Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-84/2022 03.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, ailəli, məhkumluğu olmayan, Ağdaş rayonu Nehrəxəlil kəndində qeydiyyatda olan və Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 03 noyabr 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən və şəraitdə satış məqsədi olmadan ümumi təmiz çəkişi 4.361 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək ondan 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.311 qram, 0.301 qram, 0.325 qram metamfetamini qanunsuz olaraq üzərində, 01 ədəd selofan bükümdə 3.424 qram psixotrop maddə olan metamfetmini Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evində qanunsuz olaraq saxlamış, həmçinin istintaqa məlum olmayan vaxtda və şəraitdə 01 ədəd zavod üsulu ilə istehsal edilmiş 7.62 mm kalibrli “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konsruksiyalı tapança, pulemyotlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronu qanunsuz olaraq əldə edərək Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evinin yataq otağında saxlamışdır. 23 aprel 2022-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saat 17:12-də Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış aparan zaman 0.937 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Həmçinin 23 aprel 2022-ci il tarixdə saat 17:57-də Təqsirləndirilən şəxs Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evində axtarış aparlılan zaman onun yaşadığı evdən qanunsuz olaraq saxladığı 01 ədəd selofan bükümdə 3.424 qram psixotrop maddə olan metamfetmini, həmçinin 01 ədəd zavod üsulu ilə istehsal edilmiş 7.62 mm kalibrli “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konsruksiyalı tapança, pulemyotlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronu aşkar edilib götürülmüşdür.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda üzrə özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər narkotik maddələrin istifadəsi ilə məşğul olduğuna görə məhkum olunduğunu, evli və 15 yaşında övladının olduğunu, əvvəllər məhkum olunduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 16:20 radələrində Ağdaş rayonu Ləki Qəsəbəsində piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də özünə dövlət hesabına müdafiəçinin təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarışın keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının içərisindən 01 ədəd sellofan büküm və sol yan cibindən 01 ədəd şpris və 02 ədəd iynənin aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan bükümün açıldığını, içərisindən 03 ədəd sellofan bükümün aşkar edildiyini, bükümlərin açılan zaman hər birinin içərisindən ağ rəngli, kristal halında maddənin aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu dediyini və özünün istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş 03 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,37, 0,37 və 0,38 qram olduğunu, sonra 03 ədəd sellofan bükümün, 01 ədəd şprisin və 02 ədəd iynənin 01 ədəd zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkilişin aparıldığını, protokol tərtib olunduğunu, özünün və digər proses iştirakçılarının heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini, bundan sonra yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evinə baxış keçirildiyini, baxış zamanı, yataq otağından yataq dəstinin altından 01 ədəd sellofan bükümün və otaqda olan dəmir qabdan 01 ədəd patronun aşkar edildiyini, aşkar edilmiş 01 ədəd sellofan bükümün açılan zaman içərisindən ağ rəngli, kristal halında maddənin aşkar olunduğunu, üzərindən və evindən aşkar olunmuş maddələrin psixotrop maddə olan “patı”, yəni metamfetamin olduğunu dediyini və özü istifadə etmək üçün üzərində və yaşadığı evdə saxladığını bildirdiyini, həmçinin evindən aşkar olunmuş 01 ədəd patronun tapdığını və saxladığını bildirdiyini, bundan sonra aşkar olunmuş 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 3,59 qram olduğunu, daha sonra 01 ədəd sellofan bükümün və 01 ədəd patronun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, baxış zamanı video çəkilişin aparıldığını, protokol tərtib olunduğunu, özünün və digər proses iştirakçılarının heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini, həmin psixotrop maddələri özünün istifadə etməyi üçün üzərində saxladığını, həmin psixotrop maddələri xx.xx.2022-ci il tarixdə yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evinin qarşısından, küçədən tapdığını, 01 ədəd patronu təxminən 2 ay əvvəl Ağdaş şəhərində küçədən tapdığını və elə belə həvəs üçün saxladığını heç vaxt heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, xx.xx.2022-ci il tarixdə yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evinin qarşısından, küçədən tapdığı narkotik vasitədən bir hissəsini narkotik vasitələrdən istifadə etdiyi üçün ayıraraq yaşadığı evdə saxladığını, Xocavənd rayonunda işlədiyini və hər zaman oraya gedəndə 15 günlük getdiyini, bu səbəbdən də narkotik vasitənin bir hissəsini götürərək bükümlərə ayıraraq üzərində orada özünə lazım olanda və ya halı narahatlaşan zaman istifadə etməsi üçün apardığını, mobil telefondan və mobil nömrədən istifadə etmədiyini göstərmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Nehrəxəlil kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-nə məlumatın daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələrin aparıldığını, həmin gün saat 16:20 radələrində NMQ-nun əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Ramini Ağdaş şəhəri Ləki qəsəbəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin Növbətçi Hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Raminin üzərinə şəxsi axtarışın keçirildiyini, şəxsi axtarış zamanı Raminin əynində olan göy rəngli cins şalvarının içərisindən 01 ədəd sellofan bükümün və sol yan cibindən 01 ədəd şpris və 02 ədəd iynənin aşkar edildiyini, aşkar edilmiş sellofan bükümün açıldığını, içərisindən 03 ədəd sellofan bükümün aşkar edildiyini, bükümlərin açılan zaman hər birinin içərisindən ağ rəngli, kristal halında maddənin aşkar olunduğunu, bundan sonra aşkar olunmuş 03 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,37, 0.37 və 0.38 qram olduğunu, sonra 03 ədəd sellofan bükümün, 01 ədəd şpris və 02 ədəd iynənin 01 ədəd zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkilişin aparıldığını, protokolun tərtib olunduğunu, Ramin və digər proses iştirakçılarının heç bir şikayəti olmadığından protokola imza etdiklərini, bundan sonra Raminin Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evinə baxış keçirildiyini, baxış zamanı yataq otağından yataq dəstinin altından 01 ədəd sellofan bükümün və otaqda olan dəmir qabdan 01 ədəd patronun aşkar edildiyini, aşkar edilmiş 01 ədəd sellofan bükümün açılan zaman içərisindən ağ rəngli, kristal halında maddənin aşkar olunduğunu, Raminin üzərindən və evindən aşkar olunmuş maddələrin psixotrop maddə olan patı yəni metamfetamin olduğunu və özünün istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin aşkar olunmuş 01 ədəd patronun tapdığını və özündə saxladığını bildirdiyini, bundan sonra aşkar olunmuş 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 3.59 qram olduğunu, daha sonra 01 ədəd sellofan bükümün və 01 ədəd patronun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, baxış zamanı video çəkilişin aparıldığını, protokolun tərtib olunduğunu, Ramin və digər proses iştirakçılarının heç bir şikayət olmadığından protokola imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və evində aşkar edilmiş narkotik vasitəni özünün istifadə etməsi üçün üzərində saxladığını və evində saxladığını, həmin psixotrop maddələri xx.xx.2022-ci il tarixdə yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evinin qarşısından, küçədən tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumatın daxil olmadığını, həmin vaxt orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarış və baxışın videoçəkilişlə aparıldığını göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 23 aprel 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 17:12-dən saat 17:31-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Raminin əynində olan göy rəngli cins şalvarının içərisindən 01 ədəd sellofan büküm və sol yan cibindən 01 ədəd şpris və 02 ədəd iynə aşkar edilmiş, aşkar edilmiş sellofan büküm açılmış, içərisindən 03 ədəd sellofan büküm aşkar edilmiş. Bükümlər açılan zaman hər birinin içərisindən ağ rəngli, kristal halında maddə aşkar olunmuş. Bundan sonra aşkar olunmuş 03 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 0,37, 0.37 və 0.38 qram olmuş, sonra 03 ədəd sellofan büküm, 01 ədəd şpris və 02 ədəd iynə 01 ədəd zərfə qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmış, zərflərin üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. “Evə baxış keçirilməsi və götürülmə haqqında” 23 aprel 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 17:57-dən saat 18:40-a dək Təqsirləndirilən şəxs Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evində axtarış aparlılan zaman onun yaşadığı evdən qanunsuz olaraq saxladığı 01 ədəd selofan bükümdə 3.424 qram psixotrop maddə olan metamfetmini, həmçinin 01 ədəd zavod üsulu ilə istehsal edilmiş 7.62 mm kalibrli “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konsruksiyalı tapança, pulemyotlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronu aşkar edilərək qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmış, zərflərin üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə-ekspertiza mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 17/357 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 01 ədəd patron zavod sulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança pulemyotlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Patronun istehsal edildiyi il patronun üzərinə həkk olunmadığından müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/358 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 01 ədəd sellofan büküm...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 3,424 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd şpris, 02 ədəd iynə və 03 ədəd sellofan büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki: -03(üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,311 qram, 0,301 qram və 0,325 qram, ümumi təmiz çəkiləri – 0,937 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -01(bir) ədəd şprisin və 02 (iki) ədəd şpris iynələrin üzərində narkotik vasitə və psixotrop maddə hissəcikləri aşkar edilmədi. Təhqiqata təqdim edilmiş ümumilikdə 04(dörd) ədəd şəffaf sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-сi tarixli 1031 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli hökümü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli aministya haqqında qərarının 2.5-ci bəndinə əsasən azad edilib. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyun 2022-ci il tarixli 134 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu Nehrəxəlil kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X14 atası; X3-anası; X12qardaşı; X6-arvadı; X7r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “ Həşiş qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 aprel 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən və şəraitdə satış məqsədi olmadan ümumi təmiz çəkişi 4.361 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək ondan 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.311 qram, 0.301 qram, 0.325 qram metamfetamini qanunsuz olaraq üzərində, 01 ədəd selofan bükümdə 3.424 qram psixotrop maddə olan metamfetmini Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evində qanunsuz olaraq saxlamış, həmçinin istintaqa məlum olmayan vaxtda və şəraitdə 01 ədəd zavod üsulu ilə istehsal edilmiş 7.62 mm kalibrli “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konsruksiyalı tapança, pulemyotlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronu qanunsuz olaraq əldə etməklə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın X8 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə və təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon polis şöbəsinin təhqiqatçısı Ruhid Yaqublu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuşdur. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan DİN-nin X17 Baş idraəsində saxlanılan 01 ədəd patron Azərbaycan Respublikası DİN-nin silah anbarına təhvil verilməli, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 4.161 qram narkotik vasitə olan metamfetamin, 01 ədəd şpris və 01 ədəd şpris iynəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 99 manat 70 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi və Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən X4 Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 6 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımlara görə 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına və 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir İş üzrə mülki iddia yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan DİN-nin X17 Baş idraəsində saxlanılan 01 ədəd patron Azərbaycan Respublikası DİN-nin silah anbarına təhvil verilsin, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 4.161 qram narkotik vasitə olan metamfetamin, 01 ədəd şpris və 01 ədəd şpris iynəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 99 manat 70 qəpik (doxsan doqquz manat yetmiş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə 84 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 6 saat hüquqi xidmətə görə 36 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün maddi sübuta aid hissədə icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-84/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-84/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver