Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-87/2020 23.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1962-ci ildə Ağdaş rayonu, Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi 14 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, İ.Qaradağlı küçəsindəki evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan cəmi 06 ədəd, xeyli miqdarda, ümumi təmiz çəkisi 180,58 qram olan 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini polietillen torbada torpaqda, 04 ədəd narkotik tərkibli çətənə bitkilərini torpaqda qanunsuz olaraq 2020-ci ilin may ayının ortalarında əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı Ağdaş şəhəri, İ.Qaradağlı küçəsindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində xəstəliyi ilə bağlı bədənində ağrılar olduğunu, buna görə də hərdənbir narkotik vasitə istifadə etdiyini, 2020-ci ilin may ayında ünvan 1ndə yerləşən evinin həyətyanı sahəsində və həyətindəki istnaxanada 4 ədədi torpağa, 2 ədədi isə 2 ədəd polietilen kisəyə olmaqla ümumilikdə 6 ədəd narkotik tərkibli bitki əkdiyini, iki-üç gündən bir narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara həqiqətəndə yaşdığı evin həyətyanı sahəsində və həyətindəki istixanda narkotik tərkibli bitkilər əkdiyini və əməlindən peşman olduğunu söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidinin və aqronomun iştirakları ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində və həyətindəki istixanda aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 59 sm-dən 102 sm-ə qədər 4 ədəd yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları və hündürlükləri 38 sm və 41 sm olan 2 ədəd polietilen kisəyə əkilmiş 2 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolu, ümumi sayı 6 ədəd narkotik tərkibli kol aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, narkotik tərkibli kolları özü istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı ünvanın yaxınlığında yerləşən su arxının kənarında bitən yabanı çətənə kollarından yığdığını, heç kimə narkotik vasitə satmadığını, çətənə kollarını əkməyindən ailə üzvlərinin məlumatı olmadığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əkib-becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş RPŞ-nin əməkdaşları iə birlikdə Tofikin yaşadığı ünvana getdiklərini, həmin vaxt saat 12:00 radələri olduğunu, həyət qapısından Tofiki çağırdıqlarını, Tofikin qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Tofikin də buna heç bir etiraz etmədiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidi, aqranom Şahid3 və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Tofikin yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 38 sm-dən 75 sm-ə qədər cəmi 06 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar edildiyini, həyətdəki istixananın baş hissəsində çöl tərəfdə iki ədəd polietilen torbaya əkilmiş 02 ədəd narkotik tərkibli cətənə kolu, həmin istixananın içərisində yerə əkilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkisi, yaşadığı həyətdə olan yarımtikilinin kənarında yerə əkilmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmadığını, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə kollarının toxumlarını yaşadığı ünvanın yaxınlığında yerləşən su kanalının kənarında yabanı halda bitmiş çətənə kollarından yığdığını və özü çəkmək niyyəti ilə əkdiyini bildirdiyini göstərdi. İş üzrə şahidlər Şahid1 və Şahid4 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində ünvan 1 ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun, digər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Tofikin yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 38 sm-dən 75 sm-ə qədər cəmi 06 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar edildiyini, həyətdəki istixananın baş hissəsində çöl tərəfdə iki ədəd polietilen torbaya əkilmiş 02 ədəd narkotik tərkibli cətənə kolu, həmin istixananın içərisində yerə əkilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkisi, yaşadığı həyətdə olan yarımtikilinin kənarında yerə əkilmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə kollarının toxumlarını yaşadığı ünvanın yaxınlığında yerləşən su kanalının kənarında yabanı halda bitmiş çətənə kollarından yığdığını və özü çəkmək niyyəti ilə əkdiyini bildirdiyini göstərdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/341 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən və həyətindəki istixanadan aşkar edilmiş” sözləri yazılmış sellofan torbanın içərisindəki 04 ədəd açıq vəziyyətdə və 02 ədəd politilen torbanın içərisindəki torpağa əkilmiş vəziyyətdə hündürlükləri 38 sm-dən 75 sm-dək, ümumi təmiz çəkiləri 180,58 qram olan 06 ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid3 xx.xx.2020-ci il tarixli rəyinə əsasən 06 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloci ekspertizasının xx.xx.2020-ci il tarixli 548 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti cəza, 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır, xx xxxxxxxx 2020-ci il tarixə 28 gün çəkilməmiş cəzası qalmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxmağı, barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci madəsi ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 28 gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirərək qəti cəza cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloci kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan çəkisi 180,28 qram olan 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün, təyin edilmiş cəzadan çıxılsın və iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci madəsi ilə təyin edilmişbir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş iyirmi səkkiz gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilsin və qəti cəza, iki il altı ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloci kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan çəkisi 180,28 qram 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-87/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-87/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver