Məhkəmə qərarları › İş №1(014)-79/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-79/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-79/2020 20.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimova Firuzə Şahin qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçilər:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi2 İsgəndər oğlu və X1 iştirakı ilə Təqsirləndirilən şəxs1 xx xxx 1970-ci ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 xx xxxx 1987-ci ildə Ağdaş rayonu, Ortə Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2020-ci ilin yanvar ayının əvvələrində naməlum mənbədən satış məqsədilə 200.43 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib satış məqsədilə qanunsuz olaraq yaşadığı evində saxlamış, həmin narkotik vasitədən bir kibrit qutusunda təmiz çəkisi 9.68 qram narkotik vasitə olan marixuananı xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində 30 manata yaşadığı Ağdaş rayonu, Pirəzə kəndindəki evinin qarşısındakı küçədə tanışı Ağdaş rayonu, Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitədən bir ədəd kibrit qutusunda, təmiz çəkisi 3.49 qram narkotik vasitə olan qurudulmuş marixuananı xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində 25 manata Ağdaş rayonu, Pirəzə kəndindəki evinin qarşısındakı küçədə tanışı Ağdaş rayonu, Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, 01 kağız bükümdə olan 7.41 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə həmin tarixdə sonuncuya pay vermişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq saxladığı bir ədəd sellofan torbada təmiz çəkisi 174.97 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4.88 qram ümumi təmiz çəkisi 179.85 qram olan qurudulmuş marixuana yaşadığı Ağdaş rayonu, Pirəzə kəndində yerləşən evinin həyətindən, həmçinin xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 2020-ci ilin yanvar ayının əvvələrində satdığı 9.68 qram narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 avtomaşınından, xx xxxxxxx 2020-ci il tarixdə satdığı 3.49 qram və pay verdiyi 7.41 qram narkotik vasitə olan qurudulmuş marixuana onun üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində xx xxxxxx 2020-ci il tarixdə kəndlərində evdə olduğunu, həmin vaxt həmkəndlisi İsmətin ona zəng etdiyini və çayxanaya çağırdığını, çayxanaya getdikdən sonra polis əməkdaşı Şahid3 ona yaxınlaşdığını və onda ***-***-**-** telefon nömrəsi olmasını dediyini və ona baxmağını xahiş etdiyini, nömrəyə baxdığını və Pünhana həmin nömrənin onun nömrəsi olmasını bildirdiyini, daha sonra Şahid3 gəldiyi VAZ-21099 markalı avtomobilə oturduğunu və Pünhanın onu qəbristanlığın yanına apardığını, orada Pünhanın ondan Cavada narkotik vasitə satmasını soruşduğunu, Cavada narkotik vasitə satmadığını dediyini, daha sonra Pünhanın onda narkotik vasitə olub olmadığını soruşduğunu, o da özündə bir kibrit qutusu narkotik vasitə olduğunu, həmin narkotik vasitəni kürün kənarından tapdığını dediyini, özü istfadə etmək üçün özündə saxladığını, daha sonra Pünhanın ondan başqa narkotik vasitə olmasını soruşduğunu, Pünhana onda başqa narkotik vasitə olmadığını dediyini, həmin vaxt orada olan Şahid4 onun çiynindən öz çiyni ilə dümsüklədiyini və bir qutunun yerini deməsini dediyini, Samidə evə gedəndə deyəcəyini dediyini, daha sonra onun yaşadığı evə getdiklərini, həmin vaxt orada polis şöbəsindən gəlmiş digər şəxslərin də olduğunu, həmin şəxslərin təxminən 12-13 avtomobildə gəldiyini, təxminən 30 nəfərə yaxın polis əməkdaşlarının olduğunu, daha sonra ona evində axtarış aparılacağını bildirdiklərini, lakin heç bir rəsmi sənəd göstərmədiklərini, daha sonra həyətə təxminən 25 nəfərin girdiyini, həmin vaxt orada müdafiəçi və hal şahidi görmədiyini, orada yalnız polis əməkdaşlarının olduğunu, 3 nəfər mülki formada adam olduğunu, onları da sürücü kimi tanıdığını, vəkil Müdafiəçi1 əvvələr tanımadığını, daha sonra yəni ertəsi gün Müdafiəçi1 MSY-nə onun yanına gələndə həmin şəxsin vəkil Müdafiəçi1 olduğunu, lakin vəkili onunla ünsiyyət etməyə qoymadıqlarını, həyətə girdikdən sonra polis əməkdaşlarını tövləyə apardığını, orada tövlənin girişində bir kibrit qutusunda olan narkotik vasitə olan marixunanı daşın altına qoyduğunu, həmin yeri göstərdiyini, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən götürüldüyünü, daha sonra polis əməkdaşlarının tövlənin içərisinə girdiklərini və oranı axtardıqlarını, daha sonra axurun içərisindəki otu boşaldıb axuru axtardıqlarını, daha sonra polis əməkdaşlarından birinin tövlənin damına çıxıdığını, həmin əməkdaşın kim oluğunu bilmədiyini, həm də havanın qaraldığını, özü də oraya çıxmaq istədiyini, lakin polis əməkdaşlarının onu qoymadıqlarını, daha sonra həmin polis əməkdaşının tövlənin damından aşağı ot tulladığı yerdən aşağı nəsə tulladığını, polis əməkdaşının aşağı tulladığı yerə baxmaq istədiyini, lakin polis əməkdaşlarının ona baxmağa icazə vermədiklərini, daha sonra ev tərəfə getdiklərini, evə gedənə qədər evi axtardıqlarını, ailə üzlərini isə başqa otağa saldıqlarını, lakin yaşadığı evdən sandıqdan toxum aşkar olunduğunu bildirdiklərini, daha sonra onun üzərində şəxsi axtarış apardıqlarını, üzərindən şəxsi axtarış zamanı 5 manat pul, içərisindən kibrit dənələri olan kibrit qutusu, bir də siqaret aşkar olunduğunu, daha sonra evdən çıxıb gələndə ona dayanmalarını tövləyə bir daha baxış keçiriləcəyini bildirdiklərini, həmin vaxt tövləyə baxış keçirildiyini, həmin vaxt əvvəlcədən götürülmüş kibrit qutusunu yerinə qoyulduğunu, həmin kibrit qutusunun təzədən götürüldüyünü, həmiçinin polis əməkdaşlarından tanımadığı birinin axurun üzərinə getdiyini və orada sellofan torba olmasını, içərisində isə maruxana olmasını bildirdiyini, bundan sonra sürücü dedikləri şəxsləri çağırdıqlarını, daha sonra həmin torbaların şəklini çəkdiklərini, tərəziyə qoyub çəkdiklərini, bundan sonra onun arxadan iki qoluna qandal vurduqlarını və onu polis şöbəsinə gətirdiklərini, daha sonra polis şöbəsində ondan ifadə aldıqlarını, həmin vaxt baş təhqiqatçı Rəşid müəllimin onun ifadəsini özü yazdığını, onun qarşısına ağ kağızlar qoyduğunu və konvert qoyduğunu, ona bura qol çəkməsini bildirdiyini, onu vuraraq bir neçə yerə qol çəkdirdiyini, qol çəkmək istəmədiyini, lakin onu Rəşidin vuraraq qol çəkdirdiyini, onluq iş olmadığını ona bildirdiyini, qol çəkdiyini, ifadəsi alınan vaxt onun yanında müdafiəçinin olmadığını, onu narkotik vasitələrin satışında ittiham etdiklərini sonradan bildiyini, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını və pay vermədiyini, Təqsirləndirilən şəxs2 tanıdığını, taksi sürücüsü kimi ünsiyyəti olduğunu, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş RPŞnin TQ-da şübhəli şəxs qismində dindirilərkən, həmçinin xx xxxxxx 2020-ci il tarixdə Müdafiəçi1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirlərkən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə 25 manata bir qutu narkotik vasitə olan qurudulmuş marixuana satması, həmçinin 3-4 gün əvvəl 30 manata bir qutu narkotik vasitə olan qurudulmuş marixuana satmasını etiraf etməsi, lakin xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ondan 25 manata aldığı narkotik vasitəni yararsız olduğuna görə geri qaytardığını və ondan 25 manatı aldığını bildirməsi, həmiçinin bu məzmunda verdiyi ifadəsini müdafiəçisi Ehtibar Adbullayev tərəfindən ona oxunduqdan sonra təsdiq etməsi ilə bağlı ifadə vermədiyini, yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanlardan bir kibrit qutusunun özünə məxsus olduğunu, sellofan bükümdə olan narkotik vasitənin isə onun tövləsinə tanımadığı polis əməkdaşı tərəfindən qoyulduğunu bildirməsi ilə bağlı ifadə verdiyini, onun həyətinə baxış keçirilərkən Müdafiəçi1 görmədiyini, cinayət işinə əlavə olunmuş fotoşəkillərdən xx xxxxxx 2020-ci il tarixdə, saat 20:20 radələrindən etibarən onun üzərinə şəxsi axtarış, daha sonra yaşadığı evə hal şahidlərinin və müdafiəçi Ehtibar Abdulayevin iştirakı ilə baxış keçirilməsinin görünməsi ilə bağlı ona vəkil təqdim olunmadığını, müdafiəçi barədə eşitmədiyini, həmin şəxsi və hal şahidlərini polis əməkdaşları ilə gəlmiş sürücü kimi bildiyini, onun evinə baxış keçirilən zaman ona heç bir sənəd təqdim etmədiklərini, ərizəsini sonradan ona polis şöbəsində məcburi yazdırdıqlarını, ona heç bir sənəd göstərilmədən evinə baxış keçirildiyini, həmçinin polis əməkdaşları tərəfindən tövləsinə qanunsuz olaraq narkotik vasitə qoyulduğunu iddia etdiyi halda sonradan evinə baxış keçirilməsinə etiraz etmədiyini yazması ilə bağlı təhqiqatçı Rəşid Musayevin ondan zorla ərizə aldığını, həmiçinin onun mədəsindən vurduğunu, 4-5 gün yemək yemədiyini, bu barədə istintaq zamanı qorxduğu üçün heç kimə bildirmədiyini, həyətindən tövlədən aşkar olunmuş kibrit qutusunda olan narkotik vasitəni özü istifadə etmək üçün özündə saxladığını bildirdiyini, məhkəmə-narkoloci ekspertizasının rəyində onun narkotik vasitələrdən istifadə etmədiyini bildirdiyini, lakin əvvələr narkotik vasitələridən az-az istifadə etdiyini, tapdığı kibrit qutusunda olan narkotik vasitəni isə özü istifadə edəcəyini, məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 10 saylı rəyində Təqsirləndirilən şəxs2 üzərindən və avtomobilindən, həmçinin onun həyətindən tövlədən aşkar olunmuş kibrit qutusunda və sellofan bükümdə olan narkotik vasitələrin tərkibinin eyni olnmasının göstərilməsi ilə bağlı həmin narkotik vasitələr götürülən zaman möhürlənmədiyini, götürülmüş narkotik vasitələrin taleyindən xəbəri olmadığını, yaşadığı evdə və həyətdə baxış keçirilməsinə dair tərtib olunmuş protokolda tövlədən aşkar olunmuş kibrit qutusunda və sellofan bükümdə olan narkotik vasitələrin qablaşdırılmasına və üzərinin möhürlənməsinə dair qeyd olması, onun heç bir şikayəti olmadığından həmin protokolu imzalaması ilə bağlı həmin paketlərin axşam o polis idarəsində gətirildikdən sonra möhürləndiyini, 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayı ərzində onun saxlanılana qədər Təqsirləndirilən şəxs2la aralarında mütəmadi olaraq danışıqlar olmasının müəyyən edilməsi ilə bağlı onunla telefonla hal əhval tutmaq üçün danışdıqlarını, Təqsirləndirilən şəxs2la aaralarında narkotik vasitə ilə bağlı söhbət olmadığını bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən qaçmaq məqsədi daşıyır, rabitəsiz ifadəsi işin faktik halları ilə ziddiyət təşkil edir, onun ifadəsi iş üzrə digər təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam sübuta yetirilir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi , əməlindən peşman olduğunu bildirdi və ifadəsində xəstəliy ilə bağlı bədənində ağrılar olduğunu, həmçinin anası X5 da, xəstə olduğunu, onun fikrini çəkdiyini, buna görə də narkotik vasitə olan marixuanadan istifadə etdiyini, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 16:30 radələrində Ağdaş-Ləki avtomobil yolu ilə Ağdaş rayonu, Pirəyir kəndinin yaxınlğında Ləki istiqamətində etibarnamə ilə idarə etdiyi özünə məxsus Mercedes Benz markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən polis əməkdaşlarının onu saxladıqlarını və ona narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirdiklərini, şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçənin iç döş cibindən 02 ədəd kağız bükümü, həmin gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusunu, cins şalvarın sol cibindən 01 ədəd siqaret qutusu, həmin şalvarın sağ cibindən 03 ədəd bir manatlıq pul əskinasları, gödəkçənin sol iç döş cibindən iki ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq pul əskinasları və şalvarın kəmərində olan avtomobilinin elektron açarını növbətçi hissədə olan masanın üzərinə qoyduğunu, üzərindən çıxan siqaret qutusu açıldığını, içərisindən siqaret dənələri aşkar edildiyini, daha sonra üzərindən çıxan hər iki kağız bükümün və kibrit qutusunun da açıldığını və içərilərindən yaşıl rəngli, kəskin iyli bitki kütlələri aşkar olunduğunu, həmin bitki kütlələrinin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütlələrinin elektron tərəzidə çəkildiyini, sonra həmin kağız bükümlərin və kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, şəxsi axtarış aparılarkən üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda və 02 ədəd kağız bükümdə olan narkotik vasitəni Ağdaş rayonu, Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə 25 manata aldığını bildirdiyini, daha sonra Ağdaş RPŞ-nin həyətində hal şahidlərinin, müdafiəçinin iştirakı etibarnamə ilə idarə etdiyi Mercedes Benz markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparıldığını, axtarış zamanı həmin avtomobilin sürücü tərəfdən sol ön qapısının yan cibindəki dəmir qutunun içərisindən 01 ədəd kibrit qutusu və qoltuq altının içərisindən isə 01 ədəd kağız büküm aşkar edildiyini, idarə etdiyi avtomobilin salonunda aşkar edilmiş kağız bükümün və kibrit qutusunun açıldığını və içərilərindən yaşıl rəngli, kəskin iyli bitki kütlələrinin aşkar olunduğunu, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütlələrinin elektron tərəzidə çəkildiyini, sonra həmin kağız bükümün və kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, bundan sonra hal şahidlərinin, müdafiəçinin iştirakı yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən yaşadığı evdə axtarış aparıldığını, lakin yaşadığı evdən heç nə aşkar edilmədiyini və götürülmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxladığını, xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı kənddə öz həyət qapılarının ağzında küçədə 25 manata bir kibrit qutusunda ona narkotik vasitə olan qurudulmuş marixuana satdığını, həmçinin həmin vaxt bir büküm də marixuana pay verdiyini, həmin büküm cırıldığından onu ayıraraq iki büküm halına saldığını, ondan təxminən 3-4 gün əvvəl də Əfqanın ona axşam saat 20:00 radələrində yenə də həmin küçədə 30 manata 01 ədəd kibrit qutusunda narkotik vasitə satdığını, avtomobilindən aşkar olunmuş narkotik vasitənin də həmin narkotik vasitələr olduğunu, onu iki yerə ayırdığını, əvvəl aldığı narkotik vasitədən bir dəfə az miqdarda istifadə etdiyini, lakin həmin narkotik vasitənin onun xoşuna gəlmədiyini, ona görə də Əfqandan yenidən narkotik vasitə aldığını, heç kimə narkotik vasitə satmadığını, Əfqandan bir neçə dəfə narkotik vasitə alıb istifadə etdiyini, birinci dəfə ifadə verdikdən sonra avtomobilindən aşkar edilmiş narkotik vasitənin aldığı günü xatırladığını, belə ki, avtomobilindən aşkar edilmiş narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Əfqandan aldığını, üzərindən aşkar olunmuş narkotik vasitəni isə xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Əfqandan aldığını, hər iki dəfə də Əfqanın ona narkotik vasitəni yaşadığı evin qarşısında küçədə verdiyini, həmin vaxt yanlarında heç kimin olmadığını, Əfqandan narkotik vasitə aldığını heç kimin bilmədiyini və görmədiyini bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin rəisi vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 17:00 radələrində Ağdaş RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və Şahid6la birlikdə Təqsirləndirilən şəxs2 Ağdaş-Ləki yolunun Ağdaş rayonu, Pirəyir kəndinin yaxınlığında üzü Ləki istiqamətində idarə etdiyi Mercedes Benz markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət etdiyini görüb onu saxlatdıqlarını, ona yaxınlaşaraq üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu idarə etdiyi avtomobili ilə birlikdə Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs2 dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, bundan sonra Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun əynində olan qırmızı rəngli gödəkçənin sol iç döş cibindən 02 ədəd kağız büküm, 02 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq pul əskinasları, həmin gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusu, cins şalvarın sol cibindən 01 ədəd siqaret qutusu, həmin şalvarın sağ cibindən 03 ədəd bir manatlıq pul əskinasları və şalvarın kəmərində olan avtomobilinin elektron açarı aşkar edildiyini, Təqsirləndirilən şəxs2 üzərindən çıxan siqaret qutusunun açıldığını, içərisindən siqaret dənələri olması aşkar edildiyini, daha sonra onun üzərindən çıxan hər iki kağız bükümün və kibrit qutusunun da açıldığını və içərilərindən yaşıl rəngli, kəskin iyli bitki kütlələrinin aşkar olunduğunu, həmin vaxt Təqsirləndirilən şəxs2 həmin bitki kütlələrinin narkotik maddə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitələri Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 adlı şəxsdən xx xxxxxx 2020-ci il tarixdə 25 manata aldığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütlələrinin elektron tərəzidə çəkildiyini, kağız bükümlərin içərisindəki bitki kütlələrinin çəkilərinin 4.98 qram və 5.25 qram olduğunu, kibrit qutusundakı bitki kütləsinin isə çəkisinin 6.47 qram olduğunu, sonra həmin kağız bükümlərin və kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin həmin zərfə imza etdiklərini, daha sonra isə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş siqaret qutusunun, pul əskinaslarının və avtomobilinin elektron açarının özünə qayatrıldığını, daha sonra Ağdaş RPŞ-nin həyətində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 etibarnamə ilə idarə etdiyi Mercedes Benz markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparıldığını, axtarış zamanı həmin avtomobilin sürücü tərəfdən sol ön qapısının yan cibindəki dəmir qutunun içərisindən 01 ədəd kibrit qutusu və qoltuq altının içərisindən isə 01 ədəd kağız büküm aşkar edildiyini, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin salonundan aşkar edilmiş kağız büküm və kibrit qutusunun açıldığını və içərilərindən yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin aşkar olunduğunu, bundan sonra aşkar olunmuş həmin bütki kütlələri elektron tərəzidə çəkildiyini, kağız bükümün içərisindəki bitki kütlələsinin çəkisi 8.64 qram və kibrit qutusundakı bitki kütləsinin isə çəkisinin 7.41 qram olduğunu, Təqsirləndirilən şəxs2 həmin kütlənin də narkotik vasitə olduğunu və onu 3-4 gün əvvəl Təqsirləndirilən şəxs1 30 manata aldığını bildirdiyini, sonra həmin kağız bükümün və kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin həmin zərfə imza etdiklərini, bundan sonra hal şahidlərinin, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən evində axtarış aparıldığını, lakin onun yaşadığı evdən iş üş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini və götürülmədiyini, daha sonra Ağdaş rayonu, Pirəzə kənd sakini xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmçinin Ağdaş Rayon Məhkəmsinin qərarı alındığını, həmin gün saat təxminən 19:30 radələrində polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Ağdaş rayonu, Pirəzə kəndində Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getdiklərini, orada Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və satması barədə onlarda məlumat olmasını, üzərində şəxsi axtarış və evində axtarış aparacaqlarını bildirdiklərini, həmçinin onu Ağdaş Rayon Məhkəməsinin qərarı ilə tanış etdiklərini, bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evdə hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirdiklərini, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd kibrit qutusu və siqret qutusunun, əynindəki cins şalvarın sağ yan cibindən isə 5 manatlıq pul əskinasının aşkar olunduğunu, üzərindən çıxan siqaret qutusu açıldığını, içərisindən siqaret dənələri aşkar edildiyini, kibrit qutusu da açıldığını və içərisindən kibrit dənələri aşkar edildiyini, daha sonra siqaret qutusunun, kibrit qutusunun və 5 manat pulu əskinasının Təqsirləndirilən şəxs1 qaytrıldığını, şəxsi axtarış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs1 və digər proses iştirakçılarının heç bir şikayəti olmadığından protokola imza etdiklərini, daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evdə və evin həyətində yerləşən tövlədə axtarış aparıldığını, axtarış zamanı yaşadığı evdə yataq otağındakı sandığın içərisindən ağ rəngli sellofan paketin içərisindən bitki toxumları aşkar edildiyini, daha sonra həmin bitki toxumları elektron tərəzidə çəkildiyini və çəkiləri 0.62 qram olduğunu, bundan sonra sonra onun yaşadığı evin həyətində yerləşən tövlənin içərisindən 01 ədəd kibrit qutusunun və 01 ədəd sellofan paketin aşkar edildiyini, yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş kibrit qutusu və sellofan paket açılan zaman içərilərindən kəskin iyli yaşıl rəngli bitki kütlələri aşkar edildiyini, daha sonra kibrit qutusunun elektron tərəzidə çəkildiyini və çəkisinin 8.22 qram olduğunu, sellofan paketin isə elektron tərəzidə çəkilən zaman isə çəkisinin 210 qram olduğunu, sonra həmin sellofan paketin və kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidləri həmin zərfə imza etdiklərini, baxış zamanı fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs1 və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, Təqsirləndirilən şəxs2 ilkin sorğu zamanı üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxladığını, xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 25 manata bir kibrit qutusunda ona narkotik vasitə olan qurudulmuş marixuana satdığını, həmçinin həmin vaxt bir büküm də marixuana pay verdiyini, həmin bükümün cırıldığından onu ayıraraq iki büküm halına saldığını, təxminən 3-4 gün əvvəl də Əfqanın ona axşam saat 20:00 radələrində 30 manata 01 ədəd kibrit qutusunda narkotik vasitə satmasını, avtomobilindən aşkar olunmuş narkotik vasitənin də həmin narkotik vasitələr olmasını və onu iki iki yerə ayırmasını bildirdiyini, Təqsirləndirilən şəxs1 ilkin sorğu zamanı həmin kibrit qutusunda olan narkotik vasitəni təxminən 7-8 gün əvvəl yaşadığı kəndin yaxınlığından keçən Kür çayının qırağında tapmasını, yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş sellofan paketin isə ona məxsus olmamasını, həmin narkotik vasitəni tövləsinə polis əməkdaşlarının qoymasını, lakin narkotik vasitənin onun tövləsinə qoyulma anını görmədiyindən hansı polis əməkdaşının qoyduğunu bilmədiyini, sellofan bükümdə olan qurudulmuş marixuananın onun olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri satması barədə CAB-nə məlumat daxil olduğunu, Təqsirləndirilən şəxs2 avtomobilinə, üzərinə və evinə baxış zamanı orada müdafiəçi, hal şahidləri və polis əməkdaşlarının olduğunu, Təqsirləndirilən şəxs1 üzərinə və evinə baxış zamanı orada müdafiəçi, hal şahidləri və polis əməkdaşlarının olduğunu bildirdi. İş üzrə şahidlər Şahid4 və Şahid6 məhkəmə iclasında Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin gün saxlanılmış Ağdaş rayonu, Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən, həmçinin avtomobilinə baxış keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğunu, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda satın aldığını bildirdiyini, həmin məlumat əsasında həmin tarixdə CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, həmçinin Şahid2 tərəfindən müvafiq sənədləşmələr aparılaraq Ağdaş Rayon Məhkəməsindən qərar alındığını, həmin gün saat təxminən 19:30 radələrində polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Ağdaş rayonu, Pirəzə kəndində Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getdiklərini, orada Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və satması barədə onlarda məlumat olmasını, üzərində şəxsi axtarış və evində axtarış aparacaqlarını bildirdiklərini, həmçinin onu Ağdaş Rayon Məhkəməsinin qərarı ilə tanış etdiklərini, bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və Təqsirləndirilən şəxs1 şübhəli kimi tutulduğunu, daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evdə hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirdiklərini, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd kibrit qutusunun və siqret qutusunun, əynindəki cins şalvarın sağ yan cibindən isə 5 manat pul əskinasının aşkar olunduğunu, üzərindən çıxan siqaret qutusunun açıldığını, içərisindən siqaret dənələri aşkar edildiyini, kibrit qutusunun da açıldığını və içərisindən kibrit dənələrinin aşkar edildiyini, daha sonra siqaret qutusu, kibrit qutusu və 5 manat pulu əskinası ona qaytrıldığını, şəxsi axtarış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs1 və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evdə və evin həyətində yerləşən tövlədə axtarış aparıldığını, axtarış zamanı yaşadığı evdə yataq otağındakı sandığın içərisindən ağ rəngli sellofan paketin içəsirisindən bitki toxumlarının aşkar edildiyini, daha sonra həmin bitki toxunları elektron tərəzidə çəkildiyin və çəkilərinin 0.62 qram olduğunu, bundan sonra sonra onun yaşadığı evin həyətində yerləşən tövlənin içərisindən 01 ədəd kibrit qutusunun və 01 ədəd sellofan paket aşkar edildiyini, yaşadığı evin həyətindənki tövlədən aşkar edilmiş kibrit qutusu və sellofan paket açılan zaman içərilərindən kəskin iyli yaşıl rəngli bitki kütlələri aşkar edildiyini, daha sonra kibrit qutusunun elektron tərəzidə çəkildiyini və çəkisi 8.22 qram olduğunu, sellofan paketin isə elektron tərəzidə çəkilən zaman isə çəkisi 210 qram olduğunu, sonra həmin sellofan paketin və kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin həmin zərfə imza etdiklərini, baxış zamanı fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs1 və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, Təqsirləndirilən şəxs1 ilkin sorğu zamanı həmin kibrit qutusunda olan narkotik vasitəni təxminən 7-8 gün əvvəl yaşadığı kəndin yaxınlığından keçən Kür çayının qırağında tapmasını, yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş sellofan paketin isə ona məxsus olmamasını, həmin narkotik vasitəni tövləsinə polis əməkdaşlarının qoymasını, lakin narkotik vasitənin onun tövləsinə qoyulma anını görmədiyindən hansı polis əməkdaşının qoyduğunu bilmədiyini, sellofan bükümdə olan qurudulmuş marixuananın onun olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs1 narkotik vasitələri satması barədə Ağdaş RPŞ-nin CAB-na məlumat daxil olduğunu, lakin həmin məlumatı əvvələr realizə edə bilmədiklərini, Təqsirləndirilən şəxs1 üzərinə və evinə baxış zamanı orada müdafiəçi, hal şahidləri və polis əməkdaşlarının olduğunu bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 17:00 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini və həmin baxışda hal şahidi kimi iştirak etməyini təklif etdiklərini, eyni zamanda ondan başqa bir nəfər şəxsin də hal şahidi kimi dəvət olunduğunu, bundan sonra polis şöbəsində növbətçi hissədə əvvəlcədən tanımadığı sonradan adını bildiyi Cavad adlı şəxsin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun əynində olan qırmızı rəngli gödəkçənin sol iç döş cibindən 02 ədəd kağız büküm, 02 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq pul əskinasları, həmin gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusu, cins şalvarın sol cibindən 01 ədəd siqaret qutusu, həmin şalvarın sağ cibindən 03 ədəd bir manatlıq pul əskinasları və şalvarın kəmərində olan avtomobilinin elektron açarı aşkar edildiyini, Təqsirləndirilən şəxs2 üzərindən çıxan siqaret qutusunun açıldığını, içərisindən siqaret dənələri olması aşkar edildiyini, daha sonra onun üzərindən çıxan hər iki kağız bükümün və kibrit qutusunun da açıldığını və içərilərindən yaşıl rəngli, kəskin iyli bitki kütlələrinin aşkar olunduğunu, həmin vaxt Təqsirləndirilən şəxs2 həmin bitki kütlələrinin narkotik maddə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitələri Ağdaş rayonu, Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 adlı şəxsdən xx xxxxxx 2020-ci il tarixdə 25 manata satın aldığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütlələrinin elektron tərəzidə çəkildiyini, sonra həmin kağız bükümlərin və kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin həmin zərfə imza etdiklərini, daha sonra isə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş siqaret qutusunun, pul əskinaslarının və avtomobilinin elektron açarının özünə qayatrıldığını, daha sonra Ağdaş RPŞ-nin həyətində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes Benz markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparıldığını, axtarış zamanı həmin avtomobilin sürücü tərəfdən sol ön qapısının yan cibindəki dəmir qutunun içərisindən 01 ədəd kibrit qutusu və qoltuq altının içərisindən isə 01 ədəd kağız büküm aşkar edildiyini, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin salonundan aşkar edilmiş kağız bükümü və kibrit qutusunun açıldığını və içərilərindən yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin aşkar olunduğunu, bundan sonra aşkar olunmuş həmin bütki kütlələri elektron tərəzidə çəkildiyini, Təqsirləndirilən şəxs2 həmin kütlənin də narkotik vasitə olduğunu və onu 3-4 gün əvvəl Təqsirləndirilən şəxs1 30 manata satın aldığını bildirdiyini, sonra həmin kağız bükümün və kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər hal şahidinin həmin zərfin üzərinə imza etdiklərini, bundan sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən evində axtarış aparıldığını, lakin Cavıdın yaşadığı evdən heç nə aşkar edilmədiyini və götürülmədiyini, həmin gün, saat təxminən 19:30 radələrində polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Ağdaş rayonu, Pirəzə kəndində Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getdiklərini, orada polis əməkdaşlarının Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və satması barədə onlarda məlumat olmasını, üzərində şəxsi axtarış və evində axtarış aparacaqlarını bildirdiklərini, həmçinin onu Ağdaş Rayon Məhkəməsinin qərarı ilə tanış etdiklərini, bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və Təqsirləndirilən şəxs1 şübhəli kimi tutulduğunu, daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evdə hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirdiklərini, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd kibrit qutusu və siqret qutusunun, əynindəki cins şalvarın sağ yan cibindən isə 5 manat pul əskinasının aşkar olunduğunu, üzərindən çıxan siqaret qutusu açıldığını, içərisindən siqaret dənələri aşkar edildiyini, kibrit qutusunun da açıldığını və içərisindən kibrit dənələri aşkar edildiyini, daha sonra siqaret qutusunun, kibrit qutusunun və 5 manat pulu əskinasının Əfqana qaytrıldığını, daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evdə və evin həyətində yerləşən tövlədə axtarış aparıldığını, axtarış zamanı yaşadığı evdə yataq otağındakı sandığın içərisindən ağ rəngli sellofan paketin içəsirisindən bitki toxumları aşkar edildiyini, daha sonra həmin bitki toxumları elektron tərəzidə çəkildiyini, bundan sonra sonra onun yaşadığı evin həyətində yerləşən tövlənin içərisindən bir ədəd kibrit qutusunun və bir ədəd də sellofan paketin aşkar edildiyini, yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş kibrit qutusu və sellofan paket açılan zaman içərilərindən kəskin iyli yaşıl rəngli bitki kütlələri aşkar edildiyini, kibrit qutusunun və sellofan bükümün elektron tərəzidə çəkildiyini, həmin sellofan paketin və kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər hal şahidinin həmin zərfə imza etdiklərini, Ağdaş rayonu, Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs2 və Ağdaş rayonu, Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 əvəllcədən tanımadığını və onlarla da heç bir münasibətinin olmadığını, Təqsirləndirilən şəxs2 ilkin sorğu zamanı üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxladığını, üzərindən aşkar edilmiş narkotik vasitələri xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Ağdaş rayonu, Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 25 manata aldığını, avtomobilindən aşkar edilmiş narkotik vasitələri isə 3-4 gün əvvəl Təqsirləndirilən şəxs1 30 manata aldığını bildirdiyini, Təqsirləndirilən şəxs1 ilkin sorğu zamanı həyətindən aşkar olunmuş kibrit qutusunda olan narkotik vasitəni təxminən 7-8 gün əvvəl yaşadığı kəndin yaxınlığından keçən Kür çayının qırağından tapdığını, yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş sellofan paketin isə ona məxsus olmadığını, həmin narkotik vasitəni tövləsinə polis əməkdaşlarının qoymasını, lakin narkotik vasitənin onun tövləsinə qoyulma anını görmədiyindən hansı polis əməkdaşının qoyduğunu bilmədiyini, sellofan bükümdə olan qurudulmuş marixuananın onun olmadığını bildirdiyini göstərdi. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi. Təqsirləndirilən şəxs1 qızıdır, xx xxxxxx 2020-ci il tarixdə 30-35 nəfər polis işçisi onların yaşadığı evə gələrək axtarışa başladılar.Hətta polislər ona bildirdilər ki,narahatçılığa lüzum yoxdur, atası ilə bir az söhbət edib gedəcəklər,lakin onu aldatdılar. Həyətlərində tövlə var və evlə tövlənin arasındakı məsafə 10 metrdir.Polislər ilk olaraq tövləni axtardılar, heç nə tapmayıb,həyətin qabağını axtardılar, heç nə tapmayıb evi axtardılar, daha sonra evdə də heç nə tapmayıb həyətə düşdülər və o, həmin vaxt bir neçə polisin öz aralarında danışığının şahidi olmuşdur, belə ki, polislərdən biri digərinə tövlədə bir daha axtarış etməyi məsləhət bildi, beləliklə bir polisin tövləyə daxil olmağı ilə çıxmağı bir oldu və tövlədən narkotik vasitə tapdığını qışqıraraq bildirdi.Polislər axtarış edərkən onların iştirak etməsinə icazə verməmişlər. Tövləyə birinci dəfə baxılanda o həyətin qabağında idi, tövləyə ikinci dəfə baxılanda isə o evdə idi.Evin pəncərəsindən tövlənin içi görünməsə də, orada dayananların nə danışdıqları açıq aydın eşidilirdi. Polislərlə birgə polis formasında olmayan 5-10 nəfər mülki geyimli şəxslərdə əməliyyataxtarış tədbiri həyata keçirilən günü polislərlə birgə onların həyətinə gəlmişdilər. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 qapı qonşusudur. xx xxxxxx 2020-ci il tarixdə 9-10 polis avtomobilinin Təqsirləndirilən şəxs1 evinə gəldiyini şahidi olmuşdur. Həmin gün o tövlənin damından heyvanlara ot tullayırdı.Polislər onu görən kimi niyə çöldə olduğunu soruşduqda heyvanlara ot tulladığını onlara bildirmiş, polislər isə ona evinə getməyini və çöldə dayanmamağı tələb etmişlər. Həmin gün 25-30 nəfər polisin Təqsirləndirilən şəxs1 evinə gəldiyinin şahidi olmuşdur.Daha sonra nə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri ilə bağlı belə qənaətə gəlir ki, onların hər ikisi iş üçün sübut əhəmiyyəti kəsb edə biləcək məlumat vermədilər, digər tərəfdən X4 iş üzrə təqsirləndirilən şəxs X2 qızıdır və işin nəticəsi ilə bağlı maraqlı şəxsdir. «xxxxxxxx» MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlar təhlil edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 19:36, 19:59 radələrində Təqsirləndirilən şəxs1 telefon danışıqları olduğunu, həmçinin xx.xx.2020-ci il tarixdə saat 19:34, 19:47, 19:48, 19:51, 19:59 radələrində və daha sonra telefon danışıqları olduğunu müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 10 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bitki kütləsi» sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 02 ədəd kağız bükümlərdə, təmiz çəkiləri 3.69 qram, 3.72 qram, 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 3.49 qram, ümumi təmiz çəkisi 10.90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır.Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilindən aşkar edilmiş bitki kütləsi» sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə, təmiz çəkiləri 5.37 qram, 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 4.31 qram, ümumi təmiz çəkisi 9.68 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır.Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində yerləşən tövlədən aşkar edilmiş bitki kütləsi, yaşadığı evdən aşkar edilmiş bitki toxumları» sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan torbada, təmiz çəkisi 174.97 qram, 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 4.88 qram, ümumi təmiz çəkisi 179.85 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin zərfin içərisindəki 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0.32 qram olan 16 ədəd bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır.Tədqiqata təqdim olunmuş 03 ədəd zərflərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloci ekspertizasının xx.xx.2020-ci il tarixli 24 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloci kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloci ekspertizasının xx.xx.2020-ci il tarixli 301 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ciiltarixli 193 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterialoji (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) xüsusiyyətlərəbaxmayaraqo, hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 60 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterialoji (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətmələri onların özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, himayəsində biri xəstə olan iki yetkinlik yaşına çatmamış uşaqların olmasını, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmalarını bildirməsini, himayəsində bir azyaşlı olmaqla üç yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq bilir, Təqsirləndirilən şəxs2 cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmsını mümkün hesab edir, barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloci kabinetdə qeydiyyata alınmalı, Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsininəvvəlicəzanıicraedənorqandaqeydiyyataalındığıvaxtdanhesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 200.08 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işində saxlanılmalı, hökmün Təqsirləndirilən şəxs2 aid hissəsi onun yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloci kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 200.08 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar