Məhkəmə qərarları › İş №1(014)-88/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-88/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-88/2024 04.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Ağdaş rayonu, Dovutlu kəndində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş rayonu, Dovutlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, kultivasiya etmək məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin fevral ayının ortalarında Ağdaş şəhəri, S.Vurğun küçəsində yerləşən “Soyuqbulaq” adlanan ərazidə 05 ədəd plastik qablarda əkmiş, həmin toxumlardan inkişaf etmiş 05 (beş) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin şitillərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 24 mart 2024-cü il tarixdə saat 12:00 radələrində Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, S.Vurğun küçəsində yerləşən “Soyuqbulaq” adlanan əraziyə həmin tarixdə saat 13:06-dan saat 13:29-dək keçirilmiş baxış zamanı 05 ədəd plastik qabda 05 ədəd uzunluqları 6 sm-dən 9 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 0,33 qram əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2024-cü ilin fevral ayının ortalarında Ağdaş şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Soyuqbulaq” adlanan ərazidə gəzərkən yerdən 01 ədəd kağız büküm tapmış. Bükümü açıb içinə baxmış, narkotik vasitələrdən istifadə etdiyi üçün kağız bükümün içərisində olan kütlənin narkotik vasitə olan “nəşə” olmasını bilmişdir. Həmin yerdə narkotik vasitə olan “nəşə”dən istifadə edən zaman içərisində 05 ədəd toxum aşkar etmişdir. Həmin 05 ədəd toxumu ayrı-ayrı 05 ədəd 1 dəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablarda gələcəkdə yığıb, qurudub şəxsi istifadə etməyi üçün əkmişdir. Həmin qabları da heç kimin görməməsi üçün əkdiyi yerdən “Soyuqbulaq” adlanan ərazidə yerləşən kimsənin görmədiyi digər yerə aparıb qoymuşdur. Əkdiyi çətənə bitkiləri böyüdükdən sonra onları plastik qablardan çıxarıb başqa yerə əkəcək idi. Plastik qablarda olan bitkilərə hər iki-üç gündən bir qulluq edib, diblərini sulamış və boşaltmışdır. Həmin bitkiləri əkməyindən heç kimin xəbəri olmamışdır. 24 mart 2024-cü il tarixdə saat 12 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli kağız bükümü və 01 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman başqa heç bir əşya aşkar olunmamışdır. 01 ədəd kağız büküm açılmış, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütlələri aşkar olunmuşdur. Narkotik vasitəyə oxşar bitki kütləsinin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu 01 ədəd kağız bükümün təxmini çəkisi 0,94 qram olması müəyyən edilmişdir. 01 ədəd kağız büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Bundan sonra şəxsi axtarış zamanı ondan Ağdaş şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Soyuqbulaq” adlanan ərazidə narkotik tərkibli bitkilər əkib-əkməməyi soruşulmuş, o, da plastik qablara çətənə əkdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin yerə gedilmiş, onun göstərdiyi yol ilə hərəkətə başlanılmış, həmin yerdə 05 ədəd içərisinə çətənə əkilmiş plastik qablar aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən 05 ədəd plastik qablarda olan 05 ədəd çətənə bitkiəri torpaqdan çıxarılmış, aqronom baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olmasını, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmasını və diblərinin boşaldılmasını bildirmişdir. Həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bitkilər polis əməkdaşı tərəfindən çıxarılmış, 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Hazırda əməlindən səmimi peşmandır, himayəsində bir azyaşlı uşağı var, bunları nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, şahidin ifadəsi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 24 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadə etməsi, eləcə də tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 24 mart 2024-cü il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmiş, videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o isə üzərində “nəşə”, yəni narkotik vasitə olan marixuana olmasını bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli kağız bükümü və 01 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir əşya aşkar olunmamışdır. 01 ədəd kağız büküm açılmış, təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin olduğu 01 ədəd siqaret qutusunun təxmini çəkisinin 0,94 qram olması müəyyən edilmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Vurğun küçəsində yerləşən “Soyuqbulaq” adlanan ərazidə narkotik tərkibli bitkilər əkib-əkməməyi soruşulmuş, o, da plastik qablara çətənə əkdiyini bildirmişdir. Bundan sonra birlikdə həmin yerə gedilmiş, Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkətə başlanılmış, həmin yerdə 05 ədəd içərisinə çətənə əkilmiş plastik qablar aşkar olunmuşdur. Bundan sonra 05 ədəd plastik qablarda olan 05 ədəd çətənə bitkiəri torpaqdan çıxarılmış, aqronom baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olmamış, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmasını və diblərinin boşaldılmasını bildirmişdir. Həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bitkilər polis əməkdaşı tərəfindən çıxarılmış, 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. İfadəsi məhkəmə baxış iclasında elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 24 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadə etməsi, eləcə də tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 24 mart 2024-cü il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmiş, videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o isə üzərində “nəşə”, yəni narkotik vasitə olan marixuana olmasını bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli kağız bükümü və 01 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir əşya aşkar olunmamışdır. 01 ədəd kağız büküm açılmış, təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin olduğu 01 ədəd siqaret qutusunun təxmini çəkisinin 0,94 qram olması müəyyən edilmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Vurğun küçəsində yerləşən “Soyuqbulaq” adlanan ərazidə narkotik tərkibli bitkilər əkib-əkməməyi soruşulmuş, o, da plastik qablara çətənə əkdiyini bildirmişdir. Bundan sonra birlikdə həmin yerə gedilmiş, Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkətə başlanılmış, həmin yerdə 05 ədəd içərisinə çətənə əkilmiş plastik qablar aşkar olunmuşdur. Bundan sonra 05 ədəd plastik qablarda olan 05 ədəd çətənə bitkiəri torpaqdan çıxarılmış, aqronom baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olmamış, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmasını və diblərinin boşaldılmasını bildirmişdir. Həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bitkilər polis əməkdaşı tərəfindən çıxarılmış, 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadə etməsi, eləcə də tərkibində narkotik maddələr olan bitkiləri əkibbecərməsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli kağız bükümü, 01 ədəd alışqanı təqdim etmiş, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamış, həmin 01 ədəd kazız büküm açılmış və içərisində xüsusi iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsi olması müəyyən olunmuş, təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər kütlənin olduğu 01 ədəd kağız bükümün təxmini çəkisinin 0,94 qram olması müəyyən olunmuş, 01 ədəd kağız büküm ekspertizaya təqdim olunması üçün 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-nin 111 möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Ağdaş şəhəri, S.Vurğun küçəsində yerləşən “Soyuqbulaq” adlanan ərazi olmuş, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi yeri göstərməsi soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkətə başlanılmış, bundan sonra həmin ərazidən, yəni Təqsirləndirilən şəxs göstərmiş olduğu yerdən hər biri ayrı-ayrılıqda olmaqla 05 ədəd plastik qablara əkilmiş tərkibində narkotik maddələr olan bitki şitilləri aşkar olunmuş, Təqsirləndirilən şəxs onların nə olması soruşulmuş, Təqsirləndirilən şəxs həmin bitki şitillərinin tərkibində narkotik maddələr olan bitki olmasını söyləmiş, həmin şitillərin toxumlarını haradan tapmasını və nə üçün əkməsi soruşulmuş, Təqsirləndirilən şəxs da həmin bitkilərin toxumlarını özünün istifadə etdiyi maddədən götürərək, gələcəkdə baxıb böyüdüb özünün şəxsi istifadəsi üçün əkdiyini söyləmiş, aqronom həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra təhqiqatçı 05 ədəd bitki şitillərini plastik qablardan kökü il birgə çıxartmış, bundan sonra həmin bitki şitillərinin uzunluqları polis əməkdaşı tərəfindən ölçülmüş, həmin bitki şitillərinin uzunluqlarının 9sm, 9sm, 8sm, 7sm və 6sm olması müəyyən edilmiş, 01 ədəd kağız zərfə qablaşdırılmış, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulmuş, zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənilmiş, daha sonra içərisində sadəcə torpaq olan dibçəklər də 02 ədəd kağız zərflərə qablaşdırılmış, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulmuş, zərflər şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmış. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 24 mart 2024-cü il tarixli 3- 16-16-2-17/305 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs aşkar edilmiş 05 (beş) ədəd, uzunluqları 6 sm-dən 9 sm-dək, ümumi təmiz çəkiləri – 0,33 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2024-cü il tarixli 578 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 01 aprel 2024-cü il tarixli məktubdan görünür ki, xx xxxx 1994-cü təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş Rayon Mərkəzi Xəstaxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Heroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən Ağdaş Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarından, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 1) Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 04 ay 14 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5 maddəsinə əsasən 01 il 02 ay 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. 2) Zərdab Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3 və 66.5-ci maddələrinə əsasən 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarına əsasən cəzasının 2 ay 2 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 01 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı üzrə cəzasını çəkib qurtarmış və üzərində heç bir öhdəlik qalmamışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək, 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 07 may 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Hökmün icrası barədə göstərişdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli hökmü 28 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan “Şübhəli şəxsi tutma haqqında” 24 mart 2024-cü il tarixli qərardan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuş, 25 mart 2024-cü il tarixdə saat 17:50-də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, xx xxxx 1994-cü il tarixdə anadan olmuş, azərbaycanlı, Təqsirləndirilən şəxs ondan ötrü ki, həqiqətən o Ağdaş Rayon Davudlu kəndində yaşayır, qeydiyyatdadır. Təqsirləndirilən şəxs nümayəndəlik tərəfindən keçirilən ictimai və siyasi tədbirlərin heç birində iştirak etməmişdir. Təqsirləndirilən şəxs məhkumluq həyatı yaşamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X2, qardaşı X4 və X5 ibarətdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə Zərdab Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3 və 66.5-ci maddələrinə əsasən 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarına əsasən cəzasının 2 ay 2 gün hissəsindən vaxtından əvvəl şərti azad edilməsini və həmin tarixdən 2 il müddət keçmədən yenidən qəsdən hazırki cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların olmadığını, cəzanı ağırlaşdıran halları, eyni zamanda Təqsirləndirilən şəxs iki dəfə məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən hesab edir ki, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(014)- 73/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə saat 12:00-dan 25 mart 2024-cü il tarixə saat 17:50-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, Ağdaş Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(014)-73/2024 saylı hökmünə əsasən 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək, 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı dörd gün, ümumilikdə altı gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 07 may 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs başqa işlə əlaqədar həbsdə olması nəzərə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş Rayon Polis Şöbəsinin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,62 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 5 ədəd çətənə (kannabis) bitkisinin şitilləri və 5 ədəd plastik qablar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı iki ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 84 (səksən dörd) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(014)-73/2024 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdən saat 12:00-dan 25 mart 2024-cü il tarixə saat 17:50-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, Ağdaş Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(014)-73/2024 saylı hökmünə əsasən 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək, 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı dörd gün, ümumilikdə altı gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə həbs qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs başqa işlə əlaqədar həbsdə olması nəzərə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş Rayon Polis Şöbəsinin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,62 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 5 ədəd çətənə (kannabis) bitkisinin şitilləri və 5 ədəd plastik qablar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 84 (səksən dörd) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar