Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-88/2023 19.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu Yenicə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla xeyli miqdarda ziyan vurmaqla talamışdır. Belə ki, o, vahid niyyətlə özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayının 21-ə qədər olan müddət ərzində günün müxtəlif saatlarında Zərərçəkmiş şəxs məxsus Bakı-Qazax yolunun 258-ci kilometrliyində, yolun sol tərəfində, Ağdaş rayonu, Yenicə kəndində yerləşən “Ləman” şadlıq sarayının arxa qapısını açmaq yolu ilə şadlıq sarayına qanunsuz daxil olaraq oradan 1200 manat dəyərində 30 ədəd dəmir otracağı, 45 manat dəyərində 1 ədəd dəmir manqalı və 1400 manat dəyərində 1 ədəd ətçəkəni gizli yolla oğurlayaraq talamış, bundan sonra eyni niyyətlə 2022-ci ilin may ayının əvvəllərində şadlıq sarayının ön hissəsində yerləşən həyətə giriş üçün istifadə olunan dəmir qapını açmaq yolu ilə həyətə qanunsuz daxil olub şadlıq sarayının arxa hissəsində yerləşən trasfarmatordan həmin saraya gələn 3000 manat dəyərində 50 metr uzunluğunda, 72 mm-lik elektrik naqilini gizli yolla oğurlayaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 5645 (beş min altı yüz qırx beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində heç bir ruhi əsəb xəstəliyinin olmadığını, 2017-ci ildən 2021-ci ilin dekabr ayına qədər Ağdaş rayonu Yenicə kəndində yerləşən “Ləman” şadlıq sarayında mühafizəçi işlədiyini, iki gündən bir gün ərzidə bir dəfə həmin şadlıq sarayına gedərək nəzarət etdiyini, şadlıq sarayına adətən səhər saatlarında gedərək nəzarət etdiyini, bunun müqabilində Xaliqin ona hər ay 100 manat əmək haqqı verdiyini, 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən şadlıq sarayının fəaliyyətinin dayandığını, lakin onun yenə də şadlıq sarayına nəzarət etdiyini, buna baxmayaraq Xaliqin ona əmək haqqı vermədiyini, şadlıq sarayının açarlarını da ona Xaliqin verdiyini, şadlıq sarayının fəaliyyəti dayandıqdan sonra Xaliqdən işinin necə olacağını soruşduğunu, Xaliqin də ona hərdən bir günün gündüz vaxtlarında gəlib şadlıq sarayına baxmasını xahiş etdiyini və toylara icazə verildikdən sonra onun əmək haqqısını da düzəldib verəcəyini söylədiyini, buna görə də yenə də şadlıq sarayına hərdən bir gedib nəzarət etdiyini, həyat yoldaşı Aliyə Rəşidovanın səhhətində yaranmış problem ilə əlaqədar müalicə pulunu tapa bilmədiyini, buna görə də 2021-ci ilin dekabr ayında ehtiyac olduqca “Ləman” şadlıq sarayından oğurluq etməsini qərara aldığını, 2021-ci ilin dekabr ayında dəqiq yadında olmayan tarixdə gecə saat təxminən 22 radələrində şadlıq sarayına getdiyini, lakin həmin gün şadlıq sarayına getməzdən bir neçə saat əvvəl həmkəndlisi Şahid4 mobil telefon ilə zəng edərək satmaq üçün dəmir oturacaq stulunun olmasını və stul almaq istəyib-istəməməsini soruşduğunu, Fizulinin də ona əvvəlcə 6 ədəd, daha sonra isə 12 ədəd dəmir stul almaq istəməsini söylədiyini, daha sonra şadlıq sarayına gedərək həmin vaxt şadlıq sarayının arxa qapısını açdığını və şadlıq sarayına daxil olduğunu, şadlıq sarayında olan dəmir oturacaq stullarından 12 ədəd dəmir stulu tək şadlıq sarayından bayıra, şadlıq sarayının həyətindən kənara üzü Ucar rayonu istiqamətində yolun kənarında olan kolluğa yığdığını, həmin vaxt başqa da kimsə ondan stul istəsə onlara da buradan stul aparıb satmaq qərarına gəldiyini, daha sonra şadlıq sarayının qapısını bağladığını, bundan sonra isə həmkəndlisi Nuruya zəng edərək şadlıq sarayından Fizuligilə stul aparacağını söylədiyini və buna görə də “Ləman” şadlıq sarayının yaxınlığına gəlməsini tapşırdığını, daha sonra isə Fizuliyə zəng edərək stulların hazır olduğunu və stulları gətirməsini söylədiyini, Fizulinin də onunla razılaşdığını və telefonu söndürdüyünü, bundan təxminən 15 -20 dəqiqə sonra Nurunun özünə məxsus Qazel markalı yük avtomobili ilə şadlıq sarayının yaxınlığına onun dediyi yerə gəldiyini, Nuru ondan stulları haradan əldə etməsini soruşduğunu, onun da Nuruya narahat olmamasını söylədiyini, Nuruya stulları satdıqdan sonra yol haqqı olaraq 8 manat verəcəyini söylədiyini, bundan sonra stulları Fizulinin yaşadığı evin həyətinə aparıb yığdığını, həmin vaxt onları heç kimin görmədiyini, bundan sonra Fizuliyə zəng edərək stulları onun yaşadığı evin həyətinə yığmasını söylədiyini, Fizuliyə 12 ədəd dəmir stulu ümumilikdə 100 manata satdığını, Fizulinin də həmin məbləğdə pulu ona təxminən 2-3 gün sonra yarı-yarı verdiyini, bundan təxminən 4-5 gün sonra həmkəndlisi Zaur ilə söhbət edən zaman Zaurun ona bir neçə gündən sonra qudasının onun yaşadığı evə qonaq gələcəyini və oturmaq üçün stullarının az olmasını söylədiyini, Zaurdan 60-70 manat pul düzəldib-düzəldə bilməyəcəyini soruşduğunu, Zaurun ona həmin məbləğdə pul tapa biləcəyini söylədiyini, Zaura Ləman şadlıq sarayından 60 manata 6 ədəd dəmir stul gətirəcəyini söylədiyini, Zaurun ona sonradan başının ağrıyıb-ağrımayacağını soruşduğunu, Zaura narahat olmamasını söylədiyini, bundan təxminən 2 gün sonra təxminən saat 10 radələrində yenidən şadlıq sarayına getdiyini, əvvəl olduğu kimi sarayın arxa qapısını açdığını və sarayın birinci mərtəbəsində olan stullardan 6 ədəd dəmir stulu kənara qoyduğunu və yaşadığı evə qayıdaraq havanın qaralmağını gözlədiyini, artıq hava qaraldıqdan sonra təxminən saat 21 radələrində tək piyada şadlıq sarayına gedərək 6 ədəd dəmir stulu əvvəl olduğu kimi sarayın yaxınlığına üzü Ucar rayonu istiqamətində yolun sağ tərəfində kolluğa yığıdığını, bundan sonra həmkəndlisi Akifə zəng edərək ona məxsus avtomobil ilə şadlıq sarayına gəlməsini xahiş etdiyini, Akifi qarşıladığını və stulları yığdığı yerə sürməsini xahiş etdiyini, Akifin ondan stulları hardan əldə etməsini soruşduğunu və stulların oğurluq olmasından qorxduğunu bildirdiyini, Akifə sarayın mühafzıçisinin o, olduğunu və narahat olmamasını söylədiyini, həmçinin Akifə stulları Zaurgilə aparacaqlarını söylədiyini, daha sonra stulları Akifə məxsus VAZ2104 markalı avtomobil ilə Zaurun yaşadığı evə apardığını, Zaurun onları qarşıladığını və stulların müqabilində əvvəlcədən razılaşdıqları kimi ona 60 manat pul verdiyini, həmin puldan 5 manatını Akifə zəhmət haqqı olaraq verdiyini, bundan təxminən 3-4 gün sonra təxminən saat 16 radələrində tək şadlıq sarayına getdiyini, həmin vaxt şadlıq sarayının giriş qapısının açıq olmasını gördüyünü, həmin qapıdan şadlıq sarayına daxil olduğunu, daha sonra şadlıq sarayından 6 ədəd dəmir stulu öz yaşadığı evə aparmaq üçün və 6 ədəd dəmir stulu isə Fizulinin tapşırığı ilə onun bacısıgil üçün götürdüyünü, həmin stulları yenə də əvvəl olduğu kimi kolluqda gizlətdiyini, bundan sonra o yenə də Nuruya zəng etdiyini, Nurunun təxminən 1 saat sonra həmin yerə gəldiyini, stulardan 6 ədədini Fizulinin yaşadığı evə, 6 ədədini isə öz yaşadığı evinə ağardığını, Nuruya 10 manat zəhmət haqqı verdiyini, 2-3 gün sonra həmkəndlisi Mosu kimi tanıdığı Balakişidən onu Ləman şadlıq sarayına aparmasını xahiş etdiyini, oradan özünə məxsus ətçəkən maşını gətirdiyini, Balakişinin də onunla razılaşdığını və özünə məxsus Qazel markalı yük avtomobili ilə təxminən saat 17 radələrində şadlıq sarayına getdiklərini, Balakişinin yük avtomobilini şadlıq sarayınn həyətində saxladığını və yerə düşmədiyini, onun isə sarayın ön qapısının açıq olduğunu görərərk həmin qapıdan da saraya daxil olduğunu, əvvəlcə şadlıq sarayından manqalı, daha sonra isə ətçəkəni gətirib avtomobilə yığdığını, şadlıq sarayının ön qapısını çəkdiyini və qapının xarab olmuş açarının özü özünə bağlandığını, Balakişinin ondan manqalı nəyə görə götürməsini soruşduğunu və sonradan sarayın sahiblərinin bunu biləcəyini söylədiyini, Balakişiyə manqalın burada qalıb çürüdüyünü və heç nə olmayacağını söylədiyini və çıxıb Yenicə kəndinə gəldiklərini, həmin gün şadlıq sarayından götürdüyü əşyaları yaşadığı Yenicə kəndində yerləşən evin həyətinə aparıb yığdığını, Balakişiyə isə bunun müqabilində pul və ya digər əşya vermədiyini, bundan bir müddət sonra, yəni 2022-ci ilin fevral ayının 21-də o işləmək üçün Rusiyaya getdiyini, buna səbəb daha çox pulun lazım olması, lakin şadlıq sarayından ard-arda əşyalar aparıb satmağının təhlükəli olduğunu, təxminən iki ay ərzində Rusiyada işlədiyini və 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasına geri döndüyünü, yaşadığı Ağdaş rayonuna gəldikdən sonra Ləman şadlıq sarayından oğurluq olması ilə bağlı heç bir söz-söhbətin olmadığını gördüyünü, 2022-ci ilin may ayının əvvəllərində ona pul lazım olduğunu, buna görə də əvvəl şadlıq sarayının arxa tərəfində yerləşən transformatordan şadlıq sarayına gələn elektrik kabelini görərək Ləman şadlıq saryına getdiyini fikirləşmiş və həmin elektrik kabelinin təxminən 50 metrlik hissəsini kəsərək gətirdiyini, bundan sonra həmin kabeli hazırda dəqiq olaraq xatırlamadığı həmkəndlilərindən birinə satdığını bildirmişdir. Eyni zamanda, təxminən 2021-ci ilin iyuniyul aylarında dəqiq yadında olmayan tarixdə Ləman şadlıq sarayının sahibi Zərərçəkmiş şəxs ona həmin sarayın ofsiantı olan İbrahim ilə birlikdə gedərək şadlıq sarayından 2 ədəd televizoru gətirmələrini xahiş etdiyini və həmin televizorları Bakı şəhərinə göndərəcəyini söylədiyini, buna görə də İbrahim ilə birlikdə Orxana məxsus sarı rəngli “VAZ2106” markalı avtomobil ilə gedərək 2 ədəd qara rəngli plazma televizoru gətirib Orxana verdiklərini, həmin televizorları şadlıq sarayının birinci mərtəbəsində banket zalından zalın ortasında olan sütunlardan sökdüklərini, “Ləman” şadlıq sarayından dəqiq yadında olmayan tarixlərdə ümumilikdə 30 ədəd dəmir stul, 1 ədəd ətçəkən, 50 metr elektrik naqili və 1 ədəd manqalı tək oğurladığını, həmin əşyalardan həmkəndlisi Fizuliyə 18 ədəd dəmir stulu ümumilikdə 180 manata, 6 ədəd dəmir stulu həmkəndlisi Zaura 60 manata, manqalı isə qonşuluqda yaşayan “Mosu” ləqəbi ilə tanışı Balakişiyə 16 manata satdığını, həmçinin şadlıq sarayından müxtəlif vaxtlarda apardığı stul və digər sadaladığı əşyaları həmkəndlisi Nuru, Balakişi və Akifə məxsus avtomobillər ilə apardığını, Nuru və Akifə zəhmət haqqı olaraq pul versə də, Balakişiyə zəhmət haqqı vermədiyini, həmin şəxslərin hər birinin əvvəlcə ona əşyaların oğurluq olmasından qorxduqlarını söylədiklərini, onlara mühafizəçinin özü olduğunu, əşyaların oğurluq olmadığını və problemin də özünlük olduğunu bildirdiyini, bu səbəbdən də onların hər birinin onlara satdığı əşyaların oğurluq olmasını başa düşmədiklərini, həmçinin Zərərçəkmiş şəxs şadlıq sarayında olan aristonu özü sökdürərək digər kafesinə aparıb qoşdurduğunu qeyd etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs oğlu ifadəsində bildirmişdir ki, heç bir ruhi əsəbə və s. xəstəliyi yoxdur. Ona məxsus Ağdaş rayonu Yenicə kəndində yerləşən “Ləman” şadlıq sarayı vardır. Lakin şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərində yaşadığı üçün həmin şadlıq sarayını onun qayınatası Xaliq Hacıyev işlədir. O da hərdən gələrək şadlıq sarayına baş çəkir. xx.xx.2022-ci il tarixdə qayınatası Xaliq Hacıyev mobil telefonla ona zəng edərək şadlıq sarayından ət çəkən maşın, soyuducuların içərisinin soyuducu kameralarının, kondisonerlərin, paltar yuyan maşının və su matorunun oğurlanmasını bildirmiş, xx.xx.2022-ci il tarixdə qayınatası Xaliq Hacıyev yenidən ona zəng edərək şadlıq sarayından yenidən oğurluq edilməsini söyləmişdir. Belə ki, Xaliq Hacıyev ona “Mercedes” markalı avtomobilin arxa işıqlarının, soyuducu matorunun, 4 ədəd televizorun, 5 ədəd kondisionerin matorlarını, qabyuyan maşın, gidrafor, 1 ədəd akkumliyator, 1 ədəd aristonun, 1 ədəd elektrik sobasının, 50 ədəd oturacaq stulunun, pivə boçkalarının və qazan-tiyan dəstlərinin oğurlanmasını bildirmiş, buna görə də xx.xx.2022ci il tarixdə Ağdaş rayonuna gəlmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə şadlıq sarayının arxasında yerləşən trasfarmatorda yanğın baş vermiş və nəticədə elektrik kabelləri ərimişdir. xx.xx.2022-ci il tarixdə həmin elektrik kabellərini yeniləri ilə əvəz etmək üçün şadlıq sarayına getmiş, həmin vaxt şadlıq sarayından yenidən oğurluq edilməsini aşkar etmişdir. Belə ki, 2 ədəd kondisoner matoru və təxminən 50 metr uzunluqda 72 mm-lik elektrik kabeli naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan əsəbləşmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək xx.xx.2022-ci il tarixdə şadlıq sarayından yenidən oğurluq edilməsini və nəticədə ona təxminən 30 min manat dəyərində maddi ziyan dəyməsini bildirmişdir. Ona məxsus Ağdaş rayonu Yenicə kəndində yerləşən “Ləman” şadlıq sarayından oğurluq edilməsi barədə xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, həmçinin qayınatası X8 da ərizə ilə Ağdaş rayon polis şöbəsinə müraciət etmişdir. Lakim həmin vaxt şadlıq sarayından oğurlanmış əşyaların dəqiq siyahısını çıxarda bilməmiş, buna səbəb səhhəti ilə əlaqədar uzun müddət Bakı şəhərində müalicə alması və yüksək təyziqi olduğu üçün Bakı şəhərindən çıxaraq uzaq yol gələ bilməməsi olmuşdur. Buna görə də oğurlanmış əşyaların siyahısını onun qayınatası Xaliq Hacıyev vermişdir. Səhhətində problem olmasına baxmayaraq Ağdaş rayonuna gəlmış və Xaliq Hacıyevin tərtib etdiyi siyahı əsasında kortəbii şəkildə ərizə yazmış və ifadə vermişdir. Yenidən Bakı şəhərinə qayıdaraq müalicələrini davam etdirmiş, Ağdaş RPŞ-dən onunla telefon əlaqəsi saxlanılaraq həmin oğurluq cinayətini törətmiş şəxsin müəyyən olunması və həmin şəxsin Ağdaş rayonu, Yenicə kənd sakini Təqsirləndirilən şəxs olması, lakin oğurlanmış əşyaların siyahısı ilə bağlı ziddiyyətlərin olması bildirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əşyaların bəzilərinin şadlıq sarayının sahibi tərəfindən aparılmasını bildirmişdir. O da bundan sonra oğurlanmış əşyaları dəqiqləşdirmişdir. Bundan sonra ona məxsus şadlıq sarayından konkret olaraq 30 ədəd dəmir oturacaq stulu, 1 ədəd ət çəkən maşın, 50 metr uzunluğunda 72 mm-lik elektrik naqili və 1 ədəd manqalın oğurlanmasını aşkar etdiyini bildirmiş, oğurlanması qeyd edilmiş digər əşyaları isə Bakı şəhərinə təmir üçün göndərmiş, lakin daha sonradan lazım olmadığı üçün satmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmir, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, özünə məxsus “VAZ2104” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobil ilə gündəlik taksi fəaliyyəti və yük daşıma ilə məşğul olaraq ailəsini dolanıdırır. Hazırda dəqiq olaraq yadında olamayan tarixdə, təxminən 2022-ci ilin yanvar ayında həmkəndlisi Ramilin onunla söhbət edən zaman ondan əvvəllər mühafizəçi işlədiyi “Ləman” şadlıq sarayından onun yaşadığı evə stul aparmasını xahiş etmiş, Ramildən bunun nə məsələ olmasını soruşmuş, bu zaman Ramil ona yaxınlarda qızı üçün nişan gələcəyini, evdə stulları az olduğu üçün həmin zaman ona oturacaq stullarının lazım olacağını, buna görə də şadlıq sarayından stul apararaq isifadə edəcəyini söyləmiş, o da Ramil ilə razılaşmış,daha sonra Ləki qəsəbəsindən yaşadığı Yenicə kəndinə gələn zaman “Ləman” şadlıq sarayının yaxınlığında, yolun kənarında Ramilin dayanmasını görmüş, buna görə də avtomobili saxlamış, Ramil ona 6 ədəd stulu onun yaşadığı evə aparmasını söyləmiş, o da Ramil ilə razılaşmış və ondan stulların oğurluq olub-olmamasını soruşmuş, Ramil də ona “məni tanımırsan, ayıb olar, karantin bitəndən sonra gətirib yerinə qoyacam” deyə söyləmiş, daha sonra şadlıq sarayının yaxınlğında, demək olar ki, qarşısında avtomobili saxlamış, Ramil də yolun kənarına yığdığı stulları gətirərək ona məxsus avtomobilə yığmış, daha sonra yaşadığı Yenicə kəndinə getmiş, stulları Ramil yaşadığı evin həyətinə yığmış, yol pulu olaraq Ramil ona 5 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Əlyusib oğlu ifadəsində bildirmişdir ki, Ağdaş rayonu Yenicə kəndində yerləşən “Ləman” şadlıq sarayından oğurluq hadisəsinin baş verməsi barədə heç bir məlumatı olmamışdır. O, həmkəndlisi Təqsirləndirilən şəxs “Ləman” şadlıq sarayında mühafizəçi və həmçinin toy olan zaman isə çayçı işləməsini bilmiş, təxminən 2022-ci ilin fevral yının sonlarında Ramil ona mobil telefonla zəng edərək onda satlıq stul olmasını söyləmiş, Ramildən həmin stulların nə stulu olmasını soruşmuş, Ramil də ona həmin stulların “Ləman” şadlıq sarayından olmasını və stulların dəmir stul omasını söyləmişdir. Daha sonra Ramil ondan stulları gətirib-gətirməyəcəyini soruşmuşdir. O da Ramilə stulları gətirməyi tapşırmışdır. Bundan təxminən 3-4 gün sonra təxminən saat 21 radələrində Ramil onun yaşadığı evin qarşısına gələrək 6 ədəd dəmir stulu onun yaşadığı evin həyətinə yığmış, o da Ramilə hazırda pulunun omadığını və onun pulunu daha sonra verəcəyini söyləmiş, lakin o, yaşadığı evin həyətinə düşənə qədər Ramil stulları gətirdiyi avtomobil ilə çıxıb getmişdir. O isə həmin avtomobili görə bilməmişdir. Bundan təxminən 4-5 gün sonra Ramilin ona satdığı 6 ədəd stulun qarşılığında Ramilə 70 manat pul vermişdir. Ramilin ona satdığı stulların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Ağdaş rayonu Yenicə kəndində yerləşən “Ləman” şadlıq sarayında oğurluq hadisəsinin baş verməsi barədə heç bir məlumatı olmamışdır. Həmkəndlisi Təqsirləndirilən şəxs “Ləman” şadlıq sarayında mühafizəçi və həmçinin toy olan zaman isə çayçı işləməsini bilmişdir. Təxminən 2022-ci ilin fevral ayının əvvəllərində Ramil Ağdaş rayonu Yenicə kəndində yerləşən onun çayçı işlədiyi çayxanada olan zaman ona mobil telefonla zəng edərək satlıq stul olmasını söyləmişdir. Ramildən həmin stulu kimin və haradan satmasını soruşmuş, Ramil də ona “Ləman” şadlıq sarayının təmir olunacağını buna görə də orada olan bütün əşyaların satıldığını söyləmişdir. Ramildən stulları kimin satdığını soruşduqda Ramil ona stulları özünün satmasını, həmçinin şadlıq sarayında olan bütün əşyaların satılacağını söyləmişdir. Bundan sonra Ramil ona 12 ədəd stul gətirdiyini və həmin stulları ümumilikdə 150 manata satmaq istədiyini söyləmiş, o, Ramilə hazırda pulunun olmadığını, lakin stulları almaq istədiyini bildirmiş, daha sonra Ramilin həmin stulları 150 manata ona satması onun da pulu Ramilə hissə-hissə ödəməsi barədə razılaşmış, bundan sonra Ramil onunla sağollaşaraq telefonu söndürmüş, bundan təxminən 15-20 dəqiqə sonra Ramil onun işlədiyi çayxanaya gələrək 12 ədəd dəmir stulu onun yaşadığı evin həyətinə qoyduğunu söyləmişdir. Həmin vaxt Ramilə pul verməmiş, lakin bundan sonra təxminən 20 gün müddətində stulların pulunu Ramilə hissə-hissə vermişdir. O, həmin gün axşam saatlarında yaşadığı evə gəlmiş və Ramilin onun yaşadığı evin həyətinə gətirdiyi stlollardan birinin ayağının olmadığını görmüş, bu bardə Ramili gördükdə onun özünə demiş, Ramil də ona əgər imkan olsa həmin stulu başqası ilə əvəz edəcəyini söyləmişdir. Bundan təxminən 15-20 gün sonra Ramilin işləmək üçün Rusiyaya getməsini eşitmişdir. Ramil təxminən iki ay müddətində Rusiyada qaldıqdan sonra yaşadığı kəndə geri qayıtmışdır. Təqsirləndirilən şəxs ona satdığı stulların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, onun etibarnamə əsasında idarə etdiyi Qazel markalı yük avtomobili vardır. Həmin yük avtomobili ilə yaşadığı Ağdaş rayonu Yenicə kəndində kənd sakinlərinin yüklərini daşıyaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. Təqsirləndirilən şəxs “Ləman” şadlıq sarayında mühafizəçi olmasını bilmişdir. Ramil Rusiyaya getməzdən təxminən bir ay əvvəl günortadan sonra ona zəng edərək harada olmasını soruşmuş, o da Ramilə işdə olduğunu və axşam saatlarında gələcəyini söyləmişdir. Ramil ona kəndə gələndən sonra xəbər etməsini tapşırmışdır. Həmin gün təxminən saat 18 radələrində yaşadığı evə çatmış və Ramilə zəng etmişdir. Ramil də ona Fizulinin çayxanasında olmasını söyləmiş, buna görə də həmin çayxanaya getmişdir. Orada Ramil ilə görüşmüş, Ramil ona “Ləman” şadlıq sarayının yanında stullarının olmasını və həmin stulları gedib gətirməli olduqlarını bildirmiş, bundan sonra Ləman şadlıq sarayına çatdıqda Ramil qapının bağlı olduğunu və Orxan müəllimin Bakıya getdiyini söyləmiş, həmçinin Ramil qapı bağlı olduğu üçün stulları kənara yığaraq gizlətdiyini söyləmiş, daha sonra Ramil stulları avtomobilin yük yerinə yığmış, bundan sonra yenidən Yenicə kəndinə qayıtmış, kəndə çatdıqda Ramil ona stulları Baxış, Fizuli və Zaura verəcəklərini söyləmiş, o əvvəlcə avtomobili Baxışın yaşadığı evin qarşısına sürmüş, orada Ramil avtomobildən düşərək stullardan bir neçəsini Baxışa vermiş, lakin həmin vaxt Ramilin Baxışa dəqiq olaraq neçə ədəd stul verməsini görməmiş, bundan sonra stullardan bir neçəsini Zaura və qalanlarını isə Fizuliyə vermiş, sonda isə Ramil ona yol haqqı olaraq 6 manat pul vermiş, bundan təxminən 1-2 həftə sonra Ramil ona stulların gəldiyini və həmin stulları Ləman şadlıq sarayının yanından götürməli olduqlarını söyləmiş, o da Ramil ilə razılaşmış və Ramil ilə birlikdə getmişdir. Ləman şadlıq sarayına çatdıq da avtomobili birinci dəfə saxladığı yerdə saxlamışdır. Daha sonra Ramil avtomobildən düşərək bir neçə stulu onun idarə etdiyi yük avtomobilinə yığmış, bundan sonra Yenicə kəndinə gəlmiş, Ramil yolda olan zaman ona stulları Şaiqə apardıqlarını söyləmiş, o da avtomobili Şaiqin yaşadığı evin qarşısına sürmüş, burada Ramil stulları Şaiqə vermiş, lakin həmin vaxt Şaiqin Ramilə pul verməsini görməmiş, həmçinin bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Ləman şadlıq sarayından apardığı stulların oğurluq olub-olmamsını bilməmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. Təqsirləndirilən şəxs “Ləman” şadlıq sarayında işləməsini bilmişdir. Təqsirləndirilən şəxs heç vaxt keç bir əşya almamış və ya ona heş bir əşya satmamışdır. Sadəcə olaraq təxminən 2022-ci ilin yanvar ayının 1 ya 2-də Ləki kəndindən yaşadığı Yenicə kəndinə gələn zaman Ramil ona zəng edərək “Ləman” şadlıq sarayında ətçəkən maşın olmasını, Bakı şəhərinə işləyəmə gedəcəyini, ətçəkən maşının oğurlanmaması üçün yaşadığı evə aparıb qoyacağını söyləmişdir. O da özünə məxsus avtomobil ilə kəndə getdiyi üçün Ramil ilə razılaşmış, “Ləman” şadlıq sarayının giriş qapısının qarşısında dayanan Ramil əvvəlcədən ora qoyduğu iri tutumlu ətçəkən maşını ona məxsus avtomobilə qoymuş, bundan sonra birlikdə yaşadıqları Yenicə kəndinə gəlmişlər. Ramil yaşadığı evin qarşısında düşmüş və ətçəkən maşını da yaşadığı evə aparmış və ona 5 manat yol haqqı vermişdir. Təqsirləndirilən şəxs ona manqal satmadığını və Təqsirləndirilən şəxs yalan söylədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. Təqsirləndirilən şəxsla aralarında əvvəllər hər hansı mübahisə və ya dava-dalaş baş verməmişdir. Təqsirləndirilən şəxs “Ləman” şadlıq sarayında mühafizəçi olmasını bilmişdir. Təxminən 2021-ci ilin dekabr ayında Ramil ilə söhbət edən zaman Ramil ona yaşadığı ev üçün stul aldığını, lakin stulların kreditini verə bilmədiyini söyləmiş, o da Ramilə həmin stulları almaq istədiyini söyləmiş, bundan təxminən 10 gün sonra Ramil 12 ədəd üstü döşəkcəli dəmir stulu onun yaşadığı evə həmkəndlisi Nurunun qazeli ilə gətirmişdir. Ramil ona stulları 120 manata aldığını, lakin ona 100 manata satacağını bildirmiş, o da Ramilə 100 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona satdığı stulların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. Təqsirləndirilən şəxs “Ləman” şadlıq sarayında mühafizəçi olmasını bilirmiş, həmçinin o da “Ləman” şadlıq sarayında ofisinat işləmişdir. “Ləman” şadlıq sarayının sahibi olan Orxana məxsus sarı rəngli VAZ 2106 markalı avtomobil olmuş, lakin həmin vaxt işçilərdən heç biri avtomobil sürmədiyi üçün həmin avtomobili idarə etmək və şadlıq sarayına lazım olan əşyaları alaraq gətirmək üçün ona verilmişdir. Buna görə də həmin avtomobili idarə etmişdir. Təxminən 2021-ci ilin noyabr dekabr aylarında Orxan ona və Ramilə “Ləman” şadlıq sarayından olan televizorlardan 02 ədədini açıb ona məxsus “Yol üstü” kafesinə gətirmələrini tapşırmış, buna görə də o, Ramil ilə birlikdə şadlıq sarayına getmiş, lakin televizorlar böyük olduğu üçün o və Ramil televizorları qaldırıb aça bilməmişlər. Orxana zəng edərək televizorlaın ağır olduğunu və Ramil ilə birlikdə güclərinin çatmadığını söyləmiş, Orxan da ona kömək üçün adam göndərdiyini bildirmişdir. Bundan təxminən 30 dəqiqə sonra “Putin” ləqəbi ilə tanıdığı şəxs də şadlıq sarayına gəlmişdir. Daha sonra onlar “Ləman” şadlıq sarayının birinci mərtəbəsində olan 2 ədəd markasını xatırlamadığı böyük plazma televizoru açaraq onun idarə etdiyi avtomobil ilə Orxana məxsus olan “Yol üsü” kafesinə gətirmişdirlər. Orxan da həmin televizorları bir neçə gündən sonra qohumu ilə Bakı şəhərinə göndərmişdir. Həmçinin o idarə etdiyi Orxana məxsus avtomobil ilə Orxanın tapşırığı əsasında Ləman şadlıq sarayında olan təxminən 10 ədəd dəmir və taxta stulları “Yol üstü” kafesinə daşımışdır. Orxan bir qohumunun idarə etdiyi avtomobil ilə bir neçə dəfə Bakı şəhərinə əşyalar göndərmişdir. Belə ki, Orxan əvvəlcə Ləman şadlıq sarayında olan əşyalrardan “Yol üstü” kafesinə aparmış, oradan da qohumunun avtomobili ilə Bakı şəhərinə göndərmişdir. O, Ləman şadlıq sarayında işləyən zaman Orxanın Ramilə pul borcu da olmuşdur. Belə ki, Ramilin Ləman şadlıq sarayında işləməsinə baxmayaraq Orxan onun əmək haqqısını verməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9369 saylı ekspert rəyindən görünür ki, - 50 ədəd dəmir oturacağın 2000 manat (01 ədəd 40 manat); - 50 metr uzunluqda 72 mm-lik elektrik kabelin 3000 manat (01 metr 60 manat); orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 300 (2x150 man) manat müəyyən olunur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 iyun 2022-ci il tarixli, № 144 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Yenicə kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – X3 (xx.xx.1983-cü il təvəllüdlü); qızı – X4 (xx.xx.2002-ci il təvəllüdlü); qızı – X5 (xx.xx.2004-cü il təvəllüdlü); qızı – X1 (xx.xx.2007-ci il təvəllüdlü);nəvəsi – X7 (xx.xx.2009cu il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 16:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 4(014)-57/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 4(014)-68/2022 saylı qərarından görünür ki, vəsatət və təqdimatın rədd edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki PM-ə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilməsi, qərarın surəti 3 gündən gec olmayaraq vəsatəti vermiş şəxsə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 4(107)-56/2022 saylı qərarından görünür ki, Ağdaş rayon prokuroru ədliyyə müşaviri Tural İbrahimov tərəfindən verilmiş protestin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 4(014)-68/2022 nömrəli qərarı baxılmış protestə münasibətdə dəyişdirilmədən saxlanılması, qərarın elan olunduğu andan qanuni qüvvəyə minməsi, qərаrdаn şikаyət və yа prоtestin verilə bilməməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd ətçəkən maşın və 24 ədəd dəmir oturacaq stulları Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 may 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 1 ay 24 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd ətçəkən maşın və 24 ədəd dəmir oturacaq stulları Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-88/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-88/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver