Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-87/2023 17.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməyən və ya götürülməyən, Yevlax şəhəri, Nizami prospekti, mənzil 234-də qeydiyyatda olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə ittiham olunur ondan ötrü ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə qardaşı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin oktyabr ayının 1-də saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu, Şıxılı kəndində yerləşən evdə heç kimin olmadığı vaxtda həmin evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, ordan da evin pəncərəsindən yataq otağına daxil olub həmin otaqda olan paltar dolabındakı Zərərçəkmiş şəxs məxsus əl çantasından üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, qırmızımtıl sarı rəngli, 583/858 əyarlı, 9,49 qram çəkidə, 759 manat dəyirində 1 ədəd üzük, üzərində rəngsiz, şəffaf qaşlar olan, qaş hissəsi sarı rəngli, halqa hissəsi qırmızımtıl sarı rəngli, halqasının üzərində “E*858R” damğası olan, 583/585 əyarlı, 4,83 qram çəkidə, 386 manat dəyərində 1 ədəd üzük, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, halqasının iç tərəfində “585R” damğası olan, 583/585 əyarlı, 2,40 qram çəkidə, 192 manat dəyərində 1 ədəd üzük, üzərində 1 ədəd bənövşəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 583/585 əyarlı, 3,92 qram çəkidə, 314 manat dəyərində 1 ədəd üzük, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, dəstin elementlərinin kilidlərində “ЛЮ-583” damğası olan, 583/585 əyarlı, 38,11 qram çəkidə, 3049 manat dəyərində 1 dəst boyunbağı-qolbağı və 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, 5 qram, sarı qızıldan hazırlanmış 400 manat dəyərində zəncir formalı boyunbağını gizli yolla oğurlayaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5100 (beş min yüz) manat, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilir. Heç bir ruhi əsəb xəstəliyi yoxdur. Hazırda dəqiq olaraq xatırlamadığı tarixdə qardaşı İlyas ona maddi vəziyətlərinin çətin olduğunu bildirmiş və ona haradansa oğurluq edərək əldə etdikləri əşyaları sataraq pul əldə etməyi təklif etmişdir. O da maddi vəziyətinin həqiqətən çətin olduğunu bildiyi üçün qardaşı İlyasla razılaşmışdır. Bu məqsədlə də xx.xx.2022-ci il tarixdə təxminən saat 13:30 radələrində ona məxsus “Opel” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üzü Ağdaş rayonu istiqamətində gəlmiş, Ağdaş rayonu Şıxılı kəndinin ərazisində olan zaman qardaşı İlyas avtomobili yolun kənarında saxlayaraq həmin kəndin ərazisində oğurluq etməyi təklif etmişdir. O yenə də qardaşı İlyasla razılşmış, buna görə də avtomobili yolun kənarında saxlamış, bundan sonra birlikdə kəndin içərisinə doğru getmışlər, bir qədər getdikdən sonra kəndin girişində dayanmışlar, qardaşı İlyas evlərə doğru getmişdir. O isə küçədə dayanaraq qardaşını gözləmiş, həmçinin başqa bir şəxs gələn zaman qardaşı İlyasa xəbər edəcəkmiş, qardaşı İlyas ona bir qədər sonra onu həmin yerdən götürməyi tapşırmışdır. İlyası avtomobildən düşdükdən sonra o, bir qədər üzü Ağdaş rayonu istiqamətində getmiş və yenidən geriyə doğru qayıtmışdır. Təxminən yarım saat sonra o, kəndə doğru hərəkət etmiş, lakin yenə də qardaşı İlyası görməmişdir. Buna görə də yenidən geriyə, əvvəl dayandığı yerə qayıdaraq qardaşı İlyası orada gözləmişdir. Təxminən 10 dəqiqə sonra qardaşı İlyasın yolun kənarı ilə ona doğru gəlməsini görmüş, buna görə də dərhal avtomobili işə salaraq qardaşı gələn istiqamətdə sürmüş qardaşını götürmüşdür. Bundan sonra qardaşı İlyas oğurladığı qızıl-zinət əşyalarını ona göstərmişdir. O isə avtomobili sürərək yaşadığı Yevlax rayonuna getmişdir. Qardaşı İlyas qızılları Yevlax rayonunda satmağı təklif etmiş, lakin onunla razılşamayaraq bir qədər gözləməyi təklif etmişdir. Həmçinin qardaşı İlyasın həmin evdən oğurladığı qızıl üzüklərdən birini ona vermişdir. Bundan sonra həmin gün qızıl üzüklərdən birini qardaşı İlyas Yevlax şəhərində 284 manata tanımadığı şəxsə satmışdır. Belə ki, o, avtomobildə oturub gözləmiş, İlyas isə üzüyü sataraq gəlmiş və 284 manat pul əldə etdiyini söyləmişdir. Bundan sonra İlyas həmin puldan ona 135 manat vermişdir. O da həmin puldan ev üçün ərzaqlar almışdır. Həmin gün gecə saatlarında Ağdaş rayon polis şöbəsinin əməkdaşları onları axtarmasını eşitmişdir. Buna görə də evdən qaçaraq gizlənmişdir. Səhəri gün İlyasda olan bütün qızılları ondan almış, həmçinin İlyasın satdığı qızılı da geri qaytarmışdır. O, tanış şəxslərə soraq vermiş və İlyasın qızılı satdığı şəxsə pul ödətdirərək üzüyü ondan almiş, lakin daha çox gizlənə bilməyəcəyini başa düşdüyü üçün xx.xx.2022-ci il tarixdə qızılları da götürərək Yevlax rayon polis şöbəsinə getmişdir. Orada Ağdaş rayonu Şıxılı kəndində qardaşı İlyas ilə oğurladığı 4 ədəd qızıl üzüyü və 1 dəst qızılı boyunbağı və qolbağı təqdim etmişdir. Daha sonra onu Ağdaş rayon polis şöbəsinin əməkdaşları özləri ilə Ağdaş rayon polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu, Şıxılı kəndində yerləşən yaşayış evinə qardaşı İlyas daxil olmuş, o isə İlyası küçədə gözləmişdir. İlyas evdən oğurluq etdikdən sonra həmin evdən 4 ədəd qızıl üzük və 1 dəst qızıl boyunbağı-qolbaq oğurladığını bildirmiş, lakin həmin evdə 1 ədəd qızıl boyunbağı oğurlaması barədə ona məlumat verməmişdir. Polislərin onları axtarmasını bildikdən sonra evdən çıxraq Yevlax şəhərində küçələrdə gecələmiş, qardaşı İlyas ona Qazax rayonuna gedəcəyini söyləmiş, lakin dəqiq olaraq harada olmasını bilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmədiyini, latın qrafikası ilə yazıb oxumağı bacardığını, yaşadığı Ağdaş rayonu, Şıxlı kəndində yerləşən yaşayış evindən xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə saat 11 radələrində özü və əri Şahid yaşadığı evin qapılarını və pəncərələrini bağlayaraq evdən çıxdıqlarını, həmçinin evin yerləşdiyi həyətin giriş qapılarını qıfıl və açar ilə bağladıqlarını, daha sonra Ağdaş şəhərinə gəldiklərini, xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində yaşadıqları evə geri qayıtdıqlarını, bu zaman yaşadıqları evin yerləşdiyi həyətin dəmir giriş qapısının açıq olduğunu gördüklərini, buna görə də yaşadığı evə kiminsə daxil olmasından şübhələndiyini, həyətə daxil olaraq həyətə və evə baxdığını, bu zaman yaşadığı birmərtəbəli kürsü üzərində tikilmiş evin qarşı tərəfində olan taxtadan hazırlanmış pəncərənin açıq olduğunu, dərhal yaşadığı evə daxil olduğunu və otaqlara baxdığını, bundan sonra ona yaşadığım evə qanunsuz olaraq daxil olmuş naməlum şəxs və ya şəxslərin onun yaşadığı evin yataq otağına daxil olaraq həmin otaqdakı paltar dolabında olan ona məxsus əl çantasından qızıl-zinət əşyalarını gizlin olaraq götürdüyünün məlum olduğunu, bundan başqa yaşadığı evdən heç bir əşya oğurlanmadığını, həmçinin evin heç bir əşyasının dağıdılmadığını, dərhal DİN-in 102 xidmətinə müraciət etdiyini, bundan bir neçə dəqiqə sonra yaşadığı ünvana polis əməkdaşlarının gəldiklərini, müvafiq istintaq hərəkətləri apardıqlarını və fotoşəkillər çəkdiklərini, yaşadığı evdən oğurluq hadisəsinin 01.10.202-ci il tarixdə saat 11:00-dan həmin gün saat 14:00-dək olan vaxt aralığında, onların evdə olmadığı vaxtda baş verdiyini, yaşadığı evdən 1 dəst, Rusiya istehsalı, 585 əyarlı, 38 qram, sarı qızıldan hazırlanmış boyunbağı və qolbaq, 1 ədəd 10 qramlıq, Rusiya istehsalı, 585 əyarlı, sarı qızıldan hazırlanmış adi qaşlı, nişan üzüyü, 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, 5 qram, sarı qızıldan hazırlanmış, adi qaşlı üzük, 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, təxminən 4 qram, sarı qızıldan hazırlanmış, adi qaşlı, “fantaziya” deyilən üzük, 1 ədəd, Rusiya istehsalı, 585 əyarlı, 3 qram, sarı qızıldan hazlırlanmış, adi qaşlı üzük və 1 ədəd, Rusiya istehsalı, 585 əyarlı, 5 qram, sarı qızıldan hazırlanmış zəncir formalı boyunbağının naməlum şəxs və ya şəxslər tərəfindən oğrulandığını, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 5100 (beş min yüz) manat dəyərində maddi ziyan dəydiyini, ona məxsus evdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhələndiyi şəxs və ya şəxslərin olmadığını, yaşadığı evə naməlum şəxs və ya şəxslərin evin yerıləşdiyi həyətin daş hasarından aşmalqa həyətə daxil olduğunu, oradan evin qarşısına keçərək evin ön hissəsində yerləşən taxtadan hazırlanmış pəncərəni əlləri ilə içəriyə doğru itələyib açdığını və həmin pəncərədən də evə daxil olduğunu, həmin şəxs və ya şəxslərin onun yaşadığı evdən oğurluq edərək çıxdıqda evin yerləşdiyi həyətin dəmir giriş qapısını içəri tərəfdən açdığını və həmin qapını açıq vəziyyətdə qoyaraq oradan çıxıb getdiyini bildirdi. Həmçinin, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş 5100 (beş min yüz) manat dəyərində maddi ziyandan 4700 manatı ödənildiyini, zərərin tam ödənilmədiyini üçü Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində xx.xx.2022-ci il tarixdə saat 11 radələrində özü və arvadının yaşadığı Ağdaş rayonu, Şıxlı kəndində yerləşən yaşayış evindən evin qapılarını və pəncərələrini bağlayaraq çıxdıqlarını, həmçinin evin yerləşdiyi həyətin giriş qapılarını qıfıl və açar ilə bağladıqlarını, daha sonra Ağdaş şəhərinə gəldiklərini, xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində yaşadıqları evə geri qayıtdıqlarını, bu zaman yaşadıqları evin yerləşdiyi həyətin dəmir giriş qapısının açıq olduğunu gördüyünü, buna görə də yaşadığı evə kiminsə daxil olmasından şübhələndiyini, həyətə daxil olaraq həyətə və evə baxdıqlarını, bu zaman yaşadıqları birmərtəbəli kürsü üzərində tikilmiş evin qarşı tərəfində olan taxtadan hazırlanmış pəncərənin açıq olduğunu gördüklərini, arvadı Günelin dərhal yaşadıqları evə daxil olduğunu və otaqlara baxdığını, bundan sonra yaşadıqları evə qanunsuz olaraq daxil olmuş naməlum şəxs və ya şəxslər mənim yaşadıqları evin yataq otağına daxil olaraq həmin otaqdakı paltar dolabında olan arvadı Günelə məxsus əl çantasından qızıl-zinət əşyalarını gizlin olaraq götürdüyünü, bundan başqa yaşadığı evdən heç bir əşyanın oğurlanmadığını, həmçinin evin heç bir əşyasının dağıdılmadığını, buna görə də arvadı Günelin dərhal DİN-in 102 xidmətinə müraciət etdiyini, bundan bir neçə dəqiqə sonra yaşadıqları ünvana polis əməkdaşlarının gəldiklərini, müvafiq istintaq hərəkətləri apardıqlarını və fotoşəkillər çəkdiklərini, yaşadığı evdən oğurluq hadisəsinin 01.10.202-ci il tarixdə saat 11:00-dan həmin gün saat 14:00-dək olan vaxt aralığında, evdə olmadıqları vaxtda baş verdiyini, yaşadığı evdən 1 dəst, Rusiya istehsalı, 585 əyarlı, 26 qram, sarı qızıldan hazırlanmış boyunbağı və qolbaq, 1 ədəd 10 qramlıq, Rusiya istehsalı, 585 əyarlı, sarı qızıldan hazırlanmış adi qaşlı, nişan üzüyü, 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, 4 qram, sarı qızıldan hazırlanmış, adi qaşlı üzük, 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, təxminən 4 qram, sarı qızıldan hazırlanmış, adi qaşlı, “fantaziya” deyilən üzük, 1 ədəd, Rusiya istehsalı, 585 əyarlı, 2 qram, sarı qızıldan hazlırlanmış, adi qaşlı üzük və 1 ədəd, Rusiya istehsalı, 585 əyarlı, 5 qram, sarı qızıldan hazırlanmış zəncir formalı boyunbağının naməlum şəxs və ya şəxslər tərəfindən oğrulandığını, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 5100 (beş min yüz) manat dəyərində maddi ziyan dəydiyini, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhələndiyi şəxs və ya şəxslərin olmadığını, yaşadığı evə naməlum şəxs və ya şəxslərin evin yerıləşdiyi həyətin daş hasarından aşmalqa həyətə daxil olduğyunu, oradan evin qarşısına keçərək evin ön hissəsində yerləşən taxtadan hazırlanmış pəncərəni əlləri ilə içəriyə doğru itələyib açdığını və həmin pəncərədən də evə daxil olduğunu, həmin şəxs və ya şəxslərin onun yaşadığı evdən oğurluq edərək çıxdıqda evin yerləşdiyi həyətin dəmir giriş qapısını içəri tərəfdən açdığını və həmin qapını açıq vəziyyətdə qoyaraq oradan çıxıb getdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 6/648-9/777 nömrəli ekspert rəyindən görünür ki, - üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, qırmızımtıl sarı rəngli, 583/858 əyarlı, 9,49 qram çəkidə 1 ədəd üzüyün qiyməti 759 manat; - üzərində rəngsiz, şəffaf qaşlar olan, qaş hissəsi sarı rəngli, halqa hissəsi qırmızımtıl sarı rəngli, halqasının üzərində “E*858R” damğası olan, 583/585 əyarlı, 4,83 qram çəkidə 1 ədəd üzüyün qiyməti 386 manat; - üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, halqasının iç tərəfində “585R” damğası olan, 583/585 əyarlı, 2,40 qram çəkidə üzüyün qiyməti 192 manat; - üzərində 1 ədəd bənövşəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 583/585 əyarlı, 3,92 qram çəkidə 1 ədəd üzüyün qiyməti 314 manat; - üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, dəstin elementlərinin kilidlərində “ЛЮ-583” damğası olan, 583/585 əyarlı, 38,11 qram çəkidə 1 dəst boyunbağı-qolbağın qiyməti 3049 manatdır. Həmçinin ekspertiza tədqiqatına təqdim edilməyən və qiymətləndirilməsi nəzəri qaydada tələb olunan 1 ədəd Rusya istehsalı, 585 əyarlı, 5 qram, sarı qızıldan hazırlanmış zəncir formalı boyunbağının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 400,0 manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərərk 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 1 il 11 ay 29 gün hissəsi 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:55-də şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 4(014)-151/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 08 oktyabr 2022-ci tarixdən saat 19:55-dən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra hakimiyyəti başçısının Yevlax şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra hakimiyyəti başçısının Yevlax şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 2512 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospekti 234 ünvanında qeydiyyatdadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olması, səmimi etirafını, zərərin xeyli hissəsini ödəməsini, yaşayış yeri üzrə qismən müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun əvvəllər də məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmamasını, yetərli olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-167/2022 saylı qərarına əsasən ona təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 3 (üç) ay 9 (doqquz) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və hazırda Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-167/2022 saylı qərarına əsasən cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd qızıl üzüyün və 1 dəst boyunbağının Zərərçəkmiş şəxs olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 140 (yüz qırx) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-167/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 9 (doqquz) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu cəmi 19 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 19 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(039)-167/2022 saylı qərarı əsasında hazırda cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd qızıl üzüyün və 1 dəst boyunbağının Zərərçəkmiş şəxs olması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfinin dəyəri 140 (yüz qırx) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-87/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-87/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver