Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-87/2022 31.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Ağdaş rayon İcra Hakimiyyətinin başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi X7 iştirakı ilə xx.xx.1993-cü ildə Ağdaş rayonunda anadsan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 avqust 2022-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, ona aşkar surətdə on altı yaşına çatmadığı məlum olan, yəni xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə evlənmək məqsədi ilə ilk dəfə xx.xx.2021-ci il tarixdən yaşadığı Ağdaş şəhəri İ.ünvan 2 ünvanlarda olmaqla, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 68 ünvanında yerləşən evdə təbbi yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində əvvəllər məhkum olunmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, Zərərçəkmiş şəxs doğma dayısı qızı olduğunu, Aidə və Aidənin ailə üzvləri ilə özünün və ailə üzvilərinin arasında heç bir düşmənçilik və ədavətlərinin olmadığını, Aidə ilə aralarında 2019-cu ildən sevgi münasibətlərinin yarandığını, daha sonra aralarında olan sevgi münasibətlərinin daha da çoxalmağa başladığını və özlərinin evlənmək qərarına gəldiklərini, lakin onların ailələrinin onların evliliyinə razı olmayacaqlarını düşündüklərini, belə olub onların, bir-birilərinə qoşularaq qaçmağı qərarlaşdırdıqlarını, bu səbəblə də Aidə ilə aralarında razılaşdıqlarını və xx.xx.2021-ci il tarixdə özünün yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən evə getdiklərini, həmin gün yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsi ünvanında yerləşən evdə cinsi əlaqədə olduqlarını və Aidənin bakirəliyinin həmin gün onun tərəfindən pozulduğunu, gecəni həmin evdə qaldıqlarını, daha sonra səhəri gün yəni xx.xx.2021-ci il tarixdə Aidə ilə birlikdə Bakı şəhərinə getdiklərini və Bakı şəhərinə Abşeron Gənclər şəhərciyində kirayə ev tutaraq orada yaşamağa başladıqlarını, həmin vaxtda da orada yaşadıqları evdə vaxtaşırı ər-arvad kimi cinsi əlaqədə olduqlarını, daha sonra Aidənin hamilə qaldığını, bundan sonra xx.xx.2021ci il tarixdə Ağdaş şəhərində Samirə Şadlıq sarayında oğlan toylarının olduqlarını və həmin gecəni Ağdaş şəhəri İ.Qaradağlı küçəsi ünvanında yerləşən evdə qaldıqlarını, daha sonra səhəri günü yəni xx.xx.2021-ci il tarixdə Bakı şəhərində kirayədə yaşadıqları evə getdiklərini, xx.xx.2021-ci il tarixdə yeni ili valideyinləri ilə birlikdə qeyd etmək üçün valideyinlərinin yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən evə gəldiklərini, səhəri gün yəni xx.xx.2021-ci il tarixdə Aidəni həkimə apardığını, bundan sonra Aidənin artıq 5 aylıq hamilə olduğunu bildiklərini, həmin vaxt həkimin onlara uşaq dünyaya gələnə qədər cinsi əlaqədə olmamağı məsləhət gördüyünü, bundan sonra xx.xx.2022-ci il tarixdə Göyçay rayon xəstəxanasında qız övladlarının dünyaya gəldiyini, Aidə ilə ilk dəfə olaraq xx.xx.2021-ci il tarixdə yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən evdə cinsi əlaqədə olduqlarını və Aidənin bakirəliyi ilk dəfə həmin gün özünün tərəfindən pozulduğunu, ertəsi gün Abşeron rayonuna getdiklərini və orada Gənclər şəhərciyində kirayədə qaldıqlarını, orada ər-arvad kimi mütəmadi olaraq cinsi əlaqədə olduqlarını, Aidə ilə bir-birilərini sevərək ailə qurduqlarını və Aidənin özünün könüllü olaraq cinsi əlaqədə olduğunu, Aidənin yaşının az olduğunu bildiyini lakin bunun məsuliyyət olduğunu bilmədiyini, Aidə ilə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə valideyinlərinin yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən evdə cinsi əlaqədə olduğunu, bundan sonra isə həkim məsləhətinə görə Aidə ilə cinsi əlaqədə olmadıqlarını, ifadəsinin alınması zamanı ona heç bir güc və ya psixoloji təziqin tətbiq edilmədiyini göstərmişdir. Məhkəmədən son sözündə ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, Təqsirləndirilən şəxs doğma bibisi oğlu olduğunu, Səlim və Səlimin ailə üzvləri ilə özünün və ailə üzvlərinin aralarında heç bir düşmənçiliyin və ya ədavətlərinin olmadığını, Səlim ilə aralarında 2019-cu ildən sevgi münasibətlərinin yarandığını, daha sonra aralarında olan sevgi münasibətlərinin daha da çoxalmağa başladığını və özlərinin evlənmək qərarlarına gəldiklərini, lakin onların ailələrinin özlərinin evliliklərinə razı olmayacaqlarını düşündüklərini, belə olub, biri-birilərinə qoşularaq qaçmağı qərarlaşdırdıqlarını, buna görə də Səlim ilə öz aralarında razılaşdıqlarını və xx.xx.2021-ci il tarixdə Səlimin yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən evə getdiklərini, həmin gün Səlimin yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsi ünvanında yerləşən evdə cinsi əlaqədə olduqlarını və özünün bakirəliyinin həmin gün Səlim tərəfindən pozulduğunu, gecəni həmin evdə qaldıqlarını, daha sonra səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə Səlim ilə birlikdə Bakı şəhərinə getdiklərini, Bakı şəhərində Abşeron Gənclər şəhərciyində kirayə ev tutaraq orada yaşamağa başladıqlarını, həmin vaxtda da orada yaşadıqları evdə vaxtaşırı ər-arvad kimi cinsi əlaqədə olduqlarını, daha sonra hamilə qaldığını, bundan sonra xx.xx.2021-ci il tarixdə onların Ağdaş şəhərində “Samirə” şadlıq sarayında oğlan toyu olduğunu və həmin gecəni Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən Səlimə məxsus evdə qaldıqlarını, daha sonra səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə Bakı şəhərində kirayə qaldıqları evə getdiklərini, xx.xx.2021-ci il tarixdə yeni ili Səlimin valideyinləri ilə birlikdə qeyd etmək üçün Samirin valideyinlərinin yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən evinə gəldiklərini, səhəri gün yəni xx.xx.2021-ci il tarixdə həkimə getdiyini, bundan sonra özünün artıq 5 aylıq hamilə olmasının müəyyən edildiyini, həmin vaxt həkimin onlara uşaq dünyaya gələnə qədər cinsi əlaqədə olmamağı məsləhət gördüyünü, bundan sonra xx.xx.2022-ci il tarixdə Göyçay rayon xəstəxanasında qız övladlarının dünyaya gəldiyini, Səlim ilə ilk dəfə xx.xx.2021-ci il tarixdə Səlimin yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsi ev 68 ünvanında yerləşən evdə olduğunu və bakirəliyinin də həmin gün Səlim tərəfindən pozulduğunu, ertəsi gün Abşeron rayonuna getdiklərini və Gənclər şəhərciyində kirayədə qaldıqlarını, orada ər-arvad kimi mütəmadi olaraq cinsi əlaqədə olduqlarını, Səlim ilə bir-birilərini sevərək ailə qurduqlarını və özünün könüllü olaraq Səlim ilə cinsi əlaqədə olduğunu, özünü Səlim ilə cinsi əlaqədə olmaq üçün heç kimin məcbur etmədiyini, Səlim ilə həmin tarixdən əvvəl heç vaxt cinsi əlaqədə olmadığını, Səlim ilə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Səlimin valideyinlərinin yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən evdə cinsi əlaqədə olduğunu, bundan sonra isə həkim məsləhətinə görə Səlim cinsi əlaqədə olmadıqlarını, həmin vaxt Səlim onun yetkinlik yaşına çatmadığını bildirdiyini, lakin bunun məsuliyyətə səbəb olacağını bilmədiyini göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmış X14 məhkəmədən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Təqsirləndirilən şəxs doğma oğlu olduğunu, Zərərçəkmiş şəxs isə gəlini olduğunu, həmçinin Aidə qaynı qızı olduğunu, xx.xx.2021-ci il tarixdə Aidə ilə oğlu Səlimin bir birlərinə qoşularaq qaçdıqlarını xəbər tutduqlarını, həmçinin daha sonra onların bir birlərini sevidikləri üçün və özlərinin onların ailə qurmaqlarına narazı olacaqlarını düşündükləri üçün qoşularaq qaçdıqlarını, daha sonra onlarla görüşdüyünü və onlara sadəcə olaraq “el adəti ilə elçilik etsəydik daha yaxşı olardı” deyə irad bildirdiyini, bundan sonra xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri Samirə şadlıq sarayında Səlim ilə Aidənin toy məclisinin olduğunu, bundan sonra onların həmin gecəni yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 68 ünvanında yerləşən evində qaldıqlarını, səhəri günü isə kirayə yaşadıqları Bakı şəhəri Abşeron rayonunda yerləşən evlərinə getdiklərini, bundan sonra xx.xx.2022-ci il tarixdə Göyçay RMX-da normal qız nəvəsinin dünyaya gəldiyini, halhazırda Səlim ilə Aidənin xoşbəxt ailə münasibətlərində yaşadığını, Aidənin Səlim ilə ailə qurmağı üçün heç kimin məcbur etmədiyini, Aidənin Səlim ilə könüllü ailə qurduğunu, Aidənin Səlim ilə ailə quran zaman yaşının tamam olmadığını, Aidə və Səlimin bir birlərini sevərək ailə qurduqlarını, toy günü Aidənin 16 yaşının tamam olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirlimiş Şahid2 da öz ifadəsində təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 ifadəsində heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, Təqsirləndirilən şəxs doğma bibisi oğlu olduğunu, onunla və ailəsi ilə aralarında heç bir düşmənçiliyin və ədavətlərinin olmadığını, Zərərçəkmiş şəxs isə doğma bacısı olduğunu, xx.xx.2021-ci il tarixdə Aidə ilə Səlimin bir birlərinə qoşularaq qaçdıqlarını xəbər tutduqlarını, həmçinin daha sonra onların bir birlərini sevidkləri üçün və onların ailə qurmaqlarına narazı olacaqlarını düşündükləri üçün qoşularaq qaçdıqlarını öyrəndiklərini, daha sonra xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri Samirə şadlıq sarayında Səlim ilə Aidənin toy məclisinin olduğunu, bundan sonra onların həmin gecəni Səlimin yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 68 ünvanında yerləşən evində qaldıqlarını, səhəri günü isə kirayə yaşadıqları Bakı şəhəri Abşeron rayonunda yerləşən evlərinə getdiklərini, bundan sonra xx.xx.2022-ci il tarixdə Göyçay RMX-da onların normal qız övladının dünaya gəldiyini, halhazırda Səlim ilə Aidənin xoşbəxt ailə münasibətlərində yaşadığını, Aidəni Səlim ilə ailə qurmağa heç kimin məcbur etmədiyini, Aidə Səlimin ilə könüllü ailə qurduqlarını, Aidə və Səlimin bir birlərini sevərək ailə qurduqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanasnın” xx.xx.2022-ci il tarixli PHŞ/622-2-2022-2777 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən hal-hazırda ünvan 3 ünvanda Zərərçəkmiş şəxs ilə bir evdə yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 iyul 2022-ci il tarixli 1257 saylı arayışdan göründüyü kimi Zərərçəkmiş şəxs Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 11-№-li evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X4 atası; X5-anasıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 iyul 2022-ci il tarixli 1258 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs ünvan 3 evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: Şahid1 atası; X3-anasıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən AZ-İV 752913 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il təvəllüdlü X6 adlı övladı vardır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadələrindən başqa zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 152.1-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad etmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ondan heç bir şikayət və tələblərinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların məcmusunu, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən zərəçəkmiş şəxslə barışmasını, faktiki ailə münasibətlərindən bir azyaşlı övladlarının olmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın üç məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, törətdiyi cinayət az ağır cinayət hesab olunur, təqsirini səmimi etiraf edir, törətdiyi əməldən peşmandır, zərər çəkmiş şəxslə barışaraq faktiki ailə münasibətlərində olmaqla bir azyaşlı övladları vardır. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, az ağır cinayət törədən, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan, müsbət xarakterizə olunan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı şərti hesab etməyi məqsədəmüvafiq bilir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut – 01 ədəd disk və 01 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi əsasları müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona təyin olunmuş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin.Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut – 01 ədəd disk və 01 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-87/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-87/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver