manat, cəmi hər ay 200 manat ödənilməsini təklif etdiyini, lakin onların razılaşmadıqlarını bildirdi. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az cinayət törətməsini, təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etməsini və himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsin əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 14 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, vurulmuş 24.600 manat ziyanın ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Vurulmuş 24.600 manat ziyanın ödənilməməsi nəzərə alınsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar