Məhkəmə qərarları › İş №1(014)-86/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-86/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-86/2024 22.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 12,48 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, İstiqlal küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda, həmin tarixdə saat 00:36dan 00:48-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd ağ rəngli siqaret qutusunda ümumi təmiz çəkisi 12,48 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitəni təxminən 3-4 ildir ki, ara-bir istifadə etdiyini, 04 mart 2024-cü il tarixdə Ağdaş şəhəri İstiqlal küçəsində hərəkətdə olan zaman saat təxminən 10 radələrində zibil qutusuna zibil atmaq üçün gedən zaman yerdə 01 ədəd içi dolu görünən siqaret qutusu gördüyünü, həmin vaxt təpiklə qutuya vuran zaman qutunun içərisinin dolu olduğunu gördüyünü bildirmişdir. Açıb içərisinə baxan zaman içərisində yaşıl rəngli narkotik vasitə olan marixuana olmasını gördüyünü, daha sonra istifadə etmək üçün həmin bir ədəd siqaret qutusunu cibinə qoyduğunu, yaşadığı evə getdiyini, 06 mart 2024-cü il tarixdə Ağdaş şəhəri, İstiqlal küçəsində əraziyə narkotik vasitə istifadə etmək üçün getdiyi zaman, orada yolun kənarında olan zaman saat 00:05-də polis əməkdaşlarının ona yaxınlaşdıqlarını bildirmişdir. Həmin vaxt polis əməkdaşları onlara məlumat daxil olduğunu, onun narkotik vasitələrdən istifadə etiyini, buna görə də, onun üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini qeyd etmişdir. Bundan sonra onlarla birlikdə polis şöbəsinə getdiyini, polis şöbəsində ona vəkil təyin edildiyini, onu şübhəli şəxs qismində tutduqlarını, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında onun üzərində şəxsi axtarış keçirildiyini bildirmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol ön cibində olan bir ədəd ağ rəngli siqaret qutusunu, sağ ön cibindən isə bir ədəd göy rəngli siqaret qutusu və bir ədəd çəhrayı rəngli alışqan çıxararaq polis əməkdaşına təqdim etdiyini, bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldığını, bundan başqa üzərindən hər hansı əşya aşkar olunmadığını qeyd etmişdir. Sonra isə üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli siqaret qutusunun polis əməkdaşı tərəfindən açıldığını, içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitə olan marixuana aşkar olunduğunu, sonra həmin siqaret qutusundakı bitki kütləsinin narkotik vasitə marixuana olmasını dediyini, siqaret qutusu içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildiyini, çəkisi müvafiq olaraq 18.91 qram olduğunu bildirmişdir. Daha sonra həmin siqaret qutusu içərisi boş olan zərfə qablaşdırıldığını, üzərinə möhür olan kağız parçaları vurulduğunu, o və digər iştirakçıların zərfi imza etdiyini, üzərindən aşkar olunmuş göy rəngli siqaret qutusu və alışqanın onun özünə qaytarıldığını qeyd etmişdir. Sonra polis əməkdaşının ondan həmin bitki kütləsinin nə olduğunu və onu haradan əldə etdiyini soruşduğunu, o da ona həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olmasını, onu 04.03..2024-cü il tarixdə səhər saatlarında Ağdaş şəhəri İstiqlal küçəsində zibil qutusuna zibil atmaq üçün gedən zaman yerdən tapdığını, və istifadə üçün üzərində saxladığını, sonra o şəxsi axtarışın keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını bildirdiyini, daha sonra onun üzərindəki şəxsi axtarışın başa çatdığını bildirmişdir. Polis şöbəsində heç bir əməkdaş tərəfindən döyülməmiş, ona heç bir təzyiq göstərilməmişdir. Əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıdığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edildiyini və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri İstiqlal küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildiyini bildirmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunduğunu, Ağdaş RPŞ-nin təhqiqatçısının Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edərək onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini qeyd etmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlandığını, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd ağ rəngli siqaret qutusu, sağ ön cibindən isə 01 ədəd göy rəngli siqaret qutusu və 01 ədəd alışqan çıxararaq təqdim etdiyini, bundan sonra ondan üzərində başqa qanunsuz əşya və ya ümumiyyətlə hər hansı bir əşyanın olub-olmaması soruşulduğunu, vardırsa təqdim etməsi bildirildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində təqdim etdiklərindən başqa əşya olmadığını bildirdiyini,. Bundan sonra onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa hər hansı əşya aşkar olunmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusunun təxmini çəkisinin 18.91 qram olması müəyyən edildiyini, kütləyə baxış zamanı xüsusi iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsinin narkotik vasitəyə bənzəməsinin müəyyən edildiyini, bundan sonra 01 ədəd siqaret qutusunun içərisində olan kütlənin 01 ədəd zərfə qoyulduğunu, üzəri “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürləndiyini bildirmişdir.. Zərflər şübhəli şəxs, onun müdafiəçisi və tərəflərndən imzalandığını, ekspertizaya təqdim olunacağı bildirildiyini, daha sonra 01 ədəd içərisində siqaret dənələri olan göy rəngli siqaret qutusu və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarıldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan siqaret qutusundakı bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, onu xx.xx.2024-cü il tarixində səhər saatlarında Ağdaş şəhər İstiqlal küçəsində yerləşən zibil qutusuna zibil atmaq üçün gedən zaman yolun kənarında bir ədəd siqaret qutusu gördüyünü, onu təpiklə vuran zaman içərisinin dolu olmasını gördüyünü və açaraq içərisində tanıdığı narkotik tərkibli bitki gödüyünü, daha sonra onu cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nın polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 00:05 radələrində keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd ağ rəngli siqaret qutusunu, sağ cibindən isə göy rəngli siqaret qutusunu və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəindən axtarış aparılmış, üzərindən başqa hər hansı əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli siqaret qutusu təhqiqatçı tərəfindən açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi aşkar edilmişdir. Daha sonra həmin ağ rəngli siqaret qutusu elektron tərəzidə çəkilmiş və çəkisi 18,91 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan siqaret qutusu kağız zərfə qablaşdırılmış, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar, bir ədəd içərisində siqaret dənələri olan göy rəngli siqaret qutusu və 01 ədəd alışqan onun özünə qaytarılmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16-2-17/238 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusunda, təmiz çəkisi – 12,48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 436 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMXnin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 mart 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X1, qızı X6 və qızı X4 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 may 2010-cu il təvəllüdlü X7 və 28 mart 2009-cu il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqıda” qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana-kannabis 5 qramdan (təmiz halda) artıq miqdarda olduqda xeyli miqdarda narkotik vasitə hesab edilmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 12,38 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 12,38 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar