Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-88/2022 30.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə və Təqsirləndirilən şəxs, Zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.2005-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə 30 noyabr 2022-ci il tarixdə, saat 11:00-da Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə yeznəsi Ağdaş rayonu, Aşağı Ləki kəndində yaşayan xx.xx.2003-cü il təvəllüdlü Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxş halında birləşərək Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən X9rşısındakı 02 ədəd fontanlardan hər biri 25 manat dəyərində olan 480 ədəd su püskürdən latun başlıqları, hər biri 15 manat dəyərində olan 15 ədəd fontanların içərisindəki işıq plafonları və bir metrəsi 0,80 manat dəyərində olan 300 metr fontanların içərisinin işıqlanması üçün çəkilmiş elektrik naqilləri 2021-ci ilin oktyabr ayının əvvəllərindən 2021-ci ilin oktyabr ayının ortalarınadək olan müddət ərzində vahid niyyətlə oğurlayıb zərərçəkmiş şəxs Ağdaş rayon İcra Hakimiyyətinə xeyli miqdarda yəni ümumilikdə 12465 manat miqdarında maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Ağdaş şəhəri 7 nömrəli məktəbdə 9-cu sinifə qədər oxuduğunu, X1 onun atası, Qanuni nümayəndə isə onun anası olduğunu, ailədə iki övlad olduqlarını, bacısının X5 olduğunu, bacısının Ağdaş rayon Aşağı Ləki kəndində yaşayan Şahid5 ilə ailə qurduğunu və öz ailəsi ilə birlikdə yaşadığını, Şahid5 xx.xx.2021-ci il tarixdə Hərbi Xidmətə getdiyini və hal-hazırda Gəncə şəhərində N saylı hərbi hissədə xidmət etdiyini, özünün isə hal-hazırda heç bir yerdə işləmədiyini, fərdi əməklə məşğul olduğunu, Ağdaş şəhəri 14 cü məhəllədə yaşayanlar Şahid1 və Şahid2 tanımadığını və onlarla hər hansı bir münasibəti olmadığını, Ağdaş rayon İcra Hakimiyyətinin qarşısında yerləşən fantanın su xətlərinin latun materialından olan başlıqlarını, işıqlarını, fantanın daxili elektrik xətlərini oğurlamadğını, həmin yerdən heç bir oğurluq etmədiyini, həmin oğurluqdan xəbərinin olmadığını, həmin şəxsləri tanımadığını, onlarla rastlaşmadığını, onlara da heç vaxt heç nə vermədiyini, onların yalan dediyini, həmin zaman orada olmadığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində Ağdaş RİH-nin Ümumi şəbəsinin komendantı vəzifəsində işlədiyini, hər gün Ağdaş RİH-nin inzibatı ərazisini gəzməklə təsərrüfata ümumi nəzarət etdiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Ağdaş rayon İcra Hakimiyyətinin qarşısında və “X12” qarşısında yerləşən parkda gəzən zaman parkda yerləşən hovuzların içərisində olan su fontanın latundan olan başlıqlarının oğurlanmasını aşkar etdiyini, X9rşısında yerləşən parkda yan-yana yerləşən iki hovuzun daxilində su fontanı üçün nəzərdə tutulmuş su xətlərinin latundan olan hər sırada 60 (altmış) ədəd olmaqla hovuzun daxilində cəmi 240 ( iki yüz qırx ) ədəd, iki hovuzda ümumilikdə 480 ədəd latun materialdan hazırlanmış, uzunluğu 10 sm olan borularun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, həmçinin RİH-nin balansında olan hər iki hovuzdan ümumilikdə 480 (dörd yüz səksən ) ədəd uzunluğu 10 sm olan latun fontan başlıqları oğurlandığını, hovuzlardan fontan daxili elektrik xətlərinin sonradan özü tərəfindən nəzarət edilən zaman yerində olmasını aşkar etdiyini, Ağdaş RİH-nin balansında olan hər iki hovuzdan ümumilikdə 480 (dörd yüz səksən) ədəd uzunluğu 10 sm olan latun fontan başlıqlarının oğurlanması nəticəsində RİH-nə ümumilikdə 16040 (on altı min qırx) manat dəyərində maddi ziyan dəydiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyindən əziyyət çəkmədiyini, latın qrafikası ilə yazıb oxumağı bacardığını, atası İntizamın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə bir neçə il əvvəl həbs edildiyini, atasının hal-hazırda həbsxanada olduğunu, kiçik yaşları olarkən anasının atasından ayırılaraq çıxıb getdiyini, hal-hazırda anası ilə heç bir əlaqəsinin olmadığını, özünün də nənəsi Sevilin himayəsində böyüdüyünü, anadan olandan sonra bir yaşından nənəsi Sevilin baxdığını, hal-hazırda iş olanda fəhləlik edib pul qazanıb dolandığını, təxminən bir ay əvvəl dəqiqə yadında qalmayan tarixdə axşam təxminən saat 21:30 radələrində dostu Şahid2 ilə birlikdə Ağdaş şəhəri 14-cü məhəllədə yerləşən Fəxrəddin adlı şəxsə məxsus “Bizim market”in yanından keçərkən uzaqdan iki nəfərin, üzdən tanıdıqları, lakin adlarını xatırlamadıqları, birinin sarışın 15 yaşlı, digərinin qara buğdayı 16 yaşı olan, iki nəfər yeniyetmə şəxslərin əllərində bir ədəd böyük zəmbil ilə gəldiklərini gördüklərini, hər birinin zəmbilin bir tutacağından tutaraq getdiklərini, Nadir ilə birlikdə onlara yaxınlaşdıqlarını, onlardan əllərindəki zəmbildə nə olmasını soruşduqlarını, onların da ona zəmbildə latun olmasını, həmin latunları Ağdaş rayon İcra Hakimiyyətindən sökərək satmaq üçün apardıqlarını bildirdiklərini, özünün də onlara, siqaret pulunun olmadığını bildirdiklərini, həmin latunlardan özünə də verməsini dediyini, daha sonra dostu Nadiri evə sellofan paket gətirmək üçün göndərdiyini, həmin müddətdə uşaqlarla söhbət etdiyini, daha sonra Nadirin ona sellofan paket gətirdiyini və həmin iki nəfər uşaqların apardığı zəmbildən bir neçə dənəsini götürərək sellofan paketə qoyub Nadirlə birlikdə yaşadığı binanın zirzəmisinə apararaq gizlətdiyini, səhəri gün Nadir ilə birlikdə binanın qarşısında görüşdüklərini və həmin əşyaları satmaq qərarına gəldiklərini, özü ilə gətirdiyi 01 ədəd sintetik materialından olan çanta ilə həmin latunları gedib gizlətdiyi yerdən gətirdiyini və binanın qarşısında Roman adlı şəxsin idarə etdiyi taksi avtomobilinin olduğunu gördüklərini, özlərinin Roman adlı şəxsə yaxınlaşdıqlarını və onları Ağdaş şəhəri Padar küçəsində yerləşən Ələsgər adlı şəxsin metal qəbulu yerinə aparmasını dediklərini, əllərində olan çantanı avtomobilə qoyduqlarını, qabaqda özünün arxada isə Nadirin əyləşdiyini, Roman adlı taksi sürücüsünün onları Ələsgər adlı şəxsin sexinə apardığını, orada Ələsgərin metal qəbulu yerində işləyən Əli adlı şəxsin onların apardıqları latunu tərəzidə çəkdiyini, çəkisinin 6 kiloqram 900 qram olduğunu və qarşılığında Ələsgərin yanında işləyən Əli adlı şəxsin onlara 52 manat pul verdiyini, özlərinin də həmin puldan 2 manatını taksi sürücüsünə verdiklərini, qalan 50 manat pulu isə iki yerə böldüklərini və özünün payına 25 manat, Nadirin də payına 25 manat düşdüyünü, həmin 25 manat pulunu öz şəxsi xərcləri üçün xərclədiyini, özünün bildiklərinin bundan ibarət olduğunu, özünün və dostu Nadirin Ağdaş rayon İcra Hakimiyyətinin qarşısında yerləşən fontanın heç bir hissəsini açmadıqlarını və heç bir oğurluq etmədiklərini, həmin şəxsləri üzdən Ağdaş şəhər sakini kimi tanıdığını, onların birinin 15, digərinin isə 16-17 yaşları olduğunu, birinin sarışın digərinin isə qarabuğdayı arıq uşaqlar olduğunu, onları görsə tanıya biləcəyini, özlərinin həmin latunları onlardan alan zaman onlara pul vermədiklərini, həmçinin onların həmin latunları ilk dəfə Göyçay şəhərindən yolun kənarında tapdıqlarını dediyini, lakin sonradan onların həmin latundan ibarət başlıqları Ağdaş rayon RİH-nin qarşısında yerləşən fontandan söküb satdıqlarını bildirdiklərini, lakin bu barədə Əliyə demədiyini, onları tanımadığını və onlarla da heç bir münasibətinin olmadığını, Şahid5 və Təqsirləndirilən şəxs üzdən görsə tanıya biləcəyini, onlara latunları verən həmin şəxslərin olduğunu, Şahid5 düz dediyini, onların ikisinin birlikdə gələn zaman Şahid2 ilə birlikdə onları gələn zaman əlində çanta gördüklərini, çantanın içərisində latundan ibarət fontan başlıqlarının olduqlarını, həmçinin də həmin çantanın içərisində 01 ədəd açarın olduğunu, onlardan da həmin latun başlıqların bir hissəsini istədiklərini, onların da etiraz etmədən həmin başlıqlardan bir neçəsini verdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində Ağdaş şəhər avtovağzalının yaxınlığında metal qəbulu sexinin olduğnu, həmin sexi özünün işlətdiyini, təxminən bir ay əvvəl dəqiq yadında qalmayan tarixdə axşam təxminən saat 11:30 radələrində sexdə olan zaman Ağdaş şəhərində yaşayan Məzahir adlı şəxsin oğlu Ağamir adlı şəxs və onun yanında adını bilmədiyi Məzahirin qızının ərinin sexinə gəldiklərini, həmin vaxtı Ağamirin əlində sellofan torbanın olduğunu, ona metal alıb almadığını soruşduqlarını, özünün də onlara aldığını dediyini, gətirdikləri sellofanın içərisinə baxanda sellofanın içərisində latun materialının olduğunu gördüyünü, bunların kiloqramını neçəyə aldığını soruşduğunu, özünün də onlara “1 kiloqramını 6 manata alıram” dediyini, onların gətirdiyi latunları tərəzidə çəkdiyini və 11 kiloqram olduğunu, özünündə Ağamirə 66 manat verdiyini, onların həmin latunları evdən gətirdiklərini ona dediklərini, sonradan Məzahirin oğlu Ağamir və Məzahirin adını bilmədiyi qızının ərinin ona verdikləri həmin latunları Ağdaş rayon İcra Hakimiyyətinin qarşısında olan fontandan oğurladıqlarını bildiyini, Məzahirin oğlu Ağamiri tanıdığını, lakin Məzahirin qızının ərini tanımadığını, sonradan Məzahirin oğlu Ağamirin yanında gələn Məzahirin qızının əri olduğunu bildiyini, Məzahirin oğlu Ağamir və Məzahirin qızının adını bilmədiyi ərinin ona bir dəfə 11 kiloqram latun satdıqlarını, həmin latunların 53 ədəd olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində 2021-ci ilin oktyabr ayının əvvəllərində hazırda dəqiq yadında olmayan tarixdə qaynı Ağamir ilə parkda gəzdiyini, parkın ərazisində yerləşən hovuzun yanında olan zaman qaynı Ağamirə zəng gəldiyini və Ağamirin getdiyini, daha sonra hovuzun kənarında salınmış yaşıllıqda əkilən şam ağacının dibində göy rəngli sellofan olmasını gördüyünü, bundan sonra həmin sellofanı götürdüyünü və açıb içinə baxdığını, həmin vaxt sellofan içərisində latun materialdan hazırlanmış boru başlıqları və 01 ədəd qaz açarı olduğunu, daha sonra yol ilə qaynı Ağamirin yaşadığı evə gələn zaman əvvələr tanımadığı təxminən onunla həmyaşıd olan iki nəfərin ondan siqaret istədiyini, özünün də onlara siqaret verdiyini, həmin vaxt onlardan birinin ondan sellofanın içərisində nə olmasını soruşduğunu, özünün də ona sellofanın içərisindəkilərin latun olmasını söylədiyini, həmin şəxslərdən birinin ondan 2-3 ədəd latun istədiyini və satacağını bildirdiyini, özünün də ona həmin latunları tapdığını və ona da bir neçəsini verə biləcəyini söylədiyini, daha sonra həmin şəxsə təxminən 10 ədəd latun boru başlığından verdiyini, bundan sonra həmin sellofanı içərisində olan latun boru başlıqları ilə birlikdə Ağamirin yaşadığı evin həyətində gizlətdiyini, bundan bir gün sonra saat təxminən 14 radələrində Ağamir gilin yaşadığı yaşadığı evin qarşısında olan zaman qırmızı rəngli, köhnə VAZ 21011 markalı avtomobil ilə metal alqı-satqısı ilə məşğul olan şəxsləri gördüyünü və həmin latun boru başlıqlarını satmaq qərarına gəldiyini, buna görə də həmin latun boru başlıqlarını gizlətdiyi yerdən götürərək metal alan şəxsə satacağını, həmin şəxsin də onunla razılaşdığını və latun başlıqları alacağını bildirdiyini, daha sonra hazırda dəqiq yadında olmayan sayda olan latun boru başlıqlarını həmin şəxsə verdiyini, həmin şəxsin ona satmaq üçün verdiyi latun boru başlıqlarını tərəzidə çəkdiyini və çəkisinin 6 kiloqram olduğunu, bunun əvəzində həmin şəxsin ona 66 manat verdiyini, həmin 66 manat pulu isə özü xərclədiyini, həmin şəxsləri tanımadığını, onlarla heç bir münasibəti olmadığını bildirmişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət yarandığından AR CPM-nin 329-cu maddəsinə əsasən şahidin şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai İstintaq zamanı verdiyi ifadəsində Şahid5 hər gün Ağdaş rayonu İcra hakimiyyətinin qarşısında gəzmək üçün getdiyini, çox vaxt həmin yerə qaynı Ağamir ilə birlikdə getdiyini, 2021-ci ilin oktyabr ayının əvvəllərində hazırda dəqiq yadında olmayan tarixdə qaynı Ağamir ilə parkda gəzdiyini, parkın ərazisində yerləşən hovuzun yanında olduqlarını, bu zaman hovuzun kənarında salınmış yaşıllıqda əkilən şam ağacının dibində göy rəngli sellofan olmasını gördüyünü, bundan sonra həmin sellofanı götürdüyünü və açıb içinə baxdığını, həmin vaxt sellofan içərisində latun materialdan hazırlanmış boru başlıqları və 01 ədəd qaz açarı olduğunu, Ağamirə həmin boru başlıqlarının latundan olmasını bildirdiyini, həmçinin Ağamirə həmin latunları aparıb satmağı təklif etdiyini, Ağamirin də onunla razılaşdığını, daha sonra yol ilə Ağamirin yaşadığı evə gələn zaman hazırda xatırlamadığı küçə ilə gələn zaman əvvələr tanımadıqları təxminən onunla həmyaşıd olan iki nəfərin onlardan siqaret istədiyini, özünün də onlara siqaret verdiyini, həmin vaxt onlardan birinin ondan sellofanın içərisində nə olmasını soruşduğunu, özünün də ona sellofanın içərisindəkilərin latun olmasını söylədiyini, həmin şəxslərdən birinin ondan 2-3 ədəd latun istədiyini və satacağını bildirdiyini, özünün də ona həmin latunları tapdığını və ona da bir neçəsini verə biləcəyini söylədiyini, daha sonra həmin şəxsə təxminən 10 ədəd latun boru başlığından verdiyini, bundan sonra həmin sellofanı içərisində olan latun boru başlıqları ilə birlikdə Ağamirin yaşadığı evin həyətində gizlətdiklərini, bundan bir gün sonra saat təxminən 14 radələrində Ağamir ilə onun yaşadığı evin qarşısında olan zaman qırmızı rəngli, köhnə VAZ 21011 markalı avtomobil ilə metal alqı-satqısı ilə məşğul olan şəxsləri gördüklərini və həmin latun boru başlıqlarını satmaq qərarına gəldiklərini, buna görə də həmin latun boru başlıqlarını gizlətdikləri yerdən götürərək metal alan şəxsə satacaqlarını bildirdiklərini, həmin şəxsin də onlarla razılaşdığını və latun başlıqları alacağını bildirdiyini, daha sonra hazırda dəqiq yadında olmayan sayda olan latun boru başlıqlarını həmin şəxsə verdiyini, həmin şəxsin ona satmaq üçün verdiyi latun boru başlıqlarını tərəzidə çəkdiyini və çəkisinin 6 kiloqram olduğunu, bunun əvəzində həmin şəxsin ona 66 manat verdiyini, bundan sonra həmin puldan 5 manat Ağamirə verdiyini, qalan pulu isə özü xərclədiyini, həmin şəxsləri tanımadığını, onlarla heç bir münasibəti olmadığını, heç yerən heç bir oğurluq etmədiyini, həmin oğurluqdan xəbəri olmadığını, həmin şəxsləri tanımadığını, onlarla rastlaşdığını və onlara təxminən 10 ədəd latun boru başlıqları verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli 9/196 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasıda ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nzərəi qaydada təxminən 12465, manat müəyyən olunur. O cümlədən, -su püskürdən latun başlıqlar-480 ədəd x 25,00 manat = 12000,00 manat, -fontanın içərisindəki işıq plafonları 15 ədəd x 15 manat = 225,00 manat, -fontanın içərisinin işıqlanması üçün naqillər – 300 metr x 0.80 manat = 240,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər İnzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 dekabr 2021-ci il tarixli 4448 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir ərizə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri S.Səlimoğlu küçəsi №- 18 il evdə yaşamaqla ailə tərkibi –atası- X4, anası-Qanuni nümayəndə, bacısı-X2 ibarətdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli 1815 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Aşağı Ləki kəndində yaşayan xx.xx.2003-cü il təvəllüdlü Şahid5 və xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-in İQ-nun müstəntiqi polis leytenantı Xəyal Dolxanovun 29 iyun 2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanın nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-in İQ-nun müstəntiqi polis leytenantı Xəyal Dolxanovun 29 iyun 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs anası X3 təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir, həmin əməlləri törətməkdə təqsirlidir Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad etmək üçün əsaslar yoxdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidadi istintaq zamanı özünü təqsirli bilməməsi şahid ifadələri, üzləşdirmə protokolları və iş materiallarında olan digər sübutlarla təkzib edildiyindən məhkəmə həmin hala tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir, Məhkəmə eyni ilə Şahid5 ifadəsinə tənqidi yanaşır, həmin ifadəni təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş, onu cinayət məsuliyyətindən yayındırmaq üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadə daha inandırıcı, daha mötəbərdir, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədləri ilə öz təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alıb onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, onun cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Maddi sübut kimi 53 ədəd latun materialından olan su püskürdən başlıqlar zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 28 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 28 saat hüquqi xidmətə görə 168 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.2. Məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından və məhkəmə məsrəflərini ödəməyə imkanı olmadığından məhkəmə həmin məsrəflərin tutulmasından məhkumu azad etməyi məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağdaş şəhəri S.Səlimoğlu küçəsi ev 18 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 53 ədəd latun materialından olan su püskürdən başlıqlar zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 28 saat hüquqi xidmətə görə 168 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-88/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-88/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver