Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-81/2020 29.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1986-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi 41 saylı evdə yaşayan, barəsində xx xxxx 2020-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,439 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üzərində daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində saxlnaılaraq Ağdaş RPŞ-nə gətirilmiş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində dəqiq tarixi və yeri yadında qalmayan vaxt yerdən bir ədəd sellofan büküm tapdığını, həmin sellofan bükümü açıb baxdıqda içərisindən narkotik vasitə olan heroin olduğunu gördüyünü, ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni də özü istifadə etmək məqsədilə üzərində saxladığını, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 11:00 radələrində yaşadığı küçədə dayandığını, bu zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirdiklərini və onu Polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə Polis şöbəsinə getdiyini, Polis şöbəsində şübhəli şəxs qismində tutulduğunu və dövlət hesabına müdafiəçi təyin edildiyini, daha sonra iki hal şahidi və vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan, şalvarının sol yan cibindən 01 salfet aşkar edildiyini, salfet açılan zaman içərisindən 01 ədəd sellofan büküm çıxdığını, həmin sellofan bükün açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edildiyini, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirdiyini və özü istifadə etmək məqsədilə üzərində saxladığını qeyd etdiyini göstərdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik maddə saxlaması və narkotik maddələrdən istifadə etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 11:00 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid5 və Şahid3lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində piyada hərəkətdə olduğunu gördüklərini və həmin vaxt Təqsirləndirilən şəxs onları görən kimi özünü şübhəli apardığını və Vüsalın onlardan uzaqlaşmaq istədiyini, dərhal ona yaxınlaşaraq özlərini ona təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, bundan sonra onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Vüsalın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüsalın əynində olan şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, şalvarının sol yan cibindən 01 salfet aşkar edildiyini, salfet açılan zaman içərisindən 01 ədəd sellofan büküm çıxdığını, həmin sellofan bükün açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edildiyini, Vüsalın həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirdiyini və özü istifadə etmək məqsədilə üzərində saxladığını qeyd etdiyini bildirdi. İş üzrə şahidlər Şahid5 və Şahid3 məhkəmə iclasında Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə, təxminən saat 11:30 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan sonra bir nəfər şəxsin də, hal şahidi kimi dəvət edildiyini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüsalın əynində olan şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan, şalvarının sol yan cibindən 01 ədəd salfet aşkar edildiyini, salfet açılan zaman içərisindən 01 ədəd sellofan büküm çıxdığını, həmin sellofan bükün açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edildiyini, Vüsalın həmin maddənin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində saxladığını qeyd etdiyini bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/389 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.” sözləri və imzalar yazılmış 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 1,439 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 604 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Nakotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qurp əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1, 66.3-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.20218-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmişdir, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 26 günündən vaxtından əvvəl şərti azad olunmuşdur, xx.xx.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmşdır, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********5 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil kimi pensiya alır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 08-355 №-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən İİV-15/696 kodu ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüşdür. Diaqnoz İİVinfeksiyası, İİİ klinik mərhələ, Oral kandidoz, Kəmərləyici dəmirov, Viruslu hepatit C və B. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CMnin 65.2-ci maddəsinin tələbini nəzərə almadan təqsirləndirildiyi maddədə müəyyən edilən azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 11 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 ay 22 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə almadan təqsirləndirildiyi maddədə müəyyən edilən azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmək barədə qənaətə gələrkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (Təqsirləndirilən şəxs əməli cəmiyyət və dövlət mənafelərinə ziyan vurmur, şəxsiyyət kimi özünə ziyan vurur) ilə yanaşı onun 2015-ci ildən Respublika QİÇS-lə Mübarizə Mərkəzində ən son mərhələdə, yəni İİİ klinik mərhələ olan İİV-infeksiyası ilə və bir neçə ağır xəstəliklə qeydiyyatı olması, ağır xəstəliklərin daşıyıcı olduğu üçün onun psixoloji durumunu əsas götürür. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, İİ qrup əlil olduğu üçün barəsində məcburi müalicə təyin edilməməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 12 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,389 qram narkotik vasitə olan heroin məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı üç ay on bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi altı ay iyirmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 12 qəpik (yüz iki manat on iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,389 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-81/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-81/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver