Məhkəmə qərarları › İş №1(014)-80/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-80/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-80/2021 08.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1947-ci ildə Ağdaş rayonu, Kükəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Məhəmmədəli qızı ilə əri Təqsirləndirilən şəxs arasında 29 aprel 2021-ci il tarixdə, saat 18:30 radələrində Ağdaş rayonu, Kükəl kəndində yerləşən yaşadıqları evin eyvanında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əsəbləşərək süpürgənin ağacı ilə bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs sol qol, kürək və bədəninin müxtəlif nahiyələrinə vurmuş, daha sonra yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs baş, kürək və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona başın ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol saidin orta 1/3-nin arxa səthinin, sağ sarğı nahiyəsinin geniş qançırları, sol bud çanaq oynağının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi və izahatında Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, Zərərçəkmiş şəxs ilə 1998-ci ildə ailə qurduğunu, birgə nikahlarından bir qız övladlarının dünyaya gəldiyini, qız övladının hal hazırda ərdə olduğunu, özünün isə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığını, təxminən bir ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxs ilə münasibətlərinin pisləşdiyini, eyni evdə müxtəlif otaqlarda yaşadıqlarını, lakin Zərərçəkmiş şəxs ilə aralarında yenədə müxtəlif səbəblərdən mübahisələrinin baş verdiyini, 29 aprel 2021-ci il tarixdə, təxminən saat 18:30 radələrində yaşadıqları evin qarşısında və evin altında təmizlik işləri apararkən evin zirzəmisində istifadə edilmiş kibrit dənələrini gördüyünü, istifadə edilmiş kibrit dənələrini evin zirzəmisindən yığıb arvadı Fatmaxanıma göstərib ondan evin zirzəmisinə istifadə edilmiş kibrit dənələrini atmasının səbəbini soruşduğunu, həmin vaxt arvadı Zərərçəkmiş şəxs yaşadıqları evin eyvanında oturduğunu, arvadı Zərərçəkmiş şəxs ona “yaxşı edib istifadə edilmiş kibrit dənələrini evin zirzəmisinə atmışam” dediyini, buna görə də arvadı Zərərçəkmiş şəxs ilə arasında mübahisə baş verdiyini, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əsəbləşib süpürgənin ağacı ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sol qol, kürək və bədəninin müxtəlif nahiyələrinə vurduğunu, həmin vaxt süpürgənin ağacının sındığını, yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs baş, kürək və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona qəsdən xəsarət yetirdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında 1998-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurduqlarını, ailə qurandan sonra əvvəllər çox mehriban yaşadıqlarını, birgə nikahlarından bir qız övladlarının dünyaya gəldiyini, qız övladının bir neçə il əvvəl ailə qurub evinə getdiyini, buna görə də, hal-hazırda əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqlarını, lakin son vaxtlar əri Təqsirləndirilən şəxs spirtli içkiyə qurşanıb hər gün spirtli içki içdiyini, hər gün sərxoş olduğunu, dəfələrlə ona spirtli içki içməməsini bildirsə də, əri Təqsirləndirilən şəxs hər gün spirtli içki içdiyini, bu səbəbdən də, təxminən bir ilə yaxın müddətdir ki, əri Təqsirləndirilən şəxs ilə eyni evdə ayrı-ayrı otaqlarda yaşadıqlarını, 29 aprel 2021-ci il tarixdə, təxminən saat 18:30 radələrində yaşadıqları evin eyvanında oturduğunu, həmin vaxt əri Təqsirləndirilən şəxs da yaşadıqları evin həyətində olduğunu, Təqsirləndirilən şəxs əlində bir neçə dənə, istifadə edilmiş kibrit dənələrini gətirib yaşadıqları evin eyvanının kənarına qoyaraq ona “sən kibrit dənələrini istifadə etdikdən sonra evin altına ataraq evin altını zibilləmisən” dediyini, onun da əri Təqsirləndirilən şəxs evin altına kibrit dənəsi atmadığını, evin altını zibilləmədiyini bildirdiyini, həmin vaxt əri Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs evin eyvanına çıxdığını, eyvanda olan süpürgənin ağacdan olan tutacağını süpürgədən çıxardıb, süpürgənin ağac materialından olan tutacağı ilə onun sol qol, kürək və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əlindəki süpürgənin ağacı sındığını,daha sonra Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə onun baş, kürək və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdiyini, hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirmişdi. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs onun bacısı olduğunu, Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs əri olduğunu, bacısı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında son vaxtlar tez-tez mübahisə baş verdiyini, 30 aprel 2021-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs ilə mobil telefonla danışarkən Zərərçəkmiş şəxs ona 29 aprel 2021-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirdiyini, onun da bacısı Fatmaxanım Məmədovaya polisə zəng edib bu barədə məlumat verməli olmasını bildirdiyini, daha sonra bacısı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat verdiyini, üstündən bir neçə gün sonra bacısı Zərərçəkmiş şəxs baş nahiyəsində və sol qol nahiyəsində Təqsirləndirilən şəxs döyərək yetirdiyi xəsarətin izlərini görməsini bildirdi. Təhqiqat zamanı 01.05.2021-ci il tarixdə Azərbaycan Respubıikası CPM-nin 236-cı maddəsinə müvafiq olaraq hal şahidlərinin və Zərərçəkmiş şəxs iştirakı ilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarındakı mübahisə və dava-dalaşın baş verdiyi yerə baxış keçirildi, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyi iki ədəd ağac parçası aşkar edilib maddi sübut kimi götürüldü, hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən, başqa hər hansı bir iz əşya və s. aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edildi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 01.05.2021-ci il tarixli, 244 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-başın ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol saidin orta 1/3-nin arxa səthinin, sağ sarğı nahiyəsinin geniş qançırları, sol bud çanaq oynağının əzilməsi, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 29.04.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddirlər. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, 18 may 2021-ci il tarixdə Ağdaş Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürülmüşdür, hökm çıxarıldığı 08 iyun 2021-ci il tarixə çəkilməmiş 05 ay 10 gün cəzası qalmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 74 yaşında olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1, 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 10 gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni 18 may 2021-ci il tarixdən hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir, iş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsiniin 128-ci maddəsi ilə təyin edilmiş altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş beş ay on gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək qəti cəza, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni 18 may 2021-ci il tarixdən hesablansın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar