Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-80/2020 18.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı– Azərbaycan Respubilkasının Baş prokurluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrəşöbəsinin prokuroru Cəfərzadəİlham Nizami oğlunun, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Ağdaşşəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaşşəhəri Nəsimi küçəsi ev 8dəqeydiyyatda olan və yaşayan, barəsində, xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kağız bükümdə təmiz çəkisi 2,03 qram, 05 ədəd sellofan kisədə ayrı-ayrılıqda təmiz çəkiləri 11,04 qram, 11,39 qram, 9,98 qram, 10,07 qram və 11,74 qram, ümumilikdə təmiz çəkiləri 56,25 qram narkotik vasitə olan qurudulmuş marixuanalarıqanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, həmin narkotik vasitələri qanunsuz olaraq yaşadığı Ağdaşşəhəri Nəsimi küçəsi ev 8-də satış məqsədi olmadan saxlamış,xx.xx.2020-ci il tarixdə saat 09:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitələr Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində tərcüməçiyə ehtiyacının olmadığını, təxminən 6 ay bundan əvvəl Ağdaşşəhərində Padar küçəsində qəbirstanlığın yanından balaca qab tapdığını, həmin qab ona maraqlı gəldiyindən açıb içərisinə baxdığını, qabın içərisində 01 ədəd kağız büküm və 05 ədəd sellofan büküm gördüyünü, həmin bükümləri açan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu gördüyünü, özü ağrıları olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə götürüb özündə saxladığını, daha sonra 2020-ci ilin may ayının 6 yaxud 7 tarixində Padar qəbirstanlığından 02 ədəd yabanışəkildə bitən çətənə kollarını götürüb gətirib yaşadığı evdə dibçəkdəəkdiyini, həmin bitki kollarınıözü istifadə etmək məqsədiləəkdiyini, mütəmadi olaraq onlara qulluq etdiyini, su verdiyini, diblərini bellədiyini, özü narkotik vasitə olan qurudulmuş marixuanaların istifadəçisi olduğunu, buna görə də onlarıəkdiyini, daha sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 09:30 radələrində evdə olan zaman onu küçədən səslədiklərini, küçəyəçıxan zaman polis əməkdaşlarının gəldiyini, ona evində qanunsuz olaraq narkotik tərkibi bitki kollarıəkməyi, eləcə də qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumat olduğunu bildirdiklərini və ona evində axtarış aparmaq istədiklərini dediklərini, etiraz etmədiyini, polis əməkdaşlarının onun yaşadığı evin qonaq otağından dibçəkdəəkdiyi tərkibində narkotik tərkibli bitkilər olan çətənə kollarını aşkar etdiyini, daha sonra isə yataq otağından masanın üzərindən 01 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız büküm açılan zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğunu, daha sonra isə soyuducunun üzərindən 01 ədəd sarı rəngli qutunun içərisindən 05 ədəd sellofan kisədə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyini, aşkar edilmiş narkotik vasitələrin elektron tərəzidəçəkildiyini, elektron tərəzidəçəkilən zaman kağız bükümdə də olan narkotik vasitənin 3 qram, digərlərinin isə müvafiq olaraq 12, 11, 13, 12 və 10 qram olduğunu, həmin narkotik vasitələri özü istifadə etmək məqsədiləözündə saxladığını, aşkar edilmiş narkotik vasitələri kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in 111 saylı möhürü vurulduğunu, həmçinin də evindən bir ədəd işləməyən tərəzi də aşkar edildiyini, həmin tərəzidən əvvələr həyətində saxladığı toyuqcücəyə dərman vermək məqsədilə istifadə etdiyini, daha sonra onun üzərinəşəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanıəynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 40 manat pul aşkar edildiyini, başqa üzərindən heçnə aşkar edilmədiyini, siqaret qutusu açılan zaman içərisindən siqaret dənələri aşkar edildiyini, bütün bunlar barədə protokollar tərtib olunduğunu, protokol ucadan oxunduğunu, fotoşəkillər çəkildiyini, protokola imza etdiklərini, narkotik vasitə olan qurudulmuş marixuananın uzun illərdir ki, istifadəçisi olduğunu, ona görə də həmin bitki kollarınıəkməkdə və narkotik vasitəni saxlamaqda məqsədinin özü istifadə etmək olduğunu, heç kəsə heç vaxt narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində-Ağdaş rayon polis şöbəsinin CAB-ninəməliyyat müvəkkili işlədiyini, xx.xx.2020-ci il tarixdə səhər saatlarında xidmətdə olan zaman Ağdaşşəhəri Nəsimi küçəsi ev 8-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib becərməsi, qəbul etməsi, üzərində və evində narkotik vasitələri saxlaması barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar raportla şöbə rəhbərliyinə məruzə etdiyini vəəməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdiyini, həmçinin Ağdaş rayon məhkəməsindən də qərar alındığını, daha sonra həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 09:30 radələrində polis əməkdaşları ilə birlikdə Eldarın yaşadığıünvana getdiklərini, həmin vaxt onu küçədən səslədiklərini, Eldarın həmin vaxt qapıya çıxanda ona qanunsuz olaraq yaşadığıünvanda narkotik bitki kollarıəkməsi, eləcə də qanunsuz olaraq narkotik vasitə saxlamağı barədəözlərindəməlumat olduğunu və ona evində axtarış aparacaqlarınıbildirdiklərini, həmçinin onu Ağdaş rayon məhkəməsinin qərarı ilə də tanış etdiklərini, daha sonra iki nəfər hal şahidinin, aqronomun, müdafiəçi və polis əməkdaşlarını iştirakı ilə onun yaşadığı evinə baxış keçirildiyini, onun yaşadığı evin qonaq otağından dibçəkdəəkdiyi tərkibində narkotik tərkibli bitkilər olan çətənə kollarını aşkar edildiyini, daha sonra isə yataq otağından masanın üzərindən 01 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız büküm açılan zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğunu, daha sonra isə soyuducunun üzərindən 01 ədəd sarı rəngli qutunun içərisindən 05 ədəd sellofan kisədə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyini, aşkar edilmiş narkotik vasitələri elektron tərəzidəçəkildiyini, elektron tərəzidəçəkilən zaman kağız bükümdə də olan narkotik vasitə 3 qram, digərləri isə müvafiq olaraq 12, 11, 13, 12 və 10 qram olduğunu, Eldarın həmin narkotik vasitələri özü istifadə etmək məqsədilə saxladığını bildirdiyini, aşkar edilmiş narkotik vasitələrin kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in 111 saylı möhürü vurulduğunu, həmçinin də onun evindən bir ədəd işlək vəziyyətdə olamayan tərəzi də aşkar edildiyini, daha sonra onun üzərinəşəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanıəynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 40 manat pul aşkar edildiyini, başqa onun üzərindən heçnə aşkar edilmədiyini, siqaret qutusu açılan zaman içərisindən siqaret dənələri aşkar edildiyini, şəxsi axtarış və axtarış keçirilməsi barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, iştirakçıların protokolu imza etdiklərini, Eldarın evindən aşkar edilmiş narkotik vasitələri Eldarın özünün deməsinə görə təxminən 6 ay bundan əvvəl Ağdaşşəhəri Padar küçəsində yerləşən qəbirstanlığın yanından tapdığını vəözü istifadə etmək məqsədilə saxladığını bildirdiyini, Eldarın özünün deməsinə görə 2020-ci ilin may ayının 5 yaxud 6 tarixində həmin bitki kollarını Padar qəbirstanlığının yanından yabanışəkildə bitən kollardan götürüb gətirib evində dibçəkdəəkdiyini, mütəmadi olaraq onlara qulluq etdiyini, su verdiyini, dibini yumşaltdığını, Eldarın narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadə etməsi barədə eşitdiyini, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6 vəŞahid7 Araz oğlu Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində- xx.xx.2020-ci il tarixdəsaat təxminən 10 radələrində Ağdaşşəhəri Nəsimi küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq Təqsirləndirilən şəxs adlışəxsin üzərindəşəxsi axtarış, evinə isə baxış keçiriləcəyini və onun da hal şahidi kimi iştirak etməyini təklif etdiklərini, etiraz etmədiyini, ondan əlavə sonradan adının Seyran olduğunu bildiyi bir nəfər şəxsi də hal şahidi kimi iştirak etmək üçün dəvət etdiklərini, bundan sonra onun, digər hal şahidinin, müdafiəçinin, və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyini, onun yaşadığı evin qonaq otağından dibçəkdəəkdiyi tərkibində narkotik tərkibli bitkilər olan çətənə kollarını aşkar edildiyini, daha sonra isə yataq otağından masanın üzərindən 01 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız büküm açılan zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğunu, daha sonra isə soyuducunun üzərindən 01 ədəd sarı rəngli qutunun içərisindən 05 ədəd sellofan kisədə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyini, aşkar edilmiş narkotik vasitələri elektron tərəzidəçəkildiyini, elektron tərəzidəçəkilən zaman kağız bükümdə də olan narkotik vasitə 3 qram, digərlərinin isə müvafiq olaraq 12, 11, 13, 12 və 10 qram olduğunu, Eldarın həmin narkotik vasitələri özü istifadə etmək məqsədilə saxladığını bildirdiyini, aşkar edilmiş narkotik vasitələri kağız zərfə qablaşdırıldığını, üzərinə DİNin 111 saylı möhürü vurulduğunu, həmçinin də onun evindən bir ədəd işlək vəziyyətdə olamayan tərəzi də aşkar edildiyini, daha sonra onun üzərinəşəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanıəynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 40 manat pul aşkar edildiyini, başqa onun üzərindən heçnə aşkar edilmədiyini, siqaret qutusu açılan zaman içərisindən siqaret dənələri aşkar edildiyini, şəxsi axtarış və axtarış keçirilməsi barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, iştirakçıların protokolu imza etdiklərini, Eldarın özünün deməsinə görə həmin narkotik vasitələri təxminən 6 ay bundan əvvəl Ağdaşşəhəri Padar küçəsində yerləşən qəbirstanlığın yanından tapdığını vəözü istifadə etmək məqsədilə saxladığını bildirdiyini, həmçinin Eldarın özünün deməsinə görə 2020-ci ilin may ayının 5 yaxud 6 tarixində həmin bitki kollarını Padar qəbirstanlığının yanından yabanışəkildə bitən kollardan götürüb gətirib evində dibçəkdəəkdiyini, mütəmadi olaraq onlara qulluq etdiyini, su verdiyini, dibini yumşaltdığını, birinci dəfə idi ki, Təqsirləndirilən şəxs gördüyünü, onula da heç bir münasibətinin olmadığınıgöstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2020-ci il tarixli 17/300 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində“Təqsirləndirilən şəxs yaşadığı evdə olan dipçəkdə... əkib becərdiyi iki ədəd...” sözləri və imzaları yazılmış zərfin içərisində hündürlükləri 15sm və 25sm, ümumi təmiz çəkiləri 12,09 qram olan 02(iki) ədəd bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuşüzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş beşədəd sellofan..”sözləri və imzaları yazılmış zərfin içərisində 01 (bir) ədəd kağız bükümdətəmiz çəkisi – 2,03 qram və 05 (beş) ədəd şəffaf sellofan bükümlərdə təmiz çəkiləri 11,04 qr, 11,39 qr, 9,98 qr, 10,07 qr və 11,74 qram ümumilikdə təmiz çəkiləri 56,25 qram olan bitki mənşəli kütlələrin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaşşəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxx 2020-ci il tarixli 1789 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaşşəhəri, İ.Nəsimi küçəsi 8-№ li evdə yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncəşəhər Səhiyyəİdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 676 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaşşəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli cinayət törətməsinəşübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 09:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmişxx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotikvasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsindəgöstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habeləşahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinəəsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinəəsasən xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişşəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinəəsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinəəsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinəəsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinəəsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakıəlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2.məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrəçəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinəgün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinəəsasən cəza çəkdiyi ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmişəşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, işüzrə maddi sübut kimi tanınmış təmiz çəkisi 02 ədəd tərkibində narkotik maddələr olan çətənə kolları, ekspertiza tədqiqatından sonra qalan 56.13 qram çəkidə qurudulmuş marixuana məhv edilməlidir. İşüzrə maddi sübut 01 ədəd tərəzi və 01 ədəd sarı rəngli qab qanuni sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinəəsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, işüzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İşüzrə mülki iddia verilməmişdir. İşüzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinəəsasən xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın vəüzərində qəti olaraq 1 (bir) il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinəgün ərzində saat 22:00-dan 07:00-dək Ağdaşşəhəri, İ.Nəsimi küçəsi, ev 8-də yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrəİcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İşüzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan təmiz çəkisi 02 ədəd tərkibində narkotik maddələr olan çətənə kolları və ekspertiza tədqiqatından sonra qalan 56.13 qram qurudulmuş marixuana, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşüzrə maddi sübut 01 ədəd tərəzi və 01 ədəd sarı rəngli qab qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev
Məhkəmə qərarları › İş №1(014)-80/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-80/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver