Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-79/2024 27.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri X4 və Mustafayeva Ulduzə Müdtəlif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq və yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əməlakını gizli yolla talayaraq təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onun üçün Rusiya Federasiyasında yaşayan tanışları vasitəsi ilə dəyərindən ucuz qiymətə lazer epiliyasiyası aparatı gətirəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “McDonalds” restoranının qarşısında 4800 (dörd min səkkiz yüz) manat pulu alaraq, 2022-ci ilin il iyul ayının əvvəllərində Rusiya Federasiyasına getdikdən sonra sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Beynəlxalq Bank”-dan “Contact Payment” sistemi vasitəsi ilə öz adına 497.95 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Beynəlxalq Bank”-dan “Zalatoy Korona” sistemi vasitəsi ilə öz adına 604.80 manat pulun köçürülməsinə nail olub həmin pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə xeyli miqdarda 5,902,75 manat (beş min doqquz yüz iki manat yetmiş beş qəpik) maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ağdaş rayonu, Cücük kəndində yerləşən evin həyətinə giriş qapısını açmaqla qanunsuz daxil olub, oradan da evin qapısını açmaqla qanunsuz daxil olaraq qonaq otağındakı güzgülü dolabın üzərində olan meyvə qabının içərisindən 850 (səkkiz yüz əlli) manat dəyərində 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd qolbaq və 01 ədəd üzükdən ibarət 583 əyarlı ümumilikdə 10 qram sarı rəngli rus istehsalı 01 dəst qadın qızıl komplektini, 01 ədəd 425 (dörd yüz iyirmi beş) manat dəyərində paxlavaşəkilli, 5 qram 583 əyarlı sarı-qırmızımtıl rəngli rus istehsalı qadın üzüyünü, 01 ədəd 340 (üç yüz qırx) manat dəyərində üzərində çoxsaylı sadə qaşları olan 583 əyarlı 4 qram sarı rəgnli rus istehsalı qadın üzüyünü, 01 ədəd 255 (iki yüz əlli beş) manat dəyərində üzərində 06 ədəd sadə qaşı olan 583 əyarlı 3 qram qırmızımtıl-sarı rəngli rus istehsalı kişi üzüyünü gizli yolla oğurlayaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1870 (min səkkiz yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin may ayının əvvəllərində axşam saatlarında işdən gəldikdən sonra arvadı Şahid1 ona Rusiya Federasiyasında yaşayan qardaşının işləmək üçün yanına çağırmış, onunla razılaşmış, lakin Rusiya Federasiyasına getmək üçün pulunun olmadığını bildirmişdir. Arvadı Şahid1 bilet almaq üçün borc pul axtarmağa başlamışdır. Bir neçə gün sonra arvadı Şahid1 ona Zərərçəkmiş şəxs1 borc pul verdiyini bildirmişdir. Arvadı Şahid1 Zərərçəkmiş şəxs1 haradan tanıdığını soruşmuş, həmin vaxtı arvadı Şahid1 azyaşlı oğlu ilə eyni sinifdə oxuyan sinif yoldaşının anası Şahid2 ilə söhbət edən zaman borc pul axtardığını demiş, həmin vaxtı Şahid2 ona Zərərçəkmiş şəxs1 borc pul verdiyini demişdir. Arvadı Şahid1 mobil telefon ilə Zərərçəkmiş şəxs1 ilə danışmış, söhbət zamanı arvadı Şahid1 Zərərçəkmiş şəxs1 bilet almaq üçün 300 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin pulu “Koroğlu” metrostansiyasının qarşısında verəcəyini bildirmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs1 ilə mobil telefon ilə danışdığını və pulu özünün götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 da heç bir problem olmayacağını bildirmişdir. Ertəsi gün “Koroğlu” metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşmüş, Zərərçəkmiş şəxs1 ona 300 manat pul vermişdir. Həmin pulu az vaxt ərzində geri qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs1 heç bir problem olmadığını bildirmişdir. Həmin vaxtı söhbət zamanı Zərərçəkmiş şəxs1 ona ucuz qiymətə lazer aparatı gətirib gözəllik salonu açmaq istədiyini, lakin ucuz qiymətə lazer aparatı satılan yer bilmədiyini demişdir. Onun həmin vaxtı pula ehtiyacı olduğu üçün öz-özlüyündə fikirləşib Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasında tanışlarının olduğunu deyərək həmin şəxslərin köməkliyi ilə ona ucuz lazer aparatı gətirəcəyinə inandırıb dələduzluq yolu ilə pulunu ələ keçirmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasında işləyən tanışlarının olduğunu və həmin şəxslərin köməkliyi ilə ucuz qiymətə lazer aparatı gətirə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 da onunla razılaşmışdır. Zərərçəkmiş şəxs1 xəbər edəcəyini bildirmiş və sağollaşaraq yanından getmişdir. Zərərçəkmiş şəxs1 mobil nömrəsini götürdüyünü və bir-birləri ilə mütəmadi olaraq əlaqə saxlamağa başladığını bildirmişdir. Bilet aldıqdan sonra Rusiya Federasiyası, Krasnodar şəhərinə yeznəsinin yanına işləməyə getmiş, orada meyvə-tərəvəz satdığını bildirmişdir. İşləri yaxşı getdiyi üçün Zərərçəkmiş şəxs1 aldığı 300 manat pulu təxminən 10 gün ərzində ödəmişdir. Həmin pulu Rusiya Federasiyasından Zərərçəkmiş şəxs1 göndərmişdir. 2022-ci ilin iyun ayının sonlarına yaxın Bakı şəhərinə geri qayıtmış və Zərərçəkmiş şəxs1 zəng edərək lazer aparatı gətirmək üçün 4800 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 da həmin pulu bir neçə günə verəcəyini, heç bir problem olmadığını bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək pulun hazır olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 Nərimanov rayonunda yerləşən “McDonald”s restoranının qarşısına gəlməsini istəmişdir. Zərərçəkmiş şəxs1 razılaşmışdır. Zərərçəkmiş şəxs1 2022-ci ilin iyun ayının sonunda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “McDonald”s restoranının qarşısında ona 4800 manat pulu vermişdir. Həmin vaxtı onların yanında başqa heç kim olmamışdır. Tezliklə Rusiya Federasiyasına gedib yaxın aylarda lazer aparatı gətirəcəyini bildirmişdir. Bundan sonra iyulun əvvəlində Rusiya Federasiyasına getmiş və Zərərçəkmiş şəxs1 ona verdiyi 4800 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra ona yenidən pul lazım olmuş və Zərərçəkmiş şəxs1 zəng edərək lazer aparatı üçün əlavə olaraq 498 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 da onunla razılaşmışdır. Zərərçəkmiş şəxs1 27 iyul 2022-ci il tarixdə 498 manat pul göndərmişdir. Həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra ona yenidən pul lazım olmuş və yenə də Zərərçəkmiş şəxs1 zəng edərək lazer aparatı gətirmək üçün əlavə olaraq 605 manat pul lazım olduğunu bildirmişdir. 01 sentyabr 2022ci il tarixdə Zərərçəkmiş şəxs1 ona 605 manat pul yollamışdır. Həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 mütəmadi olaraq ona zəng etmiş və lazer aparatını nə vaxt gətirəcəyini soruşmuşdur. Hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2022-ci ilin sentyabr ayında Bakı şəhərinə gəlmiş və Zərərçəkmiş şəxs1 ilə Bakıxanov qəsəbəsində görüşmüşdür. Söhbət zamanı Zərərçəkmiş şəxs1 1-2 ay ərzində lazer aparatı gətirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da gözləyəcəyini demişdir. Həmin vaxtdan etibarən də Zərərçəkmiş şəxs1 zənglərinə cavab verməmiş və ona lazer aparatı gətirməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 xalası olduğunu, onunla münasibətlərinin həmişə yaxşı olduğunu, aralarında heç bir ədavət və ya düşmənçilik olmadığını bildirmişdir. Xalası Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə ünvanlamış olduğu müraciəti və Ağdaş RPŞ-yə etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. 02 mart 2023-cü il tarixdə təxminən saat 14 radələrində Ağdaş şəhərində əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Şahid5 məxsus taksi ilə Ağdaş rayonu, Cücük kəndində yerləşən xalası Zərərçəkmiş şəxs2 məxsus evə qonaq getmişdir. Xalası Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə çatan zaman qapının qarşısından taksidən aşağı düşmüşdür. Həyətyanı sahəyə daxil olan zaman xalası Zərərçəkmiş şəxs2 səsləyib çağırmış, lakin fərdi yaşayış evindən heç bir səs gəlməmişdir. Xalası Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin birmərtəbəli olduğunu və evin giriş qapısının açıq vəziyyətdə olduğunu bildirmişdir. Qapıdan içəri daxil olmuş və pilləkəndən çıxaraq zala daxil olmuşdur. Həmin vaxtı evdə heç kimin olmadığını görmüşdür. Maddi vəziyyətində problemlər olduğundan xalası Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Evin otaqlarını axtarmağa başlamışdır. Qonaq otağına daxil olan zaman güzgülü dolabın qarşısına gəlmişdir. Həmin dolabın qarşısındakı konfet qabının qapağını açan zaman orada qızıl-zinət əşyalarının olduğunu görmüşdür. Həmin qızıl-zinət əşyalarını götürmüş və əynində olan uzunqol gödəkçənin sağ yan cibinə yığmışdır. Daha sonra fərdi yaşayış evinə daxil olduğu qapıdan çıxaraq kəndin çıxışına gəlməyə başlamışdır. Asfalt yola çatdıqda yoldan keçən avtomobillərdən birinə əl edərək saxlamış və həmin şəxsə onu Ləki dörd yoluna aparmasını istəmişdir. Bundan sonra həmin taksi sürücüsü onu Ləki dörd yoluna aparmışdır. Orada taksidən düşərək Bakı- Qazax avtomagistral yolunun kənarında dayanaraq üzü Tovuz şəhərinə getmək üçün yoldan keçən avtomobillərə əli ilə işarə etmişdir. Bundan sonra yoldan keçən avtomobillərdən biri ilə Tovuz şəhərinə gəlmişdir. Tovuz şəhərində olan zaman oteldə qalmışdır. 03 mart 2023-cü il tarixdə səhər saat 09:00 radələrində oteldən çıxmış və oğurladığı qızıl zinət əşyalarını Tovuz şəhərində yerləşən tanımadığı bir neçə qızıl-zinət alışı ilə məşğul olan mağazalara satmışdır. Həmin mağazada işləyən şəxslərə qızılların özünə məxsus olduğunu və maddi vəziyyətində problemlər olduğundan satmaq qərarına gəldiyini bildirmişdir. Daha sonra Tovuz şəhəri ərazisində əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Tovuz rayonu, Qovlar kənd sakini X1 məxsus VAZ 21011 minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və onu Tovuz rayonu, Qovlar qəsəbəsinə aparmasını istəmişdir. Şahid3 da onu Tovuz rayonu, Qovlar qəsəbəsinə gətirmişdir. Şahid3 ilə əlaqə saxlamaq üçün mobil nömrəsini götürmüşdür. Daha sonra isə qəsəbədə yerləşən oteldə qalmışdır. 04 mart 2024-cü il tarixdə səhər saatlarında oteldən çıxmış və tanımadığı şəxsə məxsus taksi ilə Tovuz şəhərinə gəlmiş və şəhər ərazisində piyada gəzməyə başlamışdır. Oğurladığı qızıllardan 1 ədəd qızıl üzük qalmışdır. Həmin üzüyü də satmaq qərarına gəlmişdir. Həmin vaxtı taksi sürücüsü Şahid3 zəng edərək Tovuz şəhər icra hakimiyyətinin qarşısına gəlməsini istəmiş, çünki qızılı satdıqdan sonra icra hakimiyyətinin qarşısına gedəcəyini bildirmişdir. Şahid3 razılaşmışdır. Təxminən 1 saat sonra Şahid3 ona zəng edərək Tovuz şəhər icra hakimiyyətinin qarşısında olduğunu bildirmişdir. Həmin vaxtı “Tünar zərgərlik” mağazasının qarşısında olmuş və ondan həmin zərgərlik mağazasının qarşısına gəlməsini istəmişdir. Şahid3 da razılaşmışdır. Təxminən 10 dəqiqə sonra “Tünar zərgərlik” adlanan qızıl mağazasına gəlmiş və əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Şahid4 ilə salamlaşmışdır. Söhbət zamanı Şahid4 qızıl alıb-almadığını soruşmuşdur. Şahid4 da qızıl aldığını bildirmişdir. Həmin vaxtı taksi sürücüsü Şahid3 da içəri daxil olmuş və salamlaşmışdır. Şahid4 1 ədəd qızıl üzüyünün olduğunu, həmin üzüyü satıb pulunu əsgərlikdə xidmət edən oğluna göndərəcəyini bildirmişdir. Şahid4 da qızıl üzüyə baxmaq istədiyini bildirmişdir. Qızıl üzüyü Şahid4 vermişdir. Şahid4 qızıl üzüyə baxdıqdan sonra onu 120 manata alacağını bildirmişdir. Şahid4 sənədləşmə üçün şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin vaxtı xarici pasportunu Şahid4 vermişdir. Həmin vaxtı Şahid3 siqaret çəkmək üçün çölə çıxmışdır. Sənədləşmə bitdikdən sonra Şahid4 ona 120 manat pul vermiş, pulu götürmüş və mağazadan çıxmışdır. Daha sonra taksi sürücüsü Şahid3 onu “Şam Bağı” otelinə gətirmişdir. Qızılzinət əşyalarının satışından əldə etdiyi ümumilikdə 1200 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Buna görə də nə etdiyini bilməmiş, həmçinin oğurladığı əşyaların da bir qismini hara qoyduğunu bilməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı özündən başqa ödəyəsi heç kim yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, həmçinin digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, özünə ucuz qiymətə lazer aparatı alıb gözəllik salonu açmaq istəmişdir. Bunun üçün 2022-ci ilin may ayının əvvəllərində onunla qonşuluqda yaşayan Şahid2 ilə söhbət edən zaman ona ucuz qiymətə lazer aparatı gətirib gözəllik salonu açmaq istədiyini və əgər ucuz qiymətə lazer aparatı satan şəxs olarsa məlumat verilməsini istəmişdir. Şahid2 da maraqlanacağını və əgər məlumatı olarsa ona xəbər verəcəyini bildirmişdir. Bir neçə gün sonra Şahid2 onunla söhbət edən zaman Şahid1 əri Təqsirləndirilən şəxs tez-tez Rusiya Federasiyasına gedib-gəldiyini və ona ucuz qiymətə lazer aparatı gətirə biləcəyini bildirmişdir. Şahid2 həmin şəxsləri haradan tanıdıqlarını soruşmuşdur. Şahid2 da Şahid1 oğlunun onun azyaşlı qızı ilə birlikdə eyni sinifdə oxuduğunu bildirmişdir. Şahid1 mobil nömrəsini Şahid2 almışdır. Daha sonra Şahid1 ilə mobil telefon ilə danışmışdır. Şahid1 da əri Təqsirləndirilən şəxs Rusiya Federasiyasına gedib-gəldiyini və ona ucuz qiymətə lazer aparatı gətirməyə köməklik edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxsla 2022-ci ilin may ayında dəqiq xatırlamadığı tarixdə Bakı şəhərində görüşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ona Rusiya Federasiyasına gedib-gəldiyini, orada tanışlarının olduğunu və tanışları vasitəsi ilə ucuz qiymətə lazer aparatı gətirəcəyini bildirmişdir. O, da razılaşmışdır. Təqsirləndirilən şəxs ona xəbər edəcəyini bildirmişdir. 2022-ci ilin iyun ayının sonunda Təqsirləndirilən şəxs ona zəng edərək lazer aparatı üçün 4800 manat pul lazım olduğunu bildirmişdir. Həmin pulu bir neçə günə verəcəyini bildirmişdir. 4800 manat pulu 2022-ci ilin iyun ayının sonunda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “McDonald”s” restoranının qarşısında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı onların yanında başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasına gedib ona yaxın aylarda lazer aparatı gətirəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə ona yenidən zəng etmiş və lazer aparatı gətirmək üçün əlavə olaraq pul lazım olduğunu bildirmişdir. Razılaşmış və 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Beynəlxalq Bank” vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyi hesaba 497.95 manat pul köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə yenidən ona zəng edərək əlavə olaraq pul istəmişdir. Həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bank Respublika” vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyi hesaba 604.80 manat pul yollamışdır. 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlmiş və onunla Bakıxanov qəsəbəsində görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs 1-2 ay ərzində ona lazer aparatı gətirəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən mütəmadi olaraq Təqsirləndirilən şəxsla telefon əlaqədi saxlamış, lakin lazer aparatı gətirməmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bilmişdir. Təqsirləndirilən şəxs pulunu geri istəmiş, lakin o pulunu geri qaytarmamışdır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 03 mart 2023-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağdaş RPŞ-yə müraciət etmişdir. Ağdaş rayonu Cücük kəndində yerləşən fərdi yaşayış evi vardır. Həmin evdə əri Şahid7, oğlu Şahid6 və gəlini Şahid8 ilə birlikdə yaşadığını bildirmişdir. Müxtəlif vaxtlarda özünə qızıl-zinət əşyaları almışdır. Həmin qızılzinət əşyalarını saxlamaq üçün gəlini Şahid8 vermişdir. 02 mart 2023-cü il tarixdə saat 14 radələrində oğlu Şahid6 və gəlini Şahid8 ilə birlikdə Ağdaş rayonu, Ləki qəsəbəsinə qonaq getmişdir. Əri Şahid7 isə yaşadığı evin həyətində evin arxa tərəfində yerləşən bağ sahəsində olmuşdur. Həmin gün təxminən saat 17 radələrində yaşadığı evə qayıtmışdır. Evə qayıdan zaman əri Şahid7 fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində yer belləməsini görmüşdür. Gəlini Şahid8 fərdi yaşayış evinə daxil olmuşdur. Həmin vaxtı evdə heç bir dağınıqlıq olmamışdır. 03 mart 2023-cü il tarixdə təxminən saat 14 radələrində gəlini Şahid8 həyəcanlı şəkildə yanına gələrək qonaq otağında güzgülü dolabın qarşısındakı konfet qabının içərisində olan qızıl-zinət əşyalarının yerində olmadığını bildirmişdir. Gəlini Şahid8 qonaq otağını və fərdi yaşayış evinin digər yerlərini axtarmağa başlamış, lakin qızıl-zinət əşyalarını tapa bilməmişdir. Bu barədə əri Şahid7 və oğlu Şahid6 da məlumat vermişdir. Onlar da, qonaq otağına getmədiklərini və qızıl-zinət əşyalarının oğurlanmasından xəbərlərinin olmadığını bildirmişdir. Buna görə də dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək fərdi yaşayış evindən qızılzinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Bir müddət sonra Ağdaş RPŞnin əməkdaşları onun yaşadığı evə gəlmiş, baxış keçirmiş, oğurluq baş verən yerin fotoşəkillərini çəkmiş və ərizəsini almışdır. Oğurlanan qzılların xüsusiyyətləri barədə bildirmişdir ki, 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd qolbaq və 01 ədəd üzükdən ibarət olan 01 dəst 583 əyarlı, 10 qram, rus istehsalı, sarı rəngli qadın qızıl komplekti idi, 01 ədəd qadın üzüyü paxlavaşəkilli, 5 qram, 583 əyarlı, rus istehsalı, sarı-qırmızımtıl idi, 01 ədəd qadın üzüyü üzərində çoxsaylı sadə qaşları olan, 583 əyarlı, 4 qram, rus istehsalı idi, 01 ədəd kişi üzüyü qırmızımtıl-sarı rəngli, üzərində 06 ədəd sadə qaşı olan, 583 əyarlı, 3 qram, rus istehsalı idi. Hazırda o, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 və X10 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayının əvvəllərində Rusiya Federasiyasında yaşayan qardaşı mobil telefon ilə zəng edərək əri Təqsirləndirilən şəxs işləmək üçün onun yanına gəlməsini istəmişdir. Əri Təqsirləndirilən şəxs həmin vaxtı Bakı şəhəri, Mərdəkan rayonu, Şüvəlan qəsəbəsində yerləşən daş karxanasında fəhlə kimi işlədiyini bildirmişdir. Qardaşına əri Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra xəbər verəcəyini bildirmişdir. Əri Təqsirləndirilən şəxs evə gəldikdən sonra qardaşının onu işləmək üçün Rusiya Federasiyasına çağırdığını bildirmişdir. Əri Təqsirləndirilən şəxs da razılaşmış, lakin bilet almaq üçün pulunun olmadığını bildirmişdir. Əri Təqsirləndirilən şəxs bilet almaq üçün borc pul axtarmağa başlamışdır. 2022-ci ilin may ayının əvvəllərində azyaşlı oğlu Yusif Məmmədovu Bakı şəhəri, Sabunçu rayonunda yerləşən orta məktəbə dərsə aparmışdır. Həmin vaxtı orada oğlunun sinifyoldaşının anası Şahid2 ilə söhbət edən zaman ərinin Rusiya Federasiyasına getmək üçün bilet almalı olduğunu, lakin pulunun olmadığını və borc pul axtardığını bildirmişdir. Həmin vaxtı Pərvanə Hacıyeva Zərərçəkmiş şəxs1 borca pul verdiyini bildirmişdir. Alınarsa Zərərçəkmiş şəxs1 borca 300 manat pul almaq istədiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 mobil nömrəsini almışdır. Sonradan Zərərçəkmiş şəxs1 zəng etmiş, lakin onun mobil nömrəsinə zəng çatmamışdır. Sonradan Zərərçəkmiş şəxs1 ona zəng etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs1 əri Təqsirləndirilən şəxs Rusiya Federasiyasına getməsi üçün 300 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 da heç bir problem olmayacağını və həmin pulu Koroğlu metrostansiyasının qarşısında verəcəyini bildirmişdir. Həmin vaxtı əri Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1 ilə mobil telefon ilə danışmışdır. Əri Təqsirləndirilən şəxs 300 manat pulu özünün götürəcəyini bildirmişdir. Ertəsi gün əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 300 manat pulu götürmək üçün Koroğlu metrostansiyasına getmişdir. Bir neçə saatdan sonra əri evə gəlmiş və 300 manat pulu Zərərçəkmiş şəxs1 götürdüyünü bildirmişdir. Daha sonra əri Təqsirləndirilən şəxs Rusiya Federasiyasına getmişdir. Təxminən 10 gün sonra, yəni 2022-ci ilin may ayının ortalarında əri Təqsirləndirilən şəxs zəng edərək Zərərçəkmiş şəxs1 300 manat pulunu geri qaytardığını bildirmişdir. Bundan sonra əri Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında baş verən məsələ barəsində heç bir xəbəri olmamışdır. Sonradan əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulunu Rusiya Federasiyasından ucuz qiymətə lazer aparatı gətirmək adı ilə aldadaraq ələ keçirdiyini öyrənmişdir. Əri Təqsirləndirilən şəxsla söhbət edən zaman Zərərçəkmiş şəxs1 barəsində, həmçinin Zərərçəkmiş şəxs1 ucuz qiymətə lazer aparatı gətirəcəyi barədə ona heç bir söz deməmişdir. Həmçinin hal-hazırda ərindən qeyri-rəsmi olaraq ayrıldığını və onunla heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. Onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman Zərərçəkmiş şəxs1 ucuz qiymətə lazer aparatı alaraq gözəllik salonu açmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ondan ucuz qiymətə lazer aparatı satan şəxs olarsa ona xəbər verməsini istəmişdir. Belə bir şəxs olarsa ona xəbər edəcəyini bildirmişdir. Azyaşlı qızı Fatimə Vəliyevanın təhsil aldığı məktəbdə uşaqların valideyinləri ilə bu barədə, yəni ucuz qiymətə lazer aparatı barədə söhbət edən zaman həmin məktəbdə qızı Fatimə Vəliyeva ilə eyni sinifdə oxuyan Yusif Məmmədovun anası Şahid1 əri Təqsirləndirilən şəxs Rusiya Federasiyasına gedibgəldiyini və Zərərçəkmiş şəxs1 ucuz qiymətə lazer aparatı almaqda köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Şahid1 mobil nömrəsini Zərərçəkmiş şəxs1 vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 və Şahid1 öz aralarında bu barədə danışmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasından ucuz qiymətə lazer aparatı gətirmək adı ilə aldatdığını və onun pulunu dələduzluq yolu ilə ələ keçirdiyini öyrənmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə və akta baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid4 “Tünar zərgərlik” mağazasına daxil olaraq 01 ədəd sadə qaşlı üzüyü 120 manat müqabilində sonuncuya satmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 fevral 2024-cü il tarixli 9/526 nömrəli rəyinə əsasən 1) 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd qolbaq və 01 ədəd üzükdən ibarət olan 01 dəst 583 əyarlı, 10 qram, rus istehsalı, sarı rəngli qadın qızıl komplekti-850 (səkkiz yüz əlli) manat dəyərində, 2) 01 ədəd paxlavaşəkilli, 5 qram, 583 əyarlı, rus istehsalı, sarı-qırmızımtıl qadın üzüyü 425 (dörd yüz iyirmi beş) manat dəyərində, 3) 01 ədəd üzərində çoxsaylı sadə qaşları olan, 583 əyarlı, 4 qram, rus istehsalı, qadın üzüyü 340 (üç yüz qırx) manat dəyərində, 4) 01 ədəd qırmızımtıl-sarı rəngli, üzərində 06 ədəd sadə qaşı olan 583 əyarlı, 3 qram, rus istehsalı kişi üzüyü 255 manat dəyərindədir. Ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1870,00 (min səkkiz yüz yetmiş) manat müəyyən olunur. İş materiallarında olan "xxxx" MMC-dən alınmış 08 fevral 2024-cü il tarixli məktubdan görünür ki, 01 cüt sırğanın, 01 ədəd boyunbağının, 01 ədəd qolbağının və 01 ədəd üzükdən ibarət 01 dəst 10 qram, rus istehsalı, sarı rəngli qadın qızıl komplektinin 02 mart 2023-cü il tarixinə orta bazar qiyməti, 850 (səkkiz yüz əlli) manat dəyərində, 01 ədəd paxlavaşəkilli, 5 qram, 583 əyarlı, rus istehsalı, qadın üzüyünün 02 mart 2023-cü il tarixinə orta bazar qiyməti, 425 (dörd yüz iyirmi beş) manat dəyərində, 01 ədəd üzərində çoxsaylı sadə qaşları olan, 583 əyarlı, 4 qram, rus istehsalı, qadın üzüyünün 02 mart 2023-cü il tarixinə orta bazar qiyməti, 340 (üç yüz qırx) manat dəyərində, 01 ədəd qırmızımtıl-sarı rəngli, üzərində 06 ədəd sadə qaşı olan, 583 əyarlı, 3 qram, rus istehsalı, kişi üzüyünün 02 mart 2023-cü il tarixinə orta bazar qiyməti, 255 (iki yüz əlli beş) manat dəyərində olmaqla, ümumilikdə qeyd edilən qızılların ümumi olaraq 02 mart 2023-cü il tarixinə orta bazar qiyməti 1870 (min səkkiz yüz yetmiş) manat dəyərində olması müəyyən edilmişdir. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə ilə tanış olmuş, həmin qiymətləndirmə ilə razı olmuş, belə ki, ona dəymiş maddi ziyanın 1870 (min səkkiz yüz yetmiş) manat məbləğində hesablanmasını və qiymətləndirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1)Qazax Hərbi Məhkəməsinin 16 noyabr 2001-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 333.2; 333.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66,3 və 68-ci maddələrinə əsasən 3 il azadlıqdan məhrum etmə czasına məhkum edilmiş, 06 may 2003-cü ildə AR MM-nın AMN qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. 2) Qazax Hərbi Məhkəməsinin 18 oktyabr 2007-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə intizam xarakteri hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. 3) Qazax Hərbi Məhkəməsi 12 avqust 2008-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 68.1 və 67-ci maddələri ilə 4 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qərara əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2011-ci il tarixli 1934 saylı “ƏFV” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 25 yanvar 2024-cü il tarixli 18-1-22/2-114/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 18 yanvar 2024-cü il tarixli 5-32-12/2- 29/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – atalığı 1958-ci il təvəllüdlü X8, anası 1964-cü il təvəllüdlü X11, oğlu 2014-cü il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 18 yanvar 2024-cü il tarixli 5-32-12/2- 29/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 oktyabr 2014-cü il təvəllüdlü X12 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulmasına dair” 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü ildə saat 14:00-da tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2024-cü il tarixli 4(014)-6/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 fevral 2024-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdən 08 fevral 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdən 08 fevral 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-79/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-79/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver