Məhkəmə qərarları › İş №1(014)-89/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-89/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-89/2025 28.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni toplayaraq hazırlayıb əldə etmiş və evində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını təxminən 2025-ci ilin mart ayında Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində yerləşən yaşadığı evin həyətyanı sahəsində 2 hissədə torpağa əkmiş, həmin toxumlardan inkişaf etmiş 09 (doqquz) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin kollarını yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, həmçinin qeyd olunan bitkilərin eynitərkibli yarpaqlarını istintaqa məlum olmayan tarixdə və şəraitdə qanunsuz olaraq toplayaraq xeyli miqdarda təmiz çəkisi 76,21 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etmiş və şəxsi istifadəsi üçün satış məqsədi olmadan yaşadığı həmin evdə saxlamış, 17 avqust 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan evə və evin həyətyanı sahəsinə həmin tarixdə saat 11:54-dən saat 13:09-dək baxış keçirilən zaman evin həyətyanı sahəsindəki istixanada torpağa əkilmiş 08 (səkkiz) ədəd, evin arxa hissəsində torpağa əkilmiş 01 (bir) ədəd ümumilikdə 09 (doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkiləri 16 kq 765,0 qram ədəd əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin qonaq otağındakı masanın üzərindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə və digər ümumi istifadə olan otaqdakı masanın üzərindən və 01 (bir) ədəd şəffaf sellofan bükümdə, eləcə də həmin otaqda olan digər masanın üzərində 01 (bir) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,78 qram, 14,71 qram və 42,72 qram olmaqla ümumilikdə təmiz çəkisi 76,21 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həmin kolları əkməmiş, həmin kollara qulluq etməmişdir. X9 narkotikə görə tutulmuş, ola bilsin ki, həmin kolları atası əkmiş və ya özləri çıxmışlar. Evindən tapılan narkotiklər də atasının vaxtından qalmış, atası həbsdən çıxandan sonra ona problem yaratmasın deyə həmin narkotikləri atmamışdır. O, ümumiyyətlə narkotik istifadə etmir. İbtidai istintaq zamanı ona qarşı qanunsuz hərəkətlər edən olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonunun Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs təxminən 2–3 ay əvvəl yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki kollarının bitdiyini müşahidə etmişdir. Həmin bitkilərin bir qismini kökündən çıxararaq məhv etsə də, yerdə qalan bitkiləri fiziki gücü çatmadığı üçün kökündən çıxara bilməmişdir. 17 avqust 2025-ci il tarixdə saat 11:54 radələrində o, yaşadığı evin qarşısında olduğu zaman sonradan polis əməkdaşları olduğu məlum olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin əkilib-becərilməsi və yaşadığı evdə narkotik vasitələrin saxlanılması barədə məlumat daxil olduğunu, bu səbəbdən baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. O, baxış keçirilməsinə etiraz etməmiş, müvafiq qərarla tanış edilmiş, hüquq və vəzifələrinin izah olunduğu bildiriş ona təqdim edilmişdir. Ondan üzərində və yaşadığı evdə narkotik vasitələrin olub-olmaması soruşulmuş, o, üzərində və evində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətyanı sahəsinə daxil olunmuşdur. Aparılan şəxsi yoxlama zamanı onun əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən özünə məxsus 01 ədəd “Redmi Note 8” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Ondan narkotik tərkibli bitkiləri kultivasiya edib-etmədiyi soruşulmuş, o, belə bitkiləri əkmədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı köhnə istixanaya (parnikə) daxil olunmuş və həmin yerdə bəziləri iplə bağlanmış halda narkotik maddələrə bənzər bitki kolları aşkar edilmişdir. Bitkilərin yanında yerdə 01 ədəd bıçağın olduğu müəyyən edilmişdir. Aqronom baxışı zamanı aşkar edilmiş bitkilərin çətənə bitkiləri olduğu, onlara aqrotexniki qaydada qulluq edildiyi, sulandığı və diblərinin boşaldıldığı, həmçinin spesifik qoxusunun çətənə bitkisinə uyğun olduğu bildirilmişdir. Daha sonra həmin bitkilər polis əməkdaşları tərəfindən çıxarılmış, yerə qoyulmuş və təkrar sayılmaqla ümumilikdə 08 (səkkiz) ədəd olduğu müəyyən edilmişdir. Bitkilər müxtəlif uzunluqlarda ölçülmüş və 02 ədəd sintetik kisəyə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu zamanı o, narkotik vasitə istifadə etmədiyini, aşkar edilmiş bitkiləri əkmədiyini, bitkilərin öz-özünə çıxdığını, onları tam çıxarmağa gücü çatmadığını, bitkilərə qəsdən su vermədiyini, həyət sulanarkən bitkilərin də sulandığını, iplərə dolaşmasının isə təsadüfi olduğunu, aşkar edilmiş bıçaqdan isə meyvə doğramaq məqsədilə istifadə etdiyini bildirmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmişdir. Qonaq otağında masanın üzərində 01 ədəd sellofan paketdə qurudulmuş marixuanaya bənzər kütlə və içərisində siqaret dənəcikləri olan 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 21,81 qram olduğu müəyyən edilmişdir. Maddi sübutlar zərfə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu zamanı o, siqaret çəkmədiyini, vaxt keçirmək məqsədilə siqaret dənəciklərini boşaldıb doldurduğunu, aşkar olunmuş kütləni isə “Nas” adlı ağrıkəsici zənn etdiyini və ondan istifadə etmədiyini bildirmişdir. Evin digər otaqlarına baxış zamanı masanın üzərində açıq vəziyyətdə və sellofan paketdə narkotik vasitəyə bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr birləşdirilərək çəkilmiş və ümumi çəkisinin 45 qram olduğu müəyyən edilmişdir. Həmçinin digər masanın üzərindən 23 qram çəkisi olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bütün maddi sübutlar qaydalara uyğun qablaşdırılaraq möhürlənmiş və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Evdə dövriyyəsi qanunla qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. Daha sonra həyətyanı sahəyə təkrar baxış zamanı 01 ədəd çətənə bitkisi aşkar edilmiş, həmin bitki də çıxarılaraq ölçülmüş, sintetik kisəyə qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmaq üçün polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. O, Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkiliş vasitəsilə maddi sübutların təhvil-təslimi həyata keçirilmiş, maddi sübutlar açılaraq baxış keçirilmiş və yenidən qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı o, narkotik vasitələrin olduğunu bilmədiyini, bitkiləri əkmədiyini, onların öz-özünə çıxdığını, xəstə olduğu üçün tam çıxara bilmədiyini, mobil telefonun özünə məxsus olduğunu və qolundakı xəsarəti təxminən 40 gün əvvəl yıxılma nəticəsində aldığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, cibindən 01 ədəd “LD” markalı siqaret qutusu, 01 ədəd “Enop” adlı dərman, ümumilikdə 1864 manat pul vəsaiti aşkar edilmişdir. Həmin əşyalar sonradan ona geri qaytarılmışdır. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Ağdaş rayon, Qaradağlı kənd sakini kimi tanıyır. 14 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı ünvanda əkib-becərməsi və narkotik vasitələri saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə məruzə edilmiş və 15 may 2025-ci il tarixli məhkəmə qərarı əsasında 17 avqust 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdə saat 11:54-də Ağdaş rayonunun Qaradağlı kəndində yerləşən yaşadığı evin qarşısında saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla yaşadığı evin həyətinə daxil olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd “Redmi Note 8” markalı mobil telefon aşkar edilmişdir. O, həmin telefonun özünə məxsus olmasını bildirmişdir. Bundan sonra həmin mobil telefon 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-əkməməsi, əkibsə təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə yerləşən köhnə istixanada (parnikdə) tərkibində narkoik maddələr olan narkotik vasitəyə bənzər narkotik tərkibli bitki kolları aşkar edilmişdir. Bundan sonra Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş rayon Mərkəzinin rəisi, Şahid5 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları kök hissədən çıxarılaraq sayılmış və saylarının 08 ədəd olması müəyyən edilmişdir. Sonra həmin bitki kolları metrə ilə ölçülmüş və 08 ədəd bitki kolu 02 ədəd sintetik kisəyə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik tərkibli bitkilərin özünün yetişdiyini, gücü çatmadığı üçün kökündən çıxara bilmədiyini, həyəti sulayan zaman həmin bitkilərin də sulandığını və diblərinin yumşaldığını, həmin bitkiləri iplə bağmadığını və iplərin özünün dolaşdığını, aşkar olunmuş bıçağı isə meyvə doğramaq üçün istifadə etdiyini, narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zərurəti olduğu bildirilmiş və onun təqdim etməsi ilə əlaqədar olaraq yaşadığı evə daxil olunmuşdur. Yaşadığı mənzilin qonaq otağında olan masanın üzərində 01 ədəd sellofan paketdə, yaşıl rəngli, özünə məxsus qoxusu olan, qurudulmuş marixuanaya bənzər kütlə və içərisində siqaret dənəcikləri olan 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və tərəzi sabitləşdikdən sonra qablaşdırma ilə birlikdə çəkisi 21,81 qram olmuşdur. Sonra həmin kütlə 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş bitki kütləsinin ilkin olaraq siqaret tütünü olmasını, vaxtı keçsin deyə siqaret dənəciklərinin içini boşaldıb doldurduğunu, siqaret çəkmədiyini, sonra həmin kütlənin “Nas” adlanan ağrıkəsici olduğunu, həmin kütlədən istifadə etmədiyini, daha sonra isə həmin kütlənin atasına məxsus olduğunu, atasının isə 2 il əvvəl həbs edildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin sol tərəfində yerləşən otağa baxış keçirilmiş, otağın mərkəzində yerləşən masanın üzərində açıq vəziyyətdə narkotik vasitəyə bənzər kütlə və 01 ədəd sellofan paketdə olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra masanın üzərində açıq vəziyyətdə olan kütlə 01 ədəd sellofan paketdə olan narkotik vasitəyə bənzər kütləyə əlavə edilmişdir. Sonra həmin kütlə elekron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 45 qram olmuşdur. Bundan sonra həmin kütlə 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra baxış zamanı həmin otaqda sol tərəfdə yerləşən masanın üzərində 01 ədəd sellofan paketdə olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 23 qram olmuşdur. Bunda sonra həmin kütlə 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş bitki kütlələrinin nanə qurusu olduğunu, xəstə olduğu üçün həmin kütlələri tullaya bilmədiyini, həmin kütlələrin atasına məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əlavə hər hansısa bir əşya askar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsinə yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində yerləşən həyətyanı sahədə 01 ədəd tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kolu aşkar edilmişdir. Bundan sonra həmin bitki koluna aqronom Şahid5 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolu kök hissədən çıxarılaraq metrə ilə ölçülmüş və 01 ədəd bitki kolu 01 ədəd sintetik kisəyə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilimş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün və mənzilinin yoxlanılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmiş, təhqiqatçı tərəfindən içərisində narkotik tərkibli bitkilər olan 03 ədəd sintetik kisə, narkotik vasitəyə bənzər kütlələr olan və mobil telefon olan 04 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə aparılan sorğu-sual zamanı aşkar olunmuş sellofan paketlərin içərisində olan kütlənin nə olduğunu bilmədiyini, X9a məxsus olduğunu və təxminən 2 əvvəl atasından qaldığını, X9un narkotik vasitə istifadə etdiyini, narkotik vasitə ilə tanışlığının olmadığını, üzərindən aşkar olunmuş mobil telefonun markasının “Redmi Note 8” olduğunu və özünə məxsus olduğunu, yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş bitkilərin çətənə kolu olduğunu, həmin bitkiləri özünün əkmədiyini, 1-2 dəfə kəssə də, ciyərində xəstəlik olduğu üçün qalan bitkiləri kəsməyə gücünün çatmadığını, qolunda olan xəsarəti təxminən 40 gün əvvəl otelin həyətində təpik atan zaman ayağı sürüşüb yıxılması nəticəsində aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi X3 ondan müdafiəçi təyin olunduqdan sonra təklikdə söhbət edib-etmədilərini, müdafiəçi təyin olunan zamanadək polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zorakılıq tətbiq olunub-olunmadığını soruşmuş, Təqsirləndirilən şəxs təklikdə söhbət etdiklərini və polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq tətbiq olunmadığını bildirmişdir. Daha sonra X6 şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs şalvarın sol arxa cibindən 01 ədəd “LD” markalı siqaret qutusunu, 01 ədəd “enop” adlanan dərmanı, şalvarın sağ yan cibindən 18 ədəd 100 manatlıq pul əskinasını, şalvarın sol yan cibindən 3 ədəd 20 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinasını təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra 01 ədəd “LD” markalı siqaret qutusu, 01 ədəd “enop” adlanan dərman, 18 ədəd 100 manatlıq, 3 ədəd 20 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinası Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs Ağdaş rayon, Qaradağlı kənd sakini kimi tanıdığını, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, ona qarşı heç bir zor və güc tətbiq edilmədiyini, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmadığını, sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı elektron tərəzidə ölçən zaman çəkisinin ilkin olaraq 21,92 qram olduğunu və o iştirakçıların yanında 21,92 qram dediyini, lakin tərəzinin üzərindən götürənə yaxın sellofan bükümün çəkisinin 21,81 qram olduğunu, o isə sonda gördüyü çəkini yenidən səsləndirməsə də, protokol tərtib edərkən 21,81 qram kimi qeyd etdiyini, mobil telefonunun arxa fonundakı şəkil və tarixi və saatı göstərən rəqəmlərin parlaq rəngli olduğu üçün saatın yaxşı görünmədiyini, buna görədə o telefonun arxa fonundakı parlaq rəngli şəkli tünd rəngli şəkillə dəyişdirib tarix və saatı kameraya göstərdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, aşkar edilmiş çətənə (kannabis) bitkilərinin əkildiyi torpaq sahəsinə və həmin bitkilərin uzunluqlarına baxış zamanı müəyyən edilir ki, həmin bitkilər təxminən 2025-ci ilin mart ayında əkilmişdir. Həmin sahədə digər yabanı ot bitkiləri də müşahidə olunsa da, çətənə bitkilərinin inkişaf vəziyyəti, vegetativ göstəriciləri və torpağın vəziyyəti onlara aqrotexniki qaydada qulluq edildiyini göstərir. Belə ki, çətənə bitkilərinin dib hissəsində torpaq yumşaldılmış, nəm izləri müşahidə olunmuş, bu isə bitkilərin suvarıldığını və torpaqla müntəzəm təmasda qulluq gördüyünü göstərmişdir. Bitkilərin bir hissəsinin iplə yuxarıya – tavan hissəsinə bərkidilməsi onların düz istiqamətdə böyüməsini təmin etmək məqsədi ilə dayaqla təmin olunduğunu göstərir. Bu da qulluq edilmə prosesinin planlı şəkildə həyata keçirildiyini təsdiqləyir. Ümumilikdə bitkilərin bərabər inkişafı, sağlam yarpaq örtüyü, yaşıl rəngin intensivliyi və suvarma izləri göstərir ki, onlara mütəmadi qaydada qulluq edilmiş, yəni becərilmə prosesi həyata keçirilmişdir. Qeyd olunan əlamətlərə əsasən belə qənaətə gəlmək mümkündür ki, aşkar edilmiş çətənə bitkiləri təbii yolla əmələ gəlməmiş, insan tərəfindən məqsədyönlü şəkildə əkilərək aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan 17 avqust 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün və mənzilinin yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdə saat 11:54-də Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən yaşadığı evin qarşısında saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla yaşadığı evin həyətinə daxil olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd “Redmi Note 8” markalı mobil telefon aşkar edilmişdir. O, həmin telefonun özünə məxsus olmasını bildirmiş, bundan sonra həmin mobil telefon 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-əkməməsi, əkibsə təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə yerləşən köhnə istixanada (parnikdə) bəziləri iplə bağlanmış şəkildə tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kolları aşkar edilmişdir. Həmçinin bitkilərə baxış zamanı bitkilərin yanında-yerdə 01 ədəd bıçaq olduğu müəyyən edilmişdir. Bundan sonra Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş rayon Mərkəzinin rəisi, Şahid5 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları kök hissədən çıxarılaraq sayılmış və saylarının 08 ədəd olması müəyyən edilmişdir. Sonra tərəfimdən metrə ilə ölçülmüş və uzunluqlarının 150 sm-dən 248 sm-dək olması müəyyən edilmişdir. Daha sonra 08 ədəd bitki kolu 02 ədəd sintetik kisəyə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik tərkibli bitkilərin özünün yetişdiiyini, gücü çatmadığı üçün kökündən çıxara bilmədiyini, həyəti sulayan zaman həmin bitkilərin də sulandığını və diblərinin yumşaldığını, həmin bitkiləri iplə bağmadığını və iplərin özünün dolaşdığını, aşkar olunmuş bıçağı isə meyvə doğramaq üçün istifadə etdiyini, narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olunmuşdur. Yaşadığı evin qonaq otağında olan masanın üzərində 01 ədəd sellofan paketdə, yaşıl rəngli, özünə məxsus qoxusu olan, qurudulmuş marixuanaya bənzər kütlə və içərisində siqaret dənəcikləri olan 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və tərəzi sabitləşdikdən sonra qablaşdırma ilə birlikdə çəkisi 21,81 qram olmuşdur. Sonra həmin kütlə 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş bitki kütləsinin ilkin olaraq siqaret tütünü olmasını, vaxtı keçsin deyə siqaret dənəciklərinin içini boşaldıb doldurduğunu, siqaret çəkmədiyini, sonra həmin kütlənin “Nas” adlanan ağrıkəsici olduğunu, həmin kütlədən istifadə etmədiyini, daha sonra isə həmin kütlənin atasına məxsus olduğunu, atasının isə 2 il əvvəl həbs edildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin sol tərəfində yerləşən otağa baxış keçirilmiş, otağın mərkəzində yerləşən masanın üzərində açıq vəziyyətdə narkotik vasitəyə bənzər kütlə və 01 ədəd sellofan paketdə olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra masanın üzərində açıq vəziyyətdə olan kütlə 01 ədəd sellofan paketdə olan narkotik vasitəyə bənzər kütləyə əlavə edilmiş, sonra həmin kütlə elekron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 45 qram oldu. Bundan sonra həmin kütlə 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra baxış zamanı həmin otaqda sol tərəfdə yerləşən masanın üzərində 01 ədəd sellofan paketdə olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 23 qram olmuşdur. Bunda sonra həmin kütlə 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş bitki kütlələrinin nanə qurusu olduğunu, xəstə olduğu üçün həmin kütlələri tullaya bilmədiyini, həmin kütlələrin atasına məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əlavə hər hansısa bir əşya askar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsinə yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində yerləşən həyətyanı sahədə 01 ədəd tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kolu aşkar edilmişdir. Bundan sonra həmin bitki koluna aqronom Şahid5 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları kök hissədən çıxarılaraq metrə ilə ölçülmüş və uzunluğunun 290 sm olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd bitki kolu 01 ədəd sintetik kisəyə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video görüntüdən ibarət olan 01 ədəd DVD disk “HP” markalı kompüterin DVD-Romuna yerləşdirilmiş, daha sonra “My computer” pəncərəsində açıldıqda “İMG_2232” adlı video görüntü açılmışdır. Videogörüntüdə Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd “Redmi Note 8” markalı mobil telefon aşkar edilmişdir. O, həmin telefonun özünə məxsus olmasını bildirmişdir. Bundan sonra həmin mobil telefon 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-əkməməsi, əkibsə təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə yerləşən köhnə istixanada (parnikdə) tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kolları aşkar edilmişdir. Bundan sonra Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş rayon Mərkəzinin rəisi, Şahid5 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları kök hissədən çıxarılaraq yerdə ardıcıllıqla düzülmüşdür. Videogörüntünün 20-ci dəqiqəsində çətənə bitkisinə oxşar bitki kolları sayılmağa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs həmin bitkilərə toxunaraq “mənimdi də bunlar” sözlərini demişdir. Bundan sonra həmin bitki kolları əməliyyat müvəkkili tərəfindən sayılmış və saylarının 08 ədəd olması müəyyən edilmişdir. Sonra metrə ilə ölçülmüş və uzunluqlarının 150 sm-dən 248 sm-dək olması müəyyən edilmişdir. Daha sonra 08 ədəd bitki kolu 02 ədəd sintetik kisəyə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik tərkibli bitkilərin özünün yetişdiiyini, gücü çatmadığı üçün kökündən çıxara bilmədiyini, həyəti sulayan zaman həmin bitkilərin də sulandığını və diblərinin yumşaldığını, həmin bitkiləri iplə bağlamadığını və iplərin özünün dolaşdığını, aşkar olunmuş bıçağı isə meyvə doğramaq üçün istifadə etdiyini, narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan sonra Ağdaş RPŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 İmam videogörüntünün 37-ci dəqiqəsinin 47-ci saniyəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkisinə bənzər başqa bitki kollarının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə çətənə bitkisinə bənzər başqa bitki kollarının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olunmuşdur. Yaşadığı mənzilin qonaq otağında olan masanın üzərində 01 ədəd sellofan paketdə, yaşıl rəngli, özünə məxsus qoxusu olan, qurudulmuş marixuanaya bənzər kütlə və içərisində siqaret dənəcikləri olan 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Bundan sonra Ağdaş RPŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 videogörüntünün 39-cu dəqiqəsinin 07-ci saniyəsində Təqsirləndirilən şəxs 01 ədəd sellofan paketdə olan kütlənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs həmin kütlənin siqaret tütünü olduğunu, vaxtı keçsin deyə siqaret tütünlərini həmin sellofan paketə boşaldıb yenidən siqaret dənəciyinin içərisinə doldurduğunu bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs videogörüntünün 39-cu dəqiqəsinin 33-cü saniyəsində siqaret çəkmədiyini bildirmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və tərəzi sabitləşdikdən sonra qablaşdırma ilə birlikdə çəkisi 21,81 qram olmuşdur. Sonra həmin kütlə 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş bitki kütləsinin ilkin olaraq siqaret tütünü olmasını, vaxtı keçsin deyə siqaret dənəciklərinin içini boşaldıb doldurduğunu, siqaret çəkmədiyini, sonra həmin kütlənin “Nas” adlanan ağrıkəsici olduğunu, həmin kütlədən istifadə etmədiyini, daha sonra isə həmin kütlənin atasına məxsus olduğunu, atasının isə 2 il əvvəl həbs edildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin sol tərəfində yerləşən otağa baxış keçirilmişdir. Otağın mərkəzində yerləşən masanın üzərində açıq vəziyyətdə narkotik vasitəyə bənzər kütlə və 01 ədəd sellofan paketdə olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videogörüntünün 47-ci dəqiqəsinin 22-ci saniyəsində masanın üzərində olan narkotik vasitəyə bənzər kütlənin nanə qurusu olduğunu bildirmişdir. Daha sonra masanın üzərində açıq vəziyyətdə olan kütlə 01 ədəd sellofan paketdə olan narkotik vasitəyə bənzər kütləyə əlavə edilmişdir. Sonra həmin kütlə elekron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 45 qram olmuşdur. Bundan sonra həmin kütlə 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra baxış zamanı həmin otaqda sol tərəfdə yerləşən masanın üzərində 01 ədəd sellofan paketdə olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdiur. Bundan sonra Təqsirləndirilən şəxs videogörüntünün 53-cü dəqiqəsinin 35-ci saniyəsindən etibarən aşkar olunmuş narkotik vasitəyə bənznər kütlə ilə maraqlanmadığını, xəstə olduğu üçün həmin kütləni tullaya bilmədiyini, həmin kütləni özünün çəkmədiyini, atasının narkotik vasitə istifadə etdiyini bildirmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 23 qram olmuşdur. Bundan sonra həmin kütlə 01 ədəd zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş bitki kütlələrinin nanə qurusu olduğunu, xəstə olduğu üçün həmin kütlələri tullaya bilmədiyini, həmin kütlələrin atasına məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əlavə hər hansısa bir əşya askar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsinə yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində yerləşən həyətyanı sahədə 01 ədəd tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər narkotik tərkibli kolu aşkar edilmişdir. Bundan sonra həmin bitki koluna aqronom Şahid5 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları kök hissədən çıxarılaraq metrə ilə ölçülmüş və uzunluğunun 290 sm olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd bitki kolu 01 ədəd sintetik kisəyə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdaş raoynu, Qaradağlı kənd ərazisində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilidə aşkar olunmuş 09 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə mütəxəssis tərəfindən baxış keçirilmiş, baxış zamanı bitkilərə aqrotexniki qaydada əkilərək qulluq edilməsi, sulanaraq diblərinin yumşaldılması müəyyən edilmişdir. Həmçinin bitkilərin uzunluqlarının 150 sm-dən 290 smdək olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Ağdaş rayonu, Qaradağlı kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 09 (doqquz) ədəd çətənə (kannabis) bitkilərinin əkildiyi torpaq sahəsinə və həmin bitkilərin uzunluqlarına baxış zamanı müəyyən edilir ki, həmin bitkilər təxminən 2025-ci ilin mart ayında əkilmiş və mütəmadi çətənə biktilərinin dibləri yumşaldılmış, suvarılmış və aqrotexniki qaydada qulluq olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuana isə yaxın müddət ərzində həmin çətənə bitkilərinin yarpaqlarının yığılaraq qurudulması nəticəsində əldə oluna bilər. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/638 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərlərinə “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş... çətənə kolu.” yazısı, adlar və imzalar olan 03 (üç) ədəd sintetik bağlamaların içərisindəki, uzunluqları 150 sm-dən 290dək, yaş vəziyyətdə ümumi çəkiləri- 16765,0 qram (16 kiloqram 765 qram) olan 09 (doqquz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid5 17 avqust 2025-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 14,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 18,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 42,72 olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar təkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1497 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Natkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 669 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs 1) təqsirləndirildiyi cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. 2) hal-hal hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. 3) hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyindən onun barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. 4) təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azrəbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/786 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkilərində olan və həmin növ bitkilərdən hazırlanan marixuanalarda kannabionidli komponentlər eynidir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Kannabionidlərdən sui-istifadə nəticəsində yarnamış narkomaniya” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan Ağdaş rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 saylı qərarı ilə verilmiş JN-200A nömrəli 90307018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş rayonu, Qaradağlı kənd ərazisində yerləşən 0.30 hektar torpaq sahəsi X4 atası X5 məxsusdur, faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2) Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-cil tarixli c/1-813 saylı məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-99/2018 saylı xx.xx.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş rayon Məhkəməsinin 1(014)-99/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü Ağdaş rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş və məhkumun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ağdaş rayon Məhkəməsinin 1(01xx-xx/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü üzrə cəzasını xx.xx.2019-cu il tarixdə tam olaraq ödəyib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya Şöbəsində heç bir öhdəlik qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filial 23 yanvar 2026-cı il tarixli 3-17-1/2-16853/2026 saylı məktubundan görünür ki, əlilliyin təyin edilməsi ilə bağlı məlumatların təqdim edilməsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətləri xaricindədir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən proaktiv qaydada əlilliyə görə müavinət və “ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəz kateqoriya şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək həmin kolları əkmədiyini və onlara qulluq etmədiyini, evində aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını bildirsə də ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi məhkəmə iclasında şahidlərin ifadələri, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 2 34.1 və 2 3 7 . 1 -ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eləcə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəssinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdən 19 avqust 2025-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filial 23 yanvar 2026-cı il tarixli 3-17-1/2-16853/2026 saylı məktubundan görünür ki, əlilliyin təyin edilməsi ilə bağlı məlumatların təqdim edilməsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətləri xaricindədir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən proaktiv qaydada əlilliyə görə müavinət və “ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəz kateqoriya şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.15-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər. Həmin Qərarın 5-ci hissəsinə və 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunduğu kimi Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğundan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Belə olan halda, məhkəmə, Təqsirləndirilən şəxs ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyən edildiyini və dövlət ittihamçısının çıxışını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.15 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından azad edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəksə də İ qrup əlil olduğundan ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - Ağdaş rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əkmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 5434,10 qram qalığı, 03 ədəd sellofan bükümdə aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 75,91 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi - məhkəmə bioloji ekspertizalarının dəyəri 106 (yüz altı) manat 41 (qırx bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 31 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 341 (üç yüz qırx bir) manat pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdən 19 avqust 2025-ci il kimi tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günə dörd gün hesabı ilə hesablanmaqla və ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Ağdaş rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əkmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 5434,10 qram qalığı, 03 ədəd sellofan bükümdə aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 75,91 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi - məhkəmə bioloji ekspertizalarının dəyəri 106 (yüz altı) manat 41 (qırx bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 31 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 341 (üç yüz qırx bir) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar