Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-88/2020 22.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1990-cı ildə Ağdaş rayonu, Ərəbşəki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Ağdaş rayonu, Ərəbşəki kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Ərəbşəki kəndindəki evinin həyətyanı sahəsindəki istixanada əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 10 ədəd, xeyli miqdarda, ümumi təmiz çəkisi 1 kq 515 qram olan 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini plastik yeşikdə, 03 ədəd narkotik tərkibli çətənə bitkilərini torpaqda qanunsuz olaraq 2020-ci ilin mart ayının ortalarında əkibbecərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə, saat 11:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı Ağdaş rayonu, Ərəbşəki kəndindəki evinin həyətyanı sahəsindəki istixanadan aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində narkotik vasitə olan marixuanadan istifadə etdiyini, təxminən 2020-ci ilin mart ayının ortalarında Ağdaş rayonu, Ərəbşəki kəndində yerləşən yaşadığı evin həyətindəki istnaxanada 3 ədədi torpağa, 7 ədədi isə plastik yeşiyə olmaqla ümumilikdə 10 ədəd narkotik tərkibli bitki toxumu əkdiyini, iki, üç gündən bir əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, xx xxx 2020-ci il tarixdə, təxminən saat 11:00 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətindəki istixanda aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 16 sm-dən 136 sm-ə qədər 3 ədəd yerə əkilmiş və 1 ədəd plastik yeşiyə əkilmiş 7 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kollarının, ümumi sayı 10 ədəd narkotik tərkibli kolun aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, Ağdaş rayonu, Ərəbşəki kəndində yerləşən yaşadı evin həyətindəki istixandan aşkar edilmiş narkotik tərkibli kolları şəxsi istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində çayın kənarında yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığını, heç kimə narkotik vasitə satmadığını, çətənə kollarını əkməyindən ailə üzvlərinin məlumatı olmadığını, istixnaya özündən başqa heç kimin girib-çıxımadığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxx 2020-ci il tarixdə Ağdaş rayonu, Ərəbşəki kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əkib- becərməsi və saxlaması barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş RPŞ-nin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, həyətin qapısından Eltonu çağırdıqlarını, Eltonun qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Eltonun da buna etiraz etmədiyini, daha sonra Elton Novruzoun həyətyanı sahəsinə baxış keçirmək üçün aqronom və iki nəfər hal şahidinin iştirakı ilə Eltonun həyətinə daxil olduqlarını, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı Eltonun yaşadığı evin həyətindəki istixanda aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 16 sm-dən 136 sm-ə qədər 3 ədəd yerə əkilmiş və 1 ədəd plastik yeşiyə əkilmiş 7 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kollarının, ümumi sayı 10 ədəd narkotik tərkibli kolun aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmadığını, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə kollarının toxumlarını yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsindən yabanı halda bitmiş çətənə kollarından yığdığını və özü çəkmək niyyətlə əkdiyini bildirdiyini göstərdi. İş üzrə şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində xx xxx 2020-ci il tarixdə, təxminən saat 11:00 radələrində Ağdaş rayonu, Ərəbşəki kəndində küçə ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş rayonu, Ərəbşəki kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini və onu da həmin baxışda hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, buna etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun, digər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ərəbşəki kəndində yerləşən evinin həyətindəki istixanadan aqrotexniki qaydada qulluq olunmuş hündürlüyü 16 sm-dən 136 sm-dək olan 3 ədədi torpağa əkilmiş və 7 ədədi plastik yeşiyə əkilmiş, ümumi sayı 10 ədəd narkotik tərkibli kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə kollarının toxumlarını yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsindən yabanı halda bitmiş çətənə kollarından yığdığını və özü çəkmək niyyəti ilə əkdiyini bildirdiyini göstərdi. İş üzrə Şahid7 məhkəmə iclasında Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli 17/286 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən istixanadan aşkar edilmiş 10 ədəd” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 12 sm-dən 105 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkiləri 1515,00 qram olan 10 (on) ədəd bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronom mütəxəssis Şahid1 xx xxx 2020-ci il rəyinə əsasən 10 (on) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 548 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2.500 manat cərimə cəzasına məhkum edilmişdir, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 2.500 manat cərimə cəzası 480 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır, məhkumluğu ödənilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində iki azyaşlı uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1514,50 qram olan 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1514,50 qram olan on ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-88/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-88/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver