Məhkəmə qərarları › İş №1(014)-83/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-83/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-83/2021 02.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1958-ci ildə Ağdaş rayonu, Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Ağdaş rayonu, Malay kəndində qeydiyyatda olan və yaşayan, barəsində 22 aprel 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 25.09.2018-ci il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, yaşadığı Ağdaş rayonu, Malay kəndindəki evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 04 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 1,98 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda, qanunsuz olaraq 2021-ci ilin aprel ayının əvəllərində əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmin bitkilər 20 aprel 2021-ci il tarixdə Ağdaş Rrayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:30-da yaşadığı Ağdaş rayonu, Malay kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının axırlarında yaşadığı Ağdaş rayonu, Malay kəndinin yaxınlığında yerləşən meşə sahəsində çayın kənarında yabanı halda bitən narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yarpaqlarından sellofan torbaya yığıb qurudaraq ümumi təmiz çəkisi 10,40 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədi olmadan əldə edərək yaşadığı evin eyvanından asılmış gödəkçəsinin cibində saxlamış, həmin narkotik vasitə 20 aprel 2021-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:40-da yaşadığı evin eyvanından asılmış gödəkçəsinin cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində narkotik vasitələrin istifadəçisi olduğunu, tutulmamışdan təxminən bir həftə əvvəl, Ağdaş rayonu, Malay kəndində yerləşən yaşadığı evin həyətinyanı sahəsində 02 ədədi torpağa, 02 ədədi isə sellofan torbaya olmaqla ümumilikdə 04 ədəd narkotik tərkibli bitki toxumu əkdiyini, iki-üç gündən bir yaşadığı evin həyətiyanı sahəsində əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, 20 aprel 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, onlara yaşdığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və əməlindən peşman olduğunu söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidlərinin və aqronomun iştirakları ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən əkib becərdiyi 02 ədəd yerə əkilmiş və 02 ədəd sellofan torbaya əkilmiş 02 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kollarının, ümumi sayı 04 ədəd narkotik tərkibli kolun aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, bundan sonra polis əməkdaşlarının ondan hər hansı bir yerdə narkotik vasitə saxlayıb saxlamamağı barədə soruşduqlarını, onlara yaşadığı evin eyvanından asılmış gödəkcəmin cibində narkotik vasitə olduğunu bildirdiyini, yaşadığı evin eyvanından asılmış gödəkcəmin cibində içərisində narkotik tərkibli tərkibli bitkiyə oxşar bitki kütləsi olan 01 ədəd sellofan bükümü polis əməkdaşlarına təqdim etdiyini, Ağdaş rayonu, Malay kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli kolları təxminiən tutulmamışdan bir həftə əvvəl şəxsi istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində çayın kənarında yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığını, sellofan bükümdəki bitki kütləsini də, 2020-ci ilin sentyabr ayının axırlarında həmin bitki toxumlarını yığan zaman eyni zamanda onların yarpaqlarından yığıb götürdüyün və evində saxladığını, polis əməkdaşlarının onlara gəlməmişdən qabaq götürüb pencəyinin cibinə özü istifadə etmək üçün qoyduğunu bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində X4 Sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işlədiyini, 20 aprel 2021-ci il tarixdə onu Ağdaş RPŞ-nə dəvət edərək Təqsirləndirilən şəxs adlı bir nəfər şəxsin həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini, etiraz etmədiyini, daha sonra Ağdaş rayonu, Malay kəndinə getdiklərini, orada polis əməkdaşlarının Malay kənd sakini Təqsirləndirilən şəxs oğluna onun narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, ondan başqa orada iki nəfər də hal şahidi dəvət edildiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun, iki nəfər hal şahidi kimi iştirak edən şəxsin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən əkib becərdiyi 02 ədəd yerə əkilmiş və 02 ədəd sellofan torbaya əkilmiş 02 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kollarının, ümumi sayı 04 ədəd narkotik tərkibli kol aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini, bundan sonra polis əməkdaşlarının Tacəddindən hər hansı bir yerdə narkotik vasitə saxlayıb saxlamamağı barədə soruşduqlarının, Tacəddinin də yaşadığı evin eyvanından asılmış gödəkcəmin cibində narkotik vasitə olduğunu bildirdiyini, daha sonra Tacəddinin yaşadığı evin eyvanından asılmış gödəkcəmin cibində içərisində narkotik tərkibli tərkibli bitkiyə oxşar bitki kütləsi olan 01 ədəd sellofan bükümü polis əməkdaşlarına təqdim etdiyini, Təqsirləndirilən şəxs deməsinə görə narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində çayın kənarında yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığını, sellofan bükümdəki bitki kütləsini də, 2020-ci ilin sentyabr ayının axırlarında həmin bitki toxumlarını yığan zaman eyni zamanda onların yarpaqlarından yığıb götürdüyünü və evində saxladığını bildirdirdiyini göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 20 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında tərəfindən müvafiq sənədləşdirmələr aparılaraq raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş RPŞ-nin əməkdaşları və Aqronom Şahid3 ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün iki nəfər hal şahidləri də dəvət olunduğunu, həyət qapısından Tacəddini çağırdıqlarını, Tacəddinin qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Tacəddinin də buna etiraz etmədiyini və həmçinin də ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun, başqa iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqranom Şahid3 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən əkib becərdiyi 02 ədəd yerə əkilmiş və 02 ədəd sellofan torbaya əkilmiş 02 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kollarının, ümumi sayı 04 ədəd narkotik tərkibli kolun aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, həmçinin Aqronom Şahid3 da həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini, bundan sonra Tacəddindən hər hansı bir yerdə narkotik vasitə saxlayıb saxlamamağı barədə soruşduqlarını, Tacəddinin də yaşadığı evin eyvanından asılmış gödəkcənin cibində narkotik vasitə olduğunu bildirdiyini, daha sonra Tacəddinin yaşadığı evin eyvanından asılmış gödəkcəsinin cibində içərisində narkotik tərkibli tərkibli bitkiyə oxşar bitki kütləsi olan 01 ədəd sellofan bükümü təqdim etdiyini, Təqsirləndirilən şəxs deməsinə görə narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində çayın kənarında yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığını, sellofan bükümdəki bitki kütləsini də, 2020-ci ilin sentyabr ayının axırlarında həmin bitki toxumlarını yığan zaman eyni zamanda onların yarpaqlarından yığıb götürdüyünü və evində saxladığını bildirdiyini göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində 20 aprel 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş rayonu, Malay kəndində küçə ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək yaşadığı kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan başqa bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun, digər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən əkib becərdiyi 02 ədəd yerə əkilmiş və 02 ədəd sellofan torbaya əkilmiş 02 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları, ümumi sayı 04 ədəd narkotik tərkibli kol aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, həmçinin Aqronom Şahid3 da həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini, bundan sonra polis əməkdaşlarının Tacəddindən hər hansı bir yerdə narkotik vasitə saxlayıb saxlamamağı barədə soruşduqlarını, Tacəddinin də yaşadığı evin eyvanından asılmış gödəkcəsinin cibində narkotik vasitə olduğunu bildirdiyini, daha sonra Tacəddinin yaşadığı evin eyvanından asılmış gödəkcəsinin cibində içərisində narkotik tərkibli tərkibli bitkiyə oxşar bitki kütləsi olan 01 ədəd sellofan bükümü polis əməkdaşlarına təqdim etdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 20.04.2021-ci il tarixli 17/280 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş” sözləri yazılmış sellofan torbanın içərisindəki sellofanlarda olan torpaqda hündürlükləri 6 sm-dən 11 sm-dək, ümumi təmiz çəkiləri 1,98 qram olan 04 ədəd bitki ştilləri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin ştilləridir. Aqronom mütəxəssis Şahid3 20.04.2021-ci il tarixli rəyinə əsasən 04 ədəd çətənə (kannabis) bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 10,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş çətənə bitkisinin ştilləri inkişaflarının ilkin fazasında olduqları üçün onların biri-biri ilə və qurudulmuş marixuana ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 27.05.2021-ci il tarixli 590 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 25.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1, 69.3 maddələri ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmişdir, 22.10.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır, məhkumluğu ödənilməmişdir. Beləliklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, 64 yaşında olmasını, «döş daxili limfa vəzilərinin vərəmi» xəstəsi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsin əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 20 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 10,35 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd kağız paketdə olan dörd ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri məhv edilməldir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzalar qismən toplanılaraq qəti cəza, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 20 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 10,35 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd kağız paketdə olan dörd ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar