Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-79/2021 14.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 6 saylı evin 62-ci mənzilində qeydiyyatda olan və yaşayan, barəsində 29 yanvar 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə Yevlax şəhəri, Q.Quliyev küçəsi 1 saylı evin 1-ci mənzilində yaşayan tanışı, xx xxxx 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 yetkinlik yaşına çatmadığını bilərək onun müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2017-ci ilin sonlarından 2018-ci ilin əvvəllərinədək olan müddət ərzində ayrı-ayrı naməlum yerlərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50-70 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb etmişdir. Eləcə də Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə Mingəçevir şəhəri, Xətai küçəsi 11 saylı evin 20-ci mənzilində kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs6 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2019-cu ilin sentyabr ayının sonlarından 2020-ci ilin avqust ayınadək olan müddət ərzində ayrı-ayrı naməlum yerlərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 70-80 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs6 gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə Mingəçevir şəhəri, Nizami prospekti 19/3 saylı evin 18-ci mənzilində yaşayan tanışı Zərərçəkmiş şəxs7 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin aprel ayından həmin ilin avqust ayının sonlarınadək olan müddət ərzində ayrı-ayrı naməlum yerlərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 80-100 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs7 gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etmişdir. Həmçinin Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə Mingəçevir şəhəri, Nizami prospekti 19/3 saylı evin 18-ci mənzilində yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin fevral ayından həmin ilin iyul ayının sonlarınadək olan müddət ərzində ayrı-ayrı naməlum yerlərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 80-100 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etmişdir. Eləcə də Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti 41 saylı evin 19-cu mənzilində kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs8 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin yay aylarında ayrı-ayrı naməlum yerlərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 80-170 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs8 gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə Mingəçevir şəhərində tanışı olan şəxsiyyətləri məlum olmayan Nigar, Ləman, Ayan, Aysel və Sevinc adlı, eləcə də digər qadınların Şahid7, Şahid8, Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14, Şahid15, Şahid16, Şahid17, Şahid18 və Şahid19 pul müqabilində cinsi əlaqədə olmaları üçün təqdim edilməsi barədə razılıqlarını aldıqdan sonra 2019-cu ilin yanvar ayının əvvəllərindən 2020-ci ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində ayrıayrı naməlum yerlərdə cinsi əlaqədə olmalarını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə götürməklə təkrarən fahişəliyə cəlb etmə cinayətini törətmişdir. Eləcə də Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin avqust ayının sonlarından ayrı-ayrı naməlum yerlərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50-60 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etmiş, Azərbaycan Respublikası DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 02 sentyabr 2020-ci il tarixdə, saat 18:00 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunun Ağdaş rayonu ərazisində yerləşən 276-cı kilometrliyində keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs müştərisi Şahid1 cinsi əlaqədə olmaq üçün təqdim edilərkən saxlanılmış və Şahid1 Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi qadınlara görə verdiyi 230 manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs4 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin iyul ayının sonlarından ayrı-ayrı naməlum yerlərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50-60 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etmiş, Azərbaycan Respublikası DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 02 sentyabr 2020-ci il tarixdə, saat 18:00 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunun Ağdaş rayonu ərazisində yerləşən 276-cı kilometrliyində keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs müştərisi Şahid1 cinsi əlaqədə olmaq üçün təqdim edilərkən saxlanılmış və Şahid1 Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi qadınlara görə verdiyi 230 manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs5 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin avqust ayının ortalarından ayrı-ayrı naməlum yerlərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50-60 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs5 gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etmiş, Azərbaycan Respublikası DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 02 sentyabr 2020-ci il tarixdə, saat 18:00 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunun Ağdaş rayonu ərazisində yerləşən 276-cı kilometrliyində keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs müştərisi Şahid1 cinsi əlaqədə olmaq üçün təqdim edilərkən saxlanılmış və Şahid1 Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi qadınlara görə verdiyi 230 manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-in 171.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi, Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 və onun bacılarını Yevlax rayonundan tanıyır, Gülnarın fahişəliklə məşğul olduğunu bilmiş, lakin heç bir zaman onu fahişəliyə cəlb etməmişdir. Çünki Gülnarın və bacılarının problemli insanlar olduqlarını bilmişdir. Buna görə də Gülnarla heç bir zaman əyani danışığı və əlaqəsi olmamışdır. 2-3 il olar ki müxtəlif qadınları fahişəliyə cəlb edir, həmin qadınlardan 02 sentyabr 2020-ci il tarixdə fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 göstərə bilər. Həmin tarixdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbiri nəticəsində o da həmin Baş İdarəyə dəvət edilmiş, ilkin izahatında da törətdiyi əməli tam və səmimi etiraf etmişdir. Bundan başqa əslən Yevlax rayonundan olan Zərərçəkmiş şəxs6 da 2019-cu ilin sonlarından 2020-ci ilin avqust ayınadək bir neçə dəfə fahişəliyə cəlb etmiş, həmçinin Zərərçəkmiş şəxs2 və sonunucunun bacısı Zərərçəkmiş şəxs7 da 2020-ci ilin yaz-yay aylarında bir neçə dəfə müştəriləri ilə cinsi əlaqədə olmaq üçün göndərmişdir. Həmin qadınlardan bir qayda olaraq ona qalan pul 20 manat olmuşdur. Bunu da o qadınları müştərinin yanına göndərdiyi üçün almışdır. Qadınları fahişəliyə cəlb etməyi maddi vəziyyəti ilə bağlı olmuşdur. Qadınları fahişəliyə cəlb etmə cinayət əməlini törətməkdən peşmandır, bir daha bu cinayət əməlini törətməyəcəkdir. Şahid kimi dindirilmiş müştərilərin əksəriyyətini xatırlayır, bir çoxuna cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Lakin hansı qadınları hansı müştəriyə təqdim etdiyini xatırlamır. Ayan, Nigar, Ləman, Aysel və Sevinc adlı qadınları tanımır, anket məlumatlarını bilmir. Həmin qadınlar barəsində dəqiq məlumatı yoxdur. Zərərçəkmiş şəxs8 tanıyır, sonuncunu bir neçə dəfə pul müqabilində müştəri ilə görüşmək üçün göndərmiş, çox az müştəriləri ilə görüşdürmüşdür. Bunun da müqabilində sadəcə olaraq 20 manat pul almışdır. Günel özü onu axtarıb tapmış və fahişəliklə məşğul olduğunu bildirib ondan xahiş etmişdir ki, müştəri tapsın. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır, Təqsirləndirilən şəxs vasitəsi ilə kişilərlə tanış olmamış, fahişəliklə məşğul olmamışdır. Təqsirləndirilən şəxs onu Şahid16 ilə tanış etməmişdir, Şahid16 ilə bir məclisdə tanış olmuş və sonralar onunla görüşərək yaxınlıq etmişdir.hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, “Vəfa” ləqəbi ilə tanınmış Təqsirləndirilən şəxs barəsində əvvəllər çox eşitmiş, sonuncunun Mingəçevir və ətraf rayonlarda qadınları fahişəliyə cəlb etdiyini, çoxsaylı müştərilərinin olduğunu bilmiş, qərara gəlmişdir ki, Sədaqətlə əlaqə saxlayıb onu da fahişəliyə cəlb etməsini xahiş etsin. 2020-ci ilin iyul ayının əvvəllərində Sədaqətin istifadəsində olan mobil nömrəyə zəng vurmuş və bildirmişdir ki, fahişəliklə məşğul olmaq istəyir. Sədaqət təklif etmişdir ki, Mingəçevir şəhərinə getsin, orada kirayə ev tutsun ki, işləmək rahat olsun. O da razılıq vermişdir. Mingəçevir şəhərinə getdikdən sonra Sədaqət ona kirayə qalmağa ev tapmış, 2020-ci ilin iyul ayının sonlarından Sədaqət onunla əlaqə saxlayıb özü ilə birlikdə, yaxud təkbaşına müxtəlif ünvanlara aparmış, ayrı-ayrı kişi müştəriləri ilə görüşüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Adətən Sədaqət hər müştəridən ona 50-60 manat pul vermiş, özünə isə 20-30 manat pul qalmışdır. 02 sentyabr 2020-ci il tarixdə Sədaqət onunla əlaqə saxlamış və bildirmişdir ki, müştəri ilə görüşüb cinsi əlaqədə olmaq lazımdır. Həmin vaxt o Mingəçevir şəhərində yerləşən mərkəzi poçtun yaxınlığında yerləşən kirayə yaşadığı mənzildə olmuş, Sədaqət taksi göndərəcəyini bildirdikdən sonra razılıq vermiş və hazırlaşmağa başlamışlar. Saat 17:00 radələrində Sədaqətin dediyi Şahid20 adlı taksi sürücüsü onu mərkəzi poçtun qarşısından götürmüş, Ramili həmin vaxt birinci dəfə görmüşdür. Taksi “Kosmos” şadlıq sarayının qarşısında saxladıqdan sonra avtomobilə Sədaqətin fahişəliyə cəlb etdiyi Səkinə və Naibə adlı qadınlar da əyləşmiş, söhbət zamanı ona məlum olmuşdur ki, Sədaqətlə əlaqə saxlamış, müştəriyə birlikdə gedəcəklər. Bundan sonra taksi onları Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisində yerləşən ərazisinə aparmış, orada avtomobili saxladıqda sonradan adının Sübhani olduğunu bildiyi şəxs onlara yaxınlaşmış və Səkinə, Naibə və o avtomobildən düşmüşlər. O avtomobildən birinci düşdüyü üçün Sübhani bir qədər kənarda ona 230 manat pul vermiş və bildirmişdir ki, Sədaqətlə danışmış, həmin pulu özləri bölərlər. Sübhaninin ona bildirdiyinə görə puldan 50 manat Sədaqətə çatmalı idi. Bundan sonra Sübhani onları cinsi əlaqədə olmaq üçün aparmaq istəyərkən onlara İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşmış, özlərini təqdim etmiş və əməliyyat tədbirinin keçirilməsi barədə qərarı nümayiş etdirmişlər. Şifahi sorğu zamanı o və digər qadınlar baş verənləri bildirmiş, bundan sonra polis əməkdaşları Sədaqəti də oraya dəvət etmiş, sonuncu onları fahişəliyə cəlb etdiyini etiraf etdikdən sonra birlikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə getmişlər. Orada Sübhanidən aldığı və Sədaqətə verəcəyi 230 manat pulu polis əməkdaşlarına təqdim etmiş və həmin pul kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra protokol tərtib edilmiş və o, protokolla tanış olduqdan sonra imzalamış, izahat alındıqdan sonra sərbəst buraxılmışlar. Sədaqətdən başqa onu hər hansı digər şəxslər fahişəliyə cəlb etməmiş, əvvəllər özü tapdığı müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. Lakin bu bir qədər çətin olduğu üçün qərara gəlmişdir ki, Sədaqətlə işləsin. Sədaqət ondan başqa bir çox qadınları fahişəliyə cəlb etmiş, Naibə və Səkinədən başqa da Sədaqətin fahişəliyə cəlb etdiyi qadınlar olmuşdur. Lakin bu barədə dəqiq məlumatı yoxdur. Sübhanidən başqa Sədaqətin digər müştəriləri barəsində məlumatsızdır. Şahid20 sadəcə olaraq onları həmin yerə aparacaqdı. X2 təqdim etməmişdir. Ramil sadəcə olaraq taksi sürücüsü kimi saxlanılmışdır. hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2020-ci ilin iyul ayının 27-də atası dünyasını dəyişdikdən sonra maddi ehtiyacları yaranmış, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etdiyini eşitmiş, onun nömrəsini xatırlamadığı tanışından götürmüş və əlaqə saxlayıb müştəri olduqda onunla görüşdürməsini xahiş etmişdir. Sədaqət də etiraz etməmiş, 2020-ci ilin yay aylarında Sədaqət onunla əlaqə saxlayıb bildirmişdir ki, onunla cinsi əlaqədə olmaq üçün müştəri tapmış, o da razılıq vermişdir. Sədaqətin təşkil etdiyi tanımadığı taksi ilə Ağdaş rayonu ərazisində yerləşən adını unutduğu hotelə getmiş, Sədaqət özü də orada olmuş, onu qarşıladıqdan sonra müştərisinə təqdim etmiş, həmin müştərinin kim olduğunu bilməmiş, təqdim etdikdən sonra Sədaqət həmin müştəridən ona görə 100 manat pul almış, həmin pulun 20 manatını özünə, qalan 80 manatını isə ona vermişdir. Sədaqətin təşkil etdiyi müştəri ilə görüşdükdən sonra yaşadığı ünvana qayıtmışdır. Bundan bir neçə gün sonra Sədaqət yenidən onun Tovuz rayonunda yerləşən adını bilmədiyi hoteldə müştərisi ilə görüşüb cinsi əlaqədə olmağını təşkil etmiş, onunla “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayaraq Tovuz rayonuna getməyi tapşırmış, həmçinin bildirmişdir ki, onu olduğu yerdən taksi ilə götürəcəklər. Tovuz rayonunda yerləşən hotelin girişində Sədaqət onu qarşılamış və müştərilərinə təqdim etmiş, təqdim etdikdən sonra Sədaqət ona 170 manat pul vermiş, Sədaqətin müştəriləri ilə cinsi əlaqədə olduqdan sonra yaşadığı evə qayıtmışdır. Bundan sonra daimi münasibət saxlamaq üçün bir nəfərlə tanış olmuş və fahişəliklə məşğul olmağı dayandırdığı üçün Sədaqətlə əlaqə saxlamamışdır. Sədaqət ondan başqa bir çox digər qadınları da fahişəliyə cəlb etmiş, lakin o qadınların hər hansı biri ilə əlaqə və ünsiyyət saxlamamışdır. Sədaqət onu bir neçə dəfə müştəri ilə görüşdürmüş, lakin müştərilər hər dəfə ayrı-ayrı adamlar olmuşlar. Buna görə də müştərilərdən hər hansı birinin xarici görünüşünü, eləcə də adlarını xatırlamır. hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə Şahid16 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 8-9 ildir ki tanıyır, sonuncunu qadınları fahişəliyə cəlb edən şəxs kimi tanımış, bir neçə dəfə bu xidmətlərindən istifadə etmişdir. Adətən Sədaqət qadınları onunla cinsi əlaqədə olmaq üçün 100 manat pul müqabilində təşkil etmişdir. Bir qayda olaraq qadına görə pulu Sədaqətin özünə vermiş, sonradan həmin puldan fahişəliklə məşğul olan qadına nə qədər pul verməsini bilməmişdir. Sədaqətin onunla cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadınlardan Gülnarı və Nigarı xatırlayır. Sədaqət onunla cinsi əlaqədə olmaq üçün bir çox qadınlar təşkil etmiş, 2018-ci ilin əvvəllərində bir dəfə içkili olarkən Sədaqətə bildirmişdir ki, ona yetkinlik yaşına çatmayan şəxs tapsın, pul müqabilində cinsi əlaqədə olsun. Sədaqət də həmin vaxt Gülnar adlı qadını yanına göndərmiş, həmin vaxt harada Gülnarla cinsi əlaqədə olmağını, buna görə nə qədər pul verməyini xatırlamır. Sadəcə olaraq Gülnarla cinsi əlaqədə olduqdan sonra bunun müqabilində Sədaqətə pul vermiş, bundan sonra da Gülnarla bir müddət yaxın münasibəti olmuşdur. Gülnarla görüşərkən onun 17 yaşı olmuşdur. İş üzrə Şahid13 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, “Vəfa” kimi tanıdığı Təqsirləndirilən şəxs ilə təxminən bir il bundan əvvəl “Şirvangöl” istirahət mərkəzində olan zaman tanış olmuşdur. Təqsirləndirilən şəxs 2-3 dəfə görüşmək üçün ona qadın təşkil etmiş, hər dəfə həmin adınlarla cinsi əlaqədə olmaq üçün ondan 130 manat pul almışdır.Həmin qadınlardan Nigarı xatırlayır.Sədaqətin deməsinə görə ondan aldığı pulun 100 manatını qadına 30 manatını isə taksiyə verir. İş üzrə Şahid17 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, “Vəfa” kimi tanıdığı Təqsirləndirilən şəxs ilə təxminən 3-4 il bundan əvvəl tanış olmuşdur. Təqsirləndirilən şəxs xidmətlərindən bir neçə dəfə istifadə etmişdir.Adətən Sədaqət qadınları onunla cinsi əlaqədə olmaları üçün 100-150 manat müqabilində təşkil edirdi.Bir qayda olaraq pulu Sədaqətin özünə verirdi.Sonradan həmin puldan fahişəliklə məşğul olan qadına nə qədər pul verdiyini bilmir. İş üzrə zZərərçəkmiş şəxs5 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla tanış olduqdan sonra 2020-ci ilin avqust ayının ortalarından Mingəçevir, eləcə də ətraf rayonlarda onun müxtəlif kişi müştəriləri ilə görüşüb cinsi əlaqədə olmağını təşkil etmiş, bunun müqabilində Təqsirləndirilən şəxs hər dəfə özünə 20 manat pul götürmüşdür. 02 sentyabr 2020-ci il tarixdə Sədaqət onunla əlaqə saxlamış və bildirmişdir ki, müştəri ilə görüşüb cinsi əlaqədə olmaq lazımdır. Sədaqətin dediyi Şahid20 adlı taksi sürücüsü onu götürdükdən sonra Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisində yerləşən ərazisinə aparmış, orada avtomobili saxladıqda sonradan adının Sübhani olduğunu bildiyi şəxs onlara yaxınlaşmış və avtomobildən düşmüşlər. Sübhani qadınların hər üçü ilə cinsi əlaqədə olmağa görə 230 manat pul vermiş və bildirmişdir ki, Sədaqətlə danışmış, həmin pulu özləri bölərlər. Bundan sonra Sübhani onları cinsi əlaqədə olmaq üçün aparmaq istəyərkən onlara İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşmış, özlərini təqdim etmiş və əməliyyat tədbirinin keçirilməsi barədə qərarı nümayiş etdirmişlər. Şifahi sorğu zamanı o və digər qadınlar baş verənləri bildirmiş, bundan sonra polis əməkdaşları Sədaqəti də oraya dəvət etmiş, sonuncu onları fahişəliyə cəlb etdiyini etiraf etdikdən sonra birlikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə getmişlər. Orada 230 manat pulu polis əməkdaşları götürmüş və həmin pul kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra protokol tərtib edilmiş və o, protokolla tanış olduqdan sonra imzalamış, izahat alındıqdan sonra sərbəst buraxılmışlar. İş üzrə Zərərçəkmiş şəxs1 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla tanış olduqdan sonra 2020-ci ilin avqust ayının sonlarından Mingəçevir, eləcə də ətraf rayonlarda onun müxtəlif kişi müştəriləri ilə görüşüb cinsi əlaqədə olmağını təşkil etmiş, bunun müqabilində Təqsirləndirilən şəxs hər dəfə özünə 20 manat pul götürmüşdür. 02 sentyabr 2020-ci il tarixdə Sədaqət onunla əlaqə saxlamış və bildirmişdir ki, müştəri ilə görüşüb cinsi əlaqədə olmaq lazımdır. Sədaqətin dediyi Şahid20 adlı taksi sürücüsü onu götürdükdən sonra Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisində yerləşən ərazisinə aparmış, orada avtomobili saxladıqda sonradan adının Sübhani olduğunu bildiyi şəxs onlara yaxınlaşmış və qadınlar avtomobildən düşmüşlər. Sübhani qadınların hər üçü ilə cinsi əlaqədə olmağa görə 230 manat pul vermiş və bildirmişdir ki, Sədaqətlə danışmış, həmin pulu özləri bölərlər. Bundan sonra Sübhani onları cinsi əlaqədə olmaq üçün aparmaq istəyərkən onlara İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşmış, özlərini təqdim etmiş və əməliyyat tədbirinin keçirilməsi barədə qərarı nümayiş etdirmişlər. Şifahi sorğu zamanı o və digər qadınlar baş verənləri bildirmiş, bundan sonra polis əməkdaşları Sədaqəti də oraya dəvət etmiş, sonuncu onları fahişəliyə cəlb etdiyini etiraf etdikdən sonra birlikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə getmişlər. Orada 230 manat pulu polis əməkdaşları götürmüş və həmin pul kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra protokol tərtib edilmiş və o, protokolla tanış olduqdan sonra imzalamış, izahat alındıqdan sonra sərbəst buraxılmışlar. İş üzrə zZərərçəkmiş şəxs6 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Vəfa” ləqəbli Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayından tanıyır, xatırlamadığı ünvanda bir məclisdə oturmuşlar. Həmin vaxt ona məlum olmuşdur ki, Sədaqət qadınları fahişəliyə cəlb edir. Buna görə də istifadəsində olan mobil telefon nömrələrini Sədaqətə vermişdir ki, müştəri təşkil etmək istədikdə onunla əlaqə saxlasın. 2019-cu ilin sentyabr ayının sonlarından Sədaqət onunla əlaqə saxlamağa başlamış, həmin ərəfələr o, anket məlumatlarında qeyd edilən ünvanda yaşadığı kirayə mənzildə olmuşdur. Sədaqət onun arxasınca taksi avtomobili göndərmiş, həmin taksi avtomobilinin sürücüsü onu Sədaqətin dediyi ünvana aparmışdır. Adətən Sədaqət özü onu qarşılamış və müştəriyə təqdim etmişdir. Ona görə müştəridən pulu Sədaqət özü almış, getdiyi yerdən və müştəridən asılı olaraq Sədaqət müxtəlif məbləğlərdə pul almışdır. Sədaqət bəzən ona görə 100, bəzən isə 160 manat pul almışdır. Hər dəfə həmin puldan özünə 20-30 manat pul götürüb qalanını ona vermişdir. Özünə pul götürməkdə məqsədi isə onu müştəri ilə görüşdürdüyünə görə olmuşdur. Bu qaydada Sədaqət onu Mingəçevir, Yevlax, Ucar və digər rayonlarda yerləşən müxtəlif ünvanlara fahişəliklə məşğul olmaq üçün göndərmişdir. Sonuncu dəfə Sədaqət onu 2020-ci ilin avqust ayında müştərinin yanına cinsi əlaqədə olmaq üçün göndərmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Sədaqət barəsində cinayət işi başlanılmışdır. Sədaqətin onunla cinsi əlaqədə olmaq üçün təqdim etdiyi kişi müştərilərini xatırlamır. Sədaqət hər dəfə onu müxtəlif müştərilərə təqdim etmişdir. Müştəri ilə sonradan əlaqə saxlamamışdır. Sədaqət heç bir zaman ona hədə-qorxu gəlməmiş, müştəriləri ilə özü könüllü şəkildə görüşüb cinsi əlaqədə olmuşdur. Sədaqət də hər dəfə müştəri ilə görüşdüyünə görə razılaşdığı məbləğdə pulu ona vermişdir. Sədaqət ondan başqa adlarını bildiyi Aynur, Ayan, Seva, Leyla, Fidan, Aytən və Ləman adlı qadınları da fahişəliyə cəlb etmişdir. Qeyd etdiyi şəxslərin yalnız ona bildirdikləri adlarını bilir, anket məlumatlarından məlumatsızdır. Onu sadəcə olaraq Sədaqət fahişəliyə cəlb etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, “Vəfa” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs uşaq yaşlarından yaşadığı Mingəçevir şəhərindən tanıyır. 2020-ci ilin fevral ayınadək hər hansı yaxınlıqları olmamışdır. 2020-ci ilin fevral ayının əvvəllərində maddi vəziyyəti pisləşmiş, iş yerləri bağlandığı üçün o da işdən çıxarılmışdır. Sədaqətin qadınları pul müqabilində kişilərlə görüşdürdüyünü bilmiş, buna görə də başqa çıxış yolu olmadığından qərara gəlmişdir ki, sonuncu ilə əlaqə saxlasın. Sədaqətin istifadəsində olan mobil telefon nömrəsini xatırlamadığı tanışından almışdır. Sədaqətlə danışarkən pula ehtiyacı olduğunu, buna görə də onu kişilərlə görüşdürməsini, yəni fahişəliyə cəlb etməsini xahiş etmişdir. Sədaqət razılıq vermiş, həmin ərəfələr Mingəçevir şəhərində yaşadığı ünvanda olmuşdur. Sədaqət 2020-ci ilin iyul ayının sonlarınadək onu bir neçə nəfər kişilərlə görüşdürüb fahişəliyə cəlb etmişdir. Adətən Sədaqət onu müştərilərlə cinsi əlaqədə olmaq üçün “Şirvangöl” istirahət mərkəzinə dəvət etmişdir. Cinsi əlaqədə olmağı müqabilində bəzən elə olmuşdur ki, müştəri ona 80-100 manat pul vermişdir. Bəzən isə Sədaqət özü ona görə müştəridən pul alıb eyni miqdarda pul vermişdir. Sədaqətin ona görə müştəridən nə qədər pul aldığını görməmişdir. Sədaqətin onunla cinsi əlaqədə olmaq üçün görüşdürdüyü kişi müştərilərini xatırlamır. 2020-ci ilin iyul ayının sonlarında xəstəliyi ilə bağlı vəziyyəti pisləşdiyi üçün xəstəxanaya müraciət etməli olmuş və stasionar müalicə almışdır. Buna görə də Sədaqətlə münasibətləri kəsilmişdir. İş üzrə Zərərçəkmiş şəxs7 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, “Vəfa” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının əvvəllərindən həmin ilin avqust aının sonlarınadək onu fahişəliyə cəlb etmişdir.Belə ki, Sədaqətin vasitəçiliyi ilə bir neçə dəfə Mingəçevir şəhərində və ətraf rayonlarda pul müqabilində cinsi əlaqədə olmaq üçün müxtəlif kişilərlə görüşmüşdür. İş üzrə Şahid20 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhərindən tanıyır, sonuncunun qadınları fahişəliyə cəlb etdiyini bilməmiş, 02 sentyabr 2020-ci il tarixdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Sədaqətin bu işlə məşğul olduğunu bilmiş, Sədaqəti tez-tez Mingəçevir şəhərində görmüşdür. Mingəçevir şəhəri kiçik şəhər olduğu üçün orada hamı demək olar ki, bir-birini tanıyır. Sədaqət sadəcə onun deyil, Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olan bir çox şəxslərin mobil telefon nömrələrini bilmişdir. Bu barədə məlumat onda həmin taksi sürücüləri ilə danışarkən olmuşdur. Bir neçə dəfə Sədaqət onunla əlaqə saxlayıb bildirmişdir ki, Mingəçevir şəhərində, eləcə də həmin şəhərə yaxın olan digər yerlərə aparmaq lazımdır. Sədaqət hər dəfə ona bu xidmət müqabilində yaxşı pul verdiyi üçün heç bir zaman etiraz etməmişdir. Bir neçə dəfə olmuşdur ki, Sədaqətin yanında qadınlar da olmuşdur. Lakin müştərilərin kim olması onun üçün maraqsız olduğu üçün Sədaqətdən həmin qadınların kim olduğunu soruşmamış, ümumiyyətlə, müştərilərlə ünsiyyət saxlamamışdır. O taksi fəaliyyəti ilə axşam saat 20-21 radələrinə kimi məşğul olduğu üçün Sədaqət onunla gecə saatlarında əlaqə saxlamamış, əlaqə saxlasa da bildirmişdir ki, gecə saatlarında işləmir. Sədaqət əksərən Yevlax şəhərinə, özü bildirdiyinə görə yaşadığı ünvana, eləcə də müxtəlif hotellərə getmişdir. Apardığı qadınları da adətən hotellərə aparmışdır. Lakin həmin qadınların hansı işlə məşğul olmaları onun üçün maraqlı olmamış, sadəcə olaraq göstərdiyi xidmətə görə öz pulunu almışdır. 02 sentyabr 2020-ci il tarixdə, saat 15:00 radələrində Sədaqət onunla telefonla əlaqə saxlamış və bildirmişdir ki, Mingəçevir şəhərində yaşayan üç nəfər rəfiqələrini götürüb dedikləri yerə aparmaq lazımdır. O etiraz etməmiş, Sədaqət dediyi kimi bir nəfər qadını Mingəçevir şəhərində yerləşən mərkəzi poçtun qarşısından, qalan iki nəfər qadını isə həmin şəhərdə yerləşən “Kosmos” şadlıq sarayının qarşısından götürüb Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunun 276-cı kilometrliyinə getmişlər. Qadınların adlarının sonradan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 olduğunu bilmiş, bundan əvvəl həmin qadınları görməmişdir. Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunun 276-cı kilometrliyinə çatdıqdan sonra qadınlar bildirmişlər ki, avtomobili saxlasın, avtomobilinə sonradan adının Şahid1 olduğunu bildiyi şəxs yaxınlaşmış, görüşdükdən sonra qadınlar avtomobildən düşmüş və bir qədər kənarda söhbət etmişlər. O avtomobildə əyləşdiyi üçün nə söhbət etdiklərini bilməmiş, sonradan qadınlardan biri ona bildirmişdir ki, gedə bilər. O həmin yerdən kənarlaşmaq istəyərkən onlara İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşmış və əməliyyat tədbiri keçirildiyini izah etmişlər. Sorğu zamanı o, ifadəsində qeyd etdiyi kimi baş verənləri izah etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Sədaqət hər üç qadını Sübhani ilə cinsi əlaqədə olmaq üçün göndərmişdir. Bundan sonra onu İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə araşdırmada iştirak etmək üçün dəvət etmişlər. Xidməti otaqlardan birində Gültəkin Sübhanidən aldığı 230 manat pulu polislərə təqdim etmiş, həmin pul götürüldükdən sonra protokol tərtib edilmişdir. O da protokolla tanış olub imzalamışdır. Daha sonra ondan izahat alınmış və sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi barədə o, əməliyyat tədbiri keçirilərkən məlumatlı olmuş, daha əvvəl Sədaqətin qadınları müxtəlif ünvanlara göndərdiyinin şahidi olsa da konkret olaraq həmin qadınların hansı məqsədlə getmələrindən, hansı işlə məşğul olmalarından məlumatı olmamışdır. İş üzrə Şahid7 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Vəfa” kimi tanıdığı Təqsirləndirilən şəxs ilə 2019-cu ilin oktyabr-noyabr aylarında Ucar rayonunda yerləşən «Fermer» otelində istirahət edərkən tanış olmuşdur. Həmin vaxt Sədaqət oraya fahişəliklə məşğul olmaq üçün qadınlar gətirmişdi.Təqsirləndirilən şəxs xidmətlərindən 5-6 dəfə istifadə etmişdir.Adətən Sədaqət qadınları onunla cinsi əlaqədə olmaları üçün 100 manat müqabilində təşkil edirdi.Bir qayda olaraq pulu Sədaqətin özünə verirdi.Sonradan həmin puldan fahişəliklə məşğul olan qadına nə qədər pul verdiyini bilmir. İş üzrə Şahid9 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Vəfa” kimi tanıdığı Təqsirləndirilən şəxs ilə 2020-ci ilin əvvəllərində xatırlamadığı məclisdə tanış olmuşdur. Təqsirləndirilən şəxs xidmətlərindən bir neçə dəfə istifadə etmişdir.Adətən Sədaqət qadınları onunla cinsi əlaqədə olmaları üçün 100 manat müqabilində təşkil edirdi. Bir qayda olaraq pulu Sədaqətin özünə verirdi. Sonradan həmin puldan fahişəliklə məşğul olan qadına nə qədər pul verdiyini bilmir. Sonuncu dəfə 2020-ci ilin may ayında cinsi əlaqədə olmaq üçün Sədaqət ona qadın təşkil etmişdir. İş üzrə Şahid11 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Vəfa” kimi tanıdığı Təqsirləndirilən şəxs ilə bir il bundan əvvəl tanış olmuşdur. Təqsirləndirilən şəxs xidmətlərindən bir neçə dəfə istifadə etmişdir.Qadın təşkil etdiyinə görə Sədaqətə nə qədər pul verdiyini xatırlamır. İş üzrə Şahid15 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Vəfa” kimi tanıdığı Təqsirləndirilən şəxs ilə 2019-cu ilin iyul ayında «Şirvangöl» otelində tanış olmuşdur. Təqsirləndirilən şəxs bir dəfə cinsi əlaqədə olmaq üçün ona qadın təşkil etmiş və bunun müqabilində ondan 100 manat pul almışdır. İş üzrə Şahid18 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Vəfa” kimi tanıdığı Təqsirləndirilən şəxs ilə 2 il bundan əvvəl tanış olmuşdur. Təqsirləndirilən şəxs xidmətlərindən 2-3 dəfə istifadə etmişdir.Adətən Sədaqət qadınları onunla cinsi əlaqədə olmaları üçün 60-80 manat müqabilində təşkil edirdi.Bir qayda olaraq pulu Sədaqətin özünə verirdi. Sonradan həmin puldan fahişəliklə məşğul olan qadına nə qədər pul verdiyini bilmir. İş üzrə Şahid19 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Vəfa” kimi tanıdığı Təqsirləndirilən şəxs ilə 1 il bundan əvvəl tanış olmuşdur. Təqsirləndirilən şəxs xidmətlərindən bir dəfə istifadə etmişdir.Sədaqət həmin qadını ona Ucar rayonunda yerləşən «Fermer» otelində təqdim etmiş bunun müqabilində ondan 150 manat pul almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Şahid2 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, həmin Baş İdarənin əməkdaşları tərəfindən 02 sentyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etdikdən sonra saxlanılmışdır. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olması təsbit edilən +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 08 iyun 2020-ci il tarixdən 05 sentyabr 2020-ci il tarixədək, Zərərçəkmiş şəxs5 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 14 iyun 2019-cu il tarixdən 05 sentyabr 2020-ci il tarixədək, Zərərçəkmiş şəxs1 istifadəsində olan +994 70 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 30 avqust 2020-ci il tarixdə, Şahid1 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 02 sentyabr 2020-ci il tarixdə, Şahid7 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 02 avqust 2019-cu il tarixdən 25 avqust 2020-ci il tarixədək, Şahid8 istifadəsində olan +994 77 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 15 sentyabr 2019-cu il tarixdən 22 iyul 2020-ci il tarixədək, Şahid9 istifadəsində olan +994 51 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 28 iyul 2020-ci il tarixdən 21 avqust 2020-ci il tarixədək, Şahid10 istifadəsində olan +994 51 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 03 iyun 2020-ci il tarixdən 06 sentyabr 2020-ci il tarixədək, Zərərçəkmiş şəxs6 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 09 sentyabr 2019-cu il tarixdən 20 avqust 2020-ci il tarixədək, Şahid11 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 03 aprel 2019cu il tarixdən 03 iyul 2020-ci il tarixədək, Şahid12 istifadəsində olan +994 51 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 20 fevral 2019-cu il tarixdən 05 avqust 2020-ci il tarixədək, Şahid13 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 01 iyun 2019-cu il tarixdən 12 avqust 2020-ci il tarixədək, Şahid14 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 20 may 2019-cu il tarixdən 01 iyun 2019-cu il tarixədək, Zərərçəkmiş şəxs2 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 07 fevral 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək, Şahid15 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 30 iyul 2019-cu il tarixdən 31 may 2020-ci il tarixədək, Şahid16 istifadəsində olan +994 70 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 08 iyul 2019-cu il tarixdən 23 avqust 2020-ci il tarixədək, Şahid17 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 21 mart 2019-cu il tarixdən 27 avqust 2020-ci il tarixədək, Şahid18 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 21 yanvar 2019-cu il tarixdən 05 iyul 2020-ci il tarixədək, Şahid20 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 04 yanvar 2019-cu il tarixdən 05 sentyabr 2020-ci il tarixədək mütəmadi olaraq telefon danışıqları mövcud olmuşdur. Azərbaycan Respublikası DİN-in İAQMBİ-nin əməkdaşları tərəfindən 02 sentyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Zərərçəkmiş şəxs4 cinsi əlaqədə olmaq üçün müştərisi Şahid1 aldığı 230 manat pulu polis əməkdaşlarına təqdim etmiş və həmin pul vəsaiti istintaq materiallarına əlavə edilmiş və 01 oktyabr 2020-ci il tarixli qərarla maddi sübut hesab edilmişdir. Cinayət işinin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 08 sentyabr 2020ci il tarixli 5(014)-53/2020 №-li qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in İAQMBİ-nin əməkdaşı Şahid2 tərəfindən qəbul edilmiş insanların güdülməsi əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in İAQMBİ-dən daxil olmuş 29 yanvar 2021-ci il tarixli 017-291-1221 nömrəli müşayiət məktubu ilə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan +994 50 *** ** ** və +994 55 *** ** ** rəqəmli mobil telefon nömrələrinin danışıqlarına qulaq asılmasının nəticələri barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq qadınların fahişəliyə cəlb edilməsi cinayətini törətmişdir. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi qadın həmrəyliyi nümayiş etdirərək iş üzrə Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə edilmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsi daha inandırıcıdır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, “Vəfa” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır, sonuncunun qadınları fahişəliyə cəlb etdiyini bilmişdir. Sədaqətlə necə və hansı şəraitdə tanış olduğunu xatırlamır. Sədaqətin onu kişilərlə görüşdürməyi təklif etməyini xatırlayır. Sonuncu onun azyaşlı olduğunu, kişilərin belə qızları bəyəndiklərini, yaxşı pul verdiklərini bildirmiş, o uşaq olmuş, bir az da pul qazanmaq niyyəti ilə şirniklənmiş və razılaşmışdır. Sədaqət onu tanıdığı kişilərə təqdim etməyə başlamışdır. Həmin kişiləri xatırlamır. Sədaqət onunla birlikdə başqa qadınları da kişilərə təqdim etmişdir. Həmin qadınların da adlarını xatırlamır. Sədaqət onu 2017-2018-ci illərin müxtəlif dövrlərində cinsi əlaqədə olmaq məqsədilə kişilərə təqdim etmişdir. Sədaqət kişilərlə telefonla danışanda onu tərifləyərək azyaşlı olduğunu, gözəl olduğunu deyərək tərif etmişdir. Həmin vaxt Sədaqətin istifadə etdiyi +994 50 *** ** ** saylı mobil nömrə ilə istifadəsində olan +994 51 *** ** ** və +994 50 *** ** ** rəqəmli mobil nömrələr ilə əlaqə saxlamışdır. Sədaqət onu kişilərlə görüşdürməyə görə 70-80 manat pul vermişdir. Özünün nə qədər aldığını isə bilməmişdir. Ancaq anlamışdır ki, Sədaqət çox pul alır, ona isə az pul verir. Buna görə Sədaqətlə əlaqəsini kəsmişdir. Məhkəmə həmçinin iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinin özünü Azərbaycan Respublikası CM-nin 171.1-ci maddəsi ilə təqsirli bilməməsi, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb etməməsi barədə hissəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə Şahid16 məhkəmə iclasında verdiyi ifadəsi ilə təkzib edilərək Azərbaycan Respublikası CM-nin 171.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam olaraq sübuta yetirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam olaraq sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 171.1 və 243.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini qismən etiraf edərək əməlindən peşman olmasını bildirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, sol süd vəzisinin mastopatiyası diaqnozu ilə dispanser qeydiyyatda saxlanılmasını, tək ana kimi himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların və 75 yaşında olan anasının olmasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzaları qismən toplamağı, 29 yanvar 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 15 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı sınaq müddəti müəyyən edilməklə şərti hesab etməyi məqsədə müvafiq bilir və hesab edir ki, onun barəsində təyin edilmiş cəzanın şərti hesab edilərək azadlıqda saxlanılması Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsinə mindiyi tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.3-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut olan və cinayət işində saxlanılan 230 manat pul cinayətin predmeti olmadığı üçün qanuni sahibi Şahid1 qaytarılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır, mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzalar qismən toplanılaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı beş ay on beş gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, üç il altı ay on beş gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş üç il altı ay on beş gün müddətə azadlıqdan məhrum etmə cəzası üç il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan və cinayət işində saxlanılan 230 (iki yüz otuz) manat pul qanuni sahibi Şahid1 qaytarılsın. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-79/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-79/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver