Məhkəmə qərarları › İş №1(014)-86/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-86/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-86/2020 30.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,fərdi fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1996-cı ildə Ağdaş rayonu, Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Tofiqi kəndində qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 23:30 radələrində Ağdaş rayonu,Tofiqi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ilə onunla eyni ünvanda yaşayan arvadı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaşadıqları evin içərisində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs qəsdən Gülnarə Qasəmovanın üz və ayaq nahiyələrinə bir neçə dəfə əlləri və ayaqları ilə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ bazu oynağının əzilməsi, sağ bazu oynağının bayır səthinin, sol bud çanaq oynağının bayır səthinin, sol budun aşağı 1/3-nin ön səthinin, sağ budun aşağı 1/3-nin iç səthinin, sol gözaltı nahiyənin geniş qançırları xəsarətlərini yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, təxminən 3 aya yaxındır ki, ailə qurduqlarını, əvvəl münasibətlərinin normal olduğunu, lakin sonradan qayınanasının onların ailəsinə müdaxilə etməyə başladığını, həmin vaxtdan ailələrində narazılıq yarandığını, Gülnarənin onun dediyi ilə deyil, anasının dediyini etməyə başladığını, Gülnarənin ona açıq paltarlar almalı olduğunu, açıq paltarlar geyinmək istədiyini söylədiyini, Gülnarəyə anasının dediyi kimi yox, onun istədiyini kimi geyinəcəyini söylədiyini, sonuncu dəfə aralarında mübahisənin xx xxxxxx 2020-ci il tarixdə baş verdiyini, belə ki, həmin gün Ağdaş şəhər mərkəzinə anasıgilə getdiklərini, anasıgildən qayıdarkən Gülnarənin maşında olan vaxt başqa şəxslərə baxmasını gördüyünü, Gülnarəyə əvvəllər də bir neçə dəfə bu barədə irad tutduğunu, həmin gün də Gülnarənin başqa şəxslərə baxması onun xoşuna gəlmədiyini, həmin gün evə qayıtdıqdan sonra Gülnarəyə niyə maşında başqa şəxslərə baxmasını söylədiyini, Gülnarənin də heç kimə baxmadığını söylədiyini, Gülnarəyə öz gözü ilə onun başqa şəxslərə baxmasını gördüyünü söylədiyini, belə olub aralarında mübahisə yarandığını, mübahisə vaxtı Gülnarənin ona “şərəfsiz” dediyini, ona görə də, əsəbləşib Gülnarəni döydüyünü, xx xxxxxx 2020-ci il tarixdə Gülnarənin valideynlərinin gəlib onu apardıqlarını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, iki aydır ki, ailə qurduqlarını, övladlarının olmadığını, bu onun ikinci evliliyi olduğunu, İsmayılla ailə qurandan bəri tez-tez evdə münaqişə yaratdığını, İsmayılın onu döysə də, onun barəsində şikayət etmədiyini, sonuncu dəfə İsmayılın onu xx xxxxxx 2020-ci il tarixdə döydüyünü, belə ki, həmin gün axşam saatlarında yemək yeyib öz otağına keçdiyini, İsmayılın da sonradan otağa gəldiyini, İsmayılın niyə şəhərdə başqa şəxslərə baxdığını bəhanə edərək onun üstünə gəldiyini və onu döyməyə başladığını, İsmayılın əlləri və ayaqları ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdiyini, onu döyəndən sonra İsmayılın otaqdan çıxdığını, ertəsi gün anasına xəbər etdiyini, anası Mahnurun gəlib onu aparanda İsmayılın yenə münaqişə yaratdığını, lakin oradan çıxıb öz atası evinə getdini bildirdi. İş üzrə Şahid məhkəmə iclasında verdiyi izahatında yuxarıda göstərilən xüsusatları təsdiq edərək xx xxxxxx 2020-ci il tarixdə kürəkəni Təqsirləndirilən şəxsla onun qızı Zərərçəkmiş şəxs arasında mübahisə və dava-dalaş olduğunu, dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə döydüyünü və ona xəsarətlər yetirdiyini, ertəsi gün bu barədə məlumat alıb gəlib qızını öz evinə apardığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 491 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sağ bazu oynağının əzilməsi, sağ bazu oynağının bayır səthinin, sol bud çanaq oynağının bayır səthinin, sol budun aşağı 1/3-nin ön səthinin, sağ budun aşağı 1/3-nin iç səthinin, sol gözaltı nahiyənin geniş qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinəxitam verilsin və ocinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar