Məhkəmə qərarları › İş №1(014)-8/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-8/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-8/2022 02.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Abdulhüsen oğlunun Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Ağdaş rayonu, Ləki qəsəbəsi, H.Aslanov küçəsi, ev 1/20-də qeydiyyatda olan, Bərdə rayonu, Şahvəlilər kəndində yaşayan, 22 noyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 fevral 2022-ci il tarixdə saat 12:10-da Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 30 may 2019-cu il tarixdən hesablanmaqla 24 noyabr 2008-ci il təvəllüdlü X3,və 27 oktaybr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 75,00 manat cəmi 150,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(017)-914/2019 saylı, 01 iyul 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 3(014)-68/2020 saylı inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 27 fevral 2020-ci il, 14 may 2020-ci il və 28 avqust 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 11 avqust 2021-ci il tarixinə kimi cəmi 3820,00 manat maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə Bərdə rayonu Şahvəlilər kəndində yaşayır. 2011-ci ildə Heyran Abuzərovayla qeyri rəsmi ailə qurmuş və evliliklərindən İradə və Natiq adlı övladları andan olmuşdur. Əvvəllər fərdi qaydada çobançılıqla məşğul olmuş hazırda fərdi qaydada təsərrüfatla və fəhləliklə məşğul olur. Fəhləlikdən başqa sezonlarda soğan yığımı ilə məşğul olur, ağaclardan kömür düzəldib satır. 2021-ci ilin dekabr ayından Ağdam şəhərində ustalıq fəaliyyəti ilə məşğul olmaq təklifi gəlmişdir. Aylıq gəliri 200-300 manat təşkil edir. Zərərçəkmiş şəxs Ağcabədi rayonu, Avşar kəndində çobançılıqla məşğul olduğu vaxtlarda tanımış və münasibətləri yaranmışdır. 2007-ci il tarixdə qeyri rəsmi ailə qurmuş, 2008-ci il tarixdə evliliklərini rəsmiləşdirmişlər. Evliliklərindən 24 noyabr 2008-ci il təvəllüdlü X8 və 27 oktaybr 2009-cu il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Məryəm evdə əsassız söz-söhbətlər yaratdığından, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(017)-914/2019 saylı, 01 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 30 may 2019-cu il tarixdən hesablanmaqla 24 noyabr 2008-ci il təvəllüdlü X3 və 27 oktaybr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 75,00 manat cəmi 150,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə mənə göndərilmiş, lakin, imkanının kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini imkanının kifayət qədər olmadığından icra etməmişdir. Ağdaş rayon məşğulluq mərkəzindən təklif olunmuş boş iş yerlərindən əmək haqqılarının az olduğundan imtina etmişdir. Təqdimat verilən günə, yəni 11 avqust 2021-ci il tarixə kimi Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(017)-914/2019 saylı, 01 iyul 2019-cu il tarixli qətnamə üzrə Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 3820,00 manat təşkil edir. Təqdimat verilən gündən sonra borcundan 50,00 manat nəğd pul və dəyəri 1300 manat olan bir baş iri buynuzlu inək malı Zərərçəkmiş şəxs vermişdir. Hazırda da ittiham üzrə qalan 2470 manat aliment borcunu ödəyə bilmir. Lakin gələcəkdə çalışıb borcunu ödəyəcəkdir. Məhkəmədən törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Avşar kəndində fermada işləyən çoban kimi tanımış və münasibətləri yaranmışdır. 2008-ci il tarixdə ailə hayatı qurmuşlar. Birgə nikahlarından 24 noyabr 2008-ci il təvəllüdlü X8 və 27 oktaybr 2009-cu il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Əvvələr Namiq ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Evli olduqları müddətdə həm Namiq, həm də anası İradə əsassız sözsöhbətlər yaratmış və həmin ərəfədə Namiq anası İradənin məsləhətilə yenidən qeyri rəsmi şəkildə ailə qurmuşdur. Bundan sonra ayrılmaq qərarına gəlmiş, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(017)-914/2019 saylı, 01 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2019-cu il tarixdən hesablanmaqla 24 noyabr 2008-ci il təvəllüdlü X3,və 27 oktaybr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 75,00 manat cəmi 150,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Ağcabədi Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni 11 avqust 2021-ci il tarixə kimi 3820,00 manat aliment borcunu ödəməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs birgə yaşadıqları müddətdə çobançılıq fəaliyyəti ilə məşğul olmuş, aylıq gəliri həmin vaxtlar təxminən 350-400 manat təşkil etmişdir. Hazırda Namiqin ona dediyinə görə azad olunmuş torpaqlarda fərdi qaydada əmək fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs yetərli qazancının olduğunu və əgər istəsə idi bu müddət ərzində hər ay gücü çatan qədər borcundan ödəyə biləcəyini hal-hazırda Təqsirləndirilən şəxs ittiham üzrə ona olan 3820 manat aliment borcundan 50,00 manat nəğd pul və 1300 manat dəyərində bir baş iri buynuzlu inək malının ona verilməsinin, ittiham üzrə qalan 2470 manat aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədən təqsirləndirilən şəxslə barışmamasını, ondan şikayətçi olduğunu, yığılmış aliment borcunun ona ödənməməsini, buna görə də barəsində həbs bağlı olan cəza təyin edilməsini xahiş etdi. Ağdaş rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Ağcabədi rayon Məhkəməsinin 2(017)-914/2019 saylı 01 iyul 2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 30.05.2019-cu il tarixdən hesablanmaqla 24.11.2008-ci il tarixdə anadan olmuş X8 və 27.10.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 75 manat, cəmi 150 manat aliment pulu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsinin 13.12.2019-cu il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinin icraatına daxil və tərəfimdən 13.12.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Bildiriş borcluya təqdim edilmiş, lakin borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon icra və probasiya şöbəsinə gəlməsi tələb olunmuş, ancaq o, üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. İcra şöbəsində 22.01.2020-ci il tarixdə borclunun axtarılmasına dair qərar qəbul edilmiş və icra olunması üçün Ağdaş Rayon Polis Şöbəsinə göndərlmişdir. 17.02.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş rayon icra və probasiya şöbəsinə gətirilmiş, onun icra şöbəsində izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 3(014)- 68/2020 saylı, 17 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün ona yeni müddət verilsə də, borclu tələbi icra etməmişdir. Tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Bayramov X7 rayon Məhkəməsinin 2(017)-914/2019 saylı 01 iyul 2019-cu il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə cəmi 80 manat aliment pulu ödəmiş, borclunun tələbkara 10.08.2021-ci il tarixə 3820 manat ödənilməmiş aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs 10.07.2020-ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Göründüyü kimi borclu Bayramov X7 rayon Məhkəməsinin 2(017)-914/2019 saylı 01 iyul 2019-cu il tarixli qətnaməsini inzibati tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etmişdir. O, həm də tələbi icra etməsi üçün ona yaradılmış faktiki imkanlarından istifadə etməmişdir. Onun əməllərində qərəzlilik elementləri müşahidə olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün təqdimatla İstintaq İdarəsinə müraciət edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş icra məmuru Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində göstərmişdir ki, hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun əmisinin qızıdır. Bayramov X7 rayonunda çobançılıqla məşğul olan vaxtlar əmisinin qızı Məryəm ilə tanış olmuş və ailə həyatı qurmuşlar. Evliliklərindən 24 noyabr 2008-ci il təvəllüdlü X8 və 27 oktaybr 2009-cu il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(017)-914/2019 saylı, 01 iyul 2019-cu il tarixli qətnaməsinə qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli 30 may 2019-cu il tarixdən hesablanmaqla 24 noyabr 2008-ci il təvəllüdlü X3 və 27 oktaybr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 75,00 manat cəmi 150,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 17 fevral 2020ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqsirləndirilən şəxs bugünə qədər alimenti ödəməməsinə baxmayaraq yenidən evlənmişdir. Namiqin bacanağı Ələddin ilə münasibəti olduğundan onun yetərli qədər qazanc əldə etməsindən xəbərdar olduğunu bildirmişdir. Belə ki, Namiqin yaşadığı ərazidə ağaclıq çox olduğundan odun doğrayıb və kömür düzəldib pul əldə edir. Bundan əlavə, tez-tez sürücülük edərək Bərdə rayonu, Şahvəlilər kəndinə fəhlələri işləməyə apararkən, Namiqin də həmin yerdə işləməsini görmüş və gündəlik azı 10-12 manat qazandığını bildirmişdir. İşğaldan azad olunmuş torpaqlarda fəhlə-usta kimi işlədiyini də eşitmişdir. Təqsirləndirilən şəxs istəsə alimenti ödəyə biləcəyini, lakin, alimenti ödəmək niyyəti olmadığını əlavə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağcabədi Rayon Məhkəməsinin 2(017)-914/2019 nömrəli 01.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, 27.11.2008-ci il tarixdə anadan olmuş X4 və 27.10.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay hər üşağa görə Təqsirləndirilən şəxs 75 manat məbləğində alment alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra Şöbəsinin 16 iyul 2019-cu il tarixli qərarının surətindən və bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 30 may 2019-cu il tarixdən başlayaraq 27.11.2008-ci il tarixdə anadan olmuş X4 və 27.10.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay hər üşağa görə Təqsirləndirilən şəxs Namət oğlundan 75 manat məbləğində alment alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair icra vərəqəsi Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 tərəfindən icraata qəbul olunmuş və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətində icra sənədlərində göstərilən tələbi könüllü təmin edilməsi üçün vaxt verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 3(014)-332/2019 saylı İnzibati Xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 3(014)-68/2020 saylı İnzibati Xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, ünvan 2 ünvanda qeydiyyatda olduğu müddət ərzində Ləki qəsəbə icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Ağdaş Rayon Məşğulluq mərkəzi tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda alınmış, lakin təklif olunmuş boş iş yerlərindən imtina etmişdir. İş materiallarının 158-ci vərəqəsində olan olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xeyrinə aliment borcundan 50,00 manat ödənilmişdir. İş materiallarının olan olan və məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona borclu olduğu aliment borcunun 1300 manat hissəsinin əvəzinə həmin məbləğdə bir baş iri buynuzlu inək malı ona vermişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq icra etməmə cinayətini törətməsi, onun özünün etiraf edici ifadəsi, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və dəymiş ziyanın bir qismini ödəməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur və onlar, törətdiyi cinayətə görə cəza almalıdır. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə istintaq orqanının gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid olmaqla, cinayətin bilavasitə obyekti ədalət mühakiməsinə qarşı yönəlməsidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir və cəzanın məqsədlərini təmin edir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 02 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 Abdulhüsen oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi2 Abdulhüsen oğlunun məhkəmədə göstərdiyi 25 (iyirmi beş) saat hüquqi xidmətə görə 150 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi2 Abdulhüsen oğlunun məhkəmədə göstərdiyi 25 (iyirmi beş) saat hüquqi xidmətə görə 150 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar