Məhkəmə qərarları › İş №1(014)-88/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-88/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-88/2025 21.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1959-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, təqaüdçü, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla başqa şəxsi öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il tarixdə saat 03:40 radələrində ünvan 1 ünvanında oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı fərdi yaşayış evində sonuncu ilə şəxsi münasibətlər zəminində aralarında başlamış mübahisə zamanı həyətyanı sahədə olan çardağın altındakı masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən 01 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik, kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs öldürməklə hədələmiş, hədəni reallaşdıracağını göstərmək məqsədilə qeyd olunan bıçağı sağ əlində tutaraq irəli və geri hərəkət etdirib bıçağı nümayiş etdirməklə, habelə əlində olan boşqabı ona tərəf atıb sındırmaqla Zərərçəkmiş şəxs hədəni icra edəcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 07 sentyabr 2025-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında oğlu-Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı fərdi yaşayış evində sonuncu ilə şəxsi münasibətlər zəminində aralarında başlamış mübahisə zamanı həyətyanı sahədə olan çardağın altındakı masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən 01 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs öldürməklə hədələmiş, qeyd olunan bıçağı əlinə götürüb bıçağı nümayiş etdirməklə Zərərçəkmiş şəxs hədəni icra edəcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Uzun müddətdir oğlu Ayxanla aralarında mütəmadi olaraq dava-dalaş baş verir. Ayxan təxminən 3 ay olardı ki, cəzaçəkmə müəssisəsindən azad olunmuşdu və həmin gündən aralarında narazılıqlar var idi. Ayxan cəzaçəkmə müəssisəsində olarkən o, Gülnarə adlı qadınla qeyri-rəsmi evlənmişdir. Ayxan cəzasını çəkib evə gəldikdən sonra arvadı Gülnarə ilə problem yaratmış və onu qovub evdən çıxartmışdır. 19 avqust 2025-ci il tarixdə günorta saatlarında Ayxan ona dostlarının gələcəyini deyib, ondan özünü yaxşı aparmasını tələb etmişdir. O, evinə kimlərin gələcəyini soruşduqda Ayxan Anar adında dostunun və başqa şəxslərin gələcəyini bildirmişdir. O, Anarı narkoman kimi tanıdığına görə etiraz edərək Ayxana Anarın yaşadığı evə gələcəyi təqdirdə polisə məlumat verəcəyini bildirmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmış, o, polisə zəng etməsin deyə Ayxan onun mobil telefonunu götürüb çıxıb getmişdir. O, telefonunu qaytarmasını bildirsə də, Ayxan qaytarmamışdır. Bundan sonra o, şəhərə gedib, tanışları ilə spirtli içki qəbul etmişdir. Həmin gün saat təxminən 22 radələrində yaşadığı evə qayıtmış və yatmışdır. 20 avqust 2025-ci il tarixdə saat təxminən 03:45 radələrində təbii ehtiyaclarını ödəmək üçün yerindən qalxdıqda stolun üstündə olan eynəyinin ortadan bölünərək qırıldığını görüb, əsəbləşərək otaqdan çıxmış və oğlu Ayxanı çağırmışdır. Həmin vaxtı Ayxan evin digər yataq otağında yatmışdır. O, Ayxandan nə üçün eynəyini qırdığını və telefonunun harada olduğunu soruşmuş, Ayxan eynəyini yaxşı edib qırdığını və telefonunu da verməyəcəyini bildirmişdir. Bundan sonra o, əsəbləşərək çardağın altındakı masanın üstündəki mətbəx bıçağını götürərək Ayxanı qorxutmaq məqsədilə onu öldürəcəyini bildirərək yenidən onun otağına tərəf getmişdir. Ayxan da qapının arxasında dayanaraq əlinə mobil telefonu götürmüş və onu videoya çəkməyə başlamışdır. O, da Ayxan onu öldürəcəyindən qorxaraq evdən çıxıb getsin deyə yalandan guya onu öldürəcəkmiş kimi edib qapıya hücum çəkmişdir. Ayxan isə qapının arxasında dayanaraq onun videosunu çəkmişdir. Ayxanın evdən getmədiyini görüb yerdən boşqab götürmüş və qapıya atmışdır. Onun əlinə bıçaq götürməkdə məqsədi Ayxanı qorxutmaq, evdən getməsini təmin etmək və Ayxanda olan mobil telefonunu almaq olmuş, lakin Ayxan onun telefonunu verməyəcəyini bildirərək yatdığı otağın pəncərəsindən qaçıb getmiş və polisə məlumat vermişdir. Bundan başqa sonuncu dəfə aralarındakı mübahisə 07 sentyabr 2025-ci il tarixdə baş vermişdir. Ayxan ondan polisə şikayət etdiyi üçün o Hacıqabul rayonuna qeyri-rəsmi arvadı olan Gülnarənin yanına getmişdir. Bir müddət orada yaşadıqdan sonra yenidən ona məxsus olan fərdi yaşayış evinə qayıtmışdır. O evdə olan zaman yenidən Ayxanla aralarında mübahisə yaranmışdır. Belə ki, Ayxan evin ona qalması üçün onunla mütəmadi mübahisə edir ki, o yaşadığı evdən çıxaraq Hacıqabula getmişdir. Buna görə də 07 sentyabr 2025-ci il tarixdə saat təxminən 13 radələrində o evdə yemək yeyən zaman Ayxan yenidən ona söz atmağa başlamışdır. O da həmin vaxtı həyətdə olan stolun arxasında əyləşərək əlində olan mətbəx bıçağı ilə çörək kəsmişdir. Ayxan onu əsəbləşdirdiyi üçün əlindəki mətbəx bıçağını Ayxana göstərərək ayağa qalxmış və onu öldürəcəyini bildirmişdir. Ayxan da qorxaraq qaçıb getmiş və polisə məlumat vermişdir. Hər iki mübahisə baş verən zaman ətrafda heç kim olmamış, sadəcə olaraq o və oğlu Zərərçəkmiş şəxs olmuşdur. 20 avqust 2025-ci il tarixdə aralarında baş verən mübahisə təxminən 20-25 dəqiqə, 07 sentyabr 2025-ci il tarixdə aramızda baş verən mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hər iki mübahisə zamanı onun real imkanım olmasına baxmayaraq Zərərçəkmiş şəxs heç bir bədən xəsarəti yetirməmişdir. Hər iki mübahisə zamanı o heç bir bədən xəsarəti almamışdır. Həmin bıçaq 01 ədəd mətbəx bıçağıdır, tiyəsi və dəstəyi dəmirdən ibarətdir. Onun Ayxanı öldürmək niyyəti olmamışdır, məqsədi onu qorxutmaq, telefonunu ondan almaq və evdən getməsini təmin etmək olmuşdur. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, təqaüdçü olduğunu və ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Hazırda əməlindən peşmandır, təqaüdçüdür, onun barəsində amnistiya aktı tətbiq edərək cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Daha sonra təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini bildirərək barəsində amnistiya tətbiq edilməsini xahiş etdi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun atasıdır, uzun müddətdir atası Ərzimanla aralarında mütəmadi olaraq dava-dalaş baş verir. O, 2025-ci ilin aprel ayında cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Atası onu narkomanlıqda ittiham edir, onunla düzgün yola getmirdi. Tez-tez onunla mübahisə edirdi. Sonuncu dəfə mübahisələri xx.xx.2025-ci il tarixdə baş vermişdir. Belə ki, saat təxminən 18 radələrində atası sərxoş halda həyətə gəlib, ona nalayiq ifadələr işlətmiş, lakin o, heç bir söz deməyərək çıxıb məşqə getmişdir. Bundan sonra saat təxminən 22:30 radələrində məşqdən yaşadığı evə qayıdıb yatmışdır. Saat təxminən 04 radələrində yaşadığı evdə yataq otağında yatan zaman atasının yatdığı otağın qapısını təpiklə vurduğunu və ucadan qışqıraraq onu təhqir etdiyini eşitmişdir. O qapını açan zaman atası niyə onun eynəyini sındırdığını soruşmuş, o, sındırmadığını bildirmişdir. Bundan sonra atası həyətə çıxıb həyətdə olan masanın üzərindəki mətbəx bıçağını götürərək onu öldürəcəyini bildirərək ona hücum etmişdir. O, qorxaraq qapını arxadan tutmuş, atası ucadan qışqırıb ünvanına söyüşlər söyərək onu öldürəcəyini bildirmişdir. O, da tez mobil telefonunu götürərək həmin anı videoqeydə almışdır. O, video çəkən zaman atası qışqıraraq onu çölə çağırmış, əlində olan bıçaqla qolunu irəli-geri aparmış və onu öldürmək istədiyini bildirmiş, lakin sərxoş halda olduğuna görə real heç bir hərəkət etməmişdir. O qapının arxasında olan zaman atası yerdən götürdüyü görmədiyi əşyanı ona doğru atmışdır. O qapının arxasında olduğuna görə həmin əşya ona dəyməmiş, qapıya dəymişdir. Bundan sonra o qapıdan çıxa bilməyəcəyini başa düşmüş və yataq otağının pəncərəsini açaraq qaçmışdır. Daha sonra isə Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Bundan başqa atası yaşamaq üçün Hacıqabul rayonuna qeyrirəsmi arvadı olan Gülnarənin yanına getmişdir. Bir müddət orada yaşadıqdan sonra yenidən yaşadıqları fərdi yaşayış evinə qayıtmışdır. Atası evdə olan zaman yenidən aralarında narazılıqlar yaranmışdır. Belə ki, atası hər gün spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdüyünə görə o atasından spirtli içki qəbul etməməsini tələb etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində o evdə olan zaman atası həyətdə olan stolun arxasında oturub yemək yemişdir. O həmin vaxtı yenə də atasının spirtli içki qəbul etdiyini görüb, atasına spirtli içki qəbul etməməsini bildirmişdir. Həmin vaxt atası stolun üzərində olan mətbəx bıçağını əlinə götürərək ayağa qalxmış, onu öldürəcəyini bildirərək ona hücum çəkmişdir. O da onu öldürəcəyindən qorxaraq qaçıb həyətdən çıxıb getmiş və polisə məlumat vermişdir. Hər iki mübahisə zamanı o heç bir xəsarət almamışdır. Hər iki mübahisə zamanı atası Təqsirləndirilən şəxs həyətdəki stolun üzərində olan bıçağı əlinə götürərək onu öldürməklə hədələmişdir. Mübahisə baş verən zaman ətrafda heç kim olmamış, sadəcə olaraq o və atası Təqsirləndirilən şəxs olmuşdur. xx.xx.2025-ci il tarixdə aralarında olan mübahisə təxminən 20-25 dəqiqə, xx.xx.2025-ci il tarixdə aralarında olan mübahisə isə təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin bıçaq 01 ədəd mətbəx bıçağıdır, dəstəyi və tiyəsi dəmirdən ibarətdir. Hazırda atası ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Daha sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan 20 avqust 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Evin həyətyanı sahəsinin giriş qapısı dəmir darvazadan ibarətdir. Həyətə daxil olduqdan təxminən 15 metr sonra Ayxan və Təqsirləndirilən şəxs yaşadığı yaşayış evi mövcuddur. Evin qarşısında çardağın altında həyətdə 01 ədəd masa və oturacaqlar vardır. Evin giriş qapısı taxtadan ibarətdir. Evə daxil olan zaman Zərərçəkmiş şəxs yatdığı otağın dağınıq olması, qab-qacağın yerdə olması müəyyən edilmişdir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə gecə saat təxminən 04 radələrində atası Təqsirləndirilən şəxs onun ünvanına söyüşlər söyərək yatdığı otağa hücum çəkdiyini, onun həmin zaman otaqda yatdığını, səs-küyə ayıldığını, ayılan zaman qapını arxadan tutduğunu, atasının əlində 01 ədəd mətbəx bıçağı gördüyünü, tez baş verənləri videoqeydə aldığını, atasının evdə yerdən nəsə əşya götürərək ona atdığını, lakin qapının arxasında olduğuna görə ona dəymədiyini, daha sonra yatdığı otağın pəncərəsindən qaçdığını bildirmişdir. Keçirilmiş baxış zamanı 01 ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Evin həyətyanı sahəsinin giriş qapısı dəmir darvazadan ibarətdir. Həyətə daxil olduqdan təxminən 15 metr sonra Ayxan və Təqsirləndirilən şəxs yaşadığı yaşayış evi mövcuddur. Evin qarşısında həyətdə 01 ədəd masa və oturacaqlar vardır. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə günorta saat təxminən 13 radələrində atası Təqsirləndirilən şəxs masanın üzərində olan 01 ədəd mətbəx bıçağını götürərək ona hücum çəkdiyini və onu öldürmək istədiyini onun da qorxaraq qaçıb həyətdən çıxdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, diskin içərisində 01 ədəd videgörüntü vardır. Videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs evin yataq otağında qapının arxasında dayanmışdır və qapını tutmuşdur. Atası Təqsirləndirilən şəxs əlində 01 ədəd bıçaq vardır və evin qonaq otağında dayanmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı kimi dialoq olması görünür: Zərərçəkmiş şəxs: Ba, ba videoya baxın ba, ba ba qapımı, qapımı, qapımı, ba qapımı, ba qapımı təpikləyir, əlində bıçaqla, ba baxın, baxın əlində bıçaqla baxın, ba hücum çəkir mənə, yatdığım yerdə hücum çəkir bu insan, Təqsirləndirilən şəxs: S..m sənin narkoman var-yoxunu. Zərərçəkmiş şəxs: içib mənim üstümə hücum çəkir, bax bax bıçaq atır, Təqsirləndirilən şəxs: q..dən olan Zərərçəkmiş şəxs: qapımı qırır, baxın. Baxın, daş götürür ba baxın, (qapıya dəyən şüşə səsi gəlir) xahiş edirəm baxın, baxın mən yetim nağarım, yaşaya bilmirəm, baxın, Təqsirləndirilən şəxs: narkoman oğraş, narkoman, Zərərçəkmiş şəxs: baxın ba baxın bıçaq əlində baxın ba mən yetim nağarım, mən çıxa bilmirəm, evdən, baxın. Təqdim edilmiş 01 ədəd içərisində videogörüntü olan disk götürülmüşdür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-22/2-1384/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 17/707 saylı rəyində qeyd edilmişdir ki, -Tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.14. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər. Həmin qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Belə olan halda, məhkəmə, Təqsirləndirilən şəxs 60 yaşına çatmasını, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini və dövlət ittihamçısının çıxışını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut - Ağdaş rayon Polis şöbəsində saxlanılan dəstəyi və tiyəsi dəmirdən ibarət olan 01 ədəd bıçaq və dəstəyi ağ, göy və qırmızı rəngdən ibarət olan 01 ədəd bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi- məhkəmə-ballistik ekspertizasının dəyəri 68 (altmış səkkiz) manat 30 (otuz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 242 (iki yüz qırx iki) manat pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - Ağdaş rayon Polis şöbəsində saxlanılan dəstəyi və tiyəsi dəmirdən ibarət olan 01 ədəd bıçaq və dəstəyi ağ, göy və qırmızı rəngdən ibarət olan 01 ədəd bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi- məhkəmə-ballistik ekspertizasının dəyəri 68 (altmış səkkiz) manat 30 (otuz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 242 (iki yüz qırx iki) manat pul köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar