Məhkəmə qərarları › İş №1(014)-82/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-82/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-82/2021 15.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2 Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1980-ci ildə Ağdaş rayonu, Əmirmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Əmirmahmud kəndində qeydiyyatda olan və yaşayan, barəsində 18 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 2020-ci ilin mart ayının əvəllərində meşə fonduna aid olmayan Ağdaş rayon Şəmsabad bələdiyyəsinə məxsus Əmirmahmud kənd ərazisində Qobu su arxının mühafizə zolağından yaş halda dəyəri 100 manat olan 01 ədəd 6 sm diametrdə, dəyəri 120 manat olan 01 ədəd 10 sm diametrdə, dəyəri 180 manat olan 01 ədəd 17 sm diametrdə, dəyəri 200 manat olan 01 ədəd 24 sm diametrdə, hər birini dəyəri 250 manat olan 02 ədəd 26 sm diametrdə, hər birinin dəyəri 350 manat olan 03 ədəd 35 sm diametrdə, hər birinin dəyəri 400 manat olan 02 ədəd 38 sm diametrdə, dəyəri 400 manat olan 01 ədəd 40 sm diametrdə və dəyəri 350 manat olan 01 ədəd 33 sm diametrdə 13 ədəd söyüd ağaclarını aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq vahid niyyətlə kəsərək təbiətə ümumilikdə 3.700 manat xeyli miqdarda ziyan vurmuşdur. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Əmirmahmud kəndində 0,12 ha torpaq sahəsinin olduğunu, lakin onun faktiki istifadə etdiyi torpaq sahəsinin təxminən 0,25 ha olduğunu, təxminən 0,13 ha bələdiyyə fonduna aid torpaq sahəsinin artıq 20 ilə yaxındır ki, onun istifadəsində olduğunu, 2020-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsinin yaxınlığında yerləşən 15 ədəd söyüd ağacını elektrik mişarı ilə kəsdiyini, həmin ağacların 13 ədədinin yaş, 2 ədədinin isə quru olduğunu, belə ki, həmin söyüd ağaclarını 20 il əvvəl özü əkdiyini, 2020ci ilin mart ayında söyüd ağaclarının biri yaşadığı evin üzərinə düşdüyü üçün həmin ağacları təhlükəsizlik məqsədi ilə kəsdiyini, 2020-ci ilin iyun ayında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşının Şahid3 və yanında tanımadığı şəxslərlə birlikdə yaşadığı evə gələrək onun həyətyanı sahəsinə baxış keçirdiklərini, daha sonra isə Şahid3 müxtəlif diametrlərdə olan söyüd ağaclarının tərəfindən qanunsuz kəsildiyini bildirdiyini, bu barədə akt tərtib etdiyini, həmin vaxt bələdiyyə sədri Ramil Rəsulovun da baxışda iştirak etdiyini, kəsdiyi ağaclardan 13-nün yaş, 2-sinin isə qurumuş söyüd ağacları olduğunu, 13 ədəd yaş və 2 ədəd quru vəziyyətdə olan söyüd ağaclarını yaşadığı evinin təhlükəsizliyi üçün, həmçinin, maddi vəziyyətinin pis olması ilə əlaqədar oduncaq əldə etmək məqsədi ilə 2020-ci ilin mart ayında elektrik mişarı ilə kəsdiyini bildirdi. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində idarənin əməkdaşlarının 17.06.2020-ci il tarixdə idarədə aparacı məsləhətçi vəzifəsində işləyən Şahid3 tərəfindən tərtib olunmuş monitorinq aktına əsasən idarənin baş məsləhətçi-müfəttiş vəzifəsində işləyən Şahid2 tərəfindən Ağdaş rayonu, Əmirmahmud kənd sakini Təqsirləndirilən şəxs Xəlil oğlunun yaşadığı evin kənarında yaş halda olan 13 ədəd diamterləri 6 sm olan 01 ədəd, 10 sm olan 01 ədəd, 17 sm olan 01 ədəd, 24 sm olan 01 ədəd, 26 sm olan 02 ədəd, 33 sm olan 01 ədəd, 35 sm olan 03 ədəd, 38 sm olan 02 ədəd, 40 sm olan 01 ədəd köküstə yaş ağacların, 26 sm 01 ədəd və 28 sm 01 ədəd isə söyüd cinsindən olan ağacların kəsilməsi barədə 10.07.2020-ci il tarixdə 61595 saylı akt tərtib edildiyini, həmin akta əsasən ağacların kəsilərək məhv olunması nəticəsində təbiətə dəymiş ziyanlığın hesabat cədvəli tərtib edildiyini, buna baxmayaraq həmin cədvəldə 1 ədəd diametri 33 sm olan söyüd ağacının qiyməti hesablanmadığını, lakin 13 ədəd ağacların kəsilərək təbiətə dəymiş ziyanlığın hesabat cədvəli tərtib edildiyini və nəticədə təbiətə 3.750 manat maddi ziyan dəydiyini, həmin ağacların Ağdaş rayonu, Əmirmahmud kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edildiyini, həmin ağacların Şəmsabad kənd bələdiyyəsinin ərazisinin yəni Qobu su arxının mühafizə zolağından kəsilməsi müəyyən edildiyini, ümumilikdə əməkdaşları tərəfindən 15 ədəd ağacların bələdiyyəyə məxsus ərazidən kəsilməsi müəyyən edilsə də həmin ağacların 13 ədədi yaş, 2 ədədi isə quru olduğunu, 18 ədəd ağacların Elnurun özünə məxsus torpaq sahəsindən kəsildiyini, hazırda iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadıqlarını, lakin təbiətə vurulmuş 3.700 manat ziyanın ödənilməsini tələb etdiyini bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində 2006-cı il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində aparacı məsləhətçi vəzifəsində işlədiyini, 17.06.2020-ci il tarixdə idarə əməkdaşları ilə birlikdə Ağdaş rayonu, Əmirmahmud kəndində monitorinq aparan zaman kənd sakini Təqsirləndirilən şəxs Xəlil oğlunun yaşadığı evin kənarında yaş halda olan 32 ədəd söyüd ağacların kəsilməsi faktını aşkar etdiyini və bununla bağlı monitorinq aktı tərtib edildiyini, daha sonra isə Ağdaş rayon Şəmsabad bələdiyyəsindən alınmış məktubda da Ağdaş rayonu, Əmirmahmud kənd sakini Təqsirləndirilən şəxs kəsidiyi ağacların 14 ədədinin Qobu arxının mühafizə zolağında olması, 18 ədədinin isə özünə məxsus 0,12 ha həyətyanı torpaq sahəsinin hüdudlarında olmasının müəyyən edildiyini, daha sonra əməkdaşlar tərəfindən 10.07.2020-ci il tarixdə 61595 saylı akt tərtib edildiyini, həmin aktda 13 ədəd, yəni diamterləri 6 sm olan 01 ədəd, 10 sm olan 01 ədəd, 17 sm olan 01 ədəd, 24 sm olan 01 ədəd, 26 sm olan 02 ədəd, 33 sm olan 01 ədəd, 35 sm olan 03 ədəd, 38 sm olan 02 ədəd, 40 sm olan 01 ədəd köküstə yaş ağacların, 26 sm 01 ədəd və 28 sm 01 ədəd isə söyüd cinsindən olan ağacların köküstə kəsilməsi faktı aşkar edildiyini, ümumilikdə təbiətə 12 ədəd yaş halda olan söyüd cinsinə məxsus ağacların kəsilməsi nəticəsində 3.750 manat maddi ziyan dəydiyini, həmin akta əsasən ağacların kəsilərək məhv olunması nəticəsində təbiətə dəymiş ziyanlığın hesabat cədvəli tərtib edilsə də həmin cədvəldə 1 ədəd diametri 33 sm olan söyüd ağacının qiyməti hesablanmadığını, lakin 12 ədəd ağacların kəsilərək təbiətə dəymiş ziyanlığın hesabat cədvəli tərtib edildiyini və nəticədə təbiətə 3.350 manat maddi ziyan dəydiyini, həmin ağacların Ağdaş rayonu, Əmirmahmud kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edildiyini, həmin ağaclar Şəmsabad kənd Bələdiyyəsinin ərazisinin yəni Qobu su arxının mühafizə zolağından kəsilməsi müəyyən edildiyini, ümumilikdə əməkdaşlar tərəfindən 15 ədəd ağacların bələdiyyəyə məxsus ərazidən kəsilməsi müəyyən edildiyini, həmin ağacların 13 ədədinin yaş, 2 ədədinin isə quru olduğunu bildirdi. İş üzrə şahid X4 məhkəmə iclasında verdiyi hal-hazırda X1 sədri vəzifəsində çalışdığını, 2020-ci ilin təxminən iyun ayında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid3 və digər adını bilmədiyi 4 işçisinin yaşadıqları Ağdaş rayonu, Əmirmahmud kəndində monitorinq aparan zaman kənd sakini Təqsirləndirilən şəxs Xəlil oğlunun yaşadığı evin həyətyanı sahəsində 13 ədəd yaş və 1 ədəd quru söyüd ağaclarının kəsildiyi aşkar edildiyini və bu barədə müvafiq akt tərtib edildiyini, həmçinin, qeyd edilən vaxt Təqsirləndirilən şəxs çəpərlədiyi və faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin bir hissəsi bələdiyyə balansında olduğu üçün və həmin kəsilmiş ağaclar qeyd edilən ərazinin hüdudlarında olduğu üçün bu barədə arayış tərtib edərək 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına təqdim etdiyini, daha sonra qeyd edilən əməkdaşların ağacların kəsilməsi barədə akt tərtib etdiklərini, akt tərtib edilərkən X3 ərazisində yerləşən Qobu arxının mühafizə zolağına məxsus torpaq sahəsindən 13 ədəd yaş və 2 ədəd quru halda söyüd ağaclarının kəsilməsi müəyyən edildiyini, öz növbəsində baxışda iştirak etdiyi üçün aktı imzaladığını, 2003-cü il tarixli bələdiyyə qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində 0,12 ha torpaq sahəsi olduğunu, lakin, Təqsirləndirilən şəxs 17 ildən artıqdır ki, təxminən 0,25-0,27 sahəsini çəpərləyərək istifadə etdiyini, həmin torpaq sahəsinin təxminən 0,13-0,14 ha qanunsuz zəbt olunmuş bələdiyyə ərazisi yəni Qobu arxının mühafizə zolağında yerləşən ərazilər olduğunu, 06 avqust 2020-ci il tarixli arayışda ağacların faktiki olaraq Təqsirləndirilən şəxs məxsus torpaq sahəsində kəsilməsini sonuncunun 20 ilə yaxın müddət ərzində qeyd edilən torpaq sahəsindən istifadə etməsini nəzərə alıb verdiyini, verdiyi arayışların fərqli olmasının səbəbinin belə olduğunu, həmçinin, Təqsirləndirilən şəxs da ona dəfələrlə etiraz edərək qeyd edilən ərazinin ona məxsus olduğunu iddia etdiyini, məsələnin dəqiqləşməsi üçün Yevlax şəhərində yerləşən Layihə və tədqiqat mərkəzinə bu barədə sorğu verdiyini, Bələdiyyənin arxivində yalnız Təqsirləndirilən şəxs adına 0,12 ha torpaq sahəsinin olması barədə sənədlər olduğunu, Təqsirləndirilən şəxs 13 ədəd yaş və 2 ədəd quru halda olan söyüd ağaclarını konkret olaraq Ağdaş rayon Şəmsabad Bələdiyyəsinə məxsus Əmirmahmud kənd ərazisində Qobu su arxının mühafizə zolağından kəsdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 18.03.2021-ci il tarixli 7/252 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Ağdaş RPŞ-nin İQ-nun icraatında olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs kəsdiyi ağaclardan götürülmüş nümunələr” sözləri yazılmış bükülüdəki yaş vəziyyətdə olan gövdə hissələri Söyüd ağacının gövdə hissəsi üçün xarakterikdirlər. Azərbaycan Respublikası 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş Ağdaş rayon Şəmsabad Bələdiyyəsi ərazisində ağacların kəsilərək məhv olması nəticəsində təbiətə dəymiş ziyanlığın hesabatı cədvəllərində göstərilmişdir ki, yaş halda dəyəri 100 manat olan 01 ədəd 6 sm diametrdə, dəyəri 120 manat olan 01 ədəd 10 sm diametrdə, dəyəri 180 manat olan 01 ədəd 17 sm diametrdə, dəyəri 200 manat olan 01 ədəd 24 sm diametrdə, hər birini dəyəri 250 manat olan 02 ədəd 26 sm diametrdə, hər birinin dəyəri 350 manat olan 03 ədəd 35 sm diametrdə, hər birinin dəyəri 400 manat olan 02 ədəd 38 sm diametrdə, dəyəri 400 manat olan 01 ədəd 40 sm diametrdə, dəyəri 350 manat olan 01 ədəd 33 sm diametrdə, ümumilikdə 13 ədəd söyüd ağaclarını ağaclarınının kəsilməsi nəticəsində 3700 manat maddi ziyan dəymişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmamasını və İİİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş bir ədəd kağız torbada ağacların kök hissələrindən götürülmüş nümunələr məhv edilməli, iş üzrə vurulmuş 3.700 manat ziyanın ödənilməməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə rmülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş bir ədəd kağız torbada ağacların kök hissələrindən götürülmüş nümunələr məhv edilsin. İş üzrə vurulmuş 3.700 manat ziyanın ödənilməməsi nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar