Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-8/2024 13.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1989-cu ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 22,57 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitənin bir hissəsini, yəni təmiz çəkisi 5,41 qramını xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Ağdaş şəhəri, Vaqif küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Şahid3 20 manat müqabilində satmış, xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra RPŞ-nin Ağdaş şəhəri, M.İsayev küçəsi 12 ünvanında yerləşən inzibati binasında xx.xx.2023-cü tarixdə saat 21:14-dən xx.xx.2023-cü il tarixdə saat 21:34-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunda, təmiz çəkisi 5,41 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2023-cü il tarixdə saat 12:45 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhər, Heydər Əliyev prospektində saxlanılaraq ünvan 2 ünvanında yerləşən inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 13:11-dən 13:32-dək üzərində aparılmış şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 8,06 qram və 9,10 qram olmaqla, ümumi təmiz çəkisi 17,16 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində dülgər işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, narkotik vasitələrdən istifadə etdiyini, əsasən qurudulmuş marixuana istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Məşəd qəbiristanlığının yanındakı artezian quyusuna su doldurmaq üçün gəldiyini, su qablarını dolduran zaman əyləşmək üçün Məşəd qəbiristanlığının girişinin qarşısına gəldiyini, həmin vaxtı giriş qapısının yanında 4 ədəd kibrit qutusunun olduğunu gördüyünü, həmin kibrit qutularının onun marağına səbəb olduğunu, kibrit qutularına baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu gördüyünü, həmin 4 ədəd kibrit qutusunu yerdən götürdüyünü və əynində olan şalvarının sağ yan cibinə qoyduğunu, daha sonra fərdi yaşayış evinə gəldiyini, 4 ədəd kibrit qutusunu üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində fərdi yaşayış evinin qarşısında 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində fərdi yaşayış evinin qarşısında olan zaman əvvəllər tanıdığı Ağdaş şəhər sakini Şahid3 gördüyünü, Şahid3 ilə görüşdükdən sonra Şahid3 ondan çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana istədiyini, onun da maddi vəziyyətində problemlər olduğundan, həmçinin gələcəkdə narkotik vasitə ala bilmək üçün narkotik vasitə qurudulmuş marixuanasının olduğunu və 20 manata sata biləcəyini bildirdiyini, Şahid3 da onunla razılaşdığını, bundan sonra üzərində saxladığı 1 ədəd kibrit qutusunu çıxarıb Şahid3 verdiyini, Şahid3 da ona 20 manat pul verdiyini və sağollaşaraq getdiyini, daha sonra fərdi yaşayış evinə gəldiyini, xx.xx.2023-cü il tarixdə saat 12:45 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində piyada hərəkət edən zaman mülki geyimdə olan 2 nəfər şəxsin ona yaxınlaşdığını, həmin şəxslərin özlərini təqdim edib Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını dediklərini, daha sonra narkotik vasitələri üzərində və fərdi yaşayış evində saxlamaqda, istifadə etməkdə və satmaqda şübhəli olduğunu bildirdiyini və onu Ağdaş RPŞ-yə dəvət etdiyini, razılaşdığını və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, xidməti otaqda polis geyimində olan bir nəfərin ona özünü Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı Xəyyam Mehtiyev kimi təqdim etdiyini, təhqiqatçı Xəyyam Mehtiyevin qanunsuz olaraq narkotik vasitələri üzərində və fərdi yaşayış evində saxlamaqda, istifadə etməkdə və satmaqda şübhəli olduğunu dediyini və buna görə saxlanılaraq RPŞ-yə gətirildiyini bildirdiyini, daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdiyini, müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunduğunu, təhqiqatçının şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş verdiyini, daha sonra təhqiqatçı Xəyyam Mehtiyevin onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirdiyini, təhqiqatçının üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etdiyini, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd kibrit qutusu, sağ yan cibindən 20 ədəd 5 manatlıq, 11 ədəd 1 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq pul əsginaslarını çıxarıb təqdim etdiyini, sonradan təhqiqatçı tərəfindən üzərində şəxsi axtarışın davam etdirildiyini, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmadığını, təqdim etdiyi kibrit qutularında olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 5 gün əvvəl 20 Yanvar küçəsində yerləşən şəhidlər qəbiristanlığının giriş qapısında 4 ədəd kibrit qutusunda tapdığını, 1 kibrit qutusunu istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində Ağdaş şəhərində yerləşən Vaqif küçəsində 1 ədəd kibrit qutusunu bərbər Cümüyə 20 manata satdığını bildirdiyini, bundan sonra təqdim etdiyi 2 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaların elektron tərəzidə çəkildiyini, 1ci kibrit qutusun çəkisinin 11,4 qram, 2-ci kibrit qutusunun çəkisinin isə 12,4 qram olduğunun müəyyən olunduğunu, bundan sonra 2 ədəd kibrit qutusunun təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırıldığını və üzərinin RPŞ-nin 111 saylı möhürü ilə möhürləndiyini, daha sonra təhqiqatçının təqdim etdiyi pul əsginaslarının içərisində Şahid3 satdığı narkotik vasitə qurudulmuş marixuanadan əldə etdiyi pulun olub-olmamasını soruşduğunu, təqdim etdiyi pulların içərisində olan 1 ədəd 20 manatlıq pul əsginasının Şahid3 satdığı narkotik vasitə qurudulmuş marixuanadan əldə etdiyini bildirdiyini, bundan sonra təhqiqatçı Şahid3 şübhəli şəxs qismində tutulub RPŞ-yə gətirildikdən sonra üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı ondan 20 manata aldığını deyərək bu barədə nə deyəcəyini soruşduğunu, təhqiqatçının dediklərini təsdiqlədiyini və Şahid3 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı 20 manata satdığını bildirdiyini, daha sonra təqdim etdiyi 151 manat pul əsginasının təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldığını və üzərinə RPŞ-nin 111 saylı möhürünün vurulduğunu, üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edildiyini və iştirakçılar tərəfindən imzalandığını, daha sonra Ağdaş şəhəri, Vaqif küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyini, lakin baxış zamanı qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, fərdi yaşayış evinə keçirilmiş baxış barədə protokol tərtib edildiyini və iştirak edən şəxslərin protokolu imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi, üzləşdirmə istintaq hərəkətinin protokolu, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bərbər işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, narkotik vasitələrdən istifadə etdiyini, əsasən qurudulmuş marixuana istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində Ağdaş şəhəri, Vaqif küçəsində piyada hərəkət edən zaman əvvəllər tanıdığı Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evlərinin qarşısında olduğunu gördüyünü, Təqsirləndirilən şəxs ilə salamlaşdıqdan sonra ondan narkotik vasitə qurudulmuş marixuana istədiyini, Təqsirləndirilən şəxs da narkotik vasitə qurudulmuş marixuanasının olduğunu və 20 manata sata biləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs ilə razılaşdığını, bundan sonra Təqsirləndirilən şəxs üzərində saxladığı 1 ədəd kibrit qutusunu çıxarıb ona verdiyini, Təqsirləndirilən şəxs 20 manat pul verdiyini və sağollaşaraq getdiyini, Təqsirləndirilən şəxs ona 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana verən zaman onların yanında başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Ağdaş şəhəri, Vaqif küçəsi 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı ünvanda saxlaması, satması və istifadə etməsi qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs saxlanılaraq Ağdaş RPŞ-yə gətirilməsi ilə bağlı Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildiyini, Həmin qərar əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:45 radələrində Şahid1 və onun iştirakı ilə Ağdaş şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman saxlanıldığını, həmin vaxtı orada Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində, yaşadığı ünvanda saxlaması, satması və istifadə etməsində şübhəli olmasının bildirildiyini və onu Ağdaş RPŞ-yə dəvət etdildiyini, Təqsirləndirilən şəxs razılaşdığını və onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, Təqsirləndirilən şəxs dövlət hesabına Müdafiəçi təyin edildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın həyata keçirilməyə başlanıldığını, şəxsi axtarış zamanı təhqiqatçının Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd kibrit qutusu, sağ yan cibindən 20 ədəd 5 manatlıq, 11 ədəd 1 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq pul əsginaslarını çıxarıb təqdim etdiyini, sonradan təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirildiyini, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmadığını, Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutularında olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 5 gün əvvəl 20 Yanvar xəttində yerləşən şəhidlər qəbiristanlığının giriş qapısında 4 ədəd kibrit qutusunda tapdığını, 1 kibrit qutusunu istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində Ağdaş şəhərində yerləşən Vaqif küçəsində 1 ədəd kibrit qutusunu bərbər Cümüyə 20 manata satdığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaların təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildiyini, 1-ci kibrit qutusun çəkisinin 11,4 qram, 2-ci kibrit qutusunun çəkisinin isə 12,4 qram olduğunun müəyyən olunduğunu, bundan sonra 2 ədəd kibrit qutusunun təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırıldığını və üzərinə RPŞ-nin 111 saylı möhürü ilə möhürləndiyini, daha sonra təhqiqatçının Təqsirləndirilən şəxs təqdim etdiyi pul əsginaslarının içərisində Şahid3 satdığı narkotik vasitə qurudulmuş marixuanadan əldə etdiyi pulun olub-olmamasını soruşduğunu, Təqsirləndirilən şəxs da təqdim etdiyi pulların içərisində olan 1 ədəd 20 manatlıq pul əsginasının Şahid3 satdığı narkotik vasitə qurudulmuş marixuanadan əldə etdiyini bildirdiyini, bundan sonra təhqiqatçının Şahid3 şübhəli şəxs qismində tutulub RPŞ-yə gətirildikdən sonra üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı ondan 20 manata aldığını dediyini və bu barədə nə deyəcəyini soruşduğunu, Təqsirləndirilən şəxs da təhqiqatçının dediklərini təsdiqlədiyini və Şahid3 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı 20 manata satdığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 151 manat pul əsginasının təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldığını və üzərinə RPŞ-nin 111 saylı möhürünün vurulduğunu, Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edildiyini və iştirakçılar tərəfindən imzalandığını, daha sonra Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Vaqif küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyini, lakin baxış zamanı qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə keçirilmiş baxış barədə protokol tərtib edildiyini və iştirak edən şəxslərin protokolu imzaladıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şahid1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Şahid1 işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin materiallarında olan 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusu, sağ yan cibindən isə pulu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə TB-nin təhqiqatçısı Xəyyam Mehtiyev tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərkindən aşkar olunmuş 2 ədəd kibrit qutusu açılmış və içərisindən xüsusi iyə malik olan, narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuşdur. Həmin bitki kütləsi TB-nin təhqiqatçısı Xəyyam Mehtiyev tərəfindən elektron tərəzidə çəkilmiş, hər birinin çəkisi ayrıayrılıqda 11,4 qram və 12,4 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğu, özü istifadə etmək üçün üzərində saxladığını və həmin narkoik vasitəyə bənzər bitki kütləsini təxminən 5 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlığın ərazisindən, günorta saatlarında 4 ədəd kibrit qutusu tapdığını, 1 ədəd kibrit qutusunu istifadə etdiyini, 1 ədəd kibrit qutusunu tanıdığı Ağdaş rayon sakini Şahid3 1 ədəd 20 manatlıq pul əsginasına satdığını, digər 2 ədəd kibrit qutusunu isə istifadəçisi olduğu üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra əynindəki idman şalvarının sağ yan cibindən aşkar olunmuş pul əsginaslarına baxış keçirilərək, 20 ədəd 5 manatlıq, 2 ədəd 10 manatlıq, 11 ədəd 1 manatlıq və 1 ədəd 20 manatlıq pul əsginasları aşkar olundu, həmin üzərində A82855625 nömrə yazılmış 1 ədəd 20 manatlıq pul əsginasını, 1 ədəd kibrit qutusunda Şahid3 xx.xx.2023-cü il tarixdə saat təxminən 14-15 radələrində, yaşadığı evin yerləşdiyi Ağdaş şəhəri, Vaqif küçəsində satmış olduğu narkotik vasitənin müqabilində aldığını bildirmişdir. Daha sonra, içərisində yaşıl rəngli, xüsusi iyə malik, narkotik vasitəyə bənzər kütlə olan 2 ədəd kibrit qutusu və aşkar olunmuş, ümumilikdə 151 (yüz əlli bir) manat pul əsginası kağız zərfə qablaşdırılaraq, üzərinə möhür vurulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 12 avqust 2023-cü il tarixli, 17/606 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusu” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 2 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri - 8,06 qram və 9,10 qram, ümumi təmiz çəkiləri - 17,16 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 12 avqust 2023-cü il tarixli, 17/603 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Şahid3 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 5,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 19 sentyabr 2023cü il tarixli, 17/703 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Şahid3 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu.” Sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ilə üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusu” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 2 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1604 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 24 avqust 2023-cü il tarixli PHŞ-6-22/2- 1302/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 fevral 2024-cü il tarixli, 337 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: xx.xx.1968-ci il təvəllüdlü X6, xx.xx.2000-ci il təvəllüdlü X3, xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 yanvar 2022-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 701514 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 yanvar 2022-ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxs, anası X1r. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 iyun 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 854698 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 iyun 2023-cü il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxs, anası X1r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 12 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:55də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 4(014)-49/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X2 X13 filialı tərəfindən verilmiş 5 fevral 2024-cü il tarixli, 3-17-2/2-A-8411/2024 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmamışdır. B.Süleymanovanın adına Nazirliyin MEİS-ində (ƏMASın “Əmək müqaviləsi bildirişləri” bölməsində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X2 X13 filialı tərəfindən verilmiş 5 fevral 2024-cü il tarixli, 3-17-2/2-A-8413/2024 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmamışdır. S.Adgözəlovanın adına Nazirliyin MEİS-ində (ƏMAS-ın “Əmək müqaviləsi bildirişləri” bölməsində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 12 yanvar 2024-cü il tarixli 18-1-22/3- 74/2024 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda yaşayan X6 xx.xx.2014-cü il tarixdən “Ağdaş rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Endokrinoloji kabinetdə “Şəkərli diabet İİ tip” diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin son sözündə özünü təqsirli bilməməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin son sözündəki fikirlərinə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə məhkəmə istintaq zamanı dindirilmiş şahidlər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Həmçinin, Şahid3 məhkəmədə də birbaşa Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almış və müqabilində Təqsirləndirilən şəxs 20 manat vermişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və himayəsinə iki azyaşlı övladının olmasının məhkəmə onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 17,06 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd 20 (iyirmi) manatlıq pul əsginası dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 70 manat 52 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 70,52 (yetmiş manat, əlli iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 17,06 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd 20 (iyirmi) manatlıq pul əsginası dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-8/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-8/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver