Məhkəmə qərarları › İş №1(014)-79/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-79/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-79/2022 02.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göyçay rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Natik oğlunun, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs4 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs5 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 2000-ci ildə Ağdaş rayonunun Cücük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Ağdaş rayonunun Ləki qəsəbəsində məskunlaşmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi xx xxxx 1985-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Ağdaş rayon Davudlu kənd ümumi orta məktəbinin direktoru vəzifəsində işləyən, evli, himayəsində 3 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Ağdaş rayonu, Ləki qəsəbəsi, Hərbi şəhərcikdə məskunlaşmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi xx xxxx 1977-ci ildə Kəlbəcər rayonunun Şurtan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Ağdaş rayon Qumlaq kənd orta məktəbinin direktoru vəzifəsində işləyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Ağdaş rayonunun Ləki qəsəbəsində məskunlaşmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi xx xxxx 1994-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 4ış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi 22 avqust 1996-cı ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Qəbələ rayonu, Zaragan- 2 qəsəbəsində məkunlaşmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 oğlunun Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində Kəlbəcər rayonunun Şurtan kəndində qeydiyyatda olan və Qəbələ rayonu Zarağan-2 qəsəbəsində bina 2, mənzil 79-da məskunlaşan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan və Ağdaş rayonu Ləki qəsəbəsi Hərbi şəhərcikdə məskunlaşan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan və Qəbələ rayonu Zarağan-2 qəbəsində məskunlaşan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs5 və Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan və Ağdaş rayonu Ləki qəsəbəsində məskunlaşan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayon Nehrəxəlil kəndi ərazisində yerləşən yeməkxananın iş rejimini və normal fəaliyyətini müəyyən müddət ərzində pozub həmin vaxt yeməkxanada olan digər şəxslərin narazılığına səbəb olan davranışı ilə özünü ətrafda olan şəxslərə münasibətdə laqeydliyini və etinasızlığını nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, Ağdaş rayon Ləki qəsəbəsi Hərbi şəhərcikdə yaşayan Kəlbəcər rayon Şurtan kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ona söyüş söyməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə qəsdən bədəninin müxtəlif yerlərindən əlləri ilə vuraraq ona qapalı kəllə beyin travmasıbeyin silkələnməsi, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ göz altı nahiyənin qançırı ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzəli xuliqanlıq hərəkətləri etmişdirlər. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Qəbələ rayonu Zarağan-2 qəsəbəsində bina 2, mənzil 79-da məskunlaşan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Qəbələ rayonu Zarağan-2 qəsəbəsində məskunlaşan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs5, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Qəbələ rayonu Zarağan-2 qəsəbəsində məskunlaşan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Ağdaş rayonu Ləki qəsəbəsində məskunlaşan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayon Nehrəxəlil kəndi ərazisində yerləşən yeməkxananın iş rejimini və normal fəaliyyətini müəyyən müddət ərzində pozub həmin vaxt yeməkxanada olan digər şəxslərin narazılığına səbəb olan davranışı ilə özünü ətrafda olan şəxslərə qarşı qoyub onlara münasibətdə laqeydliyini və etinasızlığını nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, Ağdaş rayon Ləki qəsəbəsi Hərbi şəhərcikdə yaşayan Kəlbəcər rayon Şurtan kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ona söyüş söyməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə qəsdən bədəninin müxtəlif yerlərindən əlləri ilə vuraraq ona qapalı kəllə beyin travması-beyin silkələnməsi, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ göz altı nahiyənin qançırı ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzəli xuliqanlıq hərəkətləri etmişlər. Təqsirləndirilən şəxs4 xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan və Qəbələ rayonu Zarağan-2 qəsəbəsində bina 2, mənzil 79-da məskunlaşan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan və Ağdaş rayonu Ləki qəsəbəsi Hərbi şəhərcikdə məskunlaşan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan və Qəbələ rayonu Zarağan-2 qəbəsində məskunlaşan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs5 və Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan və Qəbələ rayonu Zarağan-2 qəbəsində məskunlaşan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayon Nehrəxəlil kəndi ərazisində yerləşən yeməkxananın iş rejimini və normal fəaliyyətini müəyyən müddət ərzində pozub həmin vaxt yeməkxanada olan digər şəxslərin narazılığına səbəb olan davranışı ilə özünü ətrafda olan şəxslərə qarşı qoyub onlara münasibətdə laqeydliyini və etinasızlığını nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, Ağdaş rayon Ləki qəsəbəsi Hərbi şəhərcikdə yaşayan Kəlbəcər rayon Şurtan kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ona söyüş söyməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə qəsdən bədəninin müxtəlif yerlərindən əlləri ilə vuraraq ona qapalı kəllə beyin travması-beyin silkələnməsi, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ göz altı nahiyənin qançırı ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzəli xuliqanlıq hərəkətləri etmişlər. Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Ağdaş rayonu Ləki qəsəbəsi Hərbi şəhərcikdə məskunlaşan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Qəbələ rayonu Zarağan-2 qəsəbəsində məskunlaşan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs5, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Qəbələ rayonu Zarağan-2 qəsəbəsində məskunlaşan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Ağdaş rayonu Ləki qəsəbəsində məskunlaşan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayon Nehrəxəlil kəndi ərazisində yerləşən yeməkxananın iş rejimini və normal fəaliyyətini müəyyən müddət ərzində pozub həmin vaxt yeməkxanada olan digər şəxslərin narazılığına səbəb olan davranışı ilə özünü ətrafda olan şəxslərə qarşı qoyub onlara münasibətdə laqeydliyini və etinasızlığını nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, Ağdaş rayon Ləki qəsəbəsi Hərbi şəhərcikdə yaşayan, Kəlbəcər rayon Şurtan kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ona söyüş söyməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə qəsdən bədəninin müxtəlif yerlərindən əlləri ilə vuraraq ona qapalı kəllə beyin travması-beyin silkələnməsi, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ göz altı nahiyənin qançırı ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzəli xuliqanlıq hərəkətləri etmişlər. Təqsirləndirilən şəxs5 xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Ağdaş rayonu Ləki qəsəbəsi Hərbi şəhərcikdə məskunlaşan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Qəbələ rayonu Zarağan-2 qəsəbəsində bina 2, mənzil 79-da məskunlaşan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan və Qəbələ rayonu Zarağan-2 qəsəbəsində məskunlaşan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Ağdaş rayonu Ləki qəsəbəsində məskunlaşan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayon Nehrəxəlil kəndi ərazisində yerləşən yeməkxananın iş rejimini və normal fəaliyyətini müəyyən müddət ərzində pozub həmin vaxt yeməkxanada olan digər şəxslərin narazılığına səbəb olan davranışı ilə özünü ətrafda olan şəxslərə qarşı qoyub onlara münasibətdə laqeydliyini və etinasızlığını nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, Ağdaş rayon Ləki qəsəbəsi Hərbi şəhərcikdə yaşayan Kəlbəcər rayon Şurtan kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ona söyüş söyməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə qəsdən bədəninin müxtəlif yerlərindən əlləri ilə vuraraq ona qapalı kəllə beyin travması-beyin silkələnməsi, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ göz altı nahiyənin qançırı ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzəli xuliqanlıq hərəkətləri etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ifadəsində əvvəllər məhkum olunmadığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Zərərçəkmiş şəxs1 tanıdığını, onunla heç bir ədavət və düşmən münasibəti olmadığını, həmçinin Əjdər, Natiq, Elşad, Sarvan, Nadir və Pərvin adlı şəxsləridə tanıdığını, onlarla heç bir ədavət və düşmən münasibəti olmadığını, xx.xx.2021ci il tarixdə təxminən saat 20:00 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2la birgə Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yerləşən kafeyə çay içmək üçün getdiklərini, həmin vaxtlarda Əjdər Şahid2 zəng edərək bibisi oğlu Zərərçəkmiş şəxs1 götürərək onların olduqları kafeyə gəlmələrini bildirdiyini və Arazın Əjdər barəsində söyüşlər söyməsinə aydınlıq gətirmələrini bildirdiyini, təxminən saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 Nadir və Şahid1larla birgə onların olduqları kafeyə gələrək onların oturduqları çardağa (“беседка”) yaxınlaşaraq stolda oturduqlarını, həmin vaxt Əjdərin Araza onun barəsində nə səbəbə söyüşlər söyməsini soruşduğunu, həmin vaxt Əjdər və Araz arasında sözlə mübahisə olan zaman Araz Əjdərin ünvanına söyüşlər söyən zaman Əjdər stoldan qalxaraq Arazın sinəsindən tutdu və onar bir-biri ilə əlbəyaxa olub bir-birilərinin bədənlərinin müxtəlif yerlərindən yumruqla vurmağa başladıqlarını, həmin vaxt özü, Nadir və X53 bir-birindən ayırmağa çalışdıqlarını, həmin vaxtlarda Arazla Əjdərin bir-birilərin vuraraq çardağın (“беседка”) çölünə çıxdıqlarını və dalaşaraq Araz yerə yıxılan zaman səslərinə kənardan qohumları Natiq, Sarvan və Təqsirləndirilən şəxs3lar gəldiklərini, onlarda kənarda yerləşən otaqda yemək yediklərini, həmin vaxt Sarvan və X55 birbirindən ayırmağa çalışdıqlarını, həmçinin özlərinin də Arazla Əjdəri bir-birindən ayırdıqlarını, Təqsirləndirilən şəxs4 Araz və Əjdərə əsəbləşərək nə üçün bir-biriləri ilə dava-dalaş etdiklərinə görə iradını bildirdiyini, sonradan həmin dava-dalaş zamanı oraya Şahid5 da gəlib Arazla Əjdərin üzərinə əsəbləşərək dava-dalaş etdiklərinə görə iradını bildirdiyini, daha sonra hər birinin oradan uzaqlaşaraq öz yaşadıqları evlərinə getdiklərini, Qoşqar Səfiyarovun təsərrüfatında olan 4 baş xırda buynuzlu heyvanların nə vaxt, hansı şəraitdə, kimlər tərəfindən oğurlanması barədə heç bir məlumatı olmadığını, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yerləşən kafedə Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs2 arasında baş vermiş davadalaş zamanı orada özü, Nadir və Şahid1lar olduqlarını, dava-dalaşın səsinə kənarda otaqda əyləşən Natiq, Sarvan və Təqsirləndirilən şəxs3lar gəldiklərini, kənardan kafeni işlədən Mənsur adlı şəxs gördüyünü, sonradan həmin yerə Şahid5 gəldiyini, baş vermiş dava-dalaşın təxminən 5-6 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində əvvəllər məhkum olunmadığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, fərdi əməklə məşğul olduğunu və subay olduğunu, Ağdaş rayon Dovudlu kənd ümumi orta məktəbinin direktoru vəzifəsində işlədiyini, 1993-cü ildən Kəlbəcər rayon Şurtan kəndindən məcburi köçkün düşərək Qəbələ rayonu Zarağan 2 qəsəbəsində məskunlaşdıqlarını, 2012-ci ildən də Ağdaş rayonu Ləki qəsəbəsi Hərbi Şəhərcikdə məskunlaşdıqlarını, Zərərçəkmiş şəxs1 tanıdığını, onunla heç bir ədavət və düşmən münasibəti olmadığını, xx.xx.2021-ci il tarixdə təxminən saat 14:30 radələrində ona məxsus yonca sahəsinə həmkəndlisi Zərərçəkmiş şəxs1, Şahid2, Fizuli İbadova və digər şəxslərə məxsus ümumilikdə 58 baş iri buynuzlu inək heyvanları keçərək ziyanlıq vurduqlarından həmin 58 baş iri buynuzlu heyvanları özünə məxsus mal tövləsinə gətirib salaraq daha sonra həmkəndlisi Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəsinə zəng edərək onlara məxsus iri buynuzlu heyvanların onun yonca sahəsinə keçdiyindən və ziyan vurduğundan heyvanları tövləyə saldığını bildirdiyini, Araza əgər ona məxsus yonca sahəsinə kimlərsə qəsdən mal buraxaraq ziyanlıq vurması barədə söyüşlər söydüyünü, Arazın da onun ünvanına söyüşlər söyərək telefonu söndürdüyünü və onu bir daha yığmağını əngəllədiyini, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 onun telefonunun “Whatsapp” proqramına səs yazması göndərərək ona söyüşlər söydüyünü və xx.xx.2021ci il tarixdə gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 heyvanlarını ona məxsus tövlədən açaraq apardığını, həmçinin sonradan qardaşı Qoşqar Səfiyarovun “həmin günü iri buynuzlu heyvanları aparan zaman ona məxsus 4 baş xırda buynuzlu heyvanları da Zərərçəkmiş şəxs1 oğurlamışdır” dediyini, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp” proqramına baxan zaman Arazın statusa “nə oldu paşinyan, bəs vermirdin” sözləri yazdığını, ona acıq verdiyini gördüyünü, özünün də heç bir söz demədiyini, xx.xx.2021-ci il tarixdə Şahid2 zəng edərək “sənin bibin oğlu Araz mənim ünvanıma telefonla söyüşlər söyərək mənə “sən peysərsən” sözlərini işlədib, sən Zərərçəkmiş şəxs1 götür özünlə gəl bir yerdə oturub çay içək və nə səbəbə məni söyməsini araşdıraq” dediyini, Nadirin də ona “bir yerdəyik gəlirik” dediyini, özünün də “Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yerləşən kafedə oturmuşam” dediyini, təxminən yarım saat sonra Nadir, Araz, və Şahid1 gəldiklərini, həmin vaxt özü, xalası oğlu Təqsirləndirilən şəxs1, kafenin həyətində yerləşən çardaqda (“беседка”) oturub çay içdiklərini, kafenin çardağında (“беседка”) oturan zaman Zərərçəkmiş şəxs1 nə üçün onun ünvanına söyüşlər söyməsini soruşduğunu və onun peysərliyini harada görməsini soruşan zaman Arazın ona “sən peysərsən” dediyini, həmin vaxt aralarında mübahisə baş verdiyini və əlbəyaxa olan zaman Zərərçəkmiş şəxs1 onun sifətinin sol gözaltı nahiyəsindən yumruqla vuran zaman özünün də Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərindən vuraraq bir-birləri ilə çardağın (“беседка”) içərisində dalaşdıqlarını, həmin vaxt qohumu Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 aralarında baş vermiş dava-dalaş olan yerə gəldiklərini, həmin vaxt ayrılan zaman çardaqdan (“беседка”) kənara çıxarkən Sarvan və Elşadın onları ayıranda Arazın yenə də söyüşlər söydüyü üçün Sarvan və Elşadın onları ayırarkən Arazın bədəninin müxtəlif yerlərindən əlləri ilə vuraraq döydüklərini, daha sonra aralarında baş vermiş dava-dalaş yerinə Arazın dayısı Şahid5 da gələrək onları ayıraraq öz iradını bildirdiyini “siz kəndlisiniz və niyə dava-dalaş edirsiniz” dediyini, daha sonra bir-birindən ayrılaraq hərəsinin öz evlərinə getdiklərini, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində qohumları Təqsirləndirilən şəxs4, Sarvan Alışanov və Təqsirləndirilən şəxs3lar həmin kafedə yemək yediklərini, onunla Araz arasında baş vermiş dava-dalaşın səsini eşidərək onların olduqları yerə gəldiklərini, özünün də bunları sonradan bildiyini, davadalaş zamanı kimlərinsə bir-birini tutaraq saxlamasını görmədiyini, Zərərçəkmiş şəxs1 və Şahid2 özlərinə məxsus iri buynuzlu heyvanları ona məxsus mal tövləsindən çıxarıb apardıqlarını, sonradan 4 baş xırda buynuzlu heyvanlar yoxa çıxdıqlarından qardaşı X45 və Nadirdən şübhələndiyini, ancaq oğurluq edən vaxtı onları heç kim görmədiyini, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yerləşən kafedə Arazla onun arasında baş vermiş dava-dalaş zamanı yanlarında Təqsirləndirilən şəxs1, Nadir və Şahid1lar olduğunu, səslərinə kənarda otaqda əyləşən Natiq, Sarvan və Təqsirləndirilən şəxs3lar gəldiklərini, kənardan onları səhv etmirsə kafeni işlədən Mənsur adlı şəxs gördüyünü, aralarında baş vermiş dava-dalaşın təxminən 5-6 dəqiqə davam etdiyini, Arazla həmin vaxtı dava-dalaş edən zaman həmçinin də X56 söyüş söydüyünə görə onun bədəninin müxtəlif yerlərinə vuran zaman ola bilsin ki, xəsarət aldığını, Qoşqar Səfiyarova məxsus 4 baş xırda buynuzlu quzu heyvanlarının kimlər tərəfindən oğurlanması barədə heç bir məlumatı olmadığını, ifadəsinin alınmasında ona hər hansı bir təzyiq və ya zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ifadəsində əvvəllər məhkum olunmadığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, ailəli olduğunu, üç övladı olduğunu, 1993-cü ildən Kəlbəcər rayon Şurtan kəndindən valideynləri məcburi köçkün düşərək Ağdaş rayonu Ləki qəsəbəsində məskunlaşdıqlarını, Zərərçəkmiş şəxs1, Qoşqar Səfiyarovu tanıdığını, onlarla əvvəllər heç bir ədavət və düşmən münasibəti olmadığını və hazırda da olmadığını, Arazın malları Əjdərlə Qoşqarın biçin sahəsinə girdiklərinə görə onlar bütün malları yığıb sahədən gətirib öz tövlələrinə saldıqlarını, sonra Əjdərin Arazın istifadəsində olan mobil nömrəsinə zəng edərək ona məxsus iri buynuzlu heyvanların yonca sahəsinə keçdiyinə və ziyan vurduğuna görə heyvanları tövləyə saldığını bildirdiyini, həmin vaxt Arazla Əjdərin arsında yonca sahəsinə kimlərinsə qəsdən mal buraxaraq ziyanlıq vurması ilə bağlı söyüşmə olduğunu, daha sonra isə Arazın heyvanlarını Əjdərin fermasında olan tövlədən açaraq gizli apardığını, Əjdərin qardaşı Qoşqar Əjdərə həmin günü iri buynuzlu heyvanları Araz apardığını bildiyini, Əjdərin isə Arazın istifadəsində olan mobil telefonun “vatçapına” baxan zaman Arazın statusa “nə oldu paşinyan, bəs vermirdin” sözləri yazdığını gördüyünü, ona acıq verdini fikirləşdiyini, xx.xx.2021-ci il tarixdə Teymur və Pərviz adlı qəssablarla Nehrəxəlil yolunun kənarında oturub yemək yediklərini, sonradan ona Elşad, Sarvan və Cavid Əjdərlə birlikdə, Araz isə Nadir və Pərvinlə birlikdə ora gəldikləri məlum olduğunu, kafenin çardağında (“беседка”) oturan zaman Arazla Əjdərin arasında mübahisə və əlbəyaxa dava olduğunu və onların biri-birini vurduqlarını, özünün də onların səs-küylərini eşidib onların yanına getdiyini və onları bir-birindən aralaşdırdığını, həmin vaxt onlara “ayıb olsun, siz bir kəndçisiniz, qohumsunuz və niyə dalaşırsınız” deyərək öz iradını da bildirdiyini, daha sonra onların da avtomobillərinə minib oradan getdiklərini, özünün də yenidən oturduğu şəxslərin yanına gəldiyini və bir qədər sonra bir-birlərindən ayrılaraq hərəsinin öz evlərinə getdiklərini, Arazla Əjdər arasında baş vermiş dava-dalaş zamanı orada olsa da həmin vaxtı Arazı və ya başqa kimisə vurmadığını, Arazla Əjdəri ancaq aralaşdırdığını, həmin vaxtı Arazı kimin vurmasını bilmədiyini, həmçinin onu da heç kim vurmadığını, Arazın həmin xəsarətləri almasından xəbəri olmadığını, ora çatan zaman Əjdərlə Arazın yaxalaşmasını gördüyünü, lakin kiminsə bir-birini vurmasını görmədiyini, Arazın dediklərinin yalan olduğunu, Əjdərgil və Arazgil ora gələndə onların yanında olmadığını, onlar mübahisə etməyə başladıqdan sonra səs-küyə onların yanına getdiyini və getdikdən sonra da onları aralaşdırdığını, Arazı vurmadığını və kiminsə əl-qolunu tutmadığını, ifadəsinin alınmasında ona hər hansı bir təzyiq və ya zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində əvvəllər məhkum olunmadığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, fərdi əməklə məşğul olduğunu və subay olduğunu, 1993-cü ildən Kəlbəcər rayon Şurtan kəndindən valideynləri məcburi köçkün düşərək Qəbələ rayonu Zarağan 2 qəsəbəsində məskunlaşdıqlarını, xx.xx.2021-ci il tarixdə DİN-in 102 xidmətinə və Ağdaş RPŞ-yə ünvanlanmış məlumatla tanış olduğunu, Zərərçəkmiş şəxs1, Qoşqar Səfiyarovu tanıdığını, onlarla əvvəllər heç bir ədavət və düşmən münasibəti olmadığını və hazırda da olmadığını, xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayonundan Ağdaş rayonuna qohumu Ağdaş rayon Ləki qəsəbəsi hərbi şəhərcikdə yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evə təxminən saat 19:00 radələrində qonaq gəldiyini, həmin gün yemək yemək üçün əmisi oğlu Sarvanla telefon əlaqəsi saxladığını və Sarvanla birlikdə Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yemək yeməyə gedəsi olduqlarını, ikisinin birlikdə həmin kafeyə daxil olduqdan sonra orada olan masaların birində oturub yemək yediklərini, daha sonra yanlarına qohumu Natiqin də həmin yerə gəldiyini və onlarla birlikdə əyləşdiyini, həmin zaman yemək yesələr də, lakin spirtli içki qəbul etmədiklərini, həmin gün dəqiq saat yadında olmadığını, lakin hava qaraldığını, bu zaman kafenin həyətində səsküy olduğunu gördüklərini, dərhal çölə çıxdıqlarını və həmin zaman bibisi oğlu Təqsirləndirilən şəxs2 həmin yerdə olduğunu, yanında tanımadığı adamlar olduğunu və Əjdərin kiminləsə mübahisə etdiyini gördüklərini, özünün də həmin zaman onlara yaxınlaşdığını və mübahisə daha da böyüməməsi üçün Əjdəri həmin yerdən uzaqlaşdırdığını, bundan sonra da həmin yerdən uzaqlaşıb Sarvanla birlikdə öz yaşadığ evə, yəni Qəbələ rayonuna getdiyini, Arazın PŞ-yə müraciət edərək və onların, yəni onun, Sarvan, Cavid və Əjdər tərəfindən döyülməsini bildirdiyini sonradan eşitdiyini, həmin vaxtı Arazı tanımadığını, sonradan Əjdərlə mübahisə edib dalaşan şəxsin Araz adlı şəxs olduğunu sonradan bildiyini, Arazı vurmadığını, Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs2 arasında baş vermiş dava-dalaş zamanı özünün orada olsa da həmin vaxtı Arazı vurmadığını, onları aralaşdırdığını, həmin vaxtı Arazın kimin vurmasını da bilmədiyini, həmçinin də onu heç bir kəsin döymədiyini və heç bir xəsarət yetirmədiyini Arazın nə cür olubsa xəsarətlər almasından xəbəri olmadığını, Qoşqar Səfiyarova məxsus 4 baş xırda buynuzlu quzu heyvanlarının kimlər tərəfindən oğurlanması barədə heç bir məlumatı olmadığını, ifadəsinin alınmasında ona hər hansı bir təzyiq və ya zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ifadəsində əvvəllər məhkum olunmadığını, fərdi əməklə məşğul olduğunu və subay olduğunu, valideynlərinin 1993-cü ildən Kəlbəcər rayon Şurtan kəndindən məcburi köçkün düşərək Qəbələ rayonu Zarağan 2 qəsəbəsində məskunlaşdıqlarını, özü Qəbələ rayonunda anadan olduğunu, Zərərçəkmiş şəxs1, Qoşqar Səfiyarovu tanıdığını, onlarla əvvəllər heç bir ədavət və düşmən münasibəti olmadığını və hazırda da olmadığını, xx.xx.2021-ci il tarixdə Qəbələ rayonunda olduğunu, həmin zaman qohumu Elşadla telefon əlaqəsi saxladığını, Elşadın ona “Kəlbəcər rayonundan Ağdaş rayonuna gəlmişəm, gəl birlikdə yemək yeyək” dediyini, özünün də Qəbələ rayonundan Ağdaş rayonuna Ləki qəsəbəsinə gəldiyini, həmin zaman Elşadla görüşdüyünü və birlikdə Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yerləşən kafeyə yemək yeməyə gedəsi olduqlarını, ikisinin birlikdə həmin kafeyə daxil olduqdan sonra orada olan masaların birində oturub yemək yediklərini, daha sonra onların yanına dayısı Natiqin də həmin yerə gəldiyini və onlarla birlikdə əyləşdiyini, həmin zaman yemək yesələrdə lakin spirtli içki qəbul etmədiklərini, həmin gün dəqiq saat yadında olmadığını, lakin hava qaraldığını, bu zaman kafenin həyətində səs-küy olduğunu gördüklərini, dərhal çölə çıxdıqlarını və həmin zaman bibisioğlu Təqsirləndirilən şəxs2 həmin yerdə olduğunu, yanında Araz, Nadir, Pərvin və Əvəz adlı şəxslər olduğunu və Əjdərın onlarla mübahisə etdiyini gördüyünü, özünün də Əjdərlə Arazın biri birləri ilə əlbəyaxa olduqlarını və bir birlərinə əl qol atdıqlarını gördüklərini, özü və Elşadla birlikdə həmin zaman onlara yaxınlaşdıqlarını və Əjdəri və Arazı biri birlərindən araladıqlarını, Əjdəri həmin yerdən mübahisənin daha da böyüməməsi üçün uzaqlaşdırdıqlarını, bundan sonra da həmin yerdən uzaqlaşıb Elşadla birlikdə öz yaşadıqları Qəbələ rayonuna getdiklərini, Arazın PŞ-yə müraciət etdiyini və onların yəni özü, Elşad, Cavid və Əjdər tərəfindən döyülməsini bildirdiyini sonradan eşitdiyini, lakin həmin vaxtı Arazı vurmadığını, Arazın xəsarətlər almasından xəbəri olmadığını, Qoşqar Səfiyarova məxsus 4 baş xırda buynuzlu quzu heyvanlarının kimlər tərəfindən oğurlanması barədə heç bir məlumatı olmadığını, ifadəsinin alınmasında ona hər hansı bir təzyiq və ya zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində heç bir kəslə ədavət və düşmən münasibəti olmadığını, təsərrüfatında 3 baş iri buynuzlu heyvanları olduğunu, həmin heyvanların sahibsiz qalaraq xx.xx.2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 otlaq sahəsinə keçdiyi üçün heyvanlarını və başqa tanımadığı şəxslərin heyvanlarını öz tövlələrinə saldıqlarını, xx.xx.2021-ci il tarixdə təxminən saat 16:30 radələrində heyvanlarını axtaran zaman istifadəsində olan ***-***-**-** saylı sim nömrəsinə ***-***-**-** saylı sim nömrə ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng edərək harada olmağını soruşduğunu, özünün də ona “heyvanlarımız yoxdur onları axtarırıam sahədə” dediyini, həmin vaxt Təqsirləndirilən şəxs2 onun ünvanına söyüşlər söyərək onu söyüb təhqir edib telefonu söndürdüyünü, özünün də sonradan nə qədər Əjdərin ona zəng etdiyi nömrəyə zəng etsə də, onun telefon zənglərinə cavab vermədiyini, öz nömrəsinin “whatsapp” proqramı ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı sim nömrənin “whatsapp” nömrəsinə əsəbi olduğundan və Əjdərin onun ünvanına söyüşlər söydüyü üçün özünün də Əjdərə səslə söyüşlər dediyini ona “sən nə üçün mənim ünvanıma söyüşlər söyməlisən” dediyini, daha sonra xx.xx.2021-ci il tarixdə axşam vaxtlarında ona məxsus heyvanların yaşadıqları evin həyətinə gəldiklərini, daha sonra Əjdəri görmədiyini, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yanacaqdoldurma məntəqəsinin yanında olan zaman “VAZ 21099” markalı göy rəngli dəqiq dövlət nömrə nişanını bilmədiyi avtomobilin onun yanında saxladığını, həmin vaxt həmin avtomobili idarə edən Qəbələ rayonunda yaşayan həmkəndlisi Təqsirləndirilən şəxs3 olduğunu, ön oturacaqda isə Sarvan Alışanov və sağ arxa oturacaqda isə Təqsirləndirilən şəxs1 əyləşdiyini gördüyünü, həmin vaxt onunla salamlaşdıqdan sonra Sarvan Alışanovun ona “Təqsirləndirilən şəxs2la aranda olan söhbət nə söhbətdir? Biz əmioğluyuq, gəl yaxınlıqda olan kafedə oturub çay içək və bu məsələyə aydınlıq gətirək” dediyini, özünün də Sarvan Alışanovun ona dediyi sözlərlə razlaşaraq yaxınlıqda olan kafeyə avtomobili sürdüklərini və həmin kafeyə gedərək kafedə olan çardağın altına keçib çay içmək istəyən zaman çardaqda (“беседка”) həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 stolda oturduqlarını gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs4 ayağa qalxaraq nalayiq ifadələr işlədib Təqsirləndirilən şəxs2 onu döyməsini bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs2 da oturduğu stoldan ayağa qalxaraq yumruqla bir neçə dəfə sifət və baş nahiyəsindən vurduqdan sonra arxadan Sarvan Alışanovun onun başının arxa nahiyəsindən yumruqla bir neçə dəfə vurduqdan sonra huşunu itirib yerə yıxıldığını, yerə yıxıldıqdan sonra onların hər birinin, yəni Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Sarvan Alışanovun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu yerdə təpiklə və yumruqla vurmağa davam etdiklərini, onlar hamısı onu döyən zaman oraya gəlmiş dayısı oğulları Şahid2 və Şahid1 onları ayırmağa çalışmalarını gördüyünü, ancaq həmin vaxt Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 onu vurmaqdan kənarlaşıb, Təqsirləndirilən şəxs4 Şahid2 qollarından, Təqsirləndirilən şəxs1 isə Şahid1 tutub qalan şəxslər onu döysünlər və aralaşdıran olmasın deyə tutub saxladıqlarını, sonra dayısı Şahid5 ora gələrək onların üstünə qışqırdığını və bundan sonra Əjdərin, Sarvanın və Elşadın ondan ayrıldıqlarını, sonra Nadir və Şahid1ların onu yerdən qaldıraraq öz yaşadığı evə apardıqlarını, onun halı pis olduğundan birinci təcili tibbi yardıma, sonra isə DİN-in 102 xidmətinə zəng edərək məlumat verdiyini, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində onu Təqsirləndirilən şəxs2, Sarvan, Təqsirləndirilən şəxs3lar və Təqsirləndirilən şəxs1 döyən zaman orada kənardan onu döymələri üçün Təqsirləndirilən şəxs4 göstəriş verdiyini, sonradan yerdə uzanaqlı olduğu vaxt Nadir, Şahid1lar orada odluqlarını gördüyünü, ancaq Natik və Cavid onları ona yaxınlaşmağa qoymayaraq qollarından tutub saxladıqlarını, səslərinə kimlərin gəlməsini bilmədiyini, aralarında olan baş vermiş dava-dalaşın təxminən 10-12 dəqiqə davam etdiyini, X1 rayonunda yaşadığını, Ağdaş rayonunda ona məxsus heç bir ev və tövlə olmadığını, onlara məxsus heç bir heyvan oğurlanmadığını, statusda “nə oldu paşinyan, bəs vermirdin?” Bu statusu 2-ci Qarabağ müharibəsindən sonra daimi paylaşdığını, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yerləşən kafedə onu döydüklərini, heç bir kəsi döymədiyini və heç bir kəsə xəsarət yetirmədiyini, barəsində vermiş olduqları məlumatın yalnış olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində Ağdaş rayonu Ləki kəndinin girəcəyində Nehrəxəlil yolunda olan mağazada qaynı Zərərçəkmiş şəxs2 Nadır oğlu ilə birlikdə qəssab işlədiyini, ailəli olduğunu, üç övladının olduğunu, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs4 tanıdığını, onlarla əvvəllər heç bir ədavət və düşmən münasibəti olmadığını və hazırda da olmadığını, xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində Pərvizlə və Təqsirləndirilən şəxs4la birlikdə Nehrəxəlil yolunda yerləşən kafeyə axşam nahar etmək üçün gəldiyini, üçünün kafenin otaqlarından birində oturub yemək sifariş verdiklərini və bir qədər oturub yemək yedikdən sonra çöldə səs-küy gəldiyini eşitdiklərini, bu zaman Natikin ayağa qalxaraq tanışlarının dalaşdıqlarını bildirib otaqdan çölə çıxdığını, Pərvizlə özünün isə yemək yeməyə davam etdiklərini, Natikin təxminən bir neçə dəqiqə sonra geri qayıtdığını və onlara Arazla özünün bacısı uşaqları dalaşdıqlarını, sonra yenə də Natiklə birlikdə həmin otaqda oturub yemək yeməyə davam etdiklərini, bundan təxminən bir saat sonra yeməklərini bitirib kafedən çıxıb evə getdiklərini, baş vermiş dava-dalaş zamanı onların yanında olmadığını, həmin vaxt kafedə otaqda oturub Pərvizlə birlikdə yemək yeməyə davam etdiyini, sadəcə Natikin səs-küy gələn zaman çölə çıxdığını və bir qədər sonra geri qayıtdığını, Arazın və ya başqa kiminsə dalaşmasını və ya vurulmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs2 da iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs1 tanıdığını, onunla heç bir ədavəti və ya düşmən münasibəti olmadığını, həmçinin Əjdər və Natik adlı şəxsləri də tanıdığını və onlarla da heç bir ədavəti və düşmən münasibəti olmadığını, Elşad, Sarvan və Cavid adlı şəxsləri bəlkə də üzdən tanıdığını, amma hazırda xartırlamadığını, xx.xx.2021-ci il tarixdə təxminən saat 20:00 radələrində mən aşbaz işlədiyi Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində olan kafedə olan zaman oraya Araz və Əjdər yanlarında bir neçə nəfər tanımadığı şəxslə gəldiklərini və besetkalardan birində oturub çay sifariş verdiklərini, onlar üçün çay gətirən zaman onların uca səslə mübahisə etdiklərini gördüyünü, onlara “bir qədər sakit danışın, burada sizdən başqa da adamlar var” dediyini, çayı verdikdən sonra içəriyə, yəni mətbəxə öz işləri ilə məşğul olmaq üçün getdiyini, həmin vaxt Natiqin kabinetlərdən birində oturub başqa şəxslərlə yemək yediyini, bir qədər sonra çöldən səs-küy gəlməsini eşitdiyini, lakin yemək bişirdiyinə görə çölə çıxa bilmədiyini, işini qurtardıqdan sonra çölə çıxan zaman Natiqin besetka tərəfdən gəldiyini gördüyünü və Natiqdən “bu nə səs-küy idi, nə baş verib” deyə soruşduğunu, Natiqin də ona “hər şey yolundadı, narahat olma, yola saldım getdilər” dediyini, özünün də bu zaman orada olan şəxslər avtomobillərinə oturaraq oradan uzaqlaşdıqlarını gördüyünü, münaqişə baş verən zaman mətbəxdə yemək bişirdiyi üçün orada olmadığını və bu səbəbdən də münaqişəni görmədiyini, ona görə də kimlərin birbirini vurub xəsarət yetirmələri barədə heç nə deyə bilmədiyini, həmin vaxt orada Arazla Əjdərdən başqa 3-4 nəfər də adam olduğunu, lakin həmin şəxsləri tanımadığını, həmin vaxt orada hamısının bərkdən danışaraq mübahisə etdiklərini, bu səbəbdən də onlara sakit olmaları barədə xəbərdarlıq etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid5 ifadəsində Zərərçəkmiş şəxs1 tanıdığını, Arazın onun bacısı oğlu olduğunu, onunla heç bir ədavəti və ya düşmən münasibəti olmadığını, həmçinin, Əjdər, Natiq, Elşad, Sarvan və Cavid adlı şəxsləri də tanıdığını, onun qohumları olduğunu və onlarla da heç bir ədavəti və düşmən münasibəti olmadığını, xx.xx.2021-ci il tarixdə təxminən saat 20:30 radələrində idarə etdiyi avtomobillə Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində olan kafeyə yemək yemək üçün getdiyini, kafenin girəcəyində avtomobilini saxlayıb yerə düşən zaman kafenin içərisində olan çardaqda (“беседка”) dava-dalaş olduğunu və oradan bərk səs-küy gəldiyini gördüyünü, bir qədər çardağa (“беседка”) yaxınlaşan zaman Təqsirləndirilən şəxs2, Sarvan Alışanov, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 təkləyib döyərək yerə yıxdıqlarını və həmçinin də yerdə döyməklərinə davam etdiklərini gördüyünü, həmin vaxt orada olan onun və Arazın qohumları Şahid2 və Şahid1 onları aralaşdırmağa və Arazı onların əllərindən almağa çalışsalar da, lakin Natik və Cavid həmin vaxt Nadirlə Pərvinə də mane olub onların əllərini tutaraq maneçilik yaratdıqlarını, bunu görən zaman davadalaşı ayırmaq üçün çardağa (“беседка”) yaxınlaşdığını və onların üstünə qışqıraraq sakit olmalarını və Arazı rahat buraxmalarını tələb etdiyini, onun səs-küy salmağından sonra onlar bir qədər sakitləşərək Arazı buraxdıqlarını, daha sonra dava-dalaşın tədricən sakitləşəndən sonra Cavid və X46 buraxdıqlarını, Nadir və Pərvinin Arazı yerdən qaldıraraq kömək edib yaşadığı evə apardıqlarını, dava-dalaşdan sonra Natiqin öz avtomobili ilə, Əjdər, Sarvan və Cavid isə Elşadın avtmobilinə minərək oradan uzaqlaşdıqlarını, bundan sonra isə avtomobilinə əyləşib idarə edərək Arazgilə getdiyini və orada Arazın vəziyyətinin pis olduğunu gördükləri üçün Arazı Ağdaş rayon Mərkəzi xəstəxanasına apardıqlarını, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yerləşən kafedə baş vermiş dava-dalaş zamanı onu heç kim döymədiyini və özünün də heç kimi döymədiyini, həmçinin heç bir xəsarət almadığını və özünün də heç kimə xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid5 Şahid1 ifadəsində Zərərçəkmiş şəxs1 tanıdığını, onunla heç bir ədavət və düşmən münasibəti olmadığını, həmçinin Əjdər, Natiq, Elşad, Sarvan və Cavid adlı şəxsləri də tanıdığını, onlarla da heç bir ədavət və düşmən münasibəti olmadığını, xx.xx.2021-ci il tarixdə təxminən saat 18:00 radələrində istifadəsində olan ***-***-**-** saylı nömrəsinə qohumu Sarvan Alışanov istifadəsində olan ***-***-**-** saylı sim nömrədən zəng edərək “Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs2 arasında olan narazılığa aydınlıq gətirmək lazımdır və səndə gəl əmi oğluyuq oturub Arazı çağıraq danışaq” dediyini, özünün də Sarvana telefonla “hal-hazırda heyvanları kəndin çöl sahəsində otarıram, heyvanları sahibsiz qoya bilmərəm, heyvanları gətirən zaman gələrəm” dediyini, daha sonra axşam vaxtlarında xx.xx.2021-ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı evin küçəsi ilə gedən zaman küçədə qohumu Şahid2 gördüyünü və Nadirin də ona bildirdi “Sarvan ona zəng edərək Arazla Əjdərin arasında baş vermiş mübahisəni aydınlaşdırmaq lazımdır” dediyini, həmin vaxt yenə də Sarvanın ona zəng edərək “mən Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində olan kafedə gözləyirəm, gəl orada bir çay içək” dediyini, özünün də Şahid2la birgə yolun kənarı ilə Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində olan kafedəki çardağa (“беседка”) yaxınlaşan zaman Təqsirləndirilən şəxs2, Sarvan Alışanovun və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 döyərək yerə yıxmalarını gördüyünü. Araz yerə yıxıldıqdan sonra onların hər birinin, yəni Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Sarvan Alışanovun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Arazı yerdə təpiklə və yumruqla vurmağa davam etdiklərini, onlar Arazı döyən zaman, onun və Şahid2 onları Arazdan ayırmağa çalışmaq istədiklərini, lakin həmin vaxt Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Arazı vurmaqdan kənarlaşıb, Təqsirləndirilən şəxs4 Nadiri qollarından tutduğunu, Təqsirləndirilən şəxs1 isə onu aralaşdıran olmasın və qalan şəxslər Arazı döyməyə davam etsinlər deyə tutub saxladıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs4 söyüşlər söyərək Sarvan, Elşad və Əjdərə Zərərçəkmiş şəxs1 döyüb öldürməsini bildirdiyini, daha sonra təsadüfən Şahid5 ora gələrək onların üstünə qışqırdığını və bundan sonra Əjdər, Sarvan və Elşad Arazdan ayrıldıqlarını, dava-dalaş tədricən sakitləşəndən sonra Cavidin və Natiqin onu və Nadiri buraxdıqlarını, o və Nadir Zərərçəkmiş şəxs1 yerdən qaldıraraq kömək edib yaşadığı evə apardıqlarını, dava-dalaşdan sonra Natiqin öz avtomobili ilə, Əjdər, Sarvan və Cavid isə Elşadın avtmobilinə minərək oradan uzaqlaşdıqlarını, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yerləşən kafedə baş vermiş dava-dalaş zamanı orada Təqsirləndirilən şəxs2, Sarvan Alışanov, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Şahid2 orada olduğunu, onlardan bir qədər kənarda kafeni işlədən Mənsur adlı şəxs və başqa tanımadığı şəxslərin də olduğunu, səsə kimlərin gəlməsini bilmədiyini, özü və Nadirin dava-dalaş olan yerə getdikdən təxminən 3-4 dəqiqə sonra dava-dalaşın qurtardığını, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Ağdaş rayon Nehrəxəlil kəndinin girəcəyində yerləşən kafedə baş vermiş dava-dalaş zamanı onu heç kimin döymədiyini və özünün də heç kimi döymədiyini, heç bir xəsarət almadığını və heç kimə xəsarət yetirmədiyini, özü və Şahid2 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2, Sarvan Alışanovun və Təqsirləndirilən şəxs3 əllərindən aralaşdırıb almaq istəyən zaman onu Təqsirləndirilən şəxs1, Şahid2 isə Təqsirləndirilən şəxs4 tutaraq Arazı onlardan ayırıb əllərindən ala bilməmələri üçün saxladıqlarını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 630 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər–qapalı kəllə beyin travması-beyin silkələnməsi, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözaltı nahiyənin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddilər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 iyun 2022-ci il tarixli, 220 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 6i ünvanında yaşamaqla ailə tərkibi; arvadı xx.xx.1984-cü il təvəllüdlü X14, qızı xx.xx.2005-ci il təvəllüdlü X9, oğlu xx.xx.2006-cı il təvəllüdlü X15, qızı xx.xx.2012-ci il təvəllüdlü X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 iyun 2022-ci il tarixli, 221 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6i ünvanında yaşamaqla ailə tərkibi atası xx.xx.1973-cü il təvəllüdlü X28, anası xx.xx.1974-cü il təvəllüdlü X10, bacısı xx.xx.1997-ci il təvəllüdlü X21, bacısı xx.xx.1995-ci il təvəllüdlü X22 və qardaşı xx.xx.2005-ci il təvəllüdlü X6 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınların və X20 üzrə Dövlət Komitəsi Qəbələ rayon Mənzil-Kommunal İstismar İdarəsindən verilmiş 20 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X23 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınların və X20 üzrə Dövlət Komitəsi Qəbələ rayon Mənzil-Kommunal İstismar İdarəsindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 3777 saylı arayışdan görünür ki, X2 X29 rayon Zarağan-2, bina 1, mənzil 75 ünvanında yaşamaqla ailə tərkibi atası X24, anası X12 və bacısı X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınların və X20 üzrə Dövlət Komitəsi Qəbələ rayon Mənzil-Kommunal İstismar İdarəsindən verilmiş 20 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınların və X20 üzrə Dövlət Komitəsi Qəbələ rayon Mənzil-Kommunal İstismar İdarəsindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 3478 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 8 ünvanında yaşamaqla ailə tərkibi atası X13, anası X5 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınların və X20 üzrə Dövlət Komitəsi Qəbələ rayon Mənzil-Kommunal İstismar İdarəsindən verilmiş 20 dekabr 2021-ci il xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınların və X20 üzrə Dövlət Komitəsi Qəbələ rayon Mənzil-Kommunal İstismar İdarəsindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 353 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanında yaşamaqla ailə tərkibi yoldaşı -X7, qızı - X16 (xx.xx.2012-ci il təvəllüdlü), qızı - X17 (xx.xx.2014-cü il təvəllüdlü) və oğlu - X8 (xx.xx.2017-ci il təvəllüdlü) ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:05də Təqsirləndirilən şəxs5 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, saat 17:25-də Təqsirləndirilən şəxs5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:05də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, saat 16:25-də Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 16:05də Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, saat 16:40-da Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri ifadələri, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə məhkum olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən islah işləri cəzası şərti hesab edilməlidir. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməməsi bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə məhkum olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs4 şəxsiyyətini müsbət və mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs4 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən islah işləri cəzası şərti hesab edilməlidir. Təqsirləndirilən şəxs4 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməməsi bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə məhkum olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, Vətən Müharibəsində iştirak etməsi və fərqlənməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən islah işləri cəzası şərti hesab edilməlidir. Təqsirləndirilən şəxs3 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməməsi bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə məhkum olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs5 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə məhkum olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs5 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs5 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs5 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 8 gün müddət Təqsirləndirilən şəxs2 cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs4 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 8 gün müddət Təqsirləndirilən şəxs3 cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 8 gün müddət Təqsirləndirilən şəxs5 cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar