Məhkəmə qərarları › İş №1(014)-85/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-85/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-85/2023 20.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və Ağdaş rayonu Bəylik kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib satış məqsədi olmadan üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 4 sakini X1 məqsədi olmadan, şəxsi istifadəsi üçün 90 (doxsan) manat müqabilində qanunsuz olaraq təmiz çəkisi 9,89 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurdulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 3 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda xx.xx.2023cü tarixdə saat 23:58-dən xx.xx.2023-cü il tarixdə saat 00:12-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol iç çibindən 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 9,89 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, evli və himayəsində iki azyaşlı uşağının olduğunu, hərdən bir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, lakin narkotik vasitələrin aludəçisi olmadığını və narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 11-12 radələrində tanışı olan Tural adlı şəxsə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Turalın istifadəsində olan, lakin hazırda xatırlamadığı mobil nömrəyə zəng etdiyini, mobil telefonda Turala özünə istifadə etmək üçün narkotik vasitə lazım olduğunu bildirdiyini, Turalın da ona hazırda onda narkotik vasitə olduğunu bildirdiyini, özü də Turaldan həmin narkotik vasitədən ona satmasını xahiş etdiyini, Turalın da onunla razılaşdığını, həmçinin Turala heyvan otardığını və hazırda tək olduğunu, buna görə də onun olduğu yerə gəlməyini xahiş etdiyini, bundan təxminən 2 saat sonra Turalın onun olduğu yerə, yəni Ağdaş rayonu, Bəylik kəndində yerləşən yaşadığı evin həyətində olduğunu, Turalın gəlməsini görüb küçəyə çıxdığını və ondan 1 ədəd sellofan bükümdə qurudulmuş marixuananı satın aldığını və müqabilində Turala 90 manat pul verdiyini, belə ki, Turalın ona mobil telefonla danışan zaman narotik vasitənin baha olmasını, ona da bir dəfə istifadə etmək üçün 90 manat müqabilində narkotik vasitə verə biləcəyini, özü də onunla razılaşdığını, buna görə də Turala 90 manat pul verdiyini, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Ağdaş şəhərinə gəldiyini və həmin zaman Turaldan aldığı narkotik vasitənin də onun üzərində olduğunu, Ağdaş şəhəri, M.İsayev küçəsində üzü Kollec tərəfə gedən yolda yerləşən çay evinə getdiyini, həmin vaxt çay evinin qarşısında polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və özlərini təqdim etdiklərini, bundan sonra polis əməkdaşının ona üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onu Ağdaş rayon polis şöbəsinə dəvət etdiyini, özü də onunla razılaşdığını və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan sonra üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sol iç çibindən 1 ədəd sellofan büküm, əynində olan qara rəngli cins şalvarın arxa cibindən ona məxsus “Redmi” markalı mobil telefon, siqaret və pul aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını, polis əməkdaşının həmin narkotik vasitəni nə vaxt və haradan əldə etdiyini soruşduğu zaman həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində tanışı Tural adlı şəxsdən 90 manat müqabilində satın aldığını, daha sonra onun üzərindən aşkar edilmiş sellofan büküm və 1 ədəd mobil telefonun ayrı-ayrı zərflərdə qablaşdırıldığını, həmin zərflərin üzərinə möhür vurulduğunu, şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparıldığını, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və ucadan oxunduğunu, həmin protokola imza etdiklərini, Tural İsrəfilovun şübhəli şəxs qismində dindirilən zaman ifadəsində narkotik vasitəni ona satmadığını, əvəzsiz olaraq pay verdiyini bildirməsinin yalan olduğunu, Turaldan narkotik vasitəni 90 manat müqabilində satın aldığını, Turalın nəyə görə bu cür ifadə verməsini bilmədiyini, əvvəllər Turaldan narkotik vasitə almadığını, Turalın narkotik vasitə satmasını bilmədiyini, sadəcə olaraq Turalı tanıdığı üçün ona zəng edərək özünə narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirdiyini, Turalın da ona təşkil edə biləcəyini, lakin baha qiymətə olacağını bildirdiyini, özü də Tural ilə razılaşdığını, həmin vaxt tək olduğunu, Turalın ona narkotik vasitə satmasını heç kimin görmədiyini, qeyd etdiklərini Turalın üzünə qarşı deyə biləcəyini, üzləşdirmə istintaq hərəkəti keçirilən zaman ifadəsində 90 manat pulu verəcəyini qorxduğu üçün bildirdiyini, həmin 90 manatı verərək Tural İsrəfilovdan narkotik vasitəni aldığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdam rayonu, Güləccə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri M.İsayev küçəsində hərəkətdə olan zaman Sənanın piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Sənanı RPŞ-nə dəvət etdiklərini, Sənan da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Sənana dövlət hesabına müdafiəçi təyin edildiyini və o, şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında Sənanın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Sənanın əynində olan qara rəngli qış gödəkcəsinin sol iç çibindən 1 ədəd sellofan büküm, əynində olan qara rəngli cins şalvarın arxa cibindən ona məxsus “Redmi” markalı mobil telefon, siqaret və pul aşkar edildiyini, daha sonra aşkar edilmiş sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edildiyini, Sənanın həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin həmin narkotik vasitəni 21.01,2023cü il tarixdə təxminən saat 14 radələrində tanışı Tural adlı şəxsdən 90 manat müqabilində satın aldığını bildirdiyini, daha sonra onun üzərindən aşkar edilmiş sellofan büküm və 1 ədəd mobil telefonun ayrı-ayrı zərflərdə qablaşdırdıldığını, həmin zərflərin üzərinə möhür vurdulduğunu, şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparıldığını, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və ucadan oxunduğunu, həmin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret və pul onun özünə qaytarıldığım, bundan sonra xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qulbəndə kəndində qeydiyyatda olan X9 oğlunun qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması, satması və istifadəsi barədə müvafiq sənədləşmə işləri aparıldığını, 22.01,2023-cü l tarixdə saat 00:40 radələrində Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri İlahi Muxtarovla birlikdə ünvan 4ində hərəkətdə olan zaman Turalın yaşadığı evin giriş qapısının qarşısında dayanmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması, satması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Turalı RPŞ-nə dəvət etdiklərini, Turalın da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Turala dövlət hesabına müdafiəçi təyin edildiyini və onun şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında Turalın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Turalın əynində olan qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusu, əynindəki olan şalvarın sağ yan cibindən mobil telefon, sol yan cibindən isə 1 ədəd siqaret qutusunun aşkar edildiyini, bundan sonra aşkar edilmiş kibrit qutuları açılan zaman içərilərindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, Turalın həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirdiyini, həmçinin həmin zaman ona Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsini xx.xx.2023-cü il tarixdə ondan 90 manat müqabilində satın alması məzmununda ifadə verməsini bildirən zaman Tural cavabında Sənana narkotik vasitəni pul müqabilində satmadığını, sadəcə olaraq Sənanın ondan zəng edərək ona çəkməsi üçün “nəşə” lazım olduğunu və onun üçün “nəşə” tapa bilib-bilməyəcəyini soruşduğunu, özü də ona narkotik vasitə tapa biləcəyini, daha sonra isə özü istifadə etmək üçün üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini Sənana pay kimi verdiyini bildirdiyini, daha sonra onun zərindən aşkar edilmiş içərilərində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularının elektron tərəzidə çəkildiyini və çəkilərinin 7 qram və 8 qram olduğunu, bundan sonra aşkar edilmiş 02 ədəd kibrit qutusu və ona məxsus mobil telefon kağız zərfdə qablaşdırlıdığını və üzərilərinə möhür vurulduğunu, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparıldığını, şəxsi axtarışın aparılması barədə protokol tərtib edildiyini, bundan sonra Turalın yaşadığı evə baxış keçirilməsinin təklif edildiyini, Tural da bu barədə ərizə verdiyini, xx.xx.2023-cü il tarixdə gündüz vaxtı Turalın yaşadığı, ünvan 4ində yerləşən evə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxladığı hər hansı əşya, maddə və ya predmentin aşkar edilmədiyini və götürülmədiyini, həmçinin baxışın da videoçəkiliş vasitəsi ilə keçirildiyini, baxışın keçirilməsinə dair protokolun tərtib edildiyini və protokolun imzalarla təsdiq edildiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda Ağdaş RPŞnin əməkdaşları və müdafiəçinin iştirakı ilə Sənanın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Sənanın əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan büküm aşkar edilmiş, aşkar edilmiş sellofan açılan zaman içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmiş, bundan sonra onun üzərindən aşkar olunmuş həmin narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 9,89 qram olmuş, sonra həmin sellofan zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar və Sənan həmin zərfə imza etmişlər, şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/85 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 9,89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 658 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannbinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək ona 1000 (min) manat cərimə cəzası təyin edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, c/1-614 saylı məhktubdan görünür ki, Zərdab Rayon Məhkəməsinin 1(035)-09 saylı xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2016-cı il tarixdən 11 aprel 2017-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınaraq barəsində təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək ona qəti olaraq 1000 (min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasını tam olaraq ödəyib qurtarmış və Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qülbəndə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qülbəndə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 aprel 2023-cü il tarixli, 5-32/2-129/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4i ünvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – X3 (1986-cı il təvəllüdlü), qızı – X4 (xx.xx.2016-cı il təvəllüdlü), oğlu – X7 (xx.xx.2021-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 23:45də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və həmin qərar saat 12:10-da ona təqdim edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 9,84 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 9,84 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanna məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar