Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-8/2023 24.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs hüquqi varisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri, 20 yanvar küçəsi 20 saylı evin 34cü mənzilində qeydiyyatda olan və yaşayan, barəsində 15 noyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə, saat 05:00 radələrində idarə etdiyi “X4 115 CDİ” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu Ləki kəndi ərazisindən keçən 260-cı kilometrliyində, "X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni o, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda yolun hərəkət hissəsində qırıq xəttin yanında dayanmış vəziyyətdə olan piyadanı nəzərə alaraq ondan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək onların yanından keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı olduğu halda bunu etməyərək, "X3» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, maksimum sürətin məhdudlaşdırılması qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətlə Bakı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman, Bakı şəhər istiqamətinin sağ zolağından sol zolağı ayıran ağ rəngli qırıq xətlər nisbətindən sağa doğru 40 sm. metr məsafədə dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs ağır qapalı kəllə-beyin travması, beyinin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə ənsə nahiyəsində qansızma, sağ İ-İİ-İİİ-İV-V qabırğaların sınığı, sağ baldır sümüklərinin yuxarı 1/3-nin açıq sınığı, sağ said sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sol bazu sümüyünün aşağı 1/3-nin, sağ bazu sümüyünün orta 3/1-nin, sol diz qapağı sümüyünün qapalı sınığı, döş qəfəsinin ön sağ nahiyəsinin geniş yarası, sağ qabırğaaltı nahiyənin, sol diz oynağının iç səthinin, sol baldırın orta 1/3-nin iç səthinin, sol dirsək oynağının arxa səthinin sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına və sonuncunun hadisə yerində ölməsinə səbəb yol-nəqliyyat hadisəsi törədərək, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, "X3" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən hadisə haqqında müvafiq orqanlara xəbər verməli olduğu halda, "X3" Azərbaycan Respublikası Qanununun bu tələblərini də pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “X4 115 CDİ” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Həmin avtomobillə fərdi olaraq Mingəçevir şəhərindən Bakı şəhərinə sərnişin daşımışdır, avtovağzalla heç bir bağlılığı yoxdur, özü üçün işləmişdir. 31 avqust 2022-ci il tarixdə, saat təxminən 04:10 radələrində idarə etdiyi avtomobillə Mingəçevir şəhərindən sərnişinləri, iki kişi, iki qadın və üç azyaşlı uşaqları Bakı şəhərinə aparmaq üçün müştəri qismində mindirmişdir. Həmin şəxslərdən Mingəçevir şəhər sakini Cehyun adlı şəxsi tanımış, adını bilmədiyi arvadı və azyaşlı uşağı ilə avtomobilə minmişlər. Digərləri də bir kişi, bir qadın və iki azyaşlı uşaqlar olmuşdur, onlar da bir ailə olmuşlar, lakin həmin şəxslərin adlarını bilmir, bildiyinə görə Mingəçevir sakinləri olmuşdur. Avtomobilində 7 nəfər sərnişin olmuşdur. Saat təxminən 05:00 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonu Ləki kəndi ərazisi ilə yolun sağ zolağı ilə avtomobilin yaxın vuran işıqlarını yandırıb 90 km/saat sürətlə Bakı şəhəri istiqamətində sol zolağı ayıran ağ rəngli qırıq xətlərə yaxın öz yolu ilə hərəkətdə olmuşdur. Bu zaman o, ani bir vaxtda biranlıq qırıq xəttə yaxın hərəkət zolağında bir kişi piyadanın dayandığını qaraltı kimi görmüşdür, heç bir tədbir görə bilməmiş və avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuş, piyada zərbənin təsirindən yolun soluna atılıb sarı xətlə beton arakəsmənin arasında olan asfalt hissəyə düşmüşdür. O, piyadanı görməyi ilə vurmağı təxminən 3-5 saniyə çəkmişdir. O, avtomobili təxminən 100 metr qarşıda yolun sağında saxlamışdır. Piyadanı vurduğu üçün həyacan içində olmuş, qorxub avtomobilin hərəkətini düzünə davam etdirib qarşıdan geriyə dönüb Mingəçevir şəhərinə qayıtmışdır. Avtomobilində olan sərnişinləri Mingəçevir şəhərində 17 nömrəli məktəbin yaxınlığında düşürmüşdür. O, özü də Mingəçevir şəhərində qalmışdır. Həmin günü səhər saat təxminən 09:30 radələrində polis ona zəng edib idarə etdiyi avtomobillə Yevlax rayon ərazisində yerləşən polis postuna gəlməyini bildirmişlər, məlum olmuşdur ki, vurduğu piyada aldığı xəsarətlərdən hadisə yerində ölübdür. O, da avtomobili idarə edib deyilən yerə getmiş, avtomobili təhvil vermişdir, törətdiyi hadisəni də polisə etiraf etmişdir. Hadisə zamanı avtomobilində yük olmamışdır. İdarə etdiyi avtomobillə vurduğu piyadanı əvvəllər tanımamış, düşmənçiliyi, ədavəti olmamışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs hüquqi varisi X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ağdaş rayonu Əmirarx kəndində yaşayır. Yol-nəliyyat hadisəsi zamanı vəfat etmiş Zərərçəkmiş şəxs atası idi, birlikdə bir evdə yaşamışlar. 31 avqust 2022-ci il tarixdə, saat 06:00 radələrində ona məlumat verib bildirmişlər ki, Bakı-Qazax yolunun Ağdaş rayonu Ləki kəndi ərazisindən keçən avtomobil yolunda atasını avtomobil vurmuşdur və atası aldığı xəsarətlərdən ölmüşdür. Tibbi ekspertizadan sonra atasının meyitini evə gətirmişlər, həmin günü günorta saatlarında atasını Ağdaş rayonu Əmirarx kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan onlara məlum olmuşdur ki, atasını Təqsirləndirilən şəxs idarə etdiyi “X4 115 CDİ” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Atasının xəstəliyi olmuş, lakin dərmanlar vasitəsi ilə özünü idarə edə bilmişdir, Təqsirləndirilən şəxs atasının dəfn və yas mərasimləri üçün onlara maddi köməklik etmişdir, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, Nəsimi küçəsi ev 6-da yaşayır. Təqsirləndirilən şəxs Mingəçevir şəhər sakini kimi tanıyır, Ruslan “X5” markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərir. 31 avqust 2022-ci il tarixdə, saat təxminən 04:00 radələrində ailəsi ilə, yəni arvadı Şahid2, azyaşlı övladları Məhəmməd Mustafazadə və Zəhra Mustafazadə ilə birlikdə Bakı şəhərinə getmək üçün bir müştəri kimi Ruslanın idarə etdiyi avtomobilə minmişlər. Saat təxminən 05:00 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisi ilə yolun sağ zolağı ilə hərəkətdə olan zaman biranlıq onların yolunda qarşıda ağ xəttə yaxın bir kişi piyadanın əllərini qaldırıb dayandığını görüb adam deyib qışqırmış, həmin anda Ruslan idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuşdur. Ruslan avtomobilin hərəkətini davam etdirib təxminən 100 metr qarşıda sağda saxlamışdır. O, Ruslanın qorxduğunu həyacanlı olduğunu görmüşdür. Sonra Ruslan avtomobili idarə etmiş, geriyə qayıdıb Mingəçevir şəhərinə getmişdir. Ruslan onlara demişdir ki, onları düşürüb Mingəçevir şəhərinə gedəcəkdir. O, Ruslanın polisə məlumat verəcəyini düşünüb polisə məlumat verməmişdir. O, avtomobildə qabaqda sağda oturmuşdur, ailəsi arxada oturmuşlar. Onlardan başqa avtomobildə tanımadığı bir kişi, bir qadın və bir uşaq olmuşdur, həmin şəxslər də Mingəçevir şəhərində düşmüşlər. Hadisə zamanı o, ailəsi və digər sərnişinlər xəsarət almamışlar. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 23 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlər-ağır qapalı kəllə-beyin travması, beyinin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə ənsə nahiyəsində qansızma, sağ İ-İİ-İİİ-İV-V qabırğaların sınığı, sağ baldır sümüklərinin yuxarı 1/3-nin açıq sınığı, sağ said sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sol bazu sümyünün aşağı 1/3-nin, sağ bazu sümüyünün orta 3/1-nin, sol diz qapağı sümüyünün qapalı sınığı, döş qəfəsinin ön sağ nahiyəsinin geniş yarası, sağ qabırğaaltı nahiyənin, sol diz oynağının iç səthinin, sol baldırın orta 1/3-nin iç səthinin, sol dirsək oynağının arxa səthinin sıyrıqları-küt alətin təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. Zərərçəkmiş şəxs ölümünə səbəb ağır qapalı kəllə beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər avtomobilin piyadanı vurması zamanı əmələ gələ bilər. Zərərçəkmiş şəxs ölümü meyitin müayinəsindən ən azı 3 saat əvvəl, ən çoxu 6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 01 noyabr 2022-ci il tarixli 8/2906 №-li rəyindən görünür ki, “X4 115 CDİ” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət surəti “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətlə idarə etdiyindən onu hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. BDYPİ-nin Gəncə RQİ və TBŞ-nin 20 sentyabr 2022-ci il tarixli 313-6305-1222 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 210518 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilmişdir və o, sürücülük hüququndan məhrum edilməmişdir. Sərxoşluq vəziyyətini təyin edən 31 avqust 2022-ci il tarixli 542 nömrəli tibbi müayinə protokolundan müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdulaşdırılması cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1, 66.2 və 66.4-cü maddələrinə əsasən azadlığın məhdulaşdırılması cəzasının 02 gününə azadlıqdan məhrum etmə cəzasının 01 günü hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməyi, təyin edilmiş əsas və əlavə cəzaları tamamilə toplamaqla qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Qəsdən törədilmiş cinayətə görə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək ehtiyatsızlıqdan törədilmiş cinayətə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə toplanıldığı üçün məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan “X4 115 CDİ” minik markalı **- BC-*** qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1, 66.2 və 66.4-cü maddələrinə əsasən iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas və əlavə cəzalar tamamilə toplanılsın, qəti cəza iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan “X4 115 CDİ” minik markalı **-BC-*** qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-8/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-8/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver