Məhkəmə qərarları › İş №1(014)-83/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-83/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-83/2022 28.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta ixtisas təhsilli, evli, əczasçı işləyən, məhkumluğu olmayan, Ağdaş şəhəri S.Səlimoğlu küçəsi 2/18-də yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 28 sentyabr 2022-ci il tarixdə saat 17:00-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ 21140 markalı M469CH05 dövlət nömrə nişanlı avtomobili ilə Ağdaş-Zarağan yolunun 1-ci kilometliyi ilə B.Vahabzadə küçəsinin kəsimşəsində 40 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək ehtiyyatsızlıqdan, Ağdaş şəhəri B.Vahabzadə küçəsində yolu sağdan sola keçən piyada Ağdaş rayonu Yuxarı Qəsil kənd sakini xx.xx.1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilinin qabaq hissəsi ilə vuraraq ona açıq-kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, beyin maddəsinin əzilməsi, beynin sərt qişası altına ənsə-təpə payı üzərinə qansızma, beyin mədəciklərinə qansızma, başın ənsə nahiyəsinin yarası, başın yumşaq qatının iç səthinə ənsə təpə nahiyəsində qansızma, sol qasıq sümüyünün sınığı, alın təpə nahiyəsinin, burun yəhərinin, sağ qaşın bayır ucu nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı xəsarətlərini yetirmiş və sonuncu aldığı xəsarətlərlə bağlı Mingəçevir ŞMX-na daxil olaraq xx.xx.2022-ci il tarixdə saat 04 radələrində aldığı xəsarətlərdən Mingəçevir şəhər Mərkəzi xəstəxanasında ölmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində əvvəllər məhkum olunmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, hazırda evli olduğunu, üç övladı olduğunu, “B” kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu, uzun illərdir ki, nəqliyyat vasitəsi idarə etdiyini, hal hazırda etibarnamə əsasında VAZ 210140 markalı M469CH05 qeydiyyat nişanlı avtomobil idarə etdiyini, xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində idarə etdiyi VAZ 210140 markalı M469CH05 qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu ərazisindən keçən Qəbələ- Zarağan yolunun 1-ci kilometrliyindən sola dönərək yaşadığı ev istiqamətində hərəkətdə olduğunu, həmin vaxt hava qaranlıq olduğunu, həmin küçədə işıqlandırma zəif olduğunu və avtomobilinin yaxın vuran işıqlarından istifadə etdiyini, həmin vaxt avtomobili öz hərəkət zolağında 40-50 km/saat sürətlə hərəkət etdirdiyini, döndükdən sonra təxminən 100 metr məsafə qət edən zaman qəflətən avtomobilinin qarşısına bir nəfər piyada çıxdığını və çıxan kimi də onun avtomobilinin qabaq sol tərəfinə dəydiyini, həmin piyada qəflətən avtomobilinin qarşısına çıxdığı üçün həmin zaman əyləcdən istifadə edə bilmədiyini, bu səbəblə də hadisənin qarşısını ala bilmədiyini, bundan sonra həmin piyadanın baş hissəsinin avtomobilin qabaq örtük şüşəsinə dəydiyini və daha sonra yerə asfaltın üzərinə yıxıldığını, dərhal avtomobilini həmin yerdə saxlayaraq yerə düşdüyünü və yerə yıxılı vəziyyətdə olan piyadaya yaxınlaşdığını, həmin vaxt oraya gələn insanların köməkliyi ilə onu yerdən qaldırdıqlarını və təcili yardıma məlumat verdiklərini, bundan az sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəldiyini və onların xəsarət almış şəxsi avtomobilə qoyaraq xəstəxanaya apardıqlarını, özü öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar məlumat verdiyini, az sonra hadisə yerinə polis əməkdaşları gəldiklərini və onun iştirakı ilə polis əməkdaşlarının hadisə yerinin müayinəsini keçirdiklərini, hadisənin baş verməsinə səbəb piyadanın ani bir anda onun avtomobilinin qarşısına çıxması olduğunu, həmin yerdə görüntü kamerası olubolmamasından məlumatı olmadığını, hadisə avtomobili zamanı 40-50 km/saat sürətlə idarə etdiyini, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, həmçinin həkim müayinəsindən də keçdiyini, xəsarət almış şəxs və onun ailəsi ilə heç bir düşmənçilik və ədavəti olmadığını, ümumiyyətlə həmin şəxsi tanımadığını, yol nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almadığını, hadisənin qarşısını almağa heç bir imkanı olmadığını, piyadanın onun qarşısına ani bir anda çıxdığı üçün hadisənin qarşısını ala bilmədiyini göstərmişdir. Məhkəmə iclasında törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs hüquqi varisi Qanuni nümayəndə ifadəsində Zərərçəkmiş şəxs onun atası olduğunu, ölməmişdən əvvəl anası X5 ilə birlikdə Ağdaş şəhəri, İstiqlal küçəsi, dalan 4 ev 12-də yaşadığını, atasının heç kimlə düşmənçiliyi və ədavəti olmadığını, 22 fevral 2022-ci il tarixdə sonradan adını bildiyi Ağdaş şəhər sakini Azər adlı şəxsin idarə etdiyi avtomobillə Ağdaş-Dəhnəxəlil yolundan Ağdaş şəhəri H.Əliyev prospektinə girişdə atası İslamı yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən zaman vurduğunu və atası İslamın xəsarət alaraq əvvəlcə Ağdaş şəhər xəstəxanasına, daha sonra Mingəçevir şəhər xəstəxanasına yerləşdirildiyini, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər xəstəxanasına vəfat etdiyini, hadisənin xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Ağdaş-Dəhnəxəlil yolundan Ağdaş şəhəri H.Əliyev prospektinə girişdə baş verdiyini, bu barədə sonradan məlumat aldığını bildirmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, xx.xx.2022-ci il tarixdə Ağdaş-Zarağan yolunun 1-ci kilometliyi ilə B.Vahabzadə küçəsinin kəsimşəsində hərəkətdə olan zaman həmin yerə bir neçə nəfərin toplaşdığını gördüyünü, özünün də avtomobili həmin yerin yaxınlığında saxlayaraq həmin hadisə yerinə yaxınlaşdığını, həmin yerə yaxınlaşan zaman Ağdaş şəhər sakini kimi tanıdığı Azər adlı şəxsin idarə etdiyi VAZ 21140 markalı M469CH05 dövlət nömrə nişanlı avtomobilinin həmin yerdə olduğunu gördüyünü, Azər adlı şəxs idarə etdiyi avtomobillə həmin yerdə Ağdaş şəhər sakini kimi tanıdıqları İslam adlı şəxsi vurduğunu və İslam adlı şəxsi TTTY avtomobili ilə Ağdaş RMX-na apardıqlarını bildiyini, həmçinin həmin yerdə polis əməkdaşlarının da olduğunu, polis əməkdaşları hadisə yerini müayinə etdiklərini, özü və Taleh adlı şəxsində həmin hadisə yerinin müayinəsində iştirak etdiklərini, daha sonra bununla bağlı protokol tərtib olunduğunu və protokol düzgün tərtib oldunduğu üçün imzalanaraq təsdiq edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli 266 735/K saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsində metil, etil, probil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinioid (çətənə bitkisindən alınan və təbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli 09 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər – açıq kəllə beyin travması, kəllə əsası sümüklərinin sınığı, beyin maddəsinin əzilməsi, beynin sərt qişası altına ənsə təpə payı üzərinə qansızma, beyin mədəciklərinə qansızma, başın ənsə nahiyəsinin yarası, başın yumşaq qatının iç səthinə ənsə təpə nahiyəsində qansızma, sol qasıq sümüyünün sınığı, sol alın təpə nahiyəsinin, burun yəhərinin, sağ qaşın bayır ucu nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddilər. Zərərçəkmiş şəxs ölümünə səbəb açıq kəllə beyin travması, beyn maddəsinin əzilməsi, beyin mədəciklərinə qansızma, kəllə əsası sümüklərinin sınığı olmuşdur. Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il tarixdə saat 04:00-da baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər hərəkətdə olan avtomobillə piyadanın toqquşması zamanı əmələ gələ bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/1504 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21140 markalı M469CH05 dövlət nömrə nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalar”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli 74 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs müayinə zamanı ayıq olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN Ağdaş Rayon Polis Şöbəsinin DYPB-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 134-28927-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs B dərəcəli AE seriyalı 215404 nömrəli xx.xx.2025-ci il tarixədək müddəti olan sürücülük vəsiqəsinin olması və sürücülük vəsiqəsinin məhdudlaşdırılmaması müəyyən edilmişdir. İşin materiallarında olan Rusiya Federasiyası tərəfindən 17 iyun 2013-cü il tarixdə verilmiş 05 09 № 123531 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2004-cü il, “VAZ-21140” markalı, M469CH05 dövlət qeydiyat nişanlı avtomobilin sahibi X2. İş materiallarında olan X6 tərəfindən verilmiş 05AA2394691 saylı etibarnamədən görünür ki, “VAZ-21140” markalı, M469CH05 dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək sürücü Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən 21 aprel 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 may 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 2/18 №-li evdə yaşamaqla, ailə tərkibi: X7 (həyat yoldaşı), 1990-cı il təvəllüdlüm X11, 1991-ci il təvəllüdlüm X12, 2002-ci il təvəllüdlüm X8 və 1993-cü il təvəllüdlüm X3 ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 569 saylı məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb vənarkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-83/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs qızı Qanuni nümayəndə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan 02 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, VAZ 21140 markalı M469CH05 dövlət qeydiyyat nişanlı avtomobil ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün sahibinə qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hüquqi varisi, qızı Qanuni nümayəndə təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri ümumilikdə 85 (səksən beş) manat müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittihamda qeyd edilən cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış VAZ 21140 markalı M469CH05 dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibində olması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi1 məhkəmədə göstərdiyi 21 (iyirmi) saat hüquqi xidmətə görə 126 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 21 saat hüquqi xidmətə görə 126 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE**********0002088501 nömrəli hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ 21140 markalı M469CH05 dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibində olması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar