Məhkəmə qərarları › İş №1(014)-84/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-84/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-84/2020 08.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,fərdi fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1975-ci ildə Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Zeynəddin küçəsi 56 saylı evdə qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində yaşadıqları Ağdaş şəhəri, Zeynəddin küçəsi 56 saylı evin həyətində şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qarğı ilə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmuş, daha sonra qarğı ilə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs sağ biləyindən və sol dirsəyindən vuraraq ona qəsdən xəsarət yetirmiş, əlindəki qarğı sınandan sonra əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona qəsdən sağ dirsək oynağın arxa səthinin sıyrıqları, sağ saidin aşağı 1/3-nin ön səthinin qançırı və sıyrığı, sağ əlin üst səthinin sıyrıqları ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında 2003-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduqlarını, birgə nikahdan bir qız övladının olmasını, Ağdaş şəhərində yerləşən bazarda meyvə alver ilə məşğul olmasını, həyat yoldaşı Zərərçəkmiş şəxs isə Ağdaş şəhərində yerləşən Nizami adına 2 saylı tam orta məktəbdə müəllim işlədiyini, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər heç bir mübahisənin və dava-dalaşın baş vermədiyini, lakin son zamanlar aralarında mübahisələrin baş verdiyini,sonuncu mübahisənin və dava-dalaşın xx xxxxxx 2020-ci il tarixdə baş verdiyini, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 21:00 radələrində onun ünvan 1 ünvanında yerləşən yaşadığı evə gəldiyini, sərxoş olduğunu, həyat yoldaşının seyvanda əyləşib yemək yediyini, onun Zülfiyyəyə “sən niyə bizim evimizdə olan söhbətləri başqasına deyirsən?” deyə söylədiyini, Zülfiyyənin isə “yaxşı edirəm” söyləyərək ona nalayiq ifadə işlətdiyini, bunun üstündə aralarında mübahisə baş verdiyini, həyat yoldaşının həyətə düşüb yenidən ona nalayiq ifadə işlətdiyini, Zülfiyyənin sözlərinə əsəbləşib yerdən qarğını götürüb bir neçə dəfə Zülfiyyənin baş nahiyəsindən vurduğunu, daha sonra qarğı ilə bir neçə dəfə Zülfiyyənin sağ biləyindən və sol dirsəyindən vuraraq Zülfiyyəyə xəsarət yetirdiyini, əlindəki qarğı sınandan sonra əlləri ilə Zülfiyyənin bədəninin müxtəlif nahiyələrindən vurduğunu, Zülfiyyənin ona ucadan “əl çək məndən” söylədiyini, sakitləşib çıxıb getdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında 2003-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, birgə nikahlarından bir qız övladının olmasını, əri Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər heç bir mübahisənin və dava-dalaşın baş vermədiyini, son bir ildə isə əri Ziyanın mütamadi olaraq spirtli içkilər qəbul etdiyini, buna görə aralarında tez-tez mübahisə və davadalaş baş verdiyini, sonuncu mübahisənin və dava-dalaşın xx xxxxxx 2020-ci il tarixdə baş verdiyini, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 21:00 radələrində yaşadıqları evin seyvanında əyləşib yemək yediyini, həmin vaxt əri Ziyanın evə gəldiyini, ərinin sərxoş olduğunu, gələn kimi ona nalayiq ifadələr işlətməyə başladığını, onun da Ziyaya “sən niyə mənimlə bu cür danışırsan?” deyə söylədiyini, o isə “yaxşı edirəm” söylədiyini, əri Ziya ilə mübahisə etmək istəmədiyini, buna görə həyətə düşdüyünü, lakin Ziyanin sakitləşmək istəmədiyini və evin həyətində yenidən ona nalayiq ifadələr işlətdiyini, Ziyanın yerdən qarğını götürərək bir neçə dəfə onun baş nahiyəsindən vurduğunu, daha sonra qarğı ilə bir neçə dəfə onun sağ biləyindən və sol dirsəyindən vuraraq ona xəsarət yetirdiyini, bununla da kifayətlənməyib əlləri ilə onun bədəninin müxtəlif nahiyələrindən vuraraq, ona xəsarət yetirdiyini, Ziyaya “ucadan əl çək məndən” söylədiuini, Ziyanın isə çıxıb getdiyini bildirdi. İş üzrə Şahid təhqiqat amanı Zərərçəkmiş şəxs izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 467 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sağ dirsək oynağın arxa səthinin sıyrıqları, sağ saidin aşağı 1/3-nin ön səthinin qançırı və sıyrığı, sağ əlin üst səthinin sıyrıqları, küt ələt təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinəxitam verilsin və ocinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar