Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-85/2020 23.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1989-cu ildə Ağdaş rayonu, Gürcuva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Gürcuva kəndində qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 08:30 radələrində Ağdaş rayonu, Gürcuva kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ilə onunla eyni ünvanda yaşayan arvadı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaşadıqları evin həyətinin giriş qapısının qarşısında və evin həyətində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs kürək və ayaq nahiyələrinə bir neçə dəfə əlləri və ayaqları ilə vuraraq ona sağlamlığın qısa üddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən sol kürəkaltı nahiyənin yumşaq toxumalarının əzilməsi, sağ diz oynağının əzilməsi, sağ dizaltı nahiyənin sıyrığı xəsarətlərini yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə qurduqlarını, birgə nigahlarından 2 azyaşlı övladlarının olduğunu, əvvəllər münasibətlərinin normal olmasına baxmayaraq sonradan aralarında müəyyən narazılıqların yarandığını, ona görə də dəfələrlə aralarında mübahisə baş verdiyini, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 08:15 radələrində Ağdaş şəhərində olarkən arvadı Ruhəngizin ona zəng edərək çobanın yaşadıqları evin həyətində saxladığı qoyunları otlaq sahəsinə aparmadığını və qoyunların həyətdə qalmasını söylədiyini, arvadı Ruhəngizə özünün heyvanları otlağa aparmasını tapşrıdığını, arvadı Ruhəngizin isə ona heyvanları otlağa aparmaqdan imtina etməsini və heyvanları onun özünün aparıb otarmalı olmasını söylədiyini, buna görə də, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 08:30 radələrində yaşadığı evə getdiyini, yaşadığı evə çatanda arvadı Ruhəngizin yaşadığı evin həyətinin giriş qapısının qarşısında dayanmasını gördüyünü, arvadı Ruhəngizə yaxınlaşaraq ondan heyvanları otlaq sahəsinə aparmamasının səbəbini soruşduğunu, arvadı Ruhəngizin də ona “mən sənin çobanın deyiləm” dediyini, bu səbəbdən də, aralarında arvadı Ruhəngizlə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı arvadı Ruhəngizin saçından tutaraq onu yaşadıqları evin həyətinə çəkdiyini, sonra həyətdə əlləri və ayaqları ilə Ruhəngizi döydüyünü, həmin vaxt qardaşı Elşənin tez özünü yetirdiyini və onları aralaşdırdığını, bundan sonra Ruhəngizin yaşadıqları evə daxil olduğunu, özünün isə qoyunları otlağa apardığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, 2012-ci ildə ailə qurduqlarını, birgə nigahlarından 2 azyaşlı övladlarının olduğunu, əvvəllər münasibətlərinin normal olduğunu, təxminən 3 il əvvəl qayınanası vəfat etdiyini, bundan sonra Nicatın ona olan münasibətinin dəyişdiyini, Nicatın tez-tez onunla səbəbsiz mübahisələr etdiyini, evdə münaqişə yaratdığını, sonuncu dəfə mübahisələrinin xx xxxxxx 2020-ci il tarixdə, saat 08:30 radələrində baş verdiyini, belə ki, yaşadıqları evin həyətində qoyuna baxdıqlarını, həmin gün də çobanın gəlmədiyini və qoyunları aparmadığını, ona görə də, əri Nicata zəng edib çobanın gəlmədiyini və qoyunların həyətdə qalmasını söylədiyini, əri Nicatın da telefonda ona qoyunları özünün aparıb otarmasını tapşırdığını, onun da əri Nicata cavan gəlin olduğunu, qoyun otarmayacağını söylədiyini, bundan sonra əri Nicatın geri qayıtdığını, həmin vaxt yaşadıqları evin həyətinin giriş qapısının qarşısında olduğunu, əri Nicatın gəlib ona çatan kimi ondan qoyunları otarmamasının səbəbini soruşduğunu, onun da əri Nicata “mən sənə çoban deyiləm” dediyini, buna görə də, əri Nicatla aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı əri Nicatın onun saçından tutub yaşadıqları evin həyətinə çəkdiyini,daha sonra yaşadıqları evin həyətində əlləri və ayaqları ilə onu vurduğunu, həmin vaxt yerə yıxıldığını, əri Nicatın həmin vaxt təpiklə onu vurmağa başladığını, həmin vaxt qaynı Elşənin gəlib onu əri Nicatın əlindən aldığını bildirdi. İş üzrə Şahid təhqiqat zamanı verdiyi izahatında yuxarıda göstərilən xüsusatları təsdiq edərək xx xxxxxx 2020-ci il tarixdə, saat 08:30 radələrində qardaşı Təqsirləndirilən şəxsla arvadı Zərərçəkmiş şəxs arasında mübahisə və dava-dalaş olduğunu, dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə döydüyünü, həmin vaxt onları aralaşdırdığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 486 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol kürəkaltı nahiyənin yumşaq toxumlarının əzilməsi, sağ diz oynağının əzilməsi, sağ dizaltı nahiyənin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinəxitam verilsin və ocinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-85/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-85/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver