Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-86/2021 25.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1 iştirakı ilə Təqsirləndirilən şəxs 01 avqust 1976-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 2 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 27 may 2021-ci il tarixdə polisin nəzarəti apltına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 aprel 2021-ci il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsdə ”COVİD-19” infeksiyasının yoluxması ilə bağlı verdiyi testin nəticəsi pozitiv olduqdan sonra 06 aprel 2021-ci il tarixdə Ağdaş RMX-da stasionar mülaicəyə cəlb olunmuş, 08 may 2021-ci il tarixdə ev şəraitində “14 gün evdə fərdi təcridə” evə buraxılmış, bundan sonra yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə, COVİD-19 infeksiyasına yoluxduqdan sonra yaşayış yerini tərk etməməli olduğu halda, təcrid olunma qaydalarına əməl etməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 161 nömrəli qərarının 4.5.5 və 4- 1.2-ci bəndlərinin tələblərini pozaraq 12 aprel 2021-ci il tarixdə, saat 11:09 radələrində yaşadığı ünvan 2-də yerləşən evindən çıxıb yaşadıqları küçənin tin hissəsinə getməklə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün, saat 11:15 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində 05 aprel 2021-ci il tarixdə Ağdaş RMX Publik Hüquqi şəxsdə COVİD-19 pandemiyasının yoxlanması məqsədi ilə analiz verdiyini, 06 aprel 2021-ci il tarixdə həmin analizin nəticəsinin pozitiv olunduğu üçün Ağdaş RMX-da stasionar müalicəyə cəlb olunduğunu, 08 aprel 2021-ci il tarixdə ev şəraitində “14 gün evdə fərdi təcriddə” evə buraxıldığını, bununla bağlı xəstəxanadan evə buraxıldığına görə xəstəxanada təcrid olunma haqqında iltizam verdiyini, həmin iltizamda da yeni növ Koronovirus infeksiyası ilə bağlı test nəticələrinin mənfi olması ilə bağlı 08 aprel 2021-ci il tarixdə xəstəxanadan ev şəraitində fərdi təcrid olunmaq üçün buraxıldığını, 14 gün sonra 21 aprel 2021-ci il tarixdə onunla bağlı tibbi müşahidələrin aparılması və fərdi təcrid olunma müddəti bitdiyini, bu 14 günlük müddət ərzində yaşadığı evi tərk etməyəcəyini, sanitariya, gigiyeniya normalarına, epidemiya əlehyinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyini bildirdiyini, həmçinin həmin iltizamı verərkən qeyd etdityi normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşımağı barədə məlumatlanıdırldığını, həmin iltizamı verdikdən sonra öz imzası ilə iltizamı təsdiq etdiyini, bundan sonra ev şəraitində müalicə olunduğunu, 12 aprel 2021-ci il tarixdə, saat təxminən 11:10 radələrində yaşadığı ünvan 1 ünvanından darıxdığı üçün tək küçənin tin hissəsinə çıxdığını, həmin vaxt iki nəfər polis əməkdaşlarının ona yaxınlaşdığını və ona özlərini təqdim etdikdən sonra onların Ağdaş RPŞ-nin əməkdaşları olmasını bildiyini, polis əməkdaşlarının ona COVİD-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi qaydalarını pozduğunu, 14 gün müddətinə ev şəraitində evdə müalicə olunacağı halda yaşadığı evi tərk etdiyini bildirdklərini, həmin polis əməkdaşlarına yuxarı da qeyd etdiyi kimi evdə darıxdığı üçün çıxdığını bildirdiyini və etdiyi hərəkətdən də peşman olduğunu bildirdiyini, polis əməkdaşlarının onu küçədə aşkar etdikləri üçün küçədə fotoşəkilini çəkdiklərini və bu barədə protokol tərtib etdiklərini, protokolun onlar və özü tərəfindən imzalandığını, daha sonra onun mobil tellefonuna xəbərdarlıq SMS gəlib gəlməməyi barədə ona sual verdiklərini, onlara mobil telefonuna SMS-ni gəlib gəlmədiyini bilmədiyini bildirdiyini, lakin xəstəxanadan evə buraxılan zaman evi tərk etməməyi barədə iltizam imzaladığını onlara bildirdiyini göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində 2015-cü ildən ildən X2 xidmət etdiyini, 2020-ci ildən isə Ağdaş RPŞ-nin İTB-də sahə rəisi vəzifəsində xidmət etdiyini. 12 aprel 2021-ci il tarixdə günorta radələrində ona təhkim olunmuş Ağdaş şəhəri ərazisində 3 nömrəli inzibati sahədə xidmət apardığını, həmin vaxt polis sahə rəisi polis baş leytenantı Şahid3 da onunla birlikdə olduğunu, bu vaxt Ağdaş RPŞ-nin PPXB-nin taqım komandiri polis leytenantı Şahid1 ona zəng edib Covid-19 xəstəsi kimi rəsmi qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozduğunu və PPXB-nin əməkdaşları tərəfindən saxlanıldığını, bu barədə protokol tərtib etmək lazım olduğunu bildirdiyini, bundan sonra Şahid3la birlikdə həmin yerə gəldiklərini, həmin yerdə Ağdaş RPŞ-nin PPXB-nin taqım komandiri Şahid1, PPXB-nin polis nəfərləri polis serjantı Şahid4 və polis kiçik serjantı Şahid5 də həmin yerdə olduğunu, bundan sonra tərəfindən yuxarıda adlarını qeyd etdiyi şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq 12 aprel 2021-ci il tarixdə, saat 11:09 radələrində yaşadığı evi tərk edərək evdə mülaciə olunmalı olduğu halda yaşadığı C.Cabbarlı küçəsində aşkar olunduğuna görə protokol tərtib edildiyini, Təqsirləndirilən şəxs aşkar olunduğu yerdə fotoşəkilləri çəkildiyini, həmçinin videoçəkiliş aparıldığını, bundan sonra Anarın barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün raportla Ağdaş RPŞ-nin rəhbərliyinə müraciət etdiyini bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində 2019-cı ildən Ağdaş RPŞ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət etdiyini, 12 aprel 2021-ci il tarixdə, günorta radələrində Ağdaş şəhəri ərazisində PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid5 ilə birlikdə xidmətdə olduqlarını, həmin gün saat təxminən 11:15 radələrində COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozduğunu aşkar etdiklərini, bu barədə PPXB-nin manqa komandiri, polis leytenantı Şahid1 zəng edərək məlumat verdiyini, bundan sonra Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid2, baş leytenant Şahid3 və Şahid1 həmin yerə gəldiklərini, bundan sonra Şahid2 tərəfindən yuxarıda adlarını qeyd olunan şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində karantin rejimi qaydalarını pozaraq 12 aprel 2021-ci il tarixdə 11:09 radələrində yaşadığı evi tərk edərək evdə mülaciə olunmalı olduğu halda yaşadığı C.Cabbarlı küçəsində aşkar olunduğuna görə protokol tərtib edildiyini, Təqsirləndirilən şəxs aşkar olunduğu yerdə fotoşəkilləri çəkildiyini, videoçəkiliş aparıldığını bildirdi. Ağdaş Rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxs tərəfindən verilmiş 20.04.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun 05.04.2021-ci il tarixdə Ağdaş RMX-da COVİD-19 infeksiyasına görə analizi alınmış, 06.04.2021-ci il tarixdə nəticə pozitiv olduğu üçün stasionar mülaicəyə cəlb olunmuş, 08.04.2021-ci il tarixdə ev şəraitində “14 gün evdə fərdi təcridə” evə buraxılmış, müşahidəyə götürülmüşdür. Təqsirləndirilən şəxs bu barədə iltizam vermişdir. Tələbnamədən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf etməsini və himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 26 may 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 01 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-86/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-86/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver