Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-82/2020 15.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs hüquqi varisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs x xxxxxx 1973-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, SU-18 ünvanında qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş şəhəri SU-18 ünvanında yaşayan Təqsirləndirilən şəxs ilə atası Zərərçəkmiş şəxs arasında xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs bir dəfə yumruqla sol göz nahiyəsindən qəsdən vuraraq ona-sol gözün ağlı qişasına qansızma, sol gözaltı nahiyənin qançırı, şişkinliyivə yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, atası Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə vəfat etdiyini, hazırda Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmış bacısı X4 ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında atası Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, lakin son vaxtlar atası Rasim ilə aralarında tez-tez mübahisə yarandığını, buna səbəb onun hərdən bir spirtli içki qəbul etməsinə görə atası Rasimin narazılıq etməsi olduğunu, xx xxxxxx 2020-ci i tarixdə axşam üstü yaşadığı evdə pivə içdiyini, bundan sonra atası Rasimin və anası Lətifənin ona spirtli içki qəbul etməsinə görə bir neçə dəfə irad tutduqlarını, onlara işinə qarışmamalarını söylədiyini, aradan təxminən bir neçə saat keçəndən sonra atası Rasimin yenə də, onun yanına gəldiyini və ona spirtli içki qəbul etməsinə görə irad tutduğunu, atası Rasimə onu rahat buraxmasını, ondan əl çəkməsini söylədiyini, lakin atası Rasimin onun sözlərinə məhəl qoymadığını və yenə də, ona irad tutmağa davam etdiyini, yenə də atası Rasimə kobud formada ondan əl çəkməsini söylədiyini, bu zəmində, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı atası Rasim ona nalayiq ifadə işlətdiyini, atası Rasimin bu hərəkətindən əsəbləşdiyini və bir dəfə yumruqla onun sol göz nahiyəsindən vurduğunu, həmin vaxt anası Şahid gəlib onları aralaşdırdığını, daha sonra isə atası Rasimin yaşadıqları evdən çıxıb getdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmış qızı X4 məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında xx xxxxxx 2020-ci i tarixdə, saat 22:00 radələrində yaşadıqları Ağdaş şəhəri SU-18 ünvanında atası Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruqla vuraraq ona xəsarət yetirdiyini bildirdi. İş üzrə Şahid məhkəmə iclasında verdiyi izahatında xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 22:00 radələrində yaşadıqları evdə spirtli içki qəbul etməsi səbəbindən oğlu Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında mübahisə baş verdiyini, mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs bir dəfə yumruqla Zərərçəkmiş şəxs sol göz nahuyəsindən vuraraq ona xəsarət yetirdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 466 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol gözün ağlı qişasına qansızma, sol gözaltı nahiyənin qançırı, şişkinliyi, yarası, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinəxitam verilsin və ocinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-82/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-82/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver