Məhkəmə qərarları › İş №1(014)-86/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-86/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-86/2023 13.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Rusiya Federasiyası, Tula vilayətində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmayan, Rusiya Federasiyası, Tula vilayətində qeydiyyatda olan və Ağdaş rayonu, Qaradağlı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Rasimoviç satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 1,361 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Ağdaş RPŞin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 13:41 dəqiqədən 13:54 dəqiqəyədək ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-in inzibati binasında xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 1 ədəd göy rəngli “MAC” markalı siqaret qutusunun içərisindəki sellofan bükümdə təmiz çəkisi – 1,361 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rasimoviç özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası Tula şəhərində anadan olmuş, orada yaşamış, Rusiya Federasiyasının vətəndaşı olmağına baxmayaraq azərbaycanlıdır. Azərbaycan dilini əla bilir, Azərbaycan dilində əla səviyyədə danışır, əla səviyyədə yazır, buna görə də, ifadəsini doğma dili Azərbaycan dilində vermək istəyir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Bədənində ağrılar olur, buna görə də narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə edəndə rahatlaşır və ağrıları kəsir. Əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. 15 mart 2023-cü il tarixdə günorta saatlarında Ağdaş şəhəri, Məşəd küçəsində təkbaşına piyada hərəkətdə olduğu zaman yerdə yolun kənarında 1 ədəd sellofan büküm görmüşdür. Həmin sellofan büküm marağını cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxmışdır. Həmin bükümün içərisinə baxdıqda bükümün içərisində narkotik vasitə heroin (kakos) olmasını görmüşdür. İçərisində narkotik vasitə heroin (kakos) olan sellofan bükümü şəxsi istifadəsi üçün götürmüşdür. Sonra istifadə etmək üçün həmin 1 ədəd sellofan bükümü ona məxsus “MAC” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Həmin siqaret qutusunu da şalvarının cibinə qoymuşdur. Daha sonra oradan uzaqlaşıb çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndi ərazisində “Soyuqbulaq” deyilən yerdə təkbaşına piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları onun narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirərək onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəlmişdir. Ağdaş rayon Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, ərizə ilə müraciət edərək hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi istəmiş və dövlət hesabına müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təyin edilmiş, həmin vaxt RPŞ-in təhqiqatçısı, polis kapitanı Vüsal Əzənmədov tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-də müdafiəçisi Müdafiəçi iştirakı ilə video görüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Vüsal Əzənmədov üzərində olan hər hansı bir əşya varsa çıxartmağını təklif etmişdir. Bundan sonra o əynində olan göy rəngli cins şalvarının sol yan cibindən özünə məxsus 1 ədəd “MAC” markalı siqaret qutusunu cibindən çıxardaraq stolun üzərinə qoymuşdur. Bu zaman polis əməkdaşı siqaret qutusunu açdıqda həmin siqaret qutusunun içərisindən 1 ədəd alışqan və 2 ədəd siqaret dənəsi, şalvarının sol arxa cibindən isə 1 ədəd 20 qəpiklik metal pul nişanı aşkar edilmişdir. Həmçinin həmin siqaret qutusunun içərisindən 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Polis əməkdaşı həmin sellofan bükümü açdıqda içərisində nə olmasını soruşduqda narkotik vasitə heroin (kakos) olmasını bildirmişdir. Təhqiqatçı narkotik vasitə heroini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda təhqiqatçıya həmin narkotik vasitə heroini Ağdaş şəhəri, Məşəd küçəsində yerdən tapdığını və narkotik vasitə istifadəçisi olduğuna görə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisi 1,5 qram olmuşdur. Sonra həmin büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar və o, həmin zərfə imza etmişlər. Protokol tərtib olunmuşdur. O və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etmişlər. Həmçinin ona məxsus 1 ədəd “MAC” markalı siqaret qutusu içərisində olan 2 ədəd siqaret dənəsi ilə birlikdə, həmçinin 1 ədəd alışqan və 1 ədəd 20 qəpiklik metal pul nişanı istintaq əhəmiyyəti kəsb etmədiyindən ona qaytarılmışdır. Daha sonra müdafiəçisi Müdafiəçi narkotik vasitənin ona məxsus olubolmamasını, həmçinin polislərin onu polis şöbəsinə gətirilən zaman döyülüb-döyülməməyini, söyülüb-söyülməməyini, ona hədə-qorxu olunub-olunmamağını, narkotik vasitəni kiminsə onun üzərinə qoyub-qoymamasını, ona hər hansı bir təzyiq edib-etməməsini soruşduqda o müdafiəçisi Müdafiəçi narkotik vasitə heroinin ona məxsus olduğunu, tapdığını, polis əməkdaşlarının ona qarşı hər hansı təzyiqi olmadığını, ona qarşı hər hansı bir qanunsuz hərəkət edilmədiyini bildirmişdir. Narkotik vasitə heroini üzərində daşımaqda məqsədi istifadə etmək olmuşdur. Polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman onun üzərində qiymətli əşya olmamışdır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-in cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası, Tula vilayətində qeydiyyatda olan və Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, əslən azərbaycanlı, lakin Rusiya Federasiyası vətəndaşı olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Ağdaş RPŞ-in PPXB-in polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndi ərazisində “Soyuqbulaq” deyilən yerdə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs təkbaşına piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etdiklərini, Təqsirləndirilən şəxs da onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildiyini və o, şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-in inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən özünə məxsus 1 ədəd “MAC” markalı siqaret qutusu aşkar olunduğunu, həmin siqaret qutusunun içərisindən 1 ədəd alışqan və 2 ədəd siqaret dənəsi, şalvarının sol arxa cibindən isə 1 ədəd 20 qəpiklik metal pul nişanı aşkar edildiyini, həmçinin həmin siqaret qutusunun içərisindən 1 ədəd sellofan büküm aşkar olunduğunu, aşkar edilmiş həmin bükümün açıldığını və içərisindən qəhvəyi rəngli, toz halında narkotik vasitə heroin aşkar edildiyini, bundan sonra aşkar olunmuş həmin narkotik vasitə heroinin elektron tərəzidə çəkildiyini, çəkisinin 1,5 qram olduğunu, sonra həmin bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən zərfin üzərinin imzalanıldığını, protokol tərtib olunduğunu və tərtib olunmuş protokol iştirakçılar tərəfindən təsdiq edildiyini, həmçinin 1 ədəd “MAC” markalı siqaret qutusu içərisində olan 2 ədəd siqaret dənəsi ilə birlikdə, həmçinin 1 ədəd alışqan və 1 ədəd 20 qəpiklik metal pul nişanı istintaq üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıldığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ağdaş şəhəri, Məşəd küçəsində təkbaşına piyada hərəkətdə olduğu zaman yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-in inzibati binasında, xidməti otaqda müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Kamranın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən özünə məxsus 1 ədəd “MAC” markalı siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusunun içərisindən 1 ədəd alışqan və 2 ədəd siqaret dənəsi, şalvarının sol arxa cibindən isə 1 ədəd 20 qəpiklik metal pul aşkar edilmiş, həmçinin həmin siqaret qutusunun içərisindən 1 ədəd sellofan büküm aşkar olunmuş, aşkar edilmiş həmin büküm açılmış və içərisindən qəhvəyi rəngli, toz halında narkotik vasitə heroin aşkar edilmiş, bundan sonra aşkar olunmuş həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisi 1,5 qram olmuş, sonra həmin büküm zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış, həmçinin 1 ədəd “MAC” markalı siqaret qutusu içərisində olan 2 ədəd siqaret dənəsi ilə birlikdə, həmçinin 1 ədəd alışqan və 1 ədəd 20 qəpiklik metal pul istintaq üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ağdaş şəhəri, Məşəd küçəsində təkbaşına piyada hərəkətdə olduğu zaman yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/260 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 1,361 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-сü il tarixli 770 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Rasimoviç narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsindən yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rasimoviç əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-37/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Rasimoviç Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Rasimoviç 15 may 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixə kimi təqsirləndirilən şəxs kimi həbsdə saxlanıldığı 3 ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs Rasimoviç barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs Rasimoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 03 may 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Rasimoviç barəsində seçilmiş «Həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, 3 ədəd dəmir boru zərərçəkmiş şəxs X1 qaytarılması, təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs Rasimoviçdən 152 (yüz əlli iki) manat 12 (on iki) qəpik ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs Rasimoviçə göstərilmiş 18 saat hüquqi xidmətə görə 108 (yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməsi hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rasimoviç yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Rusiya Federasiyası Tula şəhəri ZAQS bürosu tərəfindən verilmiş 14 iyun 1990-cı il tarixli, İİİ-BO saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Rasimoviç xx xxxxx 1990-cı il tarixdə Rusiya Federasiyası Tula şəhəri Teplo-Oqaryovskiy rayonu Teploye şəhərində anadan olmuş, atası X6, anası isə X3r. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, AZE seriyalı, № 15995841 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1964-cü il tarixdə Ağdaş şəhərində anadan olmaqla, Ağdaş rayonunun Qaradağlı kəndində qeydiyyatdadır və Azərbaycan Respublikasının vətəndaşıdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs Rasimoviç şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(014)-25/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Rasimoviç barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Rasimoviç tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs Rasimoviçna cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Rasimoviç həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Rasimoviçna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-37/2023 saylı hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrum cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs Rasimoviçə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Rasimoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Rasimoviç barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Rasimoviçə cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Rasimoviç ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 1,311 qram çəkidə heroin məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs Rasimoviçndan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Rasimoviç Azərbaycan Respublikası CM-in 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-37/2023 saylı hökmünə əsasən ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs Rasimoviçə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Rasimoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Rasimoviç barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Rasimoviçə cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Rasimoviç ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Rasimoviçdən ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,311 qram narkotik maddə olan heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar