Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-80/2024 02.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1971-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 20,46 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2024-cü il tarixdə saat 11:45 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən rayonlararası avtovağzalın yaxınlığında saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 2 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda, həmin tarixdə saat 12:26-dan 12:46dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümün içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 6,76 qram və 13,70 qram, ümumi təmiz çəkisi 20,46 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində narkotik vasitəni əvvəllər də istifadə etdiyini, hazırda da istifadə etdiyini, təxminən 11 ildir ki, narkotik vasitədən istifadə etdiyini, buna görə də əvvəllər bir dəfə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunduğunu və barəsində azadlığın məhdudlaşdırılması cəza növü seçildiyini, hazırda da ayağında elektron qolbaq daşıdığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ağdaş şəhər rayonlararası avtovağzalın ərazisindən işlədiyi “çexol” sexinə gedərkən sexin ərazisində 2 ədəd sellofan büküm tapdığını, açıb içərisinə baxan zaman içərisində yaşıl rəngli bitkinin olmasını gördüyünü, əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün yaşıl rəngli bitkinin narkotik vasitə olan marixuana olmasını bildiyini, daha sonra istifadə etmək üçün həmin iki ədəd sellofan bükümü cibinə qoyduğunu, bundan sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 11:45 radələrində Ağdaş şəhər avtovağzalın yaxınlığında piyada şəkildə hərəkətdə olarkən polis əməkdaşlarının ona yaxınlaşdığını, onlara məlumat daxil daxil olduğunu bildirdiyini, onun narkotik vasitələrdən istifadə etdiyini, buna görə də, onun üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdiyini, polis şöbəsində ona vəkil təyin edildiyini, onu şübhəli şəxs qismində tutduqlarını, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında onunüzərində şəxsi axtarış keçirildiyini bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində narkotik vasitə olubolmamasını soruşduqlarını və əgər varsa təqdim etməyini bildirildiyini qeyd etmişdir. O, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümü, əynində olan şalvarın sol yan cibindən açarı, 2 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginaslarını, əynində olan həmin şalvarın sağ yan cibindən “Nokia” markalı mobil telefonu, əynində olan həmin qış gödəkcəsinin sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusunu təqdim etdiyini, həmçinin daha sonra əynində olan qış gödəkçəsinin altında əyninə geyindiyi köynəyin döş cibindən 1 ədəd plastik kartı, “Azəriqaz”dan verilmiş bildirişi və “Ağ çiçəyim” sərnişin avtobusuna aid vizitkanı təqdim edərək masanın üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldığını, üzərindən hər hansı digər əşya aşkar olunmadığını, üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümlərin içərisində olan yaşıl rəngli bitkinin “nəşə” olduğunu bildirdiyini qeyd etmişdir. Sellofan bükümlərin təxmini çəkilərinin müəyyən olunması üçün polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildiyini, üzərindən aşkar edilmiş bükümlərin təxmini çəkilərinin 14,66 qram və 7,23 qram olması müəyyən edildiyini, 2 ədəd sellofan bükümün içərisi boş olan zərfə qablaşdırıldığını, üzərinə möhür olan kağız parçaları vurulduğunu, o və digər iştirakçıların zərfə imza etdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefonunun da 1 ədəd zərfə qablaşdırılaraq üzərinin möhürləndiyini və götürüldüyünü, bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusunun açılaraq içərisinə baxıldığını, içərisində siqaret dənələrinin olması aşkar edildikdən sonra siqaret qutusu və digər əşyaların, yəni açar, 2 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginasları, 1 ədəd plastik kartı, “Azəriqaz”dan verilmiş bildirişi və “Ağ çiçəyim” sərnişin avtobusuna aid vizitkanı onun özünə qaytardıqlarını bildirmişdir. Sonra o şəxsi axtarışın keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını bildirdiyini, sonra onun üzərindəki şəxsi axtarışın başa çatdığını bildirmişdir .Əməlindən peşmandır. Ona həbslə nəticələnməyən cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işlədiyini, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıdığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edildiyini və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 11:45 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri rayonlararası avtovağzalın yaxınlığında saxlanılaraq Ağdaş RPŞ-yə gətirildiyini bildirmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunduğunu, Ağdaş RPŞ-nin təhqiqatçısının Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edərək onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini qeyd etmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlandığını, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümü, əynində olan şalvarın sol yan cibindən açarı, 2 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginaslarını, əynində olan həmin şalvarın sağ yan cibindən “Nokia” markalı mobil telefonu, əynində olan həmin qış gödəkcəsinin sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusunu təqdim etdiyini bildirmişdir. Həmçinin daha sonra əynində olan qış gödəkçəsinin altında əyninə geyindiyi köynəyin döş cibindən 1 ədəd plastik kartı, “Azəriqaz”dan verilmiş bildirişi və “Ağ çiçəyim” sərnişin avtobusuna aid vizitkanı təqdim edərək masanın üzərinə qoyduğunu, bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldığını, üzərindən hər hansı digər əşya aşkar olunmadığını, üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümlərin içərisində olan yaşıl rəngli bitkinin “nəşə”olduğunu bildirdiyin, sellofan bükümlərin təxmini çəkilərinin müəyyən olunması üçün polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildiyini, üzərindən aşkar edilmiş bükümlərin təxmini çəkiləri 14,66 qram və 7,23 qram olması müəyyən edildiyini bildirmişdir. 2 ədəd sellofan büküm içərisi boş olan zərfə qablaşdırıldığını, üzərinə möhür olan kağız parçaları vurulduğunu, şübhəli şəxs və digər iştirakçılar zərfə imza etdiklərini, daha sonra üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefon da 1 ədəd zərfə qablaşdırılaraq üzərinin möhürləndiyini və götürüldüyünü bildirmişdir. Bundan sonra şəxsin üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusunun açılaraq içərisinə baxıldığını, içərisində siqaret dənələrinin olması aşkar edildikdən sonra siqaret qutusu və digər əşyaların, yəni açar, 2 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginasları, 1 ədəd plastik kartı, “Azəriqaz”dan verilmiş bildirişi və “Ağ çiçəyim” sərnişin avtobusuna aid vizitka iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarıldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan 2 ədəd sellofan bükümlərdəki bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin bükümləri xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən rayonlararası avtovağzalın ərazisindən işlədiyi “çexol” sexinə gedərkən sexin ərazisində gördüyünü və açaraq içərisində tanıdığı narkotik tərkibli bitki gördüyünü, daha sonra onu cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilərkən verdiyi ifadəsi elan edilmiş Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 11:45 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmişdir. Daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümü, əynində olan şalvarın sol yan cibindən açarı, 2 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginaslarını, əynində olan həmin şalvarın sağ yan cibindən “Nokia” markalı mobil telefonu, əynində olan həmin qış gödəkçəsinin sol yan cibindən siqaret qutusunu, əynində olan qış gödəkçəsinin altından əyninə geyindiyi köynəyin döş cibindən 1 ədəd plastik kartı, “Azəriqaz”dan verilmiş bildirişi və “Ağ çiçəyim” sərnişin avtobusuna aid vizitkanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs üzərindən heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yenidən bildirmişdir ki, sellofan bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana “nəşə”dir. Sellofan bükümlərin təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş narkotik vasitəyə oxşar kütlələrinin olduğu sellofan bükümlərin təxmini çəkilərinin 14,66 qram və 7,23 qram olması müəyyən edilmişdir. 2 ədəd sellofan büküm 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Nokia” markalı mobil telefon da 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu da açılmış, içərisində siqaret dənəciklərinin olması müəyyən edilmişdir. Bundan əlavə aşkar olunmuş digər əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/250 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümlər” sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 2 (iki) ədəd kiçik sellafan paketlərdə , ayrıayrılıqda təmiz çəkisi - 6,76 qr, 13,70 qr, ümumi təmiz çəkisi - 20,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan çətənə (kannabis) bitkisindən küstar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunalardır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının 13 mart 2024-сü il tarixli, № 441 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunmuş,xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, c/i-1047 saylı məktubdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir gün iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmış və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın mıhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağdaş Rayon Məhkəməsinin 1(014)- 50/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur. Hal-hazırda xx.xx.2024cü il tarixə kimi 1 il 6 ay çəkilməmiş cəzası qalmışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 28 mart 2024-cü il tarixli PHŞ-18-1-22/2-417/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X8 poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 mart 2024-cü il tarixli, № 38 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 mart 2024-cü il tarixli, № 64 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla ailə tərkibi arvadı – 1974-cü il təvəllüdlü X2, oğlu - xx.xx.1997-ci il təvəllüdlü X3, qızı - xx.xx.1999-cu il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:10da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:30-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun hazırda cəza çəkdiyi əməl üzrə yenidən eyni cinayəti hadisəsini törətməsi şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmamasını, yetərli olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi iki günə bir gün hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmalı, həmin cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdən 10 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 02 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 20,36 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(014)-50/2023 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 9 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 08 mart 2024-cü il tarixdən 10 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 (iki) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 20,36 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-80/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-80/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver